Qasım sözü azərbaycan dilində

Qasım

Yazılış

  • Qasım • 99.1660%
  • QASIM • 0.5560%
  • qasım • 0.2780%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abdal Qasım
Abdal Qasım — çoxsayda lətifə yaradıcısı, iştirakçısı kimi tanınan real folklor personajı. Abdal Qasım Qarabağ bölgəsində tanınan şəxslərdən olub. Onun haqqında ən dolğun məlumat Bəylər Məmmədovun "Qarabağın baməzə adamları" kitabında verilmişdir. Həmin məlumatlara əsasən Abdal Qasım (1873-1921) Ağdamın Abdal-Gülablı kəndində anadan olmuşdur. Əvvəl əkinçiliklə, son​ra xırda alış-verişlə məşğul olmuş, gülməli səhnəciklər, əyləncəli sirk oyunları ilə xalqın qarşısında çıxışlar etmişdir. O, hər yerdə zəhmətkeşləri müdafiə etmiş, haqsızlığa, ədalətsizliyə qarşı çıxmışdır. Çox güclü olan Abdal Qasım məqsədinə çatmaq üçün təkcə iti təfəkkürünə arxalanmamış, yeri gələndə fiziki gücündən də istifadə etmişdir. Onun məzəli sözləri, lətifələri xalqın söz yaddaşında qalmış, dildən-dilə keçərək müasir dövrə qədər gəlib çıxmışdır. Abdal Qasım haqqında lətifə və rəvayətləri ən çox nəşr etdirən folklorşünas Təhmasib Fərzəliyev olmuşdur. Abdal Qasımın altı lətifəsi isə B.Məmmədovun kitabında özünə yer almışdır.
Qasım
Qasım — kişi adı. Qasım QasımovQasım Qasımov (mühəndis) Qasım Qasımov (siyasətçi) Qasım Qasımov (repressiya qurbanı)Qasım Abdullayev (xanəndə) — xanəndə. Qasım Rzayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Qasım İsmayılov — Azərbaycan siyasətçisi Xəstə Qasım — XVIII əsr Azərbaycan aşığı.
Aşıq Qasım
Aşıq Qasım (1867, Qaracəmirli, Yelizavetpol qəzası – 1919, Qaracəmirli, Gəncə quberniyası) — XIX əsr Azərbaycan aşığı. == Həyatı == AŞıq Qasım 1867-ci ildə Şamxorun Qaracəmirli kəndində anadan olub və 1919-cu ildə buradaca dünyasını dəyişib. Şəmkirli Aşıq Hüseynin şagirdi olan Qasım dövrünün məşhur aşıqlarından imiş. Gəraylı, qoşma, təcnis və müxəmməslər yazan Qasım özündən sonra gələn aşıqlara çox böyük təsir göstərmişdir. Saz-söz məclislərindən birində o usta aşıqların bir çoxunu tərifləyəndən sonra müəllimi Şəmkirli aşıq Hüseynin hamıdan bir baş yuxarı olduğunu belə təsvir etmişdir: Aşıq Qasımın çoxlu sayda bənzətmələri də var. Hazırda Şəmkir rayonunun Qaracəmirli və Talış kəndlərində, Şəmkir, Gəncə və Bakı şəhərlərində Aşıq Qasım nəsilinin üzvləri yaşayırlar. Həmin nəsil xalq arasında "Aşıqlı nəsilı" adı ilə məşhurdur. Soyadları isə onun adı ilə bağlı olaraq "Qasımov/Qasımlı" olaraq adlandırılmışdır. == Mənbə == Azərbaycan aşıqları və el şairləri. II cild.
Keit Qasım
Keit Qasım — Hamrin bölgəsində (Mərkəzi Mesopotamiya) eramızdan əvvəl 5-ci minilliyin birinci yarısından başlayaraq üçlü yaşayış təbəqəsinə malik arxeoloji abidə.
Məşədi Qasım
Məşədi Qasım Hacı Kərim oğlu (1863, Daşkənd, Yeni Bəyazid qəzası – 1921, Şuşa) — erməni daşnaklarına qarşı vuruşan xalq qəhrəmanı, sərrast gülləatan. == Həyatı == Məşədi Qasım 1863-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1918-ci ildə erməni daşnaklarının hücumlarına qarşı xalqı səfərbər edib. Göyçədən Qarabağa gəlib, laçınlı Sultan bəylə bərabər ermənilərə qarşı döyüşüb. Bir neçə il Sultan bəy tərəfindən onun adına verilmiş Ağdamın Qasımlı kəndində yaşadıqdan sonra 1921-ci ildə Göyçəyə qayıdarkən Şuşada vəfat edib və orada da dəfn olunub. Qardaşı Kərbəlayi Əmrah qardaşı uşaqlarını doğma ata-baba yurdu olan Göyçəyə aparıb. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra oğlu Fəzi əmisi Kərbəlayi Əmrahla yenidən dədə-baba yurduna qayıdıb. Məşədi Qasımın nəvələri, nəticələri və digər qohumları hazırda Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayırlar. == Məşədi Qasım dərslikdə == 11-ci sinif "Azərbaycan tarixi" dərsliyində: Göyçə mahalının kəndləri də daşnak quldur dəstələrinin hücumlarına məruz qalırdı. Həmin mahalın Daşkənd kəndinin sakini Məşədi Qasım kişi erməni quldurlarına qarşı mübarizədə ad qazanmışdı.
Qasım Abdullayev
Qasım Abdullayev (xanəndə) — xanәndә. Qasım Abdullayev (mühəndis) — Texnika elmləri doktoru, “Şöhrət” ordeni laureatı.
Qasım Abdullazadə
Qasım Abdullazadə (27 iyul 1999; Mərdəkan, Azərbaycan — 14 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abdullazadə Qasım Əli oğlu 27 iyul 1999-cu ildə Bakının Mərdəkan qəsəbəsində anadan olub. 2005-ci ildə Mərdəkanda yerləşən H.Z. Tağıyev adına 123 nömrəli orta məktəbə təhsil almağa başlamış və 2016-cü ildə təhsilini İsmayıllı rayonu 1 saylı tam orta məktəbdə başa vurmuşdur. == Hərbi xidməti == 2017-ci il iyulun 27-də həqiqi hərbi xidmətə yola düşüb. 2019-cu ildə hərbi xidmətini tamamlamışdır. === İkinci Qarabağ müharibəsində iştirakı === Qasım Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı cəbhənin bir çox istiqamətlərində döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. Qasım 14 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına həlak olmuşdur.
Qasım Amanjolov
== Həyatı == XX əsrdə türk xalqlarının ədəbiyyatı coşqun bir vüsətlə inkişaf etmişdir. Bu əsrin gətirdiyi böyük inqilablar, sosial təlatümlər, milli çalxantılar, ikinci dünya savaşı xalqların və ədəbiyyatların taleyinə öz silinməz damğasını vurmuşdur. Bizim bucaqdan baxdıqda, üç qitədə ucsuz-bucaqsız torpaqlara hakim olan, dünyanın super qüvvələrindən biri sayılan böyük Osmanlı imperiyasının tənəzzülü dünya türkləri tərəfindən milli bir fəlakət kimi qəbul edilmişdir. Eynən Osmanlı kimi ərazicə azman, əhalicə çoxmillətli Rusiya imperiyası da I dünya müharibəsində məğlub olmuş, torpaqlar itirmiş, üstəlik, amansız vətəndaş müharibəsi yaşamış, lakin Osmanlı kimi parçalanmamışdır. Ruslar bolşevik inqilabı sayəsində öz imperiyalarını qoruyub saxlaya bilmiş, "on beş respublikanın könüllü birliyi" şəklində, Sovet İttifaqı adı altında ehya etmişlər. Sovet rejimi türk xalqlarını imkan daxilində bir-birindən ayırmağa, yadlaşdırmağa çalışdı. Bunun üçün çoxlu süni ideyalar icad etdi, hər türk ləhcəsini ayrı ədəbi dilə çevirdi, əlifbaları dəyişdirdi, dilləri bir-birindən uzaqlaşdırdı, nəhayət, milli şüurun daşıyıcısı olan türk ziyalılarını fiziki cəhətdən məhv etdi. Türk xalqlarının yeganə qazancı isə orta və ali məktəblərin yaranması, kütləvi savadlanma, yeni ziyalı zümrəsinin meydana çıxması, saysız-hesabsız eybəcər sapıntılara baxmayaraq öz milli mədəniyyətini, o cümlədən ədəbiyyatını inkişaf etdirmək oldu. XX əsrin birinci yarısında sovet türk respublikalarında bir-birindən parlaq ədəbi simalar yetişdi. Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Qafur Qulam, Aybək, Zülfiyyə, Berdi Kerbabayev, Qara Seyitliyev, Muxtar Övezov … kimi nəhəng sənətkarlar ortaya çıxdı.
