* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 zərf – hərdənbir, arabir, ara-ara. Gülüş durub-durub ah çəkirdi… S.Rəhimov. Durub-oturmaq (əyləşmək) yaxud oturubdurmaq – birisi ilə vaxt keçirmək, əlaqə saxlamaq, yoldaşlıq etmək, dostluq etmək. Əbəs yerə cəfa çəkmə, yar olmaz; Rəqib ilə durub-oturan sənə. Q.Zakir. [Mirzə Qədir] hər zaman böyük adamlarla durub-əyləşirdi. S.Hüseyn. [Ağca] xüsusilə zəmanəyə mənsub oxumuşlar, firqəçilər, ziyalılar ilə duruboturmağı arzu edirdi. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / durub-durub