Mirzə İsmayıl Qasir
Mirzə İsmayıl Qasir (1805, Ağdaş – 1900, Lənkəran, Lənkəran qəzası) — XIX əsr Azərbaycan şairi.
Mirzə İsmayıl Qasir (Mirzə İsmayıl Səlim oğlu Axundov) 1805-ci ildə Şamaxı qəzasının (indiki Ağdaş rayonunun) Ləki kəndində anadan olub. İlk təhsilinədə elə Ləkidə mədrəsədə yiyələnib. Yetkinlik yaşında Mirzə İsmayıl doğma kəndini tərk eləyir və o zamandan ömrünün axırına qədər Lənkəranda yaşayır. 1883-1900-cü illərdə Lənkəran ikisinifli ibtidai məktəbində ana dili və şəriət müəllimi vəzifəsində işləmişdir. Mirzə İsmayıl Qasirin ədəbi yaradıcılığı demək olar Lənkəranda yaşadığı dövrə təsadüf eləyir.19-cu əsrin 40-50-ci illərində Azərbaycanda şairlərin əsas məsləhət,müzakirə və mübahisə yeri ədəbi məclislər idi. Mirzə İsmayıl Qasirdə təxminən 19-cu əsrin 40-50-ci illərinin ortalarında Lənkəran şəhərində belə bir məclis qurmuşdu. Məclisin adı "Fövcül-füsəha" adlanırdı. "Fövcül-füsəha"nın mənası "gözəl danışanlar dəstəsi" deməkdir. Mənbələrdə deyildiyinə görə bu yığıncaqlarda müxtəlif peşə sahibləri iştirak edirdilər.