Qasımzadə sözü azərbaycan dilində

Qasımzadə

Yazılış

  • Qasımzadə • 99.3202%
  • QASIMZADƏ • 0.6798%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qasımzadə
Qasımzadə — Azərbaycan soyadı. Elbay Qasımzadə (d. 1948) — Azərbaycan memarı Fuad Qasımzadə (1929–2010) — tanınmış Azərbaycan filosofu, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Qasım Qasımzadə Qasım Qasımzadə (yazıçı) (1923–1993) — şair, tərcüməçi. Qasım Qasımzadə (dövlət xadimi) (1889–1959) — Bakı Şəhər Dumasının deputatı, İran Senatının senatoru. Murad Qasımzadə (1915–2010) — azərbaycanlı polkovnik-mühəndis Oqtay Qasımzadə (d. 1953) — Azərbaycan alimi.
Azər Qasımzadə
Azər Qasımzadə (siyasətçi) — Azərbaycan Dirçəliş Partiyasının yaradıcısı. Azər Qasımzadə (mühəndis) — Texnika elmləri doktoru, professor.
Böyükağa Qasımzadə
Qasımov Böyükağa Məmməd oğlu – şair, tərcüməçi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Böyükağa Qasımzadə 1916-cı il martın 18-də Bakı quberniyası Bakı qəzasının Maştağa kəndində xırda sahibkar-dəmirçi ailəsində doğulmuşdur. Atası Məmməd kişi 1903-cü ildə Bakıya köçüb xırdavat dükanı sahibi, sonra adi fəhlə olmuşdur. Böyükağa yeddiillik məktəbi Bakıda bitirib fəhlə fakültəsində (1932), sonra isə sənaye institutunda (1937) təhsil almışdır. Ədəbi yaradıcılığa 30-cu illərdə başlamış, ilk şerlərini məktəblilərə həsr etmişdir. Onun ilk kitabı – "Murad" poeması 1937-ci ildə çapdan çıxmışdır. APİ-nin dil və ədəbiyyat fakültəsini bitirmişdir (1937-1941). İkinci Dünya müharibəsinin ilk günlərində səfərbərliyə alınmış, hərbi məktəbdə kursant, 1941-ci ilin dekabrında Cənub cəbhəsində atıcı rotasının komandiri, siyasi şöbənin təlimatçısı, Zaqafqaziya cəbhəsində "Döyüşçü" qəzeti redaksiyasında məsul katib işləmişdir (1942-1945). Xüsusi tapşırıqla İrana göndərilmiş (1945-1946), sonra təyyarəçilik məktəbində xüsusi qrupda siyasi rəhbər, hərbi klubda rəis vəzifələrində işləmişdir (1947-1948). Ordudan tərxis ediləndən sonra "Ədəbiyyat qəzeti"ndə incəsənət şöbəsinin müdiri (1948-1950), daha sonra "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri (1953-1957) olmuşdur.
Elbay Qasımzadə
Elbay Ənvər oğlu Qasımzadə (26 dekabr 1948, Bakı) — Azərbaycan memarı, Bakı şəhərinin baş memarı (1989–2001), Azərbaycan Memarlar İttifaqının sədri (6 noyabr 2012-ci ildən), Azərbaycan SSR əməkdar arxitektoru (1990), "Şöhrət" (2000) və "Şərəf" (2018) "Əmək" (2023) ordenləri laureatı. == Həyatı == Elbay Qasımzadə 26 dekabr 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ənvər Qasımzadənin oğludur. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib. 1971–1975-ci illərdə landşaft memarlığı problemləri üzərində çalışmış, təbii landşaft, Bakı şəhərinin müxtəlif rayonlarında ucaldılan tikililərin harmonizasiyası və s. bu kimi məsələlərlə dərindən məşğul olmuşdur. 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında şəhərsalma problemləri ilə məşğul olmuşdur. 1975–1989-cu illərdə Respublika Kənd ərazilərində İnşaatın layihələndirilməsi İnstitutunda işləmiş, bir sıra kiçik yaşayış məntəqələrinin baş planlarının müəllifi olmuşdur. Həmin dövrdə "Saman memarlığı" adlı Beynəlxalq proqramın problemləri ilə də sıx məşğul olmuşdur, bu sahədə həyata keçirilən müxtəlif layihələrin müəllifidir. 1989–2001-ci illərdə Bakı şəhərinin baş memarı, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma üzrə Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.
