quba-qaz sözü azərbaycan dilində

quba-qaz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • quba-qaz • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Quba
Quba – Azərbaycan Respublikasının Quba rayonunun inzibati mərkəzi. Quba Bakıdan 168km məsafədə, Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. == Tarixi == Qafqaz Albaniyasında Xobota şəhəri haqqında məlumat verən Karl von Pruner həmçinin qədim mənbələrdə Firuz Qubad adlanan şəhərin adı Sasani hökmdarı I Qubadın adından götürüldüyünə inanılır Yaqutun lokallaşdırılmasına görə (1227) "Bab əl-Əbvab, yaxud Dərbənd yaxınlığındakı bu qədim şəhər", ehtimal ki, indiki Qubanın yerində olmuşdur. IX–X və daha əvvəlki ərəb mənbələrində Qubanın adına rast gəlinmir. Lakin A.A.Bakıxanov Şirvanşah Kavus ibn Keyqubadın (ö. hicri 774-cü il; miladi 1372–1373-cü illər) Quba yaxınlığında gözəl türbəsini gördüyünü xəbər verir ki, bu da həmin yerdə daha qədim zamanlarda və XIV əsrdə qəsəbə və ya şəhər olduğunu fərz etməyə imkan verir. XVI əsrə aid daha sonrakı mənbədə yerli sakinlərin dilindən xəbər verilir ki, "dağın yamacında qala olan Quba çoxdan dağılmışdır. Həmin vaxt (1582-ci il) Quba çoxlu kəndi əhatə edən nahiyənin adı idi". Beləliklə, Quba adı XVI əsrədək gəlib çıxmışdır. Bu dövrdə Quba adı altında nahiyə mövcud olmuş, qala isə dağılmışdı.
QAZ
Qorki Avtomobil Zavodu (rus. Горьковский автомобильный завод, qısaca rus. ГАЗ) — Rusiyanın ən böyük avtomobil istehsal edən şirkətlərindəndir. == Tarixi == 1920-ci ildə Ford Motor Şirkəti və SSRİ arasında bağlanmış müqavilə əsasən Nijni Novqorodda fabrikasi tikilmişdir. İlk istehsal 1 yanvar 1932-ci ildə "Ford Model A" (QAZ-A) və "Ford Model AA" (QAZ-AA) modelləri ilə başladı.
Qaz
Qaz (nid. gas) — maddənin əsas dörd aqreqat halından biridir. Qazları təşkil edən molekullar arasındakı məsafələr onların öz ölçülərindən çox-çox böyükdür. Onu təşkil edən hissəciklər (molekullar, atomlar və ionlar) bir-biri ilə çox zəif əlaqədədir. Qaz molekulları yerləşdikləri mühitdə-qabda, otaqda, havada fasiləsiz olaraq sərbəst hərəkət edir və hər yerə yayılır. Qaz molekulları hərəkət edərkən bir-biri ilə toqquşur. Bu zaman onların hərəkət istiqamətləri dəyişir və Xaotik (qarmaqarışıq) olur. Qaz buxardan fərqli olaraq temperatur təzyiqinin yüksəlməsi zamanı mayeyə çevrilmir. Bu əlamətə görə qaz buxardan fərqlənir. İlk dəfə bu termin Yan van Helmontom tərəfindən elmə gətirilmişdir.
Küsnət (Quba)
Küsnət — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir. == Tarixi == Quba rayonunun ən qədim kəndlərindən biridir. == Toponimikası == Küsnət oyk., sadə. Qəbələ r-nunun Qəbələ şəhər i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Kənd Quba r-nunun Küsnət kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır; Quba r-nunun Küpçal i.ə.v.də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi əvvəlcə indiki Vladimirovka kəndinin yerində idi və Dağıstanın Küsnət kəndindən qədimdə gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdı. Rus ailələri ora köçürüldükdən sonra küsnətlilərin bir hissəsi indiki Küsnət kəndinin əsasını qoymuş, digər hissəsi isə Qəbələ r-nuna gedərək Küsnət kəndini yaratmışdılar.
