* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 10.28 |
2004 | ••• | 1.35 |
2005 | ••• | 1.35 |
2006 | • | 0.23 |
2007 | •• | 0.63 |
2008 | ••••• | 2.19 |
2009 | •••• | 1.92 |
2010 | ••••••• | 3.18 |
2011 | •••• | 1.80 |
2012 | ••••• | 2.32 |
2013 | ••••••• | 3.50 |
2014 | •••••••••• | 4.81 |
2015 | •• | 0.68 |
2016 | •••• | 1.91 |
2017 | • | 0.49 |
2018 | • | 0.30 |
2020 | •• | 0.93 |
1 is. 1. Qoca qadın, qoca arvad. Budur! Dünya görmüş o qarıya bax; Mənalı gözləri intizardadır. S.Vurğun. Ayna qarının qolundan tutaraq yanına çəkdi. Ə.Məmmədxanlı. 2. Arvad, zövcə. Qoca öz qarısı ilə kənddə yaşayırdı. – Əmiraslan baba uşaq kimi qızaraqızara qayıdıb öz qarısının yanında oturdu. S.Rəhimov. 3. məc. Qatı, qəddar, kinli, hiyləgər (bu mənada adətən “düşmən” sözü ilə bərabər işlənir). Qarı düşmən dost olmaz. (Ata. sözü). Yaxın gəlmə, qarı düşmən! Döyüşlərdə boy atdım mən. S.Vurğun. Qarı düşmən qəzəb və qorxusundan titrəyir. M.İbrahimov. ◊ Küpəgirən qarı – araqarışdıran, fitnəfəsad törədən, hiyləgər arvad. Bədircahanın ağzında otuz iki dişdən birisi də qalmamışdı, gözləri ağrıyırdı və həmişə su axırdı. Mümkün deyil ki, Bədircahana küpəgirən qarı, ya ki, cəhənnəmdən biletsiz qaçan deməyəsən. N.Vəzirov.
Azərbaycan dilinin izahlı lüğəti / qarı1 Dilimizdə “qocalmaq”, “köhnəlmək” mənasını verən qarımaq feili olub (indi az işlədilir). Qarı (qoca arvad) sözü də onun əsasında əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qarı3 1. QARI (qoca arvad) [Safo Gülsənəmə:] Qarı arvaddır, səsini kəs! (S.Rəhimov); QOCA Maral .. bu xoşsima qocanın başına dolanırdı (A.Şaiq). 2. qarı bax arvad 1
Azərbaycan dilinin sinonimlər lüğəti / qarı1 QARI – CAVAN Ayna, qarının qolundan tutaraq yanına çəkdi (Ə.Məmmədxanlı); Yanına cavan bir oğlan göndərəcəyəm (S.Qədirzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / qarı1 QARI I is. Qoca qadın, qoca arvad. Budur! Dünya görmüş o qarıya bax; Mənalı gözləri intizardadır (S.Vurğun). QARI II sif. Qatı, qəddar, kinli. Qarı düşmən tab gətirməz bilirəm ki, süngünə (S.Rüstəm).
Azərbaycan dilinin omonimlər lüğəti / qarı2 1 I сущ. старуха II прил. старушечий 2 сущ. диал. бедренная часть ноги овцы
Azərbaycanca-rusca lüğət / qarı1 сущ. 1. къари, кьуьзуь дишегьли, кьуьзуь паб; 2. паб, къари; 3. пер. къати, къансар, биж, гьиллебаз, фендигар (душмандикай рахадамаз); qarı düşmən къати душман; ** küpəgirən qarı кӀамс, кафтар къари, микеж къари, микри къари, фитне твадай, араяр акадардай, фендигар паб.
Azərbaycanca-ləzgicə lüğəti / qarıQoca qadın, qoca arvad. (“Koroğlu” dastanının lüğəti) Qarı nədi, bu saat başı beş min sulu söyüş yağdıraram, mən qızdan da cavanam, gözələm.(Paris nüsxəsi, 4-cü məclis) 1. Qatı, qəddar. 2. Köhnə. (“Koroğlu” dastanının lüğəti) Qarı düşmən, fənd-felini bilirəm, Dəlilərim bu şəhərdə qalıbdı. Saat yarım sizə möhlət verirəm, Dəlilərim bu şəhərdə qalıbdı. (“Qulun qaçmağı”) * – Qarı düşməndən dost olmaz, vurub onları darmadağın eləyin! (Paris nüsxəsi, 10-cu məclis) Qolun dirsəkdən yuxarı hissəsi; bazu. (“Koroğlu” dastanının lüğəti) Dəmirçioğlu qulun qollarının qarısını aldı əlinə, gözlərini də dikdi gözlərinə. (“Koroğlunun Bayazid səfəri”)
Azərbaycan dastanlarının leksikasıQatı, qəddar. Qarı düşmən bir də gəlib dost olmaz, Əlin tutub yalvarasan yüz ha yüz. (“Nəcəf və Pərzad”) Dastanlarda həm xeyri, həm şəri təmsil edən obraz. Qarıların cürbəcür adları var: qarı var, ipək, qarı var, köpək, qarı var, zol gəzən, qarı var, zol qırtan, qarı var, qanqal qopardan, qarı var, iman-quran nəsib olsun. Qarı var, ilan, qurbağa, çayan cəmdəyinə dolsun. Qarı var, qılçasından tut at dalına, ağzı harda durar, durar. (“Nəcəf və Pərzad”) * Qarılar cürbəcür olur: Pərcahan, Hürcahan, Zorcahan; Napak qarı, İpək qarı, Köpək qarı... (“Alı xan”) * Dünyagörmüş qarıları yığdılar. Bir iman-quran qarı var idi. Görən kimi dedi: – Buna ağası buta verib. (“Müğüm şah”)
Azərbaycan dastanlarının leksikası(Bərdə, Borçalı, Kürdəmir, Qazax, Ucar) bax qari. – Doxdur qan götürəndə adamın qarısın boğur (Kürdəmir); – Toyda iki qarı əti yedim (Ucar)
Azərbaycan dilinin dialektoloji lüğəti.