Kərimzadə sözü azərbaycan dilində

Kərimzadə

Yazılış

  • Kərimzadə • 99.7528%
  • KƏRİMZADƏ • 0.2472%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fərid Kərimzadə
Fərid Elmar oğlu Kərimzadə (5 yanvar 1997-ci ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-19 milli futbol komandasında çıxış etmişdir. == Klub karyerası == Fərid Kərimzadə Sumqayıt klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar futbolçu karyerasına 2013-cü ildə Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt klubunda start vermişdir. O, həm klubun əvəzedicilər dəstəsində, həm də əsas yığmasına çıxış etmişdir. O, kimyaçıların tərkibində debütünü 19 fevral 2014-cü ildə Azərbaycan Premyer Liqasının XXXII turunda Zaqatalanın Simurq klubuna qarşı oyunda etmişdir. === Çempionat === Mövsümlər üzrə Azərbaycan çempionatında aşağıdakı kimidir: === Kubok === Mövsümlər üzrə Azərbaycan kubokunda aşağıdakı kimidir: == Milli karyerası == Fərid Kərimzadə 2013-cü ilin may ayında Azərbaycan U-17 milli futbol komandası ilə Bakıda ənənəvi təşkil olunan III beynəlxalq gənclər turniri olan "Caspian Cup"-da iştirak etmişdir. 2013-cü il noyabrın 25-dən 29-dək Bakıda keçirilən Azərbaycan U-19 millisinin tədris-təlim məşqi zamanı olimpiya yığmasında iştirak etmişdir.
Fərman Kərimzadə
Fərman İsmayıl oğlu Kərimzadə (Kərimov) (3 mart 1937, Vedi – 17 mart 1989, Bakı, SSRİ) — azərbaycanlı yazıçı-nasir, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, kinoredaktor, bir çox filmlərin ssenari müəllifi. == Həyatı == Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistan SSR-in Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuşdur. İbtidai təhsilini orada almış (1944–1951), orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində bitirmişdir (1954). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır (1955–1960). İsmayıllı və Jdanov (indiki Beyləqan) rayonlarında orta məktəb müəllimi olmuşdur (1962–1965). Sonra "Yüksəliş" rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdirü, məsul katib işləmişdir (1962–1965). Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirmişdir (1965–1967). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966–1970), C. Cabbarlı adına "Azərbaycan film" kinostudiyasında kollegiya üzvü (1970–1977), "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri (1977–1980) olmuşdur. Şüvəlan yaradıcılıq evinin direktoru (1980–1981) işləmişdir. F. Kərimzadə "Çaldıran döyüşü", "Xudafərin körpüsü" tarixi əsərlərinin, "Təbriz namusu", "Qarlı aşırım" (bu əsərin əsasında "Axırıncı aşırım" bədii filmi çəkilmişdir), "Qoca qartalın ölümü" və sair məşhur əsərlərin müəllifidir.
Mirxəyal Kərimzadə
Pərvin Kərimzadə