Qalagah (Quba)
Qalagah — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Rustov kəndinin keçmiş Qalagah məhəlləsi əsasında yaranmışdır. Yerli təlləffüz forması “Qələgə”dir. Kəndin ərazisində Qalaye-Suarun (Suvarlar qalası) və Qələ-Ələmun (Ələmlər qalası) adlı qədim qala xarabalıqları qalmışdır. == Toponimikası == Qalagah oyk., miir. Şabran r-nunun Kuybışevkənd i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli tələffüz formaları Qalagə, Qələyədir. Kəndin adı yaxınlıqdakı qala xarabalığının adı ilə əlaqədardır; İsmayıllı r-nunun eyniadlı i.ə.v.-də kənd. Acınohur ön dağlığındadır.
Qaraçay (Quba)
Qaraçay (çay, Quba) — Quba və Xaçmaz rayonlarında çay. Qaraçay (qəsəbə, Quba) — Quba rayonunda qəsəbə.
Qarxun (Quba)
Qarxun — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Qaraçayın sahilində, Ağgədik dağının yamacında yerləşir. Oykonim qədim oğuzlara qoşulmuş karkın tayfasının adı ilə bağlıdır. Bu tayfa haqqında ilk dəfə Rəşidəddin (XIII əsr) məlumat vermişdir. Əbdülqazi xan (XVI əsr) karkınlann Oğuz xanın üçüncü oğlu Yulduz xanın nəvələrindən birinin törəməsi olduqlarını qeyd etmişdir. Qaraqalpaqlann tayfalarından birinin də qarkm adlanması göstərilir. Bu tayfanın mənşəcə Azərbaycanda məskunlaşmış eyniadlı tayfalarla yaxınlığı şübhəsizdir. Karkınlar oğuz tayfaları tərkibində XI əsrin 30-40-cı illərində Azərbaycanda məskunlaşmış və yerli tayfalarla qaynayıb-qarışmışlar. Dağıstan, Ermənistan, Türkmənistan və Özbəkistan ərazisində də eyniadlı kəndlər mövcuddur. Qarxun tayfalarım qara hunlarla da əlaqələndirirlər.
Qonaqkənd (Quba)
Qonaqkənd — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbədir. == Tarixi == Qubanın qədim kəndlərindən biri hesab olunur. Qədim tarixə malik olan bu kənd Sasanilər İmperiyası zamanında İrandan bura köçürülən tat mənşəli əhali burada hələ də yaşayır. SSRİ dövrundə bura ən mühüm hərbi-strateji mövqelərindən biri olmuşdur. 1959-cu ilin dekabr ayına qədər Qonaqkənd rayon mərkəzi olmuşdur. İndiki qəsəbədə vaxtilə bütün dövlət strukturları fəaliyyət göstərib. Hətta "Staxanovçu maldar" adlı qəzet də nəşr edilmişdir. == Coğrafiyası == Qəsəbə çayın içində — vadisində yerləşir. Yaşayış məntəqəsinin arxasındakı dağlardan axıb gələn sel suları da qəsəbə üçün həmişə təhlükə yaratmışdır. == Yol == 2013-cü ildə altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılmışdır.
Quba-Xaçmaz
Quba-Xaçmaz iqtisadi rayonu — Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən inzibati rayonlarını əhatə etməklə Azərbaycanın şimal-şərq hissəsində yerləşir. Quba-Xaçmaz iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Qubadır. Ərazi şimaldan Rusiya Federasiyasının Dağıstan Respublikası, şərqdən Xəzər dənizi, cənub-şərqdən Abşeron, cənubdan Dağlıq Şirvan, cənub-qərbdən isə Şəki-Zaqatala iqtisadi rayonları ilə həmsərhəddir. İqtisadi rayonun ümumi sahəsi 7,66 min km² olmaqla ölkə ərazisinin 8,8 %-ni, təşkil edir. Quba-Xaçmaz iqtisadi rayonunun Mərkəzi Quba şəhəridir. İqtisadi rayon özünəməxsus relyef xüsusiyyətlərinə malikdir. Regionun ərazisi bir-birindən kəskin fərqlənən 4 hündürlük (26 metrdən 4466 metrədək) zonasına — düzənliklər, dağətəyi, orta dağlıq və yüksək dağlıq zonalarına ayrılır. Regionun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. Düzənlik zona üçün isti iqlim xarakterikdirsə, dağlıq zona soyuq-rütübətli və soyuq iqlim şəraitinə malikdir. Region əhalisinin ümumi sayı 527,7 min nəfər olmaqla ölkə əhalisinin 5,5 %-ni, təşkil edir.
