qara-quru sözü azərbaycan dilində

qara-quru

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qara-quru • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Quru
Quru (informatika)
Quru Araz
Quru Araz - İrəvan quberniyasının Eçmiədzin qəzasında,indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 26 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində işlənən quru sözü ilə Araz çayının adı əsasında əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Yerasxaun (Quru Araz. Erməni dilində Araz Yerasx formasında işlədilir) qoyulmuşdur.
Quru buz
Quru buz - quru buz özü ilə karbon 4 – oksidin və ya karbon qazının bərk fazasını təmsil edir. Onu karbon qazı adlandırmaq qəbul olunmuşdur. Karbon qazının fərqləndirici xüsusiyyəti onun üçqat nöqtələridir: bu o deməkdir ki, 0,536 MPa təzyiqində və uyğun olaraq temperatur -56,6 C olduqda karbon qazı həmin an üç vəziyyətdə ola bilir: bərk, maye və qaz halında. Daha aşağı təzyiqdə, yəni atmosfer təzyiqində ancaq iki vəziyyətdə ola bilər: bərk və qaz halında. Beləliklə, atmosfer şəraitində bərk karbon qazı maye fazasını örtərək, birbaşa qaz halına keçir. Buradan bərk karbon quru buz adlandırılmağa başlandı. 0,1 MPa təzyiqdə quru buz -78,9C-də sublimasiya edir. Təzyiqin azalmasında sublimasiya temperaturu aşağı düşür. Normal şəraitdə karbon qazının sıxlığı 1,877 kq/m³-dir. Bu qaz havadan 1,529 dəfə ağırdır.
Quru fontan
Quru fontan — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-qərbdə yerləşir. Toponim quru və fontan sözlərinin birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə tarixən azərbaycanlılar yaşamışdır. 1828-ci ildən sonra burada ruslar yerləşdirilmişdir. 1897-ci ildə burada 162 nəfər rus, 8 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905–1906-cı illərdə azərbaycanlılar qovulmuşdur.
Quru körpü
Şota Şalikaşvili körpüsü (gürc. მშრალი ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayının hazırda qurumuş qollarından biri üzərində yerləşən avtomobil körpüsü. hazırda həmin qol torpaqla doldurulmuş və Zviada Qamsaxurdiya küçəsinin bir hissəsini təşkil edir. Sarbryuk körpüsü ilə birlikdə körpü paytaxtın Mtasmida və Çuqureti rayonlarını birləşdirir. Körpü yaxınlığında eyni adlı köhnə əşyaların satıldığı bazar vardır. İlk əvvəllər Kiçik Mixaylevski körpüsü (Böyük Mixaylevski körpüsünün davamı kimi) və ya Voronsov körpüsü (Qafqaz canişini Mixail Vorontsovun şərəfinə) adlanırdı. XX əsrin əvvəllərində körpü Nikolayevski adlanmağa başlayır. sovetlər dönəmində Kiçik Karl Marks körpüsü olaraq adlandırılır. 1933-cü ildə Kür çayının bu hissədən keçən qolu qurudulur. Nəticədə körpü Quru olaraq adlandırlır.
Quru küləklər
Quru küləklər- meteoroloji hadisə olub, havanın rütubətliyi bir qayda olaraq yüksək temperatur və müxtəlif intensivli küləklərlə müşayət olunur. Belə küləklər bitkinin yüksək transpirasiyasına səbəb olur, torpaq səthindən intensiv buxarlanma gedir, torpağın nəmliyi aşağı düşür və bunun nəticəsində bitkinin su balansının pozulmasına səbəb olur. Azərbaycanda İraq, İran və Orta Asiya ərazilərindən daxil olan subtropik antisiklonun təsiri nəticəsində ilin isti dövründə atmosfer prosesləri quraqlıq və quru yellərin əmələ gəlməsinə səbəb olur. Bu isə respublika ərazisində kənd təsərrüfatı bitkilərinin normal inkişafına mənfi təsir göstərir və məhsuldarlığını aşağı salır. Mübarizə tədbirləri məqsədi ilə əsasən aqrotexniki və meliorasiya tədbirləri həyata keçirilir. Suvarma quraqlıq və quru küləklərə qarşı radikal üsul sayılır. Suvarma hətta səhra şəraitində bitkilərdən yüksək məhsul götürməyə imkan verir. Tarlaqoruyucu meşə zolaqları quraqlıq və quru küləklərə qarşı mühüm tədbir sayılır.
