Qədimov sözü azərbaycan dilində

Qədimov

Yazılış

  • Qədimov • 98.9664%
  • QƏDİMOV • 1.0336%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arif Qədimov
Arif Firudin oğlu Qədimov (1 avqust 1940) — Modelyer-konstruktor. 1989-cu ildə Naxçıvan Muxtar Respublikası və 1999-cu ildə Azərbaycan Respublikası əmakdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Pensiyaçıdır. Arif Qədimov "Naxçıvan Nuhun yurdudur", "Bir ömür yaşadım, Adəmli, Nuhlu", "Bir ömrün xatirələri", "Ağ atlının qisası", "Nuh dastanı", "Əshabu-Kəhf dastanı, "Əcəmi dastanı" kimi tarixi -tədqiqat əsərlərini yazmış və oxucuların ixtiyarına vermişdir. 2019-cu ildə təkrar nəşr kimi və geniş elmi əlavələrlə "Müqəddəslər ocağı Naxçıvan" (Naxçıvan Nuhun yurdudur) adlı elmi əsəri Naxçıvan "Əcəmi Nəşriyyati" mətbəəsində çap olunmuşdur. == Həyatı == 1965-ci ilin iyul ayinda, hərbi qulluqda olduğu Batumidən "Zaqafqaziya Hərbi Dairəsi"nin xüsusi göndərişi ilə Moskva Hərbi Xarici Dillər İnstitutuna daxil olmuşdur. (Tank keçidi — 4 ünvanında.) 1969-cu ildə Bakı Yüngül Sənaye Texnikumununun "Modelyer-Konstruktor" fakultəsini fərqlənmə diplomu ilə bitirmiş və təyinatla Bakı şəhərində işləmişdir. (1969–1971-ci il.) 1971 - 1974-cü il Azərbaycan Yüngül Sənaye nazırliyinin müqaviləsinə əsasən, göndərişlə Xankəndi ayaqqabı fabrikində baş modelyer-konstruktoru olmuş; 1975–1985-ci ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikasının Ədəbiyyat Muzeyində tərtibatçı rəssam kimi fəaliyyət göstərmiş; 1985-1997-ci illərdə Naxçıvan Dövlət Tarixi Muzeyinin baş rəssamı olmuşdur. 1985-ci ildə "Bakinskiy Raboçiy" qəzeti Naxçıvan Rəssamlar Birliyinin sərgi salonunda onun 50 ədəd rəssamlıq və heykəltəraşlıq əsərlərinin fərdi sərgisini təşkil etmişdir. 1997 −2008-ci illərdə Naxçıvan Dövlət Xalça muzeyinin və Əcəmi seyrəngahı mədəniyyət kompleksinin baş direktoru olmuşdur.
Ayxan Qədimov
Ayxan Fikrət oğlu Qədimov (30 aprel 1999, Morul, Şəmkir rayonu – 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Ayxan Qədimov 1999-cu il aprelin 30-da Şəmkir rayonunun Morul kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Ayxan Qədimov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Bir çox hərbi əməliyyatlarda vuruşmuşdur. Noyabr ayının əvvəllərindən başlayan Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşan Ayxan Qədimov döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Onun nəşi 30 noyabr 2020-ci ildə tapılmış və Şəmkir rayonunun Morul kəndində torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Qədimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Qədimov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Qədimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elvar Qədimov
Elvar Qədimov — 15 fevral 1974-cü ildə anadan olmuşdur. Elvar Qədimov Qarabağ müharibəsinin iştirakçısıdır. 10 fevral 1994-cü ildə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. == Həyatı == Elvar Qədimov 15 fevral 1974-cü ildə anadan olmuşdur. == Şəhidlik zirvəsi == Elvar Qədimov 1993-cü ildə Hacıqabul rayonundan hərbi xidmətə çağırıldı. Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına əsgər kimi yollanan Elvar Qədimov 10 fevral 1994-cü ildə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olmuşdur. Hacıqabul rayonu Atbulaq kəndində dəfn olunmuşdur. == Ailəsi == Subay idi.
Elxan Qədimov
Elxan İslam oğlu Qədimov (1946) — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı (1993–1993). == Həyatı == 1946-cı ildə anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının "Meyvə-tərəvəzçilik və üzümçülük" fakültəsini, 1997-ci ildə Bakı Dövlət Universitetinin "Hüquq" fakültəsini bitirmişdir. 1975–1981-ci illərdə Gəncə Yaşıllaşdırma trestində aqronom, rəis işləmiş, 1991-ci ilin yanvar-mart aylarında Gəncə Şəhər Təcrübəvi-İstixana Kombinatında direktor, Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini və 21 fevral 1993-cü ildən 1993-cü ilin iyun ayınadək Gəncə Şəhər İcra Hakimiyyəti başçısı işləmişdir. 1993–1998-ci illərdə Gəncə Təcrübəvi İstixana Kombinatında direktor, 1998–2009-cu illərdə "EL-Azəri" MMC-nin sədri kimi azad sahibkarlıq fəaliyyətilə məşğul olmuşdur. 2009-cu ilin dekabrından Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində idarə rəisi vəzifəsində çalışır.