Qasım Gül
Qasım Kazım oğlu Gül (31 dekabr 1909, Şamaxı – 30 may 1972, Bakı) — görkəmli coğrafiyaşünas, Azərbaycanda okeanologiya məktəbinin banisi, coğrafiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, həm də şturman, kapitan, pedaqoq, elm və təhsil təşkilatçısı, ictimai xadim. 50-dən artıq kitab, monoqrafiyanın müəllifi və həmmüəllifi və yüzlərlə jurnal, qəzet məqaləsinin müəllifi olan Qasım Gül Xəzər dənizinin ekologiyası və balıq ehtiyatlarının ehtiraslı müdafiəçisi kimi də xüsusi nüfuz qazanıb. == Həyat və yaradıcılığı == Qasım Gül 31 dekabr 1909-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. Tam adı Ağaqasım Kazım oğlu Güləhmədovdur və ata tərəfindən şəcərəsi Şirvan hakimi olmuş (1792- -1820)) Mustafa xana gedib çıxır. 1918-ci ildə ermənilər tərəfindən xarabaya çevirmiş Şamaxıdan qaçqın düşən Güləhmədovlar ailəsi 1919-cu ildə Bakıya gəlir və balaca Ağaqasım Xəzər dənizçiliyinin yunqa məktəbində (1920–1923) təhsil alır. 1924-cü ildə Ağaqasım Güləhmədov Bakı dəniz texnikumuna daxil olur. Bakı dəniz texnikumunu bitirdikdən sonra o, bir müddət öz doğma dənizçilər məktəbində rəis müavini vəzifəsində işləmiş (artıq Gül soyadı ilə) və Xəzər dənizçiliyinin "Yakov Zevin", "Çiçerin" gəmilərində, "Port Pəhləvi" (İran balığı) paroxodunda, Sovet ticarət donanmasının Qara dənizdəki "Lus" paroxodunda kapitan köməkçisi vəzifəsində üzüb. 1930-cu ildə Gül Leninqrad Dəniz Nəqliyyatı Mühəndisləri İnstitutuna göndərilir və o, bu sahədə respublikamızın yeganə nümayəndəsi olur. Gəmi sürücülüyü üzrə mühəndis-pedaqoq əla diplomu ilə geri dönür və 24 yaşında Bakı dəniz texnikumuna (indiki Azərbaycan Dövlət Dəniz Akademiyası) ilk azərbaycanlı (o zamanlar türk) rəis təyin edilir. Özünün gənc olmasına baxmayaraq qısa müddət ərzində Q.Gül çox böyük uğurlar qazanır, milli dəniz kadrlarının hazırlanması üçün müəssisəsinin tarixində ilk dəfə türk (Azərbaycan) dilində tədris qrupunu yaradır.
Qasım Hacıyev
Qasım Əhəd oğlu Hacıyev — Azərbaycan MEA A. A. Bakıxanov adına Tarix İnstitutu Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru == Həyatı == Qasım Əhəd oğlu Hacıyev 1950-ci ildə Bərdə rayonunun Hacallı kəndində anadan olmuşdur. O, 1970–1974-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Tarix fakültəsini bitirmişdir. Q. Ə. Hacıyev 1974–1983-cü illərdə Bərdə rayonunun 1 saylı Hacallı kənd məktəbində müəllim, direktor müavini işləmişdir. Qasım Hacıyev 1984–1987-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun aspiranturasında təhsil almışdır. O, 1990-cı ildə Kemerovo Dövlət Universitetinin İxtisaslaşdırılmış Müdafiə Şurasında "Şabran şəhərinin şüşə məmulatı (IX–XVII əsrlər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. == Fəaliyyəti == Qasım Hacıyev 1990–1997-ci illərdə Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya Sektorunda elmi işçi, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. O, 1997-ci ildən Tarix İnstitutunda aparıcı elmi işçi, 2003-cü ildən isə "Qarabağ tarixi" şöbəsinin müdiri şöbə müdiri vəzifələrində işləmişdir. Qasım Hacıyev 2000-ci ildə "Bərdə şəhərinin tarixi (e.ə. III-b.e. XVIII əsri)" adlı monoqrafiyasını yazıb nəşr etdirmişdir.
Qasım Hüseynov
Qasım Hüseynov (kimyaçı)
Qasım Kərimov
Kərimov Qasım Məmməd oğlu (10 may 1930, Gəncə, Gəncə dairəsi – 18 may 2016, Moskva) — Tarix elmləri doktoru, professor. Rusiya Federasiyasının Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının dinşünaslıq kafedrasının professoru. == Həyatı == Kərimov Qasım Məmməd oğlu 1930-cu il mayın 10-da Azərbaycan Respublikasının Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. Orta məktəbi bitirib, 1948-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olub. Hələ yeniyetmə vaxtında Şərq ölkələrinin tarixinə və mədəniyyətinə böyük maraq göstərib. Atası oğlunun təkidli xahişlərini nəzərə alıb ona ərəb dilinin əsaslarını öyrədib. Bunun nəticəsində gənc tələbə universitetin iki fakültəsini seçib: günün birinci yarısında filologiya (ərəb, fars və ingilis dillərini öyrənib), axşamlar isə şərqşünaslıq fakültəsinin məşğələlərinə gedib. Xarici dillərə, hər şeydən əvvəl ərəb və fars dillərinə maraq az qala Q.Kərimovun peşə taleyində xəyalına gətirmədiyi dönüş nöqtəsi olacaqdı: hələ üçüncü kursda oxuyarkən onu Moskvada Xarici Dillər Hərbi İnstitutuna keçməyə və Sovet Ordusunun peşəkar zabiti olmağa yönəldirdilər. Universiteti bitirdikdən sonra Q.Kərimov həqiqi hərbi xidmətə çağırılıb, orada gənc leytenant-poliqlot iki il əvəzinə beş il xidmət edib. 1959-cu ildə sovet ordusunun hərbi qulluqçularının sayı 1 milyon 200 min nəfər azaldılmasaydı, onun xidmətdə hələ nə qədər qalacağını demək çətindir.
Qasım Mustafayev
Qasım Mustafayev - Azərbaycan alimi, fizika-riyaziyyat elmləri namizədi. == Həyatı == Mustafayev Qasım Əli oğlu Qərbi Azərbaycanın Ağbaba mahalının Güllübulaq kəndində dünyaya gəlmişdi. Qasım Mustafayevin çoxillik pedaqoji fəaliyyəti vardı. Onun müəllimlik fəaliyyəti Azərbaycan Dövlət Püdaqoji Universiteti və Naxçıvan Dövlət Universiteti ilə bağlıdır. 1965-ci ildə dissertasiya müdafiə edib fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi aldı. 1972-ci ildə Xankəndində Pedaqoji İnstitutut yaradılan kimi orada dərs deməklə bərabər, riyazi analiz kafedrasının müdiri işləyirdi. O, yeganə alim idi ki, riyazi analizdən üç dildə (Azərbaycan, rus və erməni) mühazirələr oxuyurdu. Elmi fəaliyyəti geniş idi. O, bununla bərabər “orta məktəblərdə riyaziyyat” televiziya-tədris proqramının uzun müddət aparıcısı olmuşdu. Qasım Mustafayev altı ilə yaxın Naxçıvan Dövlət Universitetinin prorektoru, 1984-1987-ci illərdə rektor əvəzi işləmişdir.
