quq sözü azərbaycan dilində

quq

Yazılış

  • quq • 90.4255%
  • Quq • 3.1915%
  • qUQ • 2.1277%
  • QuQ • 2.1277%
  • QUq • 2.1277%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bozkənd (Quqark)
Bozkənd — İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı. == Toponimi == Bozikənd də adlanmışdır. Digər adı Həmzəçimən. XIX əsrin ortalarında Azərbaycan türkləri qovulmuş və ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid məlumata görə əhalisi erməni idi. 1978-ci ildə kənd ermənicə Markohavit adlandırılmışdır. Türk dillərində bayz (Azərbaycan dilində baz) sıldırım qaya (bax: Boz Abdal) və kənd sözlərindən ibarətdir. Azərbaycanda Osmanbazı və Dostubazı toponimləri ilə mənaca eynidir.
Hacıqara (Quqark)
Hacı Qara — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km qərbdə, Pəmbək çayının sağ sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim nəsil adı bildirən Hacı sözü ilə Qara şəxs adından əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1.III.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Makaraşen, 26.X.1957- ci il fərmanı ilə isə Lernapat qoyulmuşdur.
Hüseyn bəy Ququşov
Hüseyn bəy Həsən bəy oğlu Ququşov (28.01.1884 – 15.04.1921) — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti, polkovnik-leytenant. == Həyatı == Hüseyn bəy Ququşovun doğulduğu və vəfat etdiyi tarix dəqiq bilinmir. Güman olunur ki, cümhuriyyət işğal edildikdən sonra Türkiyəyə mühacirətə getmişdir. Hüseyn bəy Ququşov hərbi nazirin 1919-cu il 4 yanvar tarixli əmri ilə II piyada alayının komandiri təyin edilmişdi. Hərbi nazirin 1919-cu il 25 iyun tarixli əmri ilə bu alay II Quba piyada alayı, 1919-cu il 14 iyul tarixli tarixli əmri ilə IV Quba piyada alayı adlandırılmışdı. Hüseyn bəy Ququşov bu alayın komandiri kimi Qarabağda daşnak-erməni üsyanının yatırılmasında iştirak etmişdir. Hüseyn bəy Ququşov, həmçinin Şəki və Naxçıvanda da cümhuriyyət dövründə hərbi xidmət keçmişdir. == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Hüseyn bəy Ququşov məqaləsi.
Luka Quqeşaşvili
Luka Quqeşaşvili (gürc. ლუკა გუგეშაშვილი; 29 aprel 1999, Tbilisi) — Gürcustanlı peşəkar futbolçu. Ağdamın "Qarabağ" klubunun və Gürcustan milli futbol komandasının qapıçısı. == Karyerası == 2015–16 mövsümünün qış fasiləsindən qabaq Quqeşaşvili Polşanın yüksək liqasında çıxış edən "Yagelloniya Belostok" klubu ilə müqavilə bağladı. 2017-ci ildə o, icarə əsasında Polşanın dördüncü liqa klubu olan "Podlaşiya Bila Podlaska" klubuna transfer olunur. 2018-ci ildə Luka Gürcüstanın yüksək liqa klubu olan "Dila Qori"yə icarəyə göndərildi. 2019-cu ildə Quqeşaşvili icarə əsasında İspaniya La Liqasında çıxış edən "Rekreativo Qranada" klubunun əvəzedici heyətinə transfer olundu. 2020-ci ildə o yenidən icarə əsasında "Dila Qori"yə qayıtdı. 2022-ci ilin əvvəlində, qış fasiləsində o, icarə əsasında Azərbaycanın "Qarabağ" klubuna transfer olunub. 1 fevral 2022-ci ildə "Qarabağ"ın heyətində "Keşlə"yə qarşı oyunda debüt edib.