Güloğlan Qədimov
Güloğlan Nurəddin oğlu Qədimov (18 iyul 1997, Qıvraq, Naxçıvan Muxtar Respublikası – 27 sentyabr 2020 (30 sentyabr)) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Güloğlan Qədimov 1997-ci il iyulun 18-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olmuşdur. 2003-2011-ci ildə Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbində, 2011-2014-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil almışdır. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil almışdır. == Hərbi xidməti == Güloğlan Qədimov 2018-ci ildə ali hərbi məktəbi "motoatıcı" ixtisası ilə bitirmiş və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" rütbəsi ilə xidmətə başlamışdır. Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Güloğlan Qədimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Güloğlan Qədimov sentyabrın 30-da şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Dekabrın 12-də Kəngərli rayon Qıvraq qəsəbəsində dəfn olunub.
Həsənəli Qədimov
Həsənəli Qədimov (tam adı: Qədimov Həsənəli Hüseynəli oğlu; 25 fevral 1942, Ağstafa rayonu – 6 iyun 2015) — Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı (1995-2000), "Azərpoçt" MMC-də baş direktorun maliyyə məsələləri üzrə müavini (2006–2015) == Həyatı və fəaliyyəti == Həsənəli Qədimov 1942-ci il fevralın 25-də Ağstafa rayonunun Poylu kəndində anadan olmuşdur.Əmək fəaliyyətinə 1961-ci ildə fəhlə kimi başlamışdır.1965-ci ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Avtomobil nəqliyyatı ixtisası üzrə mexanika fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur. 1973-cü ildə həmin institutu bitirərək Poylu sovxozunda baş mühəndis-mexanik, sovxoz direktoru işləmişdir.1990–1991-ci illərdə Ağstafa rayon XDS icra komitəsinin sədri, 1992–1995-ci illərdə Poylu sovxozunun direktoru olub. 1995-2000-ci illərdə isə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.2004-cü ildən "Azərpoçt" MMC-də Nəqliyyat şöbəsinin rəisi, 2006-cı ildən ömrünün sonuna qədər isə baş direktorunun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışıb.6 iyun 2015-ci ildə vəfat edib.
Kampan Qədimov
Kampan Qədimov (əsl adı: Əlibaxış Qədimov; ləqəbi: Məşədi Kampan; 1853–1928) — neft maqnatı, xeyriyyəçi, milyonçu. == Həyatı == Kampan Qədimov Balaxanıda doğulub. Ömrünün böyük hissəsini burada yaşamış, burada da vəfat etmiş və Balaxanı qəbirstanlığında dəfn edilmişdir. Neft milyonçusunun qəbir daşının üstündə ərəb və ingiliscə "Mer Qanpan Kadimof" yazılıb. Kampan Qədimovun evi kənddə hələ də qorunur. 21 otaqdan ibarət bu evdə milyonçu neftxudanın nəticəsi Kampan Qədimov yaşayır. Kampan Qədimov səxavətli, əliaçıq və təvazökar insan olub. Nəticəsi onun xeyriyyəçiliyindən bəhs edir: "Gəlib deyirlərmiş ki, Məşədi Kampan, bir dənə məktəb tikmək lazımdır. O da "nə qədər pul lazımdır" soruşanda əgər 100 min manat istəyirdilərsə, çıxarıb bir milyon verirmiş. Yəni gedin, lap on məktəb tikin.
Mayıl Qədimov
Mayıl Yusif oğlu Qedimov == Həyatı == Mayıl Qədimov 1962-ci ildə Azerbaycan SSR Mirbəşir(Tərtər) rayonunun Səhləbad kəndində fəhlə ailəsində anadan olmuşdur.1969-cu ildə Səhləbad kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş,1977-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir.1978-ci ildə Mirbəşir Rayon 96-nömrəli Orta Texniki Peşə məktəbinə daxil olmuşdur.1980-ci ildə məktəbi "Meyvə-tərəvəzçilik" üzrə tam kursunu bitirərək, aqronom ixtisasına yiyələnmişdir.1981-ci ildə Ağdam Rayon Xaçın tikinti-texniki peşə məktəbinin 6 aylıq sürücülük kursunu bitirmişdir. == Təltif və mükafatları == Mayıl Qədimov göstərdiyi qəhrəmanlığa görə, ölümdən sonra 1983-cü il avqustun 31-də SSRİ Ali Soveti Rəyasət heyətinin 9912-X nömrəli əmri ilə "Qırmızı ulduz"ordeni ilə təltif olunmuş, oxuduğu məktəb adına verilmişdir. == Ailəsi == Ailədə 6 övlad olmuşlar:4 qardaş və 2 bacı. Mayıl kiçik yaşlarından cəsurluğu, igidliyi və vətənpərvərliyi ilə yaşıdlarından seçilmişdir, cəmi 20il yaşamışdır və ailə həyatı Qurmamışdır. Bu 20 ildə onu tanıyan hər kəsin sevgisini və hörmətini qazanmış, ölümündən sonra isə onların fəxri, qürur mənbəyi olmuşdur. Ailəsi hələ onun yoxluğuna alışmadan daha bir oğul övladını itirmişdir. Mayılın ölümündən 6il sonra, 1988-ci ilin 12 dekabrında Mayıl ın qardaşı, Əhliman Qədimov dünyasını dəyişmişdir. Bu hadisədən sonra, ailəsi daha ağır və kədərli günlər keçirir. Bir müddət sonra, Mayıl ın valideynləri də vəfat edir. == Haqqında == 1981-ci ilin may ayında hərbi xidmətə çağırılmışdı.
