* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | ••• | 3.15 |
2004 | •••••• | 6.40 |
2005 | •••• | 4.05 |
2006 | ••••••• | 7.43 |
2007 | ••••••••••• | 11.21 |
2008 | •••••••••••••••••••• | 20.95 |
2009 | ••••••••••••••• | 15.84 |
2010 | ••••••••••••••••• | 17.52 |
2011 | •••••••••••• | 12.44 |
2012 | ••••••••••••••• | 15.57 |
2013 | •••••••••••••••••••• | 21.88 |
2014 | ••••••••••••••••• | 18.53 |
2015 | ••••••••••••• | 14.12 |
2016 | ••••••• | 7.46 |
2017 | •••••••• | 8.29 |
2018 | •••••••••••• | 12.29 |
2019 | ••••••••••• | 11.13 |
2020 | •••••••• | 8.62 |
1 sif. dan. Simic, xəsis. Göy adam. – Yüz il əlində çıraq axtarsa Polad kimi göyü tapılmaz. A.Şaiq. Evin kişisi nə qədər rəhmdil idisə, arvadı bir o qədər qılıqsız və göy idi. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / göy3 is. 1. Yer üzünün üzərində mavi bir qübbə kimi görünən fəza, boşluq. Göydə buludlar üzür. Göydə ulduzlar sayrışır. Bu vaxt göydə bulud göründü. // Yer üzünü əhatə edən kainat boşluğu; ənginlik, hava. Bu halda sərayi-şahibən göyə bir fişəng buraxdılar. M.F.Axundzadə. □ Göy cisimləri – Günəş, Ay, planetlər və ulduzlar. // Obrazlı ifadələrdə məcazi mənada. Xəbər allam: göyün qapısı hardan; Kim açar, kim örtər, sorağı nədi? “Abbas və Gülgəz”. Ömrünün min dürlü cilvəsi vardır; Könlümün göyləri damar-damardır. M.Müşfiq. Göy guruldamaq – göydə göy gurultusu baş vermək. …Bayırda şiddətlə göy guruldadı, şimşək parladı. İ.Əfəndiyev. Göy gurultusu (gurlaması) – göydə şimşək çaxdıqdan sonra eşidilən bərk gurultu. Bu sırada hava tutulur. Ara-sıra göy gurlaması davam edir. H.Cavid. Göy gurultusu … qulaqbatıran bir dəhşətlə şaqqıldayırdı. M.Hüseyn. Göy qaralmaq – hava bulud çəkdiyindən və ya axşam düşdüyündən qaranlıq olmaq. Günəş batdı, göylər qaraldı. M.İbrahimov. Süzülən nurunu toplayıb qəmər; Girdi buludlara, qaraldı göylər. M.Rahim. Bir saat çəkmədi ki, çovğun şiddətləndi, üfüq tutuldu, göy qaraldı. Mir Cəlal. Göy qurşağı – havadakı su damlacıqlarında işığın sınması nəticəsində görünən optik hadisə; hacılar yolu, qarı nənə örkəni. Yağlanmış su dalğalandıqca göy qurşağı kimi rəng verib rəng alırdı. M.Hüseyn. Gözlərə tağ çəkən göy qurşağını; Hələ Kərbəlada görən olmayıb. R.Rza. Göy qübbəsi – göyün görünən hissəsi. Göy qübbəsindən asıldı qəndil; Üzündən alıb niqabı məndil. Xətayi. Axşamüstü tamamilə yerin üzərinə enmiş göy qübbəsi indi yenidən nəhəng bir çətir kimi açılıb yüksəlmiş, ən uzaq ulduzları ilə ta ərşə dirənmişdi. Ə.Məmmədxanlı. Keçdi kiçik bir zaman; Lap göyün qübbəsindən; Qırmızı bir xal düşdü. Z.Xəlil. 