Quqark
Böyük Qarakilsə, Kirovakan, Vanadzor — Ermənistan Respublikasında şəhər, Loru mərzinin inzibati mərkəzi. Keçmiş Quqark rayonunun inzibati mərkəzi. == Tarixi == 1924-cü ildən respublika tabelidir. İrəvan şəhərindən 145 km məsafədədir. Böyük Qarakilsə İrəvan quberniyasının Aleksandropol qəzasının Pəmbək bölgəsində kənd olmuşdur. 1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci il yanvarın 3-ə qədər Böyük Qarakilsə (1930–1935), Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə həmin tarixdən 1993-cü ilə, yəni ləğv olunana qədər Kirovakan, 1993-cü ildən etibarən isə Vanadzor adlandırılmışdır. Toponim alban məbədinin adı əsasında yaranmışdır. Həmin ərazidə yerləşən kilsə qara daşdan tikildiyi üçün Qarakilsə adlanmış və sonra da Qarakilsə toponimə çevrilmişdir.
Quqark faciəsi
Quqark faciəsi, həmçinin Quqark qırğını, Quqark qətliamı və ya Quqark poqromu — o dövrdə Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) tərkibində olan Ermənistan Sovet Sosialist Respublikasının (Ermənistan SSR) Quqark rayonu (indiki Loru mərzinin bir hissəsi) ərazisində yaşayan etnik azərbaycanlı sakinlərinə qarşı törədilmiş poqrom aktı. Rəsmi erməni mənbələrinə görə, bu dövrdə ərazidə yaşayan yerli ermənilərin və Azərbaycandan qaçqın düşən etnik ermənilər Ermənistan azərbaycanlılarını ələ salmış, onları öldürmüş və evlərini qarət etmişdir. Poqrom zamanı ən azı 18, ən çox isə 187 nəfər öldürülmüşdür. 1988-ci ilin martında Quqark rayonunda başlayan poqrom, Sumqayıt hadisələrindən sonra baş tutmuşdur. Bölgədəki azərbaycanlılar oradan qaçana qədər təqibə məruz qalmışdır. Poqrom daha sonra müharibəyə çevriləcək Dağlıq Qarabağ münaqişəsi kontekstində baş verən etnik zorakılıq aktlarından biri idi. == Zəmin == Etnik azərbaycanlı sakinləri tərəfindən Böyük Qarakilsə adlandırılan Quqark rayonu o vaxt SSRİ respublikalarından olan Ermənistan SSR-in rayonlarından biri idi. Bu ərazidə etnik azərbaycanlılar kompakt şəkildə yaşayırdı. SSRİ-nin dağılmasından sonra rayon müstəqil Ermənistan Respublikasının bir hissəsi olmuş, lakin inzibati ərazi vahidi daha sonra ləğv edilmiş və Loru mərzi ilə əvəz edilmişdir.Kirovabad (indiki Gəncə) şəhərindən baş verən poqromdan sonra erməni qaçqınlar Gürcüstan üzərindən Quqarka köçmüşdür. Bu zaman Ermənistanda etnik ermənilərlə azərbaycanlılar arasında gərginlik yüksəlmişdir, çünki hər iki tərəf qarşı tərəfin hücumundan qorxurdu.
