əmir-üməra sözü azərbaycan dilində

əmir-üməra

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əmir-üməra • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əmir əl-üməra
Əmir əl-üməra — yəni, "əmirlər əmiri". Marşal hərbi rütbəsinə bərabər idi. İlk Səfəvilər dövründə nizami ordu yox idi və qoşunlar müharibə baş verdiyi təqdirdə qızılbaş tayfaları əmirlərinin qeyri-nizami hərbi qüvvələrindən təşkil edilirdi. Əmir əl-üməra mahiyyətcə Səfəvi ordusunun baş komandanı idi. Hərbi iş bütünlüklə Azərbaycan feodallarının əlində olduğuna görə, əmir əl-üməra vəzifəsi təbii olaraq qızılbaş tayfa əyanlarının inhisarında olan imtiyaz sayılırdı. Bu vəzifəni tutanlar arasında, eyni vaxtda həm də vəkil olmuş Hüseyn bəy Şamlını, 1509-1523-cü illərdə əmir əl-üməra olmuş Məhəmməd bəy Süfrəçi Ustaclını (Çayan Sultanı), onun oğlu Bəyazid sultanı göstərmək olar. Div sultan Rumlu, Çuxa sultan Təkəli və Hüseyn xan Şamlı bir-birinin ardınca vəkil olmuş, eyni zamanda əmir əlüməra vəzifəsini ona uyğunlaşdırıb icra etmişdilər. Sonuncu halda vəkil və əmir əl-üməra vəzifələri arasında hədd qoymaq çox çətindir. Çünki mənbələr bu vəzifələri tez-tez eyni şəxslərə aid edirlər. Mənbələrdən aydın olur ki, hicri 937 (1532-1533)-ci ildə I Şah Təhmasib əmir əlüməra vəzifəsini Hüseyn xan Şamlıya və Abdulla xan Ustaclıya etibar etdi və onlar həmin vəzifəni birgə yerinə yetirdilər.
Əmir
Əmir—Ərəbcə başçı, şah. == Tarixi == Ərəblər ölkəni işğal etdikdə burada rast gəldikləri inzibati və idarəetmə aparatına toxunmadilar. Onlar bizanslılar və sasanilərdən görkəmli qoşun başçılarının idarəsinə verilən canişinlik sisteminə yiyələnib geniş istifadə etməyə başladilar. Canişinlər əmir (ilk zamanlar: amil) ,canişinlik isə əmirlik adlanırdı. Xilafət əmiri onun hakimiyyətinə verilən torpaqları xəlifənin fərmanı ilə ,ixtiyarında olan orduya arxalanaraq idarə edirdi. Əməvilərin hökmranlığı illərində 5-9 , Abbasilərin hökmranlığı illərində isə 14 canişinlik yaradılmışdı. Hər bir əmirlik fəth olunmuş bir sıra ölkənin torpaqlarını əhatə edən geniş ərazini birləşdirir, bu birləşik ərazi əyalət adlanırdı. Əmirəlüməra—Əmirlər əmiri.
Əmir (Askın)
Əmir (başq. Әмир, rus. Амирово) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kaşka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 4 km, kənd sovetliyindən (Kaşka): 2 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 37 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (99 %) üstünlük təşkil edir.
Əmir (Gədəbəy)
Əmir — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Poladlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Dağətəyi ərazidədir. Bəzən Əmir variantında qeydə alınmışdır. Oykonim eymur tayfasının adı ilə bağlıdır, etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 183 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Əmir (Marağa)
Əmir (fars. امير‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 230 nəfər yaşayır (60 ailə).
Əmir (dəqiqləşdirmə)
Əmir — başçı. Kəndlər Əmir (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Əmir (Askın) — kənd. Əmir (Marağa) — kənd.
Əmir (kənd)
Əmir — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Poladlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Dağətəyi ərazidədir. Bəzən Əmir variantında qeydə alınmışdır. Oykonim eymur tayfasının adı ilə bağlıdır, etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 183 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Əmir Altun
Əmir Altun (?-1393) — XIV əsr Azərbaycan sərkərdəsi, Əlincə qalasının kutvalı.
Əmir Ağayev
Əmir Ağayev (ivr. ‏אמיר עגיוב‏‎; 10 fevral 1992, Rişon-le-Sion, İsrail) — Azərbaycan əsilli İsrail futbolçusu, "Sumqayıt" FK-nun yarımmüdafiəçisi. == İstinadlar == == Xarici keçidlər == Əmir Ağayev — transfermarkt.com saytında. (ing.) Soccerway.com saytında profili (ing.) Əmir Ağayev.
