vəziri sözü azərbaycan dilində

vəziri

Yazılış

  • vəziri • 65.2632%
  • Vəziri • 33.8947%
  • VƏZİRİ • 0.8421%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qəmərülmülk Vəziri
Qəmərülmülk Vəziri (1905–1959) – İranın ilk qadın müğənnilərindən biri. == Həyatı == Qəmərmülk 1905-ci ildə Qəzvin vilayətinin Takestan şəhərində anadan olmuşdu. Kiçik yaşlarında valideynlərini itirmişdi. Nənəsi Molla Xeyrənsə xanımın himayəsində böyümüşdü. Molla Xeyrənsə onu özü ilə aşura məclislərinə aparırdı. Burda o, ilk dəfə rövzəxanlıqla tanış olur. Evdə bu stildə oxumağa başlayır. Gözəl səsini duyan qonşular ona Tehrana getməyi tövsiyə edirlər. Qəmərülmülk Tehranda tez bir zamanda məşhurlaşır. Toylarda oxuyan Qəmərülmülkü ney ustası Mürtəza Neydavud kəşf edib cilalayır.
Əlinağı Vəziri
Polkovnik Əlinağı Vəziri-(1887, Tehran, İran - 9 Sentyabr 1979) Tarzən, bəstəkar, musiqişünas və İran Musiqi Akademiyasının və həmçinin İran Milli Orkestrinin təsisçisi. O, İran Kazak diviziyasının görkəmli zabiti qafqazlı Musa xan Vəzirov və görkəmli yazıçı, satirik və İran qadın hərəkatının öncü şəxslərindən olan Bibixanım Astrabadinin yeddi uşaqlarından biri idi.
Əlirza Vəziri
Əlirza xan Vəziri-(1891, Tehran, İran - ?) — İran hərbçisi. O, İran Kazak diviziyasının görkəmli zabiti qafqazlı Musa xan Vəzirov və görkəmli yazıçı, satirik və İran qadın hərəkatının öncü şəxslərindən olan Bibixanım Astrabadinin yeddi uşaqlarından biri idi.
Musa xan Vəziri
Musa xan Vəziri (1851-1926) — İran hərbçisi, mirpənc (general-mayor). == Həyatı == Musa xan Lütfulla xan oğlu Vəziri 1851-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Hərbi məktəbdə oxumuşdu. İran Kazak diviziyasında xidmət etmişdi. Polkovnik rütbəsinədək yüksəlmişdi. Musa xan Vəziri bir müddət kolonel Məhəmmədtağı xan Püsyanın müavini olmuşdu. Musa xan Vəziri 1926-cı ildə vəfat edib. Musa xan Vəziri Bibixanım Astrabadi ilə ailə qurnuşdu. Yeddi övladı vardı.
Əlirza xan Vəziri
Əlirza xan Vəziri-(1891, Tehran, İran - ?) — İran hərbçisi. O, İran Kazak diviziyasının görkəmli zabiti qafqazlı Musa xan Vəzirov və görkəmli yazıçı, satirik və İran qadın hərəkatının öncü şəxslərindən olan Bibixanım Astrabadinin yeddi uşaqlarından biri idi.
Məhəmmədibrahim xan Vəziri-nizam
Məhəmmədibrahim xan Məhəmmədtağı xan oğlu Vəziri-nizam (?-?)—İranın hərbi naziri. == Həyatı == Məhəmmədibrahim xan Təbriz şəhərində anadan olmuşdu. Məhəmmədtağı xan memarbaşının oğludur. Mükəmməl mədrəsə təhsili almışdı. Bacısı Münirüssəltənə Nasirəddin şah Qacarla ailə qurandan sonra onun bəxti parladı. Vəziri-nizam ləqəbi ilə İran ordusuna rəhbərlik etdi. Vəziri-nizam Mərkəzi İranın Karaqan vilayətində böyük mülkədar idi və həmin vilayətin rəsmi hakimi hesab edilirdi. == İstinadlar == == Həmçinin bax == Kamran mirzə Qovanlı-Qacarın dayısıdır.
Sultanəli xan Vəziri-Əfxəm
Sultanəli xan Vəziri-Əfxəm (1882-1914)—İranın baş naziri. == Həyatı == Sultanəli xan Məhəmməd xan Salarülmülkün oğlu və Mirzə İbrahim xan Zəhirəddvölə Qacarın qız nəvəsi idi.O, Azərbaycanın vergi agenti (mustovfisi) idi. Sonra Xalxalın hakimi oldu və Şatıranlı və Şahsevən tayfalarının fitnə və fəsadlarının aradan qaldırılması üçün effektiv tədbirlər gördü.Nasirəddin şah Qacarın ölümündən sonra,hesablamalar naziri oldu və bir il sonrada Yəzdə başçılıq etdi.Eynəddövlə və Müşirəddövlə kabinetlərində daxili işlər naziri idi.Mirzə Nəsrulla xan Müşirəddövlənin istefasından sonra,baş nazir oldu. O, tarixdən bəri "sədr əzəm" ləqəbinin yerinə, baş