Rəhimov sözü azərbaycan dilində

Rəhimov

Yazılış

  • Rəhimov • 99.5505%
  • RƏHİMOV • 0.4211%
  • rəhimov • 0.0189%
  • RƏhimov • 0.0095%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abdulla Rəhimov
Abdulla Rəhimov- Azərbaycanlı döyüşçü. == Həyatı == Abdulla Rəhimov 1958-ci ildə Bakıda anadan olmuşdur. İlk təhsilini Nəsimi rayon 247 nömrəli orta məktəbdə almişdir. Sonra 1975-ci ildə Abdulla Rəhimov əsgərliyə yollanmişdir. Qarabağ müharibəsi illərində Abdulla Rəhimov öz şücaətləri ilə seçilmişdir. 1994-cü il yanvarın 30-da Ağdərə uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Ailəli idi. 2 övladi var.Hal-hazırda oxuduğu 247 nömrəli məktəb onun adını daşıyır.
Arif Rəhimov
Arif Məhi oğlu Rəhimov (1938, Ağdam) — texnika elmləri doktoru, professor. == Həyatı == Arif Rəhimov 1938-ci ildə Ağdamda anadan olmuşdur. O, 1955-ci ildə Ağdam 1 saylı orta məktəbi bitirdikdən sonra 1955–1960 illərdə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Neft-mexanika fakültəsində təhsil almışdır.O, 1965 ildə namizədlik, 1996 ildə doktorluq dissertasiyasını müdafiə edib, texnika elmləri doktoru alimlik dərəcəsini almışdır. Arif Rəhimov hazırda Azərbaycan Dövlət Neft Akademiyasının kafedrasının müdiridir. == Elmi fəaliyyəti == Arif Rəhimov 100-ə yaxın elmi məqalə, 2 kitab, 4 dərs vəsaiti çap etdirmişdir.Onun elmi işi əsasən mahiyyəti yeni kompozisiya materiallarının yaradılması və yeni mütərəqqi e’mal üsullarının tərtibi məsələlərinə həsr olunmuşdur. Arif Rəhimov ÇİXTHS-nin bürünc medalına layiq görülmüşdür. == İstinadlar == == Mənbə == Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri.
Arzu Rəhimov
Arzu Yusif oğlu Rəhimov (1 oktyabr 1964, Naxçıvan) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi (2012–2023), Dövlət Miqrasiya Xidmətinin rəisi (2007–2012), Azərbaycan Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargah rəisi (2006–2007). == Həyatı == Arzu Rəhimov 1964-cü il oktyabrın 1-də Naxçıvan şəhərində anadan olmuşdur. Arzu Rəhimov 1982-ci ildə Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun Məktəbinə qəbul olmuşdur və 1986-cı ildə oradan məzun olmuşdur. == Fəaliyyəti == Arzu Rəhimov 1986–1989-cu illərdə Sovet Ordusunun sıralarında bir sıra vəzifələrdə xidmət eləmişdir. 1992-ci ildə isə Azərbaycan Ordusunun sıralarında xidmət eləməyə başlamışdır. 1992–2004-cü illərdə Sərhəd Qoşunlarının sıralarında baş zabit, Hərbi Hissə Komandiri və digər vəzifələrdə xidmət eləmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 6 aprel 2004-cü il tarixli 160 nömrəli Sərəncamına əsasən Arzu Rəhimov Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini təyin edilmişdir. 2004-cü il iyulun 30-da isə Arzu Rəhimova Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi vermilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il tarixli 742 nömrəli Sərəncamına əsasən Arzu Rəhimov Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilmişdir və Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargahının rəisi təyin edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 30 aprel 2007-ci il tarixli 2130 nömrəli Sərəncamına əsasən Arzu Rəhimov Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargahının rəisi vəzifəsindən azad edilmişdir və Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilmişdir.
Asif Rəhimov
Asif Rəhimov — Azərbaycan aktyoru, rejissor. == Həyatı == Asif Rəhimov 1981-ci il yanvar ayının 21-də Oğuz rayonunun Qumlaq kəndində anadan olub. 1998-ci ildə həmin kənddə orta məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Madəniyyət və İncəsənət Universitetinə qəbul olub. 2002-ci ildə bu universitetin teatr kollektivi rejissoru fakultəsini bitirib. 2002-2003-cü illərdə hərbi xidmətdə olub. 2003-cü ildən Bakı Bələdiyyə Teatrının aktyorudur.
