* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 1. is. Bir şeylə üzbəüz olan yer və ya şey, müqabil tərəf; qabaq. Evin qarşısı. Dağın qarşısı. Məktəbin qarşısı. – Baxınız, qarşımı tutmuş bir axın; Güclüdən güclü, dənizdən daşqın. M.Müşfiq. // Yerlik halında: qarşısında – qabağında, önündə. Bülbülün qarşısında açıl, şirinləş; Qızılgül kimi! M.Müşfiq. Axund nə biləydi ki; Qarşısında dayanan; Milyonların ən böyük; Dahi müəllimidir. B.Vahabzadə. 2. sif. Müqabil, üzbəüz, bir şeyin müqabilində olan. Qarşı tərəf. □ Qarşı gəlmək – üzbəüz gəlmək, rast gəlmək, qarşılaşmaq. [Azər:] Quzu gördünmü sev, o, kin bilməz; Canavar qarşı gəlsə, parçala, əz! H.Cavid. 3. qoş. Zidd, müxalif, əleyhinə, ziddinə, əksinə. Siz istiqlaliyyət və azadlıq uğrunda aclığa və məhrumiyyətə qarşı sinənizi gərən təbrizlilərsiniz. M.S.Ordubadi. [Surxay] öz dostuna qarşı ittihamkar mühakimələr yürüdürdü… İ.Əfəndiyev. □ Qarşı çıxmaq – əleyhinə çıxmaq, mübarizə etmək. [Eyvaz:] …Bu gün mən ona qarşı çıxmışam, sabah sizə qarşı çıxacağam. C.Cabbarlı. Qarşı durmaq – müqavimət göstərmək. Xavər özündə onun təhdidlərinə qarşı duracaq daxili bir qüvvə hiss etdiyindən onları tez unutdu. M.İbrahimov. Qarşı getmək – əksinə getmək, əleyhinə getmək, ziddinə getmək. Haqq nə deyir? Küfrə qarşı getməyiz; Nurdan çıxıb zülmət içrə itməyiz… Şəhriyar. Qarşı qoymaq – bir şeyin əleyhinə yönəltmək, bir şeyə müqabil qoymaq. Nədən qarşı qoydu “mənəm” deyənlər; Cılız mənliyini yüz-yüz minlərə? B.Vahabzadə. 4. qoş. Haqqında, barəsində. [Şirmayının] ürəyində nənəsinə qarşı zərrə qədər də şübhə oyanmırdı. M.Hüseyn. Mirzağanın Cəmiləyə qarşı olan meyli və məhəbbəti getdikcə artırdı. S.Hüseyn. Azərbaycan xalqı həmişə dostlara sadiq, düşmənlərə qarşı amansız olmuşdur. İ.Əfəndiyev. 5. qoş. Mübarizə etmək üçün, qabağını almaq üçün. Milçəklərə qarşı güclü vasitə. Qripə qarşı dərman. – Sonra quraqlığa qarşı mübarizədən söhbət açdıqları vaxt Əziz içəri girib salam verdi. Ə.Vəliyev. 6. qoş. Bir hadisənin yaxınlaşmasını göstərir. Yaza qarşı. 7. qoş. Üzünə, üçün. Bəs oxu bu şeri yarə qarşı; Bülbül kimi gülüzarə qarşı. Xətayi. ◊ Qarşısını almaq – bir hadisənin, işin, xəstəliyin baş verməməsi üçün vaxtında tədbir görmək, qabağını almaq. Hadisələrin qarşısını almaq. Yanğının qarşısını almaq. Xəstəliyin qarşısını almaq. Təhlükənin qarşısını almaq. – [Əhməd] ilk zərbələrin qarşısını almaq, ya da camaatı sakitləşdirmək üçün biriki söz deməyi lazım bildi. İ.Şıxlı. Qarşısını kəsmək – yolunu tutmaq, getməsinə, axmasına mane olmaq. Selin qarşısını kəsmək. – [Xəlil] qərara almışdı ki, daha “həvəsdibəsdi”, Bakıdan qayıdan kimi Sayadın qarşısını kəsəcək, üç il ürəyində dolanan sözləri onun üzünə deyəcək. İ.Məlikzadə.
Azərbaycan dilinin izahlı lüğəti / qarşı1 Qaraq (göz) sözü ilə qohumdur, “ön (göz) tərəf” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qarşı4 qarşı bax 1. əksinə 1; 2. ön; 3. üçün 1; 4. haqqında; 5. zidd, ziddinə
Azərbaycan dilinin sinonimlər lüğəti / qarşı1 QARŞI – ARXA Baxınız, qarşımı tutmuş bir axın; Güclüdən güclü, dənizdən daşqın (M.Müşfiq); Qız arxası üstə uzanıb kitab oxuyurdu (N.Nərimanov).
Azərbaycan dilinin antonimlər lüğəti / qarşı1 QARŞI I is. Müqabil tərəf, qabaq. Qarşısında ilk məhəbbətin canlı heykəlini gördü (Anar). QARŞI II qoşma Haqqında, barəsində. Ürəyində nənəsinə qarşı zərrə qədər də şübhə oyanmırdı (M.Hüseyn).
