* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Sağmal heyvanlar doğduqda məmələrindən çıxan ilk süd. [Səba] camışı oxşaya-oxşaya sərnic dolusu ağuz sağdı. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / ağuz1 Bu sözün mənası “yeni doğmuş heyvanın məmələrinin ağzına yığılmış sarı və yüksək kolorili süd, mayalanmaq südü” deməkdir. Bir ehtimala görə, məmənin ağzına yığıldığı üçün ağuz adlanır. Ağuzu bişirdikdə kətəməz adlanan yemək alınır. Kət sözünün mənası “birinci” deməkdir, “ilk süd” anlamını əks etdirir. Biləsuvar rayonunda ağuz yerinə, “kələkə” deyirlər. Kəlbəcərdə, Şahbuzda da kələkə sözü “kətəməz” mənasında işlədilir. Bu baxımdan kətəməz və kələkə sözlərini qohum hesab etmək mümkündür. İki gündən sonra ağuz yerinə, bulama əmələ gəlir, sonra isə adi süd meydana çıxır. İkinci və daha inandırıcı ehtimala görə, ağuz monqol sözüdür, mənası “sarı” deməkdir. Yumurta sarısına da “ağuz” (ovuz, ouz) deyiblər. “Saralmaq” mənasında ağuz olmaq tərkibi feili də qeydə alınıb. Qubadlıda ağuz olmaq feili “saralmaq” mənasında işlədilir.
Azərbaycan dilinin etimologiya lüğəti / ağuz1 сущ. молозиво (молоко, выделяющееся у млекопитающих в первое время после родов)
Azərbaycanca-rusca lüğət / ağuz1 сущ. ттан, тӀан (бала ханвай ацадай гьайвандин регъуьдай къведай сифте нек).
Azərbaycanca-ləzgicə lüğəti / ağuz(Qubadlı) həddən artıq yetişmiş (meyvə) ◊ Ağuz olmax – yetişmək, yetişib ötmək. – Bizim bağda meyvələr lap ağuz olub
Azərbaycan dilinin dialektoloji lüğəti.