Əmirov sözü azərbaycan dilində

Əmirov

Yazılış

  • Əmirov • 99.6885%
  • ƏMİROV • 0.3115%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Adəm Əmirov
Əmirov Adəm Elçin oğlu (26 avqust 1999, Xındırıstan, Ağdam rayonu – 2020, Ağdam rayonu) — II Qarabağ Müharibəsi şəhidi, ölmündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. == Həyatı == Adəm Əmirov 26 avqust 1999-cu ildə Ağdam rayonunun Xındırıstan kəndində doğulub. Əslən rayonun Papravənd kəndindəndir. == Hərbi xidməti == 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb, o xidmətini 112 saylı hərbi hissədə başlayıb. Xidmətini 2019-cu ildə başa vurub. 15 iyul 2020-ci ildə MAXE kimi xidmətə qəbul olunub və tuşlayıcı kimi xidmətə başlayıb. Sonra manqa komandiri olmuşdur. II Qarabağ müharibəsi zamanı Ağdam rayonunda şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Adəm Əmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Adəm Əmirov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (15.
Anar Əmirov
Anar Allahverdi oğlu Əmirov (29 dekabr 2000, Bulaqlı, Sabirabad rayonu – 20 oktyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, Vətən Müharibəsi şəhidi. == Həyatı == Anar Əmirov 29 dekabr 2000-ci ildə Sabirabad rayonunun Bulaqlı kəndində anadan olmuşdur. Əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan Anar Sabirabad rayon Şəhriyar qəsəbəsində 12 saylı Cəbrayıl tam orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Hərbi xidmətini başa vurduqdan sonra yenidən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qoşulmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, oktyabrın 20-də Zəngilan istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Füzuli rayonunun Qazaxlar kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Əmirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Babaxan Əmirov
Babaxan Əmirov 1952-ci ildə Bakıda anadan olub. Asəf Zeynallı adına Musiqi Kollecinin nəfəs alətləri fakültəsini bitirib. Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin balabançısı kimi tanınıb. İncəsənət Gimnaziyasının müəllimi, Milli Konservatoriyanın elmi laboratoriyasının əməkdaşıdır. Balabanın bas, tenor və pikkolo növlərinin yeni variantını hazırlayıb. Milli Konservatoriyanın alətlər istehsal edilən elmi laboratoriyasının əməkdaşı.
Cəmil Əmirov
Cəmil Fikrət oğlu Əmirov — Azərbaycan bəstəkarı, cazmen, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən). Bakı Musiqi Akademiyasının elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi. == Həyatı == Cəmil Fikrət oğlu Əmirov 3 may 1957-ci ildə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun ailəsində anadan olub. 1965–1975-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano sinfində təhsil alıb.1975–1980-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki BMA) Bəstəkarlıq fakültəsində Cövdət Hacıyevın sinifini bitirib.Daha sonra 1980–1982-ci illərdə aspirantura təhsili alıb. == Ailəsi == Atası Fikrət Əmirov Anası Aidə Əmirova Bacısı Sevil Əmirova == Əmək fəaliyyəti == Azərbaycan Dövlət Kamera Orkestri (1978–1983) Fortepiano və klavesin ifaçısı kimi Azərbaycan Televiziya və radio Komitəsinin "Qobustan" estrada – folklor ansamblının rəhbəri (1983−1985) Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin Rafiq Babayevin rəhbərlik etdiyi ansamblın solisti (1985–1989) Azərbaycan Dövlət "Muğam" teatrının musiqi rəhbəri (1989−1990) Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin Rafiq Babayevin rəhbərlik etdiyi ansamblın solisti (1990 – 1991) Azərbaycan Dövlət Kamera Orkestrinin fortepiano və klavesin alətinin solisti "Qaya" Dövlət estrada-simfonik orkestrinin musiqi rəhbəri (1991−1992) Bakı şəhər Mədəniyyət idarəsinin Caz klubun rəhbəri (1992) R.Babayevin rəhbərlik etdiyi "Cəngi" ansamblı (1992−1995) Ü.Hacıbəyli adına BMA-nın elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi (2009-cu ildən bugünə qədər) Konsert fəaliyyəti: Gənclər və tələbələrin Ümümdünya festivalı (Moskva,1985) Beynəlxalq caz festivalı (Tbilisi, 1986) "Gaudemus" Beynəlxalq musiqi həftəsi (Bolqarıstan-1988, Hollandiya-1989) Etno musiqisinin Ümümdünya festivalı (Hamburq, 1999, Dakar, Sineqal 1993) "Gülüm" layihəsinin iştirakçısı "SAVAB" ansamblının musiqi rəhbəri (Bakı, 2002) Etnomusiqinin Ümümdünya festivalında "SAVAB" ansamblının musiqi rəhbəri (İstanbul, 2005) Ümümdünya caz festivalı (Astana,2006) Bir sıra sənədli və animassiya filmlərinə, tamaşalara, müxtəlif tərkibli ansambllar üçün instrumental musiqinin və mahnıların müəllifi == Mükafatları == "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 16 sentyabr 2006 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 27 may 2018 Azərbaycan Respublikası Prezidentinin mükafatı — 6 may 2016, 1 may 2017-ci ildə, 9 may 2018 10 may 2019 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 7 may 2020-ci ildən == Elmi əsərləri == F.Əmirov və C.Hacıyevin həyat və yaradıcılıqları haqqında bir neçə populyar qəzet və jurnallarda məqalələri çap olunub. H.Əliyev fondu tərəfindən nəşr olunan "F.Əmirov — Ömrün səhifələri" və əsərlərindən ibarət antologiyanın müəllifidir. == Filmoqrafiya == Armudu (film, 1986) Bir dəfə görmək... (film, 1984) Dəvətnamə (film, 1989) Həvəskarlar və ya peşəkarlar (film, 1987) İkinci həyat (film, 1984) Kədərimiz... Vüqarımız...
