Qədirov sözü azərbaycan dilində

Qədirov

Yazılış

  • Qədirov • 98.2851%
  • QƏDİROV • 1.7149%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abdulla Qədirov
Abdulla Murad oğlu Qədirov (1914, Şamaxı – 21 oktyabr 1979, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri (1977–1979), Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin (1966–1970) və Nərimanov Rayon Komitəsinin (1958–1959) birinci katibi, Nərimanov Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. == Həyatı == Abdulla Murad oğlu Qədirov 1914-cü ildə (başqa mənbədə 1916-cı ildə) Şamaxı şəhərində anadan olmuşdur. O, 1922-ci ildə Bakıda orta məktəbə daxil olmuş və 1931-ci ildə həmin məktəbi bitirdikdən sonra Basqal kəndində kitab mağazasında işləyərək komsomol sıralarına qoşulmuşdur. 1932–1938-ci illərdə Azərbaycan Sənaye İnstitutunda təhsil aldıqdan sonra "Bakinski raboçi" zavodunun konstruktor-mühəndisi və baş müxanikin müavini təyin olunmuşdur.Böyük Vətən müharibəsi ərəfəsində Abdulla Qədirov iki il "Azneftmaş" trestinin avadanlıqlar üzrə baş mühəndisi, həmin trestin Stalin adına zavodunun baş mühəndisi vəzifəsində çalışmış, Böyük Vətən müharibəsi illərində trestdə və "Azneftmaşın" zavodlarında yeni maşınların mənimsənilməsi sahəsində baş mühəndis olmuşdur. Müharibədən sonra Abdulla Qədirov Budyonnı adına maşınqayırma zavodunun baş mühəndisi, Neft MEMİ-nin Bakı filialının, sonra isə "Azneftmaşın" Bakı traktor təmiri zavodunun direktoru vəzifələrində çalışmışdır.Abdulla Qədirov 1955–1956-cı illərdə Keşlə Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmiş, sonra isə 1957-ci ilədək Şmidt adına maşınqayırma zavodunun baş mühəndisi olmuşdur. 1958–1959-cu illərdə isə Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi işləmiş, 1960-cı ildə Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının sədri, 1960–1963-cü illərdə Sov.İKP Mərkəzi Komitəsinin təlimatçısı, 1964–1965-ci illərdə isə Sov.İKP MK Zaqafqaziya bürosunun inspektoru olmuşdur. 1966-cı ildən Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.Abdulla Qədirov 1970-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin birinci müavini təyin edilmiş, 1977-ci ildən isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri vəzifəsində işləmişdir.Abdulla Qədirov 1941-ci ildən ÜİK(b)P (Sov.İKP) üzvlüyünə qəbul edilmiş, 7-ci çağırış SSRİ Ali Sovetinin, 5-ci və 9-cu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. 1966–1967-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1967-ci ildən isə üzvü olmuşdur. İki dəfə "Qırmızı əmək bayrağı" ordeni, "Şərəf nişanı" ordeni, eləcə də SSRİ medalları ilə təltif edilmişdir.Abdulla Qədirov uzun sürət ağır xəstəlikdən sonra 21 oktyabr 1979-cu ildə vəfat etmişdir. Oktyabrın 23-də Fəxri Xiyabanda dəfn olunmuşdur.
Elman Qədirov
Elman Qədirov - İctimai Televiziya və Radio Yayımları Şirkətində baş direktorun radio üzrə müavinidir. Azərbaycan Respublikasının əməkdar jurnalistidir. == Həyatı == 30 ilə yaxındır ki, mətbuat sahəsində çalışır. Azərbaycanın aparıcı qəzetlərində və “AzərTAc” informasiya agentliyində rəhbər vəzifədə işləyib. “Qızıl qələm” mükafatı laureatıdır. Bir çox yaradıcılıq müsabiqələrinin qalibidir. Yüzlərlə publisistik və analitik yazıları dərc olunub.