Azad Rəhimov
Azad Arif oğlu Rəhimov (8 oktyabr 1964, Bakı – 30 aprel 2021, Nyu-York, Nyu-York ştatı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının gənclər və idman naziri (2006–2021). == Həyatı == Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olmuşdur. Onun babası 1954–1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetini sədri olmuş Sadıq Rəhimovdur. Azad Rəhimov 1971-ci ildə Səbail rayonunda 134 nömrəli tam orta məktəbin birinci sinifinə daxil olmuşdur və 1981-ci ildə oranı bitirmişdir. Daha sonra o, 1981-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna qəbul olmuşdur və 1986-cı ildə oradan ingilis dili müəllimi ixtisası üzrə məzun olmuşdur. 1986–1987-ci illərdə Sovet Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Azad Rəhimov 2021-ci ilin yanvar ayından ağciyər xərçəngindən və qaraciyər serozundan müalicə alırdı. O, 30 aprel 2021-ci ildə Bakı vaxtı ilə saat 22:45-də ABŞ-nin Nyu-York şəhərində müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişib. 2 may 2021-ci ildə İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur. == Fəaliyyəti == Azad Rəhimov 1984-cü ildən 1986-cı ilə qədər Xətai rayonunda 245 nömrəli tam orta məktəbdə Komsomol Komitəsində vəzifəsində çalışmışdır.
Azadi Rəhimov
Azadi Rəhimov — Dağıstan Muxtar Respublikası Dərbənd şəhərinin meri == Həyatı == Azadi Rəhimov 1958-ci ildə Dağıstanın Tabarsan rayonunun Darvaq kəndində anadan olub. O, 1998-ci ildə Dağıstanın baş nazirinin müavini olub. 2002-ci ildə isə Dağıstan Respublikanın ədliyyə naziri olub.2015-ci il fevralın 15-dən Dərbənd meri səlahiyyətlərini müvəqqəti icra edən Azadi Rəhimov 22 may 2015-ci ildə Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərinin yeni meri seçilib.
Ağarəfi Rəhimov
Ağarəfi Hacıbaba oğlu Rəhimov (9 may 1952, Bakı – 25 oktyabr 2005, Bakı) — Azərbaycan aktyoru. == Həyatı == Ağarəfi Hacıbaba oğlu Rəhimov 1952-ci il 9 mayda Bakı şəhərində anadan olub. Ağarəfi Rəhimov ilk sənət təhsilinə 182 saylı orta məktəbin dram dərnəyində başlayıb. 1970-ci ildən əmək fəaliyyətinə başlayıb.1972-ci ildə İncəsənət İnstitutunun aktyorluq fakültəsində daxil olub və Rza Təhmasibin kursunda təhsil alıb. İlk səhnə fəaliyyətinə Şəki Dövlət Dram Teatrından başlayıb. 1977–1988-ci illərdə Musiqili Komediya Teatrında çalışmışdır.1988–1996-cı ildə Bakı Bələdiyyə "Tənqid Təbliğ" Teatrında da çalışıb. 1996-cı ildən Musiqili Komediya Teatrında yenidən aktyor fəaliyyətinə başlamış və ömrünün sonuna qədər həmin teatrda çalışmışdır.Ağarəfi Rəhimov Binəqədi Xalq Teatrının rejissoru olmuşdur.25 oktyabr 2005-ci ildə işə gələrkən evində ürəktutmasından vəfat etmişdir. == Filmoqrafiya == Ağarəfi Rəhimov aşağıdakı filmlərdə çəkilmişdir: Birisigün, gecəyarısı... (film, 1981) Üzeyir ömrü (film, 1981) Evlənmək istəyirəm (film, 1983) İşarəni dənizdən gözləyin (film, 1986) Özgə ömür (film, 1987) Gülüş sanatoriyası (film, 1989) Qətl günü (film, 1990) Şirbalanın məhəbbəti (film, 1991) Yük (film, 1995) Kənddən gələn var (film, 1997) Kənddən gələn var.
Ağarəhim Rəhimov
Ağarəhim Nüsrət oğlu Rəhimov (26 oktyabr 1948, Ucar rayonu) — nasir, publisist, dramaturq, ssenarist, 1998-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, pedaqoji elmlər doktoru (1993), professor (1993). == Həyatı == Ağarəhim Rəhimov 26 oktyabr 1948-ci ildə Ucar rayonunun Boyat kəndində anadan olub. 1965-ci ildə Boyat kənd orta məktəbini, 1972-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirib. 1972-ci ildə doğma kəndində müəllim, 1972–1974-cü illərdə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işçi, 1985-ci ildə şöbə müdiri olub. 1985-ci ildə namizədlik, 1993-cü ildə doktorluq dissertasiyaları müdafiə edib. 1992-ci ildə Bakı Qızlar Universitetini təsis edib. Həmin ildən onun rektorudur. A. N. Rəhimovun elmi fəaliyyəti "Ana dili tədrisinin aktual problemləri"nə həsr olunub. Onun 300-dən artıq elmi-nəzəri və praktik məqaləsi, ana dili tədrisinin problemlərinə aid 46 kitab və kitabçası, o cümlədən IV sinif üçün "Azərbaycan dili", ali pedaqoji məktəblərin pedaqoji fakültələri üçün "Ana dilinin tədrisi metodikası" dərslikləri, "Azərbaycan dilindən sintaksisin tədrisinin nəzəri və praktiki əsasları" və "İbtidai siniflərdə oxu təlimi", "Azərbaycan dili dərslərində şagirdlərdə monoloji nitqin inkişafı", "Şagirdlərin obrazlı nitqinin inkişafı" monoqrafiyaları çap olunub.