Qasım Qasımov
Qasım Qasımov (mühəndis)
Qasım Qasımzadə
Qasım Qasımzadə (yazıçı) (1923—1993) — şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1950-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984), filologiya elmləri doktoru (1985), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü (1991). Qasım Qasımzadə (dövlət xadimi) (1889—1959) — Bakı Şəhər İctimai Özünüidarəsinin sədri, Bakı Şəhər Dumasının deputatı, Nicat Cəmiyyətinin sədri, İran Senatının senatoru, İranın Xarici İşlər Nazirliyinin hüquq müşaviri, hüquq elmləri doktoru.
Qasım Rzayev
Qasım Qara oğlu Rzayev (5 may 1970, Əlibəyli, Tovuz rayonu – 14 may 1992, Tovuz rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 5 may 1970-ci il Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuşdur. 1987-ci ildə burada məktəbi bitirən Qasım sürücülük peşəsinə yiyələnir. 1988-ci il hərbi xidmətə çağırılır. Ukrayna Respublikasında artilleriya hissəsində xidmət edən Qasım dəfələrlə mükafatlandırılmışdı. 1990-cı ildə xidmətini başa vuran Qasım Vətənə dönür. Könüllü özünümüdafiə batalyonlarından birinə yazılır, == Döyüşlərdə iştirakı == Beləliklə, həmin gündən Qasım Rzayevin döyüş yolu başlayır. Sonra Milli Ordunun ilk əsgəri kimi Muncuqlu, Ağdam, Hacallı kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdu. Qasım idarə etdiyi avtomobilə mərmiatan qurğu qoşaraq düşmənin başına od ələyirdi. Qasımın bu qəhrəmanlığı hamını heyrətləndirmişdi.
Qasım Süleymani
Qasım Süleymani (fars. قاسم سلیمانی‎‎; 11 mart 1957, Qənati-Məlik, Kirman ostanı, Pəhləvilər İranı[d] – 3 yanvar 2020[…], Bağdad Beynəlxalq Hava Limanı[d], İraq) — İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru. 1998–2020-ci illər aralığında ölkə xaricində keçirilən gizli hərbi əməliyyatlar icra edən xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinin komandiri olub. Hərbi karyerasına 1980-ci illərdə İran-İraq müharibəsinin başlanğıcında 41-ci Tarallah divizionunun (bəzən Sarallah da deyilir) komandiri olaraq başlamışdır. İraqda Səddam əleyhdarı olan şiə və kürd qruplaşmalarına, daha sonra Livanda təşkilatlanan Hizbullah və Fələstinli hərbiləşdirilmiş təşkilat Həmasa hərbi dəstək verən əməliyyatlarda iştirak edib. 2012-ci ildə Suriyada vətəndaş müharibəsi əsnasında İranın müttəfiqi kimi Suriya hökumətini dəstəklədi. Süleymani 2014–15-ci illərdə İŞİD-ə qarşı vuruşan birləşmiş İraq hökuməti və yerli Şiə qüvvələrinə (Həşdi Şabi qruplaşması) dəstək verdi. Onun üsulları ittifaqa və hərbi-strateji diplomatiyaya hərbi və maliyyə yardımının birləşməsinə gətirib çıxarıb. == Keçmişi == Qasım Süleymani 1957-ci ilin 11 mart tarixində Kirman ostanının Rabor şəhristanında yerləşən Qənati-Məlik kəndində anadan olub. Məktəbi bitirdikdən sonra Kirman şəhərinə köçmüş və atasının borcunu ödəmək üçün tikinti işçisi olmuşdu.
Qasım bəy
Qasım bəy və ya sadəcə Qasım — Azərbaycanda kişilərə verilən şəxs adı. == Bu adı olan tanınmış insanlar == Qasım bəy Zakir — görkəmli Azərbaycan şairi. Qasım bəy Camalbəyov — Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, Naxçıvanın İranda konsulu. Qasım bəy Hacılı-Cavanşir – Mahal naibi, məmur, şair Əsəd bəy Vəzirin atası, şair Qasım bəy Zakirin qaynatası. Qasım bəy Hacıbababəyov — memar. Qasım bəy Misirxanov — Qarabağ bəyi, çar zabiti, praporşik Qasım bəy Qasımbəyov — Bəsirət qəzetinin redaktoru Qasım bəy Heydərov == Bu adda olan abidələr == Qasım bəy hamamı — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan hamam. Qasım bəy məscidi (Həzi Aslanov küçəsi) — Yasamal rayonu Həzi Aslanov küçəsində yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. Qasım bəy məscidi (Bəşir Səfəroğlu küçəsi) — Yasamal rayonu Bəşir Səfəroğlu küçəsində yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid.
Qasım tatarları
Qasım tatarları (tatar. qasıym tatarları, касыйм татарлары, özlərini кәчим татарлары adlandırırlar) — tatar xalqının, xüsusən də Volqa-Ural tatarlarının qruplarından biri. Onlar Ryazan vilayətinin Kasimov şəhərində və Kasimovski rayonunda yaşayırlar. Onlar həmçinin Sankt-Peterburq, Moskva, Ryazan, Kazan, Daşkənd və başqa şəhərlərdə də məskunlaşıb. == Dil və din == Mişar ləhcəsinin müəyyən təsirinə məruz qalmış tatar dilinin orta dialektinin xüsusi ləhcəsində danışırlar. Qasım tatarları pravoslav xristianlarıdır, kiçik bir qrup isə sünni müsəlmanlardır. == Tarix == Etnik qrupun adı Qasım xanlığının paytaxtının - Qasım şəhərinin (digər adı Meşçerski şəhəri) adından gəlir. O da öz növbəsində təxminən 1445-ci ildən Meşçerski şəhərciyinin hakimi Qazan xanı Uluq Məhəmmədin oğlu Qasım xanın şərəfinə adlanıb. Qasım xanlığının əsas əhalisini Rusiya dövlətinin daxili işlərində fəal iştirak edən xidmətçi tatarlar təşkil edirdi. XVII əsrin son rübündə xanlığın ləğvi tatarların sosial və iqtisadi həyatında kəskin pisləşməyə səbəb oldu.
Qasım xanlığı
Qasım xanlığı (tatar. Qasím xanlığı/Касыйм ханлыгы, tatar. Qasím patşalığı/Касыйм патшалыгы, rus. Касимовское ханство / Qasimov xanlığı, rus. Касимовское царство / Qasimov çarlığı; 1452–1681), Oka çayının şimal sahilində Ryazan şəhəri yaxınında bugünkü Kasimovda Moskva knyazlığınin himayəsi altında Qasım xan tərəfindən qurulmuş türk dövləti. Xanlıq adını ilk xanı olan Qasım xandan almışdır. == Xanlar == 1445–1681 illəri arasında mövcud olan dövlət müxtəlif xanədanlara mənsub olan xanlar tərəfindən idarə olundu. Dövlət 1506-cı ildən bəri Rusiyaya tabe idi. 1679-cu ildə sonuncu xan Seyyid Burhanın ölümündən sonra iki il Fatma Sultan Bikə tərəfindən idarə olunsa da onun ölümü ilə xanlıq tamamilə Rusiya tərəfindən ilhaq edildi. Sözügedən dövlətin xanları, aid olduqları xanədanlar ilə birlikdə aşağıda təqdim olunur: Kazan xanları xanədanı: Kasım (1445–1468) Danyal (1468–1486)(Osmanlı dövlətinə tabe) Krım xanları xanədanı: Nur Devlet (1486–1491) Satılgan (1491–1506) Canbay (1506–1512)Qızıl Orda xanları xanədanı: Seyyid Evliya (1512–1516) Şah Əli (1516–1519) Can Əli (1519–1532) Şah Əli (yeniden, 1532–1567) Sayın Bulat (1567–1573) Mustafa Əli (1573–1600)Qazax xanədanı: Uraz Məhəmməd — 1600–1610Sibir xanları xanədanı: Alp Arslan (1610–1627) Seyyid Burhan (1627–1679) Fatma Sultan Bikə (1679–1681) == Mənbə == Вельяминов-Зернов В. В. Исследование о касимовских царях и царевичах.
