qax-qoz sözü azərbaycan dilində

qax-qoz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qax-qoz • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qoz
Qoz, Cəviz və ya Girdəkan(lat. Juglans) — Qozkimilər fəsiləsinə aid cins. Qışda yarpağını tökən ağaclardandır. Gənc sürgünlərin özü bölməlidir. Tumurcuqlar az sayda markalarla örtülmüşdür. Yarpaqcıqların kənarları bəzi növlərdə incə dişli, bəzilərdə isə düzdür (tam kənarlı). Yarpaqcıq sayı növlərə görə (3) 5-23 arasında dəyişir. Çiçəklər bir evciklidir. Kişi çiçəklər bir əvvəlki ilin sürgünlərində yan vəziyyətli, aşağıya sallanan pişikcik halında qurul meydana gətirər. Qurullar budaqlanmamışdır.
Qax
Qax — Azərbaycan Respublikasında şəhər, Qax rayonunun inzibati mərkəzi. == Tarixi == Respublikamızın şimal-qərbində 1494 kvadrat kilometr ərazidə yerləşən Qax rayonu şimaldan Rusiya, şimal-qərbdən Zaqatala, qərbdən Gürcüstan, cənubdan Yevlax və Samux, şərqdən isə Şəki rayonu ilə həmsərhəddir. Qax rayonu Azərbaycanın ən qədim, zəngin tarixi keçmişə malik bölgələrindən biri olmaqla əhalisi Azərbaycanda oturaq əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olan ibtidai tayfaların sıx məskunlaşdığı əsas mədəniyyət mərkəzlərindən biri olmuşdur. Arxeoloji axtarışlar nəticəsində regionda neolit, tunc, ilk dəmir dövrünə aid çoxlu yaşayış yerləri və kurqanlar qeydə alınmışdır. Tarixi mənbələrdən məlumdur ki, hələ e.ə. VII əsrin əvvəllərində Qaxın ərazisi Skif çarlığının tərkibinə daxil olmuşdur. Skif çarlığının, onun əsasını qoyan tayfaların - skif, sak tayfalarının izlərinə yaşadığımız Qax rayonunun ərazisində rast gəlinir. Eramızın əvvəllərində Qafqaz Albaniyasının ərazisində xristianlığın yayılması prosesi başlamışdır. Bu dövrdə Qax rayonunun əhatə etdiyi ərazilərdə bir sıra xristian məbədləri inşa edilmişdir. Ərəb işğalı ilə tənəzzülə uğramış Alban dövlətinin, eləcə də Qax rayonunun indiki ərazisində XI əsrdən başlayaraq Böyük Səlcuq İmperiyasına daxil olması ilə oğuz türkləri, sonra isə qıpçaq türkləri məskunlaşmağa başlamışlar.
Adi qoz
Yunan qozu (lat. Juglans regia L.) – Buna bəzən yunan qozu, adi qoz, girdəkan, cövüz və cəviz də deyirlər. Hündürlüyü 25–30 m-ə və diametri 150–200 sm-ə qədər olan, ağacdır. Bəzən 80–100 yaşlı ağaclarının boyu 35 m, gövdəsinin diametri 2 m, nadir hallarda isə 4 m-ə çatır. Cavan ağacların qabığı açıq-boz rəngli, hamar və ya azacıq çatlı, yaşlı ağaclarda qabıq tünd-boz vədərin uzunsov-çatlıdır. Açıqlıqda bitən ağacları çox qollu-budaqlı çətirə malik olur. Sərbəst duran ağacların çətiri iri və sıxdır, adətən günbəzşəkilli və yaçadıraoxşardır. Cavan budaqların özəyi boş nərdivanaoxşar arakəsmələri vardır. Çiçəkləməsi: Aprel-May, yarpaqların açılmağa başlama dövründə. Meyvə verməsi: Avqust-Sentyabr == Yarpaq == Tumurcuqları yumurtavari-dəyirmi, parlaq yaşımtıl-qonur rəngdə, uzunluğu 3–6 mm-dir.