Elbəy Qasımzadə
Elbay Ənvər oğlu Qasımzadə (26 dekabr 1948, Bakı) — Azərbaycan memarı, Bakı şəhərinin baş memarı (1989–2001), Azərbaycan Memarlar İttifaqının sədri (6 noyabr 2012-ci ildən), Azərbaycan SSR əməkdar arxitektoru (1990), "Şöhrət" (2000) və "Şərəf" (2018) "Əmək" (2023) ordenləri laureatı. == Həyatı == Elbay Qasımzadə 26 dekabr 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ənvər Qasımzadənin oğludur. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib. 1971–1975-ci illərdə landşaft memarlığı problemləri üzərində çalışmış, təbii landşaft, Bakı şəhərinin müxtəlif rayonlarında ucaldılan tikililərin harmonizasiyası və s. bu kimi məsələlərlə dərindən məşğul olmuşdur. 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında şəhərsalma problemləri ilə məşğul olmuşdur. 1975–1989-cu illərdə Respublika Kənd ərazilərində İnşaatın layihələndirilməsi İnstitutunda işləmiş, bir sıra kiçik yaşayış məntəqələrinin baş planlarının müəllifi olmuşdur. Həmin dövrdə "Saman memarlığı" adlı Beynəlxalq proqramın problemləri ilə də sıx məşğul olmuşdur, bu sahədə həyata keçirilən müxtəlif layihələrin müəllifidir. 1989–2001-ci illərdə Bakı şəhərinin baş memarı, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma üzrə Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.
Feyzulla Qasımzadə
Feyzulla Qasımzadə (22 fevral 1898, Mərdəkan, Bakı qəzası – 29 mart 1976, Bakı) — ədəbiyyatşünas, pedaqoq, Azərbaycan EA-nın həqiqi üzvü (akademik), filologiya elmləri doktoru (1955), professor (1957), Azərbaycanın Əməkdar elm xadimi (1958) və Əməkdar müəllimi (1943). == Həyatı == Feyzulla Qasımzadə 22 fevral 1898-ci ildə Bakının Mərdəkan kəndində anadan olmuşdur. Ali təhsilini əvvəlcə 1923-1925-ci illərdə Azərbaycan Pedaqoji Unistitutunda, daha sonra 1926-1929-cu illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində almışdır. 1929-1931-ci illərdə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun aspirantı olmuşdur. == Əmək fəaliyyəti == Feyzulla Qasımzadə əmək fəaliyyətinə 1916-cı ildən Abşeron kəndlərində və Bakı şəhərinin məktəblərində müəllimliklə başlamışdır. O, 1928-1929-cu illərdə Bakı Pedaqoji Texnikumunda 1929-1931-ci illərdə APİ-də müəllim kimi fəaliyyət göstərmişdir. 1931-1938-ci illərdə Xalq Maarif Komissarlığında metodist-təlimatçı vəzifəsində çalışmışdır. Feyzulla Qasımzadə SSRİ EA Azər­bay­can Filialı­nın Dil və Ədə­biy­yat İns­titutunda baş elmi işçi, Azərbaycan Pe­daqoji İnstitu­tunda do­sent, kafedra müdiri, Bakı Dövlət Universitetində kafedra mü­di­ri, 1959-cu ildə Azərbaycan Pedaqoji İnstitu­tun­da Ədəbiyyat ka­fed­ra­­sının müdiri kimi fəaliyyət göstərmişdir. == Elmi fəaliyyəti == Azərbaycan ziyalılarının böyük bir ordusunun müəllimi olmuş, bir neçə nəsil onun dərslikləri ilə təhsil almışdır. Feyzulla Qasımzadə ədə­biy­­yat tarixçisi kimi tanı­nan ilk alim­lə­rdən biri olmuşdur.
