* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. İnsan bədəninin, çiynin başından barmaqların ucuna qədər olan iki üzvündən hər biri. Sağ, sol qol. Qolunu qaldırmaq. – İzzət Əhmədin qolundan yapışıb gətirib oturtdu palaz üstə ki, oğlan rahatlansın. C.Məmmədquluzadə. [Telli] sol biləyini gözlərinin üstünə qoymuş, bütün qolu açıqda qalmışdı. S.Hüseyn. 2. Atın qabaq ayaqlarından hər biri. Atın sağ qolu axsayır. 3. Paltarın qolu örtən hissəsi. Pencəyin bir qolu uzundur. – [Gülbadam] ağ kiseyi köynəyinin enli qolları ilə uşağın alnındakı təri sildi… N.Nərimanov. Məşədi Həsən çuxasının qolları əlində oynamağa başladı. Çəmənzəminli. 4. Ağac budağı, şaxə. Ağacın qolları çox genişdir. □ Qol atmaq – şaxələnmək, qolbudaq atmaq, hər tərəfə yayılmaq. Yenə səssiz, cansız yurdlar qol atmışdı hər yana; Alaçıqlar muncuq kimi düzülmüşdü yanyana. A.Şaiq. 5. Əsas bir şeydən, ana xətdən ayrılan şöbə, hissə, qisim, xətt. Dəmiryol stansiyasından mədənə bir qol ayrılır. – Hansı çay ki gedib dəryaya tökülür, ona böyük çay və ya nəhr; hansılar ki, böyük çaya tökülür, onlara qol deyilir. H.Zərdabi. Kür Xəzərə yaxınlaşdıqca və ona yeni qollar bitişdikcə bu çayın suyu artır. M.Qaşqay. [Gülpəri:] Kəhrizdən qol ayırıb aparıb pambığını suvarıb. Ə.Haqverdiyev. Dağın ətəyindən ayrılır bir qol; Tikanlı kəndinə ayırır bu yol. S.Vurğun. // Dastanın ayrı-ayrı hissəsi, fəsli, hekayəsi, epizodu. [Əmiraslan] özü də dönüb oğluna “Koroğlu” dastanının ayrı-ayrı qollarını nağıl edər(di). S.Rəhimov. // Bir ordunun və s.-nin ayrıldığı hissələrdən hər biri. Çar ordusu üç qola ayrılmışdı. Onların bir qolu Şahzadə bağına qapanmış(dı)… M.S.Ordubadi. Dəstəmiz qollara ayrılmalı, hərəkət təlimi verilməli idi. Mir Cəlal. 6. Cinah, tərəf, səmt. Sağ qol. Sol qol. – Sağ qoldan isə öz vurulmuş tanklarının ardınca qalxan bu piyada Muxtarov, Dadaşın qəfil və sərrast atəşi altına düşdü. Ə.Əbülhəsən. 7. İmza. [Süleyman:] Necə etməz, bəs bu boyda peçatı, bu yoğunluqda qolu görmürsən? M.İbrahimov. [Gəldiyev] inanmışdı ki, qulluq işində adamı yıxan, dikən sədrin, müdirin, naçalnikin bir qırmızı qoludur. Mir Cəlal. □ Qol qoymaq, qol çəkmək – 1) imzalamaq, imza etmək. Bir yerdə … ərizə yazırlar və cəm olan on beş nəfər haman ərizəyə qol qoyurlar. Ə.Haqverdiyev. Qol çəkməyi bilirəm, amma sənin kimi oxumuş deyiləm. Qantəmir; 2) məc. tamamilə razılaşmaq, qəbul etmək. Elə mən də sən deyənə qol qoyuram. M.Hüseyn. 8. xüs. Bəzi alətlərdə və mexanizmlərdə hərəkəti nizama salan və başqa vəzifələr görən qola oxşar hissə. ◊ Qol zoruna – zorakılıqla, güclə, zorla, zor işlədərək. Burada qol zoruna iş keçməz. Qolları arasına almaq – qucaqlamaq. Həsən … [Dilaranı] qolları arasına alıb dodaqlarından öpdü. M.