Məlikov sözü azərbaycan dilində

Məlikov

Yazılış

  • Məlikov • 95.6858%
  • MƏLİKOV • 4.2673%
  • məlikov • 0.0469%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Emil Məlikov
Fikrət Məlikov
Fikrət Məlikov (30 sentyabr 1966, Bakı) — Azərbaycannın aktyoru və rejissoru, qabaqcıl təhsil işçisi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, == Həyatı == Fikrət Məlikov 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. Nəsimi rayonu 111 saylı orta məktəbi bitirmişdir. Lütfi Məmmədbəyovun rəhbərliyi ilə fəaliyyət göstərən Mədəniyyət Sarayında fəaliyyət göstərmişdir. 1984–1985-ci illərdə III Zaqafqaziya Festivalının laureatı olmuşdur. 1987-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşdur. Orada Böyükağa Kazımov, Ağakişi Kazımov, Şəfiqə Məmmədova, Eldar Quliyev kimi sənətkarlardan dərs almışdır. Artıq təhsil aldığı dövrdə Azərbaycan Dövlət Yuğ Teatrında çalışmağa başlayan Fikrət Məlikov orada rejissor kimi tamaşalar hazırlamışdır. Fikrət Məlikov 1991-ci ildə ali məktəbi bitirən gənc mütəxəssis kimi ADMİU-da dərs deməyə dəvət olunub. Fikrət Məlikov "Mən Azərbaycanlıyam" bədii qiraət müsabiqəsinin münsiflər heyətinin üzvüdür. Hazırda uğurlu pedaqoji fəaliyyətlə məşğuldur.
Firuz Məlikov
Firuz Əli oğlu Məlikov (7 yanvar 1902, Salyan, Cavad qəzası – 12 noyabr 1965, Bakı) — professor (1935), Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü (1948). == Həyatı == Firuz Məlikov 7 yanvar 1902-ci ildə Salyan rayonunun Kürqaraqaşlı kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1921-ci ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsinə qəbul olunmuş, lakin burada təhsilini yarımçıq qoyub, sənədlərini Azərbaycan Politexnik İnstitutunun Kənd təsərrüfatı fakültəsinə vermiş və 1927-ci ildə həmin ali məktəbi bitirmişdir. == Əmək fəaliyyəti == Firuz Məlikov Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda əvvəlcə Xüsusi heyvandarlıq kafedrasının müdiri, sonra isə Zootexnika-bitkiçilik fakültələrinin dekanı vəzifələrində çalışmışdır. O, 1958-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Elmləri Akademiyasının prezidenti vəzifəsini icra etmişdir. Firuz Məlikovun əməyi nəticəsində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olan 6 elmi tədqiqat institutu, 20-ə yaxın təcrübə stansiyaları və dayaq məntəqələri fəaliyyət göstərməyə başlamışdır. Akademik Kənd Təsərrüfatı İnstitutunda prorektor, kafedra müdiri kimi fəaliyyət göstərmişdir. Bakı Dövlət Universitetində isə Genetika kafedrasında professor kimi çalışmışdır. Firuz Məlikov 1962–1965 illərdə Bakı Dövlət Universitetində Genetika və davrinizim kafedrasının professoru olmuşdur. O, 3 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Georgi Məlikov
Georgi Əjdər oğlu Məlikov (22 iyun 1918, Bakı) — Hava atıcısı-radist. İkinci Dünya müharibəsinin iştirakçısı. == Həyatı == Georgi Əjdər oğlu Məlikov 1918-ci il İyunun 22-də Bakıda anadan olmuşdur. Atası siyasətçi, "Hümmət" partiyasının yaradıcısı Əjdər Məlikov əslən Bakının Pirşağı kəndindən idi. Georgi Məlikov İkinci Dünya müharibəsinin iştirakçısıdir, hava atıcısı-radist idi. Qızıl Orduda 1940-cı ildən hərbi xidmətdə idi. Aprel ayında Belaya Tserkov(Ağ kilsə) şəhərindəki ShMAS (Gənc Aviasiya Mütəxəssisləri Məktəbi) kursantı kimi qəbul edildi və 1940-cı ilin sonlarında hava atıcısı-radio operatoru ixtisasilə müvəffəqiyyətlə bitirir. 138-ci yüksək sürətli bombardmançı alayda xidmət edib. Müharibə ilə, Belaya Tserkov şəhərin yaxınlığında yerləşən, yay düşərgələrində garşılandı. Müharibənin əvvəlində ağır itki verən alayın orada olmaqı, yeni döyüş maşınlarını — Petlyakov Pe-2 mənşəli yüngül bombardmançı təyyarə almaq və yeniləmə məqsədi daşıyırdı.
Mahmud Məlikov
Mirzəbala Məlikov
Mirzəbala Məlikov — Azərbaycan aktyoru. Mirzəbala Məlikov 1964-cü ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti və aktyor olaraq fəaliyyətə başlamışdır. 30-a qədər filmdə müxtəlif mövqelərdə fəaliyyət göstərmişdir. Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) - rol: Şirəli Arşın mal alan (film, 1965) Asif, Vasif, Ağasif (film, 1983) Bakıda küləklər əsir (film, 1974) Bizim Cəbiş müəllim (film, 1969) Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax) Əlavə iz (film, 1981) Ən vacib müsahibə (film, 1971) Həyat bizi sınayır (film, 1972) İşarəni dənizdən gözləyin (film, 1986) İşgüzar səfər (film, 1982) Qatır Məmməd (film, 1974) Qoca palıdın nağılı (film, 1984) O qızı tapın (film, 1970) Ölsəm... bağışla (film, 1989) Özgə ömür (film, 1987) Şərikli çörək (film, 1969) Torpaq. Dəniz. Od. Səma (film, 1967) Ulduz (film, 1964) Uşaqlığın son gecəsi (film, 1968) Var olun, qızlar... (film, 1972) Yaşamaq gözəldir, qardaşım! (film, 1966) Yeddi oğul istərəm...