Möhkəm qoz
Məğlubedilməz və ya Çətin ölmək (ing. Die Hard) — 1988-ci ildə Brüs Uillisin baş rol adlığı ABŞ filmi. Film Oskar mükafatına və bir sıra nominasiyalara layiq görülmüşdür. Film amerika yazıçısı Roderik Torpun 1979-cu ildə yazdığı "Heç nə əbədi deyildir" (ing. Nothing Lasts Forever) novellası əsasında çəkilmişdir. == Məzmun == Nyu-York polisi Con MakKleyn (Brüs Uillis) Yeni il ərəfəsində Los-Anceles şəhərinə boşanmış həyat yoldaşı Holli (Bonni Bedelia) ilə barışmaq üçün gəlir. Con MakKleyn Hollinin işlədiyi Los-Ancelesin "Nakatomi Plaza" adlı göydələninə gəlir və onun burada olduğunu görür. Gecə vaxtı şənlik zamanı göydələni qəflətən mafiya başçısı Hans Qruber (Alan Rikman) başçılığı altında banda ələ keçirir. Quldurlar çox sayda işçiləri girov götürürlər. Bu işçilər sırasına MakKleynin həyat yoldaşı Holli də daxildir.
Qara qoz
== Təbii yayılması == Vətəni Şimali Amerikadır. == Botaniki təsviri == Hündürlüyü 45 m, gövdəsinin diametri 180 sm-ə çatan ağacdır. Açıqlıqda bitən ağacların çətiri iri və çadırvaridir. Gövdəsinin qabığı tünd-qəhvəyi rəngdə olub, qeyri-bərabər dərin çatlıdır. Cavan zoğları seyrək tükcüklü, tumurcuğu çılpaqdır, ipəyəoxşar, 4 pulcuqlu, yumurtavari formalıdır. Yarpaqları təklələkvari, 7-12 cüt ovalşəkilli–neştərvari və ya uzunsov-neştərvari yarpaqcıqdan ibarətdir. Yarpaqcığın alt üzü seyrək tükcüklü, üstdən çılpaqdır. Bəzən təpə yarpaqcığı zəif inkişaf edir və tez düşür. Erkəkcikli sırğaların uzunluğu 6-15 sm-dir. Dişicikli çiçəklərin 3-5-i bir yerdə yerləşir.
Qoz ağacı
Qoz, Cəviz və ya Girdəkan(lat. Juglans) — Qozkimilər fəsiləsinə aid cins. Qışda yarpağını tökən ağaclardandır. Gənc sürgünlərin özü bölməlidir. Tumurcuqlar az sayda markalarla örtülmüşdür. Yarpaqcıqların kənarları bəzi növlərdə incə dişli, bəzilərdə isə düzdür (tam kənarlı). Yarpaqcıq sayı növlərə görə (3) 5-23 arasında dəyişir. Çiçəklər bir evciklidir. Kişi çiçəklər bir əvvəlki ilin sürgünlərində yan vəziyyətli, aşağıya sallanan pişikcik halında qurul meydana gətirər. Qurullar budaqlanmamışdır.
Qoz meyvəyeyəni
Qoz meyvəyeyəni (lat. Sarrothripus musculana) - Buğumayaqlılar tipinin Pulcuqluqanadlılar dəstəsinin Yarpaqbükənlər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Kəpənəklərin uzunluğun 8–10 mm, qanadları açılarkən isə onun eni 13–23 mm-dir. Qanadları bozdur. Yumurtası 0,5 mm uzunluqda olub, üstdən basıq və qabırğalıdır. Tırtılı axırıncı yaşda 16 mm-ə qədər çata bilir. Pupu 11 mm uzunluqda olub, qəhvəyi rənglidir, möhkəm barama içərisində olur, nəhayətində tikancıq olur. Qoz meyvə yeyəni barama və axırıncı yaşlı tırtıl halında qışlayır. Tırtıllar axırıncı yaşda puplaşmağa başlayır. Puplardan kəpənəklər aprelin axırlarında mayın əvvəllərində çıxmağa başlayır.
Qoz sousu
Satsivi və ya Qoz pastası (Gürcücə:საცივი) — qida pastası, əsasən qoz içindən hazırlanmış və müxtəlif reseptlərdə istifadə olunur.
Qoz toplayanlar
"Qoz toplayanlar" (fr. Les Noisettes) — fransız akademik rəssamı Vilyam Buqronun 1882 - ci ildəyağlı boya ilə kətan üzərində işlədiyi rəsm əsəri. Əsər Detroid İncəsənət İnstitutunda saxlanan ən məşhur eksponatlardandır. Rəsm əsəri instituta 1954 - cü ildə Vilyam E. Skripps tərəfindən bağışlanıb.