Cəmşid Əmirov
Əmirov Cəmşid Cabbar oğlu (10 fevral 1918, Naxçıvan – 29 dekabr 1982) — nasir, Azərbaycan ədəbiyyatında detektiv janrının banisi, 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Cəmşid Əmirov 1918-ci il fevralın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirib Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna daxil olmuş (1934), eyni zamanda respublika qəzetləri ilə əməkdaşlıq etmişdir. Son kursda institutu tərk etdiyinə görə öz ixtisası üzrə (mühəndis-geoloq) işləməyə həvəs göstərməmişdir. "Azərbaycan gəncləri" qəzetində məsul katib (1937–1940), "Gənc işçi" qəzetində şöbə müdiri (1940–1941), "Bolşevik" qəzetində məsul katib (1941), "Əzizbəyovneft" şirkətində mühəndis-geoloq (1941-ci ilin mayından dekabrınadək) işləmişdir. İkinci Dünya müharibəsi zamanı ön cəbhədə Sovet Ordusu tərkibində zabit kimi Almaniya, Polşa, Çexoslovakiya, Avstriya və Çində olmuşdur. Ordudan tərxis ediləndən sonra "Amustral"ın tikintisində fəal iştirak etmişdir. Sonra "Azərbaycan gəncləri" qəzetində şöbə müdiri, "Sovet ticarəti" (Moskva) qəzetində xüsusi müxbir, Neftnəşrdə baş redaktor, "Azərbaycan neft təsərrüfatı" jurnalında redaktor müavini, "Bakı" qəzetində şöbə müdiri işləmişdir. Bir müddət Bakı Maliyyə-kredit texnikumunda direktor (1969–1972) olmuşdur. Sonra fərdi təqaüdə çıxmışdır.
Emil Əmirov
Emil Zaman oğlu Əmirov (9 dekabr 2000; Mingəçevir, Azərbaycan — 14 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuş, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emil Əmirov 2000-ci il dekabrın 9-da Mingəçevir şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Emil Əmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emil Əmirov oktyabrın 14-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Əmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Əmirov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Faiq Əmirov
Əmirov Faiq İsfəndiyar oğlu — Mart hadisələri zamanı vəfat edən şəhid. == Həyatı == 22 iyun 1975-ci ildə Zaqatala rayonunun Bəhmədli kəndində doğulmuşdur. 1992-ci ildə doğma kəndində orta məktəbi bitirmişdir. 1993-cü ildə orduya çağırılmışdır. O, Füzuli, Tərtər, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 17 mart 1995-ci ildə Mart hadisələrinin qarşısının alınmasında Faiqin xidmət etdiyi batalyon iştirak etmişdir. Burada Faiq qəhrəmancasına həlak olmuşdur. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əmirov Faiq İsfəndiyar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bəhmədli kənd qəbristanlığında dəfn edilib.
Fariz Əmirov
Əmirov Fariz Əli oğlu (d. 6 yanvar 1971, Biləv, Ordubad rayonu, Azərbaycan SSR) — Azərbaycan alimi, texnika elmləri doktoru, professor, əməkdar müəllim. == Həyatı == Fariz Əli oğlu Əmirov 6 yanvar 1971-ci ildə Naxçıvan MR, Ordubad rayonunun Biləv kəndində anadan olmuşdur. 1978-1988-ci illərdə Ordubad rayonu, Biləv kənd orta məktəbini fərqlənmə ilə bitirmiş və həmin ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. 1994-cü ildə ADNA-nı (Azərbaycan Dövlət Neft Akademiyası) bitirmişdir. 1994–1999-cu illər arası müxtəlif sahələrdə çalışmış və ölkəmizin inşaat sektorunda fəaliyyət göstərən bir neçə inşaat şirkətlərinin yaranması və uğurlu fəaliyyət göstərməsində öz köməyini əsirgəməmişdir. 1999-cu ildə ADNA-nın aspiranturasına qəbul olmuş, 2007-ci ildə texnika elmləri namizədi alimlik dərəcəsi adını almışdır. 2014-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək, texnika üzrə elmlər doktoru elmi dərəcəsi adı almışdır. Bu illər ərzində o, Moskva, Sankt-Peterburq, Kazan, Ankara, İstanbul, Alma-Ata, Riqa və Ərzurum universitetlərində elmi konfranslarda iştirak və çıxış etmişdir. Bir neçə qrant və elmi layihələrin qalibi olmuşdur.