Rahib Qədimov
Rahib Əliabbas oğlu Qədimov (1920, Bakı — 1988, Bakı) — milyonçu, xeyriyyəçi neft maqnatı Məşədi Kampanın nəvəsi, karikaturaçı rəssam. == Həyatı == Rahib Əliabbas oğlu Qədimov 1920-ci ildə anadan olmuşdur. Balaxanıdakı məktəbdə orta təhsil aldıqdan sonra Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil olmuşdur. Rəssamlıq məktəbini bitirdikdən sonra ordu sıralarına çağırılmış və Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. == Fəaliyyəti == Müharibədən sonra Rahib Qədimov uzun müddət respublikanın "Kommunist", "Bakinski raboçi", "Vışka", "Kirpi" və başqa qəzet və jurnallarında müntəzəm olaraq siyasi cəhətdən kəskin, sənətkarlıq nöqteyi nəzərindən yetkin karikaturalarla çıxış etmişdir. O çox cəld işləyən, məhsuldar rəssam kimi ad çıxarmışdı. Qəzetlərdən oxuduğu gündəlik siyasi məlumatlara, səhərisi gün karikaturaları qəzetlərdə çap olunurdu. Eyni zamanda Balaxanı məktəbində də dərs demişdir. Onun "Müstəmləkə sistemin aqibəti", "Sirkə nə qədər tünd olsa, öz qabını çatdadar", "Müharibə aşiqi", "Xam xəyal", "Sözdə və işdə", "Gedər-gəlməz yol" və bir çox başqa karikaturaları sənətkarlıq və aktuallıq baxımından yüksək qiymətləndirilmişdir. O, həm Rəssamlar İttifaqının həm də Jurnalistlər İttifaqının üzvü idi.
Raul Qədimov
Qədimov Raul Abdulla oğlu (22 iyul 1939, Kirovabad – 2000, Gəncə) — Sovet mikrobioloq , Ph. D., professor, Azərbaycan Elmlər, Kənd təsərrüfatı Rusiya Təhsil Akademiyasının akademiki xadimi. Sahəsində bir alim baytarlıq , mikrobioloq , təşkilatçısı və tədqiqat işlərinin lideri baytarlıq ölkədə baytarlıq elminin uğurları təbliğ edirik. == Bioqrafiya == Raul Kadymov Azərbaycan CCR Gəncə şəhərində 22 iyul 1939 anadan olmuşdur. Onun atası — Abdullah Hüseyn Kadymov (1912–1953 gg.) — Alim, təşkilatçılarından biri idi Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun. 1947-ci ildə Kadymov Russian orta məktəb Gəncə (Kirovabad) və 1 № girdi. Heç uşaqlıqdan, Raul səy, bilik üçün arzu, kitab sevgi, peşə seçimində əsas kimi xidmət heyvanların maraq göstərdi və 1957-ci ildə o, uğurla qəbul imtahanlarını Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun , hələ onun bütün sonrakı həyatı ki, bilmədən həyat pedaqoq və alim bu təşkilat ilə bağlı olacaq. 1962-ci ildə Kadymov fərqlənmə diplomu ilə təhsilini başa və Heyvandarlıq Azərbaycan Elmi-Tədqiqat İnstitutunda işə göndərilmişdir. Professor RA Kadymov baytarlıq elminin nailiyyətləri bir əsas Promoter idi. "Tibb insan heals və baytarlıq insanlıq qoruyur" — o, monoqrafiya dərslik, o cümlədən 300-dən çox çap olunmuş elmi işlərin müəllifidir məşhur söz Raul Abdullaevich baytar Evseenko S. təkrar sevdi.
