Qarasu sözü azərbaycan dilində

Qarasu

Yazılış

  • Qarasu • 96.7851%
  • qarasu • 1.8613%
  • QARASU • 1.3536%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qarasu
Qarasu (Hacıqabul) — Hacıqabul rayonunda kənd. Qarasu (Kürdəmir) — Kürdəmir rayonunda kənd. Qarasu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında qışlaq. Qarasu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonu ərazisində yaşayış məntəqəsi - qışlaq. Qarasu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda bulaq. Qarasu — Xəzər dənizində, Baki arxipelaqinda ada. Uzunluğu təqr.
Qarasu (Hacıqabul)
Qarasu — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Şirvan düzündə yerləşir. Bu oykonim Hacıqabul gölünə tökülən bataqlıq-göl və bunları birləşdirən qolların (uz. 134 km.) ümumi adı olan Qarasuyun adı ilə bağlıdır. Keçən əsrdə Ukaynanın Krım vilayətində Karasu, Rusiyanın Nijni Novqorod vilayətində Karasulino, Karasulixa yaşayış məntəqələri qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2929 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Ramiz Qasımov — Rusiya Federasiyasının əməkdar elm xadimi, Texnika Elmlər Doktoru, Professor, Rusiya təbiyyat elmləri akademiyasının, Dağ Elmləri Akademiyasının, Rusiya Təbiətşünaslıq Akademiyasının və Beynəlxalq İnformatizasiya Akademiyasının akademiki. Miryusif Mirnəsiroğlu — Azərbaycan yazıçısı və şairi. Talıbov Xalid — Bakı Şəhər İcra Hakimiyyətinin işçisi. İsgəndərov Əli - Azərbaycan universiteti tələbə qəbulu üzrə komissiyanın sədri == İqtisadiyyatı == 2011-ci ildə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Qarasu (Kürdəmir)
Qarasu — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Azərbaycan Respublikasının Milli Məclisi 26 dekabr 2006-cı il tarixli 217-IIIQ saylı qərarı ilə Şilyan kənd inzibati ərazi dairəsi tərkibindəki Şilyan kəndinin bir hissəsi Qarasu kəndi adlandırılmış və rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. == Toponimikası == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 3888 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Din == Kənddə Qarasu kənd məscidi dini icması fəaliyyət göstərir.
Qarasu bələdiyyəsi
Hacıqabul bələdiyyələri — Hacıqabul rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qarasu qalası
== Ümumi məlumat == Naxçıvan MR,Şərur rayonu,Gümüşlü qəsəbəsi yaxınlığında e.ə. II minilliyə və I minilliyin əvvəllərinə aid qala.Sahəsi 5 ha-dır.Terraslarda salınmış möhtəşəm qala divarları ilə iki hisəyə ayrılır.Aşağı terraslardakı hissənin iri daşlardan tikilmiş divarı var.İçqala (Narınqala) 50-60 metr aralıda dağdadır.Divarı kiçik daşlarla tikilib.Qalanın daxilində yonulmuş daşdan tikilmiş bina qalıqları var.Qarasu qalası Azərbaycanın qədim siklopik tikililərinə daxildir.Qalanın daxilində qayalıqda bir neçə su hovuzu da qazılıb.Arxeoloji qazıntılar zamanı qaladan dən daşları,obsidian və çaxmaqdaşından lövhələr,gil qablar,tunc bilərziklər və Erkən Dəmir dövrünə aid ox ucluqları tapılıb. Boyalı Qablar mədəniyyəti üçün səciyyəvidir.
Qarasu (Astara, İran)
Qarasu (fars. قره سوي‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,524 nəfər yaşayır (351 ailə).
Qarasu kobalt təzahürü