Fikrət Əmirov
Fikrət Məşədi Cəmil oğlu Əmirov (22 noyabr 1922[…], Gəncə – 20 fevral 1984, Bakı) — Sovet-Azərbaycan bəstəkarı, musiqi xadimi, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1956–1959), Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri (1947), Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1959-cu ildən), Azərbaycan SSR Ali Sovetinin IV–IX çağırış deputatı, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1980-ci ildən). Fəaliyyətinə görə Sosialist Əməyi Qəhrəmanı (1982), SSRİ xalq artisti (1965), Azərbaycan SSR xalq artisti (1958), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1955) fəxri adlarına layiq görülmüş, SSRİ Dövlət mükafatı (1980), Azərbaycan SSR Dövlət mükafatı (1974), II dərəcəli Stalin mükafatı (1949), Azərbaycan SSR Lenin komsomolu mükafatı (1967) laureatı olmuş, iki dəfə "Lenin" ordeni (1959, 1982), iki dəfə "Qırmızı əmək bayrağı" ordeni (1967, 1971) ilə təltif edilmişdir. Bakı Musiqi Akademiyasında bəstəkar Üzeyir Hacıbəyovun və Boris Zeydmanın sinfində təhsil alıb. Səhnə musiqisi sahəsində fəaliyyətinə "Ürəkaçanlar" və "Gözün aydın" musiqili komediyaları ilə başlayan Fikrət Əmirovun ən uğurlu əsərlərindən biri simli orkestr üçün yazdığı "Nizami" simfoniyasıdır. Bu simfoniya dünyanın ən məşhur dirijorlarının rəhbərliyi ilə ifa olunub. 1948-ci ildə "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını yazıb. Bu simfonik muğamlar Bolqarıstanın, Belçikanın, Fransanın, ABŞ-nin konsert salonlarında səsləndirilib. 1950-ci ildə dördhissəli "Azərbaycan" simfonik süitasını bəstələyən Fikrət Əmirov onun ardınca müasir mövzuda milli musiqi tarixinə ilk milli lirik opera kimi daxil olan "Sevil" operasını yazıb. Operaya ictimai baxış 8 oktyabr 1953-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilib. Bəstəkarın geniş çeşidli yaradıcılığında vokal janrının da özünəməxsus yeri var.
Mübariz Əmirov
Mübariz Mirəziz oğlu Əmirov (1947, Dəvəçi) — Azərbaycan pedaqoq-alimi, pedaqogika üzrə elmlər doktoru, professor. == Həyatı == 1947-ci ildə Azərbaycan SSRİ-nin Dəvəçi (indiki Şabran) rayonunda ziyalı ailəsində anadan olub, 1954–1965-ci illərdə Dəvəçi şəhər 1 saylı orta məktəbində, orta təhsil, 1969–1973-cü illərdə V. İ. Lenin adına APİ-nin tarix fakültəsində ali təhsil alıb. 1973–1974-cü tədris ilində Dəvəçi rayonu Baş Əmirxanlı kənd orta məktəbində tarix müəllimi, eyni zamanda axşam fəhlə-gənclər orta məktəbinin direktoru, 1974–1975-ci tədris illərində Dəvəçi rayonu Surra kənd məktəbində direktor müavini işləyib. 1975-ci ilin dekabrında Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun hüququn tədrisi metodikası ixtisası üzrə əyani aspiranturaya daxil olub. 1978-ci ildə aspiranturanı qurtarıb. 1978-ci ildən 1985-ci ilədək ETPEİ-da kiçik elmi işçi işləyib. 1985-ci ilin may ayının 25-də hüquq elmləri doktoru, professor Murtuz Ələsgərovun və pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevin rəhbərliyi ilə Tbilisi şəhərində Puşkin adına Tbilisi Pedaqoji Universitetində "Hüquqi biliklərin verilməsi prosesində şagirdlərin müstəqil işlərinin səmərəli təşkili" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1985-ci ildən 1999-cu ilədək Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda "Tarix, coğrafiya və hüququn tədrisi metodikası" şöbəsinin müdiri, 1986-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Türk, Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası" kafedrasında dosent vəzifəsində işləyib. 2008-ci ildə Bakı şəhərində "Tarixin tədrisində şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılması üzrə işin sistemi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2014-cü ildən həmin kafedranın professorudur.
Müseyib Əmirov
Müseyib Arif oğlu Əmirov (24 dekabr 1963, Bakı) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2006). == Həyat və yaradıcılığı == Müseyib Əmirov 1963-cü ildə Bakıda rəssam Arif Əmirovun ailəsində dünyaya gəlmişdir. 1979-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1987-ci ildə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. 1996-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam müəyyən müddət Azərbaycan Rəssamlıq Akademiyasında "Eksperimental rəsm" sinfi üzrə dərs demişdir.Rəssam bir çox beynəlxalq layihələrdə, eləcə də Parisdə, Vaşinqtonda, Lüksemburqda keçirilmiş sərgilərdə iştirak etmişdir. Onun bir sıra fərdi sərgiləri keçirilmişdir. Bunlardan 2014-cü ildə Bakıda "YARAT" Müasir İncəsənət Məkanında, 2015-ci ildə Müasir İncəsənət Muzeyində, həmçinin 2019-cu ildə Moskvada təşkil olunmuş sərgiləri qeyd etmək olar. Rəssamın əsərləri bir sıra muzey və qalereyalarda, Azərbaycan, Rusiya, ABŞ, İsveç, Fransa, Almaniya, Litva, Böyük Britaniya, Türkiyə, İtaliya, Danimarka və Norveçdə şəxsi kolleksiyalarda saxlanılır.Müseyib Əmirov Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə 29 dekabr 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adına layiq görülmüşdür.Azərbaycan SSR xalq maarifi komissarı Müseyib Şahbazovun nəvəsidir.
