Nəsirov sözü azərbaycan dilində

Nəsirov

Yazılış

  • Nəsirov • 99.7483%
  • NƏSİROV • 0.2517%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Asif Nəsirov
Asif Nəsirov (tam adı: Asif Musa oğlu Nəsirov, d.25 dekabr, 1958 - ö.8 noyabr, 2016 Böyük Qışlaq, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı alim, texnika elmləri namizədi, bir ixtira, 8 kitab və 82 elmi əsərin müəllifi, iki Beynəlxalq elmi simpoziumun iştirakçısı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti. == Həyatı == Asif Musa oğlu Nəsirov 25 dekabr 1958-cı il tarixində Azərbaycan Respublikasının Tovuz rayonunun Böyük Qışlaq kəndində ziyalı ailəsində anadan olub. 1975-ci ildə Böyük Qışlaq kənd orta məktəbini bitirib və həmin il Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sanitar texniki işlər fakültəsinə daxil olub. 1980-ci ildə institutu «İstilik-qaz təchizatı və ventilyasiya» ixtisası üzrə tam kursu fərqlənmə diplomu ilə bitirərək «inşaat mühəndisi» ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə layihəçi mühəndis kimi başlamışdır.1981-ci ildən 1993-cü ilədək Azərbaycan Memarlıq və İnşaat Universitetinin «İstilik təchizatı və İstilik texnikası» kafedrasının nəzdindəki Ümumittifaq əhəmiyyətli “3 saylı Sahə Еlmi-Тədqiqat Laboratoriyası”nda böyük mühəndis, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində işləmiş, 1982-85-ci illərdə АzMİU-nun aspiranturasında əyani təhsil almış, 1988-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, texnika elmlər namizədi alimlik dərəcəsi almışdır. 1988-ci ildən kafedrada saat hesabı dərs aparmağa başlamış, 1993-ci ildə müsabiqə yolu ilə kafedraya müəllim keçmiş və ömrünün sonunadək kafedrada dosent vəzifəsində işləmişdir. İşlədiyi dövrdə А.М.Nəsirov özünü savadlı mütəxəssis, çalışqan və intizamlı işçi, yüksək mənəvi keyfiyyətlərə malik ali kateqoriyalı müəllim kimi göstərmişdir. Universitetin professor-müəllim heyəti və tələbələri arasında yüksək nüfuz və hörmətə malik olmuş, ictimai işlərdə yaxından iştirak edmişdir. Asif Musa oğlu Nəsirov 8 noyabr 2016-cı il tarixində Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == 1975-cü ildə Böyük Qışlaq kənd orta məktəbini bitirib.
Budaq Nəsirov
Budaq Nəsirov (15 iyul 1996, Gəncə) – Portuqaliya aşağı dəstəsində mübarizə aparan Sportinq Lissabonun əvəzedici komandasında yarımmüdafiəçi kimi çıxış edən Azərbaycan futbolçusudur. == Karyerası == === Klub === Budaq Nəsirov 25 iyul 2016-cı ildə Sportinq Lissabon klubu ilə 5 illik müqavilə imzalamışdır. === Milli komanda === Budaq Nəsirov milli komandada debütünü 26 may 2016-cı ildə Azərbaycanın yoldaşlıq oyununda Andorraya qarşı oyunda etmişdir. == Karyera statistikası == === Milli komanda === 26 may 2016-cı il məlumatlarına əsasən.
Elman Nəsirov
Elman Xudam oğlu Nəsirli (23 may 1968, Təzəkənd, Cəlilabad rayonu) — politoloq, siyasi şərhçi, Azərbaycan Milli Məclisinin V, VI çağırış deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor. == Həyatı == Elman Nəsirov 23 may 1968-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində ziyalı ailəsində anadan olmuşdur. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1995–2000-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dissertantı olmuşdur. 1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində ikiillik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir. 1995–2003-cü illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında çalışmışdır. 2001-ci ildə "Azərbaycan-ABŞ münasibətləri. 1991–1997-ci illər" mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2011-ci ildə "ABŞ və beynəlxalq terrorizm problemi" mövzusunda siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində iki illik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir.
Elmir Nəsirov
Elmir Zülfü oğlu Nəsirov (13 iyul 1991, Əhmədbəyli, Füzuli rayonu – 27 sentyabr 2020, Yuxarı Əbdürrəhmanlı, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Zülfü oğlu Nəsirov 1991-ci ilin 13 iyul tarixində Füzuli rayonu Əhmədbəyli kəndində anadan olub. 1998-ci ildə General Məhəmməd Əsədov adına Füzuli rayon Əhmədbəyli kənd orta məktəbinin 1-ci sinifə daxil olub və 2009-cu ildə həmin məktəbi bitirib. === Ailəsi === Ailəli idi, iki qız övladı var. == Hərbi xidməti == 2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında xidmət etməyə başlayıb və 2010-cu ildə həqiqi hərbi xidmətini başa vurub. 2013-cu ildə öz istəyi ilə Azərbaycan ordusunun sıralarında yenidən xidmət etmək üçün müraciət edib və tank taborunda, tuşlayıçı operator vəzifəsinə təyin edilib. 2016-cı ilin aprel ayında Azərbaycan və Ermənistan arasında baş vermiş Dördgünlük müharibədə əks-hücum əməliyyatlarında fəal iştirak etmiş, xidməti tankı düşmən tərəfindən vurulmuşdur. Elmir Nəsirov 2020-ci ilin 27 sentyabr tarixindən etibarən başlamış İkinci Qarabağ müharibəsində də, Dördgünlük müharibədə olduğu kimi tankçı kimi qatılmışdır. Cəbhənin Füzuli rayonu istiqamətində yarılması əməliyyatlarında iştirak edən zaman içində olduğu tank düşmən tərəfindən vurulmuş, buna baxmayaraq tankdan çıxaraq başqa bir tankda döyüşü davam etdirmişdir. Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, tankçı Elmir Nəsirov Füzulinin azad edilməsinın və İkinci Qarabağ müharibəsinin başladığı 27 sentyabr tarixində rayonun Yuxarı Əbdürrəhmanlı kəndi uğrunda gedən şiddətli döyüşlərdə həlak olmuşdur.