== Ümumi məlumat == Təzahür Qızılqaya dağından cənub-qərbdə Qarasuçayın sağ sahilində yerləşir. == Geoloji quruluşu == Təzahürün geoloji qurluşunda orta-turş tərkibli Üst santon yaşlı vulkanitlər iştirak edir. Qeyd olunan süxurlar Üst santon yaşlı ekstruziv kütlələrlə və qırılma strukturları ilə mürəkkəbləşmişlər. Burada qeyd olunan qırılmalar, əsasən şimalqərb istiqamətli olub güclü əzilmə, kaolinləşmə, bəzən limonitləşmə ilə müşayiət olunurlar. Bu zonaların qalınlığı 0,5 m.-dən 8-10 m.-ə kimi dəyişir. Zonaların bir çox intervalları manqan minerallaşması daşıyır. Bundan başqa bu zonaların bəzilərində yüksək radioaktivlik qeyd olunmuşdur. Radioaktivliyin təbiətini öyrənmək üçün 1964- 1965-ci illərdə burada xüsusi təyinatlı axtarış işləri aparılmış, nəticədə bu zonaların bir neçəsində kobaltın nibətən yüksək miqdarı 0,01-0,05%, bir zonada isə sənaye əhəmiyyətli miqdarı hər sınaqda 0,01-1,32% qeyd olunmuşdur.
Qarasu adası palçıq vulkanı
Qara su adası palçıq vulkanı — Bakıdan 70 km cənub-şərqdə, Hamamdağ-Daşlı adası antiklinal zonasında yerləşir. Bu, Bakı arxipelaqının ən böyük və aktiv ada vulkanlarından biridir. Qaz, su, neft pərdəcikli lilli su verən çoxlu sayda qrifon və salzalar vardır. Bu vulkanda ilk dəfə, XIX əsrin ikinci yarısında, 1876-cı ilin fevral və mart aylarında 2 püskürmə baş vermiş və püskürmə qazların yanması və hündür alov sütunu ilə müşahidə olunmuşdur. 1923-cü il püskürməsində 60–70 min m³ brekçiya yer səthinə çıxarılmışdır. Ən intensiv və uzunmüddətli (2 sutka) püskürmə 1977-ci ilin aprelində baş vermişdir. Nəhayət, sonuncu, alovsuz və brekçiyasız püskürmə 1993-cü ildə qeydə alınmışdır. Bu zaman adanın mərkəz və şərq hissəsində köhnə brekçiya örtüyündə parçalanma zonası (200 x 25–50 m) və bəzi yerlərdə uzunluğu 700 m-ə çatan və 1 m dərinliyində çoxlu çatlar əmələ gəlmişdir. Aşağıda 1977-ci il püskürməsinin qısa təsviri verilir (Ə.Ə.Yaqubov, Ad.A.Əliyev, 1978). Bu vulkan yarım əsrdən çox "qəflət yuxusu" vəziyyətdə olmuş və oyanaraq səmaya hündürlüyü 500 m olan alov sütunu tullamışdır.
Qarasu çayı
Mesta (Qarasu) çayı (bolq. Места), Nestos (yun. Νέστος) və ya Qarasu çayı — Bolqarıstan və Yunanıstanda çay. Çayın mənsəbi Egey dənizi hövzəsinə aiddir. Mesta Bolqarıstanın cənub-qərbində, Çerna Mesta və Byala Mesta çaylarının qovuşduğu yerdən Rila dağlarında yaranır. Bolqarıstan ərazisindən 126 km, Yunan Makedoniyası və Frakiyadan təxminən 104 km keçərək, Thassos adasının yaxınlığında dənizə tökülür.Mestanın ən böyük qolu Dospat çayıdır. Çerna-Mesta və Byala-Mestanın qovuşduğu yerdə su axını sürəti 14,62 m³/s-dən, Xacidimovo bölgəsində - təxminən 29,85 m³/s, Bolqarıstan və Yunanıstan sərhədi yaxınlığında təxminən 32 m³/s-dir == Coğrafiyası == Mesta Qarasu çayı başlanğıcını Rila dağlarından götürür. Thassos adası yaxınlığında Egey dənizinə tökülür. Əsasən metamorfik formasiyalar vasitəsilə yüksək kanyonlarla Egeyə enir. Sonda əsas axın Xrisoupoli şəhəri sahili düzənlik yerdə yayılır və Nestos Deltasını təşkil edən şirin su gölləri və gölməçələri ilə delta sistemi kimi genişlənir.
Tulip (Lalə) Qarasu
Tulip (Lalə) Qarasu (d. 1973) — əslən türk olan Hoqvarts tələbəsi. İlk dəfə "Harri Potter: Hoqvarts sirri" oyununda göstərilmişdir. == Tərcümeyi-hal == === Erkən həyat === Tulip 31 avqust 1973-cü ildə İrlandiyada anadan olmuşdur. Yarımqan bir sehrbaz hesab olunur. Onun valideyni çox ciddi bir həyat yaşamış və Sehr Nazirliyinin işçisi olaraq çalışmışdı. Bu da valideynlərindən gizli olaraq üsyankar bir ruhunun böyüməsi ilə nəticələndi. === Hoqvarts illəri (1984–1991) === ==== İlk illər ==== O, ilk dəfə Hoqvartsda oxuyarkən daha çox müstəqilliyə öyrəşmişdi və Azkabanla daha çox əlaqəsi var idi. Lənətə gəlmiş tonozlar ilk tədris ilində onun üçün əhəmiyyətli oldu. Tulip və Merula Yakobun gizli otağına daxil olmağı bacarmışdılar.