Qaraş Əmirov
Qaraş Əmirov (26 sentyabr 1926, Tatar, Zəngilan rayonu – 22 mart 1973, Şamaxı rayonu) — tanınmış neftçi, Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Qaraş İbrahim oğlu Əmirov 26 sentyabr 1926-cı ildə Zəngilan rayonunda anadan olmudşdur. Əmək fəaliyyətinə Bibiheybətdə qazma kontorunda qazmaçı köməkçisi kimi başlamışdır. Gənc Qaraş Əmirov burada Ağa Nemətulla, Hacı Temirxanov və başqa tanınmış ustalarla çiyin-çiyinə işləyib, tezliklə dərin quyular qazan qabaqcıl ustalardan biri oldu. Faşist Almaniyasının üzərində qələbədən sonra neft sənayesini dirçəltmək, hasilatı artırmaq lazım idi. Azərbaycan SSR-nin Neft Sənayesi naziri Süleyman Vəzirov bu məqsədlə respublikanın Şirvan zonasında kəşfiyyat quyuları qazmaq üçün nazirliyin ən bacarıqlı geoloqlarını və neft ustalarını bu işə cəlb etdi. Onların arasında Qaraş Əmirov da vardı. O, Kür ovalığında açılan yeni perspektivli neft yatarqlarını istifadəyə vermək üçün 1957-ci ildə oraya göndərilmişdi. "Kürovdağ", "Mişovdağ", "Qarabağlı", "Kursəngi" və başqa bu kimi iri neft yataqları bilavasitə onun iştirakı ilə kəşf edilmişdir. Elə həmin illərdə Qaraş Əmirov bacarıqlı təşkilatçı, mahir usta kimi tanındı.
Raif Əmirov
Raif Kadim oğlu Əmirov (rus. Амиров Раиф Кадимович, başq. Әмиров Рәиф Ҡәҙим улы, d. 3 noyabr 1941, Najar, Baltas rayonu, Başqırd MSSR, SSRİ) — Başqırd əsilli SSRİ, Rusiya və Belarus yazıçısı, elmi-ədəbi tənqidçisi, Filologiya elmləri doktoru (1986), professoru (1987), SSRİ Yazıçılar İttifaqının üzvü (1981), Belarus Respublikasının əməkdar elm xadimi (1991). == Bioqrafiya == Raif Kadim oğlu Əmirov 3 noyabr, 1941 tarixində, Başqırd MSSR-in inzibat bölgüsü Baltas rayonunda yerləşən Najar kəndində, bir kəndli ailəsində anadan olmuşdur. Atası Kadim kollektiv fermada traktor sürücüsü olaraq işləyirdi. Böyük Vətən müharibəsi zamanı, Baltikyanı ölkələrdə döyüşərkən, 26 yaşında vəfat etmişdir. Anası Zamiqa, tək qadın olaraq Raifi və 2 qardaşı qızını böyütmüşdür. Raif Əmirov, Najar kəndində ibtidai təhsilini bitirmiş, Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən Jiləzekul kəndində 7 il təhsil almış, Yuxarı Qarış kəndində isə, orta təhsilini bitirmişdir. Raif Əmirov məktəbə getməkdən əlavə olaraq, kollektiv fermada da işləyirdi.
Savalan Əmirov
S.T.Əmirov 05 may 1939-cu ildə anadan olmuşdur. 1956-cı ildə orta məktəbi, 1962-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) “mühəndis-geoloq” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1962-64-cü illərdə təyinat üzrə Azərb.E.A. geologiya İnstitunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1964-1967-ci illərdə SSRİ EA Kristalloqrafiya institutunun əyani aspiranturasında təhsil almış, 1968-ci ildə Moskva şəhərində “Kristalloqrafiya və kristallofizika” ixtisası üzrə kimya elmləri namizədi elmi dərəcəsi almaq üçün homentitin strukturası mözusunda namizədlik dissertasiyası müdafiə edərək Azərb.E.A. kimya institutunda kiçik elmi işçi, baş elmi işçi vəzifələrsində işləmişdir. S.T.Əmirovun əsas tədqiqat sahəsi yüksək adsorbsiya, katalizator, molekulyar ələk xassələrinə malik olan təbii və suni seolitlərin atom-kristal strukturlarının açılmasına kristollokimyasına faza çevrilmələrinə və tətbiqinə həsr olunmuşdur. Görkəmli alim, akademik Xudu Məmmədovla birlikdə təklif etdiyi seolitlərin kristallokimyəvi təsnifatı bu sahədə işləyən alimlər tərəfindən qəbul olunmuş və dərs kitablarında və monoqrafiyalarda öz yerini tutmuşdur. Prof. S.T.Əmirov 1983-cü ildə konkursdan keçərək AzPİ-nin “KMT və Korroziya” kafedrasına dosent vəzifəsinə işə qəbul olunmuşdur. Prof. S.T.Əmirov elmi-pedoqoji fəaliyyətini davam etdirərək 1990-cı ildə Daşkənd şəhərində “Seolitlərin struktur kimyası və faza çevrilmələri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Azad bəy Əmirov
Əmirov Azad bəy Abbas oğlu (1883, Şuşa – 1939, Bakı) — həkim, pedaqoq, Azərbaycanda ilk fizioloqlardan biri. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu. == Həyatı == Əmirov Azad bəy Abbas oğlu 1904-cü ildə Qori seminariyasını, Odessa universitetinin hüquq və tibb fakültələrini bitirmişdir.1926-cı ildən ADU-da dərs demişdir. Üzeyir Hacıbəyovun uşaqlıq dostu olmuş, Qori seminariyasında onunla birgə təhsil almışdır. Musiqi istedadına və gözəl səsə malik olan Azad bəy Əmirov 1912-ci ildə Şuşada "O olmasın, bu olsun" musiqili komediyasını tamaşaya qoymuşdu. Ü.Hacıbəyov öz xatirələrində Məşədi İbad rolunun A.Əmirovun ifasında əvəzsiz olduğunu söyləmişdi. 1918-ci ildə "Leyli və Məcnun" operasının 10 illiyi münasibətilə Ü.Hacıbəyova yazdığı məktubda A.Əmirov onun Azərbaycan tarixindəki mühüm rolunu çox böyük uzaqgörənliklə göstərmişdi: "Vaxt gələcək, tarix, yalnız ədalətli tarix özünün ehtiyatlı əli ilə öz səhifələrində müsəlman həyatındakı bu misilsiz müstəsna hadisəni qızıl hərflərlə yazacaq və sənin, əziz Üzeyir, əzabkeş millətinin fərəhsiz həyatına çox zəngin xəzinə, nadir inci kimi bəxş etdiyin gözəl, ilahiləşdirilmiş cərəyanı xüsusi qeyd edəcəkdir".