Elçin Nəsirov
Elçin Ramiz oğlu Nəsirov (13 yanvar 1988, Əhmədalılar, Füzuli rayonu – 25 oktyabr 2020, Qorqan, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Nəsirov 1988-ci il yanvarın 13-də Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Elçin Nəsirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Nəsirov oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı Qorqan istiqamətində şəhid olub. Füzuli rayonunun Əhmədalılar kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Nəsirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Nəsirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Nəsirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elşad Nəsirov
Elşad Nəsirov (siyasətçi) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti. Elşad Nəsirov (hüquqşünas) — Azərbaycan hüquqşünası.
Fuad Nəsirov
Fuad Nəsirov (Fuad Məhərrəm oğlu Nəsirov; 29 mart 1971 — 21 aprel 1994) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fuad Nəsirov 29 mart 1971-ci ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur. Muğanlı kənd səkkizillik məktəbini bitirən Fuad orta təhsilini Kuropatkin kənd orta məktəbində başa vurmuşdur. 1988-ci ildə Fuad Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olur. 1993-cü ildə institutu bitirib həmin ilin 1 iyulunda könüllü olaraq Milli Ordu sıralarına yazılmışdır. 30 yanvar 1994-cü ildə Fuad Ağdərə istiqamətində gedən döyüşlərdə "PK" markalı pulemyotla silahlanaraq vuruşmuşdur. "Qlobus" deyilən ərazidə bir neçə gün davam edən döyüşlərdə düşmənin xeyli hərbi texnikası, yetmişdən çox əsgər və zabiti məhv edilmişdir. Fevral ayında gedən döyüşlərdə Fuadın xidmət etdiyi rota fərqlənmişdir. 1994-cü ilin 21 aprelində səhər saatlarında düşmən qoşununun ehtiyat qüvvəsini öyrənmək tapşırığını yerinə yetirib geriyə qayıdarkən pusquda dayanmış ermənilərlə səkkiz nəfər arasında qeyri-bərabər döyüş başlandı. Bu döyüşdə kəşfiyyat dəstəsinin yeddi üzvü, o cümlədən, Fuad Nəsirov şəhid oldu.
Füzuli Nəsirov
Füzuli Əkbər oğlu Nəsirov — Azərbaycan alimi, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 15 №-li laboratoriyasının müdiri, kimya üzrə elmlər doktoru. == Ümumi məlumatlar == Füzuli Əkbər oğlu Nəsirov 28.09.1952-ci ildə Bərdə şəhərində anadan olmuşdur. O, 1959-cu ildə Bərdə şəhər 1 №-li orta məktəbinə daxil olmuş, 1968-ci ildə yeni açılmış 5 №-li orta məktəbə köçürülmüş və 1969-cu ildə həmin məktəbi əlaçı attestatı ilə bitirmişdir. F.Ə.Nəsirov 1970-ci ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuş, 1975-ci ildə oranı əla qiymətlərlə başa vuraraq, təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna işləməyə göndərilmişdir. Həmin zamandan bu günə qədər F.Ə.Nəsirov bu İnstitutda mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, baş elmi işçi, qrup rəhbəri vəzifələrində çalışmış və hal-hazırda laboratoriya müdiridir. Füzuli Nəsirov 1978-ci ildə İnstitutun aspiranturasına daxil olmuş, oranı müvəffəqiyyətlə bitirərək 1983-cü ildə “Nikel (kobalt) üzvi ditiotörəmələri əsaslı katalitik sistemlər iştirakı ilə aşağı molekül kütləli polibutadienlərin alınması prosesının ışlənib hazırlanması” mövzusunda (“02.00.13 - Neft kimyası” və “02.00.15 – Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə) namizədlik dissertasiyası müdafiə etmiş və kimya üzrə elmlər namizədi elmi dərəcəsi almışdır. Füzuli Əkbər oğlu Nəsirov uzun illər apardığı məhsuldar tədqiqatların nəticələrini ümumiləşdirərək 2003-cü ildə “Polibutadienlərin alınması və stabilləşdirilməsi üçün bifunksional katalitik ditiosistemlərin yaradılmasının elmi əsaslarının işlənib hazırlanması” mövzusunda (“02.00.13 - Neft kimyası” və “02.00.15 – Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə) doktorluq dissertasiyası müdafiə etmiş və kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1985-ci ildə keçmiş SSRİ Ali Attestasiya Komissiyası tərəfindən baş elmi işçi elmi adına layiq görülmüşdür. O, 1975-2000-ci illərdə AMEA NKPİ-də mühəndis, kiçik və böyük elmi işçi, 1989-1995-ci illərdə “Metalkompleks kataliz proseslərinin texnologiyası” qrupunun rəhəri, 1995-2014-cü illərdə “Metalüzvi kataliz prosesləri” laboratoriyasının müdiri vəzifəsində işləmişdir. 2016-cı ildən indiyə qədər “Polifunksional kompleksonlar və metalkompleks birləşmələr laboratoriyasının (15 №-li lab.) müdiri vəzifəsində çalışır.