Elvin Qədirov
Elvin Azər oğlu Qədirov (5 may 2001; Yeni Suvagil, Zaqatala rayonu — 27 sentyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Qədirov 2001-ci il mayın 5-də Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub.2007-2018-ci illərdə A.Qədirov adına 2 saylı Yeni Suvagil kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elvin Qədirov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elvin Qədirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elvin Qədirov sentyabrın 27-də Ağdam döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Yeni Suvagil kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Qədirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvin Qədirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Emin Qədirov
Emin Asif oğlu Qədirov (25 aprel 1995, Bakı şəhəri,Xəzər rayonu, Zirə qəsəbəsi- 21 oktyabr 2020 Füzuli rayonu,Gecəgözlü kəndi,Azərbaycan)- Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2-ci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Emin Qədirov 1995-ci il aprelin 25-də Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində anadan olub. 2002–2013-cü ilə qədər 241 nömrəli məktəbdə orta təhsilini alıb. 2013–2017-ci ilə qədər Azərbaycan Memarlıq və İnşaat universitetində ali təhsil alıb. Ali təhsilini aldıqdan sonra 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb və xidmətini uğurla bitirib. Xidmətdən qayıdandan sonra müxtəlif müvəqqəti işlərdə işləyib. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinə könüllü olaraq qatılıb. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının işğaldan azad olunmasında iştirak etmişdir. 21 oktyabr 2020-ci ildə Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. == Hərbi xidməti == 2017-ci ilin iyul ayında SHXÇDX-nin Bakı şəhəri, Xəzər rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılmış, N saylı hərbi hissədədə xidmət edib.
Fəxrəddin Qədirov
Fəxrəddin Əbülfət oğlu Qədirov (19 iyul 1950, Nuxa) — Geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın müxbir üzvü (2007), AMEA-nın həqiqi üzvü (2014), Azərbaycan Respublikası Təhsil Nazirliyinin Neft və Qaz İnstitutu (Azərbaycan) nun baş direktoru. == Həyatı == Fəxrəddin Qədirov 19 iyul 1950-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1967-ci ildə Şəki şəhər məktəbini gümüş medalla bitirmiş, həmin ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) fizika fakültəsinə daxil olmuş və 1972-ci ildə oranı bitirmişdir. Hələ tələbəlik illərində F.Qədirov elmi tədqiqat işinə həvəs göstərmiş, Tələbə Elmi Cəmiyyətinin işində yaxından iştirak etmiş, Bakı, Novosibirsk və Moskva şəhərlərində keçirilən tələbə elmi konfranslarında məruzələrlə çıxış etmişdir. Yer fizikasına olan həvəsi 1975-ci ildə F.Qədirovu AMEA Geologiya İnstitutuna gətirmişdir. Əmək və elmi fəaliyyəti ilə AMEA Geologiya İnstitutuna bağlanan F.Qədirov 1981-1986-cı illərdə kiçik elmi işçi, 1986-1988-ci illərdə böyük elmi işçi, sonralar “Qravimetriya” laboratoriyasının rəhbəri, “Geodinamika və Seysmologiya” şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2013-cü ildən AMEA Rəyasət heyətinin üzvü, Yer Elmləri Bölməsinin akademik -katibidir. F.Qədirov 1984-cü ildə geofizika ixtisası üzrə “Yerin üst mantiyasının iki təbəqəli modelində daxili dalğaların yaranması və sərbəst düşmə təcilinin qabarmayan dəyişməsinə təsiri” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 2002-ci ildə isə “Azərbaycanın dərinlik quruluşunun ədədi qravitasiya modelləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcələrini almışdır. Qafqazın müasir geodinamikasının və seysmik aktivliyinin tədqiqi, zəlzələlərin paylanmasının geotektonik aspektlərinin inkişaf etdirilməsi, geoloji proseslərin fiziki mexanizmlərinin öyrənilməsi, qravitasiya sahəsinin məkan və zaman dəyişmələrinin ədədi analizi və yer qabığı quruluşunun modelləşdirilməsi kimi problemlər onun elmi tədqiqatlarının əsas istiqamətlərini təşkil edir. 1998 və 2000-ci illərdə ABŞ-nın Massaçusets Texnologiya İnstitutunda GPS tədqiqatları ilə məşğul olan alim bu texnologiyanı dərindən mənimsəmiş və 1998-ci ildə onun təşəbbüsü ilə Azərbaycan ərazisində ilk dəfə olaraq GPS müşahidə sistemi qurulmuş və GPS texnologiyası əsasında Azərbaycan ərazisinin müasir geodinamikasının tədqiqinin əsası qoyulmuşdur.