Fuad Qasımzadə
Qasımzadə Fuad Feyzulla oğlu (22 oktyabr 1929, Bakı – 3 avqust 2010, Bakı) — tanınmış Azərbaycan filosofu, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. == Həyatı == Fuad Feyzulla oğlu Qasımzadə 1929-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1937-ci ildə Bakı şəhərinin 4 saylı məktəbinə daxil olmuş, 1947-ci ildə Bakının 1 saylı oğlan orta məktəbini bitirmişdir. O dövrdə məktəbi bitirənlər may-iyun ayında 40 gün ərzində 14 fəndən imtahan verirdilər.Gənc Fuad bütün fənlərdən əla qiymət almışdır. 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə qəbul edilmiş və 1952-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il universitet Elmi Şurasının qərarı ilə fəlsəfə ixtisası üzrə aspiranturada saxlanılmışdır. Aspirantlığının ikinci ilində dissertasiyasını müdafiəyə təqdim etmişdir. 60 il ərzində o Azərbaycan Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərmişdir. 1966-cı ildə o "Füzulinin dünyagörüşü" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. 1968-ci ildə isə eyni adlı monoqrafiyası çap olunmuşdur.
Hüseyn Qasımzadə
Hüseyn Həsənxan oğlu Qasımzadə (8 iyul 2001; Sərhədabad, Cəlilabad, Azərbaycan — 6 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hüseyn Qasımzadə 8 iyul 2001-ci ildə Cəlilabad rayon Sərhədabad kəndində doğulub. Məktəbi bitirdikdən sonra 2019-cu ildə hərbi xidmətə çağırılmışdır. Xidmət etdiyi vaxtda qüsursuz xidmətinə görə kiçik çavuş rütbəsinə layiq görülüb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Taleh Mehdiyev Tərtər Ağdərə savaşlarinda iştirak edib. O, 6 oktyabr 2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olmuşdur. 1 noyabr 2020-ci ildə Cəlilabadda dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Qasımzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Qasımzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Qasımzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Murad Qasımzadə
Qasımzadə Murad Salman oğlu (15 mart 1915, Dədəli, Qaryagin qəzası – 22 noyabr 2010, Bakı) — azərbaycanlı polkovnik-mühəndis, texnika elmləri doktoru (1971), professor (1973). == Həyatı == Murad Salman oğlu 15 mart 1915-ci ildə Qaryagin qəzasının (hazırkı Füzuli rayonu) Dədəli kəndində anadan olmuşdu. Orta məktəbi bitirəndən sonra ali məktəbə qəbul olmuşdu. İnformasiya-ölçmə texnikası sahəsində tanınmış alimdir. Polkovnik-mühəndis, texnika elmləri doktoru (1971), professordur (1973). M. Qasımzadə S. M. Kirov adına Xəzər Ali Hərbi Dəniz məktəbində kafedra rəisi (1955–1961) işləmişdi. 1961-ci ildən ömrünün sonunadək İ. Q. Yesman adına Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda informasiya-ölçü sistemləri laborotoriyasının rəhbəri vəzifəsində çalışmışdı. Əsas əsərləri energetika sistemlərinin avtomatlaşdırılması üçün informasiya-ölçü sistemlərinin işlənib, Hazırlanmasına aiddir. Keçmiş SSRİ-də elektrokinetik çeviricilər sahəsində ilk tədqiqatları M. Qasımzadə aparmışdır. Avtomatik idarəetmə üzrə Beynəlxalq Federasiyasının 6-cı konqresində (Boston, 1975) və Ümumdünya Elektrotexnika konqresində (Moskva, 1977) iştirak etmişdir.
Məmmədcavad Qasımzadə
Qasımzadə Məmmədcavad Süleyman oğlu - texnika elmləri doktoru, professor == Həyatı == Qasımzadə Məmmədcavad Süleyman oğlu Bakı şəhərində anadan olmuşdur. 1927-ci ildən neft mədənlərində əmək fəaliyyətinə başlayaraq, çilingər, böyük mühəndis köməkçisi işləmişdir. 1936-cı ildə "Azərneft" İB-nin qazıma şöbəsinə işə qəbul edilib. 1938-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1940-cı ildən "Siyəzənneft" trestinin qazıma konturunda baş mühəndis, direktor, "Elektrokəşfiyyat" kontorunun rəisi, "Azərneft" İB-nin dənizdə qazıma trestində baş mühəndis, rəis müavini, "Azərneftkəşfiyyat" İB-nin rəisi, Azərbaycanın neft sənayesi nazirinin müavini işləmişdir. 1959-1970-ci illərdə AzETNÇİ-da neft və qaz quyularının qazılması üzrə direktoru müavini, 1971-ci ildən isə "Quyuların qazılması texnologiyası" şöbəsinin rəhbəri işləyib. 1961-ci ildə "Azərbaycanın ərazilərində neft-mədən və qaz quyularının konstruksiyalarının sadələşdirilməsi və yüngülləşdirilməsi" mövzusunda namizədlik, 1969-cu ildə isə "7000m və daha artıq dərinlikdə quyuların qazılmasının bəzi problemləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. == Elmi fəaliyyəti == Qasımzadə M.S. dəniz neft yataqlarının kompleks mənimsənilməsi, qazıma sürətinin artırılması texnologiyasının təkmilləşdirilməsi, qəzaların qarşısının alınması sahəsində tanınmış mütəxəssisdir. Qasımzadə M.S. 100-dən artıq elmi məqalənin və 2 monoqrafiyanın müəllifidir. İxtiralara görə 5 müəlliflik şəhadətnaməsi alıb.