Quqark qırğını
Quqark faciəsi, həmçinin Quqark qırğını, Quqark qətliamı və ya Quqark poqromu — o dövrdə Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) tərkibində olan Ermənistan Sovet Sosialist Respublikasının (Ermənistan SSR) Quqark rayonu (indiki Loru mərzinin bir hissəsi) ərazisində yaşayan etnik azərbaycanlı sakinlərinə qarşı törədilmiş poqrom aktı. Rəsmi erməni mənbələrinə görə, bu dövrdə ərazidə yaşayan yerli ermənilərin və Azərbaycandan qaçqın düşən etnik ermənilər Ermənistan azərbaycanlılarını ələ salmış, onları öldürmüş və evlərini qarət etmişdir. Poqrom zamanı ən azı 18, ən çox isə 187 nəfər öldürülmüşdür. 1988-ci ilin martında Quqark rayonunda başlayan poqrom, Sumqayıt hadisələrindən sonra baş tutmuşdur. Bölgədəki azərbaycanlılar oradan qaçana qədər təqibə məruz qalmışdır. Poqrom daha sonra müharibəyə çevriləcək Dağlıq Qarabağ münaqişəsi kontekstində baş verən etnik zorakılıq aktlarından biri idi. == Zəmin == Etnik azərbaycanlı sakinləri tərəfindən Böyük Qarakilsə adlandırılan Quqark rayonu o vaxt SSRİ respublikalarından olan Ermənistan SSR-in rayonlarından biri idi. Bu ərazidə etnik azərbaycanlılar kompakt şəkildə yaşayırdı. SSRİ-nin dağılmasından sonra rayon müstəqil Ermənistan Respublikasının bir hissəsi olmuş, lakin inzibati ərazi vahidi daha sonra ləğv edilmiş və Loru mərzi ilə əvəz edilmişdir.Kirovabad (indiki Gəncə) şəhərindən baş verən poqromdan sonra erməni qaçqınlar Gürcüstan üzərindən Quqarka köçmüşdür. Bu zaman Ermənistanda etnik ermənilərlə azərbaycanlılar arasında gərginlik yüksəlmişdir, çünki hər iki tərəf qarşı tərəfin hücumundan qorxurdu.
Quqark rayonu
Quqark rayonu, Kirovakan rayonu, Böyük Qarakilsə rayonu — Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon. Rayon mərkəzi əvvəlcə Yaqublu (Meğrut) qəsəbəsi, sonralar isə Quqark şəhəri olmuşdur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 149 km-dir. == Tarixi == 1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci il yanvarın 3-ə qədər Böyük Qarakilsə rayonu (1930-1935), həmin tarixdən 1962-ci ilə, yəni ləğv olunana qədər Kirovakan rayonu (1935-1962) adlandırılmışdır. 1964-cü ildə yenidən bərpa edilmiş və 1995-ə yəni yenidən ləğv edilənə qədər Quqark rayonu adlandırılıb. Ərazisi 766 kv.km-dir. Böyük Qarakilsə rayonunun ərazisi Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının Qazax qəzasına daxil olub. Rayon ərazisini Pəmbək yarıb keçir. Qərbi Azərbaycanın Pəmbək mahalının bir hissəsi bu rayonun ərazisinə düşür.
Quqarlar
Quqarlar — indiki Gürcüstanın Axalkalaki, Lori, Dmanisi, Ermənistanın Quqark rayonunun ərazilərində yaşayırdılar. Fransız tarixçisi Sen-Martinə görə buraya Quqark əyaləti ilə Ağstafaçayın yuxarı hövzəsi, Lori, Axuryan çayı sahilləri, Axalkalak, Tumanis, Göyəzən və b. mahallar daxil idi. Erməni mənbələrində Qexarkunik kimi yazılan bu əyalət erməni tarixçilərinə görə, Ermənistanın indiki Kamo, Martuni, Basar keçər, Sevan və Razdan ərazisini əhatə edirdi. Bəzi tədqiqatçıların fikrincə Quqark Gürcüstanın indiki Borçalı və Axalsıx rayonlarının qədim adıdır . K. V. Trever Qoqarenanın Albaniya-İberiya sərhəddində yerləşdiyini yazır . == Quqarların etnik mənsubiyyəti == İlk dəfə (I əsr) Böyük Pliniy Şimali Qafqazda yaçayan tayfalardan birinin adını qorar kimi qeyd etmişdir. Yuxarıda isə dedik ki, Strabonun Ermənistana aid etdiyi Qoqarena əyalətinin adı orada qoqar adını daşıyanların məskun olduğunu göstərir. Deməli, I əsr üçün qoqarlar və ya quqarlar iki regionda – Şimali Qafqazda və Cənubi Qafqazda yaşayırdı. Bundan əlavə, V əsr erməni tarixçisi Favst Buzand IV əsrin əvvəllərinə aid hadisələrlə əlaqədar olaraq yazır ki, Qafqaz Albaniyasının şimal-şərqində (Dərbənddən cənubda) quqar adlı tayfa yaşayır .