Fikrət Əmirov (1985)
== Məzmun == Film Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun yaradıcılığına həsr olunmuşdur. Kinolentdə bəstəkarın ölümündən bir qədər əvvəl çəkilmiş kinoxronikadan, fotoşəkillərdən istifadə edilmişdir. Kino əsərinə "Sevil" operasından, "Min Bir Gecə" baletindən ayrı-ayrı səhnələr, Rəşid Behbudovun, Nəbi Xəzrinin, Tixon Xrennikovun xatirələri daxil edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cahangir Zeynallı Ssenari müəllifi: Ayaz Vəfalı Operator: Tofiq Sultanov, Şərif Şərifov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 328.
Mirzə Nəsrulla Əmirov
Mirzə Nəsrulla Əmirov (d.1873, Naxçıvan – ö.1937 Naxçıvan) — Müsəlman Milli Komitəsinin sədri, Naxçıvan Milli Şurasının sədri, repressiya qurbanı. == Həyat və fəaliyyəti == Mirzə Nəsrulla 1873-cü ildə Naxçıvanda anadan olmuşdur. 1886-cı ildə peşəsi mülkədar və yerli həkim olan Mirzə Nəsrulla Əmirov 1917-ci ildə ticarətlə məşğul olmuşdur. 1919-cu ildə Mirzə Nəsrulla Müsavat hakimiyyəti dövründə təşkil olunmuş Milli Məclisin sədri (Naxçıvan Milli Komitəsinin sədri) seçilmişdir. === Ailəsi === Oğulları: Cabbar Əmirov Cəlil Əmirov Kazım Əmirov Kərim ƏmirovQızları: Tovuz Əmirova Tərlan Əmirova Nusrət Əmirova Xurşud Əmirova Ürfət Əmrova Nigar Helmi Abbasbəyli (nəticəsi) Ilham Mustafayev (nəticəsi) == Repressiya qurbanı == Mirzə Nəsrulla Əmirov 1937-ci ildə repressiya qurbanlarından biri olmuşdur. == Həmçinin bax == Cəlil Əmirov Cabbar Əmirov Nigar Helmi Abbasbəyli == Xarici keçidlər == Görkəmli şəxsiyyətin layiqli davamçısı Maarif fədaisi,... == Mənbə == Aslan Kənan. "XX əsrdə repressiyalara məruz qalanlar". Bakı, ― Azərnəşr‖, 2011 – 296 s.
Məşədi Cəmil Əmirov
Məşədi Cəmil Əmiraslan oğlu Əmirov (1875, Şuşa – 1928, Gəncə) — Azərbaycan tarzəni, bəstəkar, musiqi xadimi. == Həyatı == Məşədi Cəmil Əmirov 1875-ci ildə Şuşada anadan olmuş və ilk təhsilini mədrəsədə almışdı. Onun uşaqlığı və gənclik illəri ehtiyac içində keçmişdir. 12 yaşında ikən atası Kərbəlayi Əmiraslan bəyi itirən Məşədi Cəmil Şuşanın Torpaq meydanında bişmiş noxud satmağa başlayır və buna görə də təhsilini yarımçıq dayandırır. Məşədi Yaxşı xanım oğlunu bir dərzinin yanına şagird qoyur. Məşədi Cəmil tezliklə Şuşada bir dərzi kimi məşhurlaşır.1911-ci ildə musiqi təhsili almaq üçün Türkiyənin İstanbul şəhərinə gedir. İki ilə yaxın İstanbulda yaşayır və təhsil alır. Məşədi Cəmil Türkiyədə Azərbaycan musiqisinin qızğın təbliğatçısı kimi çıxış edir. Türkiyəlilər tarı sinədə çalmağı ilk dəfə Məşədi Cəmildə görürlər. Türkiyənin "Şəhbal" jurnalı Məşədi Cəmil və Azərbaycan musiqisi haqqında böyük bir məqalə yazıb Məşədi Cəmilin tarla şəklini dərc edir.Gəncəyə döndükdən sonra şəhərdə musiqi məktəbi açmaq istəyən Məşədi Cəmilə Çar Rusiyası icazə vermir.
Tatevos Əmirov
Tatevos Əmirov (Tatevos Əmiryan; v. 20 sentyabr 1918, Krasnovodsk) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == 1917-ci ildə yaranan Bakı kommunasında süvari dəstəsinin komandiri. Tatevos Əmirov 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Umbay Əmirov
Umbay Əmirov (Umbay Abbas oğlu Əmirov; d.1899 — v.?) — Cümhuriyyət tələbəsi, həkim, Azərbaycan SSR Səhiyyə Nazirinin müavini. == Həyatı == Umbay Abbas oğlu Əmirov 1899-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa real məktəbini bitirmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri idi. 1916-cı ildən Odessa Universitetində təhsil almış, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb geri qayıtmışdı. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən təhsilini tibb sahəsində davam etdirmək üçün yenidən həmin universitetə göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır. Azərbaycan SSR-nin səhiyyə nazirinin müavini vəzifəsində çalışmışdı. == Ailəsi == Umbay Əmirov Dilarə Səfərova ilə ailə qurmuşdu. Rasim və Arif adlı iki oğlu, Beyim adlı qızı vardı.
