* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Sıyıq, duru olmayan; mət, qəliz. Qatı palçıq. Qatı şərbət. Qatı şorba. Qatı kütlə. Qatı mürəkkəb. Qatı mürəbbə. 2. Sıx, kəsif, qəliz. Qatı tüstü. Qatı duman. – Alaçıqların bəri yanından nazik, lakin qatı çən zolağı uçub haraya isə gedirdi. M.Hüseyn. Qaranlıq o qədər də qatı deyildi, evlər, ağaclar seçilirdi. S.Rəhman. Dünyamız o qədər qatı dumanda; Gözləri tor bağlar ulduzların da. M.Araz. 3. məc. Çox şiddətli, çox güclü, çox bərk. Qatı soyuq. – Qatı müştaq olmuşam zülfü üzarın buyinə. Nəsimi. Dərdim qatıdır bu gecə lütf eylə, ey dust! Mən bidilü biçarəvü bimarı unutma. Kişvəri. Lakin küçədə gəzişib, azad danışmaq üçün yalnız qatı soyuqlar deyil, xalqın gediş-gəlişi də mane olurdu. M.S.Ordubadi. 4. məc. Sərt, rəhmsiz, amansız, qəddar. Qatı ürək. – [Qacar:] Görürsən? O imiş qatı düşmənim; Onu yandırsam da haqqım var mənim. S.Vurğun. Bu teleqram bir daha o məqsədin son dərəcə vəhşi, amansız və qatı olduğunu anladırdı. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / qatı2 Bərk, möhkəm. (“Koroğlu” dastanının lüğəti) Ox atılır sağı-soldan, Qatı yay güc istər qoldan, Peykan ora dəyən yerdən. Qan damar, zərnigar olur. (Paris nüsxəsi, 9-cu məclis)
Azərbaycan dastanlarının leksikası / qatı1 Qatmaq (bərkimək) feilindən əmələ gəlib, “qatılaşmış (bərkimiş)” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qatı5 1. QATI (duru, sıyıq olmayan); QƏLİZ, MƏT 2. qatı bax sıx 2
Azərbaycan dilinin sinonimlər lüğəti / qatı1 QATI – DURU Elə et ki, sıyıq qatı yox, duru olsun (“Azərbaycan qadını”). QATI – RƏHMLİ Görürsən? O imiş qatı düşmənim; Onu yandırsam da, haqqım var mənim (S.Vurğun); Görünüşdən rəhmli adama oxşayır.
Azərbaycan dilinin antonimlər lüğəti / qatı1 1. густой, нежидкий; 2. суровый, жесткий; 3. злостный, завзятый, махровый, отъявленный;
Azərbaycanca-rusca lüğət / qatı2 прил. 1. густой: 1) не водянистый, не жидкий. Qatı mürəkkəb густые чернила, qatı mürəbbə густое варенье, qatı xama густая сметана 2) плотный. Qatı tüstü густой дым, qatı duman густой туман 2. концентрированный (отличающийся насыщенностью, повышенным содержанием каких-л. веществ). Qatı yemlər концентрированные корма, qatı gübrə концентрированное удобрение 3. тягучий. Qatı bal тягучий мед 4. перен. ярый. Qatı düşmən ярый враг
Azərbaycanca-rusca lüğət / qatı1 s. 1. thick, dense; ~ şorba thick soup; ~ qaymaq thick cream; ~ tüstü dense smoke; ~ duman thick fog / mist; 2. violent, inveterate; ~ düşmən violent / inveterate enemy; ~ yalançı inveterate liar
Azərbaycanca-ingiliscə lüğət / qatı1 sif. épais, -se, compact, -e, serré, -e ; ~ tüstü une épaisse fumée
Azərbaycanca-fransızca lüğət / qatı1 прил. 1. экьи, екьи, жими тушир; qatı xörək экъи къафун; qatı mürəbbə экъи мураба; 2. къати (мес. гум, циф); // пер. гзаф гужлу, кӀеви (мес. къай, гар); // пер. регьимсуз, мергьяметсуз, амансуз (мес. душман).
Azərbaycanca-ləzgicə lüğəti / qatı