Qarisi döyüşü
Qarisi döyüşü — gürcülərdən təşkil edilmiş ordu bölmələri ilə Səfəvi ordusu arasında müasir Gürcüstanın Tetritsqaro məntəqəsində 1556-cı ildə baş tutmuş döyüş.
== Arxa plan ==
Hələ XVI əsrin birinci rübündə Səfəvilər Kartli və Kaxetiyanı tabe etməyə cəhd göstərmişdilər. Lakin onlar Gürcüstanın fəth olunması uğrunda ardıcıl mübarizəyə I Şah Təhmasibin dövründə başladılar. 1540–1554cü illərdə I Şah Təhmasib Gürcüstana dörd dəfə yürüş etmişdi. Farsdilli mənbələrə o, o cümlədən Həsən bəy Rumlunun məlumatına görə, I Şah Təhmasibin Gürcüstana yürüşləri 1540–1541, 1546–1547, 1551 və 1554-cü illərə təsadüf edir.
Münaqişənin əsası Amasya sülh müqaviləsindən dərhal sonra qoyuldu. Beləki, bu sülh müqaviləsinə görə əsasən gürcülərdən ibarət torpaqlar bu iki imperiya arasında nüfuz dairələrinə bölünürdü. Qərb torpaqları Osmanlı imperiyasının nüfuz dairəsində olmaqla birlikdə, şərqdəki Kartli və Kaxetiya çarlıqları, habelə Samtsxe knyazlığının şərq hissəsi Səfəvi imperiyasının nüfuz dairəsinə daxil olurdu. Lakin bu müqavilə imzalanan zamana qədər artıq uzun illər idi ki, Səfəvi ordusu gürcülərin paytaxtı hesab edilən Tiflis şəhərində yerləşdirilmişdi.
== Döyüş ==
Kartlidəki hökmdar I Luarsab tabe olmaq fikrində deyildi və Amasya sülhünün şərtləri bəlli olduqdan sonra onu tanımadığını elan etdi.