2. Allahın, mələklərin, hurilərin və s. olduğu yer. Göyün yeddinci qatı. – Göydə mələk, yerdə insan gözəli; Sənsən, xoş xuyinə qurban olduğum. M.P.Vaqif. ◊ Göydə axtarmaq – çox axtarmaq, cidd-cəhd edərək əldə etməyə çalışmaq. [Qadın Aslana:] Mənim kişim sənin kimiləri göydə axtarır. S.Vəliyev. Göydə almaq (götürmək, qapmaq) – 1) tez götürmək, əlüstü almaq, macal vermədən qapmaq. Yaxşı gündə mənəm-mənəm deyənlər; Ovu göydə alıb, göydə yeyənlər. Q.Zakir; 2) tez satılmaq, rəvac olmaq. [Hacı Qara:] Buların qumaşı özgə qumaşdır, müştəri macal vermir, göydə götürür! M.F.Axundzadə. [Rüstəm] bilirdi ki, Muğanın qarpızı Bakı bazarına çıxanda alıcılar bir-birinə dəyir, göydə qapırlar. M.İbrahimov. Göydə ələ düşmək – çətin tapılmaq, həmişə ələ düşməmək. Belə qazanc göydə ələ düşməz! – Əhməd həmişəki kimi burada da öz sevdiyi şüarını təkrar edib, icrasına qədəm qoydu. B.Talıblı. Göydə razı olmaq – etiraz etmədən, dərhal razı olmaq, məmnuniyyətlə qəbul etmək. [Baloğlan:] Bəli ya, təki [Molla Sübhanın] məvacibi gəlsin, göydə razı olar. C.Cabbarlı. Göydən düşmək – təsadüfi olaraq ortaya çıxan, əldə edilən şey haqqında. [Musa:] Bundan heç zad çıxmaz. Çünki sən bir nemətsən ki, göydən düşübsən Məcnun bəyin əlinə. Ə.Haqverdiyev. Göydən od yağdırmaq (ələmək, tökmək) – dözülməz dərəcədə qızdırmaq, yandırmaq. Günəş göydən od tökürdü. – Günəş göyün bir qatından od yağdırırdı. M.Hüseyn. Qışın şaxtasında, boranında, yayın göydən od ələyən uzun günlərində bu qızlar kətməni, beli əllərindən buraxmadılar. Ə.Əbülhəsən. Göydən od yağmaq – çox isti olmaq, dözülməz dərəcədə qızmaq (hava haqqında). [Süleyman:] Birdən evin divarları titrəşdi, hamı hövlnak yerlərindən qalxdılar, mən çıxdım eşiyə, gördüm göydən od yağır, yerdən alov çıxır… Ə.Haqverdiyev. Göyə çəkilmək – 1) hündürdə uçmaq, cövlan etmək. Şahinlər göyə çəkilir; Durnalar gölə tökülür. “Əsli və Kərəm”; 2) tapılmamaq, qıt olmaq, ələ düşməmək. Bir tərəf üsyandır, bir tərəf ordu; Göyə çəkilmişdir bu yerdə çörək. S.Vurğun. Göyə (göylərə) çıxartmaq – həddən artıq tərifləmək, tərifdə ifrata varmaq, şişirtmək. Məclisdəkilər eşşəyin tərifini göyə çıxarırlar. “M.N.lətif.” Göyə (göylərə) çıxmaq – 1) bərkdən eşidilmək, ucalmaq (bərk səs haqqında). Zarıltısı (fəryadı) göyə çıxır. – Yazıq heyvanın zingiltisi göyə çıxırdı. “Məktəb”; 2) gizlənmək. Göyə çıxsan da, səni tapacağam; 3) çox çalışmaq, əlləşmək, zəhmət çəkmək. Ev tikmək üçün göyə çıxdı. Göyə qaldırmaq – 1) yuxarı qaldırmaq, ucaltmaq. At qabaq əllərini qaldırdı göyə və az qaldı noxtanı Kərbəlayı Qasımın əlindən qoparsın. C.Məmmədquluzadə; 2) bax göyə çıxartmaq. [Sədəf:] Oğlunuz dissertasiyasında bizə balta çalır. Professor Vahidovun əkin sxemini göyə qaldırır. Ə.Məmmədxanlı. Göyə qalxmaq – bax göyə çıxmaq 1-ci mənada. Teymurun anqırtısı göyə qalxır. “M.N.lətif.” Göyə (göylərə) səs (səda) salmaq – bax göyə çıxmaq 1-ci mənada. …Məzlum anaların fəryadı göylərə səda salmışdı. S.S.Axundov. Göyə sovrulmaq – puç olmaq, heçə çıxmaq, heç bir nəticə hasil olmamaq. Ümidi göyə sovruldu. – Sənin atəşinə yanıb kül olur; Əməllər, arzular göyə sovrulur. B.Vahabzadə. [Şahmar:] Mənim arzularım, gör necə puç oldu, kül kimi göyə sovruldu! B.Bayramov. Göyə ucalmaq – 1) bax göyə (göylərə) çıxmaq. Gəlib dolandı günlər; Nə anamdan bir xəbər; Nə karvandan iz qaldı; Ahım göyə ucaldı… S.Vurğun; 2) çox yuxarılara qalxmaq, yüksəlmək. Çoxmərtəbəli evlər göyə ucalır. – Dürrə, şəhərin böyük məscidi və göylərə ucalan minarələrinin yanındakı kiçik bir daxmaya yetişdi. S.Vəliyev. Göyün yeddi qatı (mərtəbəsi) – çox yüksək, çox hündür. Tamaşaçılar salonda onu atıb-tutanda, elə bil, məni göyün yeddi qatına qaldırırdılar. B.Bayramov.
Azərbaycan dilinin izahlı lüğəti / göy4 sif. 1. Səma rəngi; mavi. Göy rəng. // Bu rəngdə olan. Göy parça. – Məhərrəmliyin dördüncü günü göy çarıqlı … nabələd bir axund Naxçıvan şəhərinin Bazar küçəsində gəzirdi. Qantəmir. 2. Zərbə, bərk bir şeyə toxunma və s. nəticəsində bədənin hər hansı bir yerində əmələ gələn ləkə; qançır. Qolunda göy var.
Azərbaycan dilinin izahlı lüğəti / göy5 1. sif. Yaşıl. Göy meşə. Göy çəmən. Göy göyərçin. – Seyrə çıxar uşaqlar; Göy çəməndə oynaşar. A.Səhhət. [Dərviş:] …Göy ot döşəyim, qara daş yastığım, enli yarpaqlar yorğanım idi! A.Divanbəyoğlu. Budur Azərbaycan – Şirvan, Qarabağ; Vətənin sevdalı göy yaylaqları. M.Rahim. 2. sif. Yetişməmiş, dəyməmiş, kal. Göy nar. Göy alça. – [Bahar vaxtı] yetişməyə başlayan meyvələrə gəldikdə biz onların dəyməyini gözləməzdik. Göy (z.) olmağına baxmayaraq … yeyərdik. S.S.Axundov. Günəş işığında … yetişməmiş göy meyvələr görünürdü. İ.Əfəndiyev. 3. bax göyərti. Üç dəstə göy. Göy qutabı.