Nadir Qasımzadə
Nadir Hacıyusif oğlu Qasımzadə - professor Politexnik institutunun “Metallar texnologiyası” kafedrasının müdiri, texnika elmləri doktoru, professor Qızı Fəridə Qasımzadə Elyaz Babayevin həyat yoldaşıdır. == Kitabları == Nadir Qasımzadə “ Metallar texnologiyası ” Bakı 1989.
Nicat Qasımzadə
Nicat Höccət oğlu Qasımzadə (10 noyabr 2000, Zəhmətabad, Biləsuvar rayonu – 9 noyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nicat Qasımzadə 2000-ci il noyabrın 10-da Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. 2007–2018-ci illərdə Ə. Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Nicat Qasımzadə 2019–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Nicat Qasımzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Qasımzadə noyabrın 9-dan 10-na keçən gecə Şuşanın azad edilməsi zamanı şəhid olub. 12 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Zəhmətabad kəndində dəfn olunub.44 günlük müharibədə igidliklər göstərmiş,yaralı döyüş yoldaşlarıni xilas etmişdir.Susuz yoldaşlarını su ilə təmin etmək üçün saatlarla yol qət etmişdir.23 dən çox erməni məhv etmiş.Savaşın son saatlarında ürəyindən dəyən qəlpə yarasıyla şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Qasımzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Qasımzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nəriman Qasımzadə
Qasımzadə Nəriman Qasım oğlu — şair, tərcüməçi, şərqşünas-alim. == Erkən illəri == Nəriman Qasımoğlu 1956-cı il dekabrın 26-da Bakıda doğulmuşdur. Hüseyn Cavid adına 132 saylı Bakı şəhər orta məktəbini qızıl medalla (1973), Bakı Dövlət Universitinin (BDU) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu (1979) ilə bitirmişdir. == Elmi fəaliyyəti == Yəməndə (1977–1978) və Liviyada (1980–1982) ərəb dili üzrə mütərcim, BDU-da müəllim (1979–1980), Azərbaycan Dövlət Teleradiosunun xarici verilişlər redaksiyasında ərəb dili üzrə diktor (1979–1980), Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda elmi işçi (1983–1989), SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübəçi (1984–1986), Azərbaycan Yazıçılar Birliyi Tərcümə Mərkəzində şöbə müdiri (1989–1992) vəzifələrində, ABŞ-nin Corctaun Universiteti (2003–2004), Macarıstanın Mərkəzi Avropa Universitetində (2006–2007), ABŞ-nin Kaliforniya Dövlət Univerisiteti (2009)və Harvard Universitetində (2012–2013) elmi araşdırmaçı qismində çalışmışdır. Hazırda ADA Universitetinin professorudur. ABŞ, Braziliya, Almaniya, İngiltərə, Polşa, Macarıstan, Rusiya, Qazaxıstan və Gürcüstanda keçirilmiş elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Hazırda fərdi elmi və bədii yaradıcılıqla məşğuldur. 1987-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 80-ci illərdəki Bakıda və Moskvada elmi fəaliyyəti Yaxın Şərq probleminə həsr etdiyi onlarla məqalədə və bir monoqrafiyada əksini tapmışdır. 1970-ci illərdən etibarən bədii yaradıcılıqla məşğul olmağa başlamışdır.
