Rəhim Alxas
Rəhim Alxas (xın. Раьхıим Алхас; tam adı: Rəhim Xəlfə oğlu Alxasov; 20 mart 1937, Xınalıq, Quba rayonu – 20 sentyabr 2003, Xınalıq, Quba rayonu) — xınalıqlı şair, aşıq, publisist, poliqlot, pedaqoq.
== Həyatı və yaradıcılığı ==
Rəhim Alxas 20 mart 1937-ci ildə Quba rayonunun Xınalıq kəndində anadan olmuşdur.
Məşhur xınalıqlı şair Rəhim Alxasın yaradıcılıq dövrü XX əsrin ikinci yarısına aiddir. Beş dildə – Azərbaycan, xınalıq, özbək, tatar və türkmən dillərində şeirlərin müəllifi və Xınalıq kənd orta məktəbinin müəllimi olmuş Rəhim Alxas xınalıq dili barədə xeyli tədqiqat işi aparmış və müəyyən etmişdir ki, Xınalıq dilində fellər həm cinsə, həm də insan və heyvana görə fərqlənir. Məsələn, "gəlir" sözü qadın, kişi və heyvana görə müxtəlif tərzdə səslənir.
Şairin öz doğma kəndinə sıx bağlılığını əks etdirən bir şeir belədir:
Onun yazılarından da xınalıqlıların Allaha necə inandıqları bir daha aydın görünür:
Rəhim Alxas Xınalıqda Xıdır Nəbi məscidində imamlıq etmişdir.
Bütün şahdağlıların fəхri, görkəmli xınalıqlı şair Rəhim Alxas doğulub, boya-başa çatdığı doğma Xınalıq kəndində 2003-cü il sentyabr ayının 20-də vəfat etsə də, həmin gün onun cənazəsi ailəsinin məskunlaşdığı Quba rayonunun Vladimirovka (Gülüstan) kəndinə gətirilmiş, sentyabr ayının 21-də həmin kəndin qəbiristanında dəfn edilmişdir.
== Kitabları ==
Vətən təranələri. Bakı, "Elm", 1990 (az.)
«Хыналыкъ» (Шеирдир.