Vəli Qədimov
Vəli Qədimov (12 yanvar 1940, Balaxanı – 15 aprel 2009, Balaxanı) — Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü, mahir klarnet ifaçısı. == Həyatı == Əslən Balaxanıdan olan Vəli Qədimov 1940-cı il yanvarın 12-də Bakının Çəmbərəkənd deyilən ərazisilə Dağlı məhəlləsinin qovuşduğu məkanda dünyaya gəlmişdir. Təhsilini 69 nömrəli məktəbdə almışdır. Uşaq yaşlarından klarnet çalmağa başlayan Vəli 14 yaşında artıq tibb işçilərinin mədəniyyət evində Zeynəb Xanlarova ilə birlikdə özfəaliyyət kollektivində iştirak etməyə başlamışdır. == İlk illər və yaradıcılığı == İki ildən sonra, 1956-cı ildə Vəli Qədimovun çalğıçı olmasını nəzərə alan məşhur müğənni Sürəyya Qacar onu Müslüm Maqomayev adına filarmoniyanın ansamblına dəvət edir. 1970-ci ildə o, Baba Salahovun, 1983-cü ildə xalq artisti Zeynəb Xanlarovanın ansamblında aparıcı solist yerini tutmuşdur. Onun ifasında Azərbaycan musiqisi dünyanın bütün qitələrində səslənmiş və sürəkli alqışlarla qarşılanmışdır. Vəli Qədimova 1987-ci ildə Azərbaycanın əməkdar artisti, 2000-ci ildə Azərbaycanın xalq artisti fəxri adları verilmişdir. == Vəfatı == 2008-ci ilin avqust ayında isə onun səhhəti qəflətən pisləşib və sənətkar iflic olub. Ömrünün son bir neçə ilini yataqda keçirmişdir.
Yuzef Qədimov
Yuzef İslam oğlu Qədimov — "Azərbaycan Respublikasının əməkdar memarı", Əməkdar mühəndis və memar, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli, Şərq Ölkələrinin Beynəlxalq Arxitektura Akademiyasının üzvü. == Həyatı == Yuzef Qədimov 1928-ci ildə anadan olub. 1953-cü ildə Moskva Arxitektura İnstitutunu bitirib. Həmin ildən Azərbaycan Dövlət Layihə İnstitutunda arxitektor və baş arxitektor vəzifələrində işləyib. 1984–1989-cu illərdə Bakı Yaşayış Evlərinin Layihələndirmə İnstitutunun baş memarı işləyib. Bu müddətdə Y. Qədimov H. Əliyev adına İdman-Konsert Kompleksinin, Milli Təhlükəsizlik Nazirliyinin binasının, Azərbaycanın Partiya Arxivi və Partiya Tarixi İnstitutunun binasının, Nəsimi Rayon Partiya Komitəsinin, Aktyor Evinin, "Bakı Soveti" stansiyasının layihə müəllifi və memarı olub. Eyni zamanda o, Bakıda Cəfər Cabbarlının, Hüseyn Cavidin, Nəriman Nərimanovun abidələrinin, Ağdamda Natəvanın qəbirüstü abidəsinin, Qazax rayonunun Şıxlı kəndində Vidadinin, Şuşada Vaqifin abidəsinin müəllifi və memarı olub. Yuzef İslam oğlu Qədimov 25 dekabr 2007-ci ildə "Azərbaycan Respublikasının əməkdar memarı" fəxri adına layiq görülmüşdür. Yuzef Qədimov 2012-ci il yanvarın 8-də 84 yaşında dünyasını dəyişib.
Zülfü Qədimov
Zülfü Rəhim oğlu Qədimov (16 iyun 1988, Ağdam – 25 fevral 2017, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman şəhid olub. == Həyatı == Zülfü Qədimov 1988-ci ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. Zülfü Qədimov 2012-ci il 19 fevralda ailə həyatı qurub. == Hərbi xidməti == Baş çavuş Zülfü Qədimov 2017-ci ildə, Fevral döyüşləri zamanı şəhid oldu. Fevralın 27-də onun və özündən başqa şəhid olan daha dörd nəfərin nəşi neytral ərazindən götürülü. Fevralın 28-i isə Zülfü Qədimov Beyləqan rayonunun Bolsulu kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş çavuş Qədimov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Zülfü Qədimov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Şücaətə görə" medalı ilə təltif edildi.
İbrahim Qədimov
İbrahim Şulan oğlu Qədimov (5 avqust 1949, Naxçıvan) — Hüquqşünas. == Həyatı == İbrahim Qədimov 1949-cu il avqustun 5-də Naxçıvan şəhərində anadan olmuşdur. Atası Şulan İbrahim oğlu Qədimov, anası Şükufə Bəhmən qızı Qədimova. (1908–1918-ci illərdə Naxçıvanda qəza rəisi olan İbrahim Bəy Qədimovun nəvəsidir). Orta məktəbi bitirdikdən sonra, 1965–1970-ci illərdə "Araz"-Naxçıvan futbol komandasının müdafiəçisi olmuşdur. 1970-ci ildə "Neftçi" futbol komandasının oyunçusu olub. 1967–1972-ci illərdə S. M. Kirov adına Azərbaycan Dövlət Bədən tərbiyyəsi institutunda təhsil alıb. 1972–1973-cü illərdə Sovet İttifaqı Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 1975–1978 N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirib. 1980–1984 SSSR-i Daxil İşlər Nazirliyinin Milis Akademiyasında təhsil alıb.
