Vəzirov sözü azərbaycan dilində

Vəzirov

Yazılış

  • Vəzirov • 99.9170%
  • VƏZİROV • 0.0830%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Heydər Vəzirov
Heydər Sadıq oğlu Vəzirov (1891 və ya 1893, Nehrəm – 14 oktyabr 1937, Bakı) — Azərbaycan SSR Xalq Torpaq Komissarı və Göyçay Qəza İcraiyyə Komitəsinin sədri. Repressiya qurbanı. == Həyatı == 1893-cü ildə Nehrəmdə doğulmuşdur. İlk təhsilini Naxçıvanda üsuli-cədid məktəbində almışdır. 1913-cü ildə İrəvan seminariyasını bitirmiş və gimnaziyanın səkkizinci sinfinə imtahan vermiş və 1914–1918-ci illərdə, birinci dünya müharibəsi başlananda qısa müddət hərbi məktəbdə təhsil almış və ön cəbhəyə göndərilmişdir. 1915-ci ilin iyun ayında kiçik zabit rütbəsində Qalitsiya uğrunda döyüşlərdə almanlar tərəfindən əsir alınsa da, 1918-ci ildə hərbi əsirlər dəyişdirilərək yaralılar sırasından keçərək Türkiyədən Azərbaycana qayıtmışdır. 1918-ci ilin noyabrında Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun kiçik komandirlər hazırlayan məktəbində müəllim işləmişdir. 1937-ci ildə repressiya məruz qalmış, ailəsi ilə birlikdə məhv edilmişdir. == Siyasi fəaliyyəti == Aprel işğalından sonra məktəbin kollektivi ilə birlikdə Sovet hakimiyyəti tərəfinə keçmiş, Azərbaycan Birləşmiş Hərbi Məktəbi Ermənistanda, həmçinin Azərbaycan qəzalarında daşnaklara və banditizmə, Gürcüstanda menşeviklərə qarşı hərbi əməliyyatda iştirak etmişdir. Heydər Vəzirov Respublika hərbi komissarı kimi milli hərbi kadrların hazırlanmasında böyük xidmətlər göstərmişdir.
Kamil Vəzirov
Kamil Səfərəli oğlu Vəzirov (2 avqust 1949, Bakı – 13 fevral 2018, Bakı) — Azərbaycan qarmon ifaçısı, Azərbaycan Respublikasının xalq artisti. == Həyat və fəaliyyəti == Kamil Vəzirov 1949-cu il sentyabr ayının 2-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirərək o, 1964–1968-ci illərdə A. Zeynallı adına Musiqi Məktəbinin instrumental ifaçılıq şöbəsində,1972–1977-ci illərdə M. Əliyev adına İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil almışdır. Görkəmli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun dəvəti ilə Kamil Vəzirov 1974-cü ildə Azərbaycan Dövlət Mahnı Teatrına solist kimi qəbul olunmuş və 2014-cü ilədək burada fəaliyyət göstərmişdir. O, kollektivlə birgə dünyanın bir çox ölkələrində -Böyük Britaniya, Fransa, Rusiya, Almaniya, Avstriya, İsveç, Çin,Meksika, Nepal, Pakistan, Hindistan, İsveçrə, Danimarka, Ukrayna,Türkiyə, İran, Gürcüstanda Azərbaycan incəsənətini layiqincə təbliğ etmiş, milli musiqimizə geniş şöhrət qazandırmışdır. Gözəl ifaçı bir çox xarici dövlətlərdə təşkil olunan Azərbaycan Mədəniyyət Günlərində, Beynəlxalq miqyaslı tədbirlərdə, habelə Hannover şəhərində keçirilən "Expo-2000" ümumdünya sərgisində çıxış etmişdir. Sənətkar respublikamızda keçirilən bir çox dövlət səviyyəli irimiqyaslı tədbirlərin, yubiley və xatirə gecələrinin iştirakçısı olmuşdur.2000-ci ildə o, milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti,2008-ci ildə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. Xalqın sevimli sənətkarı, bənzərsiz qarmon ifaçısı, Respublikanın Xalq artisti Kamil Səfərəli oğlu Vəzirov 2018-ci il fevralın 13-də vəfat etmişdir. Qardaşı da həmçinin musiqiçi, Azərbaycan Respublikasının Əməkdar artisti, kamança ifaçısı Ədalət Vəzirov idi. Ailəsi Evlidir, 3 oğlu,1 qızı, 8 nəvəsi var.