Əmir Bahadır
Hüseynpaşa xan Məhəmmədsadıq xan oğlu Bahadurlu (1855-1917) — İran şahı Məhəmmədəli şahın saray vəziri. == Həyatı == Hüseynpaşa xan Məhəmmədsadıq xan oğlu 1855-ci ildə Qaradağ vilayətinin Şərqi Dizmar mahalının Mərdannaqim kəndində anadan olmuşdu. Tanınmış Bahadurlular nəslindəndir. Bu soy Rusiya-İran müharibəsi zamanı Qarabağdan mühacirət edib. Hüseynpaşa xan mükəmməl təhsil almışdı. Təbrizə yollanıb vəliəhd Müzəffərəddin mirzəyə xidmət etmişdi. 1884-cü ildə yüzbaşı, 1886-cı ildə qullarağasıbaşı, 1891-ci ildə acudanbaşı rütbəsinə, 1892-ci ildə Əmir Bahaduri-Cəng ləqəbinə layiq görülmüşdü. Müzəffərəddin şah 1896-cı ildə Nizamüssəltənə Abdulla xan Qacar keşikçibaşının yerinə təyin etdi. Şah qvardiyasının rəisi oldu. Hüseynpaşa xan Əmir Bahaduri-Cəng 1903-cü ildə sərdar rütbəsinə layiq görüldü.
Əmir Bəhlul
Əmir Şeyx Bəhlul Dərbəndi — Şirvanşah şahzadəsi, Sultan Məhəmməd Dərbəndinin oğlu, I İbrahimin qardaşı, Şirvan ordusunun baş komandanı. == Həyatı == Bəhlulun doğum tarixi məlum deyil. Uşaqlığı atası və qardaşı ilə Şəkidə gizlənərək keçmişdir. Qardaşı I İbrahimin dövründə Şirvan ordusunun baş komandanı təyin olunmuşdur. Çalağan döyüşündə Şirvan ordularına başçılıq etmiş, məğlub olduqdan sonra 200 tümən can bahası tələb olunmuşdu. Bəhlulun ölüm tarixi məlum deyil. Oğlu Əmir Təhmuras daha sonralar onun kimi sərkərdə olmuşdur.
Əmir Eldəgəz
Şəmsəddin Eldəniz (tam adı: Şəms əl-Din Eldəniz, az.-əski. شمس الدین الدڭیز‎, fars. اتابک شمس‌الدین ایلدگز‎; -(d.1110 – ö.oktyabr 1175 Naxçıvan) — Azərbaycanın I böyük atabəyi, İraq Səlcuq Sultanlığının sərkərdəsi, Səlcuqlu şahzadəsi və sonradan Sultanı olan Sultan Arslan şahın atabəyi. Mənşəcə qıpçaqlardan olan Şəmsəddin Eldəniz Azərbaycan Atabəylər dövlətinin və Eldənizlər sülaləsinin yaradıcısı, siyasi xadim və sərkərdədir. 1136-cı ildə Səlcuqlu hökmdarı Sultan Məsuddan Aranı iqta olaraq alan Atabəy Eldəniz yerli xırda feodalları özünə tabe edə bilmiş, 1141-ci ildə isə Səlcuqluların Azərbaycandakı canişini Qara Sunqurun ölümündən sonra bütün Azərbaycanın idarəçiliyini tədricən ələ keçirmişdir. Azərbaycanın bir hissəsini iqta olaraq aldıqdan sonra mərkəzi hakimiyyətdəki saray çəkişmələrində aktiv iştirak etmiş, bununla bərabər Azərbaycan ərazisindəki digər canişinləri kənarlaşdıraraq onların torpaqlarını da özünə tabe etmişdir. Hətta bir müddət heç bir İraq Səlcuq Sultanlığının hökmdarına tabe olmamış, birbaşa Böyük Səlcuq imperiyasının hökmdarı Sultan Səncərin adına xütbə oxutmuş və pul zərb etdirmişdir. 1160-cı ildə Sultan Süleyman sui-qəsd nəticəsində öldürülür. Bundan sonra Şəmsəddin Eldəniz bir sıra Səlcuqlu sərkərdələrinin dəvəti ilə Arslan şahı taxta çıxarmaq və hakimiyyəti möhkəmləndirmək, eləcə də İraq Səlcuq sultanlığının idarəsini öz əlində saxlamaq üçün 1160-cı ildə 20 minlik ordu ilə Həmədana gəlir. Tacqoyma mərasimindən sonra oğulluğu Arslan şahı sultan elan edir.