İbrahimov. Qollarını açmaq – birini qucaqlamağa hazırlanmaq, məmnuniyyətlə, gülər üzlə qarşılamaq. Qollarını atmaq – bax qollarını ölçmək. Baba qollarını ata-ata (z.) yenə danışmaq istədi, lakin öskürək onu boğdu. Çəmənzəminli. Qollarını … boynuna dolamaq (sarımaq) – birini bərk-bərk qucaqlamaq. Süsən atasına yanaşdı, dirsəyəcən çırmanmış qollarını onun boynuna doladı. M.Hüseyn. Qollarını ölçmək – danışarkən qolları ilə hərəkət etmək, qollarını oynatmaq. Şah ayaqlarını taxtdan sallayıb, qollarını ölçərək cır səsi ilə çığırdı. Çəmənzəminli. Qoluna girmək – 1) qolunu birinin qoluna keçirmək. O, dostunun qoluna girib balkona çıxartdı. Ə.Vəliyev; 2) qolunu gəzə bilməyən xəstə və ya başqa adamın qoluna keçirərək, ayağa qaldırıb gəzdirmək. Qolundan qaldırmaq – bax qolundan tutmaq. Bir də onlar məni qolumdan qaldırdılar. Yoldaşlıq naminə ailəmə kömək verdilər. M.Hüseyn. Qolundan tutmaq – kömək etmək, əl tutmaq, yardım göstərmək. [İsmayıl:] Onun qədim nökəri Cavad bir az onun qolundan tutur. Ə.Haqverdiyev. Qolundan yapışmaq – bax qolundan tutmaq. [Tubu:] Qızını bir eləsinə ver ki, lazım olan vaxt qolundan yapışsın. Ə.Haqverdiyev. Kişiyə ürək-dirək verdik, qolundan yapışdıq, evimizə gətirib, neçə gün, neçə gecə qonaq saxladıq. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / qol2 [ing.] idm. 1. köhn. Futbol, xokkey, su polosu və s. oyunlarda oyunçuların topu vurub keçirdikləri qapı, yaxud ayrılmış yer. Birdən oğlan qışqırır: “Dinamo” qol vuracaq! M.Rahim. 2. Bir komandanın, topu rəqibinin qapısından keçirdikdən sonra qazandığı xal, say. ◊ Qol vurmaq – müqabil tərəfin qapısından topu keçirmək.
Azərbaycan dilinin izahlı lüğəti / qol1 Qədim mənası “yan tərəfə gedən çıxıntı” deməkdir. Çayın qolu, adamın qolu və s. yana çıxan hissələrdir. Güman ki, qulaq və qol sözləri qohumdur. Qol-budaq sözü sinonimlər birləşməsidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qol5 1. QOL (insan bədəninin bir üzvü) O [Mustafa], küçəyə çıxdıqda, bir qarı onun qolundan tutdu (S.Vəliyev); BAZU (kl.əd.) Biləyi, bazusu, hər bəndi gözəl; Gərdəndə zülfünün kəməndi gözəl (M.P.Vaqif). 2. qol bax imza 3. qol bax budaq
Azərbaycan dilinin sinonimlər lüğəti / qol1 QOL I is. İnsan bədəninin üzvü. Odur, bir tərəfdə anam büzüşmüş; Yatmışdır, başının altında qolu (B.Azəroğlu). QOL II is. İmza. Necə etməz, bəs bu boyda peçatı, bu yoğunluqda qolu görmürsən? (M.İbrahimov). QOL III is. [ ing. ] idm. Futbolda qapıdan topun keçməsi nəticəsində əldə edilən xal. Birdən oğlan qışqırır; “Dinamo” qol vuracaq! (M.Rahim).
