* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Göyə çalar bozumtul rəngli çox ağır yumşaq metal. Ərgin qurğuşun. Mətbəə hərfləri qurğuşundan tökülür. – Ayrı-ayrı kimyəvi elementlərdən alüminium, sürmə, volfram, nikel, kobalt, qurğuşun və radioaktiv metalların yeni yataqlarının axtarışı xüsusi əhəmiyyət kəsb edir. M.Qaşqay. □ Qurğuşun rəngi – tutqun. Qurğuşun rənginə çalan buludlar şəhər üzərindən ağır-ağır gəlib ötdükcə, elə bil dənizlə göy qovuşurdu. M.Hüseyn. // Qurğuşundan qayrılmış. Qurğuşun güllə. Qurğuşun boru. 2. Tüfəng və tapança gülləsi. 3. məc. Çox ağırlıq mənasında. [Hacı Qara:] …Qədək, şilə verənin əli qurğuşun imiş, üç aydır … beş top satmışam. M.F.Axundzadə. Axı niyə Zərintac xanım öz ərinin başına belə bir qurğuşun qapaz salmaqla bu qədər ağ eləsin?! S.Rəhimov. [Qaraca çobanın] başı qurğuşun kimi ağırlaşmış, qulaqları uğuldayır, bədəni uçunurdu. M.Rzaquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / qurğuşun2 I сущ. 1. свинец 2. пуля. Qurğuşunla qarşılamaq встретить пулями 3. перен. о чём-л. тяжёлом II прил. свинцовый. Qurğuşun boyası свинцовые белила, qurğuşun vannaları свинцовые ванны, qurğuşun akkumulyatoru свинцовый аккумулятор, qurğuşun güllə свинцовая пуля; qurğuşun kimi (ağır) как свинец (тяжёлый)
Azərbaycanca-rusca lüğət / qurğuşun1 I. i. lead; ~ kimi ağır as heavy as lead II. s. leaden; lead; ~ rəngli leaden coloured; ~ filizi lead-ore; ~ boru leadpipe; ~ təbəqə lead-plate
Azərbaycanca-ingiliscə lüğət / qurğuşun1 is. plomb m ; ~ kimi ağır lourd, -e comme le plomb ; ~ rəngli couleur de plomb
Azərbaycanca-fransızca lüğət / qurğuşun1 сущ. 1. кьуркьушум; // кьуркьушумдин (мес. гуьлле, ранг); 2. гуьлле, ккӀал (тфенгдин ва я тапанчидин); 3. пер. гзаф заланвал манада.
Azərbaycanca-ləzgicə lüğəti / qurğuşun