Məsimov sözü azərbaycan dilində

Məsimov

Yazılış

  • Məsimov • 99.7587%
  • MƏSİMOV • 0.2413%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anatoli Məsimov
Anatoli Qurban oğlu Məsimov — Həvəskarlar arasında bodibildinq üzrə Dünya, Avropa, Azərbaycan və Rusiya çempionu. == Həyatı == Anatoli Qurban oğlu Məsimov 17 yanvar 1974–cü ildə Borçalıda Bolnisi rayon Abdallı kəndində anadan olub. 1991-ci ildən etibarən Rusiya FR-nın Krasnoyarsk şəhərində yaşayır. 2001-ci ildə Myanma Birliyi Respublikasının Yanqun şəhərində həvəskarlar arasında keçirilən bodibildinq üzrə dünya birinciliyində 65 kq çəkiyədək kateqoriyasında 4-cü yerə layiq görülmüşdür. 17-20 may 2002-ci il tarixində Belorusiyanın paytaxtı Minsk şəhərində həvəskarlar arasında keçirilən bodibildinq üzrə Avropa birinciliyində 65 kq çəkiyədək kateqoriyasında 3-cü yerə layiq görülmüşdür. 7-9 may 2005-ci il tarixində Rumıniyada həvəskarlar arasında keçirilən bodibildinq üzrə Avropa birinciliyinin gümüş mükafatçı olmuşdur.. 3 qat Azərbaycan çempionu və bir çox beynəlxalq turnirlərin qalibidir. Hal-hazırda "Krasnoyarsk Bodibildinq və Fitnes Federasiyası"nın prezidenti olaraq fəaliyyət göstərir və Krasnoyarsk şəhərində yaşayır.
Baba Məsimov
Baba Vəziroğlu (Baba Vəzir oğlu Məsimov; 10 yanvar 1954, Mollaisaqlı, İsmayıllı rayonu) — nasir, şair, tərcüməçi, kinodramaturq, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı (1988), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2005). == Həyatı == Baba Vəziroğlu 1954-cü il yanvarın 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olmuşdur. Həmin rayonun Hacatamlı kənd orta məktəbini bitirdikdən sonra "Pravda" kolxozunda işləmiş, oradan ADU-nun hazırlıq fakültəsinə göndərilmişdir (1971–1972). Universitetin jurnalistika fakültəsində təhsil almışdır (1972–1977). Azərbaycan LKGİ MK RTİD qərargahında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda təlimatçı (1979) olmuş, Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi işləmişdir (1979–1991). "Molla Nəsrəddin" jurnalının baş redaktoru olmuşdur (1989). Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü seçilmişdir (1991). Ədəbi fəaliyyətə "Ulduz" jurnalında (1976, № 8) çap etdirdiyi "Bir yaz axşamı", "Mağazinçi Dadaş" hekayələri ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələr etmişdir.
Eldar Məsimov
Eldar Məsimov (1941, Şamxor) — BDU-nun Maddə quruluşu kafedrasının müdiri, Rusiya Pyotr Elmlər və İncəsənət Akademiyasının həqiqi üzvü, Rusiya təbiətşünaslıq Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Fizika Problemləri İnstitutunun Bioloji sistemlər fizikası bölməsinin müdiri. == Həyatı == 1941-ci ildə Şamxor rayonunda ziyalı ailəsində anadan olmuş. 1957-ci ildə Şamxor rayonunun, Çinarlı kəndinin orta məktəbini qızıl medalla bitirib. == Elmi fəaliyyəti == 1969-cu ildə biofizika, Xarkov Dövlət İnstitutu; 1966–1970-ci illər elmi işçi, Aşağı Temperaturlar Fizika Texniki İnstitutu, Xarkov ş. 1963–1966-cı illər aspirant, aşağı temperaturlar fizikası ixtisası üzrə, Aşağı Temperaturlar Fizika Texniki İnstitutu, Xarkov ş. 1960–1963-cü illər Xarkov Dövlət Universiteti, fizika fakültəsi 1970-ci ildən indiyə qədər atom və nüvə fizikası, maddə quruluşu, biofizika, molekulyar fizika, rəqslər və dalğalar fizikası və s. fənlərdən mühazirə oxumuş; 1984-cü ildə bioloji sistemlərdə yönümlü müxtəlif bioloji və sintetik polimerlərin suyun termodinamika halına təsiri. Moskva Dövlət Universiteti "biofizika" ixtisası. Rəhbərliyi altında: Elmlər namizədi — 20, Elmlər doktoru – 2 == Əmək fəaliyyəti == 1992-ci ildən Maddə quruluşu kafedrasının müdiri, BDU 1989-cu ildən bioloji fizikası bölməsinin müdiri, Fizika Problemləri İnstitutu, BDU 1989–1992-ci illərdə Elmi işlər üzrə prorektor, BDU 1987–1989-cu illərdə baş elm idarəsinin rəisi, Azərbaycan Təhsil Nazirliyi 1985–1987-ci illərdə professor, Maddə quruluşu kafedrası, BDU 1974–1985-ci illər dosent, Maddə quruluşu kafedrası, BDU 1972–1974-cü illər baş müəllim, Maddə quruluşu kafedrası, ADU, (BDU) 1970–1972-ci illər assistent, Maddə quruluşu kafedrası, ADU, (BDU) == Tədqiqat sahəsi == Bioloji və sintetik mənşəli polimerlərin Sulu məhlullarında qarşılıqlı təsirlərin və strukturun (termodinamik halı) tədqiqi. Bioloji molekulların və onların sulu məhlullarının nisbi hidrofobluqlarının, dərman maddələrinin canlı orqanizimdə istiqamətlənmiş nəqli problemlərinin öyrənilməsi.