nazirə"riyasate vozəra"(nazirlərin rəisi) deyildi.Mirzə Sultanəli xan Vəziri-Əfxəm, nazirlərin rəisi olmaqdan başqa həmdə daxili işlər naziri vəzifəsini daşıyırdı.1907-ci ildə, nümayəndələr yekdilliklə, onun işdən kənarlaşdırılmasına səs verdilər və beləliklə, Əfxəmin təxminən qırx günlük hökuməti tamamlandı. Vəziri-Əfxəm işdən kənarlaşdırılmadan sonra,Məhəmmədəli şah Qacar əmri ilə dərbar (saray) naziri oldu. Sultanəli xan Vəziri-Əfxəm 1914-ci ildə vəfat etdi. Vəziri-Əfxəm böyük əmlak sahiblərindən idi və Zəncan və Kirmanda çoxlu əmlakı vardi.Onun törəmələrinin bəzisi "Əfxəmi" və bəzisi isə "Əfxəm-İbrahimi" soyadını daşıyırlar.
Sərgüzəşti-vəziri-xani-Lənkəran
Sərgüzəşti-vəziri-xani-Lənkəran və ya Lənkəran xanının vəzirinin sərgüzəştləri — Mirzə Fətəli Axundzadənin 1851-ci ildə yazdığı komediya. Bu əsər müəllifin yazdığı 3-cü komediya sayılır və Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir. Komediyada xanlıq idarə üsulu komik dillə ifşa olunur. Burada dramaturq lətifələrdən bacarıqla istifadə edir, xanın şikayətlərə baxarkən çıxardığı hökmlər Molla Nəsrəddin lətifələri qədər məna daşıyır. Ədib bu lətifələrdən istifadə etməklə səriştəsiz, boşbeyin və ağılsız xanı xalq gülüşü ilə öldürür.Hekayənin sujeti 1800–1801 illərə təsdüf edir. Talış xanlığının vəziri Mirzə Həbib müstəbid kimi göstərilir, ancaq o, xanın qabağında qul kimi alçalır. Həmdə o, öz arvadları tərəfindən yalana və həqarətlərə məruz qalır. Komediyada saray və ailə intriqaları fonunda vəzirin baldızı Nisə xanım və xanın qardaşı oğlu Teymur ağanın arasında fədakar məhəbbət göstərilib. == Yaranma tarixi, tərcümələr və nəşri == Əsər Hicri-qəməri təqvimi ilə 1267-ci ildə yazılıb, yəni 1851-də. Komediyanın ilk öncə adı "Sərab xanlığının vəzirinin macəraları" idi.
Vəziristan
Vəziristan (fars. اسلامی امارات وزیرستان‎) — Pakistanın şimal-qərbində, Əfqanıstanla sərhəddə yerləşən tanınmamış dağlıq ölkə. == Ümumi məlumat == Bu bölgədə yaşayanların ənənələrinə görə çöldən kim gəlirsə gəlsin tanrı qonağı sayıldığı üçün, onlara sığınan insanları qoruyub sahib çıxmaqla özlərini öhdəçilikli sayırlar. Buna görə qanundan qaçan bir çox adamın saxlandığı bölgə halına gəlmişdir. Son beş ildir ki, Pakistan ordusuyla çox vuruşma olmuşdur. Şimali Vəziristan və Cənubi Vəziristan olaraq ikiyə ayrılar. Rəsmi olaraq adı Federal idarə qəbilə sahələri olan bölgəyə daxildir. Bu bölgənin adından bölgənin durumu haqqında ip ucu əldə edilə bilər. Ölkə iki hissədən ibarətdir: Şimali və Cənubi Vəziristan. Şimali Vəziristanda vəzir və davar qəbilələri, Cənubi Vəziristanda isə Mashud və Vəzir qəbilələri yaşayır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.00 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 10.28
2003 ••• 1.18
2004 •••• 2.02
2005 •••••• 2.70
2006 ••••• 2.48
2007 •••••• 2.75
2008 ••• 1.22
2009 ••••••• 3.36
2010 •••••• 2.90
2011 ••••••••• 4.38
2012 ••••• 2.15
2013 ••• 1.17
2014 ••• 1.20
2015 •• 0.85
2016 0.17
2017 •••• 1.79
2018 0.30
2019 ••• 1.11
2020 ••• 1.33

"vəziri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vəziri nədir? #vəziri sözünün mənası #vəziri nə deməkdir? #vəziri sözünün izahı #vəziri sözünün yazılışı #vəziri necə yazılır? #vəziri sözünün düzgün yazılışı #vəziri leksik mənası #vəziri sözünün sinonimi #vəziri sözünün yaxın mənalı sözlər #vəziri sözünün əks mənası #vəziri sözünün etimologiyası #vəziri sözünün orfoqrafiyası #vəziri rusca #vəziri inglisça #vəziri fransızca #vəziri sözünün istifadəsi #sözlük