* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Girib-çıxmaq üçün evin, yaxud barının və s.-nin divarında açıq yer, deşik, habelə bu deşiyi qapamaq üçün taxtadan, dəmirdən və s.-dən düzəldilən qurğu. Divara qapı açmaq. Ev qapısı. Qapını örtmək. Ara qapı (iki otağın arasındakı qapı). Qapı ağzı (qapının qabağı, qapı önü). Qapı içi (astana). // məc. Ev mənasında. [Gülzar:] Heç kəs cürət edib bu qapıya gələ bilməz. S.S.Axundov. 2. Evin, binanın qabağı, girəcəyi; həyət. Elə kəs var ki, tapılmaz qapısında bir inək. S.Ə.Şirvani. Mal qapıya gələndə axşam-səhər; Qoyun mələr, quzu mələr, dağ mələr. A.Şaiq. Hədiyyə naharını təzəcə bitirmişdi ki, qapıda maşın səsləndi. Mir Cəlal. □ Qapı-baca – ev, həyət, evin yan-yörəsi. Qapıbacadan muğayat ol. İt qapı-bacanı qoruyur. – [Xırda xanım:] Bu saat otaqları təmiz süpürərsən, qapı-bacanı gül kimi eləyərsən. N.Vəzirov. Züleyxa xeyli vaxt, həyəcan içində qapı-bacada dolandı. S.Rəhimov. Qapıda törəmə – sahibinin öz həyətində doğulmuş və ya böyümüş (heyvan haqqında). // Evin divarları, evə yapışıq olan yerlər. Qapıbacanı əhənglə ağartmaq … ümumi bir həvəs idi. H.Sarabski. 3. Bir şeyin ağzını, deşiyini, girəcəyini örtüb bağlamaq üçün dəmirdən, taxtadan, şüşədən və s.-dən düzəldilmiş örtü. Şkafın qapıları. Buxarının qapısı. Avtomobilin qapısı. 4. Nərd oyununda: iki daşla tutulan xana. ◊ Açıq qapı – hər kəsin girə bildiyi yer. …Qaçay arxasını divara söykəyib açıq qapıdan həyətə baxırdı. İ.Məlikzadə. [Əmir:] Mən bağlı qapını yox, açıq qapını kilidləməklə qapını bir az açıq qoymuşdum. M.S.Ordubadi. Bağlı qapı dalında – gizli, xəlvəti, kənar adamın iştirakı olmadan. Qapı dalında qalmaq (qoymaq) – 1) bayırda qalmaq, içəri buraxılmamaq; 2) sıxıntıda qalmaq, çətinliyə düşmək, ağır vəziyyətə düçar olmaq. Bəs ana deyilmi, özün söylə bir; O qapı dalında qoyduğun ana? B.Vahabzadə. Qapıda durmaq – müntəzir olmaq, gözləmək. [Mirzə Cəfər xan:] Əli xan … indi, budur, özü də, sərkərdələri də gəlib qapıda durub, hüzuri-aliyə müşərrəf olmağa izin istəyirlər. Ə.Haqverdiyev. Qapıdan qovmaq – rədd etmək, qəbul etməmək, üz göstərməmək. [Dərviş:] Ay camaat, Allah xatirinə, gəliniz məni bu zalımın əlindən xilas ediniz. Qardaş, köməyə gələn olmadı. Yüyürdüm divan qapısına, “bizə dəxli iş deyil” – deyib, məni qapıdan qovdular. N.Vəzirov. Qapı-qapı gəzmək (dolaşmaq, düşmək) – 1) hər tərəfə müraciət etmək, hər tərəfi dolanmaq, həyətbəhəyət gəzmək (bir şey üçün). [Yasəmənin] əri Yusif də qapı-qapı gəzib ayı oynadardı. S.S.Axundov. Yazırsınız ki, sudan ötrü qapı-qapı dilənirsiniz və bundan savayı çox artıq-əskik sözlər yazırsınız. “Mol. Nəsr.” Qadınlar belə adamı qapı-qapı axtarıb tapırlar. M.S.Ordubadi. Qoca Məşədi Məmmədvəli qapı-qapı düşüb bəylərə, mollalara yalvarıb bir neçə günün müddətində həmin kağızı düzəltdi. Ə.Haqverdiyev; 2) dilənmək, dilənçilik etmək. Həyat qayğısı, ehtiyac ananı qapı-qapı gəzdirdi. Mir Cəlal. Qapı-qapıya – lap yaxın, üz-üzə. Qapı-qapıya qonşular. – [Dükançı Hümmətəli:] Bəy, məni tanımırsan? Bahalıq ili siz ilə qapı-qapıya olmurduqmu? Ü.Hacıbəyov. Qapılara düşmək – qapı-qapı gəzib dilənmək, dilənçilik etmək. [Qurban Pəri caduya:] Niyə dövlətli adamları tovlayıb puldan-zaddan almırsan, çiyninə bir torba salıb qapılara düşürsən? Ə.Haqverdiyev. Qapını dabanından çıxarmaq – gedibgəlməklə birini təngə gətirmək, bir yerə, bir adamın yanına çox gəlib-getmək, israr etmək. [Oğlanlar] qapını döydülər. Açmadı. Yumruqla döyəclədilər, hətta təpiklə taqqıldatdılar. Qız qapının az qala dabanından çıxacağını görüb qorxdu. İ.