Əmir Hacıyev
Hacıyev Əmir Səhliəli oğlu (5 (17) may 1899, Şuşa – 21 avqust 1972, Bakı) — Azərbaycan qrafik rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943). == Həyatı == Əmir Hacıyev 17 may 1899-cu ildə Şuşada anadan olmuşdur. Yaradıcılığa 1918-ci ildə Şuşada afişa və portretlər yaratmaqla başlamış, 1923-cü ildə isə Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olmuşdur. 1920-ci illərin ikinci yarısından Əmir Hacıyev "Azərbaycan Qadını (jurnal)", "Həmkarlar İttifaqı" kimi jurnallara illüstrasiyalar çəkir, əməkdaşlıq və digər mövzularda plakatlar yaratmağa başlayır. Eyni zamanda o, Bakıda pedoqoji fəaliyyətlə məşğul idi. Tələbələrindən biri olan Kazım Kazımzadənin də tanınmış rəssam kimi formalaşmasında Əmir Hacıyevin rolu əvəzsizdir. Bu dövrdən başlayaraq rəssam tanınmış yazıçıların əsərlərinə illüstrasiyalar yaradır. "Xavər" (Mehdi Hüseyn) (1930), "Nəhənglər Ölkəsi" (Mirzə İbrahimov) (1932), "Leyli və Məcnun" (Füzuli) (1953) "Poçt Qutusu" (Mirzə Cəlil) (1960) bu əsərlərə nümunədir. Hacıyevin ən yaxşı kitab təsvirləri Süleyman Sani Axundovun "Qaraca qız" (1924), Əbülhəsən Ələkbərzadənin "Yüksəliş" (1931), Yusif Vəzir Çəmənzəminlinin "Qızlar Bulağı" (1934), Mirzə Fətəli Axundzadənin "Hekayəti Molla İbrahim-Xəlil Kimyagər" (1938), Nizami Gəncəvinin "Yeddi gözəl" (1941), Füzulinin "Leyli və Məcnun" (1953) əsərlərinə çəkilmiş illüstrasiyaları hesab olunur. 1941-1945-ci illər Böyük Vətən Müharibəsi dövründə təbliğat afişaları yaratmağa başlayır.
Əmir Hüseynov
Əmir Hüseynov (25 may 1914; Zəngəzur, Meğri, Rusiya imperiyası — 6 avqust 1998) — Azərbaycan alimi, biologiya elmləri namizədi (1954). == Həyatı == Əmir Hüseynov 1914-cü il may ayının 25-də Zəngəzur mahalının Mehri rayonu Lök (Vartanizor) kəndində anadan olmuşdur. 1932-ci ildə İrəvan Pedaqoji Texnikumunu bitirmişdir. 1932–1935-ci illərdə Mehri rayonunun Nüvədi kəndində 7 illik məktəbdə müəllim və direktor vəzifələrində işləmişdir. 1935-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomiya fakültəsinə daxil olmuş və 1940-cı ildə onu fərqlənmə ilə bitirmişdir. 1940-cı ilin oktyabr ayından – 1941-ci ilin iyun ayınadək Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun torpaq şöbəsində baş aqronom vəzifəsində çalışmışdır. 4 iyul 1941-ci–24 avqust 1945-ci illərdə Böyük Vətən Müharibəsinin Şimali Qafqaz, 3-cü və 4-cü Ukrayna cəbhələrində bölüm, rota və eşelon komandiri vəzifələrində rəşadətlə vuruşmuşdu. 1944-cü il iyulun 4-də Moldovada ağır yaralanaraq II dərəcəli əlil olmuşdur. 1946-cı ildən Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun "Pambığın seleksiyası" şöbəsində baş elmi işçi vəzifəsinə qəbul olunmuşdur. 15 may 1953-cü il tarixində "Barbadenze pambıq formalarının xüsusiyyətləri və onların seleksiyada istifadəsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və SSRİ Ali Attestasiya Komissiyası 17 mart 1954-cü il tarixli qərarı ilə biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
Əmir Həbibzadə
Əmir Şamil oğlu Həbibzadə — fizika-riyaziyyat elmləri doktoru, professor == Həyatı == 23 yanvar 1916-cı ildə anadan olmuşdur. 1941-ci ildə BDU-nun Fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1944-1947-ci illərdə Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunda aspirant olmuşdur. 1948-ci ildə namizədlik, 1970-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 1948-ci ildən Bakı Dövlət Universitetində baş müəllim, dosent, professor vəzifələrini tutmuş, 1965-1992-ci illərdə isə funksiyalar nəzəriyyəsi və Funksional analiz kafedrasına rəhbərlik etmişdir. == Fəaliyyəti == Onun rəhbərliyi altında 54 nəfər elmlər namizədi elmi dərəcəsi almışdır. Onlardan bir çoxu Özbəkistan, Türkmənistan, Dağıstan, Misir, Kuba vətəndaşlarıdır. Sonralar 7 yetirməsi elmlər doktoru olmuşdur. Funksional analiz və kompleks analiz üzrə mütəxəssisdir. Xətti normallaşmış fəzalarda operator sinqulyar inteqral tənliklərin tədqiqi sahəsində mühüm nəticələr almışdır.