Oqtay Qasımzadə
Oqtay Murad oğlu Qasımzadə (29 aprel 1953–22 dekabr 2020) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Oqtay Qasımzadə 29 aprel 1953-cü ildə Bakı şəhərində ziyalı ailəsində doğulub. 1975-ci ildə MDU-nun tətbiqi riyaziyyat fakültəsini bitirib. M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin ümumi topologiya və geometriya kafedrasının müdiridir.
Qasım Qasımzadə
Qasım Qasımzadə (şair) (1923—1993) — şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1950-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984), filologiya elmləri doktoru (1985), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü (1991). Qasım Qasımzadə (dövlət xadimi) (1889—1959) — Bakı Şəhər İctimai Özünüidarəsinin sədri, Bakı Şəhər Dumasının deputatı, Nicat Cəmiyyətinin sədri, İran Senatının senatoru, İranın Xarici İşlər Nazirliyinin hüquq müşaviri, hüquq elmləri doktoru.
Tahir Qasımzadə
Tahir Sərdar oğlu Qasımzadə (31 oktyabr 2001; Suraxanı rayonu, Azərbaycan — 29 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tahir Qasımzadə 2001-ci il oktyabrın 31-də Suraxanı rayonunda anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tahir Qasımzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Tahir Qasımzadə sentyabrın 29-da Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində, şərti adı "Üçtəpə" adlanan yüksəklikdə şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tahir Qasımzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Ümüd Qasımzadə
Ümüd İlqar oğlu Qasımzadə (13 aprel 2001; Cəlilabad rayonu, Azərbaycan — 13 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ümüd Qasımzadə 2001-ci il aprelin 13-də Cəlilabad rayonunun Göytəpə qəsəbəsində anadan olub. Subay idi. Ümüd Qasımzadə uşaq yaşlarından idmanın ağırlıqqaldırma növü ilə məşğul olub. Cəlilabad rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM-də məşq edirdi. Məşqçisi beynəlxalq dərəcəli məşqçi Qadir Babayev idi. Ümüd Qasımzadə gənclər arasında Azərbaycan Çempionatında 2019 və 2020-ci illərdə gümüş medalların sahib olub. 2020-ci ildə isə Azərbaycan Çempionatında II pillənin sahibi olub. == Hərbi xidməti == Ümüd Qasımzadə 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Ümüd Qasımzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Ənvər Qasımzadə
Ənvər Əli oğlu Qasımzadə (12 fevral 1912, Salyan, Cavad qəzası – 12 mart 1969, Bakı) — Azərbaycan memarı, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1967), Azərbaycan Politexnik İnstitutunun rektoru (1962–1968), Azərbaycan SSR əməkdar inşaatçısı (1960). == Həyatı == Ənvər Qasımzadə 1912-ci il fevralın 12-də Bakı quberniyasının Salyan şəhərində tanınmış maarifçi, Azərbaycanda rus dili və ədəbiyyatı üzrə ilk müəllimlərdən olmuş Əli bəy Qasımovun ailəsində dünyaya göz açmışdır. Ənvər Qasımzadə ilk təhsilini Bakı Müəllimlər Seminariyasının nümunəvi məktəbində almışdır. 1930-cu ilin dekabrında N. Nərimanov adına Azərbaycan Sənaye Texnikumunun inşaat şöbəsini bitirmiş və M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna göndərilmişdir. 1936-cı ildə burada ali təhsilini bitirmiş və mühəndis-memar ixtisasına yiyələnmişdir. 1942-ci ilin əvvəllərində könüllü zabitlər hazırlığı kurslarına daxil olmuş və aprel ayından İkinci Dünya müharibəsi iştirak etmişdir. Terek sahillərindən Berlinə qədər döyüş yolu keçmişdir. "Qırmızı Bayraq", "Qırmızı Ulduz", I və II dərəcəli "Böyük Vətən müharibəsi" ordenləri ilə və altı medalla təltif edilmişdir. 1946-cı ilin iyununda Azərbaycan hökumətinin müraciəti əsasında hərbi xidmətdən geri çağrılmışdır. == Fəaliyyəti == Hələ tələbəlik dövründən — 1934-cü ildən əmək fəaliyyətinə başlamış, "Azəridövlətlayihə" təşkilatında çalışmışdır.
