Rəhimzadə sözü azərbaycan dilində

Rəhimzadə

Yazılış

  • Rəhimzadə • 98.9348%
  • RƏHİMZADƏ • 1.0652%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arif Rəhimzadə
Arif Rəhimzadə (3 fevral 1941, Kirovabad) — Azərbaycanın dövlət və ictimai-siyasi xadimi, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri. == Həyatı == Arif Rəhimzadə 3 fevral 1941-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktorudur. 1963-cü ildən Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun elmi işçisi, 1967-ci ildən Leninqrad Vilayət Meyvə-Tərəvəz Müfəttişliyinin müfəttişi, Krım təcrübə stansiyasının elmi işçisi, 1969-cu ildən Azərbaycan Elmi Tədqiqat Yemçilik İnstitutunun elmi katibi, baş elmi işçisi olmuşdur. 1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetində baş referent, 1974-cü ildən Azərbaycan KP MK-da təlimatçı, bölmə müdiri, şöbə müdirinin müavini işləmişdir. 1987–1989-cu illərdə Quba Rayon Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən Azərbaycan KP MK-nın şöbə müdiri, 1991-ci ildən Azərbaycan Respublikası Ali Sovetinin komissiya sədri, 1993–1994-cü illərdə Azərbaycan Respublikasının Dövlət Müşaviri vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Azərbaycan SSR on birinci və on ikinci çağırış Ali Sovetinin deputatı olmuşdur. Azərbaycan Respublikası I–III çağırış Milli Məclisinin deputatı seçilmişdir.
Mirvari Rəhimzadə
Mirvari Rəhimzadə (Tam adı: Mirvari Əziz qızı Rəhimzadə; d.8 fevral, 1958, Bakı - ö.17 iyun, 2016, Bakı) — Azərbaycan publisisti və jurnalisti; Azərbaycan Respublikasının əməkdar jurnalisti == Həyatı və yaradıcılığı == Mirvari Rəhimzadə 8 fevral 1958-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin bitirib. “Respublika gəncləri”,”Azərbaycan”, "Hər Gün" qəzetlərində çalışıb. “Respublika” qəzetində redaktor vəzifəsində çalışıb. Mirvari Rəhimzadə Hacı Zeynalabdin Tağıyev haqqında 20-25 illik arxiv materialları ilə və canlı səlnaməçilərlə ərsəyə gətirərək, iki cildlik “Allahın eşqiylə” kitabını yazıb. Təhsil problemləri üzrə mütəxəssis İslam Əsgəroğlu ilə birgə “Sabaha saçılan nur” kitabını yazıb. Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, akademik, Azərbaycan SSR-yə 1959-1969-cu illərdə rəhbərlik etmiş Vəli Yusif oğlu Axundov haqqında kitabın müəllifidir. 2016-ci il 17 iyun tarixində Bakı şəhərində vəfat edib. == Mükafatları == R.Mirvari “Qızıl Qələm”, “Həsən bəy Zərdabi” jurnalist mükafatları laureatıdır. Azərbaycan milli mətbuatının 130 illiyi münasibətilə jurnalistikanın inkişafındakı xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla “Respublikanın əməkdar jurnalisti" adına layiq görülüb.
Vüqar Rəhimzadə
Vüqar Gəncəli oğlu Rəhimzadə (24 may 1967, Saltaq, Culfa rayonu) — Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, "İki sahil" qəzetinin baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, Siyasi elmlər doktoru, professor, Bakı Slavyan Universitetinin "Jurnalistika" kafedrasının müdiri. == Həyatı == Rəhimzadə Vüqar Gəncəli oğlu 1967-ci il may ayının 24-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonu Saltaq kəndində anadan olub. 1984-cü ildə Saltaq kənd orta məktəbini bitirib. Orta məktəbi bitirdikdən sonra M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun axşam şöbəsinə daxil olub. Həmin ildən əmək fəaliyyətinə başlayıb. "Azərneftkimyazavodtəmir" trestinin 1 nömrəli Təmir Tikinti İdarəsındə yardımçı fəhlə və quraşdırıcı çilingər vəzifələrində çalışıb. 1985–1987-ci illərdə Rusiyanın İrkutsk vilayətində hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra təhsilimi davam etdirməklə yanaşı əvvəllər işlədiyi muəssisədə çalışıb. Bu dövrdə respublikada nəşr olunan bir sıra qəzetlərlə müntəzəm əməkdaşlıq edib. 1989-cu ilin oktyabr ayından yaradıcılıq fəaliyyəti nəzərə alınaraq trestin çoxtirajlı "Böyük kimya uğrunda" qəzetinin müxbiri kimi çalışıb.
