qoz sözü azərbaycan dilində

qoz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qoz • 93.7163%
  • Qoz • 5.8797%
  • QOZ • 0.3142%
  • QOz • 0.0898%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qoz
Qoz, Cəviz və ya Girdəkan(lat. Juglans) — Qozkimilər fəsiləsinə aid cins. Qışda yarpağını tökən ağaclardandır. Gənc sürgünlərin özü bölməlidir. Tumurcuqlar az sayda markalarla örtülmüşdür. Yarpaqcıqların kənarları bəzi növlərdə incə dişli, bəzilərdə isə düzdür (tam kənarlı). Yarpaqcıq sayı növlərə görə (3) 5-23 arasında dəyişir. Çiçəklər bir evciklidir. Kişi çiçəklər bir əvvəlki ilin sürgünlərində yan vəziyyətli, aşağıya sallanan pişikcik halında qurul meydana gətirər. Qurullar budaqlanmamışdır.
Adi qoz
Yunan qozu (lat. Juglans regia L.) – Buna bəzən yunan qozu, adi qoz, girdəkan, cövüz və cəviz də deyirlər. Hündürlüyü 25–30 m-ə və diametri 150–200 sm-ə qədər olan, ağacdır. Bəzən 80–100 yaşlı ağaclarının boyu 35 m, gövdəsinin diametri 2 m, nadir hallarda isə 4 m-ə çatır. Cavan ağacların qabığı açıq-boz rəngli, hamar və ya azacıq çatlı, yaşlı ağaclarda qabıq tünd-boz vədərin uzunsov-çatlıdır. Açıqlıqda bitən ağacları çox qollu-budaqlı çətirə malik olur. Sərbəst duran ağacların çətiri iri və sıxdır, adətən günbəzşəkilli və yaçadıraoxşardır. Cavan budaqların özəyi boş nərdivanaoxşar arakəsmələri vardır. Çiçəkləməsi: Aprel-May, yarpaqların açılmağa başlama dövründə. Meyvə verməsi: Avqust-Sentyabr == Yarpaq == Tumurcuqları yumurtavari-dəyirmi, parlaq yaşımtıl-qonur rəngdə, uzunluğu 3–6 mm-dir.
Möhkəm qoz
Məğlubedilməz və ya Çətin ölmək (ing. Die Hard) — 1988-ci ildə Brüs Uillisin baş rol adlığı ABŞ filmi. Film Oskar mükafatına və bir sıra nominasiyalara layiq görülmüşdür. Film amerika yazıçısı Roderik Torpun 1979-cu ildə yazdığı "Heç nə əbədi deyildir" (ing. Nothing Lasts Forever) novellası əsasında çəkilmişdir. == Məzmun == Nyu-York polisi Con MakKleyn (Brüs Uillis) Yeni il ərəfəsində Los-Anceles şəhərinə boşanmış həyat yoldaşı Holli (Bonni Bedelia) ilə barışmaq üçün gəlir. Con MakKleyn Hollinin işlədiyi Los-Ancelesin "Nakatomi Plaza" adlı göydələninə gəlir və onun burada olduğunu görür. Gecə vaxtı şənlik zamanı göydələni qəflətən mafiya başçısı Hans Qruber (Alan Rikman) başçılığı altında banda ələ keçirir. Quldurlar çox sayda işçiləri girov götürürlər. Bu işçilər sırasına MakKleynin həyat yoldaşı Holli də daxildir.
Qara qoz
== Təbii yayılması == Vətəni Şimali Amerikadır. == Botaniki təsviri == Hündürlüyü 45 m, gövdəsinin diametri 180 sm-ə çatan ağacdır. Açıqlıqda bitən ağacların çətiri iri və çadırvaridir. Gövdəsinin qabığı tünd-qəhvəyi rəngdə olub, qeyri-bərabər dərin çatlıdır. Cavan zoğları seyrək tükcüklü, tumurcuğu çılpaqdır, ipəyəoxşar, 4 pulcuqlu, yumurtavari formalıdır. Yarpaqları təklələkvari, 7-12 cüt ovalşəkilli–neştərvari və ya uzunsov-neştərvari yarpaqcıqdan ibarətdir. Yarpaqcığın alt üzü seyrək tükcüklü, üstdən çılpaqdır. Bəzən təpə yarpaqcığı zəif inkişaf edir və tez düşür. Erkəkcikli sırğaların uzunluğu 6-15 sm-dir. Dişicikli çiçəklərin 3-5-i bir yerdə yerləşir.