Musa Vəzirov
Qambay Vəzirov
Qambay Məmməd oğlu Vəzirov (19 avqust 1899, Gümrü, İrəvan quberniyası) — 13 oktyabr 1937) — hərbi xadim, diviziya komandiri, general-mayor. Repressiya qurbanı. İlk (yeddiillik) təhsilini İrəvan kişi gimnaziyasında almışdır. 1918-ci ildə altı ay Türkiyədə işləmişdir. 1919-cu ildən Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunda xidmət etmişdir. Hərbiyyə məktəbini bitirdikdən sonra 1920–1922-ci illərdə Qazaxda, Cəbrayılda və Qarabağda sovet hakimiyyətinə qarşı çıxan daşnaklarla vuruşmuşdur. Vəzirov 1922-ci ildə Moskvaya Frunze adına Hərbi Akademiyaya göndərilmişdir. Təhsilini başa vurduqdan sonra 1925-ci ilin avqustunda Azərbaycan Birləşmiş Hərbi Məktəbinin rəisi təyin olunmuş və burada işlədiyi iki ildə özünü təşəbbüskar komandir və qayğıkeş müəllim kimi göstərmişdir. 1927-ci ildə Zaqafqaziya milli hərbi məktəbləri birləşdirildikdən sonra Vəzirov 3-cü Qafqaz atıcı diviziyasının, 1928-ci ildə isə Azərbaycan atıcı diviziyasının qərargah rəisi təyin edilmişdir. Azərbaycan atıcı diviziyası onun rəhbərliyi ilə 1929-cu ilin avqust-sentyabrında Əlahiddə Qafqaz ordusunun ilk manevrlərində uğurla iştirak etmişdi.
Seymur Vəzirov
Səfərəli Vəzirov
Vəzirov Səfərəli Ağarza oğlu (28 aprel 1929, Divəzər, Xızı rayonu – 9 noyabr 1982, Bakı) — qarmon ifaçısı. Qarmon çalmağı atasından öyrənmiş, daha sonra məşhur qarmonçu Kor Əhəddən (1893-1942) və Teyyub Dəmirovdan (1908-1970) dərs almış, ondan musiqi, ifaçılıq sənətinin sirlərini daha mükəmməl mənimsəmişdir. Az müddətdə Səfərəli el arasında öz dəst-xətti ilə tanınır. Səfərəli qarmon ifaçılığını təkmilləşdirməklə bərabər 1948 ildə Xalq Təsərrüfatı İnstituna qəbul olunur. Tələbə ikən institutda yaratdığı x.ç.a. ansamblına rəhbərlik edir. 1951 ildə Polşada keçirilən Beynəlxalq musiqi festivalının qalibi olur. Onun ifasında 1953-cü ildə lentə alınmış bir sıra muğam («Çahargah» dəstgahı) və rəqslər («Qazaxı», «Kolxozu», «Azərbaycan», «14 nömrə», «Qaytağı», «Tərəkəmə», «Vağzalı»), həmçinin özünün bəstələdiyi «Pambıq çöllərində» kompozisiyası AzRT Fondunda qorunur. Səfərəli Vəzirovun oğlanları əməkdar artistlər Ədalət Vəzirov, Kamil Vəzirov, Ramiz, Babək, Qalib musiqi aləmində tanınmış musiqi ifaçılarıdır.
Firidun bəy Vəzirov
Firudin bəy Vəzirov (tam adı: Firidun bəy Camal bəy oğlu Vəzirov; 19 aprel 1850, Tiflis – 30 iyul 1925, Bakı) — Rusiya imperiyasında və Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunda xidmət etmiş azərbaycanlı general-mayor. == Həyatı == Firidun bəy Camal bəy oğlu 1850-ci il aprelin 19-da Tiflisdə zadəgan ailəsində anadan olmuşdur. Firidun bəy ilk təhsilini Tiflis klassik gimnaziyasında almışdır. 1868-ci ildə Kropivnitskidəki (əvvəlki Yelizavetqrad) suvari məktəbini əla qiymətlərlə bitirmişdir. Hərbi xidmətə unter-zabit (xarici ordularda aşağı komanda heyətinə mənsub hərbi qulluqçu.) rütbəsində yeddinci Belarus qusar alayında başlamışdır. 1906-cı ildə ordudan tərхis olunan general-mayor Firidun bəy Vəzirov doğma şəhəri Tiflisdə Miхaylovsk prospektindəki yüz on bir saylı mülkündə yaşamışdır. Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra Firudin bəy Vəzirov 1925-ci ilin 30 iyun tarixində güllələnmişdir. == Ailəsi == Atası Camal bəy Mirzə İsmayıl oğlu Tiflisdə məhkəmə iclasçısı, anası Əsmət хanım evdar qadın idi. 1868-ci ildə Kropivnitskidəki yunkerlər məktəbini ikinci dərəcə ilə bitirmişdir. Firudin bəy Vəzirov sonralar Litva tatarı Zinayda Kriçinskaya ilə evlənmiş, daha sonra Zinayda xanım adını müsəlman adına dəyişərək Zeynəb Vəzirova olmuşdur.
Firudin bəy Vəzirov

Firudun bəy Vəzirov

Fərrux bəy Vəzirov
Fərrux bəy Mirzə Həmid bəy oğlu Vəzirov (1857, Şuşa – 1920, Petroqrad) — Bakı Şəhər Dumasının üzvü, mühəndis, xeyriyyəçi. == Həyatı == Fərrux bəy Vəzirov 1857-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. 1882-ci ildə Bakı real məktəbini bitirib Sankt-Peterburq Dağ-Mədən İnstitutuna daxil olmuşdu. 1886-cı ildə institutu dağ mühəndisi ixtisası ilə tamamlamışdı. Fərrux bəy Azərbaycanın ilk Avropa təhsilli mühəndisidir. Uşaqlıqdan işgüzar, enerjili və bacarıqlı adam olan Fərrux bəy işə başladığı çağdan bir ay ötməmiş Kultin duz mədəninin başçısı təyin edilir. Altı aydan sonra öz xahişinə əsasən Bakı şəhərinə, Dağ-mədən dairəsinə rəis yardımçısı vəzifəsinə dəyişdirilir. Burada da bacarığı sayəsində vaqon-sisternlərinin bölüşdürülməsi komitəsinin sədri seçilir. Fərrux bəy bir il sonra "Xəzər yoldaşlığı" ortaqlığının başçısı, eyni zamanda "Dağıstan vilayətinin Çıryurd qurğuşun hasili yoldaşlığı" şirkətinin yaradıcılarından və payçılarından biri olur. O, "Xəzər yoldaşlığı"nda beş il çalışdıqdan sonra aralanıb özünün neftçıxarma idarəsini təsis edir.