Mirzə Nəsirov
Nəsirov Mirzə Rza Mirzə Məsi oğlu (31 dekabr 1903, Bakı - 13 iyul 1979, Bakı) ― professor (1950), tibb üzrə elmlər doktoru (1950), Əməkdar elm xadimi (1960), Azər­baycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1968). == Həyatı == Mirzə Nəsirov 31 dekabr 1903-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini 1927-ci ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsində almışdır. == Əmək fəaliyyəti == Mirzə Nəsirov əmək fəaliyyətinə 1927-ci ildə başlamışdır. O, 1927-1929-cu illərdə 3 saylı şəhər xəstəxana­sında həkim kimi fəaliyyət göstərmişdir. 1929-1931-ci illərdə ordu sıralarında alay həkimi, 1931-1935-ci illərdə isə Respublika ET Kiniki İnstitutunda ordinator vəzifəsini icra etmişdir. 1935-1942-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda kafedra assistenti olan Mirzə Nəsirov II Dünya müharibəsi zamanı 1942-1945-ci illərdə İranda hərbi hospitalın terapevtik şöbəsi­nin müdiri vəzifəsini icra etmişdir. Habelə 1947-1979-cu illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitu­tunda kafedra müdiri kimi fəaliyyət göstərmişdir.Mirzə Nəsirov uzun illər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Elmi Şura­­­sının üzvü, o cümlədən "Azərbaycan Tibb jurnalı"nın, Böyük Tibbi Ensi­klo­pediyanın və Azərbaycan Sovet Ensiklopediyasının redaksiya heyət­lərinin üzvü olmuşdur. == Elmi fəaliyyəti == Mirzə Nəsirov elmi və həkimlik fəaliyyəti parazitologiya problemlərinin həllinə, yəni mal­yariya, visseral leyşmanioz, brüsellyoz, hepatolienal sindrom, ankilo­stomo­doz­lar, bağırsaqların protozoy zədələnmələri kimi xəstəliklərin diaq­nostikasına və müalicəsinə həsr olunmuşdur. Professor Azərbaycanda tibbi parazitologiya elmi məktəbinin yaradıcılarındandır.Mirzə Nəsirov 1937-ci ildə tibb üzrə fəlsəfə doktoru, 1950-ci ildə elmlər doktorluğu disserta­siya­la­rını müdafiə etmişdir.
Mustafa Nəsirov
Mustafa Cəfər oğlu Nəsirov (25 oktyabr 1921, Dərbənd – 27 may 2012, Bakı) – Azərbaycanın ilk sərhədçi generalı. == Həyatı == Mustafa Nəsirov 25 oktyabr 1921-ci ildə Dərbənd şəhərində anadan olmuşdur. 1938-ci ildə Dərbənd pedaqoji məktəbini, 1940-cı ildə isə Dağıstan Dövlət Müəllimlik İnstitutunu bitirmişdir. Həmin ildə Sabnova kəndinin natamam orta təhsil məktəbində müəllim və təhsil hissəsinin müdiri işləmişdir. 1942-ci ilin yanvar ayında hərbi xidmətə çağırılıb. Xidmətini 1941-ci ilin 15 oktyabrından Moskva altında döyüşən 194-cü atıcı alayında əsgər kimi başlamışdır. 1942-ci ilin avqust ayında Saratov sərhəd qoşunlarının hərbi məktəbinə göndərilmişdir. 1943-cü ilin aprel ayında leytenant hərbi rütbəsində DİXK-nın sərhəd qoşunlarının Qırğızıstan dairəsində komandir vəzifələrində xidmətini davam etmişdir. 1947-ci ilin fevral ayından Frunze səhərində DİN qoşunları üzrə qarnizon komendaturasının komendantı olmuşdur. 1947-ci ildə bu vəzifədə olaraq ekstern yolu ilə Qırğızıstan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və onun tam kursunu 1948-ci ildə bitirmişdir.
Müşfiq Nəsirov
Şəhid Nəsirov Müşfiq (4 sentyabr 2002, Quba Azərbaycan -21 dekabr 2021 Qubadlı rayonu, Azərbaycan ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Şəhid. == Həyatı və Təhsili == Müşfiq Nəsirov 4 sentyabr 2002-ci ildə Quba rayonunun Suxtakələ kəndində müəllim ailəsində anadan olmuşdur. 2008-ci ildə Quba rayon Suxtakələ kənd ümumi orta məktəbinin birinci sinifinə daxil olan Müşfiq 2017-ci ildə həmin məktəbin 9-cu sinifini bitirir. Bundan sonra təhsilini Quba rayon Aşağı Tüləkəran kənd tam orta məktəbində davam etdirir. Müşfiq Nəsirov 2019-cu ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecinin "Fiziki tərbiyə müəllimliyi" ixtisasına qəbul olur. 1 il burada təhsil aldıqdan sonra Müşfiq Nəsirov hərbi xidmətə yollanır. == Hərbi xidməti == Müşfiq kollecdəki təhsilini yarımçıq qoyaraq 1 oktyabr 2020-ci ildə müharibə şəraitində hərbi xidmətə gedir. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Müşfiq Nəsirov Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının N saylı hərbi hissəsində xidmət etdirmişdir. Müşfiq ailəsi ilə danışanda tez-tez hərbi xidməti başa vurduqdan sonra orda qalıb hərbçi olacağından bəhs edirdi.Hərbi xidməti dövründə daim öz komandirlərinin və əsgər yoldaşlarının rəğbətini qazanmışdır.