Quql
Google (translit. Quql) — dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış ABŞ-də yerləşən transmilli şirkət. Google internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı onları inkişaf etdirir. Gəlirinin böyük hissəsini AdWords proqramı ilə reklamlardan əldə edir. Şirkət Larri Peyc ve Sergey Brin tərəfindən, Stanford Universitetində doktorantura tələbəsi olduqları vaxt qurulmuşdur. Bu ikili tez-tez Google Guys kimi adlandırılır.Google ilk dəfə 4 sentyabr, 1998-ci ildə özəl bir şirkət olaraq quruldu və 19 avqust, 2004-cü ildə ictimai təklif edildi. İctimai təklif edilən dövrdə Larri Peyc, Sergey Brin və Erik Şmidt, 2024-cü ilə qədər biryerdə işləmək üçün razılığa gəldilər. Quruluşundan sonrakı vəzifəsi dünyadakı məlumatları təşkilatlandırmaq və əlçatan etməkdir. Qeyri-rəsmi şüarı isə, Google mühəndisi Amit Patel tərəfindən tapılan və Paul Buçet tərəfindən dəstəklənən Don't be evil (azərb. Pis olma‎)-dır.
Quqllamaq
Quqllamaq (ing. To google) — internetdə məlumat tapmaqdan ötürü Google axtarış sistemindən istifadə etməyi izah edən neologizm fel. Sadəcə Google-də deyil, digər axtarış sistemlərində axtarış apararkən bu sözdən istifadə oluna bilər. Adını məşhur axtarış sistemi və şirkət olan Google-dən alan söz ABŞ Dialekt Dərnəyi tərəfindən "2002-ci ilin ən faydalı sözü" seçilmişdir. 15 iyun 2006-cı ildə rəsmi olaraq Oksford İngiliscə Lüğətinə və iyun 2006-cı ildə Merriam-Uebster Universitet Lüğətinin 11-ci nəşrinə daxil edilmişdir.Bu sözdən ilk dəfə fel kimi 8 iyun 1998-ci ildə Google-nin qurucularından biri Larri Peyc tərəfindən bir e-poçt məktubunda istifadə edilmişdir. Marka dəyərinin düşməsindən və marka adının məhsul adına çevrilməsindən ehtiyatlanan Google adının "ümumi internet axtarışları" mənasında istifadə edilməsini dəstəkləmir. Buna görə də 23 fevral 2003-cü ildə şirkət yeni sözləri təqib edən Word Spy saytının yaradıcı Pol Makfidresə xəbərdarlıq məktubu göndərmişdir."Washington Post" qəzetindəki bir məqaləsində Frank Arends bir Google vəkilindən aldığı və "Quqllamaq" felinin düzgün istifadəsindən bəhs edən məktubu ələ almışdır. Bu narahatlığa görə Merriam Uebster Universitet Lüğətinin lüğət yazıçıları felin ilk hərfini kiçiltmişdir. Lakin Oksford İngiliscə Lüğətinin tərtibçiləri belə addım atmamışlar. Google 25 oktyabr 2006-cı ildə xalqa açıq etiraz yayımlayaraq "Google" sözünün yalnızca Google Inc.