Quba (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Quba sancağı - Şirvan əyalətinin sancağı Quba xanlığı Quba rayonu — Azərbaycanda rayon. Quba — Azərbaycanda şəhər. Quba (körfəz) — buxta və körfəzlərin bir qismi.
Quba (körfəz)
Quba (rus. Губа "dodaq") — termini əsasən Rusiyanın ərazisində yerləşən buxta və körfəzlərin bir qismində işlədilir. Bu tip körfəzlərə əsasən iri çaylar tökülür. Faktiki olaraq yalnız Rusiya ərazisindən başqa ərazilərdə işlədilmir. Məsələn: rus. Невская губа Nevski körfəzi, rus. Обская губа Ob estuarisi.
Quba (şəhər)
Quba – Azərbaycan Respublikasının Quba rayonunun inzibati mərkəzi. Quba Bakıdan 168km məsafədə, Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. == Tarixi == Qafqaz Albaniyasında Xobota şəhəri haqqında məlumat verən Karl von Pruner həmçinin qədim mənbələrdə Firuz Qubad adlanan şəhərin adı Sasani hökmdarı I Qubadın adından götürüldüyünə inanılır Yaqutun lokallaşdırılmasına görə (1227) "Bab əl-Əbvab, yaxud Dərbənd yaxınlığındakı bu qədim şəhər", ehtimal ki, indiki Qubanın yerində olmuşdur. IX–X və daha əvvəlki ərəb mənbələrində Qubanın adına rast gəlinmir. Lakin A.A.Bakıxanov Şirvanşah Kavus ibn Keyqubadın (ö. hicri 774-cü il; miladi 1372–1373-cü illər) Quba yaxınlığında gözəl türbəsini gördüyünü xəbər verir ki, bu da həmin yerdə daha qədim zamanlarda və XIV əsrdə qəsəbə və ya şəhər olduğunu fərz etməyə imkan verir. XVI əsrə aid daha sonrakı mənbədə yerli sakinlərin dilindən xəbər verilir ki, "dağın yamacında qala olan Quba çoxdan dağılmışdır. Həmin vaxt (1582-ci il) Quba çoxlu kəndi əhatə edən nahiyənin adı idi". Beləliklə, Quba adı XVI əsrədək gəlib çıxmışdır. Bu dövrdə Quba adı altında nahiyə mövcud olmuş, qala isə dağılmışdı.
Quba Yorğası
Quba yorğası və ya Quba atı — Azərbaycanın yerli at cinslərindən biridir. Yorğa yerişi ilə tanınmışdır. XIX əsrin sonunda, əsasən Quba (adı da buradandır), qismən də Bakı və Şamaxı qəzalarında yayılmışdır. Süysünün hündürlüyü 136 sm, bədənin çəpinə uzunuğu 136 sm, döş qucumu 157,2 sm, incik qucumunun çevrəsi isə 17,6 sm-dir. Rəngi əsasən kəhərdir. İlxı şəraitinə davamlı, konstitusiyası quru və möhkəmdir. Ayaqları qısa olduğundan sürətlə qaça bilmir. 1600 m məsafəni 3 dəqiqə 25,4 saniyəyə qət edir. Quba yorğası ərəb və "Terek" at cinsləri ilə yaxşılaşdırılır.
Quba atı
Quba yorğası və ya Quba atı — Azərbaycanın yerli at cinslərindən biridir. Yorğa yerişi ilə tanınmışdır. XIX əsrin sonunda, əsasən Quba (adı da buradandır), qismən də Bakı və Şamaxı qəzalarında yayılmışdır. Süysünün hündürlüyü 136 sm, bədənin çəpinə uzunuğu 136 sm, döş qucumu 157,2 sm, incik qucumunun çevrəsi isə 17,6 sm-dir. Rəngi əsasən kəhərdir. İlxı şəraitinə davamlı, konstitusiyası quru və möhkəmdir. Ayaqları qısa olduğundan sürətlə qaça bilmir. 1600 m məsafəni 3 dəqiqə 25,4 saniyəyə qət edir. Quba yorğası ərəb və "Terek" at cinsləri ilə yaxşılaşdırılır.