Qoz ağacı
Qoz, Cəviz və ya Girdəkan(lat. Juglans) — Qozkimilər fəsiləsinə aid cins. Qışda yarpağını tökən ağaclardandır. Gənc sürgünlərin özü bölməlidir. Tumurcuqlar az sayda markalarla örtülmüşdür. Yarpaqcıqların kənarları bəzi növlərdə incə dişli, bəzilərdə isə düzdür (tam kənarlı). Yarpaqcıq sayı növlərə görə (3) 5-23 arasında dəyişir. Çiçəklər bir evciklidir. Kişi çiçəklər bir əvvəlki ilin sürgünlərində yan vəziyyətli, aşağıya sallanan pişikcik halında qurul meydana gətirər. Qurullar budaqlanmamışdır.
Qoz meyvəyeyəni
Qoz meyvəyeyəni (lat. Sarrothripus musculana) - Buğumayaqlılar tipinin Pulcuqluqanadlılar dəstəsinin Yarpaqbükənlər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Kəpənəklərin uzunluğun 8–10 mm, qanadları açılarkən isə onun eni 13–23 mm-dir. Qanadları bozdur. Yumurtası 0,5 mm uzunluqda olub, üstdən basıq və qabırğalıdır. Tırtılı axırıncı yaşda 16 mm-ə qədər çata bilir. Pupu 11 mm uzunluqda olub, qəhvəyi rənglidir, möhkəm barama içərisində olur, nəhayətində tikancıq olur. Qoz meyvə yeyəni barama və axırıncı yaşlı tırtıl halında qışlayır. Tırtıllar axırıncı yaşda puplaşmağa başlayır. Puplardan kəpənəklər aprelin axırlarında mayın əvvəllərində çıxmağa başlayır.
Qoz sousu
Satsivi və ya Qoz pastası (Gürcücə:საცივი) — qida pastası, əsasən qoz içindən hazırlanmış və müxtəlif reseptlərdə istifadə olunur.
Qusdurucu qoz
Qarğabükən, qusdurucu qoz (lat. Strychnos nux-vomica) - loqaniyakimilər fəsiləsinin strychnos cinsinə aid bitki növü.
Keçəli qoz gənəsi
Keçəli qoz gənəsi (lat. Aceria erinea (Nalepa, 1891)) — ancaq qoz ağaclarına ziyan vuran gənə növü. İlk dəfə A.Nalepa tərəfindən qeyd edilən bu növün klassik təsvirini Q.Kifer (Keifer 1938, 1952) vermişdir. Sorucu ağız aparatına malik olan sarımtıl rəngli keçəli qoz gənəsi sorucu ağız aparatı vasitəsilə yarpaqların hüceyrə şirəsini sorur və nəticədə həmin yerdə yarpaqların üst səthində qalın divarlı, iri, girdə qabarıqlar və ya şişkinliklər əmələ gəlir. Yarpaqların alt səthində isə həmin qabarıqlara uyğun müxtəlif ölçülü çökəkliklər yaranır. Çökəkliklərin daxili divarı isə sarımtıl rəngli sıx tükcüklərlə (erineum) örtülmüş olur. Bu mənzərə keçəni xatırladır (adı da buradan götürülüb) və gənələr orada açıq halda yaşayır. Tükcuk və ya keçə ilə əhatə olunmuş ərazinin ölçüsü 0,25 – 4,50 mikrometr təşkil edir. Keçəli qoz gənəsinin biologiyası bir çox cəhətdən ziyilli qoz gənəsi (lat. Aceria tristriata) ilə oxşardır.
Qoz fır gənəciyi
Qoz fır gənəciyi - (lat. Eriophyes tristriatus) buğumayaqlılar tipinin gənəciklər dəstəsinin fır əmələgətirənlər fəsiləsinə aid olan növ == Xarici quruluşu == Qoz fır gənəciyinin yetkin fərdləri 220 mikron uzunluqda mikroskopik canlı olub, bədəni 60-yaxın buğumdan ibarətdir. Onun ayaqları 2 cütdür. Bu əlamətinə görə tor gənəciklərindən fərqlənir. Onu sürfəsi xarici görünüşünə görə yetkin fərdə oxşayır. Yumurtası kürəvaridir. Gənəcik tərəfindən şirəsi sorulan yarpağın üst səthi qabarıq olur. yarpağın alt tərəfində çökəklik əmələ gəlir. Həmin çökəkliklər içərisində keçə kimi tellər yığımı olur. Gənəcik həmin tellər içərisində yaşayır.