Qasım İsmayılov
Qasım İsmayılov (19 aprel 1885, Lahıc, Şamaxı qəzası – 10 aprel 1922, Gəncə) — Azərbaycan siyasətçisi; Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda mübarizənin fəal iştirakçısı, 1918-ci ildən Kommunist Partiyasının üzvü.1-ci Fəxri Xiyabanda dəfn edilmişdir. == Həyatı == Quba İnqilab Komitəsinin (İnqilab Komitəsi) sədri, eyni zamanda Sovetlərin Gəncə Qəza İcraiyyə Komitəsinin (İcraiyyə Komitəsi) sədri olmuşdur (1922). Sankt-Peterburqdakı gimnaziyada dünyəvi təhsil almışdırRespublika İcraiyyə Komitəsinin 8 sentyabr 1938-ci il tarixli qərarı ilə Goranboy rayonunun adı dəyişdirilərək Qasım İsmayılov adlandırılmışdır.
Sultan Qasım
Sultan Qasım (v. 1501, Mardin) — Ağqoyunlu hökmdarı. Uzun Həsənin qardaşı Cahangir Mirzənin oğlu. == Hakimiyyəti == Gödək Əhmədin ölümündən sonra müstəqil hakimiyyətə başlamışdır. Haqqında məlumat azdır. 24 mart 1497-ci ildə İsfəndiyar bəy adlı bir əyana iqta verdiyi haqqında sənəd mövcuddur. Onun dövründə Mardində Qasimiyyə mədrəsəsi ucaldılmışdır. Özünü sultan adlandırmışdır.
Sərraf Qasım
Sərraf Qasım (31 dekabr 1939, Aşağı Qışlaq, Şahbuz rayonu – 9 fevral 2018, Aşağı Qışlaq, Naxçıvan Muxtar Respublikası) — Azərbaycanlı şair və haqq aşığı, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun alimi, çağdaş Naxçıvan aşıq məktəbinin banisi == Həyatı == === Uşaqlıq illəri === Rüstəmli Sərraf Qasım Əyyub oğlu (əvvəlki adı: Rüstəmov Qasım Əyyub oğlu) 31 dekabr 1939-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Qışlaq kəndində zəhmətkeş bir kəndli ailəsində anadan olmuşdur. Şahbuz rayonunda məskunlaşmış yerli Azərbaycan tayfalarından biri sayılan "Hacı Əhmədlilər" tayfasına mənsub olan Sərraf Qasım, uşaqlıq və yeniyetməlik illərini öz doğma kəndində ailəsinin yanında yaşamışdır. Sərraf Qasım 8 yaşına çatanda atasını itirmiş və bundan sonra o, yetkinlik yaşına çatanadək anasının və böyük qardaşı Müslümün himayəsində böyümüşdür. === Təhsili === Sərraf Qasım 1947–1955-ci illərdə Aşağı Qışlaq kənd orta məktəbində (1–8-ci siniflərdə), 1955–1957-ci illərdə isə Kolanı kənd orta məktəbində (9–10-cu siniflərdə) təhsil almış və 10 illik orta məktəb təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır. 1959–1961-ci illərdə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunun heyvandarlıq ixtisasında təhsil almışdır. 1962-ci ildə isə Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universitetinin) heyvandarlıq fakültəsinə qəbul olunmuş, 1967-ci ildə tam ali təhsilini müvəffəqiyyətlə başa vuraraq, zootexnika ixtisası üzrə alimlik dərəcəsi əldə etmişdir. Sərraf Qasım bir çox digər rəsmi ixtisasartırma, təkmilləşdirmə və idarəçilik kurslarında da iştirak edərək, həmin kursları müvəffəqiyyətlə başa vurmuşdur. Sərraf Qasım, Gəncədə təhsil aldığı dövrdə orada tanış olduğu müxtəlif sənət adamlarından, ustadlardan və alimlərdən öz rəsmi ixtisası ilə yanaşı, həm saz-söz sənətini, həm də elmi, ədəbi, dini və ictimai bilikləri dərindən öyrənmişdir. Beləliklə də Gəncə mühiti Sərraf Qasımın hərtərəfli savadlı bir alim və əsl bir saz-söz sənətkarı kimi yetişməsinə səbəb olmuşdur. === Əmək fəaliyyəti === Sərraf Qasım ali təhsilini başa vurduqdan sonra 1967–1970-ci illərdə ali təhsilli bir mütəxəssis kimi Sabirabad rayonuna təyinat alaraq üç ilə yaxın orada işləmişdir.
Xəstə Qasım
Xəstə Qasım (1684, Tikmədaş, Şərqi Azərbaycan ostanı – 1760, Şamaxı) — XVIII əsr Azərbaycan aşığı. == Həyatı == Rəvayətlərə görə, Xəstə Qasım XVIII əsrdə Tehran-Təbriz yolunun kənarında Qarqalan dağının ətəyində yerləşən Tikmədaş kəndində dünyaya gəlib. Doğma kəndində molla məktəbini başa vurandan sonra dövrünün elm mərkəzlərindən olan Ərdəbildə təhsil alıb, Şeyx Səfi mədrəsəsində yaradıcılığa da elə o illərdə başlayıb. "Xəstə Qasımın Ərdəbil səfəri" dastanına görə, müəllimi ona nə qədər dərs öyrətsə də, Qasım başa düşmür, axırda müəllimi onun məktəbdən çıxaracağı ilə hədələyir. Qasımın əli hər yerdən üzülür. O gecə yuxuda Həzrəti Əlini görüb ondan badə alır, bir gecənin içində təriqətin ən yüksək qatlarına çatır. Xəstə Qasım sonralar 14 il müddətində Qum və Nəcəf şəhərlərində dini təhsil alır. Ömrünün 20 ildən çoxunu elmləri öyrənməyə sərf edir. Şeirlərindən bəlli olduğu kimi, Xəstə Qasım Qurani-Kərimi əzbərdən bilməklə yanaşı, müqəddəs kitabı avazla oxuyar, eyni zamanda mahir xəttat olduğuna görə öz xətti ilə Quranın və başqa qiymətli kitabların üzünü köçürərmiş. "Xəstə Qasım", "Biçarə Qasım", "Molla Qasım" təxəllüsləri ilə şeirlər yazan aşığın "Xəstə" təxəllüsünü götürməsi ilə bağlı da müxtəlif fikirlər söylənməkdədir.