Məmməd Nəsirov
Məmməd Yəhya oğlu Nəsirov — tibb üzrə professor,ali dərəcəli cərrah. == Həyatı == Məmməd Yəhya oğlu Nəsirov 1939-cu il mart ayının 5-də Azərbaycan SSR, Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və həmin institutu 1962-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1958-ci ildə, hələ tələbə ikən Komsomol Komitəsinin göndərişi ilə xam torpaqlara işləməyə göndərilmiş və sonda Qazaxıstan SSR Komsomol Komitəsinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 1960-1962-ci illərdə təhsilini davam etdirməklə yanaşı 2 N-li Bakı Şəhər Klinik xəstəxanasında feldşer kimi işləmişdir. 1962-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra M.Y.Nəsirov Türkmənistan SSR-in Krasnovodsk şəhərinə təyinatla işələməyə göndərilmiş və orada 1967-ci ilə kimi cərrah-ordinator, sonra isə şöbə müdiri kimi çalışmışdır. 1962-1967-ci illər ərzində praktiki fəaliyyəti ilə yanaşı o, Türkmənistan SSR Krasnovodsk şəhərinin Tibb məktəbində müəllim işləməklə həm də pedaqoji fəaliyyət göstərmişdir. M.Y.Nəsirovun elmi fəaliyyəti 1967-ci ildən başlanmışdır. Həmin il Azərbaycan SSR Elmi-Tədqiqat Klinik və Eksperimental Təbabət İnstitutuna konkurs elan olunarkən o, adı çəkilən institutun kiçik elmi işçi vəzifəsinə təyin olunmuşdur. 1970-ci ildə "Fibrinolizin-heparin kompleksinin regionar perfuziya metodu ilə aşağı ətraf magistral venalarının kəskin tromboflebitinin müalicəsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
Nahid Nəsirov
Nahid Nəsirov (tam adı:Nahid Əlizamin oğlu Nəsirov ; 11 dekabr 1995; Saatlı, Azərbaycan — 10 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şəhid, Nəsirov Nahid Əlizamin oğlu, 11 dekabr 1995-ci ildə Saatlı şəhərində anadan olmuşdur. Şəhid 2001-ci ildə Saatlı şəhər Cəfər Cabbarlı adına 3 saylı tam orta məktəbində təhsil almağa başlamışdır.2010-cu ildə məktəbi əla qiymətlərlə bitirmişdir. 2011-2015-ci illərdə Şirvan Dövlət İqtisadiyyat və Humanitar kollecində İbtidai sinif Müəllimliyi ixtisası üzrə təhsil almışdır. 2015-2017-ci illərdə hərbi xidmətdə olmuşdur. 2016-cı il General-mayor Polad Həşimovun komandınlığı altında Aprel döyuşlərində iştirak etmişdir.'PKM' pulemyot silahı ilə xeyli düşməni məhv edib. Göstərdiyi şücaətə görə komandanlıq tərəfindən Təşəkkürnamə və əlavə məzuniyyətlə təltif olunmuşdur. 2017-ci ildən Saatlı rayon Alı Mustafayev adına Qıraqlı kənd ümumi orta məktəbində ibtidai sinif müəllimi işləmişdir. 2020-ci il Tovuz döyüşləri zamanı könünlülər sırasına ilk yazılanlardan olmuşdur. Vətən müharibəsi başladıqdan 2 gün sonra ordu sıralarına qoşulur.
Qara Nəsirov
Qara Eldəniz oğlu Nəsirov (5 yanvar 1999, Beyləqan rayonu – 8 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Qara Nəsirov 5 yanvar 1999-cu ildə Beyləqan rayonunda dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitəndə mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Qara Nəsirov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qara Nəsirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qara Nəsirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qara Nəsirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qubad Nəsirov
Nəsirov Qubad Əsədulla oğlu (9 may 1925, Boradigah, Lənkəran qəzası – 2007, Boradigah, Masallı rayonu) — Sosialist əməyi qəhrəmanı. == Həyatı == Qubad Nəsirov 9 may 1925-ci ildə Masallı rayonu Boradigah kəndində anadan olmuşdur. Sosialist əməyi qəhrəmanıdır (1949). 1944–1975-ci illərdə Telman adına sovxozda briqadir, manqabaşçısı, Masallı şəhər sovetinin sədri, 1976-cı ildən Boradigah qəsəbə sovetinin sədri olmuşdur.
