Qaraqum sözü azərbaycan dilində

Qaraqum

Yazılış

  • Qaraqum • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qaraqum
Qaraqum səhrası — Qaraqum səhrası. Cənub-şərqi Qaraqum — Orta Asiyanın cənubunda və Türkmənistanın cənub-şərqində yerləşən səhra. Qaraqum (Alma-ata dairəsinin cənubunda səhra) — Alma-ata dairəsinin cənubunda səhra. Qaraqum (Alma-ata dairəsinin şimalında səhra) — Alma-ata dairəsinin şimalında səhra.
Mərkəzi Qaraqum
Mərkəzi Qaraqum (türkm. Merkezi Garagum) — Türkmənistan ərazisində, Qaraqum səhrasının mərkəzində səhra. Alcaq düzənliyi əhatə edir. Zaunquz Qaraqumu ilə arasında plato yerləşir. 1972-ci ildə Mərkəzi Qaraqum rus arxeoloqu Viktor İvanoviçin rəhbərlik etdiyi ekspedisiya hesabına məhşurlaşmışdır. Belə ki, ekspedisiya nəticəsində qumların altında nəhəng və qədim şəhərin qalıqları aşkarlanmışdır . Daimi əhaliyə sahib deyildir. Səbəb qrunt sularının olduqca minerallaşmasıdır. Mərkəzi Qaraqum ərazisindən eyni adlı qaz kəmərinin tikintisi planlaşdırılır.
Qaraqum kanalı
Qaraqum kanalı (türkm. Garagum kanaly) — SSRİ dönəmində inşa edilən və uzunluğu 1445 km olan kanal. Kanal Türkmənistanın cənub və cənub-qərb regionlarının su təminatına xidmət edir. Çağdaş Türmənistanda Qaraqum çayı olaraq adlandırılır. == Coğrafiya == Kanal Amudəryanın Atamurat şəhərinin yuxarı hissəsindən başlayaraq Qaraqum səhrasının qumlu cənub-şərq hissəsinədək axaraq qədim Mərv vahəsinə keçir. Buradan Murqab çayı və Tecen çayı yaxınlığından axaraq Kopetdağ öndağlığına istiqamətlənir. Kanalın eni 200 metr, maksimal dərinliyi isə 7,5 m təşkil edir. Kanalın əvvəlində su sərfiyyatı 600 m³/s-dir. Kanal öz güçünə yatağı boyunca axır. Hətta 450 km məsafəfə gəmiçilik üçün yararlıdır.
Qaraqum səhrası
Qaraqum səhrası (Türkmən dilində mənası - "Kara-Kum" və ya "Qara Kum", Rus dilində isə, "Karakumy" ) — Mərkəzi Asiyanın cənubunda yerləşən, dünyanın sahəsinə görə ən böyük 12-ci səhrası. Türkmənistan ərazisinin təqribən, 70%-ni əhatə edir. Səhranın Qazaxıstan ərazisində yerləşən və Aral gölününün sahillərini təşkil edən hissəsi "Aral Qaraqumu" adlanır. == Fiziki xüsusiyyətləri == Sahəsi təqribən 350 000 km² (135.000 mil²) -a yaxın olan Qaraqum səhrası şərqdən qərbə 800 km, şimaldan cənuba 500 km məsafədə uzanır. Şimaldan Sarıqamış gölünün hövzəsi ilə, şimal-şərq və şərqdən Amudərya çayı ilə, cənub-şərqdən Qarabil təpəlikləri və Badxız çöllü-təpəli (steplər) regionu ilə, cənub və cənub-qərbdən Kopetdağ silsilələri ilə, qərb və şimal-qərbdən isə qədim Uzboy çayının vadisi ilə sərhədlənir. Səhra üç hissədən ibarətdir : səhranın şimal, şimal-qərb hissələri Zaunquz Qaraqumu, mərkəzi hissəsi Mərkəzi Qaraqum, cənub, cənub-şərq və şərq hissələri isə duz bataqlıqları ilə zəngin olan Cənub-Şərq Qaraqumu adlandırılır. Səhranın şimal-qərb hissəsində eol mənşəli (küləyin yaradıcı fəaliyyəti nəticəsində yaranan təbii landşaft) təpəciklər və tirələr vardır. . Zaunquz Qaraqumu güclü küləklərin denudasiya proseslərinə məruz qalaraq, səth hissəsi kəskin aşınmaya və eroziyaya uğramışdır. Mərkəzi Qaraqum Xəzər dənizi sahillərindən, Amudərya çayının vadisinə qədər olan hamar səthi əhatə edir. Burada, küləyin landşafta təsiri daha böyük olub, səthdə 75-90 metr hündürlükdə dyunlar əmələ gətirmişdir.
Cənub-şərqi Qaraqum
Cənub-şərqi Qaraqum (türkm. Günorta-Gündogar Garagum) — Orta Asiyanın cənubunda və Türkmənistanın cənub-şərqində yerləşən səhra. Qaraqum səhrasının tərkibinə daxildir. == Coğrafiyası == Səhra Amudərya və Tecen çayları arasənda qərarlaşır. Cənub-şərqi Qaraqum ilə Mərkəzi Qaraqumun sərhədindən Tecen Çarcou dəmir yolu keçir. Cənub-şərqi Qaraqum kifayət qədər düzəngahdır. Hündürlük 50–200 m arasında dəyişir. Qum silsilələri 3–30 m hündürlüyə, 150-200 metr uzunluğa malik olur. Burada barxanlara, şoranlıqlara və takırlara rast gəlmək olur. Cənub-şərqi Qaraqum səhrasında qədim çayın yadağı yerləşir ki, hazırda Qaraqum kanalı axarlar hərəkət edir.
Qaraqum (Almatı dairəsinin cənubunda səhra)