Məlikov Mahmud
Nicat Məlikov
Nicat Məlikov (d. 14 avqust, 1979 – ö. 23 yanvar, 2018, Bakı, Azərbaycan) — Azərbaycan jurnalisti. Nicat Məlikov jurnalist fəaliyyətinə "Zerkalo" qəzetində müxbir kimi başlayıb. Sonradan həmin nəşrin siyasət şöbəsinin müdiri vəzifəsində çalışıb. O, "Vesti. Az", "Exo" və CBC.az kimi nəşrlərdə müxbir kimi fəaliyyət göstərib. 2018-ci il yanvarın 23-də Nicat Məlikov dükana gedərkən qəfil özünü pis hiss edib və yerindəcə ürək tutmasından keçinib. Ailəli idi, üç övlad atası idi.
Oqtay Məlikov
Oqtay Süleyman oğlu Məlikov (10 dekabr 1925, Bakı – 18 aprel 2006, Bakı) — Azərbaycanın istedadlı tarixçi-şərqşünas alimi və tərcüməçisi. 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsindən sonra Kommunist partiyası sıralarını tərk etmişdir. Oqtay Məlikov 1925-ci il dekabrın 10-da Bakıda anadan olmuşdur. Atası tarixçi və tərcüməçi Süleyman Məlikov əslən Bakının Pirşağı kəndindən idi. 1943-cü ilin aprelindən 1944-ci ilin oktyabrına qədər Sovet Ordusu sıralarında qulluq etmişdir. 1944-cü ilin noyabrında ekstern surətdə Azərbaycan Dövlət Universiteti (ADU) Filoloji fakültəsinin şərq şöbəsinə daxil olmuşdur. 1945-ci ilin noyabrında təhsilini davam etdirmək üçün bir qrup tələbə ilə Moskva Şərqşünaslıq İnstitutuna göndərilmişdir. 1949-cu ilin iyununda Moskvada təhsilini başa vurduqdan sonra Bakıya qayıtmışdır. 1954-cü ilin martında Moskvada "İranda Rza şah irtica diktaturasının qurulması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1954-cü ilin aprelindən ADU-nun tarix fakültəsində müəllim, 1960-cı ilin oktyabrından Azərbaycan Elmlər Akademiyası (EA) Şərqşünaslıq institutunun İran şöbəsinin baş elmi işçisi olmuşdur.
Pyotr Məlikov
Pyotr Məlikov (gürc. პეტრე მელიქიშვილი; 29 iyun (11 iyul) 1850, Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası – 23 mart 1927, Tiflis, Gürcüstan SSR, SSRİ) — Gürcü, sovet kimyaçısı, SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1927). Tbilisi Universitetinin qurucularından biri və ilk rektoru. Pyotr Melikişvili erməni zadəgan Məlikovl ailəsindəndir. Melikişvilinin valideynləri 1840-cı illərdə Axısqa şəhərindən Pyotrın doğulduğu Tiflis şəhərinə (indiki Tbilisi) köçür. 1868-ci ildə Pyotr Melikişvili Tiflis gimnaziyasını bitirir və növbəti il Odessa şəhərindəki İmperator Novorossiysk Universitetinə (indiki Odessa Universiteti) daxil olur. O dövrdə universitet müəllimləri arasında bir çox görkəmli alim var idi: Lev Tsenkovski, Nikolay Sokolov, İlya Meçnikov və başqaları. 1872-ci ildə Melikişvili universitetin fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirir və növbəti il ilk elmi işini yazır. Tezliklə xaricə göndərilir, 1875-ci ildə geri qayıdır. 1885-ci ildə Melikişvili "İzomerik krotonik turşuların törəmələri haqqında" doktorluq dissertasiyasını müdafiə edir.
Rail Məlikov
Rail Məlikov — 17 dekabr 1985-ci ildə paytaxt Bakı şəhərində doğulub. Hazırda "Sumqayıt FK"-da 2 nömrə ilə çıxış edir.
Akif Məlikov
Akif Məlikov (1950, Bakı) — Azərbaycan Dövlət Akademik Balet və Opera Teatrının direktoru (1989-2023), Azərbaycanın əməkdar incəsənət xadimi. == Həyatı == Akif Məlikov 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsində professor Mayor Rafaeloviç Brennerin sinfində təhsil alıb. Hələ tələbəlik illərindən komsomol orqanlarında çalışmış, 1976-cı ildə YİLKKİ MK yanında Ali Komsomol Məktəbini bitirmiş və Azərbaycan YİLKKİ MK-nın təlimatçısı vəzifəsinə təyin olmuşdur. 1977–1978-ci illərdə Ş. Məmmədova adına Opera studiyasının direktoru vəzifəsində işləmiədir. Yüksək təşkilatçılıq qabliyyətinə malik olan A. Məlikovun rəhbərliyi altında Opera və Balet teatrı bu illər ərzində yüksək yaradıcılıq uğurları qazanmışdır. 1998–2006-cı illərdə A. Məlikov həm də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru vəzifəsində çalışmışdır. 1987-ci ildə A. Məlikov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sərəncamçı direktoru, 1989-cu ildə isə direktor vəzifəsinə təyin edilmişdir. O, 4 aprel 2023-cü il tarixində vəzifəsindən azad edilmişdir. == Mükafatları == Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətlərinə görə hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib, 2000-ci ildə "Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi" adına, 2002-ci ildə "Hümay" mükafatına, 17 mart 2020-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Ambarsum Məlikov
