Kazımzadə sözü azərbaycan dilində

Kazımzadə

Yazılış

  • Kazımzadə • 99.3750%
  • KAZIMZADƏ • 0.4167%
  • kazımzadə • 0.2083%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abbasqulu Kazımzadə
Abbasqulu Kazımzadə (tam adı: Abbasqulu Məhəmməd İbrahim oğlu Kazımzadə, mühacirətdə: Abbas İldeniz; 1882, Maştağa, Bakı qəzası – 28 iyul 1947, Ankara) — Müsavat Partiyasının üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Milli Şurasının üzvü olmuşdur. == Həyatı == 1905-ci ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü olmuş, 1911-ci ilin oktyabr ayında Bakıda Tağı Nağıyev və Məhəmməd Əli Rəsulzadə ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin tapşırıq və tövsiyələrinə uyğun olaraq Müsəlman Demokrat Müsavat Partiyasının əsasını qoymuşdur. Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun" una (1918,19 noyabr) əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdi. Parlamentdə Müsavat və bitərəflər fraksiyasının üzvü idi.Məhəmməd Əli Rəsulzadə daha sonralar yazırdı: 28 iyul 1947-ci ildə Ankarada vəfat etmiş, Cebeci məzarlığında 63-cü ada, 12-ci parseldə dəfn olunmuşdur. Məzarında doğum tarixi 1882-ci il olaraq, ata adı isə "Mehmet" olaraq qeyd olunmuşdur. == Mənbə == Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası. II cild. Bakı, 2005.
Aqşin Kazımzadə
Aqşin Zəki oğlu Kazımzadə (17 dekabr 1937, Bakı – 10 iyun 2011, Bakı) — Azərbaycanın əməkdar jurnalisti. == Həyatı == Aqşin Kazımzadə 17 dekabr 1937-ci ildə texnika elmləri doktoru, professor Zəki Kazımzadənin ailəsində anadan olub. 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunda (indiki Dövlət Neft Akademiyası) təhsil alarkən jurnalistikaya ilk qədəmlərini "Molodyoj Azerbaydjana" qəzetində qoyub. "Sovetski sport"un Azərbaycan üzrə yeganə azərbaycanlı bölgə müxbiri işləyib. 2011-ci il 10 iyun tarixində 74 yaşında dünyasını dəyişib. == Fəaliyyəti == O həmçinin "Fizkulturnik Azerbaydjana" (indi "İdman") və "Panorama" qəzetlərinə rəhbərlik edib, "Bakinski raboçi", "Günay", "Bizim əsr", "Zerkalo", "Vışka", "Kaspi" və digər rusdilli nəşrlərdə çalışıb. "Sovetski sport" qəzetinin müxbiri olub. Xüsusi müxbir kimi futbol üzrə bir neçə dünya və Avropa çempionatında — İngiltərədə (1966-cı il), Meksikada (1970-ci il), Argentinada (1978-ci il), İspaniyada (1982-ci il) və Fransada (1984-cü il) olub. 5 olimpiya oyunlarında da olub. 90-cı illərin əvvəllərində "İdman" qəzetinin baş redaktoru vəzifəsindən gedən Aqşin Kazımzadə yeni yaradılan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında Beynəlxalq əlaqələr departamentinə başçılıq etdi.
Aydın Kazımzadə
Aydın Kazımzadə (kinoşünas) — Azərbaycan kinoşünası. Aydın Kazımzadə (fizik) — Azərbaycan alimi.