Zabul Qasım
Qasım İbrahim oğlu Abdullayev və ya Zabul Qasım (1873, Şuşa – 1927, Şuşa, DQMV) — xanəndə. == Həyatı == Abdullayev Qasım İbrahim oğlu 1873-cü ildə Şuşada anadan olmuşdur.O, ömrünün son illərində Şuşa musiqi məktəbində muğamatdan dərs demiş, incəsənət işçilərinin respublika həmkarlar ittifaqı şurasının sədri vəzifəsində çalışmışdır. Qasım Abdullayev 1927-ci ildə Şuşada vəfat etmişdir. == Fəaliyyəti == "Zabul" muğamını xüsusilə yaxşı ifa etdiyinə görə tanınan Qasım Abdullayev xalq arasında "Zabul Qasım" adı ilə məşhurlaşmışdı.O dövrdə, Azərbaycan xalqının məclislərində ”Segah" muğamı daha populyar idi. Lakin XIX əsrin son illərində xanəndələr “Zabul-segah”a daha çox meyl edirdilər. Bu populyarlığın əsas səbəbi tarzən Sadıqcanın tarın qoluna "Zabul" pərdəsini əlavə etməsi idi.XX əsrin əvvəllərində Zabul Qasım Bakıda bir neçə dəfə konsert vermiş və tamaşaçıların sonsuz rəğbətini qazanmışdır. Zabul Qasım ilk dəfə Bakı tamaşaçıları qarşısında 1903-cü ilin yanvar ayının 27-də H.Z.Tağıyevin teatr binasında verilən “Şərq konserti”ndə Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər və Seyid Mirbabayevlə birlikdə çıxış etmişdir.Zabul Qasım təkcə peşəkar xanəndə deyildi, o, eyni zamanda bir opera artisti kimi də tanınmışdı. Onu səhnəyə ilk dəfə dəvət edən və sənətkarlığına yüksək qiymət verən görkəmli bəstəkar Zülfüqar Hacıbəyov olmuşdur. O, görkəmli bəstəkarın xahişi ilə 1913-cü il avqust ayının 7-də Şuşa yay klubunda tamaşaya qoyulmuş “Leyli və Məcnun” operasında Məcnunun atası rolunu ifa etmişdi.Zabul Qasım 1914-cü ildə “Sport-Rekord” şirkətinin dəvəti ilə Tiflis şəhərinə gedərək səsini vala yazdırmışdır. Həmin vaxt Zabul Qasım “Zabul-segah”, “Bayatı-Şiraz”, “Hümayun”, “Şur”, “Mahur–Hindi” və bir neçə təsnif oxumuşdur.
Abbas Qasımov
Abbas Qasımov (snayperçi) — "Snayper Abbas" ləqəbli Qarabağ müharibəsi döyüşçüsü. Abbas Qasımov (20 Yanvar şəhidi) — 20 Yanvar şəhidi. Abbas Qasımov (mayor) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi.
Abbas Qasımov (20 Yanvar şəhidi)
Abbas Qasımov (tam adı: Abbas Şəmməd oğlu Qasımov; 10 iyun 1966, Balıqlı, Amasiya rayonu, Ermənistan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == Abbas Qasımov 1966-cı il iyunun 10-da Ermənistan SSR, Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. Abbasın 3 yaşı olanda atası vəfat etmişdir.1988-ci ilin aprelində azərbaycanlıların kütləvi şəkildə Ermənistandan qovulması səbəbindən ailəsi doğma yurd-yuvasından didərgin düşmüş və Bakıya köçmüşdur. Köçmə zamanı evlərinin əşyaları yüklənmiş "Kamaz" maşını Gürcüstan istiqamətilə gedərkən aşmış, həmin maşında olan Abbas təsadüf nəticəsində sağ qalmışdır.Heç yerə işə düzələ bilmədiyindən müxtəlif yollarla günəmuzd çalışırdı (vaqon boşaltmaq, yük daşımaq, fəhləlik). 2 qardaşı, bir bacısı olmuşdur. Subay idi. == Qanlı Yanvar faciəsi == Həmin gün təxminən gecə saat 12-də bibisi oğlu[1] ilə evdən çıxmışdır. XI Qızıl Ordu meydanına çatar-çatmaz işıqlar söndürülmüş və hərbçilər dinc əhalini atəşə tutmuşlar. Abbas yaralanmış, təxminən saat 3-də Respublika xəstəxanasına gətirilmişdir. O vaxt xəstəxananın işıqları söndürüldüyündən, üzərində cərrahiyyə əməliyyatı şam işığında aparılmışdır.
Abbas Qasımov (mayor)
Abbas Rza oğlu Qasımov (17 mart 1986, Rəhimabad, Zəngibasar rayonu – 27 sentyabr 2020, Füzuli rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru və hərbi pilot, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abbas Qasımov 1986-cı il martın 17-də Masis rayonunun (Zəngibasar rayonu) Rəhimabad kəndində anadan olub. 6 yaşı olanda atasını itirən Abbas Qasımov, ailəsi ilə birgə 1988-ci ilin noyabr ayında ermənilər tərəfindən doğma rayonunda deportasiya edilir və Qasımovlar ailəsi Binəqədi rayonunda yaşamağa başlayır. 1993–2003-cü illərdə Binəqədi rayonunda F. İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə təhsil alıb. 2003–2007-ci illərdə isə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan hərbi pilot Abbas Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abbas Qasımov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı baş leytenant Xalid Gözəlov ilə birgə şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.İkinci Qarabağ müharibəsinin başladığı birinci dəqiqələrdə şəhid olan Abbas Qasımov və baş leytenant Xalid Gözəlov müharibənin birinci şəhidləri oldular.
Abbas Qasımov (snayper)
Qasımov Abbas Talıb oğlu (24 yanvar 1970, Səfərəliyev – 5 iyul 1992, Ağdərə rayonu) — "Snayper Abbas" ləqəbli Qarabağ müharibəsi döyüşçüsü. == Həyatı == Abbas Qasımov 24 yanvar 1970-ci ildə Samux rayonunun Nəbiağalı qəsəbəsində doğulmuşdur. Atası Talıb Göyçə mahalının Daşkənd kəndindəndir.. Abbas orta məktəbi bitirdikdən sonra Rusiyanın Kamensk şəhərində hərbi xidmətdə olub. Xanlar rayon Hərbi Komisarlığı tərəfindən 3 yanvar 1992-ci ildə Milli Orduya göndərilmiş, 701-ci hərbi hissənin avtomatçısı olmuşdur. Abbas Qasımov ailəsinin narazılığı olmasına baxmayaraq könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qoşulmuşdur. Yoldaşları arasında "Snayper Abbas" deyə çağırılırmışdır. Sərrast atıcı və minaları təhlükəsizləşdirən hərbçi idi. 5 iyul 1992-ci ildə Ağdərə rayonunda gedən qızğın döyüşdə ayağından yaralanmasına baxmayaraq geri çəkilməmiş və son damla qanına qədər düşmənlə üz-üzə döyüşmüş və qəhrəmancasına şəhid olmuşdur. Abbas Qasımov Samux rayonunun Nəbiağalı qəsəbəsində dəfn edilmişdir.
Abbas Qasımov (snayperçi)
Qasımov Abbas Talıb oğlu (24 yanvar 1970, Səfərəliyev – 5 iyul 1992, Ağdərə rayonu) — "Snayper Abbas" ləqəbli Qarabağ müharibəsi döyüşçüsü. == Həyatı == Abbas Qasımov 24 yanvar 1970-ci ildə Samux rayonunun Nəbiağalı qəsəbəsində doğulmuşdur. Atası Talıb Göyçə mahalının Daşkənd kəndindəndir.. Abbas orta məktəbi bitirdikdən sonra Rusiyanın Kamensk şəhərində hərbi xidmətdə olub. Xanlar rayon Hərbi Komisarlığı tərəfindən 3 yanvar 1992-ci ildə Milli Orduya göndərilmiş, 701-ci hərbi hissənin avtomatçısı olmuşdur. Abbas Qasımov ailəsinin narazılığı olmasına baxmayaraq könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qoşulmuşdur. Yoldaşları arasında "Snayper Abbas" deyə çağırılırmışdır. Sərrast atıcı və minaları təhlükəsizləşdirən hərbçi idi. 5 iyul 1992-ci ildə Ağdərə rayonunda gedən qızğın döyüşdə ayağından yaralanmasına baxmayaraq geri çəkilməmiş və son damla qanına qədər düşmənlə üz-üzə döyüşmüş və qəhrəmancasına şəhid olmuşdur. Abbas Qasımov Samux rayonunun Nəbiağalı qəsəbəsində dəfn edilmişdir.
