qaravul sözü azərbaycan dilində

qaravul

Yazılış

  • qaravul • 94.2857%
  • Qaravul • 5.7143%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağ Qaravullar (Finlandiya)
Ağ Qvardiya (fin Suojeluskunta, isv. Skyddskår, tərc. müdafiə korpusu) - Ağlara bağlı olaraq 1918-ci ildə qurulmuş yarımhərbi mühafizə qüvvəsi. Finlandiya vətəndaş müharibəsində Sovetlər Birliyinin dəstəklədiyi Qırmızılara qarşı əldə edilən qələbədə böyük rolu vardır. Finlandiyada Souyeluskunta olaraq bilinir, ingilis dilində isə bir çox tərcüməsi var: Müdafiə Korpusu, Təhlükəsiz Keşikçiləri, Sivil Qvardiya, Milli Mühafizəçilər, Ağ Milislər və s. Ancaq Qərbdə daha çox qırmızıların tam əksi olan Ağ Qvardiya olaraq bilinirlər. Finlandiya Ağ Ordusu çox sayda təcrübəsiz əsgər, təzə əsgərə yazılanlar və yarımhərbi qruplardan təşkil olunmuşdu. 1905 rus inqilabı sosiaa və siyasi narahatlığa və Finlandiyadakı təhlükəsizliyin sarsılmasına səbəb oldu. Sivil milislər buna reaksiya olaraq qurulmuş, ancaq bu siyasi (sol-sağ) bir struktura çevrilmişdi. 1917 rus inqilabı və sonra da Finlandiyanın müstəqilliyini elan etməsi ölkədə toqquşmaları özüylə gətirmişdir.
Qaravuldaş
Qaravuldaş — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Yardımlı rayonunun Avaş kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qaravuldaş kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Qaravultomba
Qaravultomba — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Gədəbəy rayonunun ən qədim kəndlərindən biridir. Qaravultomba oyk. Gədəbəy r-nunun Kiçik Qaramurad i.ə.v.-də kənd. Orta dağlıq qurşaqdadır. Oykonim qaravul (gözətçi məntəqəsi, keşikçi) və tomba (türk dillərində “yüksəklik, təpə, baş”mənalarında işlənir) komponentlərindən düzəlib, ərazidəki eyniadlı təpənin adını daşıyır. Kənd dağlıq ərazidə yerləşir. Kənddə 1000-ə yaxın ev var. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 482 nəfər əhali yaşayır. Kənd əhalisi əsasən kənd təsərrüfatı, xüsusilə kartofçuluq və heyvandarlıqla məşğul olur.
Qaravultəpə
Qarovultəpə dağı (Babək) Qarovultəpə dağı (Kəngərli) Qaravultəpə — Lerik rayonu ərazisində dağ. Hündürlüyü 1928 m. Qaravultəpə — Şərur rayonunun şimal hissəsində dağ. Hündürlüyü 1584 m.

qaravul sözünün leksik mənası və izahı

"qaravul" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qaravul nədir? #qaravul sözünün mənası #qaravul nə deməkdir? #qaravul sözünün izahı #qaravul sözünün yazılışı #qaravul necə yazılır? #qaravul sözünün düzgün yazılışı #qaravul leksik mənası #qaravul sözünün sinonimi #qaravul sözünün yaxın mənalı sözlər #qaravul sözünün əks mənası #qaravul sözünün etimologiyası #qaravul sözünün orfoqrafiyası #qaravul rusca #qaravul inglisça #qaravul fransızca #qaravul sözünün istifadəsi #sözlük