Şıxlı. Qapını döymək məc. – lap yaxınlaşmaq. Qış qapını döyür. – Axı, cəsarətsiz, axı, ürəksiz; Qapını döyməmiş hələ bir zəfər. B.Vahabzadə. Qapını üzünə çırpmaq – çox pis qarşılamaq, qəbul etməmək, qovmaq. Qapısı açıq – qonaqpərəst, comərd, səxavətli, çörək verən adam haqqında. Qapısı açıq adamdır. – Ürəyi, süfrəsi, qapısı açıq; Kimsə bu qapıdan sənə deməz, çıx. Şəhriyar. Qapısı bağlanmaq (çırpılmaq) məc. – evi-eşiyi dağılmaq, ailəsi məhv olmaq. Çatmadı əvvəlcə bu xəbər ona; İnana bilmədi qulaqlarına; Elə ki, inandı… o, lal kəsildi; … Anladı, bildi: Qapısı bağlandı, ocağı söndü. B.Vahabzadə. Qapısını döymək məc. – sataşmaq, dolaşmaq. Quduz düşmən, özünü bir bu qədər öymə, gəl; Bu qartallar yurdunun qapısını döymə, gəl. S.Rüstəm. Döymə qapımı, döyməyim qapını. (Məsəl). Qapısının açarı dama atılmaq – bax qapısı bağlanmaq.
Azərbaycan dilinin izahlı lüğəti / qapı1 Qapamaq feili ilə qohumdur, mənbələrdə qapıq kimi verilib. Deməli, indi feildən isim düzəldən -ı şəkilçisi tarixən -ığ4 formasında olub. -ağ2 şəkilçisi isə -ğaq şəklində işlədilib (oraq yox, orğaq olub). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qapı1 1. QAPI Həmzə anasının kənddə yaşadığını bilsə də, qapını bir-iki dəfə itələdi (Ə.Qasımov); BAB (tənt., böyük qapı) Məktəb nə demək? Ümmətə bir babi-səadət (M.Hadi); DƏR (arx.) Xoşluq ilə açmasalar dərləri; Sağ qala dərban çətindir, çətin! (C.Cabbarlı); GİRƏCƏK Ziynət qayıtdı, girəcəkdə dayandı (B.Bayramov). 2. qapı bax həyət
Azərbaycan dilinin sinonimlər lüğəti / qapı2 I сущ. 1. дверь, дверца. Qapını döymək стучать в дверь, qapı dəstəyi ручка двери, qapı çərçivəsi рама двери, qapı həncamaları петли двери, avtomobilin qapısı дверца автомобиля, qapı hüdudlayıcısı ограничитель двери 2. ворота: 1) широкий вход или проезд 2) спорт. (в футболе, хоккее и т.п.). Qapıdan zərbə удар от ворот, topu qapıdan keçirmək забить (провести) гол в ворота 3. калитка. Bağın qapısı калитка сада 4. разг. двор. Uşaqlar qapıda oynayırlar дети играют во дворе II прил. 1. дверной. Qapı tayı дверное полотно, qapı çərçivəsi дверная коробка; qapı siyirtməsi дверная задвижка, qapı qıfılı дверной замок 2. мед. воротный. Qapı venası воротная вена 3. мед. портальный. Qapı qan dövranı портальное кровообращение, qapı hipertenziyası портальная гипертензия ◊ bağlı qapı dalında за закрытыми дверями, тайно; qapı-qapıya дверь в дверь, двор в двор; qapıdan qovmaq kimi гнать со двора кого; qapını göstərmək kimə указать на дверь к ому; qapılara düşmək ходить по дворам (собирать милостыню, нищенствовать); qapını dabanından çıxartmaq надоедать к ому-л. частыми посещениями; qış qapını döyür зима стучится в дверь; qapıdan baxmaq не иметь доступа, смотреть со стороны; qapını üzünə çırpmaq kimin хлопнуть дверью перед носом у кого; qapısını döymək kimin: 1. задевать кого-л.; 2. просить о помощи; qapını üzünə geniş açmaq kimin встречать с распростертыми объятиями; qapısının ağzını kəsdirmək kimin не давать проходу к ому; qapısından top keçirtmək kimin в чём-то обвести (перехитрить) кого; qapısına qıfıl vurulmaq разориться, попасть в беду; qapılar bağlamaq уничтожать, уничтожить людей, оставлять, оставить дома без людей; qapısını açmamaq kimin не ходить к кому, порвать связи с кем; qapısında bircə donuzu yoxdur только птичьего молока не достает у кого (об очень богатом человеке); qapıya qoymamaq не пускать на порог; qapının ağzında на пороге, в дверях; qapıya sığışmamaq не пролезать в двери, быть толстым; dal qapıdan через чёрный ход