Qusdurucu qoz
Qarğabükən, qusdurucu qoz (lat. Strychnos nux-vomica) - loqaniyakimilər fəsiləsinin strychnos cinsinə aid bitki növü.
Acıçay (Qax)
Acıçay — Qax rayonunda çay. == Toponimikası == Çay Kürmükçaydan (Qurmuxçay) ayrılaraq Qanıxçaya (Alazan) tökülən qoldur. Hidronim acı və çay sözlərindən düzəlib, obyekt suyunun acı və ya şor olduğunu bildirir. Türkmənistan ərazisində Açısay adlı çay və yaşayış məntəqəsi qeydə alınmışdır.
Almalı (Qax)
Almalı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Almalı Qax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Almalı çayının sahilində, Alazan-Həftəran vadisindədir. Yaşayış məntəqəsi eyniadlı sahədə salındığı üçün belə adlandırılmışdır. Kəndin ərazisində Almalı nuyu (Almalı dərəsi) adlanan başqa bir obyekt də qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, kənd Samux rayonundan gəlmiş ailələr tərəfindən salınmışdır. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 414 təsərrüfatda hər iki cinsdən toplam 1.995 nəfər əhali yaşamaqdadır. Əhali müxtəlif Oğuz tayfalarından ibarət etnik Azərbaycan türkləridir. == Toponimikası == Qax rayonunun eyniadlı i.ə.v.-də kənd. Almalı çayının sahilində, Alazan-Həftəran vadisindədir.
Armudlu (Qax)
Armudlu — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Böyük Qafqaz Dağlarının əhatəsində olan Armudlu kəndi Qax rayonunun Qaşqaçay inzibati ərazi vahidində, Qaşqaçayın sol sahilində, Cavanşir zirvəsi (Qanbay) dağının ətəyində yerləşir. Bu kəndin ərazisi keçmişdə qaraqoyunlu tayfasına mənsub yaylaq yeri olmuşdur. Sonralar həmin tayfa üzvləri orada məskunlaşmışdır. Kənd sakinləri Qaraqoyunlu dövlətinin başçısı Qara Yusifin nəslindən gəlir. == Coğrafiyası və iqlimi == Qax rayonun mərkəzindən 19 km məsafədə yerləşir və təxminən 20–25 evdən ibarətdir. Kənddə 1 məktəb və 1 mağaza var.Armudlu dağlarla əhatə olunmuş kənddir. == Əhalisi == 1 yanvar 2020-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 48 təsərrüfatda 183 nəfər əhali yaşamaqdadır.
Ağyazı (Qax)
Ağyazı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kənd əhalisinin əksəriyyəti etnik saxurlardan ibarətdir və saxur dilində danışır. 13–22 aprel 2009-cu il Azərbaycan əhali siyahıyaalınmasına əsasən Ağyazı kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 703 nəfər (316 nəfəri kişilər, 387 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Ağyazı kəndində 138 təsərrüfatda hər iki cinsdən toplam 587 nəfər əhali yaşamaqdadır. == Toponimikası == Ağyazı adı həmin ərazidəki eyniadlı çölün adından götürülmüşdür.
Ağçay (Qax)
Ağçay — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Ağçay kəndində milli tərkibi ləzgilərdən və bəylərdən ibarət 27 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 179 təsərrüfatda hər iki cinsdən toplam 495 nəfər əhali yaşamaqdadır. == Toponimikası == Ağçay oyk., sadə. Xaçmaz r-nunun Niyazoba i.ə.v.-də kənd. Ağçayın kənarındadır. XIX əsrdə gəlmə rusların məskunlaşdığı bu kənd Vasilyevka (1992-ci ilədək) adlandırılmışdı; Qax r-nunun İlisu i.ə.v.-də kənd. Ağçayın sahilində, Baş Qafqaz silsiləsinin c. ətəklərindədir.
