qur sözü azərbaycan dilində

qur

Yazılış

  • qur • 49.8840%
  • Qur • 47.7958%
  • QUR • 2.3202%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qur
Qövr vilayəti və ya Qur vilayəti (fars. غور‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin ərazisi 36.479 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən əhalisi 625.2 min nəfər, inzibati mərkəzi Çağçaran şəhəridir. Əhalisini əsasən taciklər, həzaralar, aymaqlar, özbəklər və puştunlar təşkil edir.
Adi qur-qur
Adi qurqur (lat. Streptopelia turtur) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin qurqur cinsinə aid heyvan növü.
Xırda qur-qur
Gənc qurd (teleserial, 2011)
Gənc qurd (ing. Teen Wolf) — ABŞ istehsalı bir fantastik gənclik serialıdır. 1985-ci il də istehsal olunan eyni adlı filmdən ilhamlanaraq həyata keçirildi. 2011 MTV Film Mükafatlarının ardından 5 iyun 2011-ci ildə nümayiş edildi. == Sujet == Teen Wolf, Scott McCall (Tyler Posey) adında bir orta məktəb şagirdinin meşədə gəzərkən bir qurd adam tərəfindən dişlənilməsi nəticəsində yaşadıqlarını izah edən fövqəladə teleserialdır. Scott, bir qurd adam olduğu gerçəyini, həyatı və bədənindəki dəyişikliklər mövzusunda ona köməkçi olan ən yaxşı yoldaşı Stiles Stilinski (Dylan O'Brien) və bir digər sirli qurd adam Derek Hale (Tyler Hoechlin) xaricində hər kəsdən gizlədərək sıravi bir həyat sürməyə çalışır. Teleserial hal hazırda davam edir və efirdə 6-cı mövsüm gedir. 6.mövsüm serialın final mövsümü olduğu təsdiqləndi lakin yüksək bir kütləvi serialın uzadılmasını istədiyi üçün bu mövzu müzakirə olunacaq. Serialların tənqid saytı Metacritic'ten 100 üzərindən 61 bal alaraq gələn tənqidlərdən ümumiyyətlə müsbət cavab aldı. Serialın ilk nümayişi 2,18 milyon tamaşaçı əldə etdi.
Habil Qurbanov
Habil Qurbanov — hüquq elmləri doktoru, professor. == Həyatı == Habil Surxay oğlu Qurbanov 14 mart 1955-ci ildə Ağdam şəhərində anadan olmuşdur. Maarif xadimi Surxay Qurbanovun oğludur. 1971-ci ildə Ağdam 1 saylı orta məktəbini bitirmişdir. 1971–1975 illərdə Azərbaycan Pedaqoji İnstitutunin coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. AMEA-da kiçik elmi işçi kimi fəaliyyətə başlayan Habil Qurbanov 1975–1976 illərdə Ukraynanın Xmelnitski şəhərində hərbi xidmətdə olmuşdur O, 1976–1980 illərdə Bakı şəhəri Nəsimi Rayon Komsomol Komitəsində işləmişdir. 1980-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Bakı orta xüsusi milis məktəbində tədris hissəsinin müfəttişi vəzifəsində çalışmışdır. 1982–1985 illərdə Volqoqrad Ali İstintaq Məktəbini qiyabi yolla müvəffəqiyyətlə bitirmişdir. Habil Qurbanov 1984–1986 illərdə Bakı Milis Məktəbində qiyabi bölmənin rəisi, 1986–1990 illərdə məktəbin rəis müavini vəzifələrində çalışmışdır. O, 1990-cı ildə prokurorluq orqanlarına işə qəbul edilmiş, Bakı Şəhər Prokurorluğunun ümumi nəzarət şöbəsində prokuror, böyük prokuror vəzifələrində çalışmışdır.