İslam Qədimov
İslam Şirin oğlu Qədimov (1907, Şuşa – 1973) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR xalq kommunal təsərrüfatı komissarı və naziri. == Həyatı == İslam Şirin oğlu Qədimov 1907-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbi bitirəndən sonra Leninqrad Politexnik İnstitutuna qəbul olunmuşdur və 1930-cu ildə institutu tamamlamışdır. Həmin il Azərbaycan SSR Xalq Kommunal Təsərrüfatı Komissarlığının əsaslı tikinti trestinə rəis təyin edilmişdir. Sonra isə komissarlığın plan-iqtisad idarəsinə rəis dəyişilmiş və 1941-ci ilədək bu idarədə çalışmışdır. 1932-ci ildə eyni zamanda Bakı Sosial-İqtisad İnstitutunu bitirmişdir. İslam Qədimov 1941-ci ildə cəbhəyə yollanır. 1944-cü ilədək II Dünya müharibəsində iştirak etmişdir. Leytenant rütbəsindən mayor rütbəsinədək yüksəlmiş və bir çox döyüş nişanları ilə təltif edilmiş və 1944-cü ildə Azərbaycan KP MK-nin çağırışı ilə ordudan tərxis olunmuşdur. İslam Qədimov Azərbaycan SSR xalq kommunal təsərrüfatı komissarı təyin edilmişdir.
Şaiq Qədimov
Şaiq Qədimov — tibb elmləri namizədi , Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun oğlu. Şaiq Qədimov 1926-cı ildə İrəvanda anadan olmuş, orta təhsilini burada almış, Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.O, 1974-cü ildə müdafiə edərək tibb elmləri namizədi adını almışdı. "Qan qohumluğu" (1989), "Mustafa Topçubaşov" (1989), "Ailənin intim dünyası" (1990), , "İnsanlar üçün bəla" (1990), "Xalq təbabətinin ensiklopediyası" (1997) əsərlərinin müəllifi olan Ş.Qədimov həm də bədii və publisistik yaradcılıqla məşğul olur və müntəzəm olaraq dövrü mətbuatda çıxış edir.
İbrahim bəy Qədimov
İbrahim bəy Qədimov — Naxçıvanda qəza rəisi (1908) 1918-ci ildə qəza komissarı olmuşdur. Polkovnik == Həyatı == İbrahim bəy ilk təhsilini Naxçıvanda almış, sonralar isə İrəvanda, Tiflisdə və Kutaisidə oxumuşdur. Arxiv sənədlərinə əsasən deyə bilərik ki, o, 1908-ci ildə qəza rəisi, 1918-ci ildə qəza komissarı olmuşdur. Sənəddə bildirilir ki, İbrahim bəy o zaman öz süvari dəstəsi ilə Naxçıvana hücum edən erməni daşnaklara qarşı igidliklə döyüşmüşdür. İbrahim bəy Qədimov 2 avqust 1918-ci ildə Şərur nahiyəsi müdirliyinə təsdiq olunur. 1918-1920-ci illərdə Qars vilayətində Türkiyəni işğal etmək istəyənləri döyüş meydanında qarşılamışdır. Döyüşlərdə qazandığı Naxçıvan və Qarsda az müddət ərzində şöhrətləndirir. Məlum mənbələrə görə deyə bilərik ki, Naxçıvanın hərb tarixində 3 hərbçi Rusiyanın xüsusi «Ataman» rütbəsini daşıyıb: - general mayor Ehsan xan Naxçıvanski, tam süvari generalı İsmayıl xanın oğlu polkovnik Aman xan və polkovnik ibrahim bəy Qədimov.