Heydər Qədirov
Heydər Qədirov (tam adı: Heydər Əliheydər oğlu Qədirov) — riyaziyyatçı, iqtisadçı və elmşünas alim, iqtisad üzrə fəlsəfə doktoru. == Həyatı == Heydər Qədirov 22 may 1946-cı ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. == Elmi fəaliyyəti == 1970–1978-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi vəzifəsində işləmiş, İnstitutun aspiranturasını bitirmişdir. Eyni zamanda Azərbaycan Neft-kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) ali riyaziyyat və tətbiqi riyaziyyat kafedralarında çalışmışdır. 1978–1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Rəyasət Heyəti aparatında işləmişdir: 1978–1981-ci illərdə elmi katib, 1981–1997-ci illərdə Elmi-təşkilat şöbəsinin rəisi olmuşdur. Eyni zamanda Respublika Elmi Tədqiqatların Koordinasiyası Şurasının elmi katibi (1985–1997-ci illər), EA Rəyasət Heyəti yanında İnnovasiya Mərkəzinin direktoru (1989–1997-ci illər), Azərbaycan SSR Nazirlər Soveti sədrinin məsləhətçisi (1989–1992-ci illər), "Ziya Bünyadov" Elm və Təhsil Fondunun nəzdində yaradılmış "Ziya" Universitetinin rektoru (1996–1998-ci illər) vəzifələrini icra etmişdir. 1997–2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun şöbə müdiri, 1998–2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının "Yanacaq-energetika kompleksinin iqtisadiyyatı" kafedrasının professoru, 2000–2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda qrup rəhbəri, 2004–2006-cı illərdə "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin şöbə müdiri vəzifələrində çalışmışdır. 1998-ci ildən Azərbaycan Milli Yaradıcılıq Akademiyasının innovasiyalar üzrə prezident müavini vəzifəsini icra etmişdir. 2007-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasının "Menecment" kafedrasında işləyir.
Müqəddəs Qədirov
Müqəddəs Qədirov (tam adı:Müqəddəs Nail oğlu Qədirov; 14 may 1992; Xaçmaz, Azərbaycan — 5 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Müqəddəs Qədirov Nail oğlu 1992-ci il 14 may tarixində Xaçmaz rayon Dədəli kəndində anadan olub. === Ailəsi === Ailəli idi, bir övladı var. == Hərbi xidməti == 2010-cu ildə həqiqi hərbi xidmətə çağrılıb. 2017-ci ildə müddətdən artıq xidmət etmək üçün müraciət etmiş və qəbul olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Müqəddəs Qədirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə olub. Müqəddəs Qədirov oktyabrın 5-də Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Müqəddəs Qədirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Qabdrəhman Qədirov
Qabdrəhman Qədirov (başq. Ҡадиров Ғабдрахман Фәйзрахман улы; 27 yanvar 1941, Şatura, Moskva vilayəti – 31 iyul 1993, Soçi, Krasnodar diyarı) — Sovet atleti (moto idmanı, spidvey), buz üstündə motosiklet yarışında altı qat dünya çempionu (1966, 1968, 1969, 1971-1973), Avropa çempionu (1964). == Bioqrafiya == Qabdrəhman Qədirov 27 yanvar 1941-ci ildə Şatura qəsəbəsində (Moskva vilayəti) anadan olmuşdur. Şaturada atası Fayzurəhman Fayzurəhmanoviç və anası Qasima Məhəmmədovna Başqırdıstandan bir Komsomol inşaat sahəsinə gəlmişlər. Atsı cəbhədə ölmüş, anası isə bir inşaat trestində bənna olaraq çalışmağa davam etmişdir. Müharibədən sonra ana və oğul bir neçə il Beloretskdə yaşamışlar. 1947-ci ildən Qədirov Ufa şəhərində yaşayır. 1970-ci ildə Lesqaft adına Universiteti bitirmişdir. SSRİ yığma komandası üçün buz meydanında, motosiklet yarışında yarışır. Beynəlxalq müsabiqələrdə Qədirov Çexoslovakiya, Polşa, İsveç, Finlandiya və digər ölkələrdən ola yarışmaçıları spidfveydə asanlıqla məğlub edir.