Ambarsum Məlikov, Ambarsum Məlik-Şahnəzərov — XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakı və Tiflisdə fəaliyyət göstərmiş sənayeçi. Əslən Vərəndə məliklərinin nəslindəndir, kinorejissor Karen Şahnəzərovun atasının babasıdır. II Nikolayla şəxsi dostluq münasibətlərinə malik olmuş Ambarsum, Romanovlar sülaləsi hakimiyyətinin 300 illiyinin qeyd edilməsi tədbirlərinin təşkilində aktiv iştirak etmişdir. == Fəaliyyəti == === Neft və su sənayesi === Ambarsum Məlikov Bakının neft sənayesi sahəsində fəaliyyət göstərmiş "A.S.Melikov and Co" adlı şikətin rəhbəri olmuş, şirkəti oğlu Tiqran Məlikovla birlikdə idarə etmişdir. 1908-ci ildə onun şirkəti Bakının neft şirkətlərinin reytinqində on üçüncü yeri tutmuşdur. Bakıda 170 neft şirkəti tərəfindən çıxarılmış 487 milyon pud neftn 1 faizi "A.S.Melikov and Co" şirkətinin payına düşərək 5,7 milyon puda çatırdı. 1914-cü ildə "A.S.Melikov and Co" şirkəti Stepan Giorgiyeviç Lianozovun "Oil" adlı şirkətinin tərkibinə qatılmışdır. Neft sənayesində biznesindən başqa, A.S.Məlikov Zaqulba su təchizatı sisteminin də sahibi olmuşdur. 1902-1903-cü illərdə Bakı Şəhər Dumasının qlasnısı olduğu zaman Şollar su kəmərinin çəkilməsinə qarşı çıxmış və su kəmərinin onun Zaqulbadakı torpaq sahəsi ərazisində yerləşən bulaqdan çəkilməsinə israr etmişdir. === 1905-ci il qırğınlarında iştirakı === 1905-ci ildə Bakının erməni və müsəlman əhalisi arasında qarşıdurma yarandıqda o zaman Bakı qybernatoru olmuş Mixail Nakaşidze müsəlman tərəfdən Hacı Zeynalabdin Tağıyev, erməni tərəfdən isə Ambarsum Məlikovla danışqlar apararaq öz icmaları arasında kifayət qədər nüfuza malik olan bu iki şəxsi kütlənin sakitləşdirilməsinə cəlb etməyə çalışmışdır.
Ramiz Məlikov
Ramiz Məlik (tam adı: Ramiz Ağarza oğlu Məlikov; 4 avqust 1943, Bakı – 14 dekabr 2023, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (1998), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984). Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1961-ci ildə sənədlərini hazırkı Neft Akademiyasına versə də, qəbul oluna bilmir. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub. 1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin "Yastı təpə" (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb. Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Bəhruz), Əlibala Hacızadənin "İnanmırsansa…"(Adil) , Nəriman Həsənzadənin "Kimin sualı var?" (Ədalət) və s.
Sergey Məlikov
Sergey Alimoviç Məlikov (12 sentyabr 1965 -ci il təvəllüdlü, Orexovo-Zuyevo, Moskva vilayəti, RSFSR, SSRİ) — Rusiya dövlət və hərbi lideri. 5 oktyabr 2020-ci il tarixindən Dağıstan Respublikasının Dövlət Başçısı vəzifəsini icra edir. 9 iyun 2021-ci ildən Vahid Rusiya Partiyasının Dağıstan regional təşkilatının katibidir. Rusiya Federasiyasının senatoru - 27 sentyabr 2019-cu ildən 5 oktyabr 2020-ci ilədək Stavropol diyarı icra hakimiyyətinin nümayəndəsi olmuşdur. 28 iyul 2016-cı ildən 27 sentyabr 2019-cu ilədək Rusiya Federasiyası Milli Qvardiyası Federal Xidməti Komandanının birinci müavini, Rusiya Milli Qvardiyasının Baş Komandanı, 12 may 2014-cü ildən 28 iyul 2016-cı ilədək Rusiya Federasiyası Prezidentinin Şimali Qafqaz Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi. Sergey Məlikov 2016-cı ildə general-polkovnik rütbəsi almışdır. Sergey Məlikov 12 sentyabr 1965-ci ildə Moskva yaxınlığındakı Orexovo-Zuyevo şəhərində daxili qoşunların hərbçisinin ailəsində anadan olmuşdur. 1986-cı ildə F.E.Dzerjinski adına Saratov Ali Hərbi Qırmızı Bayraqlı Daxili Qoşunlar Məktəbini kəşfiyyat ixtisası üzrə bitirib. 1994-cü ildə Frunze Hərbi Akademiyasının Sərhəd və Daxili Qoşunlar fakültəsini bitirib. Təhsilini bitirdikdən sonra Sergey Məlikov Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şimali Qafqaz Dairəsinə təyinat almışdır.
Süleyman Məlikov
Süleyman Məlikov (tam adı: Süleyman Dadaş oğlu Məlikov; 21 dekabr 1899 – 22 sentyabr 1969) — jurnalist, tərcüməçi, redaktor. Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1967), Qızıl Əmək Bayrağı ordenli, ÜİK(b)P üzvü. Süleyman Dadaş oğlu Məlikov 1899-cu ildə Bakıda anadan olmuşdur. Əslən Pirşağı kəndindən idi. Marksizm-leninizm klassiklərinin əsərlərini Azərbaycan dilinə əsas tərcüməçi və redaktorlarından biri olmuşdur. Süleyman Məlikovun ən böyük xidmətlərindən biri də lüğət tərtibi sahəsində olmuşdur. Sovet hakimiyyətinin ilk illərində lüğətə böyük ehtiyac olduğu zaman Hənəfi Zeynallı, Yusif Əliyev, Süleyman Musabəyov, Vəli Xuluflu, Tağı Şahbazi Simurğ, Əhməd bəy Pepinov, Ələkbər Heydərli, Yusif Vəzir Çəmənzəminli, Məhərrəm Kamil, Rəşid Yusifzadə, Ələkbər Qərib, Sami Kamal, Xudadat bəy Əzizbəyovla birlikdə Ruhulla Axundovun başçılığı ilə ilk "Rusca-türkcə lüğət"in (1926) tərtibçilərindən biri olmuşdur 1921–1952-ci illərdə "Molla Nəsrəddin" jurnalının məsul katibi, "Şərq qadını", "Maarif və mədəniyyət", "Qızıl qələm" jurnallarının, "Kommunist" və bir sıra digər qəzetlərin redaksiyasında işləmiş, 1952–1969-cu illərdə "Kirpi" jurnalının redaksiya heyətinin üzvü olmuşdur. 1952–1969-cu illərdə Partiya tarixi institutunun "Marksizm-leninizm əsərlərinin tərcümə şöbəsinin" müdiri olmuşdur. 1980-cı illərdə oğlu Oqtay Məlikov həmin şöbəyə rəhbərlik etmişdir. K.Marksın "Kapital"ının (cild 1–3), K.Marks və F.Engelsin iki cildlik seçilmiş əsərlərinin (1953) əsas tərcüməçi və redaktoru olmuşdur.