İdris Qədimov
İdris Xəlil oğlu Qədimov (15 sentyabr 1920, Morul, Gəncə qəzası – 20 avqust 1996, Klаypеdа) — sovet-Azərbaycan hərbçisi, tibb xidməti polkovnik-leytenantı. 9 may faşizm üzərində qələbə qazanılmasında böyük rolu olan azərbaycanlı. == Ailəsi == İdris Qədimov Şəmkirin tanınmış Qədimağalılar (əvvəlki adla Bədirbəylilər) nəslindəndir. Atası Xəlil ağa Qədimov (1897-1943) Azərbaycanda Sovet işğalına qarşı üsyanlar (1920-22), Şəmkir üsyanı sonrası sürgünə göndərilmiş mülkədarlar sırasında idi. Onun dayısı oğlu tanınmış filologiya üzrə elmlər doktoru Firudin Hüseynovdur. == Təhsili == Orta təhslini müvəfəqiyyətlə bitirən İdris Qədimov ali təhslini 1942-ci ilin avqustunda infeksion xəstəliklər ixtisası üzrə Azərbaycan Dövlət Tibb Universitetində tamamlamışdır. == II Dünya Müharibəsi illərində == İdris Qədimov, sanitar-tibb bölümündə kiçik həkim vəzifəsində çalışaraq, döyüş şəraitində, mərdliklə və cəsarətlə yaralı əsgər və zabitlərə yüksək ixtisaslı tibbi yardım göstərirmişdir. İdris Qədimov 23.06.1943-cü ildən 08.08.1943-cü ilədək Qərb Cəbhəsində alayın kiçik həkimi; 08.08.1943-cü ildən 01.10.1944-cü ilədək 3-cü Belorus cəbhəsində alayın kiçik həkimi; 01.10.1944-cü ildən 09.05.1945-ci ilədək Qərb Cəbhəsi, Xüsusi Hərbi rayonda alayın kiçik həkimi vəzifələrində çalışmışdır. 07.04.1945-ci ildən 10.04.1945-ci ilədək Koeniqsberq şəhəri uğrunda gedən son döyüşlərdə İdris Qadimov 200-dən çox insana tibbi yardım göstərmişdir. O, 21 qan və qan əvəzedicisi, 8 vagosimpatik blokada, 25 anesteziya sındırmalarından ibarət 2 tibbi köçürmə əməliyyatı etmişdir.
Xəlil ağa Qədimov
Xəlil ağa Qədimov — Azərbaycan mülkədarı, Şəmkir üsyanının əsas iştirakçılarından biri. 1937-ci ildə Stalin repressiyasına məruz qalmışdır. == Həyatı == Xəlil ağa Bədirbəyli nəslindən olan Qədim ağanın oğludur. Şəmkirdə anadan olmuşdur. == Ailəsi == Xəlil ağanın babası Bədir ağa ilə Leyla Bədirbəylinin babası Abdı ağa qardaşdırlar. Xəlil ağanın həyat yoldaşı Firudin Hüseynovun bibisi Zinyət Hüseynovadır. Qardaşı sovetlərə qarşı xalq üsyanın əsas iştirakçılarından Zeynal ağadır. Zeynal ağa dəstə halında dəfələrlə Qarabağa gedərək müxtəlif ərazilərdə ermənilərə qarşı vuruşub, Əskəran və Şuşanın erməni-daşnak quldurlarından azad olunmasında şəxsən iştirak etmişdir. Xəlil ağanın 2 oğlu 2 qızı olmuşdur. Böyük oğlu İdris Qədimov tibb-xidməti polkovnik leytenatı ünvanını qazanmışdır.
Humay Qədimova
Humay Gülbala qızı Qədimova (26 aprel 1986, Bakı) — Azərbaycan musiqiçisi, görkəmli xanım tarzən, pedaqoq. == Həyat və yaradıcılığı == Humay Qədimova 26 aprel 1986-cı il Bakı şəhərində anadan olmuşdur. 1994–2001-ci illərdə Nizami rayonu 272 saylı orta məktəbdə, 1997–2001-ci illərdə S. Ələsgərov adına 1 saylı uşaq incəsənət məktəbində tar ixtisası üzrə təhsil almışdır. Bu illərdə "Qönçə" müsabiqəsində iştirak etmiş və 2-ci yeri qazanmışdır. 2001–2005-ci illərdə Asəf Zeynallı adına musiqi texnikumunda təhsil almış, bu illərdə qızlardan ibarət muğam üçlüyü yaratmış və qısa zamanda bu üçlüklə bir çox dövlət və televiziya tədbirlərində iştirak etmişdir. Bununla bərabər təhsil aldığı illərdə respublika müsabiqəsinə hazırlaşmış və burada da 2-ci yerə layiq görülmüşdür. 2005–2009-cu illərdə Milli Konservatoriyada təhsil alaraq və buranı fərqlənmə diplomu ilə bitirmişdir. Bu illərdə artıq yaratdığı qızlardan ibarət muğam üçlüyü ilə bir çox ifaçılar ilə (Nəzakət Teymurova, Aygün Bayramova, Aygün Bəylər, Sevinc Sarıyeva, Almaz Orucova, Səkinə İsmayılova, Simarə İmanova, Tahirə Muradova, Aytən Məhərrəmova, Arzu Əliyeva) birgə çalışmış, əməkdaşlıq etmiş, dövlət tədbirlərində iştirak etmişdir.Onun 2008-ci ildəki ən uğurlu çıxışları arasında Türkiyə müğənnisi Tarkanla birgə Bakıda H. Əliyev Sarayında keçirilən konsertdə müşayiətini qeyd etmək olar. 2009-cu ildə isə Sərdar Ortaç ilə birgə H. Əliyev adına Respublika Sarayında konsertdə iştirak etmişdir. Sonralar Türkiyənin Rafet El Roman, Kibariye kimi tanınmış ifaçıları ilə birgə layihələrdə iştirak etmişdir.2009-cu ildə "PERSONA" mükafatına layiq görülmüşür.