Pərvin Kərimzadə — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, tarix üzrə fəlsəfə doktoru,dosent. Pərvin Orxan qızı Kərimzadə 1976-cı il fevralın 3-də Bakı şəhərində anadan olub. 1982–1992-ci illərdə Gəncə şəhər 4 saylı orta məktəbində təhsil almışdır və medalla bitirmişdir. 1992–1997-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2004-cü ildə "XIX əsrin sonu-XXəsrin əvvəllərində Şimali Azərbaycanda mesenatlıq" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsi, 2009-cu ildən isə dosent elmi adı almışdır. 2006-cı ildən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun doktorantıdır. "XX əsrin əvvəllərində Gəncədə milli hərəkat" mövzusunda doktorluq dissertasiyası üzərində çalışır. Ailəlidir, iki övladı var. 1997-ci ildən Gəncə Dövlət Universiteti Ümumi tarix kafedrasında müəllim, 2002-ci ildən isə kafedrada baş müəllim kimi fəaliyyət göstərmişdir. 2007–2011-ci illərdə Gəncə Dövlət Universiteti Tarix-Coğrafiya fakültəsinin dekan müavini, 2011 – 2013-cü illərdə Ümumi tarix kafedrasında kafedra müdiri vəzifələrində çalışıb.
Kənan Kərimzadə
Kənan Şakir oğlu Kərimzadə (1989, Bərdə) — Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini (2023-cü ildən). == Həyatı == Kənan Kərimzadə 1989-cu ildə Bərdə şəhərində anadan olub, əslən yerazdır. 2006–2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunda təhsil alıb, bakalavriat səviyyəsini maliyyə və kredit ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2010-cu ilin fevral-aprel aylarında ABŞ-nin Dyuk Universitetinin Beynəlxalq İnkişaf Mərkəzi tərəfindən keçirilən "İqtisadi inkişaf üçün tətbiqi dövlət maliyyəsi" kursunu bitirib. 2011–2012-ci illərdə "Edmund S. Muskie Mübadilə Proqramı" çərçivəsində Nyu-Yorkda yerləşən Fordham Katolik Universitetində "Beynəlxalq siyasi iqtisad və inkişaf" proqramında təhsil alıb. 2017–2019-cu illərdə ABŞ-nin CFA İnstitutunun "İnvestisiyaların idarə edilməsi" proqramını bitirib və xartiyalı maliyyə təhlilçisi (CFA Charterholder) beynəlxalq akkreditasiyasını əldə edib. Rus dilində danışa bilmir. Həbsdə olan Bəxtiyar Hacıyevin yaxın dostudur. Ailəlidir, üç övladı var. == Fəaliyyəti == Kənan Kərimzadə 2012-ci ildə millət vəkili Vüqar Bayramovun köməkçisi kimi karyerasına başlayıb, 2013–2016-cı illərdə "Capital Motors" MMC-də maliyyə və təhlil üzrə mütəxəssis, 2016–2019-cu illərdə "PMD Group" MMC-də investisiyalar üzrə baş mütəxəssis, investisiyalar üzrə rəhbər, departament menecerinin müavini, 2019–2020-ci illərdə isə Strateji planlaşdırma və təhlil sektorunun müdiri vəzifələrində çalışıb.
Təbriz namusu (Fərman Kərimzadə)
Təbriz namusu — Fərman Kərimzadənin tarixi romanı “Təbriz namusu” əsərində Fərman Kərimzadə XIII-XIV əsrlərə gedib çıxır. Uzaq keçmişimizə parlaq güzgü tutmağa çalışan müəllif üçün başlıca mənbə isə orta əsr tarixçisi Fəzlullah Rəşidəddinin "Tarixlər toplusu" ("Came ət-təvarix") əsəridir. Fəzlullah Rəşidəddinin yaradıcılığında mühüm yer tutan bu əsərdə XIII-XIV əsrlərdə müsəlman Şərqində, xüsusilə Azərbaycanda Elxanilər hökmdarlarının dövrü təsvir olunur və F.Kərimzadə də bu nöqtədə tarixçi ilə birgə hərəkət edir. Lakin yazıçı tarixi hadisələri və şəxsiyyətləri bədiilik meyarı ilə təsvir etmişdir. Roman 2017-ci ildə Bakı Kitab Klubunda 256 səhifədə çap edilmişdir. Tehran Əlişanoğlu. Tarixlə belletrizmin arasında (F.Kərimzadənin «Təbriz namusu» romanı haqqında) - «Ədəbi tənqid» jurnalı, 1992-ci il № 1, s. 76-79 "Təbriz namusu (tarixi roman)" ( (az.)). kitabklubu.org. 2017-06-06 tarixində arxivləşdirilib.