Quru qoşunları
Quru qoşunları — bir çox ölkələrdə hərbi dəniz qüvvələri və hərbi hava qüvvələri ilə yanaşı silahlı qüvvələrdə mövcud olan qoşun növü. Quru qoşunları çoxsaylı döyüş tərkibinə malik Silahlı Qüvvələr növüdür, böyük atəş və zərbə gücünə, yüksək manevrliliyə və müstəqil fəaliyyət göstərmək imkanına malikdir. Bəzi ölkələrdə quru qüvvələr və ya ordu da adlanırlar. Ənənvi olaraq piyada, süvari, mexaniki qoşun növlərindən, hərbi hissə, korpus və qoşun birliklərindən ibarət olur. Həmçinin özünün hərbi hava qüvvələrinə malik ola bilir. Quru qoşunları istənilən ölkənin sayca ən çoxsaylı qoşun növüdür və hərbi münaqişələr (müharibələr) zamanı əsas yük onların üzərinə düşür. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı bölmələri düşmənin istər yerüstü bölmələri, istərsə də alcaqdan uçan hava hədəfləri ilə mübarizə aparmağa qadir müasir silah və döyüş texnikası ilə təchiz edilmişdir. Quru Qoşunlarının əsas zərbə gücüdür. Başqa qoşun növləri kimi tank bölmələrinin texniki vasitələrinin idareətmə, naviqasiya cihazları müasirləşdirilmiş, dayanıqlığı artırılmış, silahlanmasına yeni nəsil tanklar daxil edilmişdir.
Quru qurbağaları
Quru qurbağaları (lat. Bufonidae) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinə aid heyvan fəsiləsi.
Quru qurbağası
Quru qurbağası (lat. Bufo) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinə aid heyvan cinsi.
Quru tısbağaları
Quru tısbağaları (lat. Testudinidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin tısbağalar dəstəsinə aid heyvan fəsiləsi. Fəsiləyə 11–13 cins, 40 növ daxildir. Bəzi tısbağalar kiçik olur və uzunluqları cəmi 12 sm olur. Bəzi növlər isə hətta 1 metr və daha uzun olur. Onlara Afrika, Asiya, Cənubi Avropa rast gəlmək olar. Xüsusi ilə səhra, yarımsəhra, savanna və rütübətli meşələrdə daha çox yayılmışdır. Tısbağalar uzun ömürlü olurlar. Növündən asılı olaraq 50–100 il yaşaya bilirlər. Bəzi növlər var ki, 150-200 il yaşayır.
Quru yataq
Quru su
Novec 1230, "Quru su" (flüoroketon FK-5–1–12, freon PFK-49) rəngsiz , iysiz mayedir . Kimyəvi formul — CF 3 CF 2 C(O)CF(CF 3) 2 (perfluoro(etil izopropil keton), altı karbonlu maddə, flüorlu keton kateqoriyası (qaydalara uyğun olaraq R 1 -CO-R 2 ketonların adları radikal-funksional nomenklatura R 1 və R 2 radikallarının adlarının əlifba sırası ilə "keton" sözündən əvvəl sadalanması ilə qurulur).