Haşım bəy Vəzirov
Haşım bəy Mirabdulla oğlu Vəzirov (1867, Şuşa – 1916, Bakı) — pedaqoq, publisist, tərcüməçi, jurnalist, yazıçı, naşir. == Həyatı == Haşım bəy Vəzirov 1867-ci ildə Şuşa şəhərində anadan olmuş və ilk təhsilini də orada almışdır. Onun ulu babası Mir İmamverdi Qarabağ xanının vəziri olmuş, övladları xanlıqda bəyzadələr kimi məşhurlaşmış, "vəzir" ifadəsini özlərinə soyad seçərək Vəzirovlar adlanmışlar. Haşım bəy Vəzirov öncə molla yanında, müddərrislərdən Molla Həmid və Molla Əlidən dərs almışdı. Sonra şəhər məktəbini bitirmişdi. İrəvan Müəllimlər Seminariyasında bitirmiş, İrəvan, Bərdə, Şəki və Şuşada müəllimlik etmişdir. Müəllimlər Seminariyasını tamamladıqdan sonra Böyük Vedi kəndində müəllimliyə başlamışdı. Sonra dəyişilərək Cavanşir qəzasının Alpout, Şəki qəzasının Kiçik Göynük, Cavanşir qəzasının Bərdə kəndlərində müəllimlik etmişdi. Bir müddət isə məktəb naziri (müdiri) işləmişdi. İmperator Nikolay Aleksandroviçin tacgüzarlığı ilə bağlı Şuşada "müsəlman-rus" məktəbi yaradılır.
Kərim bəy Vəzirov
Kərim bəy Vəzirov (5 may 1843, Şuşa, Kaspi vilayəti – 1892) — şair, məmur. == Həyatı == Kərim bəy Vəzirov 5 may 1843-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Hacılı camaatındandır. Mükəmməl mədrəsə savadı almışdı. Sonra Şuşa qəza məktəbində rus dilini öyrənmişdi. Dövlət idarələrində, Şamaxı və Salyan şəhərində məmur işləmişdi. Kərim bəy 1892-ci ildə subay vəfat edib. Kərim bəy şair idi. Məhəmməd ağa Müctəhidzadə onun haqqında yazır: "Salif əz-zikr Talıb bəy mərhumun vələdi-ərşədidir. Bu zati-pəsəndidəsifat Şamaxı şəhərində padşahlıq dəftərxanasında münşilik əmri ilə məşğul olur imiş.
Mir Həsən Vəzirov
Mir Həsən Vəzirov (13 fevral 1889, Şuşa – 20 sentyabr 1918, Krasnovodsk) — dövlət xadimi, 26 Bakı komissarından biri. O, Qarabağ xanı İbrahimxəlil xanın vəziri Mirzə Əli Məhəmməd Ağanın nəvəsidir. Yazıçı Yusif Vəzir Çəmənzəminlinin əmisi oğludur. Mirhəsən Seyidkazım oğlu Vəzirov 1889-cu ildə Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini atasından almışdı. Sonra Şuşa realnı məktəbdə oxumuş, 1907-ci ildə Bakı realnı məktəbinə dəyişilmişdir. Bir müddət burada oxuduqdan sonra Novaçerkassk Politexnik İnstitutunun kimya fakültəsinə daxil olmuşdur. Maddi problemlər və xəstəliyi üzündən politexnik institutunu bitirə bilmədiyindən 1915-ci ildə Kiyev Ticarət İnstitutuna qəbul oldu. Bir neçə ay burada oxuyandan sonra Bakıya qayıtdı. Bakıda müəllimliklə məşğul olmağa başladı.Sol eserlər qrupunun üzvü olan Vəzirov 1917-ci ildən bolşeviklərlə birlikdə işləmişdir.
Miri bəy Vəzirov
Vəzirov Miri bəy Mir Baba bəy oğlu (3 oktyabr 1896, Şuşa – 1925, Paris) — Cümhuriyyət tələbəsi. Mir Abdulla bəy Mir Baba bəy oğlu 1896-cı ilin oktyabrın 3-də Şuşa şəhərində anadan olmuşdu. Ailədə Miri çağrıldığından bu adla da məşhurlaşmışdı. Şəhər real məktəbini bitirmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin xaricə göndərdiyi tələbələrdən biridir. Miri bəy 1925-ci ildə Parisdə vəfat edib. Yusif Vəzir Çəmənzəminlinin qardaşıdır. Krım hökuməti 1918-ci il, iyunun 25-də Simperopolda yaradılmışdı. Baş naziri general-leytenant Süleyman bəy Sulkeviç, xarici işlər naziri Cəfər əfəndi Seyid Əhməd idi. Azərbaycan hökuməti 1918-ci il oktyabrın 23-də Krım hökuməti yanında diplomatik nümayəndəlik təsis etməyi qərara aldı.