Azərbaycan dilinin izahlı lüğəti / göy1 Belə zənn edirəm ki, bu sözün rənglə əlaqəsi yoxdur. O, “od” mənasını verən göy (küy) kəlməsi ilə bağlıdır və günəşə, ulduza, ildırıma görə od mənalı sözlə adlandırılıb. Göy öskürək (qaqauzlar buna “yorğaca”, yəni “silkələyən” deyirlər) birləşməsindəki göy sözü də “yandırmaq” anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti) Xəsis sözünün sinonimidir, “yanmaq” anlamını əks etdirən göy (gün, göy...) kəlməsi ilə bağlıdır: xəsis adam başqasına bir şey verdikdə sanki od tutub yanır. (Bəşir Əhmədov. Etimologiya lüğəti) Kürəkən əvəzinə, bəzi hallarda göy də işlədirik. Adaxlı qıza bir vaxtlar güvəy (qüvəy), adaxlı oğlana isə güvəyi (qüvəyi) deyiblər. Hər iki halda sözün kökü quda kəlməsinə gedib çıxır. Elə kürəkən sözünün özü də quda ilə qohumdur. Tuva dilində toy əvəzinə kuda sözünü işlədirlər. Onlar сватать sözünü qudala kimi tərcümə edirlər. Deməli, bütün hallarda quda kəlməsi evlənməklə (kəbinlə) bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / göy7 I GÖY Bu ilki pis, quru və isti bahar da, ürəyimizdə təəssüf oyadaraq dağlara, dağların dalına, əl irişməz fəzalar, uzaq göylərə çəkilirdi (M.İbrahimov); ASİMAN (şair.) Qatar-qatar olub qalxıb havaya; Nə çıxıbsız asimana, dumalar! (M.V.Vidadi); ƏRŞ (şair.) Sanıram min dəfə ərşi dolandı; Alovlu günəş də, soyuq qəmər də (Ə.Kürçaylı); SƏMA Boz səhrada, aydın səmada, şəhərin göz qırpan tək-tək işıqları yanında görünən o sima artıq həyatda yox ikən, necə ola bilərdi ki, həm orada, həm də burada Aslanın gözünə görünsün (M.Hüseyn). II göy bax 1. mavi; 2. yaşıl III göy bax xəsis IV göy bax 1. kal; 2. göyərti 2
Azərbaycan dilinin sinonimlər lüğəti / göy1 GÖY I is. Səma. Göylər qara pərdə çəkdi; Buludlardan öz-özünə (B.Azəroğlu). GÖY II is. Göyərti, tərəvəz. Göy satanlar, meyvə satanlar bir-bir bazara axışır (Ə.Əylisli). GÖY III is. məh. Yeznə, qızın əri. Ay Əhməd, sənin göyün məndən nə istəyir? GÖY IV sif. Rənglərdən birinin adı. Göy sərvlər asta-asta yırğalayır başını (O.Sarıvəlli). GÖY V sif. Xəsis. O yaman göy adamdır.
Azərbaycan dilinin omonimlər lüğəti / göy2 1 I сущ. 1. небо: 1) видимое над Землей воздушное пространство в форме свода, купола. Göy qaraldı небо потемнело, göydə təyyarə uçur в небе летит самолёт, göydə buludlar üzür по небу плывут облака, göydə ulduzlar sayrışır на небе мерцают звезды, göydə görünmək появиться на небе, göyə qalxmaq подняться в небо, göyə baxmaq смотреть, глядеть на небо 2) место, пространство, где, по религиозным представлениям, обитают Бог, ангелы, святые и т.д II прил. 1. небесный: 1) относящийся к небу, астр. Göy cisimləri небесные тела (светила), göy sferası небесная сфера, göy ekvatoru небесный экватор, göy meridianı небесный меридиан, göy qurşağı радуга: геогр. göy qübbəsi небосвод; göy gurultusu (gurlaması) гром 2) ярко-голубой, цвета неба, светлоголубой. Göy muncuq голубая (небесного цвета) бусинка, göy parça голубая (небесного цвета) ткань, зоол. göy balıqcıl голубой зимородок ◊ göy gəlib yerə dirənsə də никогда, ни в коем случае, ни при каких обстоятельствах; göydə qapmaq схватывать (схватить) на лету (с лёту); göydə ararkən (axtararkən) yerdə tapmaq kimi, nəyi говорится о случайной встрече с человеком, которого ищешь повсюду; göydə götürmək с руками рвать (нарасхват раскупить, разобрать); göydən düşmüş kimi как с неба свалился; göydən düşmək свалиться с неба; külünü göyə sovurmaq kimin повергнуть в прах; стереть в порошок кого; göydən yağmır (düşmür) не валится с неба (потолка); göydən yerə enmək спуститься с облаков (вернуться от мечтаний к действительности); göydən od yağdırmaq (ələmək, tökmək) метать громы и молнии; göydən od yağır о сильной жаре: солнце печёт, безл. печёт; göyə (göylərə) qaldırmaq kimi, nəyi возносить, превозносить до небес (до облаков) кого, что, вознести, возвести на пьедестал; pulu göyə sovurmaq сорить деньгами, бросать на ветер, пустить по ветру деньги; göyə çəkilmək неожиданно исчезнуть; göyə çıxartmaq kimi 1. возносить, вознести 2. доводить, довести до отчаяния (своими просьбами, требованиями и т.