Telman Məlikov
Telman Qulu oğlu Məlikov — Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun professoru. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, həmin ildə təyinatla indiki Gəncə Dövlət Universitetinə müəllim göndərilmişdir. Dekabr 1972-ci il, Dekabr 1975-ci il müddətində BDU-nun Aspirantı olmuşdu.1976-1977-ci illərdə Gəncə Dövlət Universitetində işləmişdir. 1977-ci ildən 2013-cü ilədək Azərbaycan Texnologiya Universitetində(Gəncə şəhəri) işləmişdi. 1990-cı ildən 2005-ci ilədək Ali riyaziyyat kafedrasının müdiri olmuşdu. 11.01.2000-ci ildən 13.03.2013-cu ilədək universitetin rektor vəzifəsini icra etmişdir.2014.04.01 tarixindən AMEA-nın Riyaziyyat və Mexanika İnstitunda işləyir. T.Q.Məlikov 1972-ci ildə ADU-nun aspiranturasına daxil olmuş, 1976-cı ildə «Bəzi optimal sistemlərdə məxsusi proseslərin tədqiqi » mövzusunda 01.01.02-«Diferensial və inteqral tənliklər» ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Professor T.Q.Məlikov 2005-ci ildə 01.01.09 - «Diskret riyaziyyat və riyazi kibernetika» ixtisası üzrə «Bəzi optimal idarə məsələlərində optimallıq üçün zəruri şərtlər» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır. T.Q.Məlikov 1992-ci ildən professordur. Professor T.Q.Məlikov AMEA-nın müxbir üzvü Q.T.Əhmədovun Respublikamızda yaratdığı optimal idarə məktəbinin davamçılarından biridir.
Əhməd Məlikov
Əjdər Məlikov
Əjdər Dadaş oğlu Məlikov (1889, Pirşağı, Bakı qəzası – 1921, Binəqədi, Bakı qəzası) — Hümmət Partiyası qurucularından, Müsavat Partiyasının ilk üzvlərindən biri, Binəqədi Rayon Soveti sədri və Bakı Sovetinin üzvü. Əjdər Məlikov 1889-cu ildə Pirşağı kəndində anadan olmuşdur. 1903-cü ildə Rusiya Sosial Demokrat Partiyasının sıralarına qatılmışdır. Əjdər Məlikov Hümmət Partiyasının qurucularından biri olmuşdur. 1917-ci ildə Binəqədi Rayon Sovetinin üzvü seçilmişdir. Burada o Hümmət Partiyasının liderlərindən olmuşdur. Oktyabr inqilabından sonra Məlikov Binəqədi Rayon Partiya Komitəsinin katibi, Binəqədi Rayon Sovetinin sədri və Bakı Sovetinin üzvü olmuşdur. Əjdər Məlikov Müsavat Partiyasının ilk üzvlərindən biri olmuşdur. 1920–1921-ci illərdə Bakı Şəhər Qida Komitəsinin Binəqədi Rayonu üzrə nümayəndəsi, Qida, Sağlamlıq və Torpaq Şöbəsinin sədri və İcraiyyə Komitəsinin sədri olmuşdur. 1921-ci ildə Pirşağıda öldürülmüşdür.
Əlisəttar Məlikov
Əlisəttar Muradəli oğlu Məlikov (15 mart 1892, Bakı – 26 mart 1971) — aktyor, rejissor, Azərbaycan SSR əməkdar artisti (1943). Əlisəttar Muradəli oğlu Məlikov 15 mart 1892-ci ildə Bakıda anadan olmuşdur. Uzun ömür sürmüş, 79 il yaşamış Ə. Məlikovun böyük ailəsi var idi; ailədə dörd uşaq olub — üç oğlan, bir qız. Oğlu Murad kinostudiyada rejissor assistenti işləyirdi, həm də filmlərə çəkilirdi. O, artıq dünyasını dəyişmişdir. Digər oğlu Dadaş təqaüdçüdür. Əlisəttar Məlikov 26 mart 1971-ci ildə vəfat etmişdir. Əlisəttar Məlikov əmək fəaliyyətinə 20-ci illərdə Türk İşçi Teatrında başlamışdır. Bu teatrın səhnəsində Azərbaycan və xarici ölkə dramaturqlarının klassik və müasir əsərlərində müxtəlif səpgili rollar ifa etmiş, o cümlədən "Paris Notr-Dam kilsəsi" tamaşasında təlxəyin, "Bürünc büt"də polkovnik Olbiricin, "Balta haqqında poema"da Yevdokimin, "Tufan"da poruçik Yalavoyun, "Yanğın"da kolxoz sədri Tərxanın, "Hind qızı"nda Diksonun obrazlarını yaratmışdır. Aktyor Ə. Məlikovun kinoya gəlişinin tarixçəsi də maraqlıdır.