Mesta (Qarasu) çayı
Mesta (Qarasu) çayı (bolq. Места), Nestos (yun. Νέστος) və ya Qarasu çayı — Bolqarıstan və Yunanıstanda çay. Çayın mənsəbi Egey dənizi hövzəsinə aiddir. Mesta Bolqarıstanın cənub-qərbində, Çerna Mesta və Byala Mesta çaylarının qovuşduğu yerdən Rila dağlarında yaranır. Bolqarıstan ərazisindən 126 km, Yunan Makedoniyası və Frakiyadan təxminən 104 km keçərək, Thassos adasının yaxınlığında dənizə tökülür.Mestanın ən böyük qolu Dospat çayıdır. Çerna-Mesta və Byala-Mestanın qovuşduğu yerdə su axını sürəti 14,62 m³/s-dən, Xacidimovo bölgəsində - təxminən 29,85 m³/s, Bolqarıstan və Yunanıstan sərhədi yaxınlığında təxminən 32 m³/s-dir == Coğrafiyası == Mesta Qarasu çayı başlanğıcını Rila dağlarından götürür. Thassos adası yaxınlığında Egey dənizinə tökülür. Əsasən metamorfik formasiyalar vasitəsilə yüksək kanyonlarla Egeyə enir. Sonda əsas axın Xrisoupoli şəhəri sahili düzənlik yerdə yayılır və Nestos Deltasını təşkil edən şirin su gölləri və gölməçələri ilə delta sistemi kimi genişlənir.
Göllər Qarasufi (Çaroymaq)
Göllər Qarasufi (fars. گللرقره صوفي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Qarasubasar mahalı
Qarasubasar mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. == Tarixi == İndiki Ucar, Zərdab, Ağdaş və Kürdəmir rayonlarının ərazisində mövcud olmuşdur. == Əhalisi == 1821-ci ildə 10 kənddə (Şilyan, Qarabörklü, Birinci Lək, İkinci Lək, Əlvənd, Tilanköyün, Muradxan, Xələc, Zərdab, Çallı) 815 ailə yaşayırdı. == İqtisadiyyatı == Qarasubasar mahalının sakinləri əkinçilik və baramaçılıq, pambıqçılıqla məşğul olurdular. Mahalın naibi Rəhim bəy idi. == İstinadlar == == Həmçinin bax == Şirvan xanlığı == Xarici keçidlər == Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03. Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru.
Qarasuq mədəniyyəti
Qarasuq mədəniyyəti—Tunc dövrünə aid arxeoloji mədəniyyət. == Tarixi == Andronovo mədəniyyətinin inkişaf etməsi və yayılması eyni zamanda proto-Türk yayılması və inkişafını göstərir. Bu mədəniyyət Altaylarda davam etdiyi sırada Minusinsk bölgəsində miladdan öncə 1000-ci illərdə Qarasuq mədəniyyəti adı verilən yeni bir mədəniyyət görünməyə başlayır. Miladdan öncə 800-cü illərdə Altaylarda və Minusinsk civarındakı bozqırlarda atlı köçərilər tamamilə hakim olmuşdur. Bəzi Monqol boylarının da atlı köçərilər halında yaşadığı anlaşılır. Bu tarixlərdə Qarasuq mədəniyyəti, yerini Altaylarda Mayəmir mədəniyyəti və Minusinskdə Taqar mədəniyyətinə buraxdı.
Qarasuqumlaq
Qarasuqumlaq — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Qarasuqumlaq bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qarasuvbazar
Qarasuvbazar ya da Beloqorsk (1944-cü ilə qədər Qarasubazar; ukr. Білогірськ, krımtat. Qarasuvbazar, Къарасувбазар) — Krım yarımadasında yerləşən şəhər. İnzibati cəhətdən Ukrayna, Krım Muxtar Respublikası, Beloqorski rayonu ərazisinə daxildir. == Coğrafiyası == Böyük-Qarasu çayı sahilində, Krımın paytaxtı Simferopol şəhərindən 42 km şərqdə yerləşir. Simferopolu Krımın şərqi ilə birləşdirən magistral yolu keçir (Sudak, Feodosiya, Kerç). == Adı == Şəhərin tarixi adı Qarasubazar olmuşdur. Krım-tatar dilində işlənən bu şəhər adı «Qarasuda bazar» mənasını verir. Şəhər ərazisindən kiçik olan Böyük-Qarasu çayı axır. Yunanlar isə şəhəri Mavron Kastron (Qara qəsr) olaraq adlandırırdılar.
