Qubilay qaan
Xubilay xan (doğum adı Xubilay və ölümündən sonra isə Şizu) (23 sentyabr 1215[…], Böyük Monqol imperiyası – 18 fevral 1294[…], Xanbalıq, Yuan) — Monqol İmperiyasının beşinci xaqanı (1260–1294) və Yuan sülaləsinin banisi.
Xubilay Toluy xanın 4-cü (Sörköktəni Bəgi ilə olan 2-ci) oğlu və Çingiz xanın nəvəsi idi. 1260-cı ildə böyük qardaşı Mengü xanın ölümündən sonra taxta çıxdı, ancaq o, kiçik qardaşı Arıq Buğanı 1264-cü ilə qədər davam edəm Monqolustan Vətəndaş Müharibəsində məğlub etməli oldu. Bu hadisə imperatorluğun dağılmasının başlanğıcı hesab edilir. Xubilayın həqiqi qüdrəti Çinə və Monqolustana çatsa da, hələ də Elxanilər dövləti üzərində və az da olsa, Qızıl Ordu üzərində hakimiyyəti var idi. Əgər Monqol imperiyası o dövr üçün vahid hesab edilsə idi, Xubilay xanın gücü Sakit okeandan Qara Dənizə Sibirdən müasir Əfqanıstana — dünyanın məskunlaşılmış torpaq ərazisinin beşdə birinə çatırdı.
1271-ci ildə Xubilay Yuan sülaləsinin əsasını qoydu. O, müasir Monqolustan, Çin, Koreya və bəzi qonşu əraziləri idarə edir və Çin imperatoru hesab edilirdi. 1279-cu ilə qədər Yuan qüvvələri Cənubi Sun sülaləsinin axırıncı müqavimətini qırdı və Xubilay imperatorluğu birləşdirən ilk Xan sülaləsinə mənsub olmayan şəxs oldu. Bundan başqa Xubilay 1260-cı ildən sonra yeni ərazilər işğal edən tək Monqol xanı oldu.