Qasımov sözü azərbaycan dilində

Qasımov

Yazılış

  • Qasımov • 99.6595%
  • QASIMOV • 0.3405%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Eldəniz Qasımov
Elmar Qasımov
Elmar Qasımov (həkim) — həkim-oftalmoloq; Elmar Qasımov (cüdoçu) — Azərbaycanlı cüdoçu; Elmar Qasımov (rektor) — Bakı Ali Neft Məktəbinin rektoru.
Elməddin Qasımov
Eltun Qasımov
Elvar Qasımov
Elxan Qasımov
Elxan Məmməd oğlu Qasımov (24 aprel 1945, Naxçıvan – 29 may 2023) — Azərbaycan kinorejissoru, aktyor, Azərbaycan Respublikasının əməkdar artisti (2000). == Həyatı == Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. Orta məktəbin 4-5-ci siniflərindən pionerlər evində rəqs dərnəyinə gedib, basketbolla, voleybolla məşğul olub. Naxçıvanın gənclərdən ibarət voleybol komandasında çıxış edib. Bakıda rəqqas kimi festival laureatı olub. İl yarım Naxçıvan Dövlət Mahnı və Rəqs Ansamblında peşəkar rəqqas, solist olan Elxan M.A.Əliyev adına ADİİ-nun aktyorluq (1962–1966), Leninqrad DTMKİ-nun rejissorluq fakültəsində (1973–1978) təhsil alıb. "Əhməd haradadır" filmindən "sürücü Əhməd" kimi tanınan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. Bədii, sənədli filmlərin, "Mozalan" süjetlərinin müəllifidir. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2023-cü ilin may ayında səhhətində problemlər yaranıb.
Fərman Qasımov
Fərman Hüseyn oğlu Qasımov — iqtisad elmləri doktoru, professor, Ukrayna Tex­no­lo­ji Elmlər Akademiya­sı­nın akade­miki == Həyatı == Fərman Qasımov 20 oktyabr 1938 ildə Bakıda anadan olmuşdur. O, 1946-1956 illərdə 7 saylı dəmir yol məktəbində oxumuş, 1957-1962 illərdə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsində ali təhsil almışdır. Fərman Qasımov Sumqayıt şəhərində "Neftkimyaavtomatlaşdırma" Elmi-Tədqiqat İnstitutunda mühəndis, böyük mühəndis (1962-1966), Dövlət Plan Komitəsi yanında Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya və Texniki-İqtisadi Tədqiqatlar İnstitutunda şöbə müdiri(1966-1973), elmi işlər üzrə direktor müavini (1973-1994) vəzifələrində işləmişdir. Fərman Qasımov 1994 ildə Dövlət Elm və Texnika Komitəsi nəzdində yaradılan Elmi-Tədqiqat, Təcrübi-Konstruktor İşlərinin və Müdafiə Olunmuş Dissertasiyaların Dövlət Qeydiyyatı Mərkəzinə (DQM) direktor təyin olunmuşdur. 2003 ildə DQM Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin tabeçiliyinə verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 avqust 2008-ci il 197 saylı qərarı ilə DQM-in adı dəyişdirilərək AMEA Elmi İnnovasiyalar Mərkəzi (EİM) adlandırılmışdır. O, 2014 ilə kimi Elmi İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsində çalışmış, 2014-2015 illərdə baş direktorun məsləhətçisi işləmişdir. Fərman Qasımov 1971 ildə Moskvada SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat-Riyaziyyat İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmiş, 1984-cü ildə Tallin şəhərində Estoniya SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən Regional İxtisaslaşmış Elmi Şurada doktorluq dissertasiyasını müdafiə edərək, iqtisad elmləri doktoru dərəcəsinə layiq görülmüşdür. Ona 1994 ildə AAK-nın qərarı ilə professor rütbəsi verilmişdir. Fərman Qasımov 27 mart 2016 ildə Bakı şəhərində vəfat etmişdir.