Qarasuçay
AzərbaycandaQarasuçay (Goranboy) — Goranboy rayonu ərazisində çay. Kür çayının qoludur; Qarasuçay (Qəbələ) — Qəbələ rayonu ərazisində çay. Türyançayın qoludur; Qarasuçay (Laçın) — Laçın rayonu ərazisində çay. Ağoğlançayın qoludur; Qarasuçay (Oğuz) — Oğuz rayonu ərazisində çay. Qarasuçay (Şəmkir) — Şəmkir rayonu ərazisində çay. Kür çayının qoludur; Qarasuçay (Zaqatala) — Zaqatala rayonu ərazisində çay. Qanıxçayın qoludur; Qarasuçay (Zərdab) — Zərdab rayonu ərazisində çay. Qarasuçay (Uçar) — Ucar, Kürdəmir, Sabirabad, Əli Bayramlı rayonlarında Kür çayının qədim yatağı ilə axan çay. Qarasuçay — Araz çayının cənubundan qəbul etdiyi qol da Qarasu adlanır.İrandaQarasuçay (Ərdəbil) — İranın Şərqi Azərbaycan ostanında çay.
Qarasuçay (Goranboy)
Qarasuçay — Goranboy rayonu ərazisində çay. == Haqqında == Kür çayının qoludur.
Qarasuçay (Laçın)
Qarasuçay — Laçın rayonu ərazisində çay. == Haqqında == Ağoğlançayın qoludur.
Qarasuçay (Oğuz)
Qarasuçay — Oğuz rayonu ərazisində çay. == Haqqında == Əlicançayın sağ qoludur. Başlıca olaraq Həftəran vadisində üzə çıxan yeraltı sulardan qidalanır.
Qarasuçay (Qəbələ)
Qarasuçay — Qəbələ rayonu ərazisində çay. == Haqqında == Türyançayın qoludur.
Qarasuçay (Uçar)
Qarasuçay — Ucar, Kürdəmir, Sabirabad, Əli Bayramlı rayonlarında Kür çayının qədim yatağı ilə axan çay. == Haqqında == Çay, əslində, Göyçayın davamı olub, bataqlıq-göl və bunları birləşdirən qollardan ibarətdir. Göyçay, Girdimançay və Ağsuçayın sularından əmələ gəlir və Hacıqabul gölünə tökülür. Yay zamanı suyu çox azalır. Çayda balıq ovlanır. Qarasu bataqlığı, Şirvan Qarasuyu da adlanır.
Qarasuçay (Zaqatala)
Qarasuçay — Zaqatala rayonu ərazisində çay. == Haqqında == Qanıxçayın qoludur.
Qarasuçay (Zərdab)
Qarasuçay — Zərdab rayonu ərazisində çay. == Haqqında == Türyançayın aşağı axarından ayrılan qoldur.
Qarasuçay (Şəmkir)
Qarasuçay — Şəmkir rayonu ərazisində çay. == Haqqında == Kür çayının qoludur.
Qarasuçay (Ərdəbil)
Qarasuçay — İranın Şərqi Azərbaycan ostanında çay. Başlanğıcını Boqrovdağ silsiləsinin şimal hissəsindən götürür, Ərdəbilin şimal tərəfindən axır, burada ona Balığlıçay qovuşur, sonra Əhərçay ilə qovuşana qədər şimal-qərbə axır, burada o şimala burulur və Qaracadağla Salavat dağı arasından keçərək Aslandüz rayonunda Araza qovuşur. Aşağı axarında çayın eni 100 m çatır, orta axarında 20–50 m arası dəyişir, yuxarı axarında isə dayaz bulaq kimidir.
Qarasuçu
Qarasuçu — Azərbaycan Respublikasının Goranboy rayonunun Hazırəhmədli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Qarasuçu kəndi Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsini XIX əsrdə maldarlıqla maşğul olmuş qarasuçu adlı icma salmışdır. Toponimin tərkibindəki -çu şakilçisi əslində -lu şak.-sinin ekvivalentidir. Bu ad "Qarasu ətrafinda yaşayanlar, qarasulular" mənasını bildirir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 383 nəfər əhali yaşayır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.38 dəfə / 1 mln.
2003 •••• 1.18
2004 ••••••••••• 3.71
2005 •••••••••••••••••••• 6.75
2006 ••••••••••••••••• 5.41
2007 ••••••••••• 3.59
2008 •••••••••• 3.17
2009 ••••• 1.44
2010 •••••• 1.72
2011 ••••••• 2.32
2012 ••••• 1.38
2013 •••• 1.02
2014 •••••••• 2.57
2015 •••• 1.19
2016 •••••••• 2.43
2017 •••••• 1.79
2018 •••••••••• 3.15
2019 •••••••••• 3.06
2020 •••••••••• 3.05