HacıBayramlı Qurban Açıqsöz
Qurban Hacıbayramlı və ya Hacıbayramlı Qurban Açıqsöz (1894, Kosalı, Qarayazı rayonu – 1973, İzmit) — Qarayazı "Müsavat" Partiya təşkilatının rəhbəri, sonrakı dövrlərdə Müsavatçı Qarayazı gizli antisovet təşkilatının rəhbəri, siyasi mühacir. == Sosial mənşəyi == Qurban Mustafa oğlu Hacıbayramlı 1894-cü ildə Tiflis qəzasının Qarayazı pristavlığının Kosalı kəndində, mülkədar ailəsində anadan olmuşdur. Qurban Hacıbayramlı Tiflis şəhərində rus dilində gimnaziyada və Cənubi Qafqaz Müəllimlər Seminariyasında təhsil almışdır. Vahid Ömərli Qurban Hacıbayramlı haqqında apardığı araşdırmalar əsasında yazaraq göstərir ki, o rusca gözəl bilən, böyük natiqlik qabiliyyətinə malik, demokratik düşüncəli şəxsiyyət olmuşdur. O, Qarayazıda "Müsavat" partiyasının ideyalarının əsas təbliğatçısı və təşkilatçılarından olmuşdur. == 1921–1930-cu illərdə antisovet fəaliyyəti == Qurban ağa Hacıbayramlı Qarayazı gizli antisovet təşkilatına rəhbərlik etmişdir. Nağı Bayramlı imzası ilə 1936-cı ildə Varşavada dərc etdirdiyi məqalədə Nağı Hacıbayramlı Bayramgil göstərdi ki Qafqazda gizli təşkilatlar, partizanlar bolşeviklər tərəfindən Qafqaz respublikaları işğal edildikləri ilk günlərdən yaranmağa başlamışdır. O yazır, 1924-cü ildə Ümum Gürcüstan üzrə üsyan uğursuz başa çatdıqdan sonra Keyxosro Çolokaşvilnin polku Qarayazı gizli təşkilatının köməyi ilə mən də daxil olmaqla Türkiyəyə çıxa bildi. Dövlət Siyasi İdarəsi tərəfindən edilən bütün təklifləri Qurban Hacıbayramlı qəbul etməmiş kommunistlərə hər hansı bir ünsiyyətin qurulmasını doğru saymamışdır. Apardığı antisovet təbliğatına görə o bir neçə dəfə istintaqa cəlb edilmiş lakin rus dilində verdiyi aydın hüquqi tutumlu ifadələri ilə nəin ki günahkar olmadığını qarşı tərəfin ittihamlarını böhtandan və iftiradan başqa bir şey olmadığını göstərmişdir.
Hökumə Qurbanova
Hökümə Abbasəli qızı Qurbanova (29 may (11 iyun) 1913, Bakı – 2 noyabr 1988, Bakı) — görkəmli Azərbaycan kino və teatr aktrisası, film səsləndirən, filmlərdə və arxiv kadrlarda iştirak edən şəxs, SSRİ xalq artisti (1965). Azərbaycan milli səhnəsində misilsiz faciə aktrisası olub. Tükənməz ehtiraslı, səngiməz temperamentli, coşğun emosiyalı, musiqili lirik-dramatik səsli sənətkar idi. Romantik aktyor məktəbinin görkəmli nümayəndəsi olmaqla bərabər, realist üslubda da möhtəşəm sənət nailiyyətləri qazanıb. == Həyatı == Hökümə Abbasəli qızı Qurbanova 1913-cü il iyun ayının 11-də Bakıda ziyalı ailəsində doğulub. Teatrda ilk illər aktyor Ələsgər Ələkbərovla evli olduğu üçün "Ələkbərova" soyadıyla çıxış edib. Hökümə xanım Bakı Pedaqoji Texnikumunu bitirib (1931). Elə həmin il Azərbaycan Dövlət konservatoriyasına daxil olaraq iki il fortepiano sinfində təhsil alıb. Güclü musiqi yaddaşı vardı. Konservatoriyada təhsil alarkən dramaturq və teatr xadimi Cəfər Cabbarlının ciddi təşəbbüsü ilə "Almaz" filmində Yaxşı roluna çəkilib.
Hüseyn Məmmədov (Qurbаn оğlu)
Hüseyn Məmmədov (15 may 1900, Dırnıs, Ordubad rayonu – 24 noyabr 1970, Bakı) — dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı (1948). == Həyatı == Hüseyn Məmmədov gəncliyində Bakı neft mədənlərində fəhləlik etmişdir. Bakıda hərbi siyasi məktəbi bitirdikdən sonra 1925-ci ilədək orduda siyasi rəhbər işləmişdir. Hüseyn Məmmədov 1920-ci ildə Kommunist Partiyasına üzv olmuş, 1930-cu ildən Qonaqkənd rayonu, 1934–1936-cı illərdə isə Masallı və Kürdəmir rayon MTS-lərində çalışmışdır. 1936–1938-ci illərdə Kürdəmir, sonra isə Qaryagin rayonu partiya komitəsinin katibi olmuşdur. 1938–1943-cü illərdə Azərbaycan SSR Xalq toxuculuq komissarının müavini olmuşdur. 1943–1951-ci illərdə Ağsu Rayon Partiya Komitəsinin katibi olmuşdur. 1951–1953-cü illərdə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin 2-ci katibi, 1952–1963-cü illərdə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur. Hüseyn Məmmədov 1947-ci ildə Ağsu rayonu üzrə planların yerinə yetirilməsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin (4-cü çağırış), Azərbaycan SSR Ali Sovetinin (1–6-cı çağırış) deputatı olmuş, dəfələrlə Azərbaycan KP MK üzvü seçilmişdir.