Qulam Qədirov
Qulam Əkbər oğlu Qədirov (27 noyabr 1972, Yeni Daşkənd, Bərdə rayonu – 19 yanvar 1994, Yanşaq, Kəlbəcər rayonu) — Qarabağ müharibəsi döyüşçüsü, şəhid. == Həyatı == Qulam Qədirov 27 noyabr 1972-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1990-cı ildə Yeni Daşkənd kənd orta məktəbini bitirmişdir.1990–1991-ci illərdə Özbəkistanın Çirçik şəhərində Sovet Ordusunda xidmət etmişdir. Bərdə rayon Hərbi Komisarlığı tərəfindən 10 may 1991-ci ildə Milli Orduya çağırılmışdır.1993-cü ilin oktyabrına qədər 703 saylı hərbi hissədə xidmət etmişdir. Xüsusən Ağdərə döyüşlərində qumbaraatan kimi fəallıq göstərmişdir. Bundan sonra isə Qulam Qədirov 701 saylı hərbi hissənin 5-ci Bərdə taborunun qumbaraatanı və avtomatçısı kimi Ağdərə, Laçın, Kəlbəcər rayonlarındakı qanlı döyüşlərin iştirakçısı olmuşdur.19 yanvar 1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndində gedən döyüşdə şəhid olmuşdur.Qulam Qədirov 20 yanvar 1994-cü ildə doğulduğu Yeni Daşkənd kəndində dəfn olunmuşdur. == Xatirəsi == 25 noyabr 2022-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində Qulam Əkbər oğlu Qədirovun 50 illik yubileyi keçirilmişdir.
Rövşən Qədirov
Rövşən Oruc oğlu Qədirov — Azərbaycanlı şəhid. == Həyatı == Rövşən Oruc oğlu Qədirov 19 aprel 1965-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. Atası Oruc Göyçə mahalının Daşkənd kəndindəndir. 21 yanvar 1993-cü ildə Milli orduya könüllü getmişdir. 701-ci hərbi hissənin sıravi avtomatçı əsgəri olmuşdur. 4 may 1994-cü ildə Ağdərə rayonunda gedən döyüşlərdə şəhid olmuşdur. Şəhidlər xiyabanında dəfn edilmişdir. == Mənbə == "Azərbaycan Respublikası Xatirə Kitabı" 3-cü cild, "Q" hərfi. Bakı-2001.
Vladislav Qədirov
Vladislav Əziz oğlu Qədirov (doğ. 20 avqust 1970, Bakı, Azərbaycan SSR, SSRİ) — hücumçu mövqeyində çıxış etmiş sovet, və Azərbaycan futbolçusu. Azərbaycan milli futbol komandasının keçmiş üzvü. SSRİ idman ustası (1987). == Karyerası == === Erkən illəri === Vladislav Əziz oğlu Qədirov 20 avqust 1970-ci ildə Bakının Buzovna qəsəbəsində işçi ailəsində anadan olub. Atası zavod işçisi, anası isə telefonçu olub.1977-ci ildə "Gənclik" uşaq futbol məktəbinə gedib. İlk məşqçisi Boris Tibilov olmuşdur. === Klub karyerası === 1988-1991-ci illər ərzində Bakının "Neftçi" komandasının heyətində çempionat oyunlarında 93 oyun keçirib, 11 qol vurub. 1988-ci ildə bu komandanın heyətində Federasiyalar Kubokunun finalçısı olub. 1992-ci ildə Rusiyanın "Saxalin" klubuna keçib.
İnqilab Qədirov
İnqilab Tofiq oğlu Qədirbəyli (10 mart 1995; Salyan, Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İnqilab Qədirbəyli 1995-ci il martın 10-da Salyan şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan İnqilab Qədirbəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İnqilab Qədirbəyli noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Salyan şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İnqilab Qədirbəyli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İnqilab Qədirbəyli ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şahin Qədirov
Şahin Bayram oğlu Qədirov (3 yanvar 1990, Çeyildağ, Qaradağ rayonu — 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahin Qədirov 1990-cı il yanvarın 3-də Qaradağ rayonunun Çeyildağ qəsəbəsində anadan olmuşdur. 1996-2005-ci illərdə Siyavuş Muradov adına 224 nömrəli məktəbdə orta təhsil almışdır. Ailəli idi, Bayram adlı övladı yadigar qaldı. == Hərbi xidməti == 2008-ci ilin yanvar ayının 5-də Bakı şəhəri Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Bir müddət Azərbaycan Quru Qoşunlarında xidmət etdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirmişdir. Şahin Qədirov adı çəkilən hərbi birləşmənin Yaşmada yerləşən "N" saylı hərbi hissəsində "gizir" rütbəsində xidmət edirdi. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Şahin Qədirov Xüsusi Təyinatlı Qüvvələrin giziri olaraq savaşmışdır. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur.