Nəcəf bəy Vəzirov
Nəcəf bəy Fətəli bəy oğlu Vəzirov (17 fevral 1854, Şuşa – 9 iyul 1926, Bakı) — azərbaycanlı yazıçı və dramaturq. Azərbaycan dramaturgiyasının inkişafında, onun ideya-estetik məzmun bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu vardır. Bütün ictimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli azadlıq hərakatına yaxından kömək göstərən Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoymuş, Azərbaycanda feodal-patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak etmişdir. Nəcəf bəy Vəzirov 1854-cü il aprel ayının 2-də Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur. Yazıçının uşaqlığı fərəhsiz keçmişdir. Atası Fətəli bəy xəstə olduğundan ailənin çətinliyi anası Mina xanımın üstünə düşmüşdür. Nəcəf özü də təbiətən sakit və qaradinməz, bədəncə zəif və xəstə olmuşdur. Anasının arzusu bu idi ki, yeganə oğlunu sağlam görsün və onu məktəbə göndərsin. Lakin Nəcəfin səhhəti buna imkan vermir, ananın arzusu hər il ürəyində qalırdı. Özünün yazdığına görə, Nəcəf bəy yalnız on iki yaşında olanda məktəbə gedə bilmiş, tez bir zamanda oxuyub-yazmağı öyrənmişdir.
Vəzirov
Vəzirov — Azərbaycan soyadı. Vəzirovlar Vəzirovlar (II) Aslan Vəzirov (1910—1988) — Sovet İttifaqı Qəhrəmanı. Azad bəy Vəzirov (1869—1921) — dövlət xadimi. Bəhram bəy Vəzirov (1857—1921) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, şair, hüquqşünas. Camal bəy Vəzirov (1881—1929) — dövlət xadimi. Cəlal Vəzirov (1993—2020) — Vətən müharibəsi şəhidi. Cəlil Vəzirov (1944—2008) — tеаtrşünаs. Cəmil bəy Vəzirov (1888—1945) — dövlət xadimi. Əbdürrəhim bəy Vəzirov (1840—?) — dövlət xadimi. Əbdürrəhman Vəzirov (1930—2022) — Azərbaycan-sovet dövlət xadimi.
Aslan Vəzirov
Vəzirov Aslan Fərhad oğlu (13 dekabr 1910, Zümürxan, Cavanşir qəzası – 27 iyun 1988, Bakı) — Sovet İttifaqı Qəhrəmanı (29.06.1945). == Həyatı == Vəzirov Aslan Fərhad oğlu 13 dekabr 1910-cu ildə Bərdə rayonunun Zümürxan kəndində mülkədar-ziyalı ailəsində doğulub. Aslan Vəzirovun anası gənc qadın Ağca xanım Vəzirova 4-cü övladını dünyaya gətirərkən vəfat etmişdir. Həyat yoldaşının ölümünə dözə bilməyən Fərhad bəy də 40 gün ərzində 1912-ci ildə dünyasını dəyişmişdir. Fərhad bəy 1853-cü ildə Şuşada doğulmuşdur. Rüstəm, Aslan və bacıları valideynlərini itirdikdən sonra əmiləri Zülfüqar bəy Vəzirovun himayəsində olmuşlar. Aslan Vəzirovun böyük qardaşı Rüstəm bəy İkinci dünya müharibəsindən əvvəl Bərdədə poçt rəisi işləmiş və müharibədə itkin düşmüşdür. Aslan Vəzirov 1927-ci ildə Bakı Zaqafkaziya Hərbi Hazırlıq Məktəbini bitirib. 1928–30-cu illərdə Sankt-Peterburq (o vaxtkı Leninqrad) və Moskva hərbi mühəndislik məktəblərində oxumuşdur. 1941-ci ildə Hərbi-Mühəndislik Akademiyasını bitirmiş və müharibə cəbhələrinə göndərilmişdir.
Cəlal Vəzirov
Cəlil Vəzirov
Cəlil Həbib oğlu Vəzirov (8 noyabr 1944, Naxçıvan – 19 avqust 2008) — teatrşünas. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (1987), "Qızıl dərviş" (2004), R. Rza adına Beynəlxalq ədəbi mükafatları laureatı (2004). == Həyatı == Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir (1968). "Şərq qapısı" qəzetində işləmişdir; baş müxbir, ədəbiyyat və incəsənət şöbəsinin müdiri olmuşdur (1968–2003). Cəlil Vəzirov Naxçıvan teatrı tarixinin, onun öncül nümayəndələrinin yaradıcılığının tədqiqatçısıdır. 21 kitab və broşürün, onlarca elmi-tənqidi məqalənin müəllifidir. Azərbaycan Teatr Xadimləri İttifaqının (1976), Jurnalistlər (1978) və Yazıçılar (2000) birliklərinin üzvü, Teatr Xadimləri İttifaqı Naxçıvan Təşkilatının sədri olmuşdu (1980-ci ildən). 2004-cü ildən Azərbaycan MЕА Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İn-tunun Musiqi və Teatr şöbəsində elmi işçi işləyirdi. == Əsərləri == İbrahim Həmzəyev, B., 1982; Güldürən-ağladan, Naxçıvan, 1998; Cavid dünyası. Naxçıvan, 2005.