Azər Qasımzadə (alim)
Azər Qasımzadə (mühəndis)
Azər Ərəstun oğlu Qasımzadə (Kasimzade Azer Arastun oğlu; 23 fevral, 1955, Bərdə, Azərbaycan SSR) — texniki elmlər doktoru, Türkiyənin Ondoqquz May Universitetinin Mühəndislik Fakültəsinin professoru. == Həyatı == Qasımzadə Azər Ərəstun oğlu 1955-ci il fevralın 23-də Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olub. 1972-ci ildə Şuşada Ü.Hacıbəyli adına 1 saylı orta məktəbi qızıl medalla bitirib, 1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu “Sənaye və mülki tikililəri konstruktoru” ixtisası üzrə ali təhsilini bitirib. 1980—1983-cü illərdə A.Qasımzadə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunun inşaat mexanikası kafedrasının aspiranturasında oxumuş və 1983-cü ildə Moskvada texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1991-ci ildə həmin ali məktəbdə elmi işi müdafiə edərək texniki elmlər doktoru adına layiq görülmüşdür. 1986—1988-ci illərdə Moskva İnşaat Mühəndisləri Universitetinin “İnşaat Mexanikası” kafedrasında elmi təcrübə keçərək, doktorant və təsərrüfat hesablı elmi layihənin icraçısı olmuşdur. 1991-ci ilde Amerika Birləşmiş Ştatlarının New Jersey Institute of Technology Universitetinin, “İnşaat və Ətraf Mühəndisliyi” bölməsində və Prinston Universitetinin “İnşaat mühəndisliyi və Əməliyyatların Tədqiqi” bölməsində elmi mübadilədə olub. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1978-ci ildə təyinatla SSRİ Neft və Qaz Sənayesi Nazirliyinin “Dənizneftqaz” Elmi-Tədqiqat və Layihə İnstitutunun dəniz qurğuları şöbəsinə göndərilib və orada mühəndis—konstruktor kimi işləyib, Xəzər, Azov və Qara dənizlərdəki yataqların hesablama-layihə, maket və modelləşdirmə sahəsindəki tədqiqatlarda iştirak edib. 1980—1983-cü illərdə “Dənizneftqaz” Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutu ilə müqavilə əsasında Moskva İnşaat Mühəndisləri İnstitutunda neft-qaz hasilatı sənayesi üçün dəniz platformalarının üst hissələrinin hesablanmasının etibarlılığı tədqiqatlarını davam etdirib. 1983-cü ildə namizədlik dissertasiyasının müdafiəsindən sonra A.Qasımzadə “Dənizneftqaz” Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunun hesablama mərkəzinin avtomatlaşdırılmış layihələndirmə sistemləri şöbəsində işini davam etdirib və əvəzçilik əsasında İnşaat Mühəndisləri İnstitutunda mühazirələr oxuyub.
Azər Qasımzadə (siyasətçi)
Azər Qasımzadə — Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunda elmi işçisi geologiya-minerologiya elmləri namizədi, müstəqil Azərbaycanda ilk siyasi partiya olan Azərbaycan Dirçəliş Partiyasının yaradıcısı, daha sonra isə Azərbaycan Xalq Dirçəliş Partiyasının sədri. == Həyatı == Azər Qasımzadə 1955-ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub. Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunda elmi işçi vəzifəsində çalışıb. Geologiya-minerologiya elmləri namizədi olub. 1972-ci ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra Bakı Tuneltukinti İdarəsində fəhlə işləyib. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinin qiyabi şöbəsinə daxil olub. 1975–1977-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra Azərbaycan Kənd Tikinti Nazirliyində fəhlə işləyib. 1981-ci ildə Universiteti mühəndis-geoloq ixtisası ilə bitirdikdən sonra Azərbaycan EA Geologiya İnstitutuna işə daxil olub. 1984–1988-ci illərdə aspiranturanın qiyabi şöbəsində oxuyub və 1989-cu ilin iyununda Düşənbə şəhərində disssertasiya mövzusunu müvəffəqiyyətlə müdafiə edərək geologiya-minerologiya elmləri namizədi elmi-dərəcəsini alıb.
