* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••• | 3.43 |
2003 | ••••••••• | 3.54 |
2004 | •••••••• | 3.37 |
2005 | ••••••••••••• | 5.40 |
2006 | •••••••••••••••••• | 7.43 |
2007 | ••••••••• | 3.81 |
2008 | ••• | 1.22 |
2009 | •••••••••••• | 4.80 |
2010 | •••••••••••••••• | 6.63 |
2011 | ••••••••••••••• | 6.26 |
2012 | •••••••••••••• | 5.77 |
2013 | •••••••••••••••••••• | 8.31 |
2014 | •••••••••••••••••••• | 8.58 |
2015 | •••••••••••• | 4.93 |
2016 | ••••••• | 2.95 |
2017 | •••••••••••••••••••• | 8.45 |
2018 | ••••••••••••••• | 6.14 |
2019 | •••••••••• | 3.89 |
2020 | •••• | 1.59 |
1 is. 1. Dənizlə bilavasitə əlaqəsi olmayan təbii su hövzəsi. Aral gölü. Göy göl. Şor göl. – Bir göl içrə üzürdü bir yekə qaz; Özünə fəxr edib uzatdı boğaz. S.Ə.Şirvani. Quşlar uçur göylərdə; Ördək üzür göllərdə. A.Səhhət. // Süni surətdə düzəldilmiş böyük su anbarı; dəryaça. Mingəçevir gölü. // bax gölməçə. Küçədə göllər əmələ gəlmişdi. – Hələ tamam qurumamış yağış gölləri; Üzərində bulud-bulud uçur milçəklər. S.Vurğun. □ Göl bağlamaq – bir yerə yığılıb qalmaq, axmamaq (mayelər haqqında). Qan göl bağlamışdı. – Daşı ağzından götürüb gördüm ki, hinin içi göl bağlamış, var səsimlə: – Boğulmuş! – deyə bağırdım. A.Şaiq. 2. məc. Təşbeh kimi bir şeyin çox olduğu “yer” mənasında. Qəm gölündə üzmək. – Ələsgər qurbandı belə gəlinə; Sona kimi cumub eşqin gölünə. Aşıq Ələsgər. Bir dəstə cavan və igid oğlan atəş gölündə üzür, əridilmiş odda çimirdi. Ə.Vəliyev. ◊ Göl iyiri bot. – yerlə sürünən kökümsov gövdəli çoxillik bitki.
Azərbaycan dilinin izahlı lüğəti / göl1 Tuva dilində öl sözü var və “yaş”, “göl” anlamında işlədilir. Onlar dağ çayına öləqə deyirlər. Ölə kəlməsi ruslardakı смочить sözünün tərcüməsi kimi verilib. Çayır bitkisinə, qurumamış (yaş) ağaca “ölən” deyirlər. Tatar dilində yulğa sözü “çay” (река) anlamında işlədilir. Qaqauzlarda göl yerinə, “qırla” deyirlər. Belə görünür ki, göl sözü öl sözü ilə bağlıdır və “su” mənasını əks etdirir. Lil sözü də bununla bağlıdır. Görünür, rus dilindəki иль kəlməsi də bizim lil kəlməsi ilə qohumdur (lil sözü lilpar kəlməsində də özünü göstərir). Mənbələrdə öl sözü “мокрый”, ölü kəlməsi “мокнуть” mənasında açıqlanıb. M.Kaşğaridə çülmən sözü “durğun su” kimi şərh olunub. Çay sözünün sinonimi kimi ölən kəlməsi də qeydə alınıb. Deməli, göl “su” anlamı ilə bağlıdır, “durğun su” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / göl2 1 I сущ. 1. озеро (естественный замкнутый в берегах водоем). axarsız göllər бессточные озёра, buzlaq gölləri ледниковые озёра, dağ gölləri горные озёра, süni göllər искусственные озёра, şirin göllər пресные озёра, şor göllər соленые озёра 2. водохранилище (искусственный водоём). Mingəçevir gölü Мингечаурское водохранилище 3. лужа: 1) углубление со скопившейся водой 2) жидкость, пролитая на поверхность, разлившаяся по поверхности чего-л. II прил. озёрный: 1. относящийся к озеру. Göl suyu озёрная вода, göl sahili озерный берег, геол. göl gili озерная глина, göl süxurları озёрные породы, göl çöküntüləri озёрные отложения, göl hövzəsi озёрный бассейн 2. обитающий в озере. Göl balığı озерная рыба, göl qurbağası озерная лягушка 3. обильный озёрами. Göllər diyyarı озёрный край (край озер); göl bağlamaq, göl durmaq образоваться, стоять (о лужах) ◊ damadama göl olar капля по капле – образуется озеро 2 сущ. гёль; медальон (изобразительная или орнаментальная композиция, применяемая в декоративном искусстве)
Azərbaycanca-rusca lüğət / göl1 I. i. lake; duzlu / şor ~ salt lake; süni ~ artificial lake; təbii ~ natural lake II. s. lake; ~ suyu lake water; ~ sahili bank (of the lake)
Azərbaycanca-ingiliscə lüğət / göl1 is. lac m ; duzlu ~ lac salé ; süni ~ lac artificiel ; ~ sahili rive f de lac
Azərbaycanca-fransızca lüğət / göl1 сущ. 1. вир; // вирин (мес. гъед); 2. кил. gölməçə; 3. пер. тешпигьра са затӀунин гзаф авай “чка” манада (мес. гъамунин, ашкъидин).
Azərbaycanca-ləzgicə lüğəti / göl