Azərbaycanca-rusca lüğət / qapı1 I. i. 1. door; giriş ~sı entrance; küçə ~sı front door; dal ~ back door; ~nı döymək to knock at the door; ~nı örtmək / bağlamaq to close / to shut the door; ~nı qıfıllamaq / bağlamaq to lock the door; ~nı bir kəsin üzünə çırpmaq to slam / to shut* the door in smb.’s face; bir kəsi ~dan qovmaq to turn smb. out of doors, to show smb. the door, to show the door to smb.; 2. id. goal; ~da durmaq (qapıçı olmaq) to keep* the goal, to stay in the goal; Komandalar qapıları dəyişdilər The sides changed goals II. s. door; ~ açarı door-key; ~ qıfılı door-lock; ~ çərçivəsi door-case, door-frame; ~ dəstəyi door-handle (girdəsi) door-knob; ◊ açıq ~ siyasəti open-door policy
Azərbaycanca-ingiliscə lüğət / qapı1 1) is. porte f, portière f ; portail m ; darvaza ~sı porte-cochère f ; 2) ~ dəstəyi poignée f de porte ◊ bağlı ~ dalında à huis clos ; ~ açmaq montrer de l’hospitalité écossaise ~ dalında qoymaq mettre dehors ; ~ dan qovsan bacadan girər chassez-le par la porte, il rentrera par la fenêtre ; ~lara salmaq mettre qn sur la paille ; ~nı bağla rahat yat le porte fermée, on est empereur dans son royaume
Azərbaycanca-fransızca lüğət / qapı1 сущ. 1. рак; dəmir qapı ракьун рак; qapını örtmək рак акьалун (кӀевун); // рикӀинин, ракӀарин; qapı ağzı рикӀинин сив, ракӀарин вилик пад; 2. кӀвалин, дараматдин вилик пад, гьахьдай чка; гьаят; // пер. кӀвал манада; // qapı-baca кӀвал, кӀвал-югъ, гьаят, кӀвалин невегьар; 3. нардина: кьве къванцив кьунвай кӀвал; ** açıq qapı ахъа рак (нивай хьайитӀани гьахьиз жедай чка); bağlı qapı dalında чинеба, хелветдаказ, масадан иштираквал галачиз; qapı dalında qalmaq (qoymaq) а) рикӀинихъ галамукьун (тун), къецихъ галамукьун (тун), къенез ахъай тавун; б) кӀеве гьатун (ттун), кӀеве акӀ(ур)ун, четинвиле гьатун (ттун); qapıda durmaq рикӀинал акъвазун, гьазур яз акъвазун; qapıdan qovmaq рикӀинилай чукурун, ред авун, кьабул тавун, ччин тагун; qapı-qapı gəzmək (dolaşmaq, düşmək) а) рак-рак, кӀвал-кӀвал, гьаят-гьаят къекъуьн (гьатун), вирина къекъуьн (са затӀун патал); б) це лугьуз гьатун, тӀалабиз гьатун, къекъверагвал авун; qapı-qapıya рак-рикӀинал алай, ччин-ччинал алай, лап мукьва (мес. къуншияр); qapılara düşmək гьидан-гьадан ракӀаррихъ фин, кӀвалба-кӀвал къекъвез тӀалабун, це лугьуз гьатун, къекъверагвал авун; qapını dabanından çıxarmaq рак кукуцӀулдай акъудун, гзаф физ-хтуникди сад жазанарун, шерзумун, туьтуьниз гъун, са чкадиз (ва я са касдин патав) гзаф физ-хтун; qapını döymək пер. рак гатун, лап мукьвал хьун (мес. кьуьд); qapını üzünə çırpmaq рак ччиниз агалчун, ччин тагун, кьабул тавун, чукурун; qapısı açıq рак ахъа, рикӀ ахъа, мугьман кӀани, жумарт, заха, фу гудай; qapısı bağlanmaq (çırpılmaq) пер. рак кӀев хьун (агалч хьун), гум атӀун, кӀвал-югъ чукӀун, хзан терг хьун; qapısını döymək пер. рак гатун, ктадун, хкуьрун; qapısının açarı dama atılmaq кил. qapısı bağlanmaq.
Azərbaycanca-ləzgicə lüğəti / qapıI (Ucar, Yevlax) həyət. – Uşaxlar qapıda oynu:llar (Yevlax); – Bizim qapıda yaxşı heyva ağajdarı var (Ucar) II (Ordubad) üstüaçıq eyvan. – Nərgiz, qapıya palas sal oturax
Azərbaycan dilinin dialektoloji lüğəti.