Fərəc Qasımov
Fərəc Cəfər oğlu Qasımov — Bakı bəhai icmasının ruhani məhfilinin "nazimi" (sədri). == Həyatı == 1883-cü ildə Salyanda doğulub. O, ərəb və fars dillərini mükəmməl bilən, dinlərin tarixinə yaxından bələd olan savadlı və hörmətli bir şəxs idi. Bakı bəhai icmasının ruhani məhfilinin sədri Fərəc Qasımov Azərbaycan KP MK-nın keçmiş katibi, UİK(b)P-nın məsul işçisi Yusif Qasımovun qardaşı oğlu idi. Maraqlıdır ki, əmisi Leninqradda "xalq düşməni" adı ilə həbs ediləndən sonra ailənin başqa üzvlərini "xalq düşməninin qohumu" kimi deyil, məhz bəhai dininə mənsubiyyətinə və "hökumətə qarşı zərərli fəaliyyətinə" görə digər bəhailərlə eyni gündə həbs edilmişdilər. Professor Ətulla Qasımovun atasıdır.
Eldar Qasımov
Eldar Qasımov (4 iyun 1989, Bakı) — azərbaycanlı müğənni, Nigar Camal ilə birlikdə Avroviziya Mahnı Müsabiqəsinin 2011-ci ildə qalibi. Azərbaycanda "ilin adamı" (2011). == Həyatı == Eldar Qasımov 4 iyun 1989-cu ildə Bakı şəhərində doğulub. Ata xətti ilə ulu nənəsi - SSRİ Xalq artisti Mərziyyə Davudova, ulu babası - aktyor və Azərbaycanın ilk kinorejissorlarından biri, Azərbaycan SSR Xalq artisti Abbas Mirzə Şərifzadə, nənəsi - Azərbaycan SSR Xalq artisti Firəngiz Şərifovadır. 1995-2006-cı illərdə Bakı şəhəri, 160 saylı orta məktəbdə təhsil almışdır. 2001-2005-ci illərdə 2 saylı musiqi məktəbinin fortepiano sinfində təhsil almış və məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2008-ci illər tələbə mübadiləsi proqramı üzrə keçirilən müsabiqədə qalib gəlmişdir. Almanca sərbəst danışa bilir və bir neçə ay Almaniyada yaşamışdır. 2008-ci ildə alman vokal məktəbində aktyor ustalığı və səhnə nitqini öyrənmişdir. 2006-2010-cu illərdə Bakı Slavyan Universitetinin tələbəsi olmuşdur.
Faiq Qasımov
Faiq Qasımov (polkovnik-leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Faiq Qasımov (aktyor) — Azərbaycan teatr aktyoru və rejissoru, Azərbaycanın əməkdar artisti.
Gülverdi Qasımov
Hafis Qasımov
Hikmət Qasımov
Himalay Qasımov
Himalay Qasımov (tam adı: Qasımov Himalay Ənvər oğlu; 21 fevral 1939, Naxçıvan) — Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor == Həyatı == Qasımov Himalay Ənvər oğlu 21 fevral 1939-cu ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. === Ailəsi === Evlidir. İki övladı var. === Təhsili === 1966-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-filologiya fakültəsini bitirmişdir. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1966-cı ildə Naxçıvan şəhər 2 saylı orta məktəbində müəllim işləmişdir.1969-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışır. 1970-1974-cü illərdə ADPU-nun Azərbaycan ədəbiyyatı kafedrasında baş laborant vəzifəsində çalışmışdır. 1974-cü ildə “Azərbaycan ədəbiyyatında süjetli lirika” adlı namizədlik dissertasiyasını müdafiə etmişdir. 1995-ci ildə “Müasir Azərbaycan romanı: janrın tipologiyası və poetikası” adında doktorluq dissertasiyasını müdafiə etmişdir. 1996-ci ildə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru, 2003-cü ildən isə müdiri vəzifəsinə seçilmişdir. Elmi kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur.