Əmir Həmzə
Usmi Əmir Həmzə (d. 1751 – ö. 1788) — XVIII əsrdə Qaytağın (cənub qumuqlarının) ən siyasi fəal usmisi, Ulu Əhməd xan usminin oğlu Əmir Həmzə idi. Onu haqlı olaraq Qaytağın, sonuncu nüfuzlu usmisi hesab etmək olar. "Qaytaq usmiləri şəcərəsinə" görə Əhmədxanın ölümündən sonra onun oğlu Xan Məhəmməd yox, nəvəsi, Xan Məhəmmədin oğlu Əmir Həmzə usmi oldu. A.A. Bakıxanov Gülüstani-İrəm əsərində yazırdı: "…Usmi Əhməd xan tezliklə öldü. Onun nəvəsi, Xan Məhəmmədin oğlu , tədbirli və cəsur adam Əmir Həmzə oldu. Əmir Həmzə haqqında ən erkən məlumat, Osmanlı sultanının, Dərbənd xanı, Qumuq Şamxalı Xaspoladın, Quba xanı Hüseyn Əlinin və usmi Əmir Həmzənin, onun təbəəliyinə hansı şərtlərlə daxil olmalarını aydınlaşdırmaq üçün, onlar "xeyli hədiyyə" göndərdiyi 1751-ci ilə aiddir. Əmir Həmzənin dönəmində Qaytaqın xarici siyasəti xeyli fəallaşdı. == Mənbə == Бакиханов.
Əmir Kazımov
Əmir Kır
Əmir Kır (17 oktyabr 1968, Şarlerua, Eno) — Türk əsilli belçikalı siyasətçi, Brüsselin 19 bələdiyyəsindən biri olan Sen-Joss-ten-Nodenin bələdiyyə sədri. == Həyat və faliyyəti == 2000-ci ildə Brüsselin Sen-Joss-ten-Node bələdiyyəsinin sədr müavini vəzifəsinə seçilmişdir. Təhsil sahəsində əsasən əcnəbilərin dil öyrənməsinə əsaslanan işlər görmüşdür. 2003-cü ildə federal seçkilərə qatılmış, lakin, 220 səs fərqi ilə federal parlamentə seçilməmişdir. 13 iyul 2004-cü ildə keçirilən bölgə seçkilərinə qatılmış və Brüssel Bölgəsindən 7409 səs toplayaraq partiyasının ən çox səs toplayan ikinci namizədi kimi bölgə məclisinə seçilmişdir. 6 partiyalı koalisiyada frankofonların (Fransızca danışanların) qurduğu Sosialist Partiyanın tutacağı iki nazir mandatından biri Əmir Kıra verilmişdir. 2012-ci ilin oktyabrında keçirilən bələdiyyə seçkilərində Brüssel Hökuməti Dövlət Naziri və Sen-Joss-ten-Node bələdiyyə sədrliyinə namizəd olmuş və o dövrdə sədr olan Yan Demannezi keçmişdir. Əmir Kır 1916 səs toplarkən, Demannəz yalnız 1215 səs toplaya bilmişdir. Bu nəticə daha öncə bələdiyyə sədri ilə əldə edilən razılığa əsasən 2013-cü ildə Əmir Kırın bələdiyyə sədri kimi vəzifəsinin icrasına başlamağa şərait yaratmışdır.