Elmira Kazımzadə
Elmira Kazımzadə (d. 1957, Bakı) – Azərbaycan alimi. Psixologiya sahəsindəki fəaliyyəti ilə tanınır. == Həyatı == Elmira Kazımzadə 1957-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub. == Fəaliyyəti == 1979-cu ildə Moskva Dövlət Universitetinin psixologiya fakültəsini bitirdikdən sonra BDU-nun pedaqogika və psixologiya kafedrasında əmək fəaliyyətinə başlayıb. 1990-cı ildə "Etnopsixoloji kontekslərdə özünüqiymətləndirmə faktorunun müqayisəli təhlili"nə həsr olunmuş elmi dissertasiya işini Kiyevdə Elmi Tədqiqat İnstitutunda müdafiə edib. 1992-ci ildən Gender və tətbiqi psixologiya kafedrasının müəllimidir. 1998-ci ildən indiyədək müxtəlif beynəlxalq layihələrdə tədqiqatçı və əlaqələndirici vəzifələrində çalışır. Birləşmiş Millətlər Təşkilatının, Dünya bankının və digər milli və beynəlxalq təlim-tədris müəssəsilərində aparıcı ekspert statusu qazanıb. Son 10 ildə 5 beynəlxalq nəşrdə həmmüəllif olub.
Firuz Kazımzadə
Firuz Kazımzadə (27 oktyabr, 1924, Moskva - 17 may, 2017, ABŞ ) — Amerika tarixçisi, Yel Universitetinin tarix üzrə əməkdar professoru, əslən azərbaycanlıdır . == Həyatı və təhsili == Firuz Kazımzadə 1924-cü il oktyabrın 27-də Moskvada anadan olub. Atası İran səfirliyinin əməkdaşı olub. İlk təhsilini Moskvada alan Firuz Kazımzadə sonradan ABŞ-yə gedərək 1944-cü ildə Stenford Universitetinə daxil olub. 1946-cı ildə universiteti fərqlənmə ilə bitirib. Bir il sonra elə həmin universitetdə magistraturanı bitirib. 1950-ci ildə Harvard Universitetində Rusiya tarixi dair doktorluq dissertasiyasını müdafiə edib. == Fəaliyyəti == 1954-1956-cı illərdə Harvard Universitetində işləyən Firuz Kazımzadə sonradan Yel Universitetində fəaliyyətini davam etdirib O, "Zaqafqaziya uğrunda mübarizə (1917-1921)" adlı kitabını qısa müddətdə tamamlamışdır. 1951-ci ildə həmin kitab "Fəlsəfi kitabxana" nəşriyyat şirkəti tərəfindən nəşr olunmuşdur. Kitaba Harvard Universitetinin əməkdar professoru Maykl Karpoviç ön söz yazmışdır.
Günay Kazımzadə
Kazım Kazımzadə
Kazım Məmmədəli oğlu Kazımzadə (10 avqust 1913, Bakı – 4 oktyabr 1992, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan SSR xalq rəssamı (1964) və əməkdar incəsənət xadimi (1943). Stalin mükafatı (1950) və Azərbaycan SSR Dövlət mükafatı (1986) laureatı. == Həyatı == 1913-cü il avqustun 10-da Bakı şəhərində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Rəssamlıq Texnikumunu, 1960-cı ildə İ.Y.Repin ad. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirmişdir. İlk dövrdə Nizaminin "İsgəndərnamə" ("İqbalnamə"), "Sirlər xəzinəsi" (1940), "Leyli və Məcnun" (1947), "Xosrov və Şirin" (1948) poemalarına, eləcə də uşaqlar üçün işlənmiş "Fitnə", "Sehrli üzük", "İsgəndər və çoban" kitablarına illüstrasiyalar çəkmişdir. "Cəbhə yollarında" (1943) rəsmlər silsiləsində müharibənin fəlakətlərini əks etdirmişdir. Yaradıcılığında Sovet dövrünə xas olan siyasi plakat və karikaturalar mühüm yer tutmuşdur. Kazımzadə, əsasən kitab illüstrasiyası və dəzgah qrafikası sahəsində fəaliyyət göstərmişdir. 1942-ci ildən vəfatınadək Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru, 1954-cü ildən Beynəlxalq Muzeylər Şurası Sovet Komitəsinin əsas üzvü olmuşdur.