Qaraqum (Almatı dairəsinin cənubunda səhra) — Almatı vilayətinin cənub-şərqində yerləşən qumlu səhra. İli çayının vadisinin şimal hissəsində qərarlaşır. Usek çayı qərbdən, Xorqos çayı ilə şərqdən və cənubdan isə İli çayı ilə əhatələnir. Orta hündürlüyü 350–400 m təşkil edir. Maksimal hündürlüyü isə 657 metrdir. Qumlu səhranın sahəsi 800 km² təşkil edir. Əraziyə qumlar çay ətrafı vadilərdən gəlir. Səhra ətrafında Eltay, Ulken, şıqan və digər yaşayış məntəqələri vardır. Ərazisindən Хоrqos çayı axır.
Qaraqum (Almatı dairəsinin şimalında səhra)
Qaraqum (Almatı dairəsinin şimalında səhra) — Almatı vilayətinin şimalında yerləşən qumlu səhra. Balxaş gölü ilə Sasınkol arasında yerləşən ərazini əhatə edir. Şimaldan elə də hündür olmayan Arkalı silsiləsi ilə əhatələnir. Cənuba doğru isə qumluqlar Lepsı və Teken çaylarının hövzəsindən Andreevka yaşayış məntəqəsinə qədər uzanır. Ətraf ərazilərində Akbalık, Kuraksu, Eltay, Jarsuat və Uçaral yaşayış məntəqələri yerləşir. Şimal hissəsindən quruyan Ayaquz çayı mövcuddur.
Qaraqum (Alma-ata dairəsinin cənubunda səhra)
Qaraqum (Almatı dairəsinin cənubunda səhra) — Almatı vilayətinin cənub-şərqində yerləşən qumlu səhra. İli çayının vadisinin şimal hissəsində qərarlaşır. Usek çayı qərbdən, Xorqos çayı ilə şərqdən və cənubdan isə İli çayı ilə əhatələnir. Orta hündürlüyü 350–400 m təşkil edir. Maksimal hündürlüyü isə 657 metrdir. Qumlu səhranın sahəsi 800 km² təşkil edir. Əraziyə qumlar çay ətrafı vadilərdən gəlir. Səhra ətrafında Eltay, Ulken, şıqan və digər yaşayış məntəqələri vardır. Ərazisindən Хоrqos çayı axır.
Qaraqum (Alma-ata dairəsinin şimalında səhra)
Qaraqum (Almatı dairəsinin şimalında səhra) — Almatı vilayətinin şimalında yerləşən qumlu səhra. Balxaş gölü ilə Sasınkol arasında yerləşən ərazini əhatə edir. Şimaldan elə də hündür olmayan Arkalı silsiləsi ilə əhatələnir. Cənuba doğru isə qumluqlar Lepsı və Teken çaylarının hövzəsindən Andreevka yaşayış məntəqəsinə qədər uzanır. Ətraf ərazilərində Akbalık, Kuraksu, Eltay, Jarsuat və Uçaral yaşayış məntəqələri yerləşir. Şimal hissəsindən quruyan Ayaquz çayı mövcuddur.
Aral Qaraqumu
Aral Qaraqumu- qumlu səhra, Qazaxıstanın ön Aral regionunda yerləşir. Şimal-şərqdən Aral dənizi, cənubdan isə Sırdərya ilə əhatələnir. == Təbiəti == Ərazi əsasən düzənlik olsa da, Aral gölünə doğru səthin enişi müşahidə edilir. Səthin hündürlüyü 55–118 m təşkil edir. Ərazi əsasən qumluq sahələrdən ibarətdir. Burada səthi əsasə yarımkol bitkiləri üstünlük təşkil edir. Qumlar hətta 5–25 m hündürlüyə malik olan təpəçiklər əmələ gətirirlər. Burada bitkilərin kökləri hətta 3-8 metr dərinliyə qədər gedə bilirlər. Ümumi boyunca hövzəsində şoranlıqlar mövcuddur. Takırlar ərazini bütünlüklə örtür.
Zaunquz Qaraqumu
Zaunquz Qaraqumu (Şimal Qaraqumu; türkm. Üňüzaňyrsy Garagum) — Mərkəzi Asiyanın cənubunda, Türkmənistanın şimalında yerləşən qumlu səhra. Qaraqum səhrasının tərkib hissəsini təşkil edir. Sahəsi 102 000 km² təşkil edir. Səhra bölgənin geoloji baxımdan ən qədim hissəsidir. Meridian istiqamətdə hündürlüyü 80—100 metr olan silsilələr keçir. Cənub hissədə hündürlüyü 60–160 m olan pilləvari eniş müşahidə edilir. Unquz çökəkliyi ən dayaz nöqtədir. Geniş sahədə takırlara rast gəlinir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.27 dəfə / 1 mln.
2004 •••••• 1.01
2005 •••••••••••••••••••• 3.37
2006 •••••••••••••••••• 2.93
2007 •• 0.21
2009 ••••• 0.80
2010 •• 0.18
2011 0.09
2017 0.16

"qaraqum" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qaraqum nədir? #qaraqum sözünün mənası #qaraqum nə deməkdir? #qaraqum sözünün izahı #qaraqum sözünün yazılışı #qaraqum necə yazılır? #qaraqum sözünün düzgün yazılışı #qaraqum leksik mənası #qaraqum sözünün sinonimi #qaraqum sözünün yaxın mənalı sözlər #qaraqum sözünün əks mənası #qaraqum sözünün etimologiyası #qaraqum sözünün orfoqrafiyası #qaraqum rusca #qaraqum inglisça #qaraqum fransızca #qaraqum sözünün istifadəsi #sözlük