Hüseyn Qurbanov
Hüseyn Namaz oğlu Qurbanov (tam adı:Hüseyn Qurbanov; 23 fevral 1948, Saraçlı, Bolnisi rayonu) — Azərbaycan alimi, AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Kimya elmləri doktoru, Baş elmi işçi. == Həyatı == Hüseyn Namaz oğlu Qurbanov 23 fevral 1948-ci ildə Gürcüstan SSR-nin Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur. 1954–1965-ci illərdə kənd orta məktəbində təhsil almışdır. Məktəbi gümüş medalla bitirdikdən sonra 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1970-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Universiteti bitirdikdən sonra 1970–1972-ci illərdə Tərtər rayonunun Cəmilli kənd orta məktəbində, 1997–2002-ci illərdə isə Bakı şəhərindəki "Zəngi" liseyində kimya müəllimi işləmişdir. 1972-ci ildən 1983-cü ilədək Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda çalışmışdır. 1983–1986-cı illərdə həmin institutunun aspiranturasında oxumuş, 1988-ci ildə "Sintetik neopolyolların mürəkkəb efirlərinin sintezi, onların sürtkü materiallarının əsası və komponent kimi tədqiqi" mövzusunda dissertasiya müdafiə edib kimya elmləri namizədi elmi dərəcəsi almışdır. 1989-cu ildən hal-hazıra kimi AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda işləyir. Neft Kimya Prosesləri İnstitunun "Efir tipli sintetik sürtkü yağları" laboratoriyasında baş elmi işçi, qrup rəhbəridir. == Elmi-təşkilatı fəaliyyəti == Hüseyn Qurbanov Neft-Kimya Prosesləri İnstitutunun Elmi Şurasının və Müdafiə Şurasının nəzdindəki Birləşmiş Seminarın üzvüdür.
Həlqəvi qurdlar
Həlqəvi qurdlar (lat. Annelida) — İkitərəflisimmetriyalılar bölməsinə aid tip. Həlqəvi qurdlar bütün qurdlar qrupunun ən yüksək inkişaf etmiş formaları olub, ali qurdlar adlanırlar. Bu qurdlar qazandıqları bir çox əlamətlərinə görə ali onurğasız heyvanların təkamülünün izah edilməsində mühüm yer tutur. Bədən ölçüləri 0.5 mm-dən 2–3 m-ə qədər uzunluqda olur. Onlar dənizlərdə, şirin sularda, torpaqlarda yayılır. 9000-ə qədər növü vardır. == Xarici quruluşu == Həlqəvi qurdların xarici quruluşunda diqqəti cəlb edən əsas əlamət bədənin buğumlu olmasıdır. Bədən az və ya çox miqdarda buğumlardan ibarətdir. Bu buğumluluq, həmçinin daxili hissədə vardır ki, o da arakəsmələr (dissepimentlər) adlanır.
Həlqəvi qurdlar (Annelida)
Həlqəvi qurdlar tipi
Həlqəvi qurdlar (lat. Annelida) — İkitərəflisimmetriyalılar bölməsinə aid tip. Həlqəvi qurdlar bütün qurdlar qrupunun ən yüksək inkişaf etmiş formaları olub, ali qurdlar adlanırlar. Bu qurdlar qazandıqları bir çox əlamətlərinə görə ali onurğasız heyvanların təkamülünün izah edilməsində mühüm yer tutur. Bədən ölçüləri 0.5 mm-dən 2–3 m-ə qədər uzunluqda olur. Onlar dənizlərdə, şirin sularda, torpaqlarda yayılır. 9000-ə qədər növü vardır. == Xarici quruluşu == Həlqəvi qurdların xarici quruluşunda diqqəti cəlb edən əsas əlamət bədənin buğumlu olmasıdır. Bədən az və ya çox miqdarda buğumlardan ibarətdir. Bu buğumluluq, həmçinin daxili hissədə vardır ki, o da arakəsmələr (dissepimentlər) adlanır.