Cəlayir (Qax)
Cəlayir — Azərbaycan Respublikasının Qax rayonunun Sarıbaş inzibati ərazi vahidində kənd. Qafqaz silsiləsinin yamacındadır. == Tarixi == XIII əsrdə Şimali Azərbaycanın Dağıstanla sərhədlənən ərazilərinə köçürülmüş türk-monqol tayfalarından biri olan Cəlairilərlə bağlı bir toponimdir. Bu tayfanın hakimiyyəti altında olan Cəlairilər dövləti indiki İrak və Suriya ərazilərini əhatə edirdi. Ən görkəmli hökmdarı isə Əhməd şah Cəlair olmuşdur. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 364 təsərrüfatda hər iki cinsdən toplam 1.574 nəfər əhali yaşamaqdadır. Kənddə Azərbaycan türkləri yaşayır. == Toponimikası == Cəlair oyk., sadə. Ağsu r-nunun Kənd-oba i.ə.v.-də kənd. Şirvan düzündədir; Qax r-nunun Sarıbaş i.ə.v.-də kənd.
Dəymədağlı (Qax)
Dəymədağlı — Azərbaycan Respublikasının Qax rayonunda kənd. == Toponimikası == Oykonim dəymədağlı tirəsinin adı ilə bağlıdır. Etnotoponimdir. Mənbələrdə bu etnonimin dəmyədağlı variantına da təsadüf olunur. Dəmyə (əkilməmiş, xam, yüksək məhsuldarlıqlı) və dağlı (dağlıq ərazidə yaşayan) komponentlərdən ibarət olan bu etnonim "xam torpaqlı dağlıq ərazidə yaşayanlar" mənasındadır. Tədqiqatçılar bu sözü dəymə (dağ ətəyində mal-qaranın saxlandığı yer) və dağ komponentlərinin birləşməsi kimi qəbul edirlər. == Coğrafiyası və iqlimi == Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir. Kəndin ərazisindən Muxaxçay və çoxlu sayda suvarma arxları keçir. Torpaqları əkinçilik üçün yararlı, ərazisi maldarlıq üçün əlverişlidir. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 178 təsərrüfatda hər iki cinsdən toplam 781 nəfər əhali yaşamaqdadır.
Kirovkənd (Qax)
Qaradolaq (əvvəlki adı: Kirovkənd) — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Qax rayonunun İlisu kənd inzibati ərazi vahidi tərkibindəki Kirovkənd kəndi Qaradolaq kəndi adlandırılmışdır. == Toponimikası == Sovet hakimiyyəti illərində bu yaşayış məntəqəsi sovet partiya və dövlət xadimi S.M.Kirovun şərəfinə Kirovkənd adlandırılmışdır. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 186 nəfər yaşayır. 47 təsərrüfat mövcuddur.
Kötüklü (Qax)
İngiloy Kötüklü — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == İngiloy Kötüklü kəndi 1999-cu ildə yaradılmışdır. == Toponimikası == İngiloy Kötüklü oyk., mür. Qax r-nunun Əlibəyli i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Keçmişdə r-nun ərazisində Kötüklü adlı üç kənd olmuşdur: İngiloy Kötüklü, Ləkit Kötüklü və Əli Sultan Kötüklüsü. Kötüklü komponenti Azərbaycanın şm. bölgəsində və Qarabağda yayılmış qədim türk mənşəli kötük/kötək/kətük tayfa adı ilə bağlıdır. İngiloy isə Azərbaycanın şm.-q. zonasında yaşayan və gürcü dilində danışan etnik qrupun adıdır.
Qarabaldır (Qax)
Qarabaldır — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir. Oykonim qara (burada "böyük" məna-sında) və baldır (çıxıntı) sözlərindən ibarət olub, "böyük çıxıntı" deməkdir. Ümumiyyətlə, hələ qədimdən bədən üzvləri ilə oxşarlığı nəzərə alaraq coğrafi obyektləri burun, bel, barmaq, daban, dil və s. kimi sözlərlə adlandırmaq qanunauyğun hal olmuşdur. Tərkibində baldır komponenti olan toponimlər Tovuz rayonunda da mövcuddur (Ağbal- dır dağı, Qarabaldır dağı). Deməli, kənd öz adını dağ adından almışdır. Araşdırmalar göstərir ki, baldır qədim türk dillərində sırf coğrafi termin kimi "dağ çıxıntısı" mənasında işlənmişdir. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Qarabaldır kəndində milli tərkibi muğallardan ibarət 59 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər.
