* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 bax ağı1. Hicrin şərabı acıdır, müştaqə içirmə anı; Neçün ki, yar ol ağuyi içirməz, ey can, yarına. Nəsimi. Mən deməm ki, içmədim mey sənsiz, ey namehriban; İçdim, amma ləblərindən ayrı, bir ağu kimi. S.Ə.Şirvani.
Azərbaycan dilinin izahlı lüğəti / ağu2 1. Zəhər. 2. Məcazi mənada: çox acı şey haqqında; zəqqum. (“Koroğlu” dastanının lüğəti) – Adə Həsən, bu dağlarda qovun-qarpız nədi? Bu necə yerdi? Düş bu qovundan-qarpızdan kəsib yeyək. Atdan düşdülər. Hansın kəsdilər ağu kimi çıxdı. (“Məhbub xanımın Çənlibelə gəlməyi”) (“Ağca Quzu”) Yasda, ölü üstündə avazla söylənilən yanıqlı sözlər. (“Koroğlu” dastanının lüğəti) O gecə səhərəcən dəlilərin zümzüməsinnən, Cünunun bayatısınnan, xanımların ağusunnan, atdarın kişnəməsinnən yer-göy bir-birinə qovuşub “ləbbey” dedi, təkcə Koroğlunun səsi çıxmadı. (“Mərcan xanımın Çənlibelə gəlməyi” (İ.A., B.A.)
Azərbaycan dastanlarının leksikası / ağu3 Bax: ağı. Ürəyimdə çoxdu qəmlər, acılar, Ağular mənimki, bal sizin olsun! (“Əsli və Kərəm”)
Azərbaycan dastanlarının leksikası / ağu