Quqol
Quqol (ing. googol) — onluq say sistemində vahid və 100 sıfır ilə təsvir edilən ədəd: 10100= 10 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000. == Terminin tarixi == 1938-ci ildə məşhur amerika riyaziyyatçısı olan Edvard Kazner öz qardaş uşaqları ildə parkda gəzirdi və onlarla böyük ədədlər haqqında müzakirə edirdi. Danışığın gedişatında yüz sıfırlı ədəd haqqında söhbət açıldı və ədəd hələ adlandırılmamışdı. Uşaqlardan biri, doqquzyaşlı Milton Sirotta bu ədədi, "quqol" (googol) adlandırmağı təklif etdi. 1940-cı ildə Edvard Kazner Ceyms Nyuman ilə birlikdə "Riyaziyyat və təxəyyül" ("New Names in Mathematics") adlı elmi-kütləvi kitabında bu ədəd qeyd olundu. == Quqol ədəd kimi == Bütün onluq dərəcələr kimi, quqol ədədinin də yalnız iki sadə böləni (2 və 5) var. Quqol ədədinin tam bölənlərinin ümumi sayı 10 mindən çoxdurQuqol ədədi ikilik say sistemində 333 simvoldan ibarətdir. Son 100 rəqəm sıfırdır: 0001 0010 0100 1001 1010 1101 0010 0101 1001 0100 1100 0011 0111 1100 1110 1011 0000 1011 0010 0111 1000 0100 1100 0100 1100 1110 0000 1011 1111 0011 1000 1010 1100 1110 0100 0000 1000 1110 0010 0001 0001 1010 0111 1100 1010 1010 1011 0010 0100 0011 0000 1000 1010 1000 0010 1110 1000 1111 0001 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 00002Onaltılıq say sistemində quqol ədədi 84 simvoldan ibarətdir. Son 25 rəqəm sıfırdır: 1249 AD25 94C3 7CEB 0B27 84C4 CE0B F38A CE40 8E21 1A7C AAB2 4308 A82E 8F10 0000 0000 0000 0000 0000 000016Quqol ədədi təxminən 70 ədədinin faktorialı kimi göstərmək olar.
Quqolpleks
Qoqolpleks — 1010100 ədədinə verilən ad. Quqolla birlikdə Quqol ailəsinin bir üzvüdür. Bu ədəd 10100=googol; 10googol 1010 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 kimi də ifadə olunur. == Böyüklüyü == Adi quqol ədədi kainatı əmələ gətirən 1072-1087 saydaki elementar hissəciyin sayından daha böyükdür. Quqolpleks ədədi isə 1-in arxasınca yazılan quqol qədər sıfırdan ibarət olduğu üçün onu kağıza və ya sabit diskə ondalıq say sistemi ilə yazmaq mümkün deyildir. Əgər quqolpleks ədədini yazmaq istəsək hər birinin genişliyi 0,3514598 mm olan və 1 puntoluk rəqəmlərdən istifadə etdikdə 3,5x1096 m2 sahə lazım olacaqdır. Bu isə bilinən kainatın böyüklüyü olan 7,4x1026 m2-dan 4,7x1096 dəfə böyükdür. Əgər hər rəqəmi yazmağa 0,5 saniyə vaxt sərf olunarsa quqolpleks ədədini yazmağa 1,41x1082 il vaxt lazımdır. Ədəd çox böyük olduğundan onunla elmdə əlaqələndirən hadisələr də azdır. Sabit bir kvant vəziyyətinin kütlə cəhətdən bir qara dəliyə çökməsi və qara dəliyin buxarlanmasını 1976-cı ildə Stiven Hokinq demişdir.
Ququ quşu yuvasının üstündən uçarkən (film, 1975)
Ququ quşu yuvasının üzərindən uçarkən (ing. One Flew Over the Cuckoo's Nest) – Miloş Formanın rejissorluğunu etdiyi 1975-ci il ABŞ istehsalı komediya-dram janrında filmdir. Film Ken Kizinin eyni adlı romanı əsasında çəkilmişdir. Filmin premyerası 19 noyabr 1975-ci ildə Çikaqo Film Festivalında baş tutmuşdur. Baş rolları Cek Nikolson, Luiza Fletçer və Vilyam Redfild ifa edirlər. Bununla yanaşı, Vill Sempson, Sidni Lassik, Denni De Vito, Bred Durif, Kristofer Lloyd kimi önəmli aktyorlar bu filmlə karyeralarına debüt ediblər. Psixiatrik xəstəxanada cərəyan edən hadisələr haqqında bu film demək olar bütünlüklə Oreqon ştatında ruhi xəstələr üçün xəstəxana şöbəsində çəkilmişdir. "Ququ quşu yuvasının üzərindən uçarkən" ən yaxşı filmlərdən biri hesab edilir. Ekran işi Amerika Film İnstitutunun 100 ən yaxşı filmlər siyahısında 33-cü sıraya daxil edilib. Bununla yanaşı, o, film tarixində 5 əsas Oskar mükafatını (Ən yaxşı film, aktyor, aktrisa, rejissor və ssenari) qazanan ikinci film olmuşdur.