Qasım Qasımzadə (yazıçı)
Qasım Xansuvar oğlu Qasımzadə (23 iyun 1923, Aşağı Xocamusaxlı, Qubadlı rayonu – 28 iyul 1993, Bakı) — şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1950-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984), filologiya elmləri doktoru (1985), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü (1991). == Həyatı == Qasım Qasımzadə 1923-cü il iyunun 23-də Qubadlı rayonunun Xocamusaxlı kəndində anadan olmuşdur. Şəki Pedaqoji Texnikumunu bitirdikdən sonra Kəlbəcərdə orta məktəb müəllimi, Yevlax rayon xalq maarifi şöbəsində metodist işləmişdir. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsilini davam etdirmişdir (1945–1950). Eyni zamanda "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1947–1949) olmuşdur. "Ədəbiyyat və İncəsənət" qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı (1950–1953), baş elmi işçi əvəzi (1953–1954), baş elmi işçi (1954–1959), "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru (1957–1963) çalışmışdır. Yenidən Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutuna qayıtmış, ömrünün sonunadək burada baş elmi işçi (1963–1973) və sovet ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır (1973-cü ildən). Ədəbi fəaliyyətə 20-ci əsrin 40-cı illərindən başlamışdır. Bu yaxınlarda şairin arxivindən tapılmış və sağlığında çap edilməmiş "İstiqbala səyahət", yaxud "Yerin övladı" (1946) başlıqlı poeması göstərir ki, Qasım Qasımzadə dünya elmi bədiiyyat poeziyasında ilkə imzasını atmış Azərbaycan şairidir. İlk mətbu şeiri 1944-cü ildə "Kommunist" qəzetində çap etdirdiyi "Vəfasız olmaz" adlı poetik nümunədir.
Əsgər xan Qasımzadə
İntiqam Qasımzadə
Qasımov İntiqam Böyükağa oğlu — tənqidçi, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (2003), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı == İntiqam Qazımzadə 1943-cü il avqustun 12-də Şuşa şəhərində anadan olmuşdur. Bakıdakı 7 saylı şəhər orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1960–1965). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin aspirantı olmuşdur. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ssenari-redaksiya heyətinin üzvü (1969–1974), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, tənqid şöbəsinin müdiri (1976–1979), məsul katib, baş redaktorun müavini (1979–1997) vəzifələrində çalışmışdır. Hazırda həmin jurnalın baş redaktoru vəzifəsində işləyir (1997-ci ildən). Ədəbi yaradıcılığa erkən başlasa da, 1968-ci ildən dövri mətbuatda ədəbi-tənqidi məqalələri müntəzəm çap olunur. Bədii tərcümə ilə ardıcıl məşğul olur. Kamil Yaşenin pyeslərini, Vasil Bıkovun povestlərini, Şandor Radonun "Təxəllüs "Dora"" romanını rus dilindən doğma dilə çevirmişdir. "Bayatı" ədəbi televiziya almanaxının müəllifidir (1980-ci ildən).
Tərlan Qasımzadə
Tərlan İlqar oğlu Qasımzadə (1 yanvar 1995, Lənkəran) — Azərbaycanlı futbolçu-qapıçı. Azərbaycan Premyer Liqasının "Kəpəz" komandasında çıxış edir. == Həyatı == 1995-ci il yanvarın 1-də Lənkəran şəhərində anadan olan Tərlan Qasımzadə 13 yaşında futbol oynamağa başlayıb. Futbolçunun ilk məşqçisi Namiq Qarayev olub. 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. == Klub karyerası == Tərlan Qasımzadə 13 yaşından "Xəzər-Lənkəran" futbol klubunun az yaşlı yığmasında çıxış etməyə başlayıb. 2010-cu ildə əsas komandada oynamışdır. 2013–2014-cü illərdə hərbi xidmətdə olarkən ÇSKA-nın sıralarına yazılsa da, icarə əsasında Lənkəran klubunda oynamağa davam edib. 2015-ci ilin iyununda "Xəzər-Lənkəran" futbolçu ilə müqaviləni daha üç il uzadıb. 2016–2017-ci mövsümündə AZAL-da çıxış etsə də, çempionatda cəmi 1 oyun keçirib.