Hüseyn Qasımov
Həmid Qasımov
Həsən Qasımov
Həsən Allahyar oğlu Qasımov ( ) — iqtisad elmləri namizədi (1968), iqtisad elmləri doktoru (1985), professor (1987),Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru (1992–1994). == Həyatı və fəaliyyəti == 1940-cı ildə Naxçıvan MR-nın Naxçıvan şəhərinin inzibati ərazi vahidində yerləşən Qaraçuq kəndində anadan olmuşdur. 1968-ci ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1987-ci ildə professor adına layiq görülmüşdür. Professor H. Qasımovun tədqiqat obyekti Azərbaycanda aqrar-sənaye kompleksinin maddi-texniki bazasının formalaşması və inkişafı məsələləridir. Bir neçə monoqrafiyanın, 200-dən çox elmi məqalənin müəllifidir. 1961–1986-cı illərdə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunda laborant, elmi işçi, şöbə müdiri, 1987–1992-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun direktoru, 1992–1994-cü illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun rektoru vəzifələrində çalışmışdır.
Həsənqulu Qasımov
Kamil Qasımov
Kamran Qasımov
Kamran Fazil oğlu Qasımov (2 fevral 2001, Qaravəlilər, Gədəbəy rayonu – 27 oktyabr 2020, Xocavənd rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamran Qasımov 20 fevral 2001—ci ildə anadan olub. 2007-ci ildə Bakı şəhər Sabunçu rayonu Zabrat qəsəbəsində 192 sayli tam orta məktəbdə təhsil alib. 2016-ci ildə, 9-cu sinifi bitirdikdən sonra, 14 saylı peşə liseyinə daxil olub. 23.07.2019-cu ildə Gədəbəy rayon komissarligindan hərbi xidmətə yola salinib. 27.10.2020-ci ildə şəhid olub. 26.11.2020-ci ildə dəfn olunub. == Hərbi xidməti == 23.07.2019-cu ildə Gədəbəy rayon komissarligindan hərbi xidmətə yola salinib. Füzuli rayonu Cocuxmərcanlı kəndində 706 sayli hərbi hissənin IV tabor 12-ci bölüyündə xidmətə başlamişdır. === İkinci Qarabağ müharibəsi illərində === 27.09.2020-ci ildə İkinci Qarabağ müharibəsi zamani Füzuli, Xocavənd istiqamətində gedən döyüslərdə istirak edib.
Kelvin Qasımov
== Həyatı == Elvin Fuad oğlu Qasımov 1 avqust 1988-ci ildə Bakı şəhərində anadan olmuşdur. Fotoqraflığa həvəsi uşaqlıqdan yaranmışdır, səbəbi isə atası Fuad Qasımovun həvəskar fotoqraf olması idi. 2017-ci ildə ailə həyatı qurmuşdur və bu evlilikdən David adında oğlu vardır. == Bioqrafiyası == 2008-2009-cu illərdə Belarusda yerləşən Minsk Foto Məktəbində və 2009-2010-cu illərdə isə Ukraynanın Kiyev Foto Məktəbində təhsil almışdır. Peşəkar fotoqraflığa 2010-cu ildə Kelvin Qasımov adı ilə başlamışdır. 2012-ci ilin fevralında YouTube kanalı açmışdır. Hal hazırda 1,48 min abunəyə sahibdir. Toplamda 361 milyon baxış almışdır. == Yaradıcılığı == Üstünlük verdiyi janrlar: Jurnalistika, toy jurnalistikası, portret, street. Sevdiyi dəstixət sürrealizmdir.