Xudafərin körpüsü (Fərman Kərimzadə)
Xudafərin körpüsü — Fərman Kərimzadənin 1982-ci ildə nəşr edilmiş tarixi romanı. Əsərin adı Azərbaycan və İran arasında olan, XI–XIII əsrlərdə Araz çayı üzərində tikilmiş Xudafərin körpülərindən götürülmüşdür. Müəllif bu əsərə görə sovet dövründə 32 min rubl alıb. "Xudafərin körpüsü" romanı eyniadlı dilogiyanın 1-ci hissəsi, müəllifin 1984-85-ci illərdə yazdığı "Çaldıran döyüşü" tarixi romanı isə davamı, 2-ci və sonuncu hissəsidir. Fərman Kərimzadə “Xudafərin körpüsü” romanını yazarkən ilk dəfə idi ki, belə bir mövzu haqqında düşünürdü. Burada Şah İsmayılın uşaqlılq illərini, hakimiyyət başına keçməzdən əvvəlki dövrü təsvir etməklə onun mühitinə nəzər salır. Mövcud ictimai-siyasi mühiti canlandırmağa çalışır. Yazıçı buna nail olur.Burada Şah İsmayıl obrazı tarixi həqiqətə uyöun olaraq işlənib. O bir sərkərdə dövlət adamı olmaqla yanaşı. Həm də bir xalq, el adamıdır.O düşüncə, arzu və istəklərilə yalnız özünü deyil, bütün Azərbaycan xalqını təmsil edir.Ona görə də yazıçı onu daim xalqla birgə təsvir edir.
Çaldıran döyüşü (Fərman Kərimzadə)
Çaldıran döyüşü — Fərman Kərimzadənin 1984-85-ci illərdə yazdığı tarixi roman. Əsərin adı 1514-cü ildə Səfəvilərlə Osmanlılar arasında baş vermiş Çaldıran döyüşündən götürülmüşdür. Müəllifin ən məşhur əsərlərindən hesab olunur. "Xudafərin körpüsü" dilogiyasının 2-ci və sonuncu hissəsidir. Roman görkəmli dövlət xadimi, sərkərdə və şair, ulu tariximizdə xüsusi yeri olan Şah İsmayıl Xətainin həyatından, çoxcəhətli ictimai fəaliyyətindən bəhs edən "Xudafərin körpüsü" dilogiyasının ikinci hissəsidir. Siyasət meydanına yenicə qədəm qoyan Şah İsmayılın vahid və qüdrətli Azərbaycan uğrunda apardığı gərgin mübarizələr, ağıllı dövlət xadiminin mədəniyyətin və sənətin yüksəlməsinə göstərdiyi qayğı, xalqımızın orta əsr məişət tərzi romanın əsas mövzusudur. Kitab ilk dəfə 1987-ci ildə "Yazıçı" nəşriyyatında Kiril qrafikalı Azərbaycan əlifbası ilə çap edilib. Latın qrafikalı Azərbaycan əlifbası ilə ilk dəfə Fərman Kərimzadənin qızı Qəmər Kərimzadənin təşəbbüsü və şəxsi vəsaiti hesabına 2003-cü ildə müəllifin 5 cildlik Seçilmiş əsərlərinin 2-ci cildi kimi Bakıda, “Ağrıdağ” nəşriyyatında, 328 səhifədə, 1000 tirajla nəşr edilib. Roman 2016-cı ildə Bakı Kitab Klubunda 368 səhifədə, 100 tirajla çap olunmuşdur. 2020-ci ildə Bakıda, "Qanun" nəşriyyatında 400 səhifədə təkrar nəşr edilmişdir.

Oxşar sözlər

#kərimzadə nədir? #kərimzadə sözünün mənası #kərimzadə nə deməkdir? #kərimzadə sözünün izahı #kərimzadə sözünün yazılışı #kərimzadə necə yazılır? #kərimzadə sözünün düzgün yazılışı #kərimzadə leksik mənası #kərimzadə sözünün sinonimi #kərimzadə sözünün yaxın mənalı sözlər #kərimzadə sözünün əks mənası #kərimzadə sözünün etimologiyası #kərimzadə sözünün orfoqrafiyası #kərimzadə rusca #kərimzadə inglisça #kərimzadə fransızca #kərimzadə sözünün istifadəsi #sözlük