Həndəsi qurmalar
Həndəsi qurmalar — yaxud Qurma məsələləri müxtəlif alətlərin (birtərəfli riyazi xətkeş, ikitərəfli xətkeş, pərgar, düz bucaq modeli və s. alətlər) köməyi ilə müxtəlif şərtləri ödəyən həndəsi fiqurların qurulmasıdır. Həndəsənin həndəsi qurmaların üsullarını öyrənən bölməsinə konstruktiv həndəsə deyilir. Qurma məsələləri həm Evklid həndəsəsində, həm də başqa həndəsələrdə (Sferik həndəsədə, Lobaçevski həndəsəsində və s.) öyrənilir. Bu məsələlərə həm müstəvi üzərində, həm də fəzada baxılır. Qurmanın klassik alətləri pərgar və xətkeşdir. Lakin, təkcə, pərgarla (Mor-Maskeroni qurmaları), təkcə, birtərəfli xətkeşlə (Şteyner qurmaları), təkcə, ikitərəfli xətkeşlə, təkcə, düz bucaqla (düz bucağın modeli) və s. alətlərlə qurmalara da baxılır. Bütün qurma məsələləri Konstruktiv həndəsənin aksiomlarına əsaslanır. Konstruktiv həndəsənin aksiomları ən sadə həndəsi qurmalardır.
Həndəsi qurmalar nəzəriyyəsi
Həndəsi qurmalar nəzəriyyəsi — həndəsənin müəyyən alətlərin köməyi ilə həndəsi fiqurların qurulması üsullarını öyrənən bölməsidir. Həndəsi qurmalar təkcə, Evklid həndəsəsində deyil, digər həndəsələrdə də (sferik həndəsədə, proyektiv həndəsədə, Lobaçevski həndəsəsində və s.) öyrənilir. Həndəsi qurmalar təkcə müstəvi üzərində deyil, fəzada da baxılır. Həndəsi qurmalar üçün işlədilən klassik alətlər pərgar və xətkeşdir (bölgüsü olmayan birtərəfli xətkeş). Buna baxmayaraq, digər alətlərin köməyi ilə də həndəsi qurmalara baxılır. Məsələn, yalnız pərgarın köməyi ilə (Mor-Maskeroni qurmaları), müstəvi üzərində çevrə və onun mərkəzi verilibsə, təkcə, xətkeşin köməyi ilə (Şteyner qurmaları) qıraqları paralel olan ikitərəfli xətkeşlə, üçbucaq xətkeşlə (düzbucaqlı üçbucağın modeli) və s. alətlərin köməyi ilə həll edilən həndəsi qurmalar var. Müstəvi üzərində və fəzada bütün həndəsi qurmalar qurmanın postulatlarına (konstruktiv həndəsənin askiomları), yəni sadə, elementar qurmalara əsaslanır. Əgər verilmiş qurma məsələsi sonlu sayda elementar qurmalara gətirilirsə, bu qurma məsələsi həll olunmuş hesab olunur. Təbiidir ki, hər bir qurma alətinin özünün konstruktiv gücü var.
IV Georgi Quriyeli
IV Georgi Quriyeli (gürc. გიორგი IV გურიელი; XVII əsr – 1726, Batomi) — Quriyeli sülaləsindən olan Quriya knyazlığının hökümdarı. 1714-1726-cı illərdə hakimiyyətdə olmuşdur. 1716-cı ildə qısa müddətdə İmereti çarı olsa da, həmin il taxtdan imtina etmək məcburiyyətində qaldı. İmeretidən Quriyaya qayıdarkən anası Helena, qardaşı III Keyxosrov və bir qrup əyan tərəfindən IV Georgini hakimiyyətdən salmaq üçün çevriliş hazırlandı. Georgi bu dövrdə Meqreliya knyazı Bejan Dadiani ilə sülh əldə etdikdən sonra hakimiyyətini qoruya bildi. == İlk illəri == IV Georginin atası Quriya knyazı III Mamiya, anası isə knyaz Georgi Abaşidzenin qızı Helenadır. IV Georgi 5 yanvar 1714-cü ildə III Mamianın ölümündən sonra vəliəhd şahzadə kimi Quriya knyazı olmuşdur. Həmçinin son İmereti çarının devrilməsi ilə IV Georgi 1716-cı ildə İmeretiya çarının taxtına oturmuşdur. Lakin hakimiyyəti sadəcə üç ay sürmüşdür.