Quba bükməsi
Quba bükməsi — Azərbaycan Respublikasının Quba rayonuna xas şirniyyat məhsulu. Qubanın simvollarından biri hesab olunur. == Populyar mədəniyyətdə == 2015-ci ildə rejissor Xürrəm Sultan tərəfindən "Adı bükmə. Quba paxlavası" adlı 13 dəqiqəlik sənədli film çəkilmişdir. Həmin filmdə məşhur Quba şirniyyatları olan Quba paxlavasının və Quba bükməsinin hazırlanma qaydasından bəhs edilir.
Quba bələdiyyələri
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Quba bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Quba dialekti
Quba dialekti — Azərbaycan dialektlərinin mövcud bölgüsünə əsasən şərq qrupuna daxildir. Bu ləhcə Xəzərin qərb sahili zonasının şimal-şərq hissəsinin (Dərbənd, Quba, Bakı, Şamaxı, Salyan) şivələrini əhatə edir. Üç şivə qrupu fərqlənir: 1) Bakı-Şamaxı, 2) Quba, 3) Dərbənd. Filologiya elmləri doktoru, görkəmli dilçi Məmmədağa Şirəliyev Quba dialektinin Quba, Xudat, Qusar və Xaçmaz bölgələrinin şivələrini əhatə etdiyini bildirib.
Quba gəvəni
Quba gəvəni (lat. Astragalus kubensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – VU D2. Azərbaycanın nadir, prioritet endemikidir. Regional IUCN statusu - VU D2. == Qısa morfoloji təsviri == 5-7 sm hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqlar 8-12 cüt xırda, uzunsov-yumurtavari, küt, zəif xovlu (tüklü) yarpaqcıqlıdır. Çiçəklər oturan, sıx 5-15 çiçəkli salxım qrupundadır. Kasacıq borucuqlu, qaratüklü, dişilidir; dişləri borucuqdan nisbətən 3-4 dəfə qısadır. Tac parlaq, bənövşəyi-göy, uzunsov bayraqlıdır.
Quba mahalı
Quba mahalı — Quba xanlığında mahal. İndiki Quba, Xaçmaz və Qusar rayonlarının böyük hissəsini əhatə edirdi. Xanlığın ən böyük mahalı Quba mahalı idi. Quba mahalı çox iri olduğuna görə iki naib tərəfindən idarə olunurdu. Sırt və Tip mahallarını əhatə edirdi. Quba mahalında dağlıq kəndlərin sakinləri torpaq əkinçilik üçün o qədər yararlı olmadığına görə arpadan savayı heç nə əkmirdilər. Bu kəndlərdə maldarlıq və arıçılıq əsas məşğuliyyət sahəsi idi. Quba mahalının düzənlik hissəsində taxılın bütün növləri əkilirdi. Digər mahallardan fərqli olaraq Quba mahalında əhalidən alınan vergilərdə güzəştlər tətbiq edilirdi. == Kəndlər == == Tanınmışları == == İstinadlar == Mustafazadə Tofiq.
Quba memorialı
Quba Soyqırımı Memorial Kompleksi – 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb. == Tarixi == 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb. 2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışın ediblər. == Memarlıq xüsusiyyətləri == Abidə üç hissədən: sivriuclu bıçaqları xatırladan iki konstruksiya – giriş və çıxışdan, mərkəzində qara xatirə daşı yerləşən əsas zaldan ibarətdir. Abidənin iti ucları şiddətli ağrını təcəssüm etdirir. İti ucların yerin altından üzə çıxması həqiqəti gizlətməyin mümkünsüz olduğunu əks etdirir. Abidə bütövlükdə brutto-betondan hazırlanıb. Faciə qurbanlarının xatirəsinə matəm sükutunu təcəssüm etdirmək məqsədilə layihədə hər hansı bəzəkdən imtina edilib. === İnteryeri === Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb. 19 bölmədən ibarət muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur.
