Qulp sözü azərbaycan dilində

Qulp

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Qulp • 61.8677%
  • qulp • 34.2412%
  • QULP • 3.8911%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qulp (veriliş)
"Qulp" — 1992-ci ildən 2014-cü ilə qədər Azərbaycanın AzTV və ANS TV kanallarında yayımlanan siyasi-satirik şou. Veriliş jurnalist Mübariz Əsgərov tərəfindən yaradılmışdır. == Tarixi == 1992–1998-ci illərdə AzTV-də 12 buraxılışı getmiş "Qulp", 1998-ci ildən 2007-ci ilə qədər ANS TV-nin ən baxımlı verilişlərindən sayılıb. Verilişdə rüşvətxorluq, ictimai və digər problemlər uydurma və satirik personajlar vasitəsilə mizahlı şəkildə qınanılırdı. Verilişdə müxtəlif zamanlar şair Baba Pünhan və aktyor Yadigar Muradov ("Aşıq Yediyar" personajı kimi) iştirak edib.
Qulp (veriliş, 1992)
"Qulp" — 1992-ci ildən 2014-cü ilə qədər Azərbaycanın AzTV və ANS TV kanallarında yayımlanan siyasi-satirik şou. Veriliş jurnalist Mübariz Əsgərov tərəfindən yaradılmışdır. == Tarixi == 1992–1998-ci illərdə AzTV-də 12 buraxılışı getmiş "Qulp", 1998-ci ildən 2007-ci ilə qədər ANS TV-nin ən baxımlı verilişlərindən sayılıb. Verilişdə rüşvətxorluq, ictimai və digər problemlər uydurma və satirik personajlar vasitəsilə mizahlı şəkildə qınanılırdı. Verilişdə müxtəlif zamanlar şair Baba Pünhan və aktyor Yadigar Muradov ("Aşıq Yediyar" personajı kimi) iştirak edib.
Qulpa xan
Qulpa xan — Bərdibəy xanı devirərək hakimiyyətə gəlmişdi. Lakin elə sonrakı il Novruz xan tərəfindən devrildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.80 dəfə / 1 mln.
2004 •• 0.34
2009 •••••••••••••••••••• 4.00
2010 ••••• 0.82
2011 ••••••••••••••••••• 3.60
2012 •• 0.34
2013 ••• 0.44
2015 0.17
2017 ••• 0.49
2018 •• 0.30

qulp sözünün leksik mənası və izahı

  • 1 is. Qabların və s. şeylərin əl tutan yeri, dəstəsi, sapı. Qazanın qulpu. Çaydanın qulpu. – [Musa kişi] nazik iplə kuzənin qulpuna bağlanmış tıxacı açdı. M.İbrahimov. Onun sağ əli su ilə dolu vedrənin qulpundan … tutmuşdu. Ə.Əbülhəsən. ◊ Qulp bağlamaq (qoymaq, qondarmaq, taxmaq) – irad çıxartmaq, bəhanə tapmaq. [Uşaq:] …Hətta yeyib-içməyimə bir qulp taxır, söylənir, bağırır. A.Şaiq. O hər şeyə etiraz edir, hər sözə qulp qoyur, min cür şıltaqlıq göstərirdi. Ə.Vəliyev. Qulpunu itirmək – haradan tutacağını bilməmək, hesabını çaşdırmaq. İşin qulpundan yapışmaq – bir işə girişmək, bir işdən yapışmaq, bir işlə məşğul olmağa başlamaq. Uşaqlar böyüyüb hərəsi bir işin qulpundan yapışandan sonra, Əkbər tamam rahat nəfəs alacaqdı. Mir Cəlal. Yumurtaya qulp taxmaq – hər şeyə bir bəhanə və səbəb tapmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / qulp

qulp sözünün etimologiyası

qulp sözünün sinonimləri (yaxın mənalı sözlər)

qulp sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 QULP I is. Dəstə, sap. Səhəngi çiynində rahatlayıb qolunu qulpuna keçirdi (İ.Şıxlı). QULP II is. Əmma, bəhanə axtarma, əllaməlik etmə. Heç bir hədiyyə də olmazdı ki, Nazlı ona qulp qoymasın (C.Gözəlov).

    Azərbaycan dilinin omonimlər lüğəti / qulp

qulp sözünün rus dilinə tərcüməsi

  • 1 рукоятка, ручка, ушко у кастрюли, супника, подноса и т. д.

    Azərbaycanca-rusca lüğət / qulp
  • 2 сущ. 1. рукоятка, ручка (посуды, сосуда). Çaynikin qulpu ручка чайника, küpənin qulpu ручка кринки, qazanın qulpu ручка кастрюли, çamadanın qulpu ручка чемодана 2. ушко (у кастрюли, супника, подноса и т.п., а также у больших мешков). Çuvalın qulpu ушко мешка 3. дужка (ручка в форме небольшой дуги). Vedrə qulpları ведёрные дужки, tananın qulpu дужка серьги ◊ qulp qoymaq (taxmaq): 1. умничать 2. придираться к чему-л., указывая на какие-то недостатки; işin qulpundan yapışmaq взяться за дело; qulpunu itirmək nəyin: 1. потерять ориентировку, потерять направление 2. потерять голову 3. теряться в догадках ◊ yumurtaya qulp taxmaq искать повода (придумывать всякие причины для придирки)

    Azərbaycanca-rusca lüğət / qulp

qulp sözünün inglis dilinə tərcüməsi

  • 1 i. handle; (səbətdə və s.) grip; (çuvalda və s.) tab; ◊ ~ qoymaq to find* fault (with), cavil (at); hər sözə ~ qoymaq to cavil at every word; bir işin ~undan yapışmaq to get* down to business, to start to do some job

    Azərbaycanca-ingiliscə lüğət / qulp

qulp sözünün fransız dilinə tərcüməsi

qulp sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. ттум, гъиле кьадай чка, гъил (мес. къажгъандин, кварцин, гичиндин ва мс. къапарин); ** qulp bağlamaq (qoymaq, qondarmaq, taxmaq) ттум акалун, багьна жугъурун; işin qulpundan yapışmaq са кардив эгечӀун, са кӀвалахдихъ галкӀун, са кӀвалахдал машгъул жез авалун; yumurtaya qulp taxmaq какадихъ ттум акалун, гьар са затӀуниз са багьна (себеб) жугъурун; qulpuni itirmək гьиникай кьадатӀа течиз амукьун, гьисаб акадарун.

    Azərbaycanca-ləzgicə lüğəti / qulp

"qulp" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qulp nədir? #qulp sözünün mənası #qulp nə deməkdir? #qulp sözünün izahı #qulp sözünün yazılışı #qulp necə yazılır? #qulp sözünün düzgün yazılışı #qulp leksik mənası #qulp sözünün sinonimi #qulp sözünün yaxın mənalı sözlər #qulp sözünün əks mənası #qulp sözünün etimologiyası #qulp sözünün orfoqrafiyası #qulp rusca #qulp inglisça #qulp fransızca #qulp sözünün istifadəsi #sözlük