Koroğlu Qasımov
Kərim Qasımov
Kərim Qasımov (Qasımov Kərim Qasım oğlu; 5 noyabr 1946, Cəhri, Naxçıvan rayonu) — Naxçıvan Meliorasiya və Su təsərrüfatının keçmiş naziri, Azərbaycan və İran hökumətlərarsı birgə komissiyanın üzvü, "Dövlət qulluğu" təqaüdçüsü, "Əməkdə fərqlənməyə görə" medalı laureatı. == Həyatı == Kərim Qasımov 5 noyabr 1946-cı ildə Naxçıvan rayonunun (indiki Babək rayonu) Cəhri kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1953-cü ildə Cəhri kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1963-cü ildə Naxçıvan şəhərindəki 2 nömrəli orta məktəbi bitirmişdir. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, Sovet İKP MK yanında Moskva İctimai Elmlər Akademiyasının Bakı filialını və Marksizm-Leninizm kurslarını bitirmişdir. 1966–1967-ci illərdə Naxçıvan sovxoz şərabçılıq trestində mühəndis mikrobioloq vəzifəsində işləmişdir. Ailəlidir. 3 övladı var. == Siyasi fəaliyyəti == 1968-ci ilin martında Naxçıvan MSSR Nazirlər Sovetinin təşkilat təlimat şöbəsində təlimatçı vəzifəsinə təyin olunmuşdur. 1972-ci ildə Nazirlər Soveti sədrinin köməkçisi vəzifəsinə, 1973-cü ildən isə Naxçıvan MSSR Nazirlər Soveti işlər idarəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir. 1980-ci ildə Azərbaycan KP MK bürosunun qərarı ilə Naxçıvan rayonunun əvəzinə yaradılmış Babək rayonu Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə göndərilmşdir.
Lətif Qasımov
Lətif Qasımov — azərbaycanlı alim, 9 kitab və təlimatın, respublikada və xaricdə yüksək reytinqli jurnallarda çap edilmiş 50-dən çox elmi məqalənin müəllifi, "Tərəqqi" medalı təltifçisi, "Azərbaycan Respublikası Milli Atlası"nın həmmüəllifi, "Azərbaycanda aqrar sahənin inkişafında Ümumilli lider Heydər Əliyevin rolu" adlı kitabın redaksiya şurasının üzvü, 3-cü dərəcə dövlət müşaviri. == Həyatı == 1 may 1963-cü ildə Azərbaycan Respublikasının Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. 1970-ci ildə Hamarkənd kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1980-ci ildə həmin orta məktəbin 10-cu sinfini əla qiymətlərlə bitirmişdir. Orta məktəbi bitirdikdən sonra Yardımlı rayonunda M. B. Qasımov adına sovxozda fəhlə işləmişdir. 1981-ci ildə S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Aqrokimya və Torpaqşünaslıq fakültəsinə daxil olmuş,1986-cı ildə həmin fakültəni bitirmişdir. İnstitutu bitirdikdən sonra yenidən Yardımlı rayonunda M. B. Qasımov adına sovxozda fəhlə, sonra isə Komsomol komitə katibi işləmişdir. == Fəaliyyəti == 1987-ci ildən Bakı şəhərində Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunda, 1988–1989-cu illərdə isə Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda torpaqşünas-mühəndis vəzifəsində işləmişdir. Azərbaycan Respublikası ərazisində aparılan irimiqyaslı torpaq tədqiqatlarında bilavasitə iştirak etmişdir. 1989–1992-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda əyani aspirant olmuşdur. 1992-ci ildə Azərbaycan Elmlər Akdemiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda İxtisaslaşmış Elmi Şurada "Azərbaycanın rütubətli subtropiklərində subtropik meyvə bitkiləri altındakı torpaqların münbitlik modelləri" mövzusunda namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edərək "03.00.27" – Torpaqşünaslıq ixtisası üzrə "Kənd təsərrüfatı elmləri namizədi" alimlik dərəcəsi almışdır.