Azərbaycan dilinin omonimlər lüğəti / qarşı2 I в знач. сущ. qarşısı kimin, nəyin перёд (передняя, лицевая сторона чего-л.). Məktəbin qarşısı перёд школы, evin qarşısı перёд дома II послел. 1. kimə, nəyə qarşı против кого, чего. Günəşə qarşı против солнца, selə qarşı против потока (течения), müharibəyə qarşı против войны, faşizmə qarşı против фашизма, qripə qarşı против гриппа 2. kim, nə kimin, nəyin qarşısında (qarşımda, qarşında, qarşımızda, qarşınızda) перед кем, чем. Onun qarşısında перед ним, sarayın qarşısında перед дворцом, mənim qarşımda передо мной, çətinliklər qarşısında перед трудностями, müəllimin qarşısında перед учителем, qurultay qarşısında перед съездом, bayram qarşısında перед праздником 3. напротив. Kitab mağazasının qarşısında напротив книжного магазина 4. против (рядом с чем-нибудь написанным). Soyadının qarşısında kimin против фамилии чьей III прил. 1. встречный. Qarşı dalğa встречная волна, qarşı külək встречный ветер 2. противоположный, противолежащий. Qarşı bucaqlar противолежащие углы ◊ qarşı getmək kimə, nəyə идти, пойти против кого, чего.; qarşı qoymaq kimi, nəyi kimə, nəyə противопоставлять, противопоставить кого, что кому, чему; qarşı qoyulmaq противопоставляться; qarşı durmaq kimə, nəyə оказывать, оказать сопротивление, выступать, выступить против кого, чего; qarşı getmək kimə, nəyə идти против кого, чего; qarşı çıxmaq kimə, nəyə: 1. бороться против кого, чего 2. противопоставлять себя к ому, ч ему; qarşısını almaq kimin, nəyin предупреждать, предупредить (предпринимать, предпринять меры); qarşısını kəsmək преграждать, преградить путь к ому-, чему-л; qarşısında baş əymək kimin, nəyin склонить голову перед кем, чем; gözü qarşısında kimin перед глазами чьими, кого; qarşısında baş əydirmək kimə kimi n, nəyin скрутить в бараний рог кого, заставить склонить голову перед кем, перед чем; qarşısında diz çökmək упасть к ногам чьим -, преклонить колени перед кем; qarşısında durmaq 1) предстать перед кем, чем 2) устоять перед кем, перед чем, qarşısına məqsəd qoymaq ставить, поставить себе целью (делать что); qarşısında mil durmaq kimin вытягиваться, вытянуться в струнку перед кем
Azərbaycanca-rusca lüğət / qarşı1 I. i. the front, fore-part; ~ya gəlmək to come* to the front; ~sını almaq to prevent (from+ger.), to let* (d.) know* beforehand (of, about); ~sını kəsmək to bar (d.), to block up (d.) II. s. opposite; ~ tərəf the opposite side III. z. contrary, against; ~ getmək to act contrary; qaydaya ~ hərəkət etmək to act contrary to rules; ~ durmaq to show* / to offer / to put* up resistance; ~ çıxmaq to be* against (d.), to fight* (d. with, against), to struggle (with, against; for) bir kəsə / şeyə ~ çıxmaq to fight* against smb. / smth.; bir kəsin istəyinə / arzusuna ~ hərəkət etmək to act contrary to smb.’s wish / desire; O, mənim arzuma / istəyimə qarşı hərəkət etdi He / She acted against my will / desire / wish IV. qoş. against; küləyə ~ against the wind; axına ~ against the current; işığa ~ against the light; xəstəliyə ~ against the disease; Biz düşmənə qarşı mübarizə aparmalıyıq We must fight against the enemy
Azərbaycanca-ingiliscə lüğət / qarşı1 is. 1) façade f, ; məktəbin ~sı façade f de l’école ; 2) contre ; axına ~ contre le courant ; 3) contre, contrairement à ; iradəsinə ~ à contre-cœur ; de mauvais gré ; 4) en face de ; vis-à-vis ; 5) opposé, -e, inverse ; ~ bucaqlar angles m pl alternes ◊ ~ getmək aller vt (ê) à l’encontre de qn, de qch ; ~ durmaq résister vt, opposer (s’) ; faire face à qn ; ~ çıxmaq lutter contre qn, qch ; ~ sını almaq prévenir vi ; ~ sında baş əymək incliner (s’) devant qn, faire des courbettes devant qn ; ~ diz çökmək mettre (s’) à genoux devant qn, agenouiller (s’) devant qn
Azərbaycanca-fransızca lüğət / qarşı1 1. сущ. вилик пад, чин-чинал алай чка, къаншар; binanın qarşısı дараматдин къаншар; // qarşısında вилик, къаншарда; 2. прил. чин-чинал алай, вилик квай, къаншарда авай, вилик; qarşı gəlmək вилик атун, чин-чинал атун, дуьшуьш хьун, сад-садал гьалтун; 3. къушм. ччинал, патал, -диз; 4. къушм. къарши; акси, аксина; qarşı çıxmaq къарши экъечӀун, акси экъечӀун, женг тухун; qarşı tərəf къарши пад; qarşı getmək къарши фин, акси фин; qripə qarşı dərman гриппдиз къарши дарман; ** qarşısını almaq вилик пад кьун, са вакъиа, кар, азар ва мс. тахьун патал вахтунда тедбир акун; qarşısını kəsmək вилик пад атӀун (кьун), рехъ кӀевун, авахьуниз, авахьна финиз манийвал авун.
Azərbaycanca-ləzgicə lüğəti / qarşı