Əlixan Məlikov
Əlixan Süleyman oğlu Məlikov (7 may 1951, Bakı) — "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin sədri (2000–2009). Məlikov Əlixan Süleyman oğlu 1951-ci il mayın 7-də Bakıda anadan olmuşdur. 1967-ci ildə Bakı şəhər 124 saylı orta məktəbini, 1973-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun istehsal proseslərinin avtomatikası fakultəsini bitirmişdir. İxtisasca mühəndisdir. Evlidir, 2 övladı var. Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Fəxrəddin Məlikovun qardaşıdır. 1973–1975-ci illərdə hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 1975-ci ildə başlamışdır. 1975–1979-cu illərdə Bakı Aqreqat İstehsalat Birliyində mehəndis-konstruktor, texniki şöbənin rəisi, 1979–1992-ci illərdə Bakı şəhər Əzizbəyov (indiki Xəzər) Rayon Qaz İstismar İdarəsində sahə rəisi, qəza dispetçer xidmətinin rəisi, 1994–1996-cı illərdə "Azəriqaz" Dövlət şirkətində baş mütəxəssis, 1996–1998-ci illərdə Bakı şəhər Suraxanı Rayon Qaz İstismar İdarəsinin rəisi vəzifəsində çalışmışdır. Əlixan Məlikov 4 fevral 2000-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 273 nömrəli fərmanı ilə "Azəriqaz" Səhmdar Cəmiyyətinin sədri təyin edilmişdir.
Ələddin Məlikov
Ələddin Mehman oğlu Məlikov (16 sentyabr 1982, Sumqayıt) — müəllim, fəlsəfə və din fəlsəfəsi tədqiqatçısı, epistemoloq, şərqşünas, tərcüməçi və araşdırmaçı yazar, fəlsəfə üzrə elmlər doktoru, dosent. Ələddin Məlikov 16 sentyabr 1982-ci ildə Azərbaycan SSR-nin Sumqayıt şəhərində anadan olmuşdur. 1989-cu ilin sentyabr ayının biri tam orta məktəbə getmiş və 2000-ci ildə Z.Nəcəfov adına orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. Ailəlidir. 1989–2000-ci illər şəhid Z.Nəcəfov adına iki saylı tam orta məktəbdə təhsil almışdır. 2000–2004-ci illərdə Ümumdünya İslam Elmləri Akademiyası, Dinşünaslıq fakültəsi, "İslam fəlsəfəsi və mistikası" ixtisası üzrə bakalavr pilləsi. 2004–2007-ci illərdə Qərb fəlsəfəsi üzrə "fəlsəfə və elmin metodologiyası" ixtisası, magistr pilləsi. 2007–2010-cu illərdə, Fəlsəfə tarixi üzrə "fəlsəfə doktoru" (Ph.D) elmi dərəcəsi. 2010–2013-cü illərdə "Transandental fəlsəfə" üzrə "fəlsəfə elmlər doktoru" elmi dərəcəsi. 2011–2013-cü illərdə fəlsəfənin tədrisi, elmi konfranslarda iştirakı, aktual elmi müddəaların həlli, əsaslandırması və göstərmiş təhsil, tədris, tədqiqat fəaliyyətlərinin qiymətləndirilməsi sonuçu, "dosent" elmi adı verilmişdir.
Əli Məlikov
Rəvan Məlikov
İsgəndər Məlikov
İsgəndər Nəcəf oğlu Məlikov (10 (23) fevral 1911, Yelizavetpol – 5 mart 1971, Xanlar) — Azərbaycanı üzümçüsü, Sosialist Əməyi Qəhrəmanı (1950). İsgəndər Məlikov 1911-ci il fevralın 10-da Yelizavetpol qəzasının Yelizavetpol şəhərində anadan olub. 1948-ci ildən Azərbaycan üzümçülük sovxozunun direktoru, Azərbaycan SSR yeyinti sənayesi nazirinin müavini, Kirovabad şəhər Fəhlə Deputatları Soveti icraiyyə komitəsinin sədri kimi vəzifələrdə çalışmışdır. 1949-cu ildə 81 hektar sahədən hər hektardan 189,2 sentner üzüm məhsulu almışdır. 1962-ci ildən Xanlar Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi olmuşdur. SSRİ Ali Soveti Rəyasət Heyətinin 4 sentyabr 1950-ci il tarixli fərmanı ilə 1949-cu ildə suvarılan üzüm bağlarında yüksək üzüm məhsulu əldə etdiyinə görə Məlikov İsgəndər Nəcəf oğlu "Lenin" ordeni və "Oraq və çəkic" medalı ilə təltif olunmaqla Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 1946-cı ildən Sov.İKP-nın üzvü olmuş, Azərbaycanın ictimai həyatında fəal iştirak etmişdir. 1971-ci il martın 5-də Xanlar şəhərində vəfat etmişdir.
Elvin Məlikov (əsgər)
Emma Məlikova
Emma Qələndər qızı Məlikova (30 yanvar 1949) — Azərbaycan teatr aktrisası, Azərbaycanın əməkdar artisti (2014). == Həyatı == Emma Məlikova 30 yanvar 1949-cu ildə anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili komediya aktyorluğu" fakültəsini bitirmişdir. 1976-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə daxil olmuşdur. Gözəl vokal səsə (metso-soprano) və səhnə mədəniyyətinə malik aktrisadır. Evlidir. 2 övladı var. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub. teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Fəridə Məlikova
Məlikova Fəridə İsmayıl qızı (7 dekabr 1967, Sumqayıt) — kamança ustası. == Həyatı == Fəridə Məlikova 7 dekabr 1967-ci ildə Sumqayıt şəhərində fəhlə ailəsində dünyaya gəlib. 1975-ci ildə orta məktəbin I sinfinə, eləcə 2 saylı incəsənət məktəbinə daxil olub. 1983-cü ildə S. Hacıbəyov adına musiqi texnikumuna daxil olub və 1987-ci ildə buranı fərqlənmə diplomu ilə bitirib. Respublika musiqi ifaçıları müsabiqəsinin I dərəcəli, 1986-cı ildə Ü. Hacıbəyov adına birinci Respublikalararası müsabiqənin II dərəcli qalibi olub. 1987–1992-ci illərdə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Ü. Hacıbəyov təqaüdçüsü kimi təhsil alaraq fərqlənmə diplomu ilə bu təhsil ocağını bitirib. 1988-ci ildə ilk dəfə qadın üçlüyündə respublikanın xalq artisti Gülyaz Məmmədovanı müşayət edib və qadın üçlüyünün ilk təəssübkeşlərindən olub.