Əlabbas Qədirov
Əliabbas Gülabbas oğlu Qədirov (13 fevral 1946, Bakı – 8 mart 2006, Bakı) — Azərbaycanlı aktyor, Azərbaycan SSR xalq artisti (1989). == Həyatı == Yaradıcılıq imkanları romantik və realist aktyor məktəblərinin estetik göstəricilərinə, psixoloji mahiyyətinə, fəlsəfı dərinliyinə uyğundur. Daxilən hərarətli və ehtiraslı temperamentə, dinamik plastikaya malik aktyor idi. Oynadığı rollar janr xüsusiyyətlərinə görə fərqli, əlvan və bədii cəhətdən bitkin təsir bağışlayırdı. Onun aktyor təbiətində ilk baxışda "gizli" görünən, ancaq duzlu və cazibəli yumor idi. O, bu yumordan həssaslıqla, yığcam "xəsisliklə", lakin bədii məziyyətləri cazibəli, könüloxşayan, müəyyən estetik meyar çərçivəsində peşəkar görünən bacarıqla istifadə edərdi. Əliabbas Qədirov oynadığı obrazlara ilk növbədə elmi-nəzəri əsaslarla yanaşır, xarakterin əsərdə kəsb etdiyi psixoloji-fəlsəfi qənaətlərin mahiyyətini müəyyənləşdirərdi. Səhnədə diqqətcil və həssas olardı, mürəkkəb mizanlar toplusunda oynamağı xoşlayan aktyor idi. Azərbaycanın məşhur qiraət ustalarından biridir, onun ifasında Füzuli, Vaqif, Nəsimi, Sabir… kimi dahilərin poetik nümunələri lentə alınıb. Əliabbas Gülabbas oğlu Qədirov 13 fevral 1946-cı ildə Bakıda anadan olub.
Əli Qədirov
Əli Qədirov (tam adı: Əli Əşrəf oğlu Qədirov; 25 sentyabr 1958) — kimyaçı alim, AMEA-nın akademik Ə.M. Quliyev adına Aşqarlar kimyası İnstitutunun aparıcı elmi işçisi, dosent. == Həyatı == 1958-ci il sentyabrın 25-də Cəlilabad rayonun Sərhədabad kəndində fəhlə ailəsində anadan olub. Orta təhsilini 1975- ci ildə Cəlilabad şəhər 7saylı “Beynəlmiləl” orta məktəbdə başa vurduqdan sonra Bakı şəhərində V.İ.Lenin adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “kimya fakültəsinə “qəbul olunub. 1979-cu ildə institutu bitirdikdən sonra isə ixtisası üzrə müəllim işləmişdir. 1982-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyası Aşqarlar kimyası İnstitutunun(AKİ) üzvi kimya ixtisası üzrə əyani aspiranturasına daxil olmuşdur. İnstitutun “Motor yağlarına çoxfunksiyalı aşqarlar” laboratoriyasında aspirant olaraq elmi-tədqiqat işlıərinə başlamışdır və bu günə qədər həmin İnstitutda çalışır. 1991-ci ildə “Azometinlər və diarilaminlərin törəmələrinin sintezi və tətbiqi” mövzusu üzrə dissertasiyanı müvəffəqiyyətlə müdafiə edərək “üzvi kimya “ ixtisası üzrə (02.00.03) kimya elmləri namizədi elmi dərəcəsi almışdır. Hal-hazırda o, elmi axtarışlarını doktorant kimi həm sintetik , həm də mineral yağlar sahəsində davam etdirir, tərkibində azot-, kükürd- və digər heteroatom, eləcə də müxtəlif funksional qruplar olan maddələr sintez edərək xassələrini öyrənir. == Elmi fəaliyyəti == Əli Əşrəf oğlu Qədirov öz elmi fəaliyyətinə sintetik sürtkü yağların - pentaeritrit efirinin (ПЭЭ) yüksək temperaturlarda (2250C və daha yuxarı ) oksidləşməsinə qarşı effektli inhibitorların - aşqarların axtarışı, sintezi və tədqiqi ilə başlamışdır. O, məqsədyönlü sintez aparmaqla tərkibində azot, fosfor, halogen, metal atomları və müxtəlif funksional qruplar olan üzvi birləşmələrin sərt temperatur şəraitində korroziya və oksidləşməyə qarşı aşqar kimi təsirini tədqiq etmişdir. Müxtəlif funksional təsirə malik yeni sintez etdiyi kompleks aşqarlar və sənaye aşqarlarının tətbiqilə müasir tələblərə cavab verən sürtkü yağı kompozisiyaları işləyib hazırlamışdır. O, 1985 – 1991 –ci illərdə Hərbi Sənaye Kompleksi üçün “ xüsusi mövzuların” yerinə yetirilməsində sürtkü kompozisiyalarının işlənib hazırlanmasında bilavasitə iştirak etmişdir. Bundan əlavə, Əli Qədirov mineral sürtkü yağları əsasında müxtəlif markalı motor yağları üçün daha effektli və yüksək qələvili alkilfenolyat aşqarlarının da (AKİ-150, AKİ-157, AKİ-162, AKİ-166 və s.) sintezi və tədqiqatı istiqamətində işlər aparmışdır == Elmi əsərləri == Ə.Ə.Qədirov 55 elmi əsərin, o cümədən 6 müəlliflik şəhadətnaməsi(SSRİ), 2 Az.patentin, 19 tezis və 28 məqalənin müəllifidir == Elmi məqalələri == Зейналова Г.А.,Кязим-заде А.К., Гадиров А.А. Антиокислительные присадки на основе ароматических аминов.// Журнал «Нефтехимия» № 2,Т.29, 1989 г., стр.279-282.
