allüvial-göl sözü azərbaycan dilində

allüvial-göl

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • allüvial-göl • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Allüvial düzənlik
Allüvial düzənlik ― çay dərələrində, onların mənsəb hissələrində və ya yer səthinin çökək sahələrində çay çöküntülərindən əmələ gəlmiş düzənlik. Allüvial düzənliklərə misal olaraq Volqa, Dnepr çaylarının geniş allüvial terraslarını: dərə düzənliklərini, Xuanxe, Nil, Volqa, Hind və s. çayların mənsəb hissələrindəki delta düzənliklərini, Lombardiya, Mesopatamiya, Böyük Çin, Kür- Araz və başqa ovalıqları göstərmək olar.
Allüvial sahə
Allüvial sahə — çay çöküntülərindən əmələ gəlmiş sahə. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Allüvial səpintilər
Allüvial səpintilər — allüvial çöküntülərə uyğun gələn səpintilər. Ana süxurların və yataqların, delivüal və ellivüal səpintilərin su axınları vasitəsilə yuyulması nəticəsində əmələ gəlir. Çayların dərəsində yerləşib, dərə boyu zolaq şəklində uzanır.
Allüvial terras
Allüvial terras - çayın gətirdiyi allüvial çöküntülərdən təşkil olunmuş çay terrasına deyilir.
Allüvial yelpik
Allüvial örtük (və ya allüvial yelpik) — 1) iri çayların daşqın zamanı basdığı sahələrdə yaranmış lilli yumşaq çöküntülər təbəqəsi. 2) leysan yağışlar zamanı dağ çaylarının gətirmə konusu səthində çökdürdüyü daha kobud çöküntülər qatı.
Allüvial çöküntülər
Allüvial çöküntülər — Daimi və müvəqqəti çayların axını tərəfindən gətirilib çay dərələrində, yer səthinin çökək sahələrində çökdürülən aşınma materiallarına deyilir. Allüvial çöküntülər çınqıl, gil, qum və s.- dən ibarətdir. Çökdürmə şəraitinə görə alüvial çöküntülərin aşağıdakı növləri var: yataq subasar axmazlarTermin 1823-cü ildə ingilis alimi U. Baklend tərəfindən təklif edilmişdir.
Allüvial örtük
Allüvial örtük (və ya allüvial yelpik) — 1) iri çayların daşqın zamanı basdığı sahələrdə yaranmış lilli yumşaq çöküntülər təbəqəsi. 2) leysan yağışlar zamanı dağ çaylarının gətirmə konusu səthində çökdürdüyü daha kobud çöküntülər qatı.
Axmaz göl
Axmaz göl və ya Axmazlar (Axmaz) — meandrlaşmış çaylarda (dolamanın) boyun hissəsinin yuyulmasının nəticəsində yatağın düzəlməsi ilə əlaqədar çaydan ayrılıb, köhnə yataqda əmələ gələn gölə deyilir və əsasən aypara formasında olur. Çay yatağının meandrlaşmasının nəticəsində yaranır. Belə ki, gursululuq və ya suyun səviyyəsinin qalxması nəticəsində çay qıvrılmış yatağını dəyişərək özünə qısa yol açır. Nəticədə yataq düz istiqamətdə uzanır. Tədricən qum və lil çayın əvvəlki yatağının girişini qapadır. Meandrlar isə kiçik göllərə çevrilir. Axmazlar bir müddət göl kimi mövcudluğunu qoruyur. Bir müddət sonra göl bataqlığa çevrilir. Daha sonra isə tamamən qururur (şoranlıq). Azərbaycan ərazisində mövcud olan Hacıqabul gölü, Sarısu, Mehmana və Duzdağ gölü axmazdırlar.
