Məmməd Vəzirəliyev
Vəzirəliyev Məmməd Bəhram oğlu (1919-1985) — həkim, ali dərəcəli cərrah, tibb elmləri namizədi. I və II dərəcəli Vətən müharibəsi, 2 dəfə Qırmızı Ulduz ordeni laureatı.
Məmməd Bəhram oğlu 1919-cu ildə Şuşa şəhərində anadan olub. Şuşada orta məktəbi bitirdikdən sonra Bakıya köçmüş və burada Pedaqoji texnikuma daxil olub oranı bitirmişdir.
1936-1937-ci illərdə Masallı Rayon Ərkivan kənd orta məktəbində dərs demişdir. Həkim olmaq arzusu ilə Bakıya qayıdaraq 1938-ci ildə Azərbaycan Dövlət Tibb institutuna qəbul olmuşdur. V kursda oxuyarkən müharibə ilə əlaqədar olaraq akademik Mir-Qasımovun rəhbərlik etdiyi Hospital cərrahiyyə kafedrasına ordinator əvəzedicisi vəzifəsində çalışmışdır.
1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Böyük Vətən müharibəsi illərində ilk olaraq həkim-ordinator, sonra 174-cü atıcı polkun sanitar rotasının komandiri, daha sonra isə 20-ci diviziyanın 121-ci motoatıcı batalyonunun əməliyyat-sarğı vzvodunun ordinatoru vəzifəsində çalışmışdır. Müharibə illərində yaralanaraq kontuziya almışdır.