Abbas Qasımov (şəhid)
Abutalıb Qasımov
Qasımov Abutalıb Ağa oğlu (25 may 1956, Culfa rayonu – 11 dekabr 2018) — Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri (1994-1995), Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini (1995-2000) == Həyatı == Abutalıb Qasımov 1956-cı il may ayının 25-də Culfa rayonunun Saltaq kəndində anadan olub. 1963-1973-cü illərdə orta məktəbdə təhsil alıb və oranı fərqlənmə attestatı ilə bitirib. 1974-cü ilin dekabr ayından 1975-ci ilin iyul ayına qədər Naxçıvan Dövlət Pedoqoji İnstitutunun hazırlıq şöbəsində oxumuşdur. 1975-ci ilin avqust ayından 1979-cu ilin dekabr ayınadək Naxçıvan Dövlət Pedoqoji İnstitunun Tarix fakültəsində təhsil almış və buranı fərqlənmə diplomu ilə bitirmişdir. 1988-ci ildə Azərbaycan EA Tarix İnstitutunun aspiranturasında qiyabi yolla təhsilini başa vurmuş, namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Abutalıb Qasımov 11 dekabr 2018-ci ildə qəflətən dünyasını dəyişmişdir. == Fəaliyyəti == 1973-cü ilin sentyabr ayından 1974-cü ilin dekabr ayına qədər Culfa rayonunun C. Cabbarlı adına kolxozunda fəhlə işləyib. 1979-cu ilin avqust ayından 1984-cü ilin avqust ayınadək Culfa rayonunun Saltaq kənd orta məktəbinin tarix müəllimi, 1984-cü ilin sentyabr ayından 1990-cı ilin iyul ayınadək həmin məktəbin direktoru işləmişdir. 1991-ci ilin avqust ayından 1994-cü ilin oktyabr ayınadək Naxçıvan Dövlət Unversitetində elmi katib, Azərbaycan tarixi kafedrasında baş müəllim, 1995-ci ilin dekabr ayından isə həmin kafedranın dosenti vəzifəsində işləmişdir. === Siyasi fəaliyyət === 1990-cı ilin iyun ayından 1991-ci ilin iyun ayınadək Culfa rayon Partiya Komitəsində şöbə müdiri, 1991-ci ilin iyun-avqust aylarında isə Naxçıvan Dövlət Universitetində ilk partiya təşkilatı katibi olaraq çalışmışdır.
Adil Qasımlı
Qasımlı Adil Möhsün oğlu (12 mart 1938, Naxçıvan) — şair, publisist, SSRİ Yazıçılar İttifaqının üzvü(1978), SSRİ Jurnalistlər İttifaqının üzvü(1986), Əməkdar İncəsənət Xadimi (1989). == Həyatı == Adil Qasımlı 12 mart 1938-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhəri 2№-li orta məktəbi bitirib, Azərbaycan Pedoqoji İnstitutuna daxil olur. Təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinin ilk illərində Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist, Naxçıvan pedaqoji məktəbində və Naxçıvan Pedaqoji İnstitutunda müəllim işləmişdir. Sonra jurnalistlik fəaliyyətinə keçərək Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müvafiq ardıcıllıqla redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrində çalışmışdır. Əsərləri və ərsəyə gətirdiyi televiziya verilişləri ilə milli ideyaların yayılmasına xidmət etməklə bərabər, müstəqillik uğrunda başlayan Azərbaycan Milli-Azadlıq Hərəkatında (1988-1991) aktiv mübarizə aparmışdır. == Yaradıcılığı == Gənclik dövrü sənət adamları üçün böyük sıçrayış və inkişaf dövrü kimi səciyyələnən ötən əsrin 60-cı illərinə təsadüf edən, yeni ruhlu şeirləri ilə görkəmli qələm ustalarının diqqətini özünə çəkən, ustad şair Adil Qasımlı müasir poeziyamızda əsərlərinin bədii-fəlsəfi yükü və özünün orijinal deyim tərzi ilə seçilib. Hələ sovet dönəmində «Azərbaycan», «Ulduz» kimi populyar bədii jurnallarda, «Ədəbiyyat və incəsənət», «Azərbaycan müəllimi», «Azərbaycan gəncləri», «Bakı» və «Baku» , «Sovet Naxçıvanı», «Şərq qapısı», «Ağrıdağ», «Güney» kimi qəzetlərdə mütəmadi olaraq şeir, rəy, ədəbi-tənqidi və publisistik əsərləri müntəzəm olaraq dərc edilmişdir. «Oqni nad Araksom» («Огни над Араксом»), Ukraynada nəşr olunan «Bakinski voqni» («Бакинсъкi вогнi»), Türkiyədə çap edilən «Nəqş-i Cahan Naxçıvan» («Nakş-ı Cihan Nahçıvan»), «Sabir poeziya günləri», «Araz», «Araz nəğmələri», və müəllifin şeirindən adını almış «Qoy tanısın dünya səni» ədəbi almanaxlarına şairin bir çox şeirləri daxil edilmişdir.«Əllər» şeiri Azərbaycan poeziyasından seçmələr—«Ən yaxşı 101 şeir» kitabına daxil edilmişdir. «Pıçıltılar», «Biz görüşəndə», «Dağlar, qalalar, babalar», «Qaranquş ömrü», «Sənə dönərəm», «Salam, sevgi» kitabları çap olunmuşdur.
Alış Qasımov
Qasımov Alış Məmiş oğlu (1960, Milabad, Jdanov rayonu) — hüquq elmləri doktoru, professor, Hüquq elmləri doktoru, Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri. == Həyatı == 1960-cı ildə Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olmuşdur. 1982-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin axşam şöbəsinə daxil olmuş və 1988-ci ildə oranı "Hüquqşünaslıq" ixtisası üzrə bitirmişdir. 1979-cu ilin aprelin 20-dən 1981-ci ilin iyunun 6-dək Sovet Ordusu sıralarında xidmət keçmişdir. 1988-ci ilin iyulun 11-dən 1989-cu ilin fevralın 20-dək Bakı şəhəri Əzizbəyov rayon xalq məhkəməsində kuryer, kargüzar və dəftərxana müdiri vəzifələrində işləmişdir. 1989-cu ilin fevralın 21-dən taleyini Bakı Dövlət Universitetinin Hüquq fakültəsi ilə bağlamış, metodist, müəllim, baş müəllim, dosent, dekan müavini vəzifələrində işləmişdir. 1991-ci ildə istehsalatdan ayrılmadan ADU-nun Mülki proses, əmək və ekologiya hüququ kafedrasının aspiranturasına daxil olmuşdur. 1995-ci ildə AR Prezidenti yanında AAK-nın qərarına əsasən kafedranın dosenti elmi adına layiq görülmüş, 2004-cü ilin dekabrından isə kafedranın professoru seçilmişdir. 2002-ci ilin fevralın 18-dən bu günə kimi Mülki proses, əmək və ekologiya hüququ kafedrasına rəhbərlik edir. Professor A. M. Qasımov Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Dövlət və hüquq" bölməsinin katibi, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Hüquq elmləri üzrə Ekspert Şurasının üzvü, Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-məsləhət Şurasının üzvü, AMEA-nın nəzdində Hüquq problemləri əlaqələndirmə Şurasının üzvü, "Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri" adlı elmi-məcmuənin, "Qanun", "Dövlət və hüquq", "Hüquq və gənclik" jurnallarının, Azərbaycan Respbulikası Ali Məhkəməsinin Bülleteninin redaksiya heyətinin üzvüdür.