Ağaverdi Rəhimov
Ağaverdi Hacı Yarəli oğlu Rəhimov (1895, Balaxanı, Bakı qəzası – 29 avqust 1936, Bakı) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin, Ağdaş Qəza Komitəsinin katibi. == Həyatı == Ağaverdi Yarəli oğlu Rəhimov 1895-ci ildə Bakı qəzasının Balaxanı kəndində fəhlə ailəsində anadan olmuşdur. İbtidai təhsilini kənd məktəbində almış, gimnaziyanı bitirərək Kiyev Universitetinin Tibb fakültəsinə daxil olmuşdur. O, burada qeyri-qanuni tələbə təşkilatlarının işində fəal iştirak etmiş, tələbə çıxışlarının təşkilatçılarından olmuşdur. Tələbə həyəcanları ilə əlaqədar olaraq 1918-ci ildə Kiyev Universitetində dərslər kəsildikdən sonra Ağaverdi Rəhimov da Bakıya qayıtmışdır.1918-ci ildə Ağaverdi Rəhimov bolşevik Hümmət Partiyasının Balaxanı şöbəsinin sədri, mart ayında Balaxanı Kənd Deputatlar Sovetinin üzvü, sanitariya komissiyasının sədri seçilmişdir. Həmin ilin yayında Bakı Kommunasının süqutundan sonra o, gizli şəraitdə işləməyə başlayaraq 1919-cu ilin dekabr ayında bolşeviklər partiyasına daxil olmuş, partiyanın Balaxanı bölməsinin sədri olmuşdur.Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Ağaverdi Rəhimov Balaxanıda partiya və həmkarlar ittifaqı işində çalışmış, Balaxanı-Sabunçu Rayon Sovetinin və Bakı Sovetinin üzvü, Azərbaycan K(b)P Balaxanı Yarımrayon Komitəsinin kətibi seçilmişdir. 1921–1922-ci illərdə Azərbaycan K(b)P Bakı Komitəsinin təşkilat şöbəsinin müdiri və katibin müavini vəzifələrində çalışmışdır. Sonra isə Balaxanı-Sabunçu Rayon İcraiyyə Komitəsinin sədri, Salyan Qəza İcraiyyə Komitəsinin sədri, Azərbaycan K(b)P Zavağzal Rayon Komitəsi və Şəhər Rayon Komitəsi təşkilat şöbəsinin müdiri olmuşdur.Ağaverdi Rəhimov sonrakı illərdə Zaqatala Qəza İcraiyyə İcraiyyə Komitəsinin sədri, Azərbaycan K(b)P Ağdaş Qəza Komitəsinin katibi və Naxçıvan Vilayət Komitəsinin katibi vəzifələrində işləmişdir. O, dəfələrlə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin, eləcə də 1923-cü ildən Azərbaycan K(b)P Mərkəzi Komitəsinin üzvü seçilmişdir.Ağaverdi Rəhimov ömrünün sonlarına yaxın L. Beriya adına Bakı ət kominatı zavodunda direktor müavini işləmişdir. O, 29 avqust 1936-cı ildə vəfat etmişdir.
Camal Rəhimov
Camal Rəhimov (16 sentyabr 1987) — Azərbaycanı təmsil edən çapar. == Həyatı == Camal Rəhimov 1987-ci il sentyabrın 16-da anadan olub. Üç yaşından xaricdə — əvvəl İstanbulda, sonra isə Brüsseldə yaşayır. Azərbaycanın Baş naziri olan Həsən Həsənovun nəvəsidir. == Karyerası == Karyerası ərzində Camal Rəhimov bir sıra beynəlxalq turnirlərin qalibi oldu. Camal Rəhimov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Bununla da Camal Rəhimov Azərbaycanı Olimpiya Oyunlarında atçılıq idman növü üzrə təmsil edən birinci idmançı olaraq tarixə düşdü. Olimpiya Oyunlarından əvvəl Camal Rəhimova Fransadan qiyməti 1 milyon 970 min avro məbləğində olan Ionesco De Brecca ləqəbli at alındı. Atın ödənişi SOCAR tərəfindən edildi. Bu hadisə həmin dönəmdə Azərbaycanda birmənalı qarşılanmadı və tənqid edildi.Camal Rəhimov olimpiada da avqustun 15-də mübarizə apardı.