Əliabbas Qədirov
Əliabbas Gülabbas oğlu Qədirov (13 fevral 1946, Bakı – 8 mart 2006, Bakı) — Azərbaycanlı aktyor, Azərbaycan SSR xalq artisti (1989). == Həyatı == Yaradıcılıq imkanları romantik və realist aktyor məktəblərinin estetik göstəricilərinə, psixoloji mahiyyətinə, fəlsəfı dərinliyinə uyğundur. Daxilən hərarətli və ehtiraslı temperamentə, dinamik plastikaya malik aktyor idi. Oynadığı rollar janr xüsusiyyətlərinə görə fərqli, əlvan və bədii cəhətdən bitkin təsir bağışlayırdı. Onun aktyor təbiətində ilk baxışda "gizli" görünən, ancaq duzlu və cazibəli yumor idi. O, bu yumordan həssaslıqla, yığcam "xəsisliklə", lakin bədii məziyyətləri cazibəli, könüloxşayan, müəyyən estetik meyar çərçivəsində peşəkar görünən bacarıqla istifadə edərdi. Əliabbas Qədirov oynadığı obrazlara ilk növbədə elmi-nəzəri əsaslarla yanaşır, xarakterin əsərdə kəsb etdiyi psixoloji-fəlsəfi qənaətlərin mahiyyətini müəyyənləşdirərdi. Səhnədə diqqətcil və həssas olardı, mürəkkəb mizanlar toplusunda oynamağı xoşlayan aktyor idi. Azərbaycanın məşhur qiraət ustalarından biridir, onun ifasında Füzuli, Vaqif, Nəsimi, Sabir… kimi dahilərin poetik nümunələri lentə alınıb. Əliabbas Gülabbas oğlu Qədirov 13 fevral 1946-cı ildə Bakıda anadan olub.
Aşıq Bəylər Qədirov
Aşıq Bəylər Qədirov (tam adı:Qədirov Bəylər Hacı Rəşid oğlu; d. 25 may 1914, Çuxanlı, Salyan rayonu, Azərbaycan – v. 1991, Çuxanlı, Salyan rayonu, Azərbaycan) — Azərbaycan aşığı, aşıq sənətinin "Bülbülü" kimi tanınmış, Şirvan aşıq məktəbinin inkişafında özünəməxsus xidmətləri olmuşdur. == Həyatı == Aşıq Bəylər Qədirov 25 may 1914-cü ildə Salyan rayonunun Çuxanlı kəndində doğulub. O uşaq yaşlarından aşıqlıq sənətinə maraq göstərmiş, yüksək bacarıq və istedadı sayəsində bu sənətin bilicisinə çevirilmişdir.1938-ci ildən el məclislərdə çıxış edib. Azərbaycan Aşıqlarının II və III Qurultaylarında iştirak edib. Bir sənətkar kimi xidmətləri yüksək qiymətləndirilib, diplom, fəxri fərman və müxtəlif mükafatlara layiq görülüb.1970-ci illərdə Moskvada "Azərbaycan mədəniyyəti günləri ongünlüyü"ndə iştirak etmişdir. XX əsrdə Şirvan bölgəsində, eləcə də Azərbaycan səviyyəsində tanınan Aşıq Bəylər Qədirov Şirvan aşıq mühitinin ən layiqli nümayəndəsi olmuşdur. Aşığın sənətkar kimi formalaşmasında ərazinin toyları, el şənlikləri mühüm rol oynamışdır. Beləki, yaşayıb-yaratdığı illərdə bölgədə keçirilən bütün ictimai tədbirlərdə, el şənliklərində fəal iştirak etmişdir.Görkəmli sənətkar Aşıq Bəylər 1991-ci ilin 3 iyununda Salyan rayonunun Çuxanlı kəndində vəfat edib.