Amil Qasımov
Amil Famil oğlu Qasımov (8 fevral 1986, Kirovabad) — Azərbaycanlı samboçu. 2015 Avropa Oyunlarının gümüş medalçısıdır. 2015-ci ildə "Tərəqqi" medalına layiq görülmüşdür. 2016-cı ildə Kazanda baş tutan Avropa Çempionatının qızıl medalçısıdır. == Həyatı == Amil Qasımov 8 fevral 1986-cı ildə Azərbaycanın Gəncə şəhərində anadan olmuşdur. == Karyerası == Amil Qasımov 2015-ci ildə önəmli yarışlarından birinə Bakı şəhərində qatıldı. O Azərbaycanı I Avropa Oyunlarında təmsil etdi. O birinci görüşdə 1/4 final mərhələsində Gürcüstanlı Kaxa Mamulaşvili ilə üz-üzə gəldi. Kaxa Mamulaşvili ilə qarşılaşmadan Amil Qasımov 3-1 hesablı qələbə ilə ayrıldı və növbəti 1/2 final mərhələsinə vəsiqə qazandı. Yarım-finalda onun rəqibi Bolqarıstanlı samboçu idi.
Arif Qasımov
Arif Qasımov (aktyor) — Azərbaycan rejissoru, aktyor. Arif Qasımov (icra başçısı) — Nizami Rayon İcra Hakimiyyətinin başçısı. Arif Qasımov (deputat) — Naxçıvan Ali Məclisinin deputatı.
Arif Qasımov (aktyor)
Arif Qasımov (23 dekabr 1950 – 7 mart 2016) — Azərbaycan aktyoru, rejissor. == Həyatı == Arif Qasımov 1950-ci ildə Bakıda anadan olmuşdur. 1968-ci ildə orta məktəbi bitirmişdir.3 il sonra,1971-ci ildə Mədəni Maarif Texnikumuna, ardınca 1975-ci ildə İncəsənət İnstitutuna daxil olmuşdur. Fəxrəddin Manafovla bir yerdə Aktyorlar evində işləyən Arif Qasımov universitetdə onunla bir yerdə təhsil almışdır. Ondan sonra Moskvada Ali Rejissorluq Kursunda təhsilini davam etdirmişdir.Ağasadıq Gəraybəyli ilə Cahangir Mehdiyevin "Diplom işi" filmində çəkilmişdir. Üç il Gənc Tamaşaçılar Teatrında işıqçı olan Arif Qasımov uzun illər AzTV-də rejissor işləmişdir. İndiyə kimi 38 filmə çəkilmişdir. Rejissor Ramiz Həsənoğlunun quruluş verdiyi televiziya tamaşalarında, "Yoxlama" filmində və "Mozalan" satirik kinojurnalında yaddaqalan rollar ifa etmişdir. "Dağlı çörəyi" adlı film və silsilə verilişlərdə rejissorluq etmişdir.Ömrünün son illərində "Uşaq və Gənclər" redaksiyasında çalışmışdır. Arif Qasımov istedadlı aktyor və rejissor idi.
Arif Qasımov (deputat)
Arif Mikayıl oğlu Qasımov (6 sentyabr 1952, Sədərək, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin II, III, IV, V və VI çağırışlarının deputatı. == Həyatı == Arif Qasımov 6 sentyabr 1952-ci ildə Şərur rayonunun (indiki Sədərək rayonu) Sədərək kəndində anadan olmuşdur. 1959–1969-cu illərdə Sədərək kənd orta məktəbində təhsil almışdır.1974-cü ildə Bakı şəhər Maliyyə-kredit texnikomuna daxil olmuşdur. 1976-cı ildə mühasibat-uçotu ixtisasını, 2005-ci ildə isə Naxçıvan Dövlət Universitetinin İqtisad-hüquq Fakültəsinin mühasibat uçotu və audit ixtisası üzrə bitirmişdir. 1974–1976-cı illərdə Sədərək üzümçülük Sovxozunun şərab zavodunda su nəzarətçisi, 1976–1978-ci illərdə Sədərək kənd Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin baş mühasibi olaraq çalışmışdır. === Ailəsi === Ailəlidir, 5 övladı var. == Siyasi fəaliyyəti == 1998-ci ildə Sədərək rayon İcra Hakimiyyətinin Sədərək rayonu üzrə icra nümayəndəsi olaraq çalışmışdır. 1999-cu ildən Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədridir. Həmçinin YAP Sədərək Rayon Təşkilatının İdarə Heyətinin üzvüdür. Naxçıvan Ali Məclisinin II, III, IV, V və VI çağırışlarının üzvü olmuşdur.
Arif Qasımov (icra başçısı)
Arif Adil oğlu Qasımov — Nizami Rayon İcra Hakimiyyətinin başçısı (2015–2020). == Həyatı == Arif Qasımov 12 mart 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Xanlıqlar kəndində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad İnstitutunu "iqtisadçı" və Naxçıvan Dövlət Universitetini "hüquqşünas" ixtisasları üzrə bitirmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə başladıqdan sonra Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi kimi fəaliyyət göstərmişdir. 2011-ci ilin iyul ayınadək Bakı şəhəri Nizami Bələdiyyəsinin sədri vəzifəsində çalışmışdır. 2011–2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş, 11 iyul 2020-ci ildə tutduğu vəzifədən azad edilmişdir.Evlidir, üç övladı var.
Aydın Qasımlı
Aydın Qasımlı (Mədətoğlu) — türkoloq, filologiya elmləri namizədi, dosent. == Həyatı == 1946-cı ildə Ordubad rayonunun Kələki kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsini bitirmiş, elə həmin il Şərqşünaslıq fakültəsinin Elmi Şurasının zəmanəti ilə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Fondunun (indiki M. Füzuli Adına Əlyazmalar İnstitutu) əyani aspiranturasına müsabiqə yolu ilə daxil olmuş, 1976-cı ildə namizədlik dissertasiyası müdafiə edərək "filologiya elmləri namizədi" alimlik dərəcəsi almışdır. 1980-ci ilə qədər Əlyazmalar Fondunda baş elmi işçi vəzifəsində çalışmış, 1980-ci ildə müsabiqə yolu ilə Naxçıvan Dövlət Pedaqoji İnstitutuna (indiki Naxçıvan Dövlət Universiteti) Azərbaycan dili müəllimi seçilmiş, 1993-cü ilə qədər orada əvvəl müəllim, sonra isə baş müəllim və dosent kimi "Azərbaycan ədəbi dili tarixi" və "Müasir Azərbaycan dili" fənlərindən dərs demişdir.1993-cü ildə özü tərəfindən saxta hesab olunan ittihamlarla 12 il müddətinə azadlıqdan məhrum edilmiş, Avropa Şurası tərəfindən siyasi məhbus statusu aldıqdan sonra 2002-ci ildə dövlət başçısının əfv fərmanı ilə vaxtından əvvəl (8 il yarımdan sonra) azadlığa buraxılmışdır. Həbsdən sonra çoxsaylı şifahi müraciətlərinə baxmayaraq heç bir yerdə işlə təmin olunmamışdır. == Elmi və publisistik yaradıcılığı == Türk tarixi və mədəniyyəti, həmçinin fəlsəfi və milli-ideoloji mövzularda dəyərli əsərləri var və öz tədqiqatlarını davam etdirir. Yüzlərlə elmi, elmi-metodiki və publisistik məqalənin və 7 kitabın müəllifidir. 2006-cı ildən "Türküstan qəzeti"nin daimi yazarıdır. == İctimai-siyasi fəaliyyəti == 1980-ci illərin axırlarında Azərbaycanda formalaşmış milli azadlıq hərəkatının fəal iştirakçılarından olmuşdur. Hazırda Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədrinin strateji məsələlər üzrə müavini, İdarə Heyətinin üzvüdür.