п.); göyə çıxmaq nədən лезть на стену (от боли и т.п.), приходить в крайнее раздражение; göyün qarnı yırtılıb разверзлись (отверзлись) хляби небесные; göyün yeddinci qatında на седьмом небе; göydə axtarmaq kimi, nəyi искать повсюду кого, что; göydə ələ düşmək находиться, найтись с трудом; göydə razı olmaq согласиться с руками и ногами (полностью, охотно); göyə ucalmaq возвыситься до небес; göyə çıxmaq: 1. см. göyə çəkilmək; 2. исчезнуть; 3. сильно стараться, желать 2 I прил. синий. Göy gözlər синие глаза, göy mürəkkəb синие чернила, göy rəng синий цвет II сущ. синяк, кровоподтёк (на лице, на теле, под глазом) 3 I прил. зелёный: 1) цвета травы, зелени. Göy çəmənlər зеленые луга, göy ot зелёная трава, göy soğan зелёный лук, göy noxud зелёный горошек 2) недозрелый, неспелый (о плодах, злаках). Göy ərik зелёный абрикос, göy alça зеленая алыча II сущ. зелень: 1. некоторые овощи и травы, употребляемые в пищу. Üç dəstə göy три пучка зелени, göy satmaq продавать зелень 2. зелёный цвет, зеленая окраска. Göyə çalır отливает зеленью 4 прил. разг. скупой, жадный 5 сущ. диал. зять (муж дочери)
Azərbaycanca-rusca lüğət / göy1 I. i. (səma) (the) sky; heaven; ~lər the heavens; ~də in the sky; ~dən düşmək to fall* from the moon, to drop from the clouds; d.d. to appear / to come* out of the blue; bir kəsi ~lərə qaldırmaq (tərifləməklə) to extol / to laud / to praise smb. to the skies; ◊ ~ün yeddinci qatında olmaq d.d. to be* in the seventh heaven / sky; yer ~ qədər fərqli as far removed as heaven from earth; Göy qaralır It is getting dark; ◊ ~də almaq / götürmək to buy* up (d.); ◊ ~də alınmaq / satılmaq d.d. to be* sold like hot cakes; Bu kitab göydə alınacaq This book will be sold / bought like hot cakes; ~də axtarmaq to try / to endeavour to get (d.); ~də razı olmaq to agree easily / without doubt; ◊ ~dən od yağmaq to be* very hot; ◊ ~dən od yağdırmaq (günəş) to heat intolerably; ~ə sovurmaq to destroy completely (d.); ~ə sov rulmaq to be* destroyed completely, to be* collapsed; ~ə çəkilmək 1) to become* deficient; 2) to go* up / to fly* up in the sky II. s. heavenly; ~ cisimləri heavenly bodies; ~ qübbəsi the vault of heaven; ~ rəngi sky-blue colour III. i. bax göyərti I IV. i. bax xəsis I V. i. (zərbədən bədəndə zədə) bruise VI. i. bax kürəkən VII. s. 1. (mavi) blue; ~ dəniz blue sea; 2. (yaşıl) green; ~ meşə green forest; 3. unripe; ~ meyvə unripe fruit VIII. s. bax xəsis II
Azərbaycanca-ingiliscə lüğət / göy1 is. ciel m ; ~də dans le ciel ; ~lərə qaldırmaq porter aux nues ◊ ~ün yeddinci qatında olmaq être au septième ciel ◊ ~də qapmaq saisir au vol ◊ ~dən od yağmaq il fait une chaleur insupoprtable ; pulu ~ə sovrmaq jeter l’argent par les fenêtres
Azərbaycanca-fransızca lüğət / göy1 1. прил. къацу; göy meşə къацу там; göy ot къацу векь; 2. прил. чурун тавур, дигмиш тахьай, къацу, кал; göy ərik къацу машмаш; 3. кил. göyərti.
Azərbaycanca-ləzgicə lüğəti / göy2 прил. 1. вили; göy rəng вили ранг, цавун ранг; göy köynək вили перем; 2. вили лапан, вили леке (ягъуникай ва мс. жендекдин са чкадал хьайи).