Çingiz Əmirov
Çingiz Əmirov — Ədliyyə polkovniki, Ədliyyə Nazirinin müavini, MQİBİ-nin (Penitensiar Xidmətin) rəisi (1993-1996). == Həyatı == Çingiz İldırım adına AzPİ (1971), Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetində (1991) təhsil alıb. Ədliyyə polkovniki, 15.11.1993-dən 27.07.1996-cı ilədək Ədliyyə Nazirinin müavini, MQİBİ-nin (Penitensiar Xidmətin) rəisi olmuşdur. 1994-cü ildə çəkilən "Qara "Volqa"" filmində məsləhətçi olmuşdur. 27.07.1996-cı ildə xidmət zamanı vəfat etmişdir. Yazıçı Rövşən Yerfinin "Üzdəniraq ada" romanı Çingiz Əmirovun xatirəsinə ithaf olunmuşdur. == Ailəsi == Yazıçı Cəmşid Əmirovun oğludur. == İstinadlar == == Xarici keçidlər == "Qara Volqa"nın müəllifi nədən qorxmuşdu?!
İntiqam Əmirov
İntiqam Sədi Oğlu Əmirov () — Azərbaycanlı şəhid. == Həyatı == Əmirov İntiqam Sədi oğlu 9 avqust 1972-ci ildə Qərbi Azərbaycanın Tumanyan rayonunun, Ayrım kəndində anandan olmuşdur.O, 1988-ci ildə Ayrım kənd orta məktəbinə qədəm qoysa da məlum hadisələrlə əlaqədər olaraq ailəsi ilə birlikdə Azərbaycana köçüb gədikdən sonra təhsilini Gəncə şəhər 2 saylı orta məktəbdə davam etdirmiş və orta məktəbi bitirdikdən sonra 77 saylı peşə məktəbində çilingər peşəsinə yiyələnmişdir. == Hərbi Xidməti == İntiqam Əmirov 1990-cı ildə həqiqi hərbi xidmətə çagırılmış, Nasosnu deyilən yerdə sıravi əsgər kimi xidmət edib 1992-ci ildə geri qayıtmışdır.İntiqam Əmirov Gəncə şəhəri Xalça kombinatında mühəndis kimi işə düzəlmiş, həmin ilin oktyabr ayında ailə qurmuş və bir qız övladı dünyaya gəlmişdir. O, həmişə ermənilərə nifrət etmiş, azərbaycanlılara qarşı törətdikləri qanlı hadisələrə dözə bilməyib öz istəyi ilə 29 aprel 1993-cü ildə Nizami Rayon Hərbi Komissarlığı tərəfindən cəbhəyə yollanmış və 703 saylı Gəncə batalyonunda xidmət etmişdir. İntiqam Əmirov tez bir zamanda zabit-əsgər heyətinin hörmətini qazanmış, komandiri tərfindən ona verilmiş döyüş tapşırıqlarını vaxtında və uğurla yerinə yetirmiş, cəsur döyüşçü olmuşdur. Əmirov İntiqam Sədi oğlu 27 iyul 1993-cü ildə Ağdərə rayonunun Levonarx kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Məhkəmənin 2-171 2001-ci il tarixli qərarına əsasən İntiqam Əmirov itkin düşdüyü, yəni 27 iyul 1993-cü il tarixdən etibarən şəhid elan edilmişdir.
Əli Əmirov
Əli Cabbar oğlu Əmirov (25 mart 1915, Naxçıvan – 12 fevral 1979, Bakı) — Azərbaycan Kommunist Partiyası MK-nin katibi (1962–1971), texnika elmləri doktoru, professor == Həyatı == Əmirov Əli Cabbar oğlu Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nu bitirdikdən sonra, 1940–1952-ci illərdə "Orconikidzeneft" trestində neft hasilatı ustasından trestin müdirinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1952–1972-ci illərdə "Azərbaycan neft təsərrüfatı" jurnalının redaksiya kollegiyasının üzvü və redaktoru olmuşdur. 1955–1959-cu illərdə Azərbaycan Neft sənayesi nazirinin müavini, 1959–1962-ci illərdə isə "Azneft" İB-nin baş direktoru olmuşdur. 1959-cu ildə "Çox dərin quyuların istismarının bəzi ünsürləri (məsələləri)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1962-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi seçilmişdir. 1971-ci ildən "Azneft" İB baş mühəndisi işləmiş və "Qum adası", "Makarov b.", "Səngəçal-dəniz", "Duvannı-dəniz", "Bulla-dəniz" neft-qaz yataqlarının mənimsənilməsində bilavasitə iştirak etmiş və rəhbərlik etmişdir. Əmirov Ə.C. Azərbaycanın Mədəni əlaqələr cəmiyyətinin vitse-prezidenti olmuşdur. 1971-ci ildə "Dərin və çox dərin quyuların mənimsənilməsi və istismarının texnika və texnologiyasının bəzi problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1977-ci ildə o AzNKİ-nun "Neft yataqlarının işlənilməsi və istismarı" kafedrasında dosent, professor vəzifələrində işləmişdir.Texnika Elmləri Doktoru (1972), SSRİ Dövlət Mükafatları Laureatı (1969), Azərbaycan Neft Sənayeinin müavini (1958–1959), Azərneft Birliyinin rəisi (1959–1962) == Elmi fəaliyyəti == Əmirov Ə.C. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir.
