qafil sözü azərbaycan dilində

qafil

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qafil • 53.8462%
  • Qafil • 44.0559%
  • QAFİL • 2.0979%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ələkbər Qafil
Ələkbər Qafil (1818, Şamaxı – 1891, Şamaxı) — Azərbaycan şairi. Şamaxıda “Beytüs-Səfa” ədəbi məclisinin üzvü. Ələkbər Qafil 1828-ci il dekabrın 4-də Şamaxıda anadan olub. Təhsilini doğma şəhərindəki mədrəsədə almışdır. Bacarıqlı şair kimi tanınan Ələkbər Qafil o dövrün ŞAmaxı ədəbi mühitində məşhur olan Beytüs-səfa ədəbiyyat çevrəsinin üzvü olmuşdur. Bu ədəbiyyat çevrəsinə Seyid Əzim Şirvani də daxil olmaqla, o dövrün bölgədəki məşhur şairləri daxil olmuşdur. Qafil həyatının sonuna qədər Şamaxıda yaşamış və 22 aprel 1892-ci ildə elə burada da vəfat etmişdir.

qafil sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] 1. Nə edəcəyini və başına nə gələcəyini irəlicədən düşünməyib, işini boş tutan; qəflətdə olan; ehtiyatsız, diqqətsiz, xəbərsiz. Qafil xortdan, bu nə xabiqəflətdir ki, uyubsan! Ə.Haqverdiyev. Bu qafil qıza mənim yazığım gəlirdi. M.S.Ordubadi. // İs. mənasında. Üzünü güzgüyə qeybətdə oxşadan qafil; Toxunsa üz-üzə, olmazmı ara yerdə xəcil? Füzuli. Ey qafil, özündən sənin ancaq xəbərin var! M.Ə.Sabir. □ Qafil olmaq – qəflət etmək: ehtiyatsız (diqqətsiz, xəbərsiz) olmaq, fürsəti əldən çıxarmaq, ehtimal etmək. Olma qafil, ər kimi tərpən, işin mərdanə tut. Füzuli. Vermişəm sən təki bimehrə könül qafil olub; Olmuşam indi yaman yerdə peşiman, əfsus! S.Ə.Şirvani. Dəxi nə deyirsən, sözün nədir, niyə qafil olursan? C.Məmmədquluzadə. 2. Ansızın, gözlənilməz, nagahani, qəfil. Məni hicriylə bir halə salıb gülüzlü ol dilbər; Ki, yüz yol istərəm çatsın əcəl, qafil ölüm hər an. Heyran xanım.

    Azərbaycan dilinin izahlı lüğəti / qafil
  • 2 karvan, yola çıxan dəstə; xəbərsiz, diqqətsiz, fürsəti əldən verən.

    Azərbaycan kişi adlarının izahlı lüğəti / qafil
  • 3 QAFİL1 ə. 1) qayıdan, dönən; 2) qapayan, bağlayan. QAFİL2 ə. 1) qəflətdə olan, heç şeydən xəbəri olmayan; 2) diqqətsiz, etinasız.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / qafil

qafil sözünün sinonimləri (yaxın mənalı sözlər)

qafil sözünün rus dilinə tərcüməsi

  • 1 прил. 1. неожиданный, внезапный; скоропостижный. Qafil ölüm скоропостижная смерть 2. невнимательный; небрежный; qafil olmaq быть в неведении

    Azərbaycanca-rusca lüğət / qafil

qafil sözünün inglis dilinə tərcüməsi

qafil sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. 1) inattendu, -e, inopiné, -e, brusque, imprévu, -e ; ~ ölüm mort f subite ; 2) inattenti//f, -ve ; négligent, -e ; nonchalant, -e ; ~ olmaq être ignorant, -e

    Azərbaycanca-fransızca lüğət / qafil

qafil sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил. 1. гъафил; вуч ийидатӀа ва кьилел вуч къведатӀа виликамаз фагьум тавуна вичин кар буш кьадай; дуьньядикай хабар авачир; игьтиятсуз, дикъетсуз, хабарсуз; // сущ. гъафил кас, буьндуьгуьр; qafil olmaq гъафил хьун, игьтиятсуз (дикъетсуз, хабарсуз) хьун, фирсет гъиляй ахъаюн, игьтимал авун; 2. садлагьана (хьайи, атай, жедай), хабарни авачиз (хьайи, атай, жедай), гьасятдин (мес. ажал, кьиникь).

    Azərbaycanca-ləzgicə lüğəti / qafil

qafil sözünün türk dilinə tərcüməsi

"qafil" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qafil nədir? #qafil sözünün mənası #qafil nə deməkdir? #qafil sözünün izahı #qafil sözünün yazılışı #qafil necə yazılır? #qafil sözünün düzgün yazılışı #qafil leksik mənası #qafil sözünün sinonimi #qafil sözünün yaxın mənalı sözlər #qafil sözünün əks mənası #qafil sözünün etimologiyası #qafil sözünün orfoqrafiyası #qafil rusca #qafil inglisça #qafil fransızca #qafil sözünün istifadəsi #sözlük