Quba məscidi
Quba məscidi və ya Məscid əl-Quba, (ərəb: مسجد قباء Rom: Məscid əl-Quba) İslam peyğəmbəri Məhəmməd tərəfindən Məkkədən Mədinəyə hicrət edilərkən yolda dayandığı Quba məntəqəsində inşa edilmiş və məscidin inşaatı prosesində şəxsən Məhəmməd peyğəmbərin də iştirak etdiyi İslamda tikilən birinci məsciddir. Quyuları və xurma bağları ilə məşhur olan bərəkətli bir vahə üstündə tikilmiş və adını oradakı bir quyudan almış olan Quba, hicrətdə Məkkə yolu üzərində olan və Mədinədən 6 mil məsafədə yerləşən bir kənd olmuşdur. Hicrətdən sonrakı dövrdə Mədinənin inkişafı ilə paralel olaraq sürətlə böyüyərək inkişaf etmiş və şəhərin məhəllələrindən birinə çevrilmişdir. Peyğəmbərin “cənnət bulaqları arasından bir bulaq” deyə təriflədiyi Qars və üzüyünü itirdiyi Əris quyuları da burada yerləşir. Peyğəmbər Məkkədən yola çıxaraq, on bir günlük səfərindən sonra Qubaya çatdıqda, Xəzrəcin bir qolu olan Əmr ibn Əvfin övladlarından olan Gülsüm binti Hidmin evində qonaq qalmışdır. O, evinin genişliyinə görə daha münasib bildiyi Səd ibn Heysəmin evində də yoldaşları ilə söhbət etmişdir. Qubaya gələn ilk mühacirlər Əmr ibn Əvf oğullarına məxsus olan xurma qurutma yerini məscidə çevirmişdirlər. Peyğəmbər isə öz növbəsində buranı daha da genişləndirərək Quba məscidini tikdirmişdir. Orijinal Məscid əl-Quba kvadrat formalı düzbucaqlını əhatə edən dörd divardan ibarət olmuşdur. Peyğəmbər qiblə Kəbəyə çevrildikdən sonra (miladi 623-cü il) isə Məscidül-Qubanı yenidən tikdirmişdir.
Quba məsələsi
Quba məsələsi — Dağlılar Respublikası hökumətinin bəzi üzvlərinin Quba qəzası ilə bağlı Azərbaycan Xalq Cümhuriyyətinə əsassız ərazi iddiası. == Hadisələr == Dağlılar Respublikası 1918-ci ilin payızında Şimali Qafqazda öz mövqelərini möhkəmləndirmek üçün müəyyən tədbirlər görməklə yanaşı, bəzi addımları ilə Azərbaycan və Gürcüstanla münasibətlərdə problemlər yaratdı. Dağlı hökumətinin bəzi üzvləri Quba qəzası ilə bağlı Azərbaycana, Cənubi Osetiya və Abxaziya ilə əlaqədar isə Gürcüstana qarşı ərazi iddiası qaldırdılar. Dağlı Respublikası rəhbərliyinin ayrı-ayrı üzvləri Quba qəzası ilə bağlı ərazi iddiası irəli sürərkən, həmin bölgədə ləzgilərin də yaşamasını əsas gətirirdilər. == Yalama dəmir yolu stansiyasının ələ keçirilməsi == Dağlı hərbçiləri bu əsassız iddianı həyata keçirmək məqsədilə, hətta, Quba qəzası ərazisinə müdaxilə etmiş, Yalama dəmir yolu stansiyasını ələ keçirmişdilər. Azərbaycan sərhəd keşikçiləri 1918-ci il dekabrın 24-də onları bu ərazidən çıxarmış, şimal sərhəddini keçmiş Bakı quberniyası hüdudları boyunca bərpa etmişdilər. Dağlı hökumətinin Bakıdakı nümayəndəsi Əlixan Qantəmir bu münaqişə ilə bağlı Azərbaycan hökumətinə etirazını bildirmiş, "mübahisəli" sərhəd məsələlərinin həlli üçün xüsusi orqan yaradılması, ona qədər isə Quba qəzasının idarə olunmasında hər iki tərəfi təmsil edən müştərək qrupun fəaliyyət göstərməsi təklifini irəli sürmüşdü. == Sonrakı proseslər == Dağlı hökumətinin bəzi nümayəndələri bu cür əsassız hərəkətləri ilə ən yaxın müttəfiqləri olan qonşu dövlətlərlə münasibətlərdə soyuqluq yaradırdılar. Lakin hökumətin əksər üzvləri Azərbaycan və Gürcüstana qarşı ərazi iddiaları qaldırılmasına qəti etiraz etdilər. Xarici işlər naziri Heydər Bammatovun başçılıq etdiyi bu qrup Qafqazda ərazi mübahisələrinin həlli zamanı Azərbaycanın təklif etdiyi prinsipləri dəstəklədi.