Jalə Qədimova
Jalə Həmid qızı Qədimova (7 iyul 1954, Gəncə şəhəri)— pedaqojika elmləri doktoru, professor. ADPU-nun "Musiqi və onun tədrisi texnologiyası" kafedrasının professoru == Həyatı == Jalə qədimova 1954-cü ildə iyulun 7-də Gəncə şəhərində anadan olub. 1972-ci ildə "Fərqlənmə diplomu" ilə Gəncə Musiqi Texnikumunu, 1977-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Ailəlidir, bir oğlu və bir qızı var. == Fəaliyyəti == 1994-cü ildə "XIX əsrin sonu — XX əsrin əvvəllərində Azərbaycan maarif xadimlərinin yaradıcılığında musiqi tərbiyəsi məsələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək (1300.01) — Pedaqogikanın tarixi və nəzəriyyəsi ixtisası üzrə pedaqoji elmlər namizədi adını alıb. 2007-ci ildə "Müasir dövrdə Azərbaycanda musiqi tədrisi və tərbiyyəsinin problemləri və onların həlli yolları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək (5804.01) — Ümumi pedqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə pedaqoji elmləri doktoru adına layiq görülmüşdür. 2011-ci ildən pedqaogika üzrə elmlər doktoru, professorudur.Əmək fəaliyyətinə 1983-cü ildən başlamışdır. "Musiqi alətləri" kafedrasında konsertmeyster, müəllim baş müəllim, dosent vəzifəsində çalışmışdır. 1998–2016-cı illərdə "Musiqi fənləri və onun tədrisi metodikası" kafedrasının müdiri vəzifəsini icra etmişdir. İşlədiyi müddət ərzində pedaqogika üzrə beş fəlsəfə doktoru yetişdirmişdir.
Qədimovlar
Qədimovlar — Azərbaycanın tanınmış soylarından biri. == Soyun yaranması == Şuşa şəhərinin Təbrizli məhəlləsində sakin оlanlardan biri də Qədiməlidir. Qədiməli şəhərin Rastabazar səmtində baqqal dükanı işlədirdi. Müqəddəs Kərbəla tоrpağını ziyarət etmişdi. Kərbəlayı Qədiməli Tükəzlə həyat qurmuşdu. Həsən adlı оğlu vardı. Həsən Kərbəlayı Qədiməli oğlu Şuşa şəhərində anadan оlmuşdu. Mоlla yanında оxumuşdu. Ticarətlə məşğul idi. Xоrasanın pak tоrpağını və müqəddəs Məkkəyi-müşərrəfi ziyarət etmişdi.
Rəna Qədimova
Rəna Kamil qızı Qədimova (10 yanvar 1958, Bakı)— Azərbaycan bəstəkarı. == Həyatı == Rəna Qədimova 10 yanvar 1958-ci ildə Bakı şəhərində doğulub. 1961-ci ildən 1964-cü ilədək Bülbül adına orta ixtisas musiqi məktəbində Regina Siroviçin sinifində fortepiano öyrənib. 1965-ci ildən 1976-cı ilədək orta təhsilini davam etdirib. 1976-cı ildən 1983-cü ilədək Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyasında (Fərəc Qarayevin sinifində) bəstəkarlıq ixtisası üzrə oxuyub. Rəna Qədimova 1983-cü ildən Soltan Hacıbəyov adına Sumqayıt şəhəri orta ixtisas musiqi məktəbində müəllim kimi fəaliyyətə başlayıb. 1997-ci ilədək bu məktəbdə çalışıb. 1997-ci ildən bu günədək Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllimidir. == Yaradıcılığı == Rəna Qədimova peşəkar bəstəkardır. Xeyli musiqi bəstələyib.
Sara Qədimova
Sara Bəbiş qızı Qədimova (31 may 1922, Bakı – 12 may 2005, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan SSR xalq artisti (1963). 1978-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olmuşdur. == Həyat və yaradıcılığı == Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olub. Əslən Ağdamın Abdal-Gülablı kəndindəndir. Əmək fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Sara Qədimova nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb, dinləyicilərin böyük məhəbbətini qazanıb. İkinci Dünya müharibəsi illərində dahi Üzeyir Hacıbəyovun və Səməd Vurğunun yaratdığı və müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu "Şəfqət bacısı" mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib. Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb. Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb.
Siddiqə Qədimova
Siddiqə Rza qızı Qədimova (1912–1986) — Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun qızı. "Sovet Ermənistanı" qəzetində çalışmış, SSRİ Ali Sovetinin deputatı seçilmiş, İrəvanda ilk dəfə olaraq Azərbaycan radio verilişlərini hazırlamış, ömrünün son günlərinə qədər həmin redaksiyada şöbə müdiri olmuşdur.