Qəhrəman Nəsirov
Qəhrəman Fərman oğlu Nəsirov (28 noyabr 2000; Bryansk, Rusiya — 10 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qəhrəman Nəsirov 28 noyabr 2000-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. == Hərbi xidməti == Qəhrəman Nəsirov 2019-cu ildə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq davam etmişdir. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Qəhrəman Nəsirov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın, Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Qəhrəman Nəsirov 10 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəhrəman Nəsirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qəhrəman Nəsirov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rafiq Nəsirov
Rafiq Əliş oğlu Nəsirov (27 may 1947, Sabirabad) — Azərbaycan rəssamı, Azərbaycan Respublikasının əməkdar (2000) və xalq rəssamı (2007), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2017). == Həyatı == Rafiq Nəsirov Əliş oğlu 27 may 1947-ci ildə Sabirabad şəhərində anadan olmuşdur. 1954-cü ildə orta məktəbə, 1961-ci ildə isə Politexnik texnikumumun memarlıq fakültəsinə daxil olmuşdur. Sonra 1964-cü ildə texnikumu bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdur. == Fəaliyyəti == 1969-cu ildən C. Cabbarlı adına Azərbaycan kinostudiyasında memar vəzifəsində çalışıb, 1980-ci ildən isə dekorativ qurğular söbəsinə rəhbərlik edir ve həmin ildən də quruluşçu rəssam kimi fəaliyyət göstərir. Bu illər ərzində 40-dan artıq bədii filmin quruluşçu rəssamı olub. == Ad və mükafatlar == "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 18 dekabr 2000 "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti Akademiyası Humay mükafatı — 2003 "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 1 avqust 2007 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə) — 31 iyul 2017 == Filmoqrafiya == Rəssam kimi Bədbəxtliyin astanasında (film, 1977) (qısametrajlı bədii film) Əzablı yollar (film, 1982) (tammetrajlı bədii film) Yeddi gözəl (film, 1982) (tammetrajlı bədii film) Meyl (film, 1988) (qısametrajlı bədii film) Musiqili xaş (film, 1984) (qısametrajlı bədii film) Bəyin oğurlanması (film, 1985) (tammetrajlı bədii film) Cin mikrorayonda (film, 1985) (tammetrajlı bədii film) Qəm pəncərəsi (film, 1986) (tammetrajlı bədii film) Araqarışdıran (film, 1987) (tammetrajlı bədii film) Şeytan göz qabağında (film, 1987) (tammetrajlı bədii film) Yaramaz (film, 1988) (tammetrajlı bədii film) Dəvətnamə (film, 1989) (qısametrajlı bədii film) Sahilsiz gecə (film, 1989) (tammetrajlı bədii film) Zirzəmi (film, 1990) (tammetrajlı bədii film) Bəxt üzüyü (film, 1991) (tammetrajlı bədii film) Qəzəlxan (film, 1991) (tammetrajlı bədii film) Nakəs (film, 1991) (tammetrajlı bədii film) Pəncərə (film, 1991) (tammetrajlı bədii film) Təbəssüm (film, 1992) (qısametrajlı bədii film) Həm ziyarət, həm ticarət... (film, 1995) (tammetrajlı bədii film) Yük (film, 1995) (tammetrajlı bədii film) Otel otağı (film, 1998) (tammetrajlı bədii film) Sarı gəlin (film, 1998) (tammetrajlı bədii film) Nə gözəldir bu dünya... (film, 1999) (tammetrajlı bədii film) Dronqo (serial, 2002) Hacı Qara (film, 2002) (tammetrajlı bədii film) Ovsunçu (film, 2002) (tammetrajlı bədii film) Küçələrə su səpmişəm (film, 2004) (tammetrajlı bədii film) Üç qız (film, 2005) (tammetrajlı bədii film) Biz qayıdacağıq (film, 2007) (tammetrajlı bədii film) Məhkumlar (film, 2007) (tammetrajlı bədii film) Günaydın, mələyim! (film, 2008) (tammetrajlı bədii film) Ev (film, 2007) (qısammetrajlı bədii film) Cavad xan (film, 2009) (tammetrajlı bədii film) İstanbul reysi (film, 2010) (tammetrajlı bədii film) İlahi məxluq (film, 2011) (tammetrajlı bədii film) Vəkil hanı?
Ramiz Nəsirov
Ramiz Kamal oğlu Nəsirov (d.1953, 7 dekabr), Xocalıda yaradılmış yerli özünümüdafiə batalyonunun döyüşçüsü. == Həyatı == Ramiz Nəsirov 7 dekabr, 1953-cü ildə Xankəndidə anadan olmuşdur. Orta təhsilini 1960-1971-ci illərdə Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə alıb. 1971-ci ildə Sankt-Peterburq şəhərinə hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini bitirdikdən sonra elə burada qalmışdır. 1975-ci ildə, Butko Tatyana Dmitriyevna adlı qadınla ailə qurmuşdur.Qarabağda erməni terroru başladıqdan sonra, 1988-ci ildə Azərbaycana gəlmiş, Xankəndidən qovularaq Xocalıda yerləşən qohumlarının yanına yerləşmişdir. Bir müddət sonra isə rus mənşəli həyat yoldaşı da buraya gəlmişdir. == Döyüş yolu == 1988-ci ildə Rusiyadan Azərbaycana qayıtdıqdan sonra Qarabağda yerli özünümüdafiə batalyonlarının yaradılmasında iştirak etmişdir. Xocalı soyqırımına qədərki müddətdə Xocalını müdafiə edən əsas şəxslərdən biri hesab edilir. Xeyli sayda insanı mühasirədən çıxartmışdır.