Ağ göl
Ağ göl — Azərbaycan ərazisində göl. Ağ göl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti vardır. Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahı"sına və Azərbaycan Respublikasının qırmızı kitabına daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır. Ağ göl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeri olub, 2001-ci il 25 may tarixində "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında" Ramsar Konvensiyasının "Ramsar Siyahısı"na daxil edilmişdir. == Fiziki-coğrafi şəraiti == Ağ göl dəniz səviyyəsindən aşağıda yerləşir. O, əsasən, Kür və Araz çaylarının mütəmadi daşqınları nəticəsində yaranmışdır. Belə ki zaman-zaman bu çayların mütəmadi və güclü mövsümi daşqınları ətrafdakı böyü çalaları dolduraraq orta dərinlikli, sahəsi o qədər də böyük olmayan göllər yaratmışdır. Mingəçevir hidrosisteminin (1953) və Araz su anbarının (1979) inşaları bu göllərin böyük əksəriyyətinin qurumasına səbəb olmuşdur. Nəticədə Mahmudçala, Ağçala, Şilyan gölləri bataqlıqlaşmış, Sarısu, Ağgöl, Mehman göllərinin hidroloji rejimi köklü dəyişmişdir.
Baliqli (göl)
Balıqlı — Göyçə gölünə şimal-qərbdən tökülən bir çayın adı. XX əsrin 30-cu illərində çay ermənicə Dzıknaqet adlandırılmışdır. Çayın adı onda balığın bolluğu ilə əlaqədardır. == Həmçinin bax == Balıqlı Bakugöl == Ədəbiyyat == Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.
Balıq göl
Balıq Gölü Şərqi Anadolu regionunda, Aras Dağlarında yerləşən Türkiyənin ən yüksək göllərindən biridir. Ağrı ilində yerləşən və sahəsi 30 km² olan bu göl vulkan mənşəli göllərə aid edilir. Dəniz səviyyəsindən yüksəkliyi 2241 m, ən derin yeri isə 37 m-dir. Gölün yaxınlığındakı kəndlərin əsas su mənbəyidir. Dağ suları ilə qidalanır. Gölün ətrafında qartal, dovşan, şahin, kəklik, tülkü, canavar, bildirçin kimi heyvanlar yaşayır. Ağrı ilindən 60 km, Daşlıçay ilçəsindən isə 26 km uzaqlıqdadır. Bu ərazilər üçün sərt iqlim xarakterikdir. Qış uzun, yaz və yay isə qısa müddət davam edir. Burada 5 ay balıqçılıq buzlar qırılaraq həyata keçirilir.
Balıqlı (göl)
Balıqlı — Göyçə gölünə şimal-qərbdən tökülən bir çayın adı. XX əsrin 30-cu illərində çay ermənicə Dzıknaqet adlandırılmışdır. Çayın adı onda balığın bolluğu ilə əlaqədardır. == Həmçinin bax == Balıqlı Bakugöl == Ədəbiyyat == Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.
Boden (göl)
Boden (alm. Bodensee‎) Almaniya, İsveçrə və Avstriya sərhədlərində yerləşən üç: Yuxarı (alm. Obersee‎), Aşağı (alm. Untersee‎) və Reyn hövzələrindən ibarət göl. Boden gölünün yatağı dəniz səviyyəsindən 395 m hündürlükdədir və sahəsi 536 km², uzunluğu 63 km, dərinliyi 254 m-dir. sahilləri təpəlik, lakin cənub şərq hissədə qayalıqdır. Gölün sahəsində bir neçə qoruq mövcuddur. bu göl Reyn çayı üçün həm mənsəb həm də mənbə sayılır. Göl yalnız sərt qışda donur. Bu gölün Almaniya sahilində Konstans və Fridrixhafen , Avstriya sahilində Bregens şəhərləri yerləşir.
Distrof göl
Distrof göl – humin turşuları ilə zəngin olan göldür. Su kütləsinin rəngi qəhvəyi çalarlı olur, huminli və bataqlıq distrof göl ayrılır.
Evtrof göl
== Evtrof göl == Evtrof göl- ali bitkilərin, yosunların və fitoplanktonların inkişafı üçün zərəri olan gölə deyilir. Evtrof göldə suyun reaksiyası qələvidir(pH=7,5-9,0). Evtrof göldə bol inkişaf edən bitkilər heyvan orqanizmləri tərəfindən tam istifadə edilə bilmədiyindən onların qalıqları dibə çökərək sapropel lil qatını əmələ gətirirlər. Ayrı- ayrı evtrof göldə sapropel qatının qalınlığı 20-30m-ə çata bilər. Dibdə, oksigen çatışmamazlığı şəraitində üzvü maddələr tam paraçalanmadığından sapropel piy və zülal elementləri ilə zəngin olur. Sonrakı mərhələdə sapropellər tədricən minerallaşır və müxtəlif növ saprolitləri- saprokol, saprpel kömürünü və yanar şistləri əmələ gətirir. Evtrof göllər isti qurşağın ekvatorial və savanna, mülayim qurşağın meşələr və meşə-çöl zonalarında yayılmışdır.