Xumar Qədimova
Xumar İttifaq qızı Qədimova (26 aprel 1966, Qazax rayonu) — Azərbaycanlı estrada müğənnisi, bəstəkar, Azərbaycanın əməkdar artisti (2017). == Həyatı == Xumar Qədimova 1966-cı il aprelin 26-da Qazax rayonunda anadan olub. 1983-1987-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda "Kütləvi tamaşalar rejissoru" ixtisası üzrə təhsil alıb. Ali təhsil aldıqdan sonra bir müddət Dənizkənarı Bulvarda administrator kimi çalışıb. Daha sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda çalışıb. 1997-ci ildə sənət yaradıcılığına başlayıb. Bu günə kimi 100-dən çox musiqi əsələri səsləndirib, Azərbaycan ədəbiyyatının klassiklərinin və Nazim Hikmət, Yunus Əmrənin şeirlərinə mahnılar bəstələyib və ifa edib. 2007-ci ildə Türkiyənin Maslak şəhərində yerləşən TİM konsert sarayında "Bir Can Turkiyə-Azərbaycan" adlı solo konsertlə çıxış edib. Eyni zamanda Xumar Qədimovanın bəstələdiyi mahnıları Türkiyənin məşhur müğənnisi Kibariye, Yıldız Tilbe və başqaları ifa edib. 3 mart 2017-ci ildə Azərbaycan Respublikasında mədəniyyət sahəsindəki səmərəli fəaliyyətinə görə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
İlahə Qədimova
İlahə Akif qızı Qədimova (doğ. 5 noyabr 1975, Gəncə, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qadınlar arasında qrosmeyster (1994), FİDE hakimi (2016). SSRİ çempionu (1991) və 18 yaşa qədər qızlar arasında ikiqat dünya çempionu (1992, 1993). Azərbaycanın qadınlardan ibarət yığma komandasının heyətində milli komandalar arası Avropa çempionatının bürünc mükafatçısı (1992). 2008-ci ildən sonra aktiv şahmat fəaliyyətindən uzaqlaşıb. == Şahmat karyerası == Qədimova 1975-ci ildə Gəncə şəhərində anadan olub. 1992-ci ildə 18 yaşa qədər qızlar arasında şahmat üzrə dünya çempionatında qalib olub, 1993-cü ildə 18 yaşlı qızlar kateqoriyasında ikinci dəfə dünya çempionu olub. 1994-cü ildə İlahəyə qadınlar arasında beynəlxalq qrosmeyster adı verilib 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə "Tərəqqi medalı" ilə təltif olunub.Azərbaycanın qadınlardan ibarət yığma komandasının heyətində iki Şahmat Olimpiadasının (1992, 1994) və üç milli komandalar arası Avropa çempionatının (1992, 1997, 2007) iştirakçısı olub.2006-cı ildə Belçikanın Eypen şəhərində dairəvi sistemlə keçirilmiş beynəlxalq turnirin bürünc mükafatını qazanıb. Eyni ildə Türkiyənin Quşadası şəhərində keçirilmiş şahmat üzrə VII şəxsi Avropa çempionatında iştirak edib.2008-ci ildə Rusiyanın Nalçik şəhərində olimpiya sistemi ilə keçirilmiş şahmat üzrə qadınlararası dünya çempionatında iştirak edib. Çempionatın ilk turunda almaniyalı şahmatçı Elizabet Petçlə qarşılaşan Qədimova, iki görüşün nəticəsinə görə rəqibi ilə heç-heçə edib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.74 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 6.85
2003 ••• 0.79
2004 ••••• 1.68
2005 •••• 1.35
2006 •••••• 1.80
2007 •••••••••• 3.38
2008 •••••••• 2.44
2009 ••••••• 2.24
2010 ••••••••••• 3.45
2011 •••• 1.29
2012 •••••• 1.89
2013 •••••••• 2.63
2014 •••••••••••••• 4.63
2015 •••••••••••••••••• 6.12
2016 •••••••••• 3.12
2017 ••••••••• 2.76
2018 ••••••••••• 3.45
2019 ••••••• 2.23
2020 ••••••••• 2.78

"qədimov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qədimov nədir? #qədimov sözünün mənası #qədimov nə deməkdir? #qədimov sözünün izahı #qədimov sözünün yazılışı #qədimov necə yazılır? #qədimov sözünün düzgün yazılışı #qədimov leksik mənası #qədimov sözünün sinonimi #qədimov sözünün yaxın mənalı sözlər #qədimov sözünün əks mənası #qədimov sözünün etimologiyası #qədimov sözünün orfoqrafiyası #qədimov rusca #qədimov inglisça #qədimov fransızca #qədimov sözünün istifadəsi #sözlük