Quru (informatika)
Quru (ing. Guru rus. Гуру) — kompüterdən çox yaxşı başı çıxan kimsə, slenq, termin. O, yaranan problemləri həll edə, suallara cavab verə və, demək olar ki, çıxılmaz vəziyyətlərdə çox dəyərli məsləhətlər verə bilər. Termin sanskrit kökənli bir termin olub, hinduizm və buddizm mistisizmində "mürşid", "ustad" mənalarına gəlir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qara
Qara – rənglərdən biri. Ən tünd rəng olub işığın səthdən əks olunmaması yəni bütün işığın absorbsiyası nəticəsində yaranır. Soyuq, qəmli rəng hesab olunur və ağ rəngin, aydınlığın, işıq rəmzinin əksidir. Bir çox xalqlarda matəmi tərənnüm edir. Bu rəng geyimlərə ciddilik, rəsmilik verir. Ağ rəngin əksi, müxalifi olan qara rəngin cəmiyyətdə, məişətdə daşıdığı məna, qoşulduğu sözlər bütün rənglərdəkindən çoxdur. Arxada qara rəngin kainatın quruluş modelində Yerin alt qatını bildirdiyini demişdik. Bu elə indinin özündə də belə düşünülür və həmin təsəvvür dilimizdə işlənən ifadələrdə də özünü qorumaqdadır: "Qara yerə girəsən", "Başını qara yer oğurlasın", "Qara yer otağın olsun", "Qaranlıq dünyanın qara küncündə qaralasan", "Qara qəbir evin olsun", "Qara qəbrin dar qazılsın", "Qara yerdə çürüyəsən". Sayını istənilən qədər artıra biləcəyimiz bu nümunələrdə qara rəngin yeraltı dünyanı – qaranlığı bildirməsi şəksizdir. Bundan savayı, bilavasitə mənəviyyatla bağlı "qaraüz"; tale təyinli "qara-bəxt", "qaragünlü", "qaraduvaq", "qaranişan"; xasiyyət əlamətli "qaradinməz", "qaraqabaq", "qaraniyyət", "qarayaxa", "qaragüruh"; cəmiyyətin aşağı təbəqəsinə aid edilən "qara camaat", "qara kütlə" və s.
Finlandiya Quru Qoşunları
Finlandiya Quru Qoşunları (fin Suomen maavoimat, isv. Finländska armén) — Finlandiya Silahlı Qüvvələrinin quru qoşunları. 1918-ci ildə qurulmuş olub piyada, meydança topçuları, zenit topçuları, texniki işçi, kommunikasiya və logistika bölmələri olmaqla altı yerə ayrılır.
Qafqaz quru qurbağası
Qafqaz quru qurbağası (lat. Bufo verrucosissimus) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinin quru qurbağası cinsinə aid heyvan növü. Krasnodar diyarının qırmızı kitabına daxildir. Rusiyanın ən böyük suda-quruda yaşayanıdlr. Uzunluğu 170 mm-dir. Rəngi boz və ya parlaq-qəhvəyidir. Çömçəquyruqlar qara rəngdə olur. Yetkin olmayan qurbağalar narıncıdır. Azərbaycanın ən iri qurbağasıdır. Dərisi hamar qabarlıdır, üstdən boz və ya qəhvəyi rəngdədir (açıqdan tünd rəngə qədər müxtəlif çalarda), tünd xallıdır.
Quru Bulaq (Maku)
Mirzə Xəlil (fars. قوري بلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 65 nəfər yaşayır (14 ailə).
Quru Nanak Dev
Quru Nanak (pəncab adı ਗੁਰੂ ਨਾਨਕ ਦੇਵ, Gurū Nānak Dēv?; 15 aprel 1469 — 22 sentyabr 1539) — Siqhlərin ilk qurusu və siqhizm dininin yaradıcısıdir.
Quru Qrant Sahib
Quru Qrant Sahib — Siqhizm dinin müqəddəs kitabı. 1430 səhifədən ibarət olan Quru Qrant Sahib kitabında dini hökmlərlə yanaşı, müxtəlif rəvayətlərdə yer almışdır. Quru Qrant Sahibin hazırlanmasında beşinci quru Quru Arjanın rolu böyükdür. 1604-cü ildə Quru Qrant Sahibin ilkin versiyası kimi Adi Qrant Quru Arjanın göstərişi ilə hazırlanmışdır.