Cavanşir Rəhimov
Cavanşir Rəhimov (tam adı: Cavanşir İzzət oğlu Rəhimov; 5 iyun 1973, Qaşqaçay, Qax rayonu – 6 avqust 1992, Çıraqlı, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == 5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində dünyaya göz açmışdır. Bir yaşında olarkən ailələri Bakının Qaraçuxur qəsəbəsinə köçmüşlər. Cavanşir buradakı Suraxanı rayonu 104 saylı orta məktəbə getmiş, səkkizinci sinfi bitirdikdən sonra isə texniki-peşə məktəbində təhsilini davam etdirmişdi. O, qısa müddət ərzində karate idman növünü öyrənmiş və idman ustası normativini ödəmişdi. 1992-ci ildə Cavanşir hərbi xidmətə çağırılır, onun taleyinə Hərbi Hava Qüvvələrində xidmət etmək düşür. Bir müddət təlim keçən Cavanşir Rəhimov bort-atıcı peşəsinə yiyələnmişdi. Könüllü olaraq müharibəyə getmək istədiyini bildirəndə onu baş leytenant Ruslan Polovinkonun komandiri olduğu Mi-24 vertolyotuna bort-atıcı təyin edilir. == Şəhadəti == 6 avqust 1992-ci ildə Qasapet yüksəkliyindəki döyüşçüləri xilas etmək üçün havaya qalxan hərbi vertolyot üç dəfə uçuş edərək yerdəki erməni mövqelərini atəşə tutdu və buradakı erməni bölüyünü məhv etdi. Dördüncü uçuş zamanı Cavanşir artıq yaralı olsa da, uçuşa hazır olduğunu bildirir və yenidən havaya qalxan vertolyot Qasapet istiqamətində güclü raket atəşinə tutularaq vurulur.
Coşqun Rəhimov
Coşqun Allahverdi oğlu Rəhimov (8 dekabr 1972, Sumqayıt) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Coşqun Rəhimov 8 dekabr 1972-ci ildə Sumqayıtda anadan olub. Azərbaycanın tanınmış aktyoru Hacı adını qazanmaq üçün müqəddəs Məkkəyə yola düşüb == Aktyor kimi == Həmkarı Rafael İsgəndərov ilə birlikdə "Bu Şəhərdə" adlı komediya teatrının qurucuları hesab olunurlar.
Cəbrayıl Rəhimov
Rəhimov Cəbrayıl Məmmədrza oğlu (1892, Bakı — ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Şamaxı realnı məktəbini bitirmiş (1912), Moskva Kommersiya İnstitutuna daxil olmuşdur. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Dadaş Rəhimov
Dadaş Bəhmən oğlu Rəhimov (20 yanvar 1932, Siyov, Zuvand rayonu – 1992, Bakı) — Azərbaycan alimi, biologiya elmləri doktoru. == Həyatı == Dadaş Bəhmən oğlu Rəhimov 20 yanvar 1932-ci ildə Azərbaycan SSR Lerik rayonunun Siyov kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1946-cı ildə Siyov kənd orta məktəbinin 8-ci sinfini bitirdikdən sonra, Lənkəran Kənd Təsərrüfatı Texnikumuna aqronomluq fakültəsinə daxil olmuşdur. 1949-cu ildə texnikumu bitirdikdən sonra 1949-1950-ci illərin Lerik rayonunun “Qızıl Oktyabr” kolxozunda və Lənkəran rayonunun “Avrora” sovxozunda aqronom vəzifələrində işləmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə "Bioloq-zooloq" ixtisasına daxil olmuşdur. D. Rəhimov 1960-cı ilin dekabrında Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Zoologiya İnstitutunda ixtiologiya ixtisası üzrə namizədlik aspiranturasına daxil olmuş və A. Mahmudbəyovun elmi rəhbərliyi altında 1966-cı ildə “Orta və Cənubi Xəzərin qərb sahillərində xul balıqlarının növ tərkibi, biologiyası və ehtiyatınin vəziyyəti” mövzüsunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Daha sonralar o, demək olar ki, bütövlükdə Xəzərin xul balıqlarını öyrənmiş və 1991-ci ildə “Xəzər dənizinin xul balıqları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Elmi fəaliyyəti == Dadaş Rəhimovun uzunmuddətli tədqiqatları nəticəsində Xəzər dənizində xul balıqlarının 11 cinsinə aid olan 36 növ və yarımnövlərini müəyyən etmişdir. O, elmdə 2 növ və 7 yarımnövü ilk dəfə təsvir etmişdir. Dadaş Rəhimov 1976-1980-cı illər ərzində kefalın Azərbaycanın şirinsulu göl və gölməçələrində yetişdirilməsi məsələləri üzrə tədqiqat işləri aparmışdır.
