Zokir Vazirov
Zokir Vazirov (6 may 1947, Sanqvor rayonu[d], Qarm vilayəti[d] – 3 sentyabr 2012, Bakı) — İslam sosial fəlsəfəsi və iqtisadiyyatı sahəsində mütəxəssis; Fəlsəfə elmləri doktoru, professor; Tacikistan Respublikası Baş nazirinin birinci müavini; Tacikistanın əmək və əhalinin sosial müdafiəsi naziri (2005–2007); Tacikistanın Azərbaycandakı səfiri (2008–2012)
Zokir Vazirov 5 may 1948-ci ildə Tacikistanın Tavildar rayonunda anadan olmuşdur.
3 sentyabr 2012-ci ildə Bakıdakı Mərkəzi Klinik Xəstəxanasında ürək çatışmazlığından vəfat etmişdir.
Düşənbə Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini qırmızı diplomla bitirmişdir.
Fəlsəfə elmləri doktoru, professor idi.
İslam sosial fəlsəfəsi və iqtisadiyyatı sahəsində mütəxəssis olmuşdur. 200-dən artıq elmi əsərin müəllifidir.
Tacikistan Respublikası Baş nazirinin birinci müavini və 2005–2007-ci illərdə Tacikistanın əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb.
2008-ci ildən ömrünün sonuna kimi Tacikistanın Azərbaycandakı səfiri olub.