Əliağa Əmirov
Əliağa Güləli oğlu Əmirov (10 avqust 1922, Corat, Bakı qəzası – 1984, Corat, Sumqayıt) — Böyük Vətən müharibəsi veteranı, azərbaycanlı Polkovnik == Həyatı və gənclik illəri == Əliağa Əmirov 1922-ci il, 15 avqust tarixində Bakının Corat kəndində anadan olmuşdur. II Dünya Müharibəsi başlayan zaman tələbə idi. O, cəbhəyə könüllü getmişdir. 6 ay Orconikidze adına hərbi piyadalar məktəbində oxuyub. Hərbi məktəbdə xüsusi fərqlənən Əliağa Əmirov Leytenant rütbəsi aldıqdan sonra 416-cı diviziyanın 1368-ci polkunda 6 ay gənc əsgərlərin təlimi ilə məşğul olub. == İkinci Dünya Müharibəsi == Əliağa Əmirov Mozdokdan Qafqaz dağlarınadək 15 çətin döyüş əməliyyatında xüsusi fərqlənmə ilə iştirak etmişdir. O, Qafqaz döyüşü (həmçinin Qafqaz uğrunda döyüş) və ya Don əməliyyatı adlandırılan və İkinci Dünya müharibəsinin şərq cəbhəsində, Qafqaz regionunda, xüsusilə də Don çayı və Böyük Qafqaz dağları arasındakı bölgədə baş verən xüsusi əhəmiyyət kəsb edən döyüşdə verilən döyüş tapşırıqlarını uğurla yerinə yetirmişdir. O, eyni zamanda II Dünya Müharibəsində həlledici döyüşlərdən hesab edilən Berlin döyüşündə iştirak etmişdir. Əliağa Əmirov məhz bu döyüşdə piyada əleyhinə minaya düşmüşdür. Nəticədə onun bir ayağı amputasiya edilmiş və əlil olmuşdur.
Əliyar Əmirov
Əmirov Əliyar Həsənalı oğlu — azərbaycanlı xanəndə.[mənbə göstərin] == Həyatı == Əliyar Əmirov 1925-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. 1941-ci ildə həmin rayonun Ağalıkənd yeddi illik məktəbini bitirmişdir. II dünya müharibəsi zamanı 416-cı Taqanroq diviziyasında xidmət etmişdir. 1949-cu ildən ömrünün sonuna kimi o, M.Maqomayev adına Dövlət Filarmoniyasının solisti olmuşdur. Əliyar Əmirov 1994-cü ildə vəfat etmişdir. Məzarı Biləsuvar şəhər qəbirstanlığındadır. Onlarla muğam onun ifasında Qızıl fondda saxlanılır.
Aidə Əmirova
Fikrət Əmirov (film, 1985)
== Məzmun == Film Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun yaradıcılığına həsr olunmuşdur. Kinolentdə bəstəkarın ölümündən bir qədər əvvəl çəkilmiş kinoxronikadan, fotoşəkillərdən istifadə edilmişdir. Kino əsərinə "Sevil" operasından, "Min Bir Gecə" baletindən ayrı-ayrı səhnələr, Rəşid Behbudovun, Nəbi Xəzrinin, Tixon Xrennikovun xatirələri daxil edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cahangir Zeynallı Ssenari müəllifi: Ayaz Vəfalı Operator: Tofiq Sultanov, Şərif Şərifov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 328.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası — Gəncədə fəaliyyət göstərən konsert kompleksi. Filarmoniya binası 2012-2017-ci illərdə Cavad xan və Həsən bəy Zərdabi küçələrinin kəsişməsində memar Ramiz Hüseynovun layihəsi əsasında inşa edilib. Gəncə Filarmoniyasının əsası 1935-1936-cı illərdə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə qoyulub. 1949-cu ildə Gəncə Dövlət Filarmoniyasının fəaliyyətinə xitam verilir, lakin, 1990-cı ildən Gəncədə Dövlət Filarmoniyası yenidən fəaliyyətə başlayır. == Tarixi == Gəncə Filarmoniyasının əsası 1935-1936-cı illərdə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə qoyulub. Böyük Vətən Müharibəsi zamanı Fikrət Əmirov döyüşlərdən kantuziya ilə qayıtdığından onu işləmək üçün Gəncə Filarmoniyasına göndərirlər. 1946-1949-cu illərdə Filarmoniyaya xalq artisti Məhəmməd Bürcəliyev rəhbərlik edir. 1949-cu ildə Gəncə Dövlət Filarmoniyasının fəaliyyətinə xitam verilir.1959-cu ildə bəstəkar Xəlil Cəfərovun rəhbərliyi ilə Gəncədə yeni mahnı və rəqs ansambılı fəaliyyətə başlayır. Gəncədə ilk simfonik orkestr 1969-cu ildə Şirin Rzayev tərəfindən yaradılmışdır. Daha sonra xalq artisti Fikrət Verdiyevin rəhbərliyi ilə “Göy-göl ” mahnı və rəqs ansambılı özfəaliyyət olaraq fəaliyyətə başladı.
Fikrət Əmirov adına Musiqi Məktəbi (Sumqayıt)
Fikrət Əmirov adına Musiqi Məktəbi — Sumqayıtda musiqi məktəbi. == Ümumi məlumat == 1991-ci ildə fəaliyyətə başlamışdır. Ümumi sahəsi 500 kv.m olan məktəbin 40 sinif otağı, 150 nəfərlik zalı şagirdlərin ixtiyarındadır. Məktəbdə 217 nəfər müəllim çalışır ki, onlardan 39 nəfəri ali, 178 nəfəri isə orta ixtisas musiqi təhsillidir. 9 ixtisas üzrə fortepiano, skripka, tar, kamança, qarmon, saz, klarnet, nağara, xanəndəlik-muğam üzrə 627 nəfər şagird təhsil alır. Məktəbin məzunları Əliyeva Natəvan, Rzayev Rəşad, Əliyev Vüqar, İbrahimov Şamxal, Quliyeva Mətanət və b. doğma kollektivə müəllim kimi qayıdıb musiqinin sirlərini şagirdlərə həvəslə öyrədirlər. Tarixi günlərin, bayramların lazımi səviyyədə qeyd olunması, Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığına həsr edilmiş gecələrin, konsert proqramlarının təşkil edilməsinin öhdəsindən məktəbin kollektivi bacarıqla gəlir. 1996-cı ildə məktəbin 5 illik, 2001-ci ildə isə 10 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Yubileylə bağlı "Ömrün musiqi yaşantıları" adlı kitab nəşr edilmişdir.