Elcan Rəhimov
Elcan Rəhim oğlu Rəhimov (6 avqust 1998-ci ildə Azərbaycanda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Kəpəz klubunda müdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Kəpəz === Rəhimov Kəpəz akademiyası vasitəsilə inkişaf etmişdir. Rəhimov əsas komanda ilə debütünü 30 oktyabr 2016-cı ildə etmişdir. O, 80-ci dəqiqədə Zirə klubu ilə qarşılaşmada Tural Qürbətovu əvəz etmişdir. Həmin görüşdə Kəpəz Azərbaycan Premyer Liqası görüşündə Zirəyə 2-0 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 2 Mart 2017 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.
Elnur Rəhimov
Elnur Məmmədkərim oğlu Rəhimov (25 iyul 2000; Qəbələ rayonu, Azərbaycan — 1 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Rəhimov 2000-ci il iyulun 25-də Qəbələ rayonunun Mıxlıqovaq kəndində anadan olub. 2006-2017-ci illərdə F. Həmidov adına Mıxlıqovaq kənd tam orta məktəbinə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elnur Rəhimov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini başa vurduğdan sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. 2020-ci ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Elnur Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Rəhimov noyabrın 1-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib.
Elvin Rəhimov
Elvin Ehtiram oğlu Rəhimov (20 noyabr 1991; Füzuli rayonu, Azərbaycan — 4 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Rəhimov 1991-ci il noyabrın 20-də Füzuli rayonunun Zərgər kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Elvin Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Rəhimov noyabrın 4-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Rəhimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Rəhimov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Rəhimov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elşad Rəhimov
Elşad Rəhimov (11 oktyabr 1974, Bakı) — Azərbaycan kino xadimi, montaj rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2016). == Həyatı == Rəhimov Elşad İbrahimxəlil oğlu 11 oktyabr 1974-cü il Bakı şəhərində anadan olmuşdur. 1981–1989-cu illərdə Bakı şəhəri 20 saylı məktəb. 1994–1999 AzTV. 1999–2001 ABA TV. 2001–2002 Rast production. 2002–2005 Space TV. 2005–2007 A.S.V.A Profi studiya. 2007–2009"Bizim Kino prodüser mərkəzi" 2009-cu ildən Azərbaycanfilm kinostudiyasında çalışır. 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Zəvvar ORT rus (2001) Bir anın həqiqəti (film, 2003) Qraf Krestovski NTV rus (2004) Bomba (film, 2005) İnterpapa (film, 2006) Hökmdarın taleyi (film, 2008) Cavad xan (film, 2009) Ölüm növbəsi (film, 2009) Kuklalar (film, 2009) Yaddaş (film, 2010) Əlavə təsir (film, 2010) İlahi məxluq (film, 2011) Dolu (film, 2012) Xoca (film, 2012) Dərvişin qeydləri (film, 2013) Qisas almadan ölmə (film, 2014) Axırıncı dayanacaq (film, 2014) Əlvida, Şmidt!