Quru səhər yeməyi
Səhər yeməyində xırtıldayan qarğıdalı və ya xırtıldayan qarğıdalı taxıl, işlənmiş dənli bitkilərin dənindən hazırlanmış səhər yeməyi olub, əsasən Qərb dünyasında tez-tez səhər yeməyi üçün istifadə olunur. Ən çox südlə qarışdırılır, eyni zamanda qatıq və ya meyvə ilə də yeyilə bilər. Bəzi şirkətlər qarğıdalı unu və yulaf əsaslı və yüksək lifli taxıl yeməyinin sağlamlığa faydalarını vurğulayaraq məhsullarını reklam edirlər. ABŞ-də taxıllar tez-tez lazımi vitaminlərlə zənginləşdirilirlər, eyni zamanda sağlam səhər yeməyi üçün lazım olan vitaminlərin əksəriyyətindən məhrum da ola bilərlər. Külli miqdarda tərkibində şəkər olan taxılların çoxu istehsal olunur. Bir çox səhər yeməyi ekstruziya ilə istehsal olunur. Səhər yeməyində istifadə edilən taxıl sənayesinin ümumi mənfəət nisbəti 40-45 %, bəzi bazarlarda 90 %-ə kimi nüfuz etmiş və tarixi boyu davamlı olaraq böyümüşdür. ABŞ-də müxtəlif səhər yeməyi taxıllarının sayı 160-dan (1970) 340-a (1998) qədər artmışdır; 2012-ci il üçün proqnozlaşdırılan trend 4.945-dir. Bu yüksək rəqabətli bazarda, səhər yeməyində istifadə edilən taxılların istehsalı ilə məşğul olan şirkətlər getdikcə artan sayda müxtəlif ləzzətlərdə olan dənli bitkilər inkişaf etdirmişdirlər. Bir çox sadə buğda və ağ yulaf əsaslı dənlər mövcud olsa da, digər tatlar şirindir.
Quru çöllərin torpaqları
Quru çöllərin torpaqları — quru və ekstrakontinental şəraitdə quru çöllərdə formalaşan şabalıdı və qonur səhra-çöl torpaqları. Bu torpaqlar ən çox Asiya qitəsində yayılmışdır. Bu torpaqlar ensiz zolaq şəklində Qara və Azov dənizləri sahillərində, Şərqi Avropanın cənub-şərqində-Aşağı Volqaboyu, Xəzər sahilində formalaşmışdır. Lakin, Qazaxıstan respublikası ərazisində bu torpaqlar geniş sahə tutur. Şabalıdı torpaqlar yayıldığı arealın ən şərq sahilləri Baykala qədər gedib çıxır. Bu torpaqlar daha məhdud sahədə Qazaxıstanda yarımsəhralarında yayılmışdır. Quru çöllərin iqlimi kəskin kontinentaldır. Avrasiya materikinin Avropa hissəsində +5-9°C, Asiyada +3-4°C təşkil edir. Qərbdə orta aylıq temperatur 32-36°C-yə yaxın, şərqdə isə -35-40°C-yə çatır. Orta illik yağıntıların miqdarı şimaldan cənuba doğru 300-350 mm-dən 200 mm-ə qədər azalır.
Rusiya Quru Qoşunları
Rusiya Quru Qoşunları (rusca: Сухопутные войска Российской Федерации) Rusiya Silahlı Qüvvələrinin tabeçiliyində olan hərbi birləşmədir. 1992-ci ildə Sovet Ordusunun parçalanmasından sonra yaranmışdır. Xidmət növünə görə Quru Qoşunlarına motoatıcı, tank, artilleriya və raket qoşunları, quru qoşunlarının hava hücumundan müdafiəsi, xüsusi birliklər (kəşfiyyat, siqnal, radioelektron mübarizə, mühəndis-istehkam, radiasiya, kimyəvi və bioloji hücumdan müdafiə, texniki təchizat və arxa cəbhənin müdafiəsi), hərbi birliklər və lojistik müəssisələr daxildir. Motoatıcı qoşunlar Quru Qoşunlarının əsas hissəsini təşkil edir. Onlar düşmənin quruda və havada yerləşən hədəflərini məhv etmək üçün bir çox silahla təchiz olunub. Hazırda Rusiya Quru Qoşunlarında 19 motoatıcı diviziya fəaliyyət göstərməkdədir. Tank qoşunları isə Quru Qoşunlarının əsas təsir qüvvəsini təşkil edir. 2007-ci il məlumatına əsasən Rusiya Quru Qoşunlarında üç tank diviziyası fəaliyyət göstərir. Bunlar Moskva Hərbi Dairəsində dislokasiya olunmuş 4-cü və 10-cu, həmçinin Sibir ərazisində yerləşən 5-ci tank diviziyalarıdır. Sibir Hərbi Dairəsində dislokasiya olunmuş 2-ci və Uzaq Şərq Hərbi Dairəsində yerləşən 21-ci tank diviziyaları isə fəaliyyətini dayandırmışdır.