Süleyman Vəzirov
Süleyman Azad oğlu Vəzirov (18 noyabr 1910, Şuşa, Yelizavetpol quberniyası – 7 fevral 1973, Bakı, Azərbaycan SSR) — Azərbaycan SSR-in 1-ci neft sənayesi naziri, Sosialist Əməyi Qəhrəmanı (1944), Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədri. Süleyman Vəzirov 1910-cu ildə Şuşada ziyalı ailəsində dünyaya gəlib. Onun atası Azadbəy Vəzirov Peterburqda hərbi təhsil almış və xüsusi tapşırıqlar üzrə polkovnik, anası Zəhra xanım isə dövrünün məşhur həkimi Kərimbəy Mehmandorovun qızı idi. Süleyman Vəzirov 1918-ci ildən Şuşa real məktəbində oxuyur, sonra Bakı sənaye-iqtisad texnikumuna daxil olur. Texnikumda oxumaqla bərabər o, həm də kinomexanik köməkçisi işləyir. Texnikumu bitirdikdən sonra İliç buxtasında – mədəndə "zamerşik" vəzifəsində çalışmağa başlayır. Neft mədənində çalışmaq və "Azneft" Birliyinin baş mühəndisi olan qohumu Fətulla Rüstəbəyovla olan söhbətlər onun sonrakı sənət seçimini təyin etdi. 1928-ci ildə Süleyman Vəzirov Azərbaycan Politexnik institutunun dağ-mədən fakültəsinə daxil olur və oranı 1932-ci ildə müvəffəqiyyətlə başa vurur. YÜKSƏK İXTİSASLI MÜHƏNDİS Süleyman Vəzirov yüksəkixtisaslı bir mühəndis kimi Pirallahı, Lok-batan, Qaraçuxur kimi neft-qaz yataqlarının işlənilməsində çalışmaqla yetişmişdir. Bir neçə il ərzində o, ixtisasının bütün pillələrini keçərək mühəndis, böyük mühəndis, trestin baş mühəndisi vəzifələrində çalışaraq kamil mütəxəssisə çevrildi.
Xasay Vəzirov
Xasay Həsən oğlu Vəzirov (24 fevral 1914, Şuşa – 1998) — "Kommunist" qəzetinin baş redaktoru, "Azərinform"un direktoru, üçüncü, dördüncü çağırış Azərbaycan SSR Ali Sovetinin və Bakı Şəhər Zəhmətkeş Deputatlar Sovetinin deputatı. Xasay Vəzirov 1914-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Orta və ibtidai təhsilini Bakıda almışdır. Sonra təhsilini artırmaq üçün Bakı Pedaqoji Texnikumunu bitirdi, təyinatla Əli-Bayramlı şəhər ibtidai məktəbinə göndərildi. 1931-ci ildə Bakıya qayıdan Xasay Vəzirov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı olan "Yeni yol" ictimai-ədəbi qəzetinin redaksiyasında işləməyə başladı. 1933–1939-cu illərdə Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Sənaye İnstitutunda təhsil alaraq ali fərqlənmə diplomu ilə iqtisadçı-mühəndis adı almışdır. 1948-ci ildə həmin institutda aspirantura təhsilini tamamlamışdır. 1949-cu ildə mətbuat tarixindən namizədlik dissertasiyasını müdafiə etmişdir. İkinci Dünya müharibəsində Sovet Ordusunda məsul vəzifələrdə çalışmışdır. Xasay Vəzirov 1939-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.
Şamil Vəzirov
Şamil Vəzirov (tam adı: Şamil Süleyman oğlu Vəzirov; 18 may 1942, Bakı – 2 aprel 2001) — Azərbaycan alimi, kimya üzrə elmlər doktoru, professor. Kimya elmləri doktoru, professor Şamil Süleyman oğlu Vəzirov 1942-ci il mayın 18-də Bakı şəhərində tanınmış ziyalı ailəsində anadan olmuşdur. O, orta təhsilini Moskva şəhərində (59 saylı məktəb) və Bakıda (134 saylı məktəbdə) almışdır. 1959-cu ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun Kimya texnologiyası fakültəsinə daxil olmuş və 1964-cü ildə institutu "Üzvi və neft kimya sintezinin texnologiyası" ixtisası üzrə mühəndis-texnoloq kimi bitirmişdir. Təhsil aldığı illərdə elmi-sənaye təcrübəsi keçmək məqsədilə Bakı Neft Emalı Zavodunda operator köməkçisi, Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunda baş laborant kimi əmək fəaliyyətinə başlamışdır. Şamil Süleyman oğlu Vəzirovun əmək və elmi fəaliyyəti əsasən AMEA NKPİ ilə bağlı olmuşdur. O, 1964-cü ildə institutda baş laborant kimi işə başlamış və laboratoriya müdiri vəzifəsinə qədər yüksəlmişdir. 1986-cı ildən etibarən ömrünün sonuna kimi (02.04.2001) ″Heterogen oliqomerlər″, sonra isə ″Funksional oliqomerlər″ adlandırılmış laboratoriyaya başçılıq etmişdir. Ş.S.Vəzirov 1968-ci ildə "Viniletil- və diviniltoluolların heterogen-katalitik sintezi, oliqomerləşməsi və bəzi çevrilmələri" mövzusunda "Neft-kimyası və neft-kimya sintezi" ixtisası üzrə namizədlik işini müvəffəqiyyətlə müdafiə etmişdir. Onun tərəfindən sintetik alümosilikatların iştirakında toluolun və etiltoluolun etilen ilə alkilləşməsi tədqiq olunmuş, alkilatların yeni heterogen sistemlərdə alınma sxemi təklif edilmişdir.