Əli Rəhimzadə
Əli Rəhimzadə (23 noyabr 1997, Maşxan, Astara rayonu) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Həyatı == Əli Ceyhun oğlu Rəhimzadə 1997-ci il noyabrın 23-də Astara rayonunun Maşxan qəsəbəsində anadan olub. 2008-ci ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi İlham Mustafayevdir. Dinamo İdman Cəmiyyətinin üzvüdür. == Karyerası == Əli Rəhimzadə 2016-cı ildə Belarusda A. Medvedin xatirəsinə həsr olunan beynəlxalq turnirdə 20-ci, Rumıniyada gənclər arasında Avropa Çempionatında 10-cu, Azərbaycan H. Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirində isə 5-ci pillələrin sahibi oldu.2017-ci ildə Əli Rəhimzadə əvvəlcə Sombatxey şəhərində (Macarıstan) U23 Avropa Çempionatının bürünc, sonra isə Dortmund şəhərində (Almaniya) gənclər arasında Dünya Çempionatının qızıl medallarına sahib olan Əli Rəhimzadə Finlandiyada gənclər arasında Dünya Çempionatını 10-cu, Polşada U23 Dünya Çempionatını isə 12-ci pillədə başa vurdu.2018-ci ildə Tbilisi şəhərində G. Kartozia — V. Balavadze Turnirində 18-ci pillənin, İstanbul şəhərində Yaşar Doğu Turnirində gümüş medalın, Saxa vilayətində D. Korin Turnirində isə 12-ci pillənin sahibi olan Əli Rəhimzadə noyabrda Rumıniyanın Buxarest şəhərində baş tutan U23 Dünya Çempionatının final görüşündə məğlub olaraq turniri gümüş medalla başa vurdu.2019-cu ildə beynəlxalq turnirlərdə ciddi uğura imza ata bilməyən Əli Rəhimzadə Kirmanşah şəhərində Taxti Cup beynəlxalq turnirini 8-ci, İstanbul şəhərində Yaşar Doğu Turnirini isə 5-ci pillədə başa vurdu.Əli Rəhimzadə 2020-ci ilin yanvarında İstanbul şəhərində Yaşar Doğu Turnirinin qalibi oldu. Fevralda isə Əli Rəhimzadə Avropa Çempionatlarında debüt elədi. İtaliyanın Roma şəhərində baş tutan turnirin bürünc medal uğrunda görüşündə Macarıstan nümayəndəsi İsmayıl Musuğayeva qalib gəldi və Avropa Çempionatının bürünc medalına sahib oldu.Daha sonra Əli Rəhimzadə 2021-ci ilin fevralda Kiyev şəhərində beynəlxalq turnirin qalibi oldu. Apreldə isə Əli Rəhimzadə Avropa Çempionatında mübarizə apardı. Polşanın Varşava şəhərində baş tutan turnirin bürünc medal uğrunda görüşündə Andrey Svirida qalib gəldi və Avropa Çempionatının bürünc medalına sahib oldu.
Hacı Seyid Zeynalabdin Rəhimzadə
Hacı Seyid Zeynalabdin Rəhimzadə (?-?)—İran Milli Məclisinin üzvü, siyasətçi. == Həyatı == Hacı Seyid Zeynalabdin Seyid Məhəmmədrəhim oğlu Təbriz şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi.Atası və əmisi Hacı Məhəmməd ağa Xoyi də Təbrizin birinci gildiya tacirlərindən idi. Hacı Seyid Zeynalabdin Rəhimzadə siyasi həyata atılmış, Azərbaycan əyalətindən bir neçə dəfə İran Milli məclisinə nümayəndə seçilmişdi. Hacı Seyid Zeynalabdinin Murtuza adlı oğlu vardı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 17.18 dəfə / 1 mln.
2002 •••••••••••••••••• 44.54
2003 •••••••••••• 31.10
2004 •••••••••••••• 35.71
2005 •••••• 13.50
2006 ••••• 11.71
2007 ••••• 12.90
2008 •••••• 14.13
2009 ••••• 11.20
2010 •••• 8.90
2011 •••• 8.41
2012 •••• 8.95
2013 ••• 5.25
2014 ••• 7.72
2015 •••• 10.04
2016 •••••• 13.71
2017 ••••••• 16.58
2018 •••••••••••••• 34.01
2019 •••••••••••••••••••• 51.88
2020 •••••••••••••• 34.61

"rəhimzadə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rəhimzadə nədir? #rəhimzadə sözünün mənası #rəhimzadə nə deməkdir? #rəhimzadə sözünün izahı #rəhimzadə sözünün yazılışı #rəhimzadə necə yazılır? #rəhimzadə sözünün düzgün yazılışı #rəhimzadə leksik mənası #rəhimzadə sözünün sinonimi #rəhimzadə sözünün yaxın mənalı sözlər #rəhimzadə sözünün əks mənası #rəhimzadə sözünün etimologiyası #rəhimzadə sözünün orfoqrafiyası #rəhimzadə rusca #rəhimzadə inglisça #rəhimzadə fransızca #rəhimzadə sözünün istifadəsi #sözlük