Hənifə Abayeva-Məlikova
Hənifə Məlikova-Abayeva (6 may 1856, Nalçik – 1929, Bakı) — Azərbaycanın ilk maarifçi qadınlarından biri. Həsən bəy Zərdabinin həyat yoldaşı. == Həyatı == Hənifə Məlikova 6 may 1856-cı ildə Şimali Qafqazda, Nalçikdə anadan olmuşdur. 1872-ci ildə Tiflisdə Müqəddəs Nina qız məktəbində təhsilini bitirib. O zaman müsəlman qızların xristian ölkəsində təhsil alması çox nadir hadisə idi. == Hənifə Məlikova-Abayeva Maarifçilik fəaliyyəti == Həsən bəy Zərdabi ilə ailə həyatı quran Hənifə Məlikova Azərbaycan xalqının ilk maarifçi qadınlarından biri olmuşdur. Hənifə xanım 1875–1877-ci illərdə Həsən bəylə birlikdə Əkinçi qəzetinin nəşrində yaxından iştirak edib. O, bu haqda xatirələrində yazırdı: Hənifə Məlikova Həsən bəy Zərdabi ilə Zərdabda yaşadıqları dövrdə, 1881-ci ildən başlayaraq öz evlərində pulsuz məktəb açıb, insanlara elm, savad öyrədib. Məlikovlar həmin vaxtlar yerli din xadimlərinin və o vaxtlar Zərdabda məskunlaşmış ermənilərin əlaltılarının təqib və təzyiqlərinə məruz qalırdılar. Hənifə Məlikova 16 il yoldaşı ilə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşayıb.
Hənifə Məlikova
Hənifə Məlikova-Abayeva (6 may 1856, Nalçik – 1929, Bakı) — Azərbaycanın ilk maarifçi qadınlarından biri. Həsən bəy Zərdabinin həyat yoldaşı. == Həyatı == Hənifə Məlikova 6 may 1856-cı ildə Şimali Qafqazda, Nalçikdə anadan olmuşdur. 1872-ci ildə Tiflisdə Müqəddəs Nina qız məktəbində təhsilini bitirib. O zaman müsəlman qızların xristian ölkəsində təhsil alması çox nadir hadisə idi. == Hənifə Məlikova-Abayeva Maarifçilik fəaliyyəti == Həsən bəy Zərdabi ilə ailə həyatı quran Hənifə Məlikova Azərbaycan xalqının ilk maarifçi qadınlarından biri olmuşdur. Hənifə xanım 1875–1877-ci illərdə Həsən bəylə birlikdə Əkinçi qəzetinin nəşrində yaxından iştirak edib. O, bu haqda xatirələrində yazırdı: Hənifə Məlikova Həsən bəy Zərdabi ilə Zərdabda yaşadıqları dövrdə, 1881-ci ildən başlayaraq öz evlərində pulsuz məktəb açıb, insanlara elm, savad öyrədib. Məlikovlar həmin vaxtlar yerli din xadimlərinin və o vaxtlar Zərdabda məskunlaşmış ermənilərin əlaltılarının təqib və təzyiqlərinə məruz qalırdılar. Hənifə Məlikova 16 il yoldaşı ilə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşayıb.
Mixail Loris-Məlikov
Mixail Tarıyeloviç Loris-Məlikov (erm. Միքայել Տարիելի Լոռիս-Մելիքով, Միքայել Լոռու Մելիքյան, rus. граф Михаил Тариелович Лорис-Меликов; 21 oktyabr (2 noyabr) 1824, Tiflis, Gürcüstan quberniyası – 24 dekabr 1888, Nitsa) — 20 yanvar 1879-cu ildən 7 aprel 1879-cu ilədək Həştərxan quberniyasının general-qubernatoru, 6 avqust 1880-ci ildən 4 may 1881-ci ilədək Rusiyanın daxili işlər naziri, Rusiya hərbçisi. Mixail Tarıyeloviç Loris-Məlikov 5 noyabr 1824-cü ildə Rusiya imperiyasının Tiflis şəhərində doğulmuşdu. O, vaxtı ikən Rusiya çarının etimadını qazanmağı bacarıb. Uzun illər Krım, Qafqaz, Türkiyə müharibələrində çox aktiv döyüşüb, xüsusilə, Qafqaza könüllü surətdə can atıb. O, döyüşlərdə fəallığına görə imperator tərəfindən dövlət mükafatlarına layiq görülüb. 1854-cü ildə Krım müharibəsi dövründə Qafqazın Türkiyə sərhəddində erməni, gürcü, kürd millətindən olan dəstə yaratmağa nail olur. Türklərin qanına susayan erməni qraf M. Loris-Məlikov 1877–1878-ci illərdə Rus-Türk müharibəsində təcavüzkar fəaliyyəti ilə xüsusi seçilir. Qarsı alandan sonra 17 min türk əsir götürülür.
Məhbubə Məlikova
Məhbubə Məlikova — Azərbaycan aktrisası. Səhnəyə ilk addımları universiteti bitirdikdən sonra olub. Tofiq Kazımov onu Aleksandr Vampilovun "Övlad" tamaşasına dəvət edib. Daha sonralar İlyas Əfəndiyevin "Unuda bilmirəm", "Mahnı dağlarda qaldı" tamaşalarında oynayıb. Tamaşaçı aktrisanı daha çox "Sevil" teatr tamaşasında Gülüş obrazı, Ağ atlar üçün vals və Gülüş sanatoriyası teletamaşalarından tanıyır. 1994-cü ildən sənətdən gedib. Aktyor Pərviz Bağırovun həyat yoldaşı olub. Hazırda Türkiyədə yaşayır.