Ququ quşu yuvasının üstündən uçarkən (film 1975)
Ququ quşu yuvasının üzərindən uçarkən (film, 1975)
Ququ quşu yuvasının üzərindən uçarkən (ing. One Flew Over the Cuckoo's Nest) – Miloş Formanın rejissorluğunu etdiyi 1975-ci il ABŞ istehsalı komediya-dram janrında filmdir. Film Ken Kizinin eyni adlı romanı əsasında çəkilmişdir. Filmin premyerası 19 noyabr 1975-ci ildə Çikaqo Film Festivalında baş tutmuşdur. Baş rolları Cek Nikolson, Luiza Fletçer və Vilyam Redfild ifa edirlər. Bununla yanaşı, Vill Sempson, Sidni Lassik, Denni De Vito, Bred Durif, Kristofer Lloyd kimi önəmli aktyorlar bu filmlə karyeralarına debüt ediblər. Psixiatrik xəstəxanada cərəyan edən hadisələr haqqında bu film demək olar bütünlüklə Oreqon ştatında ruhi xəstələr üçün xəstəxana şöbəsində çəkilmişdir. "Ququ quşu yuvasının üzərindən uçarkən" ən yaxşı filmlərdən biri hesab edilir. Ekran işi Amerika Film İnstitutunun 100 ən yaxşı filmlər siyahısında 33-cü sıraya daxil edilib. Bununla yanaşı, o, film tarixində 5 əsas Oskar mükafatını (Ən yaxşı film, aktyor, aktrisa, rejissor və ssenari) qazanan ikinci film olmuşdur.
Ququn
Yasaq şəhər və ya Ququn imperator sarayı (Çincə: 紫禁城) — ən gözəl orta əsr saray ansambllarından biridir və Pekinin düz mərkəzində yerləşir. == Tarixi == Hər bir tərəfdən o, hündür şəhər divarları ilə əhatə olunmuşdur, dördkünc qüllələrinə malikdir, divar boyunca su ilə doldurulmuş enli şəhər xəndəyi qazılmışdır. Tikilməyə başladığı 1420-ci ildən düz son Çin imperatorunun taxtdan salındığı 1911-ci ilədək təqribən 500 il ərzində burada Min və Tzin sülalələrinin 24 imperatoru yaşamış və hökmranlıq etmişlər. Bu qədim divarlar çox hadisələrin şahidi olmuşlar. Qədimdə "Yasaq şəhər" adlandırılan Ququnu Min sülaləsi imperatoru Çju Di öz hakimiyyətinin dördüncü ilində tikməyə başalmışdır və bu tikinti 14 il davam etmişdir. Bu orta əsrlər dövrünün ən nəhəng və ən bitkin memarlıq abidəsidir. Ququn sarayında saysız-hesabsız çoxlu pavilyonlar və köşklər həmahəng yerləşmişdir. Rəvayətə görə onların sayı 9995 olub. Bu rəqəm haradandır? Çinlilərin əcdadları hesab edirdilər ki, səmavi hökmdarın 10 minlərlə otağı olmalıdır, özünü səmavi hökmdarın oğlu adlandıran onunla bərabər tutula bilməz.
Quququşukimilər
Quququşukimilər (lat. Cuculiformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi.