Fariz Rəhimov
Fariz Rəhimov (tam adı: Fariz Zahir oğlu Rəhimov; 20 sentyabr 2001; Qəbələ, Azərbaycan — noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fariz Rəhimov Zahir oğlu 2001-ci il 20 sentyabr tarixində Qəbələ rayonunun Əmirvan kəndində anadan olub. Milliyyətcə ləzgi olan Fariz Rəhimov, 2006-cı ildə Əmirvan kənd orta məktəbində orta təhsilə başlamış və 9-cu sinfi bitirdikdən sonra, 2016-cı ildə Bakı şəhər 12 saylı Bakı Peşə Liseyinə qəbul olub və 2017-ci ildə həmin təhsil müəssisəsindən Geniş Profilli Dəzgahçı dərəcəsi ilə məzun olub. 2021 ci ildə Fariz Rəhimovun təhsil aldığı 12 saylı Bakı Peşə liseyinin (indiki Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Mərkəzinin) kitabxanaçisi AYB nin üzvü Xanım Mehdixanlının həmin peşənin 9 şəhid məzunu haqqında yazdığı "Unutmaq olarmı sizi şəhidlər" kitabında Fariz Rəhimova həsr edilmiş "Şuşa Fatehi" adlı məqalə yer alıb == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Fariz Rəhimov 2019-cu ilin payız çağırışında hərbi xidmətə çağrılıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Füzuli,Cəbrayıl,Xocavənd, Laçın, Şuşa istiqamətində gedən döyüşlərdə savaşıb. Fariz Rəhimov Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Əmirvan kəndində yerləşən Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Rəhimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Fəda Rəhimov
Fəda Rəhimov (1957) — Bakı Dövlət Universitetinin “Ehtimal nəzəriyyəsi və riyazi statistika” kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == 1957-ci ildə Azərbaycan Respublikasının İsmayıllı rayonunda anadan olmuşdur. Evlidir, 3 övladı var. == Təhsili, elmi dərəcə və elmi adları == 1979-cu ildə BDU-nu bitirib. 1985-ci ildə "Artımları asılı olmayan təsadüfi proseslərin birinci dəfə kənara cıxma anları üçün limit teoremləri" mövzusunda dissertasiyasını müdafiə etmişdir. 2008-ci ildə "Həyacanlanmış təsadüfi dolaşmanın qeyri-xətti funksiyaları üçün limit teoremləri və onların ardıcıl statistik analizə tətbiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. == Əmək fəaliyyəti == AMEA-nın RMİ-da və 1990-cı ildən BDU-nun "Ehtimal nəzəriyyəsi və riyazi statistika" kafedrasında çalışır. "Ehtimal nəzəriyyəsi və riyazi statistika", "Ehtimal nəzəriyyəsi və riyazi statistikanın əlavə fəsilləri", "Ardıcıl statistik analiz" fənlərini tədris edir 50-dən çox məqalə,2 kitabın müəllifidir, == Tədqiqat sahəsi == Təsadüfi proseslər üçün sərhəd məsələləri nəzəriyyəsi. == Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı == Daşkənd(Özbəkstan)-2005 == Seçilmiş əsərləri == Рагимов Ф.Г. Об асимптотическом поведении одного класса моментов первого выхода за границу в многомерном случайном блуждании // Теор. вероят.
Gumrah Rəhimov
Gümrah Rəhimov — Azərbaycan aktyoru, Azərbaycan SSR Dövlət Mükafatı laureatı. == Həyatı == Gümrah Kərim oğlu Rəhimov 1944-cü ilin dekabrında Borçalı rayonunun Sarvan kəndində anadan olmuşdur. 1952-ci ildə Marneuli Pedaqoji Texnikumu nəzdindəki ibtidai məktəbin birinci sinfinə getmiş, 1956-cı ildə 1 nömrəli Marneuli Azərbaycan orta məktəbinin 5-ci sinfinə keçib, 1963-64-cü tədris ilində həmin məktəbi bitirir. Uşaqlıqdan məlahətli səsə malik olan balaca Gümrah, elə uşaq yaşlarından çalıb-oxumağı (əsasən hind və qədim Türk mahnılarını) sevirdi. Buna görə də böyük qardaşlarının məsləhətilə sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə verir və oraya da daxiı olur. Gümrah Rəhimov institutu müvəffəqiyyətlə qurtarıb, təyinatla Cəfər Cabbarlı adına kino studiyasının aktyorluq şö’bəsinə işə götürülür. İşlədiyi az bir müddət ərzində 44 filmdə böyük və kiçik, lakin yaddaqalan rollar oynamışdır. Aktyor Gümrah elə olurdu ki, bir ildə iki, bə‘zən isə uç filmdə çəkilirdi. Gümrah Rəhimov “Qaçaq Nəbi” filmində Tunc Vəli obrazına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. Gümrah Rəhimov istər kinoda, istərsə də teatrda bir çox unudulmaz rollar özgünluyü ilə fərqlənmişdir.
