Rəhimli sözü azərbaycan dilində

Rəhimli

Yazılış

  • Rəhimli • 99.0687%
  • rəhimli • 0.4657%
  • RƏHİMLİ • 0.4657%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Rəhimli
Rəhimli — Azərbaycanda daha çox işlədilən soyad. Rəhim Rəhimli — Azərbaycan musiqiçisi İlham Rəhimli — Azərbaycan teatrşünas-tənqidçisi, jurnalist, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Kəndlər Rəhimli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Rəhimli (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd. Rəhimli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Rəhimli (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd. Rəhimli (Germi) Rəhimli-i Muran (Germi) Rəhimli (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd Dağlar Rəhimli — İsmayıllı rayonu ərazisində dağ. Hündürlüyü 2085 m.
Hüseyn Rəhimli
Hüseyn Natiq oğlu Rəhimli (10 iyul 1995) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Hüseyn Rəhimli 1995-ci il iyulun 10-da anadan olub. == Karyerası == Hüseyn Rəhimli 2015-ci ildə Kvanju şəhərində (Cənubi Koreya) baş tutan tələbələr arasında Universiada Oyunlarının bürünc medalına sahib oldu. Daha sonra Uolsoll şəhərində (Birləşmiş Krallıq) baş tutan Avropa Çempionatında çıxış edən Hüseyn Rəhimli, turniri bürünc medalla başa vurdu. Hüseyn Rəhimli 2018-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Dünya Çempionatında fərdi turnirdə final görüşündə məğlub oldu və gümüş medala sahib oldu. Komanda turnirini isə Hüseyn Rəhimli bürünc medalla başa vurdu. 2019-cu ildə Hüseyn Rəhimli Genuya şəhərində (İtaliya) baş tutan Avropa Çempionatının final görüşündə qalib gəldi və qızıl medala sahib oldu. Komanda turnirində də Hüseyn Rəhimli qızıl medala sahib oldu. Hüseyn Rəhimli 2021-ci il ərzində beynəlxalq turnirlərdə topladığı reytinq xalları hesabına Paralimpiya Oyunlarına vəsiqə qazandı.
Kamil Rəhimli
Mikayıl Rəhimli
Mikayıl Rəhman oğlu Rəhimov (1962, Sirab, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sabiq sədri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq deputatı, Babək Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin sədri == Həyatı == Mikayıl Rəhman oğlu Rəhimov 1962-ci ildə Naxçıvan rayonunun Sirab kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. Təyinatla 4 nömrəli Naxçıvan Yol İstismar İdarəsində çalışmışdır. Bir müddət sonra həmin idarənin Birləşmiş Həmkarlar İttifaqı Təşkilatının sədri olmuşdur. İqtisad üzrə fəlsəfə doktorudur. == Siyasi fəaliyyəti == Mikayıl Rəhimov 1991-ci ildən 1994-cü ilədək Babək Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. Mikayıl Rəhimov 1990-cı illərdən aktiv siyasi fəaliyyətə başlamışdır. O, 1990-cı ildə keçirilmiş Naxçıvan MSSR Ali Sovetinə seçkilərdə Azərbaycan Xalq Cəbhəsi sıralarından 36 nömrəli Sirab seçki dairəsi üzrə deputatlığa namizəd olmuş və seçilmişdir. O, 1995-ci ilədək deputat kimi fəaliyyət göstərmiş, eyni zamanda Ali Məclisin Rəyasət Heyətinin üzvü seçilmişdir. === Mərkəzi Seçki Komissiyasında === Mikayıl Rəhimov 8 oktyabr 2010-cu ildə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin təqdimatı ilə Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizədi olmuşdur.
Murad Rəhimli
Məmmədəli Rəhimli
Rəhimli Məmmədəli Paşasadıq oğlu (10.4.1899, Tiflis -?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Tiflis gimnaziyasını bitirmişdir (1918). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini maşınqayırma sahəsində davam etdirmək üçün Darmştadt İnstitutuna (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 1 il qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Orxan Rəhimli
Rafiq Rəhimli
Rafiq Rəhimli — Azərbaycan yazıçısı, ssenarist, dramaturq, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2019) Azərbaycan Jurnalistlər Birliyi, Teatr Xadimləri İttifaqının üzvü == Həyatı == Rafiq Səfər oğlu Rəhimli 1956-cı il yanvar ayının 3-də Lənkəran şəhərində dünyaya göz açıb. Hələ ali təhsil almadan 1978-ci ildə "Leninçi" rayon qəzetinə işə dəvət edilib. 1989-cu ildə Bakı Dövlət Universitetini, 1994-cü ildə isə "Müstəqil. Rs" nəzdində fəaliyyət göstərən ali rejissorluq kursunu bitirib. Hələ şagird ikən yerli radio və yerli qəzetlə əməkdaşlıq edən Rafiq Rəhimli ilk müxbir vəsiqəsini 1974-cü ildə almışdır. İlk qələm təcrübələri orta məktəb illərindən başlayıb. Tələbəlik illərində müxtəlif müsabiqələrin qalibi kimi bir sıra mükafatlara layiq görülüb. 1976–1978-ci illərdə balıq konservi zavodunda fəhlə, 1978–1984-cü illərdə "Leninçi" qəzetində korrektor, 1984–1993-cü illərdə Azərbaycan radiosunda, 1994–2000-ci illərdə Azərbaycan Dövlət Televiziyasında müxbir və redaktor, 2000–2002-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında ədəbi-dram hissəsinin rəhbəri vəzifələrində çalışıb. 2002-ci ilin dekabr ayından isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi-dram hissəsinin müdiri vəzifəsini icra edir. "Rəfiq" ədəbi məcmuəsinin təsisçisi və baş redaktorudur.