Aydın Qasımov
Aydın Süleyman oğlu Qasımov (22 sentyabr 1993-cü ildə Füzulidə anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Qaradağ klubunda müdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. == Bioqrafiyası == Aydın Qasımov 1993-cü ildə Azərbaycanın Füzuli rayonunda anadan olmuşdur. O, 9 yaşı olarkən Şəfa uşaq seleksiyaçı klubuna qəbul olmuşdur. O, öz peşəkar futbolçu karyerasına 2011-ci ildə Sumqayıt klubunda start vermişdir. O, iki mövsüm bu klubda çıxış etmişdir. 2013-cü ildə Aydın AZAL klubuna transfer olmuşdur. Əvvəlcə o, komandanın əvəzedicilər yığmasında mübarizə aparmışdır. 2014-cü ilin yayında zolaqlıların baş məşqçisi Tərlan Əhmədov gənc oyunçusu əsas komandaya dəvət etmişdir.
Aydın Qasımov (futbolçu)
Aydın Süleyman oğlu Qasımov (22 sentyabr 1993-cü ildə Füzulidə anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Qaradağ klubunda müdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. == Bioqrafiyası == Aydın Qasımov 1993-cü ildə Azərbaycanın Füzuli rayonunda anadan olmuşdur. O, 9 yaşı olarkən Şəfa uşaq seleksiyaçı klubuna qəbul olmuşdur. O, öz peşəkar futbolçu karyerasına 2011-ci ildə Sumqayıt klubunda start vermişdir. O, iki mövsüm bu klubda çıxış etmişdir. 2013-cü ildə Aydın AZAL klubuna transfer olmuşdur. Əvvəlcə o, komandanın əvəzedicilər yığmasında mübarizə aparmışdır. 2014-cü ilin yayında zolaqlıların baş məşqçisi Tərlan Əhmədov gənc oyunçusu əsas komandaya dəvət etmişdir.
Ağadadaş Qasımov
Ağadadaş Qasımov — azərbaycanlı rəssam. == Həyatı == Qasımov Ağadadaş Cabbar oğlu 19 iyun, 1962-ci ildə Bakıda anadan olmuşdur. O, 1980-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsini, 1986-cı ildə Tiflis Dövlət Rəssamlıq Akademiyasının qrafika fakültəsinin plakat ixtisasını bitirmişdir. Ağadadaş Qasımov qrafika rəssamı kimi fəaliyyət göstərmişdir. Yaradıcılıq fəaliyyətinə əsasən 1988-ci ildən başlamış, mütəmadi olaraq Respublika və xarici ölkələrdə keçirilən sərgilərin fəal iştirakçısı olan A. Qasımov, dəfələrlə diplom və mükafatlara layiq görülmüşdür. O, 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1988-ci ildən Respublika və Beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Rəssamın əsərləri, ABŞ, Fransa, Almaniya, Avstriya, Türkiyə, Litva, İran və Azərbaycanda nümayiş edilib. Ağadadaş Qasımov 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim işləyir.
Baba Qasımov
Baba Əhməd oğlu Qasımov (1 noyabr 1989, Ərçivan, Astara rayonu – 21 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Baba Qasımov 1989-cu il noyabrın 1-də Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Baba Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Baba Qasımov oktyabrın 21-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Astara rayonunun Ərçivan qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Baba Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Baba Qasımov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Baba Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Baba Qasımov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Baba Qasımov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Bahadur xan Qasımlı-Avşar
Bahadur xan Əmirgunə xan oğlu Qasımlı-Avşar — Cənubi Azərbaycan azadlıq mücahidi, şair. == Həyatı == Bahadur xan Qasımlı-Avşar 1857-ci ildə Urmiya şəhərində anadan olub. 6 yaşı olarkən atasını itirmişdi. İlk təhsilini qardaşından almışdı. Sonra Urmiyada açılan Amerika gimnaziyasında oxumuşdu. 1906-cı ildə məşrutəçilərə qoşulmuşdu. Məcdüssəltənə Avşarla əməkdaşlıq etmişdi. 150 nəfər məşrutəçinin başçısı idi. Borucerddə Kazak dəstəsi ilə baş verən savaşda iştirak etmişdi. Həsən Müddərisin yaratdığı nazirlər kabinəsi dönəmində 6 ay Kirmanşahda ordu sıralarında xidmət etmişdi.
Balakişi Qasımov
Balakişi Qasımov (azərb. Balakişi (Balaş) Ələkbər oğlu Qasımov‎; d. 20 oktyabr 1978, Bakı) — İctimai Televiziyanın baş direktoru (2018-ci ildən), "Nə? Harada? Nə zaman?" elitar klubunun oyunçusu, Azərbaycanda "Nə? Harada? Nə zaman?" oyununun aparıcısı və baş prodüsseri, GameTV.az prodüser mərkəzinin rəhbəri. == Bioqrafiyası == Bakı şəhər 1 saylı orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirmişdir. == "Nə? ==
Balaş Qasımov
Balakişi Qasımov (azərb. Balakişi (Balaş) Ələkbər oğlu Qasımov‎; d. 20 oktyabr 1978, Bakı) — İctimai Televiziyanın baş direktoru (2018-ci ildən), "Nə? Harada? Nə zaman?" elitar klubunun oyunçusu, Azərbaycanda "Nə? Harada? Nə zaman?" oyununun aparıcısı və baş prodüsseri, GameTV.az prodüser mərkəzinin rəhbəri. == Bioqrafiyası == Bakı şəhər 1 saylı orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirmişdir. == "Nə? ==
Bayram Qasımov
Bayram Arzu oğlu Qasımov (21 mart 2001, Novoivanovka, Gədəbəy rayonu – 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bayram Qasımov 2001-ci il martın 21-də Gədəbəy rayonunun Novoivanovka kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgər olan Bayram Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bayram Qasımov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Gədəbəy rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayram Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayram Qasımov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayram Qasımov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayram Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Bayram Qasımxanlı
== Həyatı == Bayram Qasımxanlı 1946-cı ildə Bakı şəhəri Balaxanı qəsəbəsində anadan olub. 1971-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1977-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib. 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1982-ci ildən pedaqoq-rəssam kimi fəaliyyət göstərib. 1984-cü ildən Bakı eksilibris klubunun sədridir. 1989-cu ildə "Azərbaycan eksilibrisi" adlı kitabı dərc olunmuşdur. Respublikada və xaricdə keçirilən beynəlxalq müsabiqələrdə mükafatlara və diplomlara layiq görülmüşdür. Türkiyədə, İranda, Polşada, Belqradda keçirilən sərgilərdə uğurla çıxış etmişdir. 2006-cı ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 8.76 dəfə / 1 mln.
2002 ••••• 3.43
2003 •••••••••• 7.48
2004 •••••••••• 7.07
2005 ••••••••••••••••• 12.15
2006 ••••••••••• 7.66
2007 •••••••••••••••• 11.42
2008 ••••••••••••• 9.26
2009 •••••••••••••• 10.08
2010 •••••••••••••••••••• 14.98
2011 ••••••••••• 7.64
2012 ••••••••• 6.71
2013 •••••••• 5.40
2014 ••••••••••• 7.55
2015 ••••••• 4.76
2016 •••••••••• 7.29
2017 •••••••••• 7.48
2018 ••••••••••••• 8.99
2019 ••••••••••• 7.51
2020 •••••••••••••••••• 13.13

qasım sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

bölən, bölüşdürən, bölücü, pay verən.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"qasım" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qasım nədir? #qasım sözünün mənası #qasım nə deməkdir? #qasım sözünün izahı #qasım sözünün yazılışı #qasım necə yazılır? #qasım sözünün düzgün yazılışı #qasım leksik mənası #qasım sözünün sinonimi #qasım sözünün yaxın mənalı sözlər #qasım sözünün əks mənası #qasım sözünün etimologiyası #qasım sözünün orfoqrafiyası #qasım rusca #qasım inglisça #qasım fransızca #qasım sözünün istifadəsi #sözlük