Məlikov Əvəzağa Ərəstun
Əvəzağa Məlikov (6 yanvar 1932; Salyan, Azərbaycan SSR ― 11 dekabr 2015; Bakı, Azərbaycan) ― Azərbaycan SSR əməkdar həkimi, tibb elmlər namizədi, ali dərəcəli cərrah, Salyan rayon mərkəzi xəstəxanasının baş həkimi (1971-1989). 1932-ci il yanvarın 6-da Salyan rayonunun Piratman Gəncəli kəndində anadan olmuşdur. Kənddə yeddiillik məktəbi bitirdikdən sonra təhsilini Salyan şəhər 2 saylı orta məktəbdə davam etdirmişdir. 1950-1956-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsində təhsil almışdır. Uzun sürən xəstəlikdən sonra Əvəzağa Məlikov 2015-ci il dekabrın 10-da Bakı şəhərində vəfat etmişdir. Dekabrın 11-də doğulduğu Salyan rayonunun Piratman Gəncəli kəndində ailə məzarlığında dəfn edilmişdir. Ailəli idi, iki övladı var. Əmək fəaliyyətinə Rusiya SFSR-nin Kamensk vilayətinin Aleksey-Lozovski rayon mərkəzi xəstəxanasında terapiya şöbəsinin müdiri kimi başlamışdır. Bir müddət sonra mütəxəssis kimi Rostov Elmi-Tədqiqat Onkologiya və Radiologiya İnstitutuna kliniki ordinaturaya göndərilmiş, ordinaturanı bitirdikdən sonra Rostov vilayətinin Milyutinsk rayon xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri, bir qədərdən sonra isə bu xəstəxananın baş həkimi vəzifəsində çalışmışdır. 1964-cü ilin mart ayında doğma Salyana qayıdan Əvəzağa Məlikov burada ilk olaraq qanköçürmə kabinetində həkim işləmişdir.
Məlikovlar
Məlikovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. Bu soyun ulu babası Məlik Rəhim bəydir. Məlik Rəhim bəy, Məlik Mahmud bəy, Məlik Fətəli bəy, Məlik Niftalı bəy Qarasubasar mahalının Zərdab kəndinin yiyəsi idilər. E.Həsənovun kitabında H.Zərdabinin nəsil şəcərəsi və həyatı ilə bağlı yeni faktlar kifayət qədər çoxdur. Onlardan biri də Məlik Rəhim bəyin övladlarının sayıdır. Müəllif yazır ki, "mənbələrdə Məlik Rəhim bəyin yanız Səlim bəy adlı oğlu olduğu bildirilsə də, apardığımız araşdırmalar deməyə əsas verir ki, Məlik Rəhim bəyin Səlim bəydən başqa Hidayət bəy, Əsəd bəy, Qasım bəy adlı oğulları, Tubu və Ayna adlı qızları olmuşdur". Deməli, H.Zərdabinin 3 əmisi və 2 bibisi varmış. Səlim bəy Məlikov — Həsən bəy Zərdabinin atası, uzun müddət çar ordusunda praporşik rübəsində qulluq edib. Həsən bəy Zərdabi (1837–1907) — Azərbaycan jurnalisti, pedaqoqu, maarifçisi və naşiri, islam dünyasının ilk təbiətşünas alimi. Rəhim bəy Məlikov (1886–1936) — Azərbaycanın ilk fizika alimi, tanınmış publisist və teatrşünas, milli ali təhsil qurucularından biri.
Məsumə Məlikova
Məsumə Fazil qızı Məlikova (22 noyabr 1929, Bakı) — AMEA-nın müxbir üzvü (1989), Azərbaycanın Əməkdar hüquqşünası (1969), hüquq elmləri doktoru, professor, BDU Hüquq fakültəsində "Dövlət və hüquq nəzəriyyəsi tarixi kafedrası"nın müdiri. Məsumə Məlikova 22 noyabr 1929-cu ildə Bakı şəhərində anadan olub. M. F. Məlikova 1958-ci ildə M. V. Lomonosov adına MDU-da "M. F. Axundovun ictimai-siyasi baxışları" mövzusunda namizədlik dissertasiyası, 1973-cü ildə isə "XIX əsrin ikinci yarısı-XX əsrin başlanğıcında Azərbaycan maarifçilərinin siyasi və hüquqi baxışları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1974-cü ildə professor elmi adını almış, 1989-cu ildə Azərbaycan MEA-nın müxbir üzvi seçilmişdir. Bir çox dərslik, dərs vəsaiti, monoqrafiyanın, 150-dən artıq risalə və elmi məqalənin müəllifidir. Rəhbərliyi altında 20 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə edilmişdir. Prof. Məlikovanın elmi-fəaliyyəti hüquqşünaslığın iki mühüm sahəsinin-Siyası və hüquqi təlimlər tarixinin və Dövlət və hüquq nəzəriyyəsinin aktual problemlərinin tədqiqinə həsr edilmişdir. Prof. Məlikova Azərbaycanın siyasi və hüquqi təlimlər tarixinin öyrənilməsi məktəbinin banisidir.
Narınc Məlikova
Narınc Murad qızı Məlikova (1917, Abdal, Şuşa qəzası – 22 noyabr 1990, Ağdam) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1940). Narınc Məlikova 1917-ci ildə Şuşa qəzasının Abdal kəndində (hazırkı Ağdam rayonu) anadan olub. O, səhnə yaradıcılığına həvəskar aktrisa kimi 1931-ci ildə başlayıb. 1932-ci ildə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə qəbul olub. Burada 3-cü kursda təhsil alarkən ailə vəziyyəti ilə bağlı olaraq İrəvan şəhərinə köçüb. Oradakı İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışıb. Aktrisa 1936-cı ildə Bakıya gəlib. O, 1936–1939-cu illərdə Səyyar Kolxoz və Sovxoz Teatrının mövsümi truppasında, 1939–1941-ci illərdə Şəmkir Kolxoz və Sovxoz Teatrında işləyib. 1941–1943-cü illərdə Ağdam Kolxoz və Sovxoz Teatrında, 1943–1949 və 1969–1989-cu illərdə Ağdam Dövlət Dram Teatrında fəaliyyət göstərib. 1949-cu ildə Ağdam teatrı bağlananda Narınc Məlikova Füzuli Dövlət Dram Teatrına dəvət alıb və 1952-ci ildə həmin teatr da fəaliyyətini dayandıranadək orada işləyib.