Rəna Kazımzadə
Qumral-Rəna Zəki qızı Kazımzadə (5 noyabr 1942, Bakı) — fizika-riyaziyyat elmləri doktoru (1998), professor (1999), “Tərəqqi”medalı laureatı (2010). Kazımzadə Rəna Zəki qızı 1942-ci il noyabr ayının 5-də Bakıda, milli nəzəri elektrotexnika məktəbinin banisi Zəki Əli İsgəndər oğlu Kazımzadənin ailəsində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Fizika-riyaziyyat fakültəsini “Fizika və ümumi texniki fənlər” ixtisası üzrə bitirən Rəna Kazımzadə elə həmin ildə də Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNSU) aspiranturasına daxil olmuşdur və o zamandan elmi fəaliyyətə başlayaraq ömrünün təqribən 50 ilini nəzəri elektrotexnika elminə həsr etmişdir. Rəna Kazımzadə əmək fəaliyyətinə 1969-cu ildən həmin institutun “Elektrotexnikanın nəzəri əsasları” (sonradan “Elektrotexnika və elektrik təchizatı”, indiki “Elektroenergetika”) kafedrasında assistent kimi başlamış, sonradan bu kafedranın dosenti olmuşdur. O, 1998-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır. 1999-cu ildən kafedranın professoru, 2000 – 2017-ci ildə isə kafedra müdiri vəzifəsində çalışmışdır. Universitetin Elmi Şurasının üzvüdür. Rəna Kazımzadə Kembricin Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən "XX əsrin 2000 ən görkəmli alimi" diplomuna layiq görülmüş və "Kim kimdir" Beynəlxalq Sorğu kitabına daxil edilmişdir. Həmçinin Amerika Bioqrafiya İnstitutu Bioqrafiya Assosiasiyasının həqiqi üzvü seçilmiş, 2000 – 2001-ci ilin "Beynəlxalq Qadını" adına layiq görülmüş, "2002-ci ilin Beynəlxalq şəxsiyyəti" adını almış, Kembricdə nəşr olunmuş "XX əsrin 2000 intellektualı" Beynəlxalq sorğu kitabının 28-ci nəşrinə və XXI əsrdə "Kim kimdir" sorğu kitabının birinci nəşrinə daxil edilmişdir. Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü seçilmişdir.
Zəki Kazımzadə
Zəki Əli İsgəndər oğlu Kazımzadə (1908 – 1986) — professor, texnika elmləri doktoru, Rəna Kazımzadə atası.[mənbə göstərin] 1908-ci ildə Bakı şəhərində anadan olub. Elmi fəaliyyəti dövründə elektrotexnikaya aid bir çox dərs vəsaitləri və elmi əsərlər yazıb. Onun "Ümumi elektrotexnika", "Sənayenin energetik bazası", "Xalq təsərrüfatının avtomatlaşdırılması", "Elektrik enerjisinin yeni üsullarla istehsalı" adlı əsərləri tək Azərbaycanda deyil, həmçinin Yaxın Şərq və Orta Asiya ölkələrində də geniş istifadə olunur. "Elektrotexnikanın nəzəri əsasları" kitabı "Dəyişən və sabit cərəyanın alınması", "Çoxfazalı dəyişən cərəyanlar", "Dəmir nüvəli elektrik dövrələri" və elektrotexnikanın digər nəzəri əsaslarını əhatə edən 21 fəsildən ibarətdir.