Roman Nəsirov
Roman Nəsirov (tam adı Roman Mixayloviç Nəsirov; d. 3 mart 1979-cu il) — Ukrayna Ali Radasın ın VII çağırış deputatı. == Həyatı == Roman Nəsirov 3 mart 1979-cu ildə anadan olmuşdur. 2000-ci ildə Çerniqov Dövlət iqtisadiyyat və İdarəetmə İnstitunu "maliyyə" ixtisası üzrə bitirmişdir. 2001-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin hüquq ixtisasını bitirmişdir. Şərqi London Universitetinin maliyyə və beynəlxalq menecment üzrə MBA dərəcəsi vardır. 2005-ci ildə ABŞ Cantor Fitzgerald / BGC investisiya bankının London ofisində broker işə düzəlir. 2008‑ci ildə Ukraynaya qayıdır və Concorde Capital-ın qiymətli kağızlar istiqamətinə rəhbərlik edir. 2009-cu ildə "Renaissance" Kiyev filialına rəhbərlik edir. 2014-cü ildən Deputat seçilənə qədər "БТГ Пактуал Комодітіс (Україна)" MMC-nin direktoru olub.
Ruslan Nəsirov
Ruslan Talıbxan oğlu Nəsirov (10 iyun 1974 – 6 mart 2015, Bakı) — Azərbaycan kino və dublyaj aktyoru. == Həyatı == Ruslan Nəsirov 10 iyun 1974-cü ildə anadan olub. Uşaq rollarının ifaçılarından biri idi. Ruslan Nəsirov Azərbaycan televiziyasında əcnəbi filmlərin dublyajı ilə məşğul olub. Ruslan Nəsirov 6 mart 2015-ci ildə Bakıda vəfat etmişdir. == Filmoqrafiya == Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film) — dublyaj: Rüstəm (Revaz Çxikvişvili) Park (film, 1983) — rol: Marat (uşaq) Tənha narın nağılı (film, 1984) — rol: Sadıq Bəyin oğurlanması (film, 1985) — rol: Qasım Qəm pəncərəsi (film, 1986) — rol: Əhməd Yaramaz (film, 1988) — rol: Papiros satan Pəncərə (film, 1991) — rol: Köçəri Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) — rol: Cəfər Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) — rol: Cəmil Bir anın həqiqəti (film, 2003) — rol: Fərəcov Qüdsi (film,2007) — film səsləndirən: Aleksandr Puşkin Adam (film, 2010) — Daşdəmir Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — səsləndirən Bəstəkar Cahangir Cahangirov (film, 2013) — Mətni oxuyan Günaydın, mələyim!
Röyal Nəsirov
Röyal İmran oğlu Nəsirov (d. 16 mart 1997; Cəlilabad, Azərbaycan — ö. 2 aprel 2016; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Röyal Nəsirov 1997-ci ilin 16 mart günündə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Röyal Nəsirov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Röyal Nəsirov doğulduğu Cəlilabad rayonunun Məlikqasımlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Nəsirov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Röyal Nəsirov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Rəşad Nəsirov
Rəşad Nəsirov (tam adı: Rəşad Nəsirov Barat oğlu; 24 iyul 1977, Bakı) — Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin keçmiş sədr müavini. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri. == Həyatı == Rəşad Nəsirov 24 iyul 1977-ci ildə Bakıda anadan olub. 1994-cü ildə Bakı şəhəri 39 saylı orta məktəbi, 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq ixtisası üzrə bakalavr, 2001-ci ildə isə magistr pilləsini bitirib. 2002–2005-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq – beynəlxalq münasibətlər fakültəsində təhsil alıb. ANS, "Lider" telekanallarında və İctimai Televiziyada çalışıb. 2010-cu ildən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də baş redaktor və "Xəbərlər" informasiya proqramları studiyasının direktoru vəzifələrində çalışıb. Dövlət başçısının 2015-ci il 5 may tarixli sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini təyin olunub. 24 fevral 2020-ci il tarixində tutduğu vəzifədən azad olunub. 24 yanvar 2023-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat və ictimayyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır.
Seymur Nəsirov
Seymur Rahim oğlu Nəsirov (12 noyabr 1976, Şuvi, Astara rayonu) — tədqiqatçı-alim, Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, "Tərəqqi" medalı laureatı. == Həyatı == Seymur Nəsirov Rahim oğlu 1976-cı ildə Astara rayonunun Şüvi kəndində anadan olmuşdur. 1994-cü ildə A. İbrahimov adına Şüvi kənd orta məktəbini, 1998-ci ildə Bakı İslam Universitetini, 2002-ci ildə isə Əl-Əzhər Universitetinin İslamşünaslıq və Ərəb dili fakültəsini bitirmişdir. 2006-cı ildə Misir Fətva İdarəsində dörd il təhsil aldıqdan sonra, keçmiş SSRİ ölkələri arasında ilk dəfə fətva vermək icazəsini qazanmışdır. 2011-ci ildə Qahirədə Açıq Amerika Universitetində Ərəb dili və ədəbiyyatı ixtisası üzrə magistratura təhsilini fərqlənmə ilə başa vurmuşdur. Magistr dissertasiya işi Azərbaycanda ərəb dili və ədəbiyyatının öyrənilmə tarixinin tədqiqi olmuşdur. 2020-ci ildə Qahirədə Açıq Amerika Universitetində Ərəb dili və ədəbiyyatı ixtisası üzrə dokturluq təhsilini fərqlənmə ilə başa vurmuşdur. Tədqiqat mövzusu "Ərəb elminə xidmətdə azərbaycanlı alimlərin səyləri" olmuşdur. S. Nəsirovun elmi işinə, Əl-Əzhər Universitetindən dəvət olunmuş böyük alimlər rəhbərlik etmişdir. === Şəxsi həyatı === Ailəlidir, iki övladı var.