Qoz iri mənənəsi
Qoz iri mənənəsi - (lat. Pterocallis juglandis) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Qoz iri mənənəsi 4 mm-ə qədər böyüklükdə olub, sarımtıl limon rəngdədir. Qanadlı fərdlərdə baş və döş tutqundur. Bığcıqlar altıbuğumludur. Bədəninin üst hissəsində iki cərgədə girdə ləkələr düzülmüşdür. == Həyat tərzi == Qoz iri mənənəsi partegenotik yolla çoxalır. Kütləvi çoxalma halına may-iyun aylarında təsadüf olunur. Azərbaycanda il ərzində verdiyi nəslin miqdarı dəqiqləşdirilməmişdir. == Yayılması == Qolarktika, Asiyanın hər bir ölkəsi, Azərbaycan, Qafqaz.
Möhkəm qoz (film, 1988)
Məğlubedilməz və ya Çətin ölmək (ing. Die Hard) — 1988-ci ildə Brüs Uillisin baş rol adlığı ABŞ filmi. Film Oskar mükafatına və bir sıra nominasiyalara layiq görülmüşdür. Film amerika yazıçısı Roderik Torpun 1979-cu ildə yazdığı "Heç nə əbədi deyildir" (ing. Nothing Lasts Forever) novellası əsasında çəkilmişdir. == Məzmun == Nyu-York polisi Con MakKleyn (Brüs Uillis) Yeni il ərəfəsində Los-Anceles şəhərinə boşanmış həyat yoldaşı Holli (Bonni Bedelia) ilə barışmaq üçün gəlir. Con MakKleyn Hollinin işlədiyi Los-Ancelesin "Nakatomi Plaza" adlı göydələninə gəlir və onun burada olduğunu görür. Gecə vaxtı şənlik zamanı göydələni qəflətən mafiya başçısı Hans Qruber (Alan Rikman) başçılığı altında banda ələ keçirir. Quldurlar çox sayda işçiləri girov götürürlər. Bu işçilər sırasına MakKleynin həyat yoldaşı Holli də daxildir.
Möhkəm qoz (film, 2007)
Məğlubedilməz 4.0 — 2007-ci ildə istehsal olunmuş döyüş filmi. == Qısa məzmun == Dünyanı yenə də yeni terror dalğası bürüyüb. Ümumdünya kompüter şəbəkəsi terrorçuların əlindədir. Hükumət və xüsusi xidmət orqanları gücsüzdür. Con Makleyn yenə də terrorçularla mübarizəyə qalxır. O, uzun müddətdir ki, istefadadır. Amma bu dəfə söhbət onun ailə üzvlərinin həyatından gedir. == Film haqqında == Brüs Uillisin dublyoru Larri Rippenkrüger çəkiliş zamanı səkkizmetrlik hündürlükdən yıxılaraq ciddi xəsarət alıb. Çəkilişlər təxirə salınıb və Larri bir neçə ay klinikada yatıb. Onun çilik-çilik olmuş bilək, sifət və kəllə sümüklərini titan protezlərlə əvəz ediblər.
3 badam 1 qoz (film, 2017)
3 badam 1 qoz tammetrajlı bədii filmi rejissor Rafael Bağıroğlu tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Azərbaycanda ilk dəfə qara komediya janrında çəkilən filmdə əsas rolları Mənsur Şərif, Rəsul Abbas, Sabir Samiroğlu, Altun Mətləboğlu, Cəmilə Tağızadə, Nigar Babayeva, Mila Əminə, Sevinc Şirinova və Rövşən Kərimduxt ifa edirlər. == Məzmun == Film dörd dostun başına gələn tragikomik əhvalatlardan bəhs edir.
Qoz toplayanlar