IV Qeorqi Quriyeli
IV Georgi Quriyeli (gürc. გიორგი IV გურიელი; XVII əsr – 1726, Batomi) — Quriyeli sülaləsindən olan Quriya knyazlığının hökümdarı. 1714-1726-cı illərdə hakimiyyətdə olmuşdur. 1716-cı ildə qısa müddətdə İmereti çarı olsa da, həmin il taxtdan imtina etmək məcburiyyətində qaldı. İmeretidən Quriyaya qayıdarkən anası Helena, qardaşı III Keyxosrov və bir qrup əyan tərəfindən IV Georgini hakimiyyətdən salmaq üçün çevriliş hazırlandı. Georgi bu dövrdə Meqreliya knyazı Bejan Dadiani ilə sülh əldə etdikdən sonra hakimiyyətini qoruya bildi. == İlk illəri == IV Georginin atası Quriya knyazı III Mamiya, anası isə knyaz Georgi Abaşidzenin qızı Helenadır. IV Georgi 5 yanvar 1714-cü ildə III Mamianın ölümündən sonra vəliəhd şahzadə kimi Quriya knyazı olmuşdur. Həmçinin son İmereti çarının devrilməsi ilə IV Georgi 1716-cı ildə İmeretiya çarının taxtına oturmuşdur. Lakin hakimiyyəti sadəcə üç ay sürmüşdür.
I Monqol qurultayı
I Monqol qurultayı — Çingiz xanın ölümündən sonra keçirilmiş qurultaydır. Qurultay 1229-cu ildə Kerulen sahilində keçirilmişdir. Qurultayda əsas namizədlər Tuluy və Ögedey idi. Yaşayan ən böyük qardaş Cığatay xanın Ögedeyi dəstəkləməsi qurultayın nəticəsini təyin etdi və Ögedey xan elan olundu.
Kambocanın dövlət quruluşu
Kambocanın dövlət quruluşu — 1993-cü ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi. == Dövlət quruluşu == Kamboca mütləq formalı idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Milli bayram günü olan müstəqillik günü (1953) 9 noyabrda qeyd olunur. Ölkə Konstitusiyası 21 sentyabr 1993-cü ildən (6 mart 1999-cu ildə edilmiş düzəlişlə) qüvvədədir. == İnzibati bölgüsü == Kamboca 23 əyalətə (Kamponqtxom, Pousat və s.) və 1 əyalət statusuna bərabər olan Pnompen bələdiyyəsinə, 185 dairəyə, 1621 kommunaya və 14073 kəndə bölünür. == Dövlət başçısı == Kral taxt şurası tərəfindən seçilən Kral — dövlətin başçısı və silahlı qüvvələrin ali baş komandanı, habelə ölkədə müstəqil məhkəmə hakimiyyəti sisteminin qarantıdır. Mövcud Konstitusiyaya görə Kral "idarə etməli deyil, krallıq etməlidir". Kral olmadıqda onun səlahiyyətləri Senatın (Yuxarı Palata) sədrinə həvalə olunur. Kambocanın irsi monarxiya institutuna yalnız kişi cinsinə mənsub 30 yaşına çatmış şəxslər rəhbərlik edə bilərlər. == Qanunvericilik hakimiyyəti == İkipalatalı Parlamentdən: 61 yerlik Senatdan (Yuxarı Palataya 2 üzvü Kral təyin edir, 2 üzv Milli Məclis tərəfindən seçilir, qalan 57 üzvü isə seçicilərin funksional dairələri tərəfindən 5 il müddətinə seçilirlər) və 123 yerlik Milli Assambleyadan (Aşağı Palataya deputatlar ümumxalq səsverməsi yolu ilə 5 il müddətinə seçilirlər) ibarətdir.