Vaqif Nəsirov
Vaqif İbad oğlu Nəsirov — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor[mənbə göstərin] == Həyatı == Vaqif Nəsirov 4 oktyabr 1945-cü ildə Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. V.Nəsirov 1983-87-ci illərdə Əlçəzair Xalq Demokratik Respublikasının Bumerdes şəhərində Yüngül Sənaye İnstitutuna ezam olunmuş, həmin institutun fizika kafedrasına rəhbərlik etmişdir. Eazamiyyətdən qayıtdıqdan sonra ADPU-da fəaliyyətini davam etdirmişdir. O, Azərbaycan MEA Fizika problemləri əlaqələndirmə şurasının komissiya sədri, AzTU-nun və Bakı Mühəndislər Universitetinin “Elmi əsərlər”i “Amerika müasir fizika”jurnallarının redaksiya heyətinin üzvüdür. === Karyera: === 1967–68-ci illər ADPU-nun Ümumi fizika və astronomiya kafedrasının baş laborantı, 1971–1973-cü illər ADPU-nun Ümumi fizika və astronomiya kafedrasının assistenti, 1973–1978-cü illər ADPU-nun "Elektrik və optika" kafedrasının baş müəllimi, 1978–1994-cü illər ADPU-nun "Elektrik və optika" kafedrasının dosenti olmuşdur. 1977–78-ci illərdə XI Paris universitetinə 10 aylıq elmi ezam edilmişdir. 1978-ci ildə Fransa Kimyəvi-fizika Cəmiyyətinə üzv seçilmişdir. 1983–87-ci illərdə Əlcəzair Demokratik Respublikası Bumerdes Yüngül Sənaye İnstitutuna ezam olunmuş və həmin institutun Fizika kafedrasına rəhbərlik etmiş, əlcəzairli tələbələrə fizikanı fransız dilində tədris etməklə yanaşı onlar üçün elə həmin dildə Ümumi fizika kursunun müxtəlif bölmələrindən 4 dərs vəsaiti yazmışdır. 1994-cü ildən "Elektrik və optika" kafedrasının professorudur. Elektrik və maqnetizm; Optika və Fizika tarixi fənlərini tədris edir.
Vəli Nəsirov
Vəli Nəsirov (tam adı:Nəsirov Vəli Hüseynəli oğlu;17 dekabr 1925, Qarabağlar, Naxçıvan MSSR – 16 iyun 1987, Bakı) — fəlsəfəşünas, fəlsəfə elmlər doktoru, professor. == Həyat == Nəsirov Vəli Hüseynəli oğlu 17 dekabr 1925-ci ildə Şərur rayonunun Qarabağlar kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsinin (1941-45) iştirakçısı olub. === Vəfatı === 16 iyun 1987-ci ildə Bakı şəhərində vəfat edib. === Təhsili === 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinin fəlsəfə şöbəsini bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === “Azərnəşr”də siyasi və sosial-iqtisadi ədəbiyyat şöbəsində redaktor, böyük redaktor (1952-56). === Elmi fəaliyyəti === BDU-nun fəlsəfə kafedrasında müəllim və dosent (1956-75) işləmişdir. 1975-ci ildən indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti fəlsəfə kafedrasının müdiri idi. Vətənpərvərlik, milli münasibətlərə dair tədqiqatların, o cümlədən 10-dan çox kitab, monoqrafiya, broşürün və elmi məqalələrin müəllifi olub. == Üzvü olduğu cəmiyyətlər == SSRİ Jurnalistlər İttifaqının (1958) Fəlsəfə Cəmiyyətinin (1973) == Təltif və mükafatları == SSRİ — Qırmızı Ulduz SSRİ — I dərəcəli Vətən müharibəsi ordeni == Mənbə == Naxçıvan Ensiklopediyası.
Elşad Nəsirov (hüquqşünas)
Elşad Nəsirov (Elşad Haqverdi oğlu Nəsirov; d. 1 iyul 1971. Babacan, Vardenis rayonu, Ermənistan SSR, SSRİ) — BDU Hüquq fakültəsinin dekan müavini, fakültə Elmi Şurasının katibi. Konstitusiya hüququ kafedrasının baş müəllimi. == Həyatı == Elşad Nəsirov 1 iyul 1971-ci ildə Ermənistanın Vardenis rayonunun Babacan kəndində anadan olub. 1978–1988-ci illərdə Vardenis rayonu Qızılkənd kənd orta məktəbində oxuyub və 1988-ci ildə həmin məktəbi medalla bitirib.1988–1989-cu illərdə Sumqayıt Xovlu İplik Fabriki, SEİB 2 saylı ETK və 1 saylı Troleybus Parkında operator və çilingər işləmişdir. 1989–1990-cı illərdə hazırlıq şöbəsində və 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1995-ci ildən BDU-da çalışır. BDU-nun Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasında müəllim (1995–1997), baş müəllim (1997-dən) vəzifəsində çalışır. 1998-ci ildən hal-hazıra qədər BDU-nun Hüquq fakültəsinin fakültə Elmi Şurasının katibi, 2004-cü ildən hal-hazıra qədər isə təlim-tərbiyə işləri üzrə dekan müavini vəzifəsində də işləyir.