İsmayıl Abdul-Qədirov
İsmayıl Abdul-Qədirov (tam adı: İsmayıl Qafar oğlu Abdul- Qədirov; d.15 fevral 1936, İsmayıllı, ö. 16 avqust 2021 Bakı) — Azərbaycan idmançısı, sərbəst və yunan-Roma güləşi üzrə ümumittifaq dərəcəli hakim (1966). Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Bədən tərbiyəsi və idman əlaçısı, Fəxri bədən tərbiyəsi və idman işçisı, Əməkdar bədən tərbiyəsi və idman xadimi == Həyatı == İsmayıl Abdulqədirov 1936-cı il fevral ayının 15-də Azərbaycanın İsmayıllı rayonunda anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu bitirmişdir. == Fəaliyyəti == İsmayıl Abdulqədirov idmanla məşğul olmağa 14 yaşında başlayıb. 1950-ci ildə «Dinamo» idman cəmiyyətində yunan-Roma güləşi ilə məşğul olub. Bir neçə ildən sonra özünü məşqçilik sahəsində sınayan Abdul-Qədirov 1965-1968-ci illərdə məktəblilərdən ibarət yığma komandanın məşqçisi olub. Onun yetirmələri 1967-ci ildə SSRİ məktəblilərinin 10-cü yubiley Sparakiadasında 3-cü yerə layiq görülüb. 1950-cu ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirdikdən sonra institutun «Güləş və onun metodikası» kafedrasında işləməyə başlayıb. 1961-ci ildə «Bədən tərbiyəsi və idman əlaçısı» adına layiq görülən mütəxəssis həmin il güləş üzrə respublika, 5 il sonra isə Ümumittifaq dərəcəli hakimliyə yüksəlib.
Cennifer Qədirova
Cennifer Qədirova — Azərbaycan əsilli Böyük Britaniya gimnastı. Əkiz bacısı Cesika ilə birlikdə 2019 Yeniyetmələrin Dünya Çempionatında iştirak edib. == Həyatı == O, əkiz bacısı Cesika ilə İrlandiyanın Dublin şəhərində doğulub. Qədirova və bacısı gimnastikaya altı yaşında başlayıb.
Cesika Qədirova
Cesika Qədirova — Azərbaycan əsilli Böyük Britaniya gimnastı. İkiqat Avropa çempionu. Əkiz bacısı Ceniferlə birlikdə 2019 Yeniyetmələrin Dünya Çempionatında iştirak edib. == Həyatı == O, əkiz bacısı Ceniferlə İrlandiyanın Dublin şəhərində doğulub. Qədirova və bacısı gimnastikaya altı yaşında başlayıb.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 10.24 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 71.95
2003 •••••• 18.50
2004 •••••• 18.19
2005 •••• 12.82
2006 ••••• 15.54
2007 ••• 8.25
2008 ••• 8.28
2009 ••• 8.16
2010 ••••• 15.16
2011 ••• 9.78
2012 ••• 8.09
2013 •••• 10.94
2014 ••• 9.95
2015 ••• 7.49
2016 •• 6.07
2017 •• 4.88
2018 ••• 7.34
2019 •••• 12.24
2020 ••• 9.15

"qədirov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qədirov nədir? #qədirov sözünün mənası #qədirov nə deməkdir? #qədirov sözünün izahı #qədirov sözünün yazılışı #qədirov necə yazılır? #qədirov sözünün düzgün yazılışı #qədirov leksik mənası #qədirov sözünün sinonimi #qədirov sözünün yaxın mənalı sözlər #qədirov sözünün əks mənası #qədirov sözünün etimologiyası #qədirov sözünün orfoqrafiyası #qədirov rusca #qədirov inglisça #qədirov fransızca #qədirov sözünün istifadəsi #sözlük