Kazım Qurbanov
Kazım Xanlar oğlu Qurbanov (12 avqust 1988, Bakı) — Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Milli Olimpiya Komitəsinin üzvü == Həyatı == Kazım Xanlar oğlu Qurbanov 1988-ci il 12 avqust-da Bakı şəhərində anadan olub. 1995-ci ildə Yasamal rayonu 21 saylı orta məktəbin 1-sinifə daxil olub. 2006-cı ildə həmin məktəbin 11 sinifini bitirib. 2006–2010-cu illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin "İqtisadiyyatın hüquqi tənzimlənməsi" fakultəsində təhsil almışdır. === Ailəsi === Xanlar Qurbanovun oğludur. == Fəaliyyəti == 2012-ci ildə AMİNA-nın vitse-prezidenti seçilib. 2019-cu il bu etimad 1-ci vitse-prezidentliyə qədər yüksəlib. 2014–2016-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin idman klubunun sədri olub. Bakı-2017 İslam oyunlarında Azərbaycan zorxana millisinin nümayəndə heyətinin rəhbəri olub. 2018–2020-ci illərdə "Gömrükçü" idman klubunda inspektor işləyib.
Keks-qurbağa
Keks-qurbağa (ing. Frog cake) – qurbağı başı formasında Avstraliya deserti. Əsasən biskvit və kremdən ibarətdir. İlk dəfə Avstrayida keks-qurbağa «Balfours» şirniyyat bişirilən yerdə 1922-ci ildə bişirilmişdir. O dövrdən cənubi Avstriyanın əsas sevimli şirniyyatlarından olmuşdur. Əvvəllər keks-qurbağa yaşıl rəngdə olurdu sonradan isə qəhvəyi və çəhrayi rəngəd bişirilməyə başlanıldı. == Tarixi == 1920-ci ilin əvvəllərində Qordon Balfur (Con Balfurun bacısı oğlu, Balfours şirniyyat evinin rəhbəri) Fransaya köçür. Burada o avropalıların keks-qurbağasını görür. Balfours bundan sonra yəni 1922-ci ildən sonra öz menyularına bu şirniyyatı əlavə edir. Bu şirniyyat Balfourun əsas şirniyyatlarından birinə çevrilir və Avstraliyanın cənubuna qədər yayılır.
Kol qurbağası
Kol qurbağası (lat. Polypedates leucomystax) — Rhacophoridae kol qurbağası ailəsindən olan növlərdir. O bir çox adla tanınır ki, əsası kol qurbağasıdır. Bundan başqa qızıl sürüşən qurbağa, qızıl ağac qurbağası, Asiya ağ dodaqları, bəbir qurbağası, uçan və ya soyunan ağac qurbağası və s. adları vardır. Bu qurbağalara Banqladeşdə, Bruneydə, Kambocada, Çində, Hindistanda, İndoneziyada, Laosda, Malayziyada, Myanmada, Nepalda, Filippində, Sinqapurda, Tailandda, Vyetnamda və Butanda rast gəlinsə də, əsasən Yaponiyada yaşayırlar. Təbii yaşayış mühiti subtropik iqlim və ya tropik quru meşələr, çaylar gölər və nohurlardır.
Kommunizm qurbanlarına həsr olunmuş abidə
Kommunizm qurbanlarına həsr olunmuş abidə (çex. Pomník obětem komunismu) — abidə 1948-1989-cu illər ərzində ölkəni idarə edən kommunist rejimin qurbanlarına həsr olunub. Yeddi heykəlcikdən ibarət olan abidə Praqanın tarixi Malo strana bölgəsində, Ujezd küçəsində yerləşir. == Abidənin qoyulması və məzmunu == Abidə ölkədə kommunist rejimin devrilməsindən 12 il sonra 22 may 2002-ci ildə qoyulub. Abidə çex heykəltaraşı Olbram Zubek və memarlar Yan Kerellə Zdenek Xolzelin ortaq işidir. Abidənin qoyulması yerli hakimiyyət və Siyasi Məhbuslar Konfederasiyası tərəfindən dəstəklənmişdir. Memorial abidə pilləkandan aşağı düşən 7 bürünc heykəldən ibarətdir. Gözlə baxıldığı zaman ən axıra doğru heykəllərin daha da çox dağıntılı olması, hissələrinin olmaması, bədənlərindəki qopuqlar gözə çarpır. Heykəllərin bədənində olan bu qopuqlar siyasi məhbusların kommunist rejimindən nə dərəcədə ziyan gördüyünü simvolizə edir.