Mais Qasımov
Mayis Ələkbər oğlu Qasımov (6 iyun 1939, Naxçıvan) — Azərbaycan bioloqu, biologiya elmləri doktoru (1998), professor. == Bioqrafiya == Mayis Qasımov 6 iyun 1939-cu ildə Naxçıvan şəhərində anadan olub. ADU-nin biologiya fakültəsini bitirib. Botanika üzrə doktorluq dissertasiyasını müdafiə edib. Hazırda AMEA-nın Botanika İnstitutunda aparıcı elmi işçidir. == Elmi fəaliyyəti == 1973-cü ildə o, "Azərbaycanın boyaq bitkiləri və onların xalçaçılıq sənayesində istifadə olunması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Əldə etdiyi elmi nəticələrin nəzəri və praktiki əhəmiyyətinə görə 1974-cü ildə Azərbaycan SSR Lenin komsomolu mükafatına layiq görülmüşdür. 1974-cü ildə təbii boyaqların xalçaçılıq sənayesində tətbiqinə görə Azərbaycan "İxtiralar va səmərələşdiricilər Komitəsi"nin fəxri fərmanı ilə təltif olunmuşdur. 1987-ci ildə Moskva Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində əldə etdiyi elmi-praktiki nəticələrin nümayişinə I dərəcəli diplom və qızıl medala layiq görülmüşdür. Elə həmin ildə "SSRI-nin ixtiraçı alimi" adı verilmiş va döş nişanı ilə təltif edilmişdir.
Elman Qasımov (şəhid)
Elmar Qasımov (Eldar oğlu)
Elmar Eldar oğlu Qasımov (8 sentyabr 1973) — Bakı Ali Neft Məktəbinin rektoru (2012-ci ildən). == Həyatı == Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Coğrafiya üzrə fəlsəfə doktorudur. 1995–1999-cu illərdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olaraq fəaliyyət göstərib. 1999–2016-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. === Ailəsi === Ailəlidir, iki övladı var. == İctimai-siyasi fəaliyyəti == 1999-cu ildə, 26 yaşında təhsil nazirinin müavini təyin edilmişdir. 1999–2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. 2011–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində çalışıb.
Elmar Qasımov (cüdoçu)
Elmar Qasımov — Halk ləqəbli Azərbaycanlı cüdoçu. Elmar Qasımov Avropa Çempionatının gümüş və bürünc medalçısıdır. 2009-cu ildə Ermənistanın İrəvan şəhərində keçirilən Gənclərin Avropa Çempionatının qızıl medalçısıdır. Azərbaycanı 2012-ci ildə XXX-cu Yay Olimpiya Oyunlarında təmsil etdi və 7-ci yeri tutdu. 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi və gümüş medal qazandı və Azərbaycan xalqı ona bu medallara görə təşəkkür edir. == Həyatı == Elmar Qasımov 2 noyabr 1990-cı ildə Azərbaycanın Xırdalan şəhərində anadan olmuşdur. Elmar Qasımov 2000-ci ildən idman ilə məşğul olur. Elmar Qasımov Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. == Karyerası == Elmar Qasımov birinci uğurunu 2007-ci ildə qazandı. O 20 yaşadək Azərbaycan Çempionatında gümüş, 23 yaşadək Azərbaycan Çempionatında isə bürünc medal qazandı.
Elmar Qasımov (həkim)
Elmar Qasımov (Qasımov Elmar Mustafa oğlu 10 fevral 1962, Bakı) — həkim-oftalmoloq,Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru == Həyatı == Elmar Qasımov 1962-ci ildə Bakıda anadan olub, 1986-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, 1987-ci ildə Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutun internaturasında hazırlıq keçib və 1994-cü ildə həmin institutun aspiranturasını bitirib. O, 1998-ci ildə S. N. Fyodorov adına "Gözün mikrocərrahiyyəsi" Elmi-texniki Oftalmoloji kompleksində "Azərbaycanda qlaukoma nəticəsində korluğun və əlilliyin tibbi-sosial aspektləri" mövzusunda namizədlik dissertasiyasını və akad. A. P. Nesterovun rəhbərlik etdiyi Rusiya Dövlət Tibb Universitetinin göz xəstəlikləri kafedrasında 2003-cü ildə "Kvant generatorun yeni növü – mis buxarı əsasında işləyən lazer və onun oftalmologiyada tətbiqinin imkanları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. E. M. Qasımov tikişsiz aparılan oftalmocərrahiyə üsullarını və fakoemulsifikasiya üsulunu, öz fəaliyyətində tətbiq edir. 232 elmi əsərin, o cümlədən xaricdə çap olunmuş 65 elmi işin o cümlədən 6 patentin müəllifidir. Elmi tədqiqatların nəticələri müxtəlif yerli və xarici konfranslarda və konqreslərdə təqdim olunub. 18 fəlsəfə doktoru yetişdirib, 4 elmlər doktorunun elmi məsləhətçisi olmub. Hal-hazırda 5 fəlsəfə doktorluq dissertasiya işinin rəhbəridir və 5 elmlər doktorluq dissertasiya işinin elmi məsləhətçisidir. 2006-cı ilin mart ayından akad.