Əli Kazımzadə
Əli Kazımzadə (tam adı: Əli Kazım oğlu Kazımzadə; 18 oktyabr 1941) — kimyaçı alim, AMEA-nın akademik Ə. M. Quliyev adına Aşqarlar kimyası İnstitutunun laboratoriya müdiri, kimya üzrə elmlər doktorudur. Əli Kazım oğlu Kazımzadə 1941-ci il oktyabrın 18-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 189 saylı məktəbdə aldıqdan sonra, 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) kimya fakültəsinə qəbul olunub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. Əli Kazım oğlu Kazımzadə 1965-ci ildən bu günə qədər Azərbaycan Milli Elmlər Akademiyası akademik Ə. M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AMEA AKİ) işləyir. 1973-cü ildə " Sulfen turşuları və aminometilsulfidlərin bəzi törəmələrinin sintezi və sürtkü yağlarına aşqar kimi tədqiqi" mövzusunda namizədlik dissertasiya müdafiə etmişdir. 1992-ci ildə də "Sintetik yağların yüksəktemperaturlu oksidləşmə inhibitorları " mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsinı almışdır. Əli Kazım oğlu Kazımzadə 1988-ci ildən "Motor yağlarına çoxfunksiyalı aşqarlar" laboratoriyasının müdiri vəzifəsində çalışır və baş elmi işçidir. Əli Kazımzadə neft kimyası və üzvi kimya sahəsində tanınmış alimdir, onun elmi fəaliyyətinin əsas istiqaməti mineral və sintetik yağlar üçün müxtəlif funksional təsirə malik aşqarların sintezi və tədqiqi, onların təsir mexanizminin öyrənilməsi, eləcədə, müasir və perspektiv terxnika üçün sürtkü kompozisiyalarının hazırlanması (yaradılması) və itehsalatda tətbiqi ilə bağlıdır. Əli Kazımzadə elmi fəaliyyəti dövründə istedadı ilə seçilərək gündəlikdə olan aktual mövzuların müzakirəsi zamanı həmişə öz sanballı məsləhət və töhfələrini vermiş, həlli vacib olan istənilən məsələləri isə müsbət sonluqla yerinə yetirmişdir.
Aydın Kazımzadə (fizik)
Aydın Həsən oğlu Kazımzadə (8 avqust 1950, Ordubad) — fizika-riyaziyyat elmləri doktoru, professor, BDU-nun Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü (30.06.2014). == Həyatı == Aydın Kazımzadə 1950-ci il 8 avqustda Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. 1967-cü ildə 1 saylı Ordubad şəhər orta məktəbini qızıl medalla, 1972-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. O, 1972–1976-cı illərdə AМЕА-nın Fizika İnstitutunda laborant vəzifəsində işləmiş, 1975-ci ildə "İnSe və GaSe monokristallarında tarazlıqda olmayan elektron prosesləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi adını almışdır. A.Kazımzadə 1976–1979-cu illərdə Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının assistenti, 1979–1986-cı illərdə həmin kafedranın baş müəllimi, 1986–1988-ci illərdə dosenti vəzifəsində çalışmışdır. Tədqiqatçı alim 1987-ci ildə "A3B6-tipli laylı birləşmələrin elektron xassələri və onların əsasında heterokontaktlar" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru adını almışdır. 1988–1996-cı illərdə Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının professoru olan 1996–2011-ci illərdə həmin kafedranın müdiri vəzifəsində işləmişdir. O, eyni zamanda 2002–2011-ci illərdə Respublika Təhsil Nazirliyində Dünya Bankının təhsil üzrə məsləhətçisi vəzifəsində də çalışmışdır. Aydın Kazımzadə 2011-ci ildən Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru vəzifəsində çalışır. Səmərəli və məhsuldar elmi fəaliyyətinə görə Aydın Kazımzadə 1976-cı ildə Elm və Texnika sahəsində Respublika Komsomol mükafatı Laureatı adına, 1993-cü ildə Beynəlxalq Elm Fondunun Soros mükafatına layiq görülmüşdür.