Quba paxlavası
Quba paxlavası — Azərbaycan Respublikasının Quba rayonuna xas şirniyyat məhsulu. Qubanın simvollarından biri hesab olunur. == Populyar mədəniyyətdə == 2015-ci ildə rejissor Xürrəm Sultan tərəfindən "Adı bükmə. Quba paxlavası" adlı 13 dəqiqəlik sənədli film çəkilmişdir. Həmin filmdə məşhur Quba şirniyyatları olan Quba bükməsinin və Quba paxlavasının hazırlanma qaydasından bəhs edilir.
Quba qalası
Quba qalası — Quba şəhərinin tarixi mərkəzini əhatə etmiş qala divarları. 1747-ci ildə Hüseynəli xan Qubalı tərəfindən Quba xanlığının mərkəzinin Xudatdan Qubaya köçürülməsindən sonra inşa edilmiş Quba qalası, xanlığın Rusiya İmperiyasına birləşdirilməsindən sonra strateji əhəmiyyətini itirmiş və yerli rus qarnizonu tərəfindən istifadə edilmişdir. 1868-ci ildən sonra Cənubi Qafqazda hərbi qalaların ləğv edilməsinə başlanılmış, 1870-ci ildə isə Quba qala divarlarının sökülməsi və onların yerində əlavə yaşayış məhəllələrinin yaradılması planı hazırlanmışdır. Qısa müddət sonra qala divarlarının söküntüsü və yeni inşaat işlərinə başlanılmışdır. Qala-şəhər olan Quba, Qudyalçayın yuxarı terrası boyunca qərb-şərq istiqamətində uzanmaqla möhkəm olmayan çiy kərpicdən hörülmüş, hündürlüyü 3-4 sajen, eni bir sajen olan və 400 sajen uzunluq və 130 sajen eninə uzanan qala divarları ilə əhatə olunmuşdu. Qala divarları üç qapıya malik idi. == Tarixi == Quba qədim yaşayış məskəni olsa da 1747-ci ildə Hüseynəli xan Qubalı iqamətgahını Xudatdan Qubaya köçürməsi ilə şəhərin strateji əhəmiyyətli artmış və elə həmin dövrdə də qala divarları inşa edilmişdir. 1811-ci ildən etibarən Quba qalasında ciddi möhkəmləndirmə işləri aparılmışdır. Qərb və şərq tərəfdən qala divarları fleşlər vasitəsiylə möhkəmləndirilir. Cənub divarının mərkəzində bastion inşa edilir, bütün köhnə divarlar bərpa və təmir edilir.

quba-qaz sözünün leksik mənası və izahı

quba-qaz sözünün rus dilinə tərcüməsi

quba-qaz sözünün inglis dilinə tərcüməsi

Oxşar sözlər

#quba-qaz nədir? #quba-qaz sözünün mənası #quba-qaz nə deməkdir? #quba-qaz sözünün izahı #quba-qaz sözünün yazılışı #quba-qaz necə yazılır? #quba-qaz sözünün düzgün yazılışı #quba-qaz leksik mənası #quba-qaz sözünün sinonimi #quba-qaz sözünün yaxın mənalı sözlər #quba-qaz sözünün əks mənası #quba-qaz sözünün etimologiyası #quba-qaz sözünün orfoqrafiyası #quba-qaz rusca #quba-qaz inglisça #quba-qaz fransızca #quba-qaz sözünün istifadəsi #sözlük