Kompüter Qurğuları
Kompüter qurğuları — İlk dəfə Blez Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır. 1673-cü ildə Qotfrid Vilhelm Leybnits (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır. 1830 - cu ildə Çarlz Bebic (İngiltərə) proqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərmişdır. Bebicin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını qoymuşdur. 1930-cu ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompüterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir. Müasir kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ-da elektron lampalı elementlərdə ENİAC adlı universal kompüterin yaradılması ilə həyata keçirilmişdir. Bu tarix müasir kompüter texnikasının yaranma tarixi hesab olunmuşdur. == İnkişaf tarixi == EHM-lər inkişaf tarixinə uyğun olaraq aşağıdakı mərhələlərdən keçmişdir: I nəsil (1950-1959) - elektron lampalı kompüterlər. Onlardan əsasən riyazi məsələlərin həlli üçün istifadə olunurdu.Bu nəsil maşınların sürəti və yaddaş tutumu çox az, proqram təminatı zəif, enerji sərfi çox böyük idi.
Koreya Milli Qurtuluş günü
Koreya milli azadlıq günü (kor. 민족 해방의 날), Qurtuluş günü (kor. 광복절), Kvanbokocoul (kor. 광복절) və ya Çoqunxebani-nal (kor. 조국해방의 날) — 15 avqustda Şimali və Cənubi Koreyada hər il qeyd olunan bayram. Hər iki ölkədə də bu bayram ictimaidir. 15 avqust 1945 tarixində Yaponiya İmperiyası Antihitler koalisiyasına təslim olmuş və Koreya yarımadası azad edilmişdir. Bayram 1949-cu ildən bəri keçirilir.. Koreya Milli Qurtuluş günü hər il həm Cənubi Koreyada həm də Şimali Koreyada keçirilir. Bu gün Koreya yarımadasının Yaponiya əsarətindən xilası olması ilə bağlıdır.
Kursoru idarə edən qurğu
Kursoru idarə edən qurğu (ing. Relative pointing device) — məsələn, siçan və ya trekbol; kursorun ekranda yerdəyişməsi həmin qurğunun yeri ilə deyil, onun yerdəyişməsi ilə bağlıdır. Məsələn, siçan masanın üzərində başqa yerə qoyulsa, ekranda kursorun yeri dəyişməyəcək, çünki bu halda siçanın kürəciyi fırlanmayacaq. Başqa növ qurğularda – mütləq göstərici qurğularda (məsələn, qrafik planşetlərdə) müəyyən zona çərçivəsində qurğunun yeri həmişə ekranda kursorun qabaqcadan müəyyən olunmuş yeri ilə bağlıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kuti dövlət qurumu
Kuti — Kutilərin (Qutilərin) dövlət qurumu haqqında mövcud olan məlumatlar məhduddur. Çünki onların hakimiyyət dövrü haqqında qəti tarixi mənbələr azdır və çoxu yalnız Mesopotamiya yazılı qaynaqlarına əsaslanır. Buna baxmayaraq, Kutilərin dövlət qurumunun əsas xüsusiyyətləri barədə bəzi ümumi təsəvvürlər əldə etmək mümkündür. Kuti dövlət qurumunun əsas xüsusiyyətləri Mərkəzləşdirilməmiş və dağınıq idarəetmə: Kutilərin idarəetməsi dağınıq və qeyri-mərkəzləşdirilmiş bir quruluşa malik idi. Kuti dövləti Mesopotamiya şəhərlərini birbaşa idarə etməkdə çətinlik çəkirdi, çünki Kutilər dağlıq bölgələrdə yaşayan köçəri bir qövm idilər. Onların əsas strategiyası tabe etdikləri şəhərlərə basqınlar və soyğunlarla nəzarət etməkdən ibarət idi. Kutilərin hakimiyyəti Şumer və Akkad şəhərlərinin ardıcıl olaraq işğal edilməsi və resursların məcburi toplanması ilə səciyyələnir. Siyasi və hərbi liderlər: Kutilərin idarəetmə strukturu haqqında məlum olan azsaylı mənbələr onların daha çox hərbi gücə dayanan bir liderliyə malik olduqlarını göstərir. Bu liderlər dövləti birləşdirən və geniş ərazilərə nəzarəti təmin edən şəxslər kimi çıxış edirdilər. Kutilərin hökmdarları adətən “şar” (kral) kimi deyil, “Lugal” (hökmdar) adlandırılırdı ki, bu da onların gücünün və idarəetmə tərzinin Mesopotamiya kralları qədər mərkəzləşdirilmədiyini göstərir.