Elmar Qasımov (həkim-oftalmoloq)

Elmar Qasımov (rektor)
Elmar Eldar oğlu Qasımov (8 sentyabr 1973) — Bakı Ali Neft Məktəbinin rektoru (2012-ci ildən). == Həyatı == Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Coğrafiya üzrə fəlsəfə doktorudur. 1995–1999-cu illərdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olaraq fəaliyyət göstərib. 1999–2016-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. === Ailəsi === Ailəlidir, iki övladı var. == İctimai-siyasi fəaliyyəti == 1999-cu ildə, 26 yaşında təhsil nazirinin müavini təyin edilmişdir. 1999–2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. 2011–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində çalışıb.
Elmira Qasımova
Elmira Qasımova (siyasətçi)
Elmira Qasımova (deputat)
Elmira Məmməd qızı Qasımova (9 fevral 1951, Yalavac, İmişli rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı. == Həyatı == Elmira Qasımova 1951-ci il fevralın 9-da İmişli rayonunun Yalavac qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunnda dil ədəbiyyatı üzrə ali, Sosial İdarəetmə və Politologiya İnstitutunda isə politologiya üzrə ali təhsil alıb. Rus dilini bilir. Elmira Qasımova ailəlidir, üç övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 26-da baş tutan təkrar parlament seçkilərində 68 nömrəli İmişli dairəsindən bitərəf namizədi olan Elmira Qasımova I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Elmira Qasımova Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının və Azərbaycan—Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Elmira Qasımova (dövlət xadimi, 1942)
Elmira Məmməd qızı Qasımova (1 dekabr 1942, Naxçıvan) — Azərbaycanlı şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1974). == Həyatı == Elmira Qasımova 1942-ci il dekabrın 1-də Azərbaycanda Naxçıvan şəhərində həkim ailəsində anadan olub. Burada 2 saylı orta məktəbi bitirdikdən sonra 1959-64-cü illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitunun alman dili şöbəsində təhsil alır. 1964-74-cü illərdə Naxçıvan şəhərində 2 saylı məktəbin müəllimi, 1974-76-cı illərdə tədris-tərbiyə işləri üzrə direktor müavini, 1976-78-ci ildə 10 saylı orta məktəbin direktoru vəzifələrində çalışmışdır. 1978-1979-cu illərdə Azərbaycan KP Naxçıvan şəhər Komitəsinin katibi seçilmişdir. 1979-80-ci illərdə Naxçıvan Muxtar Respublikasının maarif naziri vəzifəsində, 1980-1983-cü illər Azərbaycan KP Naxçıvan şəhər Komitəsinin birinci katibi vəzifəsində, 1977-2009-cu illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin İdeoloji şöbəsinin müdiri, Naxçıvan şəhər Xalq Deputatları Məclisinin sədr müavini, sədri, Naxçıvan şəhər təhsil şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1979-1984-cü illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olmuşdur. == Yaradıcılığı == E.Qasımova ədəbi yaradıcılığa məktəbdə təhsil aldığı illərdə başlayır. "Yay gecəsi" adlı ilk mətbu şeiri 1956-cı ildə "Şərq qapısı"nda dərc olunub. "Sevil" qadınlar məclisinin sədr müavini olan şairə "Xalqlar Dostluğu" ordeni ilə təltif olunmuşdur.