Ququş
Ququş (əsl adı Faiqə Atəşin) ― İranın məşhur müğənnisi və aktrisası. XX əsrin 60 və 70-ci illərində İranın ən tanınmış və sevilən müğənnilərindən biri olmuşdur. İrandan əlavə Qafqazda, Orta Şərqdə və Mərkəzi Asiyada da böyük şöhrət qazanmışdır. 1945–1946-cı illərdə Seyid Cəfər Pişəvərinin yaratdığı Milli Ordunun polkovniki, əslən gəncəli olan Qulu Sübhinin nəvəsi. İran İslam İnqilabından öncə onu "İran musiqisinin qızıl (şah) balığı ("شاه‌ماهی موسیقی ایران") adlandırmışdılar. == Həyatı == Ququş 1950-ci il mayın 5-də Tehranın Sarıçeşmə küçəsində, kasıb bir məhəllədə dünyaya gəlib. Azərbaycanlı mənşəli valideynləri İrana Bakıdan köçmüşdülər. Ququş hələ uşaq ikən, valideynləri bir-birindən ayrılır. Canbaz və əyləndirici artist olan atası Sabir yaşı üçün mükəmməl səsə malik qızını tez-tez özüylə səhnəyə çıxarır, ona mahnılar oxutdurur. Sonralar Ququş şah sarayında və şahanə məclislərində çıxış etməyə başlayır.
Ququşka çayı
Kyakuk syaye-(Ququşka çay; başq. Кәкүк сәйе, tatar. Кәкүк чәе, кәкүк—«ququşka»,сәй, чәй—«çay») Yazın gəlişinə həsr olunmuş, Başqırd mərasim bayramıdır. == Tarixi == Kyakuk siyaye adının başlanğıcı islamdan öncəki inanclara əsaslanır. Belə ki, ölənlərin ruhlarının quşlara çevrilməsi inancının mövcud olması. == Ənənələri == Kyakuk siyaye yaz və yay mövsümündə keçirilir, belə ki, aprel ayından iyul ayına kimi. Bayramın təşkilatçısı bayramın qaydalarını bilən yaşlı qadın olur. Bəzi rayonlarda onu yulbars adlandırırlar. Yulbarslar qısa qollu, qırmızı üstü sikkələrlə bəzədilmiş paltar geyinirlər. Onların başına 2 dəsmal atılır, onlardan birinin ucunda mis dəyirmi lövhələr olur və o kürəyə qədər düşür, digəri isə şal ilə bağlanır.
Quqəd
Gugəd — İranın İsfahan ostanının Gülpaygan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,686 nəfər və 2,031 ailədən ibarət idi.
Solomon Quqqenhaym muzeyi
Solomon Quqqenhaym muzeyi (ing. Solomon R. Guggenheim Museum) — ABŞ-də Nyu-York şəhərində incəsənət muzeyi, dünyanın müasir incəsənət əsərlərinin toplandığı aparıcı muzeylərindən biri. Muzey öz fəaliyyətinə 1937-ci ildə Quqqenhaym Fondunun yaranması ilə başlamışdır. Muzeyin banisi xeyriyyəçi Solomon Robert Quqqenhaym olmuşdur. == Muzeyin tikintisi tarixi == 1943-cü ilin iyun ayında Quqqenhaym Fondu tanınmış arxitektor Frenk LLoyd Rayta muzeyin yeni binasının tikintisini təklif etdi. == Muzey binasının arxitekturası haqqında == Arxitektor Frenk LLoyd Rayt 92 il yaşamış, ömrünün 72 ilini 800-dən çox binanın layihələşdirilməsinə və 400-ə yaxın binanın tikintisinə həsr etmişdir. Muzeylərdən başqa, o, parlaq layihələrin: - orta təbəqədən olan insanlar üçün əlverişli yaşayış evləri - Medisonda (Viskonsin ştatı) "Cekobanın evi"nin layihəsinin, Rasinedə (Viskonsin ştatı) "Conson-Ueks" firmasının ofis binasının (pəncərəsiz bina) layihəsinin müəllifidir. Quqqenhaym muzeyinin tikintisi üçün 88-ci və 89-cu küçələrinin kəsişdiyi yerdə Mərkəzi parkın geniş yaşıl massivində yer verilmişdir. Binanı layihələşdirilərkən mövcud modellərdən imtina edərək, o, tamaşaçılara yuxarı mərtəbələrə liftlə yuxarı mərtəbələrə qalxmağı və binanın daxilini əhatə edən spiralvari pilləkənlərlə yol boyu eksponatları seyr etməklə aşağı enmək imkanlarını təklif etmişdir. Xarici görünüşünə görə bina cevrilmiş piramida qülləsini xatırladır.