"Qoz toplayanlar" (fr. Les Noisettes) — fransız akademik rəssamı Vilyam Buqronun 1882 - ci ildəyağlı boya ilə kətan üzərində işlədiyi rəsm əsəri. Əsər Detroid İncəsənət İnstitutunda saxlanan ən məşhur eksponatlardandır. Rəsm əsəri instituta 1954 - cü ildə Vilyam E. Skripps tərəfindən bağışlanıb.
Ziyilli qoz gənəsi
Ziyilli qoz gənəsi (lat. Aceria tristriata (Nalepa, 1889)) — yetkin fərdləri mikroskopik canlılar olan gənə növü. Ayaqları 2 cütdür. Bu əlamətinə görə tor gənəsindən asanlıqla fərqlənir. Bu növün deytogen, yəni qış dişilərinin təsvirini ilk dəfə A.Nalepa vermişdir. Daha sonra bu təsvirə H.Farkaş (Farkas, 1960) əlavələr etmişdir. Növün morfologiyası haqqında daha dolğun və ətraflı məlumatlara A.S.Hassanın (Hassan, 1928) işlərində rast gəlinir. Ziyilli qoz gənəsi yarpaqların üst səthində düzgün olmayan konusvari, kobud ziyilli fırlar əmələ gətirir və gənələr də həmin fırların içərisində qışlayırlar. Bu fırların diametri 1,0-1,5, hərdən də 2,0 mm olur. Rəngləri yaşlarından və işıqlanma dərəcəsindən asılı olaraq dəyişilir.
Üç badam, bir qoz
Üç badam bir qoz — Azərbaycanın milli rəqsi. Rəqs qədimidir, Şəkidə yaranıb. Mahnı mətni olub. Ohun mahnısını vaxtilə Cabbar Qaryağdıoğlu və Ələsgər Abdullayev kimi mahir müğənnilər oxuyublar.
3 badam 1 qoz
3 badam 1 qoz tammetrajlı bədii filmi rejissor Rafael Bağıroğlu tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Azərbaycanda ilk dəfə qara komediya janrında çəkilən filmdə əsas rolları Mənsur Şərif, Rəsul Abbas, Sabir Samiroğlu, Altun Mətləboğlu, Cəmilə Tağızadə, Nigar Babayeva, Mila Əminə, Sevinc Şirinova və Rövşən Kərimduxt ifa edirlər. == Məzmun == Film dörd dostun başına gələn tragikomik əhvalatlardan bəhs edir.
Üç badam bir qoz (Rəqs)
Üç badam bir qoz — Azərbaycanın milli rəqsi. Rəqs qədimidir, Şəkidə yaranıb. Mahnı mətni olub. Ohun mahnısını vaxtilə Cabbar Qaryağdıoğlu və Ələsgər Abdullayev kimi mahir müğənnilər oxuyublar.
Aşağı Qozlu (Qoşaçay)
Aşağı Qozlu' (fars. ‎‎گوزللوي سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (10 ailə).
Aşağı Qozlu (Soyuqbulaq)
Aşağı Qozlu (fars. قوزلوی سفلی‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 346 nəfər yaşayır (49 ailə).
Le-Kost-Qozon
Le-Kost-Qozon (fr. Les Costes-Gozon, oks. Las Còstas de Goson) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Rom-de-Tarn kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12078. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 29 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 113 nəfər (15-64 yaş arasında) 77 nəfər iqtisadi fəal, 36 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,1%, 1999-cu ildə 63.2%).
Mancuriya qozu