Elmira Qasımova (dövlət xadimi, 1951)

Elmira Qasımova (şairə)

Elvar Qasımov (əsgər)
Fidan Qasımova
Fidan Əkrəm qızı Qasımova (17 iyun 1947, Bakı) — Azərbaycanın opera müğənnisi, Azərbaycan SSR xalq artisti (1982), SSRİ xalq artisti (1988), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984). == Həyatı == Fidan Əkrəm qızı Qasımova 17 iyun 1947-ci ildə Bakıda dünyaya gəlmişdir. Nadir soprano sahibinin dünyaya göz açdığı ziyalı ailəsi, boya-başa çatdığı mühit onun musiqiyə bağlanmasının ilkin mənbəyi olub. Fidan və kiçik bacısı Xuraman Qasımova bacılarının valideynləri daim incəsənətlə bağlı olub, şeir yazıb, musiqiyə meyl göstəriblər. Niyazi, Fikrət Əmirov, Tofiq Quliyev və Bakı musiqi elitasının digər nümayəndələri tez-tez bu ailənin evində olublar. O zaman 4 yaşlı balaca Xuraman qonaqların xahişi ilə oxuyar, Fidan isə qonşu otağa keçərək daha çox skripkada çalardı. Hər iki qızın musiqiyə meyli uşaqlıqdan formalaşıb. Bülbül adına musiqi məktəbini bitirdikdən sonra Fidan 1966-cı ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, məhz parlaq istedadı və zəhməti sayəsində eyni vaxtda iki ixtisas — skripka və vokal üzrə təhsil almışdır. Təbii ki, qabaqcadan seçdiyi yola ciddi hazırlaşmaq lazım idi. 1974-cü ildə Moskva Konservatoriyasının aspiranturasını bitirdikdən sonra Bakıya qayıtmış, həmin vaxtdan M. F. Axundzadə adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş, həmçinin Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deməyə başlayıb.
Flora Qasımova
Qasımova Flora Qasım qızı (1947, Stepanakert) — Azərbaycan Respublikasının Milli Məclisi IV çağırış və V çağırış deputatı == Həyatı == Orta məktəbi Xankəndidə bitirmişdir. İlk əmək fəaliyyətinə də Xankəndidə başlamış və məzunu olduğu məktəbdə riyaziyyat fənnindən dərs demişdir. İctimai işlərdə fəal olduğuna görə Məktəb Komsomol Təşkilatının katibi seçilmişdir. Daha sonra isə Vilayət Komsomol Komitəsinin plenumuna üzv seçilmişdir. 1973-cü ildə vilayət sovetinin deputatı seçilir. Ailə həyatı qurandan sonra Xankəndini tərk edir. === Ailəsi === Mirzə Məhəmməd Axundovun nəvəsədir Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi Şirin Mirzəyevin həyat yoldaşıdır. Onlar orta məktəbdə eyni sinifdə oxuyublar. 1976-cı ildə ailə qurublar Oğlu polis əməkdaşıdır, daxili işlər orqanlarında çalışır.. Qızı isə ingilis dili müəlliməsidir.