Qax (içki)
Qax - Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, eləcə də toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda içilən təbii, müalicəvi mineral süfrə suyu. Bu suyun mənbəyi Azərbaycan Respublikasının Qax rayonu ərazisindədir. Bu su sulfatlı-hidrokarbonatlı təbii mineral sudur. Minerallaşması 0,5q/l-dir. Tərkibində (1 l-də) 0,3595 q. Hidrokarbonat və 0,0145 q. sulfat anionu, 0,0055 q. kömür anhidridi, 0,0190 q. oksigen, 0,0058 q. kalium, 0,0128 q.
Qax bələdiyyələri
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qax bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qax rayonu
Qax rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Qax şəhəridir. == Tarixi == Rayon 1930-cu ildə qurulmuştur. 1963-cü ildə Zaqatala tərkibinə qatılsa da 1 il sonra yenidən inzibati rayon statusunu geri qaytarmışdır. == Coğrafi mövqeyi == === Relyefi === Rayonun ərazisi Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Rayon şimal-şərqdən Dağıstan Respublikası, qərbdən Gürcüstan Respublikası, şimalda Zaqatala rayonu , cənubda Şəki şəhəri, cənub-qərbdən isə Yevlax və Samux rayonu ilə həmsərhəddir. === Təbiəti === Qax Azərbaycanın mühüm aqrar-sənaye rayonlarından biridir. Əsasən qərzəkli meyvələr (fındıq, şabalıd, qoz) rayonu kimi tanınır. Bol su ehtiyatı, normal rütubət balansı, məhsuldar torpaqlar, meşələr, alp və subalp çəmənləri, qış otlaqları əkinçiliyin və heyvandarlığın inkişafını təmin edir. Dağlara yağan güclü yağışlar və qarın əriməsi nəticəsində də tez-tez çaylar daşır və sel hadisəsi baş verir.
Qax şəhəri
Qax — Azərbaycan Respublikasında şəhər, Qax rayonunun inzibati mərkəzi. == Tarixi == Respublikamızın şimal-qərbində 1494 kvadrat kilometr ərazidə yerləşən Qax rayonu şimaldan Rusiya, şimal-qərbdən Zaqatala, qərbdən Gürcüstan, cənubdan Yevlax və Samux, şərqdən isə Şəki rayonu ilə həmsərhəddir. Qax rayonu Azərbaycanın ən qədim, zəngin tarixi keçmişə malik bölgələrindən biri olmaqla əhalisi Azərbaycanda oturaq əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olan ibtidai tayfaların sıx məskunlaşdığı əsas mədəniyyət mərkəzlərindən biri olmuşdur. Arxeoloji axtarışlar nəticəsində regionda neolit, tunc, ilk dəmir dövrünə aid çoxlu yaşayış yerləri və kurqanlar qeydə alınmışdır. Tarixi mənbələrdən məlumdur ki, hələ e.ə. VII əsrin əvvəllərində Qaxın ərazisi Skif çarlığının tərkibinə daxil olmuşdur. Skif çarlığının, onun əsasını qoyan tayfaların - skif, sak tayfalarının izlərinə yaşadığımız Qax rayonunun ərazisində rast gəlinir. Eramızın əvvəllərində Qafqaz Albaniyasının ərazisində xristianlığın yayılması prosesi başlamışdır. Bu dövrdə Qax rayonunun əhatə etdiyi ərazilərdə bir sıra xristian məbədləri inşa edilmişdir. Ərəb işğalı ilə tənəzzülə uğramış Alban dövlətinin, eləcə də Qax rayonunun indiki ərazisində XI əsrdən başlayaraq Böyük Səlcuq İmperiyasına daxil olması ilə oğuz türkləri, sonra isə qıpçaq türkləri məskunlaşmağa başlamışlar.

qax-qoz sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#qax-qoz nədir? #qax-qoz sözünün mənası #qax-qoz nə deməkdir? #qax-qoz sözünün izahı #qax-qoz sözünün yazılışı #qax-qoz necə yazılır? #qax-qoz sözünün düzgün yazılışı #qax-qoz leksik mənası #qax-qoz sözünün sinonimi #qax-qoz sözünün yaxın mənalı sözlər #qax-qoz sözünün əks mənası #qax-qoz sözünün etimologiyası #qax-qoz sözünün orfoqrafiyası #qax-qoz rusca #qax-qoz inglisça #qax-qoz fransızca #qax-qoz sözünün istifadəsi #sözlük