Gülbaba Rəhimov
Gülbaba Rəhimov - SSRİ Şərəf ordeni laureatı Gülbaba Əmrah oğlu Rəhimov 1904–cü ildə Quba rayonu Qımıl kəndində kəndli ailəsində anadan olub. Altı yaşında atası Əmrahı itirən Gülbaba anası və böyük qardaşlarının himayəsində böyüyüb. Daha sonra hazırkı Xaçmaz rayonu ərazisindəki Hacı Əhməd oba kəndində yaşayan xalası və onun əri Xələfin evində qaldıqdan sonra həmən kənddə , ibtidai mədrəsədə təhsil alaraq ərəb dilini mükəmməl şəkildə öyrənib. Daha sonra Azərbaycana yardıma gələn Qafqaz İslam ordusunun tərkibində Türkiyəyə geri qayıdan ordu hissələri ilə Türkiyəyə gedib və bir müddət İstanbul , Samsun və Trabzon şəhərlərində qalıb. Azərbaycana qayıdan Gülbaba Rəhimov 1920 – ci ildə hazırkı Qusar şəhərində açılan iki aylıq müəllimlik kursunda təhsilini təkmilləşdirdikdən sonra, elə həmin il doğulduğu Qımıl kənd məktəbinə direktor və müəllim təyin olunur. Elə həmən ildən də Partiya sıralarına daxil olaraq kəndin ilk partiya təşkilatının ilk baş katibi olub. Quba qəza partiya komitəsinin qərarı əsasında 1922 – ci ildən 1923- cü ilin sentyabr ayına kimi Xaçmaz və Dəvəçi ( indiki Şabran) nahiyələrinin partiya komitəsinin katibi işləyib. Daha sonra 1923- cü ildə Quba Qəzası partiya komitəsinin qərarı ilə o vaxtlar Bakıdakı ( 1923-1924) S. Şaumyan adına partiya məktəbində təhsil alıb. 1924- cü ildən 1926 – cı ilə kimi yenidən Qımıl kəndinə direktor və müəllim təyin olunur. 1926 cı ilin sonlarından 1927 – ci ilədək Qımıl kəndində məktəb direktoru olmaqla yanaşı o vaxtlar Ənıq dairəsində Dövlət İcra komitəsinin sədri vəzifəsində çalışıb.
Hikmət Rəhimov
Hikmət Vaqif oğlu Rəhimov (5 aprel 1986, Bakı) — Azərbaycan aktyoru. == Həyatı == Hikmət Rəhimov 1986-cı il aprelin 5-də Bakı şəhərində anadan olub. 2004-cü ildə orta məktəbi bitirib, elə həmin ildə ADMİU-ya daxil olub və 2008-ci ildə oranı bitirib. 2008–2009-cu illərdə hərbi xidmətdə olub. 2009-cu ildən Azərbaycan Dövlət Yuğ Teatrında, 2010-cu ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmağa başlayıb.Hal-hazırda heç bir teatrda fəaliyyət göstərmir. == Şəxsi həyatı == Ailəlidir bir qızı, bir oğlu var.
Hüseyn Rəhimov
Pirotexnik. Kinoşünas == Həyatı == İxtisasca kinoşünasdır. 2002-2006 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinoşünaslıq ixtisası üzrə məzunudur. Müstəqil olaraq pirotexnik kimi çalışır. Hekayə və məqalələri müxtəlif qəzet və jurnallarda çap olunub. Türkiyənin Samanyolu televiziya kanalında hekayəsi əsasında televiziya filimi çəkilib və yayımlanıb. Adobe Premiere CS5, Cinema 4D, Sketchup pro 7, Realflow 5, 3D Real-Time Motion Capture system və s. kompüter proqramlarında işləməyi bacarır. == Məqalələri == Son 10 ildə çəkilmiş Azərbaycan filmləri və ya milyonlarla manatı külə döndərmiş xüsusi dəzgahlar. "Hesabat" jurnalı Çağdaş kinomuzun problemləri və ondan çıxış yolları.
Həsən Rəhimov
Rəhimov Həsən Piri оğlu (1940 – 01.09.2014) — filоlоgiya elmləri dоktоru, prоfessоr. == Həyatı == Həsən Rəhimоv 1940-cı ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində dünyaya gəlmişdir. 1957-ci ildə оrta məktəbi bitirib, Azərbaycan Pedaqоji Хarici Dillər İnstitutuna qəbul оlunmuşdur. 1962-ci ildə оranı bitirib kənddə müəllim işləmişdir. 1964-cü ildə M.F.Aхundоv adına Хarici Dillər İnstitutunda pedaqоji fəaliyyətini davam etdirmişdir. Əlcəzair Xalq Demоkratik Respublikasında və Qvineya Respublikasında tərcüməçi kimi çalışmışdır. Xaricdə işini başa çatdırdıqdan sоnra yenidən əvvəlki iş yerinə qayıtmışdır. 1996-cı ildən filоlоgiya elmləri dоktоru, prоfessоr elmi titulunu daşımış, ömrünün sonuna qədər ADU-nin dillər kafedrasında fəaliyyətini davam etdirmişdir. 1 sentyabr 2014-cü ildə vəfat etmişdir. == Mənbə == Mütəllim Həsənov.
