Quruboğaz
Quruboğaz — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda
kənd.
== Tarixi ==
Rayon mərkəzindən 15 km məsafədə yerləşir. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində
olmuş, Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra - 15 mart 1972-ci ildən sonra Abaran rayonunun
inzibati - ərazi bölgüsündən çıxarılıb Alagöz (Araqadz) rayonunun inzibati ərazi bölgüsünə daxil
edilmişdir.
Toponim türk dilində «bitkisiz, çılpaq, yaşıllıqsız», «quru daşlı düzənlik» mənasında işlənən quru sözü ilə Azərbaycan dilində «dərələrin, çayların baş tərəfi, çay ağzı», «iki dağ arasındakı dar keçid»mənasında işlənən boğaz sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
=== Quruboğaz dağı ===
Quruboğaz İrəvan quberniyasının İrəvan qəzasında, indi Abaran rayonunda dağ. Abaranın
şimal-şərqində yerləşir. Oronim Azərbaycan dilində «bitkisiz, çılpaq, yaşıllıqsız» mənasında işlənən quru sözü ilə, iki dağ arasındakı dar keçid», «keçid» mənasında işlənən boğaz sözünün birləşməsindən əmələ gəlmişdir. «Boğaz» sözü həm də «dar yer» mənasında işlənir. Quruluşca mürəkkəb oronimdir.