Əbdülrəhman Vəzirov
Əbdürrəhman Xəlil oğlu Vəzirov (26 may 1930, Bakı – 10 yanvar 2022, Moskva) — Azərbaycan-sovet dövlət və siyasi xadimi, SSRİ diplomatı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 13-cü birinci katibi (1988–1990), SSRİ-nin Nepalda (1979–1985) və Pakistanda (1985–1988) fövqəladə və səlahiyyətli səfiri. Əbdürrəhman Vəzirov SSRİ tarixində səfir vəzifəsinə olmuş yeganə azərbaycanlıdır. Siyasi baxışlarına görə Ə.Vəzirov kompartiyaya sadiq olan əsl leninçi kommunist idi. O, Leninizm ideyalarına, bəşəriyyətin işıqlı gələcəyinin kommunizm olduğuna tam olaraq inanırdı. Vəzirov həm də H. Əliyevin qəti əleyhdarı idi. Əbdürrəhman Vəzirov 1930-cu ildə Bakının Kirov rayonunda doğulub. Hələ yeniyetmə vaxtlarından siyasətlə maraqlanmış, ingilis dilini öyrənməyə başlamışdır. 1947-ci ildə Bakı şəhər 160 nömrəli orta məktəbini bitirdikdən sonra özünün arzusu olan Moskva Beynəlxalq Münasibətlər İnstitutuna qəbul aldı, lakin ailəsinin istəyi əsasında bundan imtina edərək Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft və Sənaye Universiteti) energetika fakültəsinə daxil olmuş və 1952-ci ildə institutu bitirmişdir. Elə həmin ildən Sov.İKP üzvlüyünə qəbul edilən Əbdürrəhman Vəzirov 1953-cü ildən təhsil aldığı institutun elektrik stansiyaları, şəbəkələri və yüksək gərginlik texnikası kafedrasının aspirantı olmuşdur.
Əbdürrəhman Vəzirov

Ədalət Vəzirov
Ədalət Səfərəli oğlu Vəzirov (27 aprel 1951, Divəzər, Xızı rayonu – 5 oktyabr 2002, İstanbul) — Azərbaycan musiqiçisi, kamança ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti (1998). Ədalət Vəzirov 27 aprel 1951-ci ildə Xızı rayonunun Dizəvər kəndində anadan olmuşdur. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. O, 1974-cü ildə Moskvada keçirilən V Beynəlxalq Musiqi müsabiqəsinin qalibi olub. 1980-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında və Sumqayıt Musiqi Texnikumunda (2000–2002-ci illərdə direktor) müəllim işləyib, bir çox tanınmış musiqiçilərlər yetişdirib. O, uzun müddət əməkdar artist Baba Salahovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında, SSRİ Xalq Artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi ansamblda çalışmışdır. Bir çox xarici ölkələrdə — ABŞ, Kanada, İraq, Misir, Türkiyədə ifaçılıq sənətimizi yüksək səviyyədə nümayiş etdirib. Ədalət Vəzirov kamança ifaçılığından əlavə peşəkar fortepiano və qarmon ifaçısı idi. Ədalət Vəzirov xalq mahnısı, rəqs, rəng və təsniflərini, muğamları mükəmməl ifa etmək, üçlükdə xanəndəni, tarzəni düzgün müşayiət etməklə yanaşı, Azərbaycan və dünya bəstəkarlarının əsərlərini yüksək səviyyədə ifa etmək bacarığına malik bir ifaçı olmuşdur. Məşhur yəhudi kamança ifaçısı Mark Eliyahunun müəllimi olub.