Nicat Qasımzadə - 2-ci Qarabağ müharibəsi iştirakçısı
Nicat Höccət oğlu Qasımzadə (10 noyabr 2000, Zəhmətabad, Biləsuvar rayonu – 9 noyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nicat Qasımzadə 2000-ci il noyabrın 10-da Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. 2007–2018-ci illərdə Ə. Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Nicat Qasımzadə 2019–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Nicat Qasımzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Qasımzadə noyabrın 9-dan 10-na keçən gecə Şuşanın azad edilməsi zamanı şəhid olub. 12 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Zəhmətabad kəndində dəfn olunub.44 günlük müharibədə igidliklər göstərmiş,yaralı döyüş yoldaşlarıni xilas etmişdir.Susuz yoldaşlarını su ilə təmin etmək üçün saatlarla yol qət etmişdir.23 dən çox erməni məhv etmiş.Savaşın son saatlarında ürəyindən dəyən qəlpə yarasıyla şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Qasımzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Qasımzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qasım Qasımzadə (dövlət xadimi)
Qasım Qasımzadə, Qasım Qasımov və ya Ağa Qasım Qasımzadə (1889, Xələnc, Quba qəzası – 20 oktyabr 1959, Tehran) — Bakı Şəhər İctimai Özünüidarəsinin sədri, Bakı Şəhər Dumasının deputatı, Nicat Cəmiyyətinin sədri, İran Senatının senatoru, İranın Xarici İşlər Nazirliyinin hüquq müşaviri, hüquq elmləri doktoru. == Həyatı == Qasım Qasımzadə 1889-cu ildə Quba qəzasının Xələnc kəndində Hacı Mahmud Qasım oğlu ilə Şəhrəbanu Allahverdi qızının ailəsində anadan olmuşdur. Atası Hacı Mahmud Qasım oğlu Bakının 2-ci gildiya taciri olub. Qasım Qasımzadə 1899-cu ilin sentyabr ayından 8 iyun 1906-cı il tarixinədək Bakı real məktəbində təhsil almışdır. 15 sentyabr 1906-cı il tarixindən 9 iyun 1907-ci il tarixinədək həmin məktəbdə əlavə sinifdə də təhsil almışdır. 2 iyun 1907-ci ildə əlavə olaraq 8-ci sinif həcmində latın dilindən də imtahan verərək tam orta təhsilini başa vurmuşdur. 6 iyul 1907-ci ildə Sankt-Peterburq Universitetinin Hüquq fakültəsinə qəbul olunmaq üçün universitet rektoruna ərizə yazmış və universitetə qəbul edilmişdir. 1911-ci ildə ali təhsilini bitirdikdən sonra Bakıya qayıdan Qasım Qasımzadə burada vəkillik fəaliyyəti göstərməyə başlamışdır. Aprel işğalından sonra Qasım Qasımzadə professor Zidelin təqdimatı və Pəhləvi hökumətinin dəvəti ilə ailəsiylə birgə İrana gəlmiş və burada Tehran Universitetinin Hüquq fakültəsində professor olaraq çalışmağa başlamışdır. O, ailəsi ilə birgə daha sonra isə Fransaya qaçmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.24 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 10.28
2003 •••••••••••• 5.91
2004 ••••••••••••••• 7.41
2005 ••••••••••••••••••• 9.45
2006 •••••• 2.70
2007 ••••••••• 4.23
2008 •••••••• 3.65
2009 •••••••••• 4.64
2010 •••••••• 3.90
2011 •••••••• 4.03
2012 •••••••••• 4.65
2013 •••••• 2.63
2014 •••••• 2.92
2015 •••••••• 4.08
2016 ••••••• 3.12
2017 •••••••• 4.06
2018 •••••••• 3.75
2019 ••••••••••••••• 7.37
2020 ••••••• 3.32

Oxşar sözlər

#qasımzadə nədir? #qasımzadə sözünün mənası #qasımzadə nə deməkdir? #qasımzadə sözünün izahı #qasımzadə sözünün yazılışı #qasımzadə necə yazılır? #qasımzadə sözünün düzgün yazılışı #qasımzadə leksik mənası #qasımzadə sözünün sinonimi #qasımzadə sözünün yaxın mənalı sözlər #qasımzadə sözünün əks mənası #qasımzadə sözünün etimologiyası #qasımzadə sözünün orfoqrafiyası #qasımzadə rusca #qasımzadə inglisça #qasımzadə fransızca #qasımzadə sözünün istifadəsi #sözlük