== Təbii yayılması: == Növün təbii arealı – Mancuriya (Şimali Çin), Uzaq Şərq və Koreya yarımadasıdır. == Botaniki təsviri: == Mancuriya qozu yarpağı tökülən, birevli ağac və ya koldur.Hündürlüyü 25-30 m-ə çatan gövdəsi düz, şaxələnmiş və ya enli-yumru, zərif çətirlidir. Qabığı tünd boz, zoğları sarımtıl-qonur tükcüklüdür. Yarpaq saplaqlarının uzunluğu 5-20 sm-dir.Yarpaqları növbəli, mürəkkəb, cüt olmayan, lələkvari, uzunluğu 40-90 sm-dir.Yarpaqcıqları 7-19 ədəd, uzunsov-ellipsvari, uzunluğu 17 sm və eni 2-7 sm-dir. Yarpaq ayası dişli, ucu biz, tükcüklüdür. Çiçəkləri xırda, bircinsli, çiçəkləmə yarpaqları açıldıqdan sonra müşahidə edilir. Erkəkcik çiçəkləri uzun, sallaq sırğalarda, dişicik çiçəkləri 3-10 ədəd olmaqla zoğların uclarında yerləşir. Aprel-mayda çiçəkləyir. Meyvələri çəyirdəkvari, oval, yunan qozuna bənzəyir, ancaq xırda (2,5-7,5 sm) və çox qalın, yaşıl və ya qonur qabıqlıdır. Qozun nüvəsi kiçik ölçülü, yeməlidir.
Notrdam kilsəsinin qozbeli
Paris Notr-Dam kilsəsi (fr. Notre-Dame de Paris) və ya Notr-Dam kilsəsinin Qozbeli (ing. The Hunchback of Notre-Dame) — Fransa yazıçısı Viktor Hüqonun 1831-ci ildə yazdığı qotik və romantizm janrlarında olan əsər. Fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunur. Romanın fransızca olan orijinal adı, "Notre-Dame de Paris"-dir. Azərbaycan dilinə, "Paris Notr-Dam kilsəsi" kimi tərcümə olunur. Paris Notr-Dam kilsəsi Paris şəhərinin mərkəzində yerləşən katolik kilsəsidir və Fransa paytaxtının başlıca simvoludur. Lakin 1833-cü ildə ingilis tərcüməçi və yazıçı Frederik Şoberl, əsəri ingilis dilinə tərcümə edərkən, adını "The Hunchback of Notre Dame" yəni "Notr Damlı Qozbel" kimi göstərmişdir. Bu ad, əsərin baş qəhrəmanı "Kvazimodo" üzərinə adlandırılmışdır. Sonradan bu ad, əsərin beynəlxalq adı ola biləcək qədər önəmli olmuşdur.
Notrdam kilsəsinin qozbeli (cizgi filmi, 1996)
Notrdam kilsəsinin qozbeli (ing. The Hunchback of Notre Dame) — 1996-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir, Disney studiyası tərəfindən yaradılmış sayca 34-cü cizgi filmi. İlk nümayişi 21 iyun 1996-ci ildə olmuş və 100 milyon dollardan artıq gəlir gətirmişdir. Viktor Hüqoin eyniadlı romanının ekranlaşdırmasıdır. Bəstəkarları Alan Menken və Stiven Shvarts. 19 mart 2002-ci ildə "Notrdam kilsəsinin qozbeli" DVD-də yenidən satışa çıxarılmışdır, və eyni tarixi Disney studiyası filmin sikvelini — "Notrdam kilsəsinin qozbeli 2" cizgi filmini təqdim etmişdir. 12 mart 2013-ci ildə "Notrdam kilsəsinin qozbeli" Blu-ray-də yenidən satışa çıxarılmışdır. == Rollarda == Tom Hulce — Quasimodo Demi Mur / Haĭdi Mollenhauer — Esmeralda Toni Jai — Frollo Kevin Kline — Phoebus Paul Kandel — Clopin Jason Aleksandr — Hüqo Çarlz Kimbro — Viktor Meri Uikes — Laverne Devid Oqden Stirz — Archdeacon Meri Key Berqman — Ana Quasimodo Kori Börton — Brutish Guard Bill Faqerbeyk — Oafish Guard Cim Kamminqs / Patrik Pinney — Guard / Qaraçı Qeri Trusdeyl — The Old Heretic Frenk Uelker — Gənc Quşlar == İstinadlar == == Xarici keçidlər == Rəsmi sayt Notrdam kilsəsinin qozbeli — Internet Movie Database saytında.
Notrdam qozbeli (film, 1997)