Fərman Qasımov (alim)
Fərman Hüseyn oğlu Qasımov — iqtisad elmləri doktoru, professor, Ukrayna Tex­no­lo­ji Elmlər Akademiya­sı­nın akade­miki == Həyatı == Fərman Qasımov 20 oktyabr 1938 ildə Bakıda anadan olmuşdur. O, 1946-1956 illərdə 7 saylı dəmir yol məktəbində oxumuş, 1957-1962 illərdə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsində ali təhsil almışdır. Fərman Qasımov Sumqayıt şəhərində "Neftkimyaavtomatlaşdırma" Elmi-Tədqiqat İnstitutunda mühəndis, böyük mühəndis (1962-1966), Dövlət Plan Komitəsi yanında Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya və Texniki-İqtisadi Tədqiqatlar İnstitutunda şöbə müdiri(1966-1973), elmi işlər üzrə direktor müavini (1973-1994) vəzifələrində işləmişdir. Fərman Qasımov 1994 ildə Dövlət Elm və Texnika Komitəsi nəzdində yaradılan Elmi-Tədqiqat, Təcrübi-Konstruktor İşlərinin və Müdafiə Olunmuş Dissertasiyaların Dövlət Qeydiyyatı Mərkəzinə (DQM) direktor təyin olunmuşdur. 2003 ildə DQM Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin tabeçiliyinə verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 avqust 2008-ci il 197 saylı qərarı ilə DQM-in adı dəyişdirilərək AMEA Elmi İnnovasiyalar Mərkəzi (EİM) adlandırılmışdır. O, 2014 ilə kimi Elmi İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsində çalışmış, 2014-2015 illərdə baş direktorun məsləhətçisi işləmişdir. Fərman Qasımov 1971 ildə Moskvada SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat-Riyaziyyat İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmiş, 1984-cü ildə Tallin şəhərində Estoniya SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən Regional İxtisaslaşmış Elmi Şurada doktorluq dissertasiyasını müdafiə edərək, iqtisad elmləri doktoru dərəcəsinə layiq görülmüşdür. Ona 1994 ildə AAK-nın qərarı ilə professor rütbəsi verilmişdir. Fərman Qasımov 27 mart 2016 ildə Bakı şəhərində vəfat etmişdir.
Fərqanə Qasımova
Fərqanə Qasımova (6 avqust 1979, Şamaxı) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Fərqanə Qasımova 6 avqust 1979-cu ildə Şamaxı rayonunda anadan olmuşdur. 1996–2000-ci illərdə Milli Konservatoriyanın Opera və Xanəndəlik fakültəsində təhsil alıb, hazırda Konservatoriyanın aspirantıdır 2002-ci ildən bəri A. Zeynallı adına musiqi məktəbində müəllimədir. 1996-cı ildən başlayaraq, atası – xanəndə A.Qasımovla birgə H.Əliyev adına sarayın (1998, 2000, 2005, 2006-cı illərdə), M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının (2004) səhnəsinə çıxıb. Dünyanın bir çox musiqi festivallarında, konsertlərdə – Rusiyada (Moskva, 2000), Almaniyada (Aaxen, 1999), İsveçrədə (1998), Fransada (Paris, 2001), Avstriyada (Vyana,1999-2005), Belçikada (1999), İngiltərədə (London, 2000), Yaponiyada (Tokio, 2005), İtaliya (Parma, 2007), Polşada (Vroslav, 2007) və s. – iştirak edib. 2002-ci ildə Belçikada keçirilən qadın ifaçıların festivalında ilk dəfə olaraq müstəqil səhnəyə çıxıb. 2004-cü ildə Danimarkada növbəti solo konserti baş tutub. Hazırda möhtəşəm beynəlxalq layihənin – məşhur vialonçel ifaçısı YoYo Manın adıyla bağlı olan "Böyük İpək yolu" layihəsinin iştirakçısı, dünya musiqiçilərindən yığılmış "İpək yolu" ansamblının üzvüdür. 1999–cu ildə Avropada A. Qasımovla birgə "Dərin okean məhəbbəti" adlanan diski çıxıb.

Oxşar sözlər

#qasımov nədir? #qasımov sözünün mənası #qasımov nə deməkdir? #qasımov sözünün izahı #qasımov sözünün yazılışı #qasımov necə yazılır? #qasımov sözünün düzgün yazılışı #qasımov leksik mənası #qasımov sözünün sinonimi #qasımov sözünün yaxın mənalı sözlər #qasımov sözünün əks mənası #qasımov sözünün etimologiyası #qasımov sözünün orfoqrafiyası #qasımov rusca #qasımov inglisça #qasımov fransızca #qasımov sözünün istifadəsi #sözlük