Azərbaycanca-ləzgicə lüğəti / göy3 сущ. 1. цав; // цавун; göy qübbəsi цавун тагъ (арш), цавун вилериз аквазвай кьван чка; // göy guruldamaq цавари ванун, къукърумарун, багърагъун (цаву); göy qurşağı яргъируш, хважамжам; 2. Аллагь, Гъуцар, малайикар, гьуьрияр ва мс. авай чка; göyün yeddinci qatı цавун ирид лагьай къат, ирид цавар; ** göydə axtarmaq цава якьурун (жугъурун), гзаф къекъуьн, жугъуриз алахъун; göydə almaq (götürmək, qapmaq) а) цавамаз кьун, фад кьун, катдай мажал тагун; б) цава(маз) къачун, фад къачун, тарашун (маса гузвай затӀ); göydə ələ düşmək четин якьун (жугъун, гьатун), мус хьайитӀани гъиле гьат тавун; göydə razı olmaq цава рази хьун, гьасятда рази хьун; göydən düşmək цавай аватун, дуьшуьшдай хьиз гъилиз атай затӀунин гьакъинда; göydən od yağdırmaq (ələmək, tökmək) цавай цӀай къурун (чукӀурун, иличун), эхиз тежер кьадар чими авун, ккун (ракъини); göydən od yağmaq цавай цӀай къун, гзаф чими хьун, эхиз тежер кьадар ифин (гьава); göyə çəkilmək а) цавуз акъатун, цавуз хкаж хьун, цавай (кьакьандай) лув гун (къушари); б) якьун (жугъун) тавун, кьитӀ хьун, масан хьун, гъиле гьат тавун (мес. фу); göyə (göylərə) çıxartmaq цавуз (цаварал) акъудун, кьадардилай артух тарифун, къувунарун; göyə (göylərə) çıxmaq а) цавуз хкаж хьун, кӀевидаказ ван хьун, цаварал акьалтун (кӀеви ван); б) цавуз акъатун, чуьнуьх хьун; в) гзаф алахъун, зегьмет чӀугун; göyə qaldırmaq а) цавуз хкажун, хкажун (мес. балкӀанди виликан кӀвачер); б) кил. göyə çıxartmaq; göyə qalxmaq кил. göyə çıxmaq а); göyə (göylərə) səs (səda) salmaq кил. göyə çıxmaq а); göyə sovrulmaq гараллаз фин, гьич хьун, пуч хьун (мес. умудар, мурадар); göyə ucalmaq а) кил. göyə (göylərə) çıxmaq; б) цавуз хкаж хьун, виниз хкаж хьун, кьакьан хьун (мес. дарамат); göyün yeddi qatı (mərtəbəsi) цавун ирид къат (мертеба), ирид цавар, гзаф кьакьан (чка).
Azərbaycanca-ləzgicə lüğəti / göyYaşıl rəng mənasında. (“Koroğlu” dastanının lüğəti) “Kitabi- Dədə Qorqud”da yaşıl sözü işlənməsə də, “Koroğlu”da bir neçə yerdə rast gəlinir. Bununla yanaşı, yaşıl mənasında göy sözü də işlənir. Durub birbaş getdi, göy otun üstündə üzü üstə düşdü. (“Həmzənin Qıratı aparmağı”) * Koroğlu atı yançıdar eləyib, göy çəmənə buraxdı, sonra Nigar xanıma dedi... (“Koroğlunun İstanbul səfəri”)
Azərbaycan dastanlarının leksikasıI (əksər dialekt və şivələrdə) bax gev. – Göy də adamın bir oğludu elə (Gədə- bəy); – Mə:m göyüm heş bir işin qulpunnan yapışmır (Tovuz) II (Qazax, Şəmkir, Tovuz) xəsis. – Göy olma, dur bu toğlunun birni kəs yiəx’ (Şəmkir) III (Göyçay, Zərdab) yetişməmiş (meyvə) IV (Qazax) göycəqarğa. – Göy də quşdu
Azərbaycan dilinin dialektoloji lüğəti.