"Notrdam qozbeli" (ing. The Hunchback) — rejissor Piter Medakın filmi. == Məzmun == XV əsrin sonlarının Paris şəhəri. Üç nəfər kişi: Paris kilsəsinin arxidiakonu Klod Frollo, kilsənin zəngçisi qozbel Kvazimodo və şair Pyer Qrenquar eyni bir qıza aşiq olublar. Həmin qız qaraçı Esmeraldadır. Lakin onun uğrunda əsas rəqabət Frollo və Kvazimodo arasında getməyə başlayır... == Film haqqında == Film məşhur yazıçı Viktor Hüqonun "Paris Notrdam kilsəsi" romanı əsasında çəkilmişdir. Viktor Hüqonun "Paris Notrdam kilsəsi" romanı müxtəlif illərdə kinematoqrafçılar tərəfindən bir neçə dəfə ekranlaşdırılmışdır. Belə ki, bu günə qədər bu romanın əsasında 15 film (1905, 1911, 1917, 1922, 1923, 1939, 1956, 1966, 1977, 1982, 1986, 1996, 1997, 1999, 2002-ci illərdə) çəkilmişdir.
Qozqaralı
Qozqaralı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Gədəbəy r-nunun Poladlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi 1930-cu ildə həmin r-ndakı Heriknaz kəndindən köçmüş ailələr tərəfindən Qozqaralı adlı ərazidə salındığı üçün belə adlanmışdır. Əraziyə isə orada qozqara ağacı çox olduğu üçün belə ad verilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 118 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qoztala
Qoztala — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində yer adı (toponim).
Qozçiçəklilər
Qozçiçəklilər (lat. Juglandales) — i̇kiləpəlilər sinfinə aid bitki sırası.
Qozı Körpeş–Bayan Sulu
Qozı Körpeş — Bayan Sulu — XIX əsrin ortalarında yazılmış XIII-XIV əsrlərə aid Qazaxıstan lirik-epik poeması. Poema Sıbanbay, Bekbau, Janak və Şoje kimi akınların şifahi ifası sayəsində populyar idi. Onun təxminən 20 variantı arasında Janakın variantı ən məşhurudur. Yazılı şəkildə ən çox yayılmış versiyalar folklor toplayıcıları Sablukova (1831-ci il), Derbisalinə (1834-cü il), A. Frolova (1841-ci il) və Çokan Vəlixanova (1856-cı il) məxsusdur. Rus dilində poema 1865-ci ildə M. Putintsev tərəfindən nəşr olunmuşdur, daha sonra 1870-ci ildə V. Radlovun "Türk tayfalarının xalq ədəbiyyatı nümunələri" (rus. Образцы народной литературы тюркских племён) toplusunun üçüncü cildinə daxil edilmişdir. == Süjeti == Qozı Körpeş və Bayan Sulunun faciəvi sevgisi haqqında qədim əfsanəyə əsasən, uşaqlıqdan dost olan Sarıbay və Karabay adlı iki şəxs öz uşaqlarını bir-biri ilə evləndirəcəklərinə dair and içdilər və onları doğulmazdan əvvəl nişanlandırdılar. Oğlu doğulmazdan əvvəl Sarıbay ov zamanı vəfat edir. Böyüyən Kozı və Bayan bir-birilərini görməsələr də, nikah razılaşması onları birləşdirir və nəhayət onlar bir-birini sevirlər. Zaman keçir və Karabay həyat planlarını dəyişir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 8.34 dəfə / 1 mln.
2002 •••••••• 6.85
2003 ••••••• 5.91
2004 •••• 3.03
2005 ••• 2.02
2006 •••••••• 6.98
2007 ••••••••••••••• 12.90
2008 ••••••••••••••••• 15.35
2009 •••••••••••••••••••• 18.08
2010 •••••••••••••• 12.44
2011 ••••••••• 7.98
2012 •••••••••••••• 11.79
2013 •••••••••• 8.61
2014 •••••••••• 8.24
2015 ••• 2.21
2016 ••• 2.43
2017 •••••• 5.20
2018 •••••• 4.94
2019 •••••••• 6.54
2020 ••••• 4.24