Azərbaycan dilinin omonimlər lüğəti / qol1 1. рука; 2. ветвь; 3. приток (реки); 4. рычаг, коромысло, плечо (у весов); 5. рукав (одежды); 6. подпись; 7. гриф (у гитары);
Azərbaycanca-rusca lüğət / qol2 1 сущ. 1. рука (верхняя конечность человека от плеча до кистей рук). Sağ qol правая рука, uzun qollar длинные руки; qollar yana! руки в стороны! qollarla sarılma обхват руками 2. передняя нога (лошади). Atın qolu передняя нога лошади 3. ветка, ветвь, ответвление (о дорогах). Yolun qollarından biri одно из ответвлений дороги, dəmir yolunun ayrılan qolu железнодорожная ветка 4. приток реки. Volqanın qolları притоки Волги 5. плечо (обычно у весов и т.п.). Lingin qolu плечо рычага 6. рукав (одежды, реки). Paltarın qolu рукав платья 7. разг. подпись 8. гриф (у некоторых струнных музыкальных инструментов) 9. отрог. Dağların qolları отроги гор; 10 отвод. Arxın qolu отвод канала 11. строит. стрела. Qülləli kranın qolu стрела башенного крана ◊ qol gücünə силой кулака, грубой силой; qollarını çirməyib засучив рукава; qollarım qırılır (sınır) nədən руки у меня отваливаются: qolundan tutmaq оказать поддержку, подать руку помощи кому; qoluna girmək брать, взять под руку; qol çəkmək: 1. подписывать, подписать, подписываться, подписаться; 2. дать согласие, не возражать; qoluna girib (qol-qola verib) getmək идти под руку с кем; qolları arasına almaq обнимать, обнять; голуну (qollarını) ölçmək махать руками 2 сущ. спорт. гол. Qol vurmaq забить гол ◊ qapısından bir qol keçirmək kimin обвести, перехитрить кого
Azərbaycanca-rusca lüğət / qol1 i. I. i. 1. arm; branch; sleeve; tributary; sağ / sol ~ right / left arm; bir kəsin ~ları arasına atılmaq to run* / to rush / to fly* into smb.’s arms; gödək / uzun ~ don a dress with short / long sleeves; çayın ~u a branch of a river; Reyn çayının ~ları The branches / tributaries of the Rhine; 2. signature; ~ çəkmək to sign (d.); bir kəsin ~unu təsdiq etmək to witness smb.’s signature; Zəhmət olmasa, bura qol çəkin Sign here, please II. i. id. goal; ~ vurmaq to score a goal
Azərbaycanca-ingiliscə lüğət / qol1 is. 1) bras m ; 2) signature f ; ~ çəkmək apposer sa signature ; 3) but m, goal m
Azərbaycanca-fransızca lüğət / qol1 сущ. 1. гъил (инсандин бедендин къуьнелай тупӀарин кӀуфарал кьван авай пай); sağ qol эрчӀи гъил; qolunu qaldırmaq гъил хкажун; 2. балкӀандин виликан кӀвачерикай гьар сад; 3. хел (перемдин, пенжекдин ва мс.); 4. хел (ттаран); qol atmaq хилер вегьин, хилер гъун, гьар патахъ чукӀун (таран хилер); 5. хел, пай (мес. вацӀун, рекьин); 6. ччараз пай, чӀук (мес. махунин); 7. пад, тереф; sağ qol эрчӀи пад; 8. къул; qol qoymaq, qol çəkmək къул эцигун (тун), къул чӀугун а) арзадал ва мс. къул чӀугун (кхьин); б) пер. тамам рази хьун, бегенмиш хьун, кьабул авун, кьабулун (мес. лагьай са гаф, фикир); 9. хуьс. гъилиз ухшар пай (бязи механизмрин ва мс.); cəhrənin qolu чхрадин гъил; ** qol zoruna гъилин гужуналди, гужалди, зуруналди; qolları arasına almaq гъилерин арада кьун, къужахламишун; qollarını açmaq гъилер ахъаюн, сад къужахламишиз гьазур хьун, ччина хъвер аваз къаршиламишун; qollarını atmaq кил. qollarını ölçmək; qollarını boynuna dolamaq (sarımaq) гъилер гарданда ттун, садан гардан кьун, къужахламишун; qoluna girmək кьуьнчӀуькай кьун; qolundan qaldırmaq кил. qolundan tutmaq; qollarını ölçmək гъилер алцумун, рахадамаз гъилер юзуриз рахун; qolundan tutmaq гъиликай кьун, гъил кьун, куьмек авун (гун), куьмекун; qolundan yapışmaq кил. qolundan tutmaq.
Azərbaycanca-ləzgicə lüğəti / qol2 [ing.] спорт. гол (1. куьгьн. футболда, хоккейда ва мс. къугъунра къугъвазвайбуру туп (ва я шайба) яна ракъурдай рак, пен, варар; 2. туп акси патан варариз ракъурайбруз жедай хал); ** qol vurmaq гол ягъун, акси патан варарай туп ракъурун.
Azərbaycanca-ləzgicə lüğəti / qol(Başkeçid, Borçalı) divar. – Bir öyüm var, bö:rünnən üç qol da çəhdirəjəm, olajey iki öy (Borçalı)
Azərbaycan dilinin dialektoloji lüğəti.