Kərim Məsimov
Kərim Məsimov (qaz. Кәрім Қажымқанұлы Мәсімов, 15 iyun 1965, Selinoqrad) — Qazaxıstan dövlət xadimi, vəkil. 8 sentyabr 2016-cı ildən etibarən Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin (KNB RK) sədri. İki dəfə Qazaxıstan Baş naziri (2007–2012, 2014–2016), Qazaxıstan Prezident Administrasiyasının rəhbəri (2012–2014), Milli Təhlükəsizlik general-leytenantı. == Bioqrafiyası == 15 iyun 1965-ci ildə Qazaxıstan SSR-in Tselinograd şəhərində anadan olub. Milliyyətcə uyğur. Atası Kazımkan Kasımoviç Massimov müxtəlif rəhbər vəzifələrdə işləyirdi (xüsusən Burundai divar materialları istehsalat birliyinin direktoru, Qazaxıstan SSR Nazirlər Soveti yanında Glavtopsnab rəhbərinin müavini, direktor bundan əlavə, "Qazaxıstanın Milli Aqrosənaye Palatası" və Qazaxıstan Yoga Birliyi ictimai təşkilatlarında prezident idi. Anası — Eleonora Kərimovna Əjibekova. Beynəlxalq hüquq üzrə mütəxəssis, iqtisadçı. İqtisad elmləri doktoru.
Qurban Məsimov
Məsimov Qurban Abdulla oğlu (26 yanvar 1971, Şəki) — Azərbaycan aktyoru, rejissoru və rəssamı, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru (2013-cü ildən).27 dekabr 2016-cı il Fəxri Mədəniyyət İşçisi."Humay" mükafatı laureatı-2019 Azərbaycan Respublikasının əməkdar artisti (24.05.2019). Qurban Məsimov 26 yanvar, 1971-ci ildə anadan olmuşdur. 1988–1993-cü illərdə Ə. Hüseynzadə adına Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində, 1995–2001-ci illərdə isə Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsil almışdır. 1998-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunu bitirmişdir. 2000-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada "Yay Akademiyası" proqramı çərçivəsində "Fildenkrayz Metodu" seminarında iştirak etmişdir. 1994-cü ildən Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli Yığıncağı" Pantomim teatr-studiyasında fəaliyyət göstərmişdir. 2000-ci ildə teatr dövlət statusu almış və adı Dövlət Pantomim Teatrı olmuşdur. 2000–2001-ci illərdə ABA TV-də yayımlanan Nəm-Nəm verilişinin aparıcısı və rejissoru olmuşdur. 2003-cü ildə eynitipli verilişi başqa kanalda Lider Televiziyasında Mətbəxdə Şou-Nəm-Nəm adı altında davam etdirmişdir. Azərbaycan Televiziyasında Nəm-nəm tipləməsiylə "Gülməşəkər" verilişinin aparıcısı olub.
Rauf Məsimov
Samir Məsimov
Samir İbrahim oğlu Məsimov (25 avqust 1995-ci ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan AZAL klubunda hücuma meylli yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-21 milli futbol komandasında çıxış etmişdir. Samir Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Məsimov Lokomotiv Moskva akademiyası vasitəsilə inkişaf etmişdir. O, ölkənin ən istedadlı futbolçularından biridir. Samir Məsimov 23 yanvar 2014-cü ildə Neftçi Bakı klubu ilə beş illik müqavilə imzalamışdır. O, 2014-cü ildə Neftçi Bakı klubunun heyətində 2013-14 UEFA Avropa Liqasının təsnifat mərhələsində iştirak etmək üçün əsas komandaya dəvət almışdır. 17 may 2014-cü ildə Samir Qəbələ klubu ilə Azərbaycan Kubokunun final oyununa əsas heyətdə start vermişdir. Neftçi 1-0 geridə olarkən Məsimov bərabərlik qolunun müəllifi olmuşdur. Oyun 1-1 hesabı ilə başa çatsa da, Neftçi penaltilər seriyasında qalib gələrək kubokun sahibi olmuşdur.
Əkbər Məsimov
Əli Məsimov
Əli Məsimli (3 yanvar 1953, Nuxa) — Azərbaycan Respublikasının dövlət və ictimai-siyasi xadimi. 1992-ci ildə Baş nazir əvəzi. Milli Məclisin deputatı. İqtisadiyyat elmləri namizədi. Əli Əhməd oğlu Məsimov 1953-cü il yanvarın 3-də Şəki şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun siyasi iqtisad fakültəsini bitirmişdir. İqtisad elmləri namizədidir. Çoxsaylı broşürlərin və məqalələrin müəllifidir. Rus dilini bilir. 1980-ci ildən Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi, şöbə müdiri işləmişdir.

Oxşar sözlər

#məsimov nədir? #məsimov sözünün mənası #məsimov nə deməkdir? #məsimov sözünün izahı #məsimov sözünün yazılışı #məsimov necə yazılır? #məsimov sözünün düzgün yazılışı #məsimov leksik mənası #məsimov sözünün sinonimi #məsimov sözünün yaxın mənalı sözlər #məsimov sözünün əks mənası #məsimov sözünün etimologiyası #məsimov sözünün orfoqrafiyası #məsimov rusca #məsimov inglisça #məsimov fransızca #məsimov sözünün istifadəsi #sözlük