Fəridə Vəzirova
Vəzirova Fəridə Şamil qızı — azərbaycanlı ədəbiyyatşünas, tənqidçi, 1963-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1956), professor (1980), əmək veteranı (1981). == Həyatı == Fəridə Vəzirova 15 fevral 1924-ci ildə Qaryagin rayonunun Sərdarlı kəndində anadan olmuşdur. O, Bakı şəhərindəki 171 saylı orta məktəbi bitirdikdən sonra, 1940-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdu, 1942-ci ildə komsomolun çağırışı ilə könüllü olaraq orduya getmişdir, orduda sıravi döyüşçü, rabitəçi kimi fəaliyyət göstərmişdir. 1945-ci ilin oktyabrında ordudan tərxis olunduqdan sonra təhsilini davam etdirmiş, Stalin təqaüdü almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Fəridə Vəzirova 1948-1949-ci illərdə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi kimi işləmişdi, 1949-1952-ci illərdə ADU-nun aspiranturasında oxumuşdu, bu vaxta qədər dövri mətbuatda çıxış etməsinə baxmayaraq, onun ilk ədəbi tənqidi məqaləsi Mədinə Gülgünün "Təbrizin baharı" kitabına yazdığı eyni adlı məqaləsi olmuşdur. O, "Azərbaycan" jurnalında tənqid şöbəsinin müdiri işləmiş, (1952-1953) illərdə ADU-nun Filololgiya fakültəsində Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim, dosent, sonra isə professor olmuşdur. Əmək və müharibə cəbhəsində fəaliyyətinə görə 8 medalla təltif edilmişdir. Fəridə Vəzirova 1986-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Mənbə == Ənvər Çingizoğlu. Sərdarlı kəndi.
II Zeynalabdin bəy Vəzirov
Zeynal bəy Vəzirov (1854, Şuşa – 1933, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, titulyar müşavir. == Həyatı == Zeynalabdin bəy Mirzə Həmid bəy oğlu 1854-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Rus-tatar məktəbini bitirmişdir. Yelizavetpol Şəhər Qəza Məhkəməsində çalışmışdır. Daha sonra isə Qars hətbi qubernatorunun dəftərxanasında kargüzar vəzifəsində çalışmışdır. Sonra isə Gəncəyə qayıtmış və burada dilmanc işləmişdir. Sonra isə Şuşa şəhərinə dönərək şəhərdə rəis köməkçisi vəzifəsində çalışmışdır. Zeynal bəyin fəaliyyəti nəzərə alınaraq Cəbrayıl qəzasında mülki posrednik vəzifəsinə göndərilmiş, bir müddət burada çalışdıqdan sonra isə Nuxa və Şuşa qəzalarında eyni vəzifəyə təyinat almışdır. Zeynalabdin bəy 1897-ci ildə sağlamlığı ilə bağlı istefaya çıxmışdır. Zeynalabdin bəy 1933-cü ildə Bakı şəhərində vəfat edib.
Mir Həsən bəy Vəzirov
Mir Həsən Vəzirov (13 fevral 1889, Şuşa – 20 sentyabr 1918, Krasnovodsk) — dövlət xadimi, 26 Bakı komissarından biri. O, Qarabağ xanı İbrahimxəlil xanın vəziri Mirzə Əli Məhəmməd Ağanın nəvəsidir. Yazıçı Yusif Vəzir Çəmənzəminlinin əmisi oğludur. Mirhəsən Seyidkazım oğlu Vəzirov 1889-cu ildə Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini atasından almışdı. Sonra Şuşa realnı məktəbdə oxumuş, 1907-ci ildə Bakı realnı məktəbinə dəyişilmişdir. Bir müddət burada oxuduqdan sonra Novaçerkassk Politexnik İnstitutunun kimya fakültəsinə daxil olmuşdur. Maddi problemlər və xəstəliyi üzündən politexnik institutunu bitirə bilmədiyindən 1915-ci ildə Kiyev Ticarət İnstitutuna qəbul oldu. Bir neçə ay burada oxuyandan sonra Bakıya qayıtdı. Bakıda müəllimliklə məşğul olmağa başladı.Sol eserlər qrupunun üzvü olan Vəzirov 1917-ci ildən bolşeviklərlə birlikdə işləmişdir.
Miri Yusif bəy Vəzirov
Vəzirov Miri bəy Mir Baba bəy oğlu (3 oktyabr 1896, Şuşa – 1925, Paris) — Cümhuriyyət tələbəsi. Mir Abdulla bəy Mir Baba bəy oğlu 1896-cı ilin oktyabrın 3-də Şuşa şəhərində anadan olmuşdu. Ailədə Miri çağrıldığından bu adla da məşhurlaşmışdı. Şəhər real məktəbini bitirmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin xaricə göndərdiyi tələbələrdən biridir. Miri bəy 1925-ci ildə Parisdə vəfat edib. Yusif Vəzir Çəmənzəminlinin qardaşıdır. Krım hökuməti 1918-ci il, iyunun 25-də Simperopolda yaradılmışdı. Baş naziri general-leytenant Süleyman bəy Sulkeviç, xarici işlər naziri Cəfər əfəndi Seyid Əhməd idi. Azərbaycan hökuməti 1918-ci il oktyabrın 23-də Krım hökuməti yanında diplomatik nümayəndəlik təsis etməyi qərara aldı.