Ermənistan Quru Qoşunları
Ermənistan Quru Qoşunları (erm. Հայաստանի ցամաքային ուժեր) — Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının ölkənin quru əməliyyatlarına cavabdeh olan şəxsi heyətləri üçün kollektiv termin. Bu, 28 yanvar 1992-ci il, respublikanın Sovet İttifaqından müstəqilliyini elan etməsindən bir neçə ay sonra Ermənistan ordusunun digər hissələri ilə birlikdə yaradılmışdır. Ordunun ilk rəhbəri Sovet Quru Qoşunlarının əsas qərargahının keçmiş baş komandan müavini Norat Ter-Qriqoryants olmuşdur. Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Ermənistan müdafiəni gücləndirmək və tanınmamış Dağlıq Qarabağ Respublikasını Azərbaycanla hərbi əməliyyatların yenilənməsi ehtimalından müdafiə etmək üçün ordunun bir çox elementlərini öhdəsinə götürmüşdür. "Jane's World Armies" bildirmişdir ki, Ermənistandan olan həm çağırışçılar, həm də zabitlər müntəzəm olaraq Qarabağa, keçmiş təmas xəttinə xidmətə göndərilirdi. Quru qoşunlarında texnika Ermənistan hökuməti yanında Hərbi Sənaye Komitəsi tərəfindən tənzimlənir. == Strukturu == === Sahə Qüvvələri === 1-ci Ordu Korpusu (qərargahı: Gorus): bir müstəqil tank batalyonu, bir müstəqil kəşfiyyat batalyonu, iki motoatıcı alayı. 2-ci Ordu Korpusu (qərargahı: Çaxırlı): bir müstəqil tank batalyonu, bir müstəqil kəşfiyyat batalyonu, bir müstəqil atıcı alayı, iki müstəqil motoatıcı alayı, bir müstəqil artilleriya batalyonu. 3-cü Ordu Korpusu (qərargahı: Böyük Qarakilsə): bir müstəqil atıcı alayı, bir müstəqil artilleriya batalyonu, bir müstəqil tank batalyonu, bir müstəqil kəşfiyyat batalyonu, bir müstəqil raket artilleriya batalyonu, dörd müstəqil motoatıcı alayı, bir texniki xidmət batalyonu, bir siqnal batalyonu.
Pakistan Quru Qoşunları
Pakistan Quru Qoşunları (urdu. پاک فوج ingilis. Pakistan Army) – Pakistan Silahlı Qüvvələrinin ən qədim, böyük hissəsidir və quruda hərbi əməliyyatlar aparmasında cavabdehdir.
Yunanıstan Quru Qoşunları
Yunanıstan Quru Qoşunları (yun. Ελληνικός Στρατός, Ellinikos Stratos) — 1828-ci ildə qurulmuş Yunanıstanın quru qüvvələri.

Oxşar sözlər

#qara-quru nədir? #qara-quru sözünün mənası #qara-quru nə deməkdir? #qara-quru sözünün izahı #qara-quru sözünün yazılışı #qara-quru necə yazılır? #qara-quru sözünün düzgün yazılışı #qara-quru leksik mənası #qara-quru sözünün sinonimi #qara-quru sözünün yaxın mənalı sözlər #qara-quru sözünün əks mənası #qara-quru sözünün etimologiyası #qara-quru sözünün orfoqrafiyası #qara-quru rusca #qara-quru inglisça #qara-quru fransızca #qara-quru sözünün istifadəsi #sözlük