Rəhim Rəhimli
Rəhim Rəhimli (28 dekabr 1976, Bakı – 30 sentyabr 2022, Bakı) — azərbaycanlı müğənni, bəstəkar, aktyor. == Həyatı == Rəhim Rəhimli 28 dekabr 1976-cı ildə Ağdamda dünyaya gəlib. == Vəfatı == 2022-ci il sentyabrın 30-da ürək tutmasından dünyasını dəyişib. Bülbülə qəbiristanlığında dəfn olunub. == Fəaliyyəti == Ekstravaqant tərzi ilə daima diqqət çəkmişdir. Çoxsaylı klipləri və mahnıları ilə tanınırdı. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi "MTV Azərbaycan" kanalının direktoru işləyib. Daha çox bəstəkarlıq fəaliyyəti ilə məşğul olub. == Kliplər == == Həmçinin bax == Sevərsənmi (albom) == İstinadlar == == Xarici keçidlər == Azərbaycanı tərk etdi, insanlardan gizləndi, heç vaxt ailə qurmadı – O, hansı müğənnimizlə sevgi yaşadı?
Rəhimli (Ağsu)
Rəhimli — Azərbaycan Respublikasının Ağsu rayonunun Rəhimli kənd inzibati ərazi dairəsində kənd.
Rəhimli (Germi)
Rəhimli (fars. رحيملو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 108 nəfər yaşayır (21 ailə).
Rəhimli (Goranboy)
Rəhimli — Azərbaycan Respublikasının Goranboy rayonunun Rəhimli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Rəhimli kəndi Goran çayı dərəsinin yamacındadır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini vaxtilə Qazax qəzasından köçüb gəlmiş Ağqoca oğlu Rəhim saldığı üçün kənd onun adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1107 nəfər əhali yaşayır. == Tanınmış şəxsiyyətləri == Aşıq Kazım Rəhimli.
Rəhimli (Gədəbəy)
Rəhimli — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Düz Rəsullu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd XVIII əsrin əvvəllərundə salınıb. Yerli əhalinin məlumatına görə, Rəhimli kəndini Sərdarlı nəslindən olan Qara Rəhim salmışdır. == Toponimikası == Şahdağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatma görə, yaşayış məntəqəsini vaxtilə Qazax mahalının Qıraq Kəsəmən kəndindən köçüb gəlmiş Qara Rəhim adlı şəxs saldığı üçün kənd onun adı ilə adlandırılmışdır; == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 207 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Rəhimli (Kəlbəcər)
Rəhimli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Bu kəndin bünövrəsini Çaykənd kəndindən köçmüş bir neçə ailə qoyub. Həmin ailələr heyvandarlıqla məşğul olurmuşlar. Kəndin əvvəlki adı AşağXaç olub.1992-ci ildə kəndin adı dəyişdirilərək onun bünövrəsini qoyan Alxanov Rəhim Ocaqverdi oğlu şərəfinə Rəhimli adlandırılmışdır. Oğlu Alxanov Köçəri isə Kəlbəcərdə sayılıb-seçilən adamlardan olub.Kənd əhalisi Kürdlərin Azərbaycan dilində danışan Alxasi tayfasına mənsubdur. == Yaylaqlar == Behbudbəyin ağqayasının yurdu, Alagöllər yaylağı, Sudəyənqaya yurdu, Söyüdlü yaylağı, Qara Nəsibin yurdu, Mustafanın yurdu, Alıqulu ağanın yurdu, Taxtadüz yurdu, Sarıbulaq yurdu, Ketilərdüşən yurd, Əsəd bəyin yurdu, Mədinəli dərəsinin yurdu, Novruzdüşən göl yurdu. == Bulaqlar == Zeynalın bulağı, Novlu bulaq, Bərk bulaq, Nəcəfölən bulaq, Korca bulaq, Lazımın bulağı, Gölmə bulaq. == Məşhur yerlər == Tələlər, Ortaburun, Qırmızıqaya, Güneyinboynu, Biçənəklər, Şişin döşü, Uzuntala, Hacı Əmrahın yurdu, Kərimin biçənəyi, Mustafanın darı yeri, Heydərin yeri, Xaça yolaşan, Xanışın yeri, Ağ kaha, Hüseynalının çuxuru, Sarıburun, Qara daşın dərəsi, Qara malıx, Su duran, Həşəriyyə, Qarağatlı qobu, Əsgərin kahası, El yolu, Sarının yurdu, Mis, Bulağınbaşı, Yatalğalar.
Rəhimli (Şabran)
Rəhimli — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Şabran rayonun tanınmış kəndlərindəndir. Bu kəndin evlərinə çatmaq üçün yolun bir qədərini piyada və ya minklə getmək lazımdır. Dəmir yoluna qədər olan ərazilərdə heç kim yaşamır. Ona görədə kəndin başından dəmir yoluna qədər olan məsafəni qət etmək lazımdır. Bu kənddə hər bir şəxsin özünə aid heyvanı və sahəsi olur. Kəndin başında yeni hotel, əyləncə mərkəzi və futbol oynamaq üçün geniş sahə yaradılıb.Burada yerləşən fermada yarışlar keçirilir. Bu kəndin özünə layiq bir məktəbi və bələdiyyəsi var.Bəzən suların gəlmədiyi vaxtda insanlar baza adlanan yerə gedir paltar yuyur və su gətirirlər. Bu kənddə köhnə bir hamamda vardır. == Əhalisi == Kəndin əhalisi 1.363 nəