* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Qədim dövrlərdə: müharibədə əsir tutulub satılan adam. Neçə qul azad elədim; Qəsd etmədim cana, Nigar! “Koroğlu”. 2. Xidmət üçün satın alınmış adam; hər cür istehsal vasitəsi və hüquqdan məhrum olan və tamamilə öz sahibinin ixtiyarında olub, bir mal kimi alınıb satılan adam; kölə. Spartakın rəhbərliyi altında qədim Romada qulların üsyanı olmuşdu. – Sərir hökmdarı rəiyyətini öz qulu hesab edərdi. A.Bakıxanov. Cəllad yanıb od olsa da, külə dönməz arzular; Təbiətin ana qəlbi qul doğmamış insanı! S.Vurğun. // köhn. Nökər, xidmətçi. Bir xidmət edən qulam sənə mən. Xətayi. [İskəndər:] İndi mən sənə nökərəm, mən sənə qulam, gəl, gəl barışaq. C.Məmmədquluzadə. Hər qəhrəmanın qulu meydanın arxasında ağası üçün ehtiyat atlar saxlamışdı. M.S.Ordubadi. □ Qul etmək məc. – əsir etmək, valeh etmək, tamamilə ixtiyarını əlindən almaq. Götür niqabı və xalqı qul eylə hüsnünə kim; Məlahət əhlinə sənsən əmirü, sənsən şah. Nəsimi. Qul olmaq – tabe olmaq, boyun əymək. 3. məc. Öz iradəsini, hərəkətlərini tamamilə bir şeyə, ya başqasına tabe etmiş adam. Öz adətlərinin qulu.
Azərbaycan dilinin izahlı lüğəti / qul2 is. Tənha yerlərdə və qaranlıqda vahiməyə düşən adamın gözünə canlı kimi görünən qorxunc xəyal; qulyabanı.
Azərbaycan dilinin izahlı lüğəti / qul3 ə. qulyabanı. Quli-biyaban qulyabanı.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / qul4 uçurum yerlərə verilən ad (Qazax rayonu). гул gul
Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / qul1 Qılmaq feili ilə bağlıdır, “işləyən” deməkdir. “Uşaq” mənasında da işlədilib (qulbeçə deyirik). Əsl Azərbaycan sözüdür, fars dilinə Xətainin dövründə bizdən keçib. Qulluq, qılman, qulluqçu, quldar sözləri də həmin Qul (qılmaq) zəminində yaranıb. Ruslarda da раб, ребенок və работа məhz iş anlamı ilə əlaqədardır. İş görən (yəni qul) qadındırsa, ona qarabaş (zənci olduqda), sarıbaş (rus olduqda), kün (türk olduqda) deyilib. Kəniz sözü də elə kün kəlməsi ilə qohumdur, türk mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qul1 I 1. QUL (köhn.) Cariyələr, qulamlar, qullar və qara kənizlər belə bir gəncin qorxmaz bir adam olduğunu bildirdi (M.S.Ordubadi); BƏNDƏ (köhn.) [Rəşid:] Ey bəndəm, Nəsirqulu adlı bəndəm çoxdur, hansı Nəsirqulunu deyirsən? (A.Şaiq); ƏBD (köhn.) Şahın öz əbdidir insanları iranlıların! (M.Ə.Sabir); ƏSİR Əsir görmək, qul görmək istəmirəm vətəni (N.Rəfibəyli); KÖLƏ (köhn.) Elə bil ki, o, illər uzunu hansı bir qorxu hissininse köləsi, əsiri olmuşdu (Ə.Vəliyev); QULAM Dumanlı bir gündə səhər ertə saray qulamlarından biri Kazımın həyətinə girib artırmada hana toxuyan Telli ilə Gülnaza yanaşdı (Çəmənzəminli). 2. qul bax nökər II qul bax qulyabanı
Azərbaycan dilinin sinonimlər lüğəti / qul1 QUL – AĞA İndi mən sənə nökərəm, mən sənə qulam, gəl, gəl barışaq (C.Məmmədquluzadə); Doğru deyir, ağa, onlar heç vaxt özlərini bu ağzıbirə salmazlar (N.Vəzirov).
Azərbaycan dilinin antonimlər lüğəti / qul1 QUL I is. tar. Müharibədə əsir tutulub satılan adam. Təbiətin ana qəlbi qul doğmamış insanı! (S.Vurğun). QUL II is. [ ər. ] Qulyabanı, canlı kimi görünən qorxunc xəyal.
Azərbaycan dilinin omonimlər lüğəti / qul2 I сущ. 1. раб, рабыня: 1) в рабовладельческом (как пережиток в феодальном) обществе: человек, лишённый всех прав и являющийся полной собственностью своего владельца. Qul alveri торговля рабами, qul alverçisi торговец рабами; qulların üsyanı восстание рабов 2) зависимый, угнетённый в эксплуататорском обществе человек 3) перен. тот, кто целиком подчинил чему-л. свою волю, свои поступки. Ehtirasların qulu раб страстей, öz vərdişlərinin qulu раб своих привычек 2. устар. слуга, прислуга II прил. рабский. Qul əməyi рабский труд, qul mövcudiyyəti рабское существование; qul olmaq: 1. быть рабом, рабыней; 2. становиться, стать рабом, рабыней
Azərbaycanca-rusca lüğət / qul1 I. i. slave; adətinin / ehtirasının ~u olmaq to be* a slave of one’s habit / passion; ~ olmaq to be* a slave; ~ vəziyyətində olmaq to be* in slavery II. s. slave; ~ əməyi slave labour; ~ ticarəti slave trade; ~ sahibi slave-holder, slave-owner
Azərbaycanca-ingiliscə lüğət / qul1 сущ. мичӀивиликай кичӀе касдин вилериз ччан алайди хьиз аквадай, вилерикай карагдай кичӀе жедай хъварц, ардавул хьтин хиял.
Azərbaycanca-ləzgicə lüğəti / qul2 сущ. 1. лукӀ; qul olmaq лукӀ хьун, муьтӀуьгъ хьун, табий хьун, гардан кӀирун; 2. куьгьн. нуькер, къуллугъчи; 3. пер. вичин вири ихтиярар маса затӀуниз ва я касдиз муьтӀуьгъ авунвай кас; qul etmək пер. лукӀ авун, есир авун, кьару авун, гьейран авун.
Azərbaycanca-ləzgicə lüğəti / qul