Əmir Kəbir
Mirzə Tağı xan Kərbəlayı Qurban oğlu Əmir Kəbir (təq. 1807 və ya 9 yanvar 1807 – 9 yanvar 1852 və ya 10 yanvar 1852, Kaşan, İsfahan ostanı) — Nəsrəddin şah Qacarın (1848–1896) dövründə İranın baş naziri (1847–1851), dövlət xadimi == Həyatı == O adlı-sanlı nəsildən deyildi. Atası, Kərbəlayı Mahmud Qurban, İraq Əcəmin hakimi Mirzə İsa xan Fərəhaninin ailəsinin aşpazı, Mirzə İsa xan Fərəhaninin vəliəhd Abbas mirzənin yanında qayem-məqam vəzifəsinə təyin olunması ilə əlaqədar Təbrizə köçür. Sonralar Mahmud Qurban Fərəhaninin evində inzibatçı olur. Məhəmməd Tağının doğum tarixi naməlumdur. Onun 1795–1800-cü illər arasında doğulduğu ehtimal edilir, bəzi tətqiqatçılar isə, məsələn A. Bağban bir şeirin mətnini deşifrə edərək bu tarixi 1807/08-ci il hesab edir.Məhəmməd Tağı qayemməqamın uşaqları ilə birlikdə tərbiyə alırdı. Uşaqlıqdan Abbas mirzənin və Fərəhani kimi, dövlətin istənilən məsələsini ən yuxarı səviyədə müzakirə edən adamların evində böyüməsi, onun savadına və siyasi səriştəsinə çox böyük təsir etmişdir. Çox guman ki Məhəmməd Tağı, Xosrov-Mirzənin Peterburqa, Qriboyedovun öldürülməsi üzrhahlığı məqsədilə göndərilən, səfirliyində də iştirak etmişdir. 1829-cu ildə Rusiyaya göndərilən diplomatik missiyada iştirak etmişdi. Mirzə Tağı xan Təbrizdə hərbi-siyasi fəaliyyəti illərində (1829–1848) dəqiq elmlərə aid tərcümə və nəşrə təşəbbüs göstərmişdir.
Əmir Mustafayev
Əmir Mustafayev Gülbala oğlu (12 mart 1936, Qusar, Xuluq — 27 iyul, 2007, Bakı) ― Prezident təqaüdçüsü, yazıçı-jurnalist. == Həyatı == Əmir Mustafayev 12 mart 1936-cı ildə Qusar rayonunun Xuluq kəndində anadan olmuşdur. Rayonda Maksim Qorki adına 4 saylı beynəlmiləl orta məktəbi bitirmişdir. Daha sonra 1953-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. 1958-ci ildə universiteti bitirən Əmir Mustafayev Moskva Mərkəzi Komsomol Məktəbində təhsilini davam etdirmişdir. Daha sonra Bakı Ali Partiya Məktəbində təhsil almışdır. == Yaradıcılığı == Əmir Mustafayevin 1954-cü ildə, universitetin ikinci kursunda oxuyarkən "Azərbaycan gəncləri" qəzetində "O gəldi" adlı ilk hekayəsi çap olunmuşdur. Həmin vaxtdan mətbuatda müntəzəm çıxış edən yazıçının "Xəcalətli baxışlar", "Qonşu", "Sonuncu kürsü" və başqa hekayələri ölkənin nüfuzlu mətbu orqanlarında işıq üzü görmüşdür. Gənc yazıçı bundan sonra Əmir Qaraçəmənli təxəllüsü ilə hekayə, oçerk və publisistik yazıları ilə dövri mətbuatda çıxış etmişdir. 1957-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çap olunan "Zolaqlı adam" hekayəsi Əmir Mustafayevi ədəbi aləmdə daha çox tanınmasına səbəb olmuşdur.
Əmir Nacib
Əmir Nəciboviç Nəcib (tatar. Әмир Нәҗип улы Нәҗип; 10 mart 1899 və ya 1899, Urcar rayonu[d] – 28 mart 1991 və ya 1991, Moskva)— Sovet şərqşünası, türkoloqu. == Həyatı == Əmir Nacib 1899-cu ildə Qazaxıstanın keçmiş Semey vilayətinin Baktı kəndində anadan olub. Öncə kənd axundundan, sonra isə Çinin Şaueşek qəsəbəsində Rusiya konsulluğunun nəzdindəki məktəbdə ilk təhsilini alıb. O, daha sonra Semeydəki Müəllimlər məktəbində təhsilini davam etdirib. Ə.Nacib dünya dillərinin sirlərinə yiyələnərək rus, ərəb və fars dillərini öyrənib. 20-dən çox türk dil və ləhcəsində sərbəst danışıb yazan Ə.Nacib filologiya elmləri doktoru, professor, Sovet Türkoloqlar Komitəsinin və Türk Dil Qurumunun üzvü olub. Əmir Nacib 1991-ci ildə vəfat edib. == Ədəbiyyat == Благова Г. Ф. Эмир Наджипович Наджип (к 80-летию со дня рождения) // Советская тюркология. — 1979.