Asif Rəhimov (şəhid)
Asif Rəhimov — 21 oktyabr 1974-cü ildə anadan olmuşdur. Asif Rəhimov Qarabağ müharibəsinin iştirakçısıdır. 20 aprel 1994-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. == Həyatı == Asif Rəhimov 21 oktyabr 1974-cü ildə anadan olmuşdur. == Şəhidlik zirvəsi == Asif Rəhimov 7 noyabr 1993-cü ildə Hacıqabul rayonundan hərbi xidmətə çağırıldı. Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına əsgər kimi yollanan Asif Rəhimov 1994-cü ilin 20 aprel tarixində Füzuli rayonu uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olmuşdur. Hacıqabul rayonunun Atbulaq kəndində dəfn olunmuşdur. == Ailəsi == Subay idi.
Asif Rəhimov (əsgər)
Asif Həsrət oğlu Rəhimov (17 aprel 1993; Çayqaraqoyunlu, Şəki rayonu, Azərbaycan — 3 noyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Rəhimov 17 aprel 1993-cü ildə Şəki rayonunun Çayqaraqoyunlu kəndində Həsrət Rəhimovun və Könül Rəhimovanın ailəsində anadan olmuşdur. 2000-ci ildə Şəki rayon Çayqaraqoyunlu kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 2011-ci ildə məktəbin 11-ci sinfini bitirmişdir. Ailəli idi, Kənan adlı 3 yaşlı oğlu və Yağmur adlı 1 yaşlı qızı var. == Hərbi xidməti == Asif Rəhimov 2011-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2013-cü ilin aprel ayında hərbi xidmətdən tərxis olunaraq mülki fəaliyyətinə davam etmişdir. 2020-ci ilin yanvar ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrin birində müddətdən artıq hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Asif Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir.
Düriyyə Rəhimova
Düriyyə Rəhimova — Dağıstanın xalq artisti. == Həyatı == Düriyyə Rəhimova 1929-cu ildə martın 15-də Quba rayonunun Qımıl kəndində anadan olmuşdur. Quba Dövlət Dram Teatrında işləməyə başlamışdır. Quba Dövlət Dram Tatrı bağlandığdan sonra Dağıstan Filarmoniyasına dəvət almış və orada işləmişdir. Sonralar Ləzgi Dövlət Teatrında fəaliyyət göstərmişdir. Dərbənd Azərbaycan Dövlət Dram teatrının yaradıcılarından biridir. Onlarla yadda qalan rolları vardır. 2014-cü ilin mart ayında uzun sürən xəstəlikdən sonra 85 yaşında yaşadığı Dərbənd şəhərində vəfat etmişdir.
Elmira Rəhimova
Elmira Allahverdi qızı Rəhimova (13 avqust 1941, Bakı) – Azərbaycan Respublikasının xalq artisti (2000). == Həyatı == Rəhimova Elmira Allahverdi qızı 13 avqust 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur.Azərbaycan Dövlət Dillər İnstitutunu (1970), Azərbaycan Dövlət Musiqi Texnikumunu (1965) bitirmişdir. 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. 50-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınmış, Hindistanın Baş naziri C. Nehrunun dəvəti ilə iki dəfə (1957–59, 1961) Hindistanda olmuş, hind mahnı və rəqslərini öyrənmişdir. Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa etmişdir. Dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış etmişdir. Anand adında bir oğlu və iki nəvəsi vardır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 61.41 dəfə / 1 mln.
2002 ••••••• 34.26
2003 ••••• 25.20
2004 •••• 20.55
2005 ••••••••• 42.51
2006 •••••••••••••• 71.63
2007 •••••••••••••••• 79.71
2008 •••••••••••• 60.66
2009 ••••••••••••• 66.07
2010 •••••••••••••••••••• 103.75
2011 •••••••••••••• 70.95
2012 •••••••••••• 59.37
2013 ••••••••• 44.64
2014 ••••••••••••• 66.07
2015 ••••••••••••••• 77.57
2016 ••••••••••••••• 74.97
2017 •••••••••••• 57.72
2018 •••••••••• 47.34
2019 ••••••••• 43.54
2020 ••••• 21.22

"rəhimov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rəhimov nədir? #rəhimov sözünün mənası #rəhimov nə deməkdir? #rəhimov sözünün izahı #rəhimov sözünün yazılışı #rəhimov necə yazılır? #rəhimov sözünün düzgün yazılışı #rəhimov leksik mənası #rəhimov sözünün sinonimi #rəhimov sözünün yaxın mənalı sözlər #rəhimov sözünün əks mənası #rəhimov sözünün etimologiyası #rəhimov sözünün orfoqrafiyası #rəhimov rusca #rəhimov inglisça #rəhimov fransızca #rəhimov sözünün istifadəsi #sözlük