qoz sözünün leksik mənası və izahı

  • 1 is. 1. Bərk qabıqlı, qoşa ləpəli bir meyvə. Qoz ləpəsi. – Teyibə evə yolu düşəndə Bahadır üçün həmişə fındıq, qoz, saçaqlı konfet, iydə və bəzən xurma gətirirdi. M.Hüseyn. // Bu meyvənin ağacı. Qoz ağacından əla mebel hazırlanır. – Molla Qasım həyətdə qoz ağacının altında həsir saldırıb uzanmışdı. S.S.Axundov. 2. dan. Qoza oxşayan şiş, ur, çıxıq. Alnından qoz çıxıb. ◊ Qoz qabığına girmək – qorxudan qaçıb özünə bir sığınacaq tapmaq, qorxudan qaçıb gizlənmək. Qoz qabığına salmaq (soxmaq) – çox sıxışdırmaq, çıxılmaz vəziyyətə salmaq. Qoz-qoz oynamaq – bəhsləşmək, dikbaşlıq etmək. [Xasməmməd:] Ancaq bir şərtlə ki, o … bizimlə qoz-qoz oynamasın. C.Cabbarlı. Qozunun üstünə qoz qoymaq – dərdini daha da artırmaq, işini daha da çətinləşdirmək.

    Azərbaycan dilinin izahlı lüğəti / qoz

qoz sözünün etimologiyası

  • 1 Əsli kokos kimidir, alınma sözdür, “hind qozu” deməkdir. Göy qozun üstündəki qabığa “gəzəl (gəz)” deyirlər. Gəzəl mənbələrdə “qabıq” kimi açıqlanıb, amma hər qabığa gəzəl demirik. Görünür, gəz (gəzəl) və qoz eyni kökə malik olub. Bizdə qoz yerinə yağaq kəlməsi işlədilib, görünür, “yağlı” demək olub. Ceviz və fındıq sözləri də alınmadır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qoz

qoz sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 QOZ (bərk qabıqlı meyvə) Gənc qozları yenə də bir yerə topladı... (A.Şaiq); CÖVÜZ (danışıqda ceviz) [Kəndli:] Çünki bu ovqat cəviz və ərik qurusu İrəvan səmtinə yaxşı pula gedir.. (C.Məmmədquluzadə).

    Azərbaycan dilinin sinonimlər lüğəti / qoz

qoz sözünün rus dilinə tərcüməsi

  • 1 1. орех (грецкий); 2. ореховый;

    Azərbaycanca-rusca lüğət / qoz
  • 2 I сущ. грецкий орех: 1. плод со съедобным ядром в твёрдой оболочке. Qoz sındırmaq колоть, щёлкать орехи, iri qoz крупный орех 2. дерево, приносящее такие плоды II прил. ореховый. Qoz mürəbbəsi ореховое варенье; зоол. qoz meyvəyeyəni ореховая плодожорка, qoz uzunburunu ореховый долгоносик ◊ qoz qabığına soxmaq kimi держать в чёрном теле, держать в ежовых рукавицах, держать в тисках кого-л.; qoz qabığına girmək прятаться от страха; qozunun üstünə qoz qoymaq kimin осложнить чьё-л. дело

    Azərbaycanca-rusca lüğət / qoz

qoz sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. walnut; nut; ~ yığmaq to nut; ~ yığmağa getmək to go* nutting; qarzaksiz ~ shelled walnut(s) II. s. walnut; ~ ağacı walnut-tree; (material) walnut; ~ halvası nougat; ~ qabığı walnutshell; ~ ağaclığı walnut grove; ~ ağacından hazırlanmış mebel walnut furniture; ◊ ~ qabığına soxmaq ≅ to rule smb. with a rod of iron, to ill-treat (d.), to maltreat (d.); ≅ ~ qabığına girmək to creep* into any hole in order to hide oneself

    Azərbaycanca-ingiliscə lüğət / qoz

qoz sözünün fransız dilinə tərcüməsi

qoz sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. кӀеребич, кӀерецӀ; кӀеребичдин (хъархъун) ттар; // кӀеребичдин (мес. хвех, хъире); qoz ağacı кӀеребичдин ттар, хъархъун ттар; 2. рах. кӀеребич хьис экъис хьайи, дакӀур чка, тӀур; ** qoz qabığına girmək кьифрен тӀеквенда гьахьун, кичӀевиляй катна илис хьун, чуьнуьх хьун; qoz qabığına salmaq (soxmaq) кьифрен тӀеквенда ттун, гзаф тадияр гун, кӀеве ттун, эхкъечӀиз тежер гьалда ттун; qoz-qoz oynamaq гьуьжетун, хахавал авун; qozunun üstünə qoz qoymaq дердер амадайни къати авун, кар мадни кӀеве ттун, четинарун.

    Azərbaycanca-ləzgicə lüğəti / qoz

qoz sözünün türk dilinə tərcüməsi

qoz sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Göyçay, Mingəçevir) bax qavız

Azərbaycan dilinin dialektoloji lüğəti.

"qoz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qoz nədir? #qoz sözünün mənası #qoz nə deməkdir? #qoz sözünün izahı #qoz sözünün yazılışı #qoz necə yazılır? #qoz sözünün düzgün yazılışı #qoz leksik mənası #qoz sözünün sinonimi #qoz sözünün yaxın mənalı sözlər #qoz sözünün əks mənası #qoz sözünün etimologiyası #qoz sözünün orfoqrafiyası #qoz rusca #qoz inglisça #qoz fransızca #qoz sözünün istifadəsi #sözlük