Göl (Marağa)
Göl (fars. گل‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 308 nəfər yaşayır (73 ailə).
Göl (dəqiqləşdirmə)
Göl
Göl (xalça)
Göl (medalyon, xonça, türünc) — türkdilli xalqların, o cümlədən azərbaycanlıların xalçaçılıqda xalçaların orta hissəsində olan naxışa verdikləri addır. Dəyirmi və uzunsov formalı, içərisinə şəkil qoyub boyuna taxmaq üçün istifadə edilən zərgərlik məmulatı olan medalyona bənzədiyindən gölü bir çox halda medalyon adlandırırlar. Xalça sənətində gölü «türünc», nadir hallarda isə «tabaq», farslar isə «torənc» adlandırırlar.
Göl (Çaroymaq)
Göl (fars. گل‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (31 ailə).
Göl bölgəsi
Göl bölgəsi(ing. Lake District) — eyni zamanda The Lakes adı ilə tanınan, Şimal-qərbi İngiltərədə yerləşən dağlıq bölgə. Bölgənin böyük bir hissəsi 1951-ci ildə Göl Bölgəsi Milli Parkına çevrilmişdir. İngiltərənin ən yüksək zirvəsi olan Skofel Payk də burada yerləşir.
Göl delfinləri
Göl delfinləri (lat. Lipotidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Göl ehtiyatları
Göl ehtiyatları – su, enerji, kimyəvi maddələr, peloidlər, biokütlə və s. Göl ehtiyatlarının mühüm təsərrüfat əhəmiyyəti var.
Göl gəvəni
Göl gəvəni (lat. Astragalus uraniolimneus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Avstraliyada, o cümlədən Qafqazda təbii halda bitir. == Botaniki təsviri == 7-25 sm hündürlükdə, qısa budaqlı, yarpağını tökən koldur. Yarpağı 5-6 cüt, ucu şiş, hər iki tərəfdən ağ, ipək tüklü, 5-10 sm uzunluqdadır. Çiçək oxu yarpağa bərabər, yaxud onlardan uzundur. Çiçək qrupu yumurtavari, şaraoxşar, çılpaqdır. Meyvəsi sıx tüklüdür. İyunda çiçəkləyir, meyvəsi iyul və avqustda yetişir. == Ekologiyası == Dağların yuxarı qurşaqlarında, quru, daşlı yamaclarda yayılmışdır.
Göl iyesi
Göl iyəsi — türk və altay mifologiyasında gölün qoruyucu ruhu. Köl (Kül) iyəsi də deyilir. Hər göl üçün fərqli bir iye vardır. Çuların ilk atası və yer tanrısının məzarı, bir göl içində, bir ağac dibindeydi. Oğuz Xan ilk yoldaşını bir gölün ortasındakı adada iştirak edən bir ağacın kovuğunda tapmışdır. Göllərdə pəri qızlarının oynaştığı və kişiləri aldadaraq suyun dərinliklərinə çəkərək boğdukları deyilər. == Etimologiya == (Göl/Köl) kökündən törəmişdir. Sərinlik, kuytuluk kimi mənaları vardır. == Mənbə == Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Göl nərəsi
Göl nərəsi (lat. Acipenser fulvescens) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.

Oxşar sözlər

#allüvial-göl nədir? #allüvial-göl sözünün mənası #allüvial-göl nə deməkdir? #allüvial-göl sözünün izahı #allüvial-göl sözünün yazılışı #allüvial-göl necə yazılır? #allüvial-göl sözünün düzgün yazılışı #allüvial-göl leksik mənası #allüvial-göl sözünün sinonimi #allüvial-göl sözünün yaxın mənalı sözlər #allüvial-göl sözünün əks mənası #allüvial-göl sözünün etimologiyası #allüvial-göl sözünün orfoqrafiyası #allüvial-göl rusca #allüvial-göl inglisça #allüvial-göl fransızca #allüvial-göl sözünün istifadəsi #sözlük