Tundra ququşu
Amerika qu quşu (lat. Cygnus columbianus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü.
Vissarion Ququşvili
Vissarion Ququşvili (gürc. ბესარიონ გუგუშვილი; 6 may 1945, Tbilisi) — gürcü siyasətçi və dövlət xadimi, 1991–1992-ci illərdə Gürcüstanın baş naziri idi. == Həyatı == Şimali Osetiya MSSR-in Orconikidze şəhərində alim ailəsində anadan olmuşdur. 1967-ci ildə "Şərq ölkələri üzrə ölkəşünaslıq, Türkiyənin tarixi" ixtisası üzrə Tbilisi Dövlət Universitetini bitirmişdir. 1970-ci ildə "İngilis dili və ədəbiyyat" ixtisası üzrə Tbilisi Xarici Dillər İnstitutunun bitirmişdir. 1971-ci ildə iqtisad elmləri namizədi dərəcəsini almışdir. 1973-cü ildən Gürcüstan SSR elmlər Akademiyasının ictimai elmlər üzrə elmi informasiya mərkəzində əvvəlcə iqtisadiyyat şöbəsinin müdiri, sonra elmi işlər mərkəzinin direktor müavini kimi çalışmışdır. 1990-cı ilin dekabrından Gürcüstan SSR mədəniyyət nazirinin müavini idi, 1991-ci ilin mart ayından isə Gürcüstan Respublikasının dövlət kino korporasiyasının prezidenti olmuşdur. Ququşvili 1991-ci il avqustun 26-dan etibarən Tengiz Siquanın istefasından sonra baş nazir təyin edilmişdir. Hərbi çevrilişdən sonra Zviad Qamsaxurdiya ilə birlikdə sürgünə göndərildi və 1993-cü ildə sentyabr-noyabr aylarında davam edən vətəndaş müharibəsində iştirak etmişdir.
Yeni Zelandiya uzunquyruq ququ quşu
Yeni Zelandiya uzunquyruq ququ quşu— Uzunquyruq ququ quşu, uzunquyruq koel, Maori dilində isə koekoeā adlanır. Ququkimilər fəsiləsinin növlərindən biridir. Bu növ Yeni Zelandiyada bala verir və qışda cənub-qərbi Sakit Okean adalarına miqrasiya edir. Uzunquyruq ququ quşu tüfeyli həyat tərzi keçirir. O, öz yumurtalarını Ağbaşlı moxua, Sarıbaşlı moxua və Pipipi yuvalarına qoyur. Yuvanın sahibi olan quş yumurtaların üzərində kürt yatır. Yeni çıxmış quş balaları həmin quşun yumurtalarını yuvadan atır. Uzunquyruq ququ quşu balaları öz sahibinin balalarının çağırışlarını yamsılamağı bacarır. == İstinadlar == == Xarici keçidlər == "Urodynamis taitensis". Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.22 dəfə / 1 mln.
2006 ••••• 0.45
2012 0.09
2018 ••••••• 0.60
2019 •••••• 0.56
2020 •••••••••••••••••••• 1.86

"quq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#quq nədir? #quq sözünün mənası #quq nə deməkdir? #quq sözünün izahı #quq sözünün yazılışı #quq necə yazılır? #quq sözünün düzgün yazılışı #quq leksik mənası #quq sözünün sinonimi #quq sözünün yaxın mənalı sözlər #quq sözünün əks mənası #quq sözünün etimologiyası #quq sözünün orfoqrafiyası #quq rusca #quq inglisça #quq fransızca #quq sözünün istifadəsi #sözlük