Mirzə Həmid bəy Vəzirov
Vəzirov Mirzə Həmid bəy Zeynalabdin bəy oğlu (1827, Şuşa – Şuşa) — hüquqşünas, barışdırıcı hakim. Mirzə Həmid bəy Vəzirov 1827-ci ildə Şuşa şəhərində doğulmuşdu. Şəhər rus-tatar məktəbini bitirmişdi. Əmək fəaliyyətinə 1845-ci ildə, Mehri polis sahəsində tərcüməçi kimi başlamışdı. Sonra Cavad və Vərəndə sahəsində mülki hakimin köməkçisi işləmişdi. Oralardan Dərbənd və Qars şəhərlərinə dəyişmiş, mülkü hakim vəzifəsində çalışmışdı. Mirzə Həmid bəy Qönçə xanımla ailə qurmuşdu. Zeynalabdin (Zeynal bəy Vəzirov), Fərrux bəy Vəzirov , Azad bəy Vəzirov , Cavad bəy Vəzirov adlı oğulları, Xeyrənsə xanım adlı qızı vardı. Mirzə Həmid bəyin kollec asessoru mülkü çini vardı. III dərəcəli "Müqəddəs Anna" və III dərəcəli "Müqəddəs Stanislav" ordenləri ilə təltif edilmişdi.
Mirzə Mehdi bəy Vəzirov
Məşədi Mahmud bəy Vəzirov
Vəzirov Məşədi Mahmud bəy Kazım bəy oğlu (1839, Şuşa – 1902, Məşhəd) — şair, II gildiya tacir. Məşədi Mahmud bəy Vəzirov 1839-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Hacılı camaatındandır. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Böyüyüb özünü tanıyandan sonra tacirliklə məşğul idi. Orta Asiya və İranın bir çox şəhərlərini gəzmişdi. Aşqabadda binə bağlayıb, ticarətini davam etdirmişdi. Məşədi Mahmud bəy şair idi. Mahmud imzası ilə klassik üslubda, türk və fars dillərində yazıb-yaratmışdır.
Rzaqulu bəy Vəzirov
Rzaqulu bəy Mirzə Camal bəy oğlu Vəzirov (1814, Şuşa – 1875, Şuşa) — tarixçi, məmur, Mirzə Camal Cavanşir Qarabağinin oğlu. Rzaqulu bəy Mirzə Camal bəy oğlu1814-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Əslən Cavanşir-Dizaq mahalının Hacılı camaatındandır. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Şuşa qəza məktəbində rus dilini öyrənmişdi. Şuşa qəzasının Çıləbörd sahəsidə murov yardımçısı, sonra murov vəzifələrində çalışmışdı. 1842-ci ildə praporşik rütbəsi almışdı. O, Mirzə Fətəli Axundovla dost idi və onunla yazışırdılar. Rzaqulu bəy 1875-ci ildə vəfat edib.
Səməd bəy Vəzirov
Səməd bəy Vəzirоv (7 iyul 1853, Şuşa – 1892) — şair, Əsəd bəy Vəzirin oğlu Səməd bəy Əsəd bəy оğlu 7 iyul 1853-cü ildə Şuşa qəzasının Vərəndə sahəsinın Mirzəcamallı (Şərifbəyli) оbаsındа аnаdаn оlmuşdu. Şuşa şəhər məкtəbində təhsil аlmışdı. Bir nеçə dil bilirdi. Dövlət idarələrində məmur işləmişdi. Səməd bəy şair idi. Məclisi-ünsün iştirakçısı olmaqla yanaşı, "Dizaq şairləri" yığnağında olurdu. Mir Möhsün Nəvvab öz ünlü təzкirəsində yаzır: "Səməd bəy mərhum Əsəd bəyin оğlu оlub, Qasım bəy Zakirin nəvəsi, Abdulla bəy Asinin bаcısı оğludur. Vüqаrlı və təmкinli bir cаvаndır. Yаşı təхminən qırх оlаr. Аşаğıdакı şеirlər о cənаbın хəyаlındаndır".
Sara xanım Vəzirova
Sara xanım Nəcəf bəy qızı Vəzirova (1889, Bakı – 1961, Bakı) — azərbaycanlı pedaqoq, ictimai xadim, Bakıda ikinci rus-müsəlman qız məktəbinin müdirəsi. Sara xanım Vəzirzadə 5 mart 1887-ci ildə İrəvan quberniyasının Dilican kəndində, azərbaycanlı dramaturq Nəcəf bəy Vəzirovun ailəsində anadan olmuşdur. Onun ailəsi 1895-ci ildə Bakıya köçmüş və Sara Müqəddəs Nina qız gimnaziyasında təhsil almağa başlamışdır. O 1907-ci ildə təhsilini bitirmiş, İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbində dərs deməyə başlamışdır. Vəzirova daha sonra 1910-cu idə açılan ikinci rus-tatar qızlar məktəbinə müdir təyin olunmuşdur. Sara xanım 1894-cü ildə Rəşid bəy Axundovla ailə qurmuşdur. Üç qızı vardı. Sara Vəzirova 1961-ci ildə vəfat etmişdir. Ənvər Çingizoğlu. Vəzirovlar.

"vəzirov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vəzirov nədir? #vəzirov sözünün mənası #vəzirov nə deməkdir? #vəzirov sözünün izahı #vəzirov sözünün yazılışı #vəzirov necə yazılır? #vəzirov sözünün düzgün yazılışı #vəzirov leksik mənası #vəzirov sözünün sinonimi #vəzirov sözünün yaxın mənalı sözlər #vəzirov sözünün əks mənası #vəzirov sözünün etimologiyası #vəzirov sözünün orfoqrafiyası #vəzirov rusca #vəzirov inglisça #vəzirov fransızca #vəzirov sözünün istifadəsi #sözlük