Aydın Kazımzadə (kinoşünas)
Aydın Ələsgər oğlu Kazımzadə (15 yanvar 1940, Bakı) — Azərbaycan kinoşünası, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2000) və əməkdar incəsənət xadimi(2005), Prezident təqaüdçüsü (2012). == Həyatı == Kazımzadə Aydın Ələsgər oğlu (Aydın Kazımov) 1940-cı il yanvar ayının 15-də Bakı şəhərində anadan olmuşdur.7-ci sinfə kimi Bakıdakı 44 nömrəli orta məktəbdə oxumuş, 1958-ci ildə isə 57 nömrəli axşam fəhlə-gənclər məktəbini bitirmişdir.1955–1958-ci illərdə istehsalatda işləyib. 1958–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsində təhsil alıb. 1963-cü ildən isə kinematoqrafiya sahəsində çalışıb. 1985-ci ildə Moskvada ÜDKİ nəzdində reklam işi üzrə yaradıcı və rəhbər kinematoqrafiya işçillərinin ixtisasartırma kurslarını bitirmişdir. 50 il iş stajı var. == Fəaliyyəti == 1963-cü ildən kinematoqrafiya sahəsində çalışıb. 1985-ci ildə Moskvada ÜDKİ nəzdində reklam işi üzrə yaradıcı və rəhbər kinematoqrafiya işçillərinin ixtisasartırma kurslarını bitirmişdir. 50 il iş stajı var. Azərbaycanda kino mətbuatının yaradıcısı olmuş, " Kino " qəzetinin və " Film " jurnalının baş redaktoru, Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsi Məlumat-reklam bürosunun direktoru, Az.
Aydın Kazımzadə (professor)
Aydın Həsən oğlu Kazımzadə (8 avqust 1950, Ordubad) — fizika-riyaziyyat elmləri doktoru, professor, BDU-nun Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü (30.06.2014). == Həyatı == Aydın Kazımzadə 1950-ci il 8 avqustda Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. 1967-cü ildə 1 saylı Ordubad şəhər orta məktəbini qızıl medalla, 1972-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. O, 1972–1976-cı illərdə AМЕА-nın Fizika İnstitutunda laborant vəzifəsində işləmiş, 1975-ci ildə "İnSe və GaSe monokristallarında tarazlıqda olmayan elektron prosesləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi adını almışdır. A.Kazımzadə 1976–1979-cu illərdə Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının assistenti, 1979–1986-cı illərdə həmin kafedranın baş müəllimi, 1986–1988-ci illərdə dosenti vəzifəsində çalışmışdır. Tədqiqatçı alim 1987-ci ildə "A3B6-tipli laylı birləşmələrin elektron xassələri və onların əsasında heterokontaktlar" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru adını almışdır. 1988–1996-cı illərdə Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının professoru olan 1996–2011-ci illərdə həmin kafedranın müdiri vəzifəsində işləmişdir. O, eyni zamanda 2002–2011-ci illərdə Respublika Təhsil Nazirliyində Dünya Bankının təhsil üzrə məsləhətçisi vəzifəsində də çalışmışdır. Aydın Kazımzadə 2011-ci ildən Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru vəzifəsində çalışır. Səmərəli və məhsuldar elmi fəaliyyətinə görə Aydın Kazımzadə 1976-cı ildə Elm və Texnika sahəsində Respublika Komsomol mükafatı Laureatı adına, 1993-cü ildə Beynəlxalq Elm Fondunun Soros mükafatına layiq görülmüşdür.

Oxşar sözlər

#kazımzadə nədir? #kazımzadə sözünün mənası #kazımzadə nə deməkdir? #kazımzadə sözünün izahı #kazımzadə sözünün yazılışı #kazımzadə necə yazılır? #kazımzadə sözünün düzgün yazılışı #kazımzadə leksik mənası #kazımzadə sözünün sinonimi #kazımzadə sözünün yaxın mənalı sözlər #kazımzadə sözünün əks mənası #kazımzadə sözünün etimologiyası #kazımzadə sözünün orfoqrafiyası #kazımzadə rusca #kazımzadə inglisça #kazımzadə fransızca #kazımzadə sözünün istifadəsi #sözlük