Əmir Nizam
Həsənəli xan Məhəmmədsadıq oğlu Gərrusi (1820-1900), (حسنعلی خان امیر نظام گروسی) — Əmir Nizam, dövlət xadimi, ədib, xəttat, dilçi. == Həyatı == Həsənəli xan Məhəmmədsadıq oğlu Gərrusi 1820-ci ildə Urmiya vilayəti Gərrus şəhərində anadan olmuşdu. Kəbudvənd tayfasındandır. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. 1871-ci ildə İstanbulda səfir, Sonra Kürdüstanda vali, 1883-cü ildən 1892-ci ilədək Cənubi Azərbaycanın valisi olmuşdu. Mirzə Fətəli Axundovla tanış idi. Gözəl xətti vardı. Xəttatlıq sənətinin genişlənməsinə çalışırdı. Həsənəli xan Gərrusi 1900-cü ildə vəfat edib.
Əmir Ohana
Əmir Ohana (ivr. ‏אָמִיר אוֹחָנָה‏‎; 15 mart 1976, Beer-Şeva) — İsrailli hüquqşünas, keçmiş Şin Betin rəsmisi və hal-hazırda Likud üçün Knesset üzvü və İctimai Təhlükəsizlik Naziri olaraq çalışan siyasətçidir. Əvvəllər Ədliyyə naziri vəzifəsini tuturdu. Knessetin ilk açıq gey sağçı üzvü və Likuddan Knessetdə xidmət edən ilk açıq gey adamdır. O, eyni zamanda İsrail hökumətində nazir təyin edilən ilk açıq gey şəxsdir.
Əmir Pazevari
Əmir Pazivari — Mazandaranlı şairdir ki ehtimal olunur XVII əsridə yaşayıb və Mazandaran dilində şer yazıbdır. == Əmiri == Onun çoxlu şerləri İmam Əli mədhi və həmdi dir.Bu gün, Pazivarinin şerləri bir növ oxuma formasında ki Əmiri mahnısi adlanır Mazandaran xalqı arasında yayılmışdır.Onun şerlərinin çoxu kuplet(dörd misrali) şəklindədir və "Əmir gote(Əmir deyib)" ibarəsi ilə başlanır və çox hallarda şerlər sual-cavab şəklində dir.
Əmir Pazivari
Əmir Pazivari — Mazandaranlı şairdir ki ehtimal olunur XVII əsridə yaşayıb və Mazandaran dilində şer yazıbdır. == Əmiri == Onun çoxlu şerləri İmam Əli mədhi və həmdi dir.Bu gün, Pazivarinin şerləri bir növ oxuma formasında ki Əmiri mahnısi adlanır Mazandaran xalqı arasında yayılmışdır.Onun şerlərinin çoxu kuplet(dörd misrali) şəklindədir və "Əmir gote(Əmir deyib)" ibarəsi ilə başlanır və çox hallarda şerlər sual-cavab şəklində dir.

əmir-üməra sözünün leksik mənası və izahı

əmir-üməra sözünün rus dilinə tərcüməsi

əmir-üməra sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#əmir-üməra nədir? #əmir-üməra sözünün mənası #əmir-üməra nə deməkdir? #əmir-üməra sözünün izahı #əmir-üməra sözünün yazılışı #əmir-üməra necə yazılır? #əmir-üməra sözünün düzgün yazılışı #əmir-üməra leksik mənası #əmir-üməra sözünün sinonimi #əmir-üməra sözünün yaxın mənalı sözlər #əmir-üməra sözünün əks mənası #əmir-üməra sözünün etimologiyası #əmir-üməra sözünün orfoqrafiyası #əmir-üməra rusca #əmir-üməra inglisça #əmir-üməra fransızca #əmir-üməra sözünün istifadəsi #sözlük