Nicat Məlikov (rejissor)
Nəcibə Məlikova
Nəcibə Haşımbəy qızı Məlikova (25 oktyabr 1921, Buzovna, Bakı qəzası – 27 iyul 1992, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1974) İlk əvvəl kino aktrisası kimi şöhrətlənmiş, yaradıcılığının əsas qolu teatr sənəti ilə bağlı olan Nəcibə Haşım qızı Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub. İlk təhsilini kənddə və Bakıda alıb. Bakı Teatr Məktəbində xalq artisti Fatma Qədrinin sinfini bitirib (1940-1943). Öz istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək Bakıya qayıdıb və təzəcə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub. 1951-ci ildə ali məktəbi bitirib. Texnikumda təhsil aldığı illərdə Milli Dram Teatrının tamaşalarında epizodlar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib. Nəcibə Məlikova klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin, əsasən, dram əsərlərində və bir qədər də komediyalarında rollar oynayıb. Hüseyn Cavidin "Şeyx Sənan" (Xumar), "Səyavuş" (Firəngiz), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Şamama cadu), Cəfər Cabbarlının" "Aydın" (Böyükxanım), "1905-ci ildə" (Sona), "Sevil" (Edilya), Mirzə İbrahimovun "Həyat" (Atlas), "Kəndçi qızı" (Ayxanım), İlyas Əfəndiyevin "Büllur sarayda" (Qönçə), "Qəribə oğlan" (Məlahət), Nəbi Xəzrinin "Əks-səda" (Zərifə), "Mirzə Şəfi Vazeh" (Zübeydə), Səməd Vurğunun "Vaqif" (Xuraman), Maqsud İbrahimbəyovun "Kərgədan buynuzu" (Diləfruz), Sabit Rəhmanın "Əliqulu evlənir" (Yasəmən), "Küləklər" (Firuzə), Şıxəli Qurbanovun "Əcəb işə düşdük" (Məlahət), Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (Şölə xanım və Ziba xanım), "Müsyö Jordan və dərviş Məstəli şah" (Şəhrəbanı), Aleksandr Ostrovskinin "Cehizsiz qız" (Oqudalova), Hüseyn Muxtarovun "Kimdir müqəssir?" (Korinkina), Maksim Qorkinin "Zikovlar" (Sofiya İvanovna), Nazim Hikmətin "Şöhrət və ya unudulan adam" (Həklrnin arvadı), "Türkiyədə" (Nazir qızı), Karlo Haldoninin "Məzəli hadisə" (Marianna), Aleksandr Şirvanzadənin "Namus" (Süsənbər), Fridrix Şillerin "Orlean qızı" (Aqnessa), Lope de Veqanın "Sevilya ulduzu" (Estrelya) pyeslərinin tamaşalarında çıxış edib. Nəcibə xanım kinoda uğurlu rollar yaradıb.
Qəribsoltan Məlikova
Qəribsoltan Həsən bəy qızı Məlikova (11 iyun 1896, Zərdab, Göyçay qəzası – 9 mart 1967, Bakı) — Azərbaycanın maarif xadimi, Azərbaycan SSR əməkdar müəllimi (1948). Həsən bəy Zərdabinin qızı. Qəribsoltan Həsən bəy qızı Məlikova 1886-cı il (bəzi mənbələrdə 1896) iyun ayının 11-də Göyçay qəzasının Zərdab kəndində (indiki Zərdab şəhərində), maarifpərvər ziyalı, Azərbaycan mətbuatının banisi Həsən bəy Məlikov-Zərdabi və onun həyat yoldaşı Hənifə xanımın ailəsində anadan olmuşdur. Qəribsoltan Məlikova orta məktəbi bitirdikdən sonra Tiflisdə rus qızlar gimnaziyasında təhsil almışdır. Atası Həsən bəy Zərdabinin vəfatından 3 il sonra onun arzusu ilə Bakıya köçməyə məcbur olmuş və 1910-cu ildə pedaqoji fəaliyyətə başlamışdır. 1914-cü il 10 may tarixində ona ibtidai sinif müəllimi adı verilməsi haqqında Şəhadədnamə təqdim edilmişdir. 1915-1918-ci illərdə Bakıdakı rus-tatar (Rus-Azərbaycan) qız məktəbində dərs demiş, 1918-1920-ci illərdə bir sıra çətinliklərə sinə gələrək Bakıdakı üçüncü rus qız gimnaziyasında, sonra isə ikinci rus-qız gimnaziyasında Azərbaycan dilindən dərs demiş, həm də pedaqoji kursda öz təhsilini artırmışdır. Qərib Soltan Məlikovaya ibtidai məktəb müəllimi adı verilməsi haqqında 1938-ci il 4 noyabr tarixində Attestat təqdim edilmişdir. 1956-cı ilədək Bakının bir sıra orta məktəblərində yorulmaq bilmədən çalışmış, neçə-neçə nəslin yetişməsində böyük rol oynamışdır. Maarifpərvər ziyalı Qəribsoltan Məlikova 1967-ci il mart ayının 9-da Bakı şəhərində vəfat etmişdir.

Oxşar sözlər

#məlikov nədir? #məlikov sözünün mənası #məlikov nə deməkdir? #məlikov sözünün izahı #məlikov sözünün yazılışı #məlikov necə yazılır? #məlikov sözünün düzgün yazılışı #məlikov leksik mənası #məlikov sözünün sinonimi #məlikov sözünün yaxın mənalı sözlər #məlikov sözünün əks mənası #məlikov sözünün etimologiyası #məlikov sözünün orfoqrafiyası #məlikov rusca #məlikov inglisça #məlikov fransızca #məlikov sözünün istifadəsi #sözlük