Elşad Nəsirov (siyasətçi)
Elşad Nəsirov (1960, Bakı) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti. == Həyatı == Nəsirov Elşad Mustafa oğlu 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirmişdir. 1981-1982-ci illərdə SSRİ-nin Əfqanıstandakı səfirliyində, 1982-1985-ci illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda, 1985-1989-cu illərdə SSRİ Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır. 1989-1992-ci illər ərzində SSRİ-nin Hindistandakı səfirliyində işləmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra 1992-1995-ci illər ərzində Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyində çalışmış, 1995-1997-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi aparatında şöbə müdiri vəzifəsinə irəli çəkilmişdir. 1997-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əməliyyatlar İdarəsinin, 2003-2005-ci illərdə isə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur. 2003-cü ildən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir. 2010-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Hicran Nəsirova
Hicran Nəsirova (tam adı: Nəsirova Hicran Fətəli qızı; 11 mart 1958) — Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Hicran Nəsirova 1979-cu ildə M. Əliyeva adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra, təyinatı ali məktəbin Tədris teatrında işləməyə başlamışdır. Gənc aktrisa teatrın bədii rəhbəri V. Həsənovun səhnə quruluş verdiyi C. Cabbarlının "Yaylağa gedir əsərində Tibb bacısı, S. Vurğunun "Komsomol poeması"nda Humay və s. tamaşalarda oynamışdır. 1981-ci ildə o, Milli Dram Teatrında Anarın "Səhra yuxuları" psixoloji dramında Leyla rolunu ifa etmişdir. 1986-cı ildən H. Nəsirova Akademik Milli Dram Teatrının aktrisasıdır. Bu illər ərzində o, Nabat ("Günah", R. Əlizadə), Zöhrə ("Gecə döyülən qapılar", Nəbi Xəzri), Xumar ("Yalan", Sabit Rəhman), Zərifə ("Nişanlı qız", Sabit Rəhman), Birinci rəfiqə ("Qadın faciəsi", F. Q. Lorka), Məlahət ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Ağqoyunlu ana ("Ağqoyunlular və Qaraqoyunlular", Əli Əmirli), Reqana ("Kral Lir", Uilyam Şekspir), Kəklik ("Tənha iydə ağacı", İlyas Əfəndiyev), Züleyxa ("Poçt şöbəsində xəyal", Elçin), Çılğının xalası ("Dar ağacı", Bəxtiyar Vahabzadə), Qıssa xanım ("Dirilən adam", Mir Cəlal), Gözəl ("Mənim günahım", İlyas Əfəndiyev), Bibi ("Generalın son əmri", Vaqif Səmədoğlu) və s. müxtəlif səpkili obrazlar yaratmışdır. Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı Anarın "Evləri köndələn yar" (Reyhan), B. Vahabzadənin "Kimdir haqlı?" (Məlahət), Ə. Hacızadənin "İtkin gəlin" (Dünya), C. Cabbarlının "Almaz" (Yaxşı), R. Səməndərin "Bir yay günü" (Məhbubə) və s. teletamaşalarda müxtəlif səpkili rollar ifa emişdir.
Həlimə Nəsirova
Həlimə Nəsirova (21 dekabr 1913, Kokand qəzası[d], Fərqanə vilayəti – 3 yanvar 2003, Daşkənd)—opera müğənnisi, SSRİ xalq artisti. == Həyatı == Həlimə Nəsirova 1925-ci ildə bir qrup özbək tələbəsi Bakı teatr texnikumunda təhsil almaq üçün Azərbaycana göndərilmişdir. Tələbələrdən biri gələcəkdə Özbəkistanın məşhur opera müğənnisi, SSRİ xalq artisti olan Həlimə Nəsirova idi. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinin eksponatları arasında özbək milli xalatı — çapan və araxçını Üzeyir bəyə xalq yazıçısı Aybek və xalq artisti Həlimə Nəsirova bağışlamışlar. == Fəaliyyəti == Həlimə Nəsirova yazırdı: "Mən bərəkətli Daşkənddə doğulmuşam, ancaq incəsənət əlifbasını Odlar Yurdunun günəşli paytaxtı — gözəl Bakıda öyrənmişəm".

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 20.67 dəfə / 1 mln.
2002 3.43
2003 •••••••••••••••••••• 144.48
2004 •••• 24.93
2005 •• 7.42
2006 •• 13.06
2007 ••• 18.18
2008 •• 13.89
2009 •• 14.08
2010 ••• 15.25
2011 ••• 16.30
2012 •• 13.08
2013 •• 14.00
2014 •• 9.95
2015 ••• 17.69
2016 •••• 27.59
2017 ••••• 30.24
2018 ••••• 32.21
2019 ••• 18.78
2020 ••• 17.24

Oxşar sözlər

#nəsirov nədir? #nəsirov sözünün mənası #nəsirov nə deməkdir? #nəsirov sözünün izahı #nəsirov sözünün yazılışı #nəsirov necə yazılır? #nəsirov sözünün düzgün yazılışı #nəsirov leksik mənası #nəsirov sözünün sinonimi #nəsirov sözünün yaxın mənalı sözlər #nəsirov sözünün əks mənası #nəsirov sözünün etimologiyası #nəsirov sözünün orfoqrafiyası #nəsirov rusca #nəsirov inglisça #nəsirov fransızca #nəsirov sözünün istifadəsi #sözlük