qarasu sözünün etimologiyası

  • 1 Qalukoma xəstəliyinə el arasında qarasu deyirlər. Buradakı qara sözü sifət deyil və rəng bildirmir, həmin kəlmə göz (qaraq) deməkdir, qarasu məfhumu isə gözsuyu (qarasuyu) sözünün dəyişmiş formasıdır. Gözümün qarası ifadəsi sinonimlər birləşməsidir, əvvəlcə gözümün qarağı (gözümün gözü, yəni зрачок) kimi olub, sonra dəyişikliyə məruz qalıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti) Bulaqların bəzilərinin suyu içmək üçün az yararlıdır. Belə suya qarasu deyilir. Bulaq suyu daşdan sızanda tərkibi daha yararlı olur, birbaşa torpaqdan sızanda yararsız olur (köp verir və s.). Qara –“torpaq” deməkdir. Qarasu tor­paq­dan sızan bulaqdır (hərfi mənası “torpaq suyu” deməkdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qarasu

qarasu sözünün rus dilinə tərcüməsi

  • 1 1 сущ. мочажина, мочага (тонкое низкое, углубленное место, наполненное водой) 2 сущ. разг. бельмо, мед. катаракта (болезнь хрусталика глаза, сопровождаемая его помутнением)

    Azərbaycanca-rusca lüğət / qarasu

qarasu sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(İmişli) uşaq oyunu adı Qarasu enməx’ (Qazax) – yorulmaq. – Büyün oxartan gəzmişəm kin daneyi, qarasu ənif baldırra:ma

Azərbaycan dilinin dialektoloji lüğəti.

"qarasu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qarasu nədir? #qarasu sözünün mənası #qarasu nə deməkdir? #qarasu sözünün izahı #qarasu sözünün yazılışı #qarasu necə yazılır? #qarasu sözünün düzgün yazılışı #qarasu leksik mənası #qarasu sözünün sinonimi #qarasu sözünün yaxın mənalı sözlər #qarasu sözünün əks mənası #qarasu sözünün etimologiyası #qarasu sözünün orfoqrafiyası #qarasu rusca #qarasu inglisça #qarasu fransızca #qarasu sözünün istifadəsi #sözlük