* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 İndi işlətdiyimiz payız kəlməsi, ehtimal ki, quz (küz) sözünün dəyişmiş formasıdır. Quzun qədim mənası “günsüz,nəmişlik” deməkdir. Mənbələrdə quzdağ sözü “günsüz dağ” kimi açıqlanıb. Quzey də “günsüz tərəf” deməkdir, ey şəkilçisi tərəf, istiqamət bildirən sözlər düzəldib. Quyu divarlarının nəmişlik nəticəsində uçmasına bəzi dialektlərdə “quzulamaq” (əsli: quzeyləmək) deyirlər. Bu da məhz quz sözü ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / quz