Laosun dövlət quruluşu
Laosun dövlət quruluşu — 1991-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. == Dövlət quruluşu == Laos məhdudiyyəti olmayan prezident idarəetmə üsuluna malik, bir partiyalı sosialist tipli respublikadır. Milli bayram günü olan müstəqillik günü (1949) 19 iyul tarixində qeyd edilir. 10 fəsil və 80 maddədən ibarət Laos Konstitusiyası 14 avqust 1991-ci il tarixində qəbul edilmişdir. == İnzibati bölgüsü == Laos Respublikası 11 000 kommunadan ibarət 140 rayonu özündə birləşdirən 16 əyalətə (Attapı, Bokeo, Bolikxamsay, Tyampasak, Xuapxan, Kxammuan, Luanqnamtxa, Luanqpxabanq, Udomsay, Pxonqsali, Saynyabuli, Salavan, Savanakxet, Sekonq, Vyentyan-əyalət və Sienqkxuanq) və Vyentyan paytaxt prefekturasına bölünür. == Dövlət başçısı == Mövcud Konstitusiyaya görə, milli müstəqilliyin və ərazi bütövlüyünün təminatçısı, dövlətin başçısı və silahlı qüvvələrin ali baş komandanı sayılan Prezident, ölkə Parlamenti tərəfindən 5 il müddətinə seçilir. Ali qanunverici orqanda dövlət başçısı seçilmək üçün namizəd, Parlamentin xüsusi iclasında iştirak edən deputatların ən azı 2/3 hissəsinin səsini qazanmalıdır. Laos Prezidenti Milli Assambleyanın qərarına əsasən Baş naziri, onun təqdimatı ilə əyalət qubernatorlarını və şəhər merlərini təyin edir və vəzifədən kənarlaşdırır, Baş nazirin təqdimatı ilə silahlı qüvvələrin və təhlükəsizlik xidmətinin ali vəzifəli şəxslərinə hərbi rütbələr verir, habelə əfvlə bağlı sərəncam imzalayır və digər funksiyaları həyata keçirir. Dövlət başçısı Hökuməti formalaşdırır və onun üzvlərini təyin edir. Prezidentin birbaşa rəhbərliyi altında fəaliyyət göstərən nazirlər onun qarşısında fərdi məsuliyyət daşıyırlar.
Livanın dövlət quruluşu
Livanın dövlət quruluşu - 1926-cı ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi. == Dövlət quruluşu == Livan parlament formasında idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1943) 22 noyabr tarixində qeyd olunur. Ölkə Konstitusiyası 23 may 1926-cı ildə qəbul edilmişdir. Bütün dini konfessiaların dövlətin idarə edilməsində iştirakını təmin etmək məqsədilə, xristian və müsəlman icmaları liderlərinin 1943-cü ildə imzaladıqları Milli Pakta əsasən ölkənin Prezidenti yalnız xristian maronit, Baş nazir sünni-müsəlman, Parlamentin sədri şiə-müsəlman, onun müavini isə pravoslav olmalıdır. == İnzibati ərazi bölgüsü == Livan Respublikası - hər biri bir şəhəri (Beyrut, Cubeyl, Tripoli, Bəaləbək, Sayqa, Nəbatiyyə) və bir neçə kəndi birləşdirən 25 qəzadan ibarət olan 6 əyalətə (Beyrut, Dağlıq Livan, Şimali Livan, Cənubi Livan, Bəqa və Nəbatiyyə mühafazalarına) bölünür. == Dövlət başçısı == Prezident Parlament tərəfindən, bir dəfədən çox olmamaqla 6 il müddətinə seçilir. Dövlət başçısı Milli Məclisin təqdimatı ilə Baş naziri və onun 1-ci müavinini təyin edir. Livanda tolerantlığın və milli birliyin rəmzi olan Prezident - Milli Məclisin hazırladığı və qəbul etdiyi qanunvericilik aktlarını dərc etmək, qanunların icrası məqsədilə əlavə qaydalar müəyyən etmək, beynəlxalq saziş və müqavilələri ratifikasiya etmək və s. mühüm səlahiyyətinə malikdir.

qur sözünün leksik mənası və izahı

"qur" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qur nədir? #qur sözünün mənası #qur nə deməkdir? #qur sözünün izahı #qur sözünün yazılışı #qur necə yazılır? #qur sözünün düzgün yazılışı #qur leksik mənası #qur sözünün sinonimi #qur sözünün yaxın mənalı sözlər #qur sözünün əks mənası #qur sözünün etimologiyası #qur sözünün orfoqrafiyası #qur rusca #qur inglisça #qur fransızca #qur sözünün istifadəsi #sözlük