Fikrət Əmirovun heykəli (Bakı, 2011)
Fikrət Əmirovun heykəli — Azərbaycan bəstəkarı, SSRİ xalq artisti, SSRİ dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR dövlət mükafatı laureatı Fikrət Əmirova 2011-ci ildə Bakı şəhərində qoyulmuş heykəl. Heykəlin müəllifi Namiq Dadaşovdur. Heykəlin ətrafı abadlaşdırılmış, burada yeni park salınmışdır.
Fikrət Əmirovun əsərlərinin siyahısı
Fikrət Əmirovun yaratdığı əsərlərin siyahısı — Azərbaycanlı bəstəkar, SSRİ xalq artisti, SSRİ dövlət mükafatı laureatı , Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR dövlət mükafatı laureatı Fikrət Əmirovun əsərlərinin verildiyi ümumi bir siyahı. Fikrət Əmirov 1942-1984-cü illərdə fəaliyyət göstərmiş, bu illər ərzində opera, simfoniya, simfonik muğam, konsert üslublarında əsərlər yaratmışdır. O, bir çox orkestr üçün bəstələr, kamera əsərləri, uşaq mahnıları, biblioqrafiyalar yazmışdır. Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncədən anadan olub. 1948-ci ildə Bakı Konservatoriyasını Üzeyir Hacıbəyov və Boris Zeydmanın sinifində bitirib. Gəncə Dövlət Filarmoniyası və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı vəzifələrində çalışıb. SSRİ Bəstəkarlar İttifaqının katibi seçilmişdir. Fikrət Əmirovun yaradıcılığı geniş və çoxşaxəlidir. O, musiqinin bir çox janrlarında əsərlər bəstələmişdir. Bəstəkarın “Sevil” operası, “Min bir gecə”, “Nəsimi dastanı”, “Nizami” baletləri, “Şur”, “Kürd Ovşarı”, “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamları, “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu”, skripka və fortepiano üçün “Muğam-poema”sı, suitaları, instrumental konsertləri, mahnı və romansları, dram tamaşalarına və kinofilmlərə yazdığı musiqi Azərbaycan mədəni irsinin qiymətli əsərlərindəndir.
Sevil Əmirova
Sevil Fikrət qızı Əmirova (d. 4 noyabr 1953, Bakı) — Fikrət Əmirov Beynəlxalq Assosiasiyasının (Belçika) həmtəsisçisi, İctimai xadim, musiqiçi. == Həyatı == 1953-cü il noyabrın 4-də Bakı şəhərində görkəmli bəstəkar Fikrət Əmirovun ailəsində anadan olub. Adı atası Fikrət Əmirovun 1953-cü ildə yaratdığı “Sevil” operasının qəhrəmanı ilə bağlıdır. 1961-1972-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alib.1978-ci-ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını professor Zöhrab Adıgözəlzadənin sinfində fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. == Fəaliyyəti == 1978-1995-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında müəllim, baş müəllim vəzifələrində çalışıb. 1995-ci ildən həyat yoldaşının fəaliyyəti ilə bağlı bir sıra Avropa ölkələrində yaşayıb. 1995-2004-cü illərdə Brüsseldə fəaliyyət göstərən Avropa Qadınlar Assosiasiyasının (Association FEMMES D’EUROPE a.i.s.b.l.) üzvü, “Belçika-Azərbaycan Alyansı” mədəniyyət mərkəzinin təsisçisi və prezidenti olub. 2004-2009-cu illərdə Yunanıstanın Afina şəhərində “Beynəlxalq Qadınlar Klubu”nun ( Women’s International Club) üzvü olaraq fəaliyyət göstərib. 2012-2016-cı illərdə Hollandiyanın Haaqa şəhərində “Ambassadors Spouses Association” qadınlar cəmiyyətinin üzvü seçilib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 15.69 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 47.97
2003 •••• 7.87
2004 ••••• 11.12
2005 ••••••••• 19.57
2006 ••••••• 15.99
2007 ••••••• 15.22
2008 ••••• 11.45
2009 ••••••• 14.56
2010 ••••••••• 20.88
2011 •••••••••• 21.88
2012 ••••••••• 19.96
2013 •••••• 12.98
2014 ••••••• 14.76
2015 ••••••• 15.82
2016 •••••••• 17.01
2017 •••••• 12.03
2018 ••••• 10.34
2019 •••••• 12.66
2020 ••••• 10.48

"əmirov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əmirov nədir? #əmirov sözünün mənası #əmirov nə deməkdir? #əmirov sözünün izahı #əmirov sözünün yazılışı #əmirov necə yazılır? #əmirov sözünün düzgün yazılışı #əmirov leksik mənası #əmirov sözünün sinonimi #əmirov sözünün yaxın mənalı sözlər #əmirov sözünün əks mənası #əmirov sözünün etimologiyası #əmirov sözünün orfoqrafiyası #əmirov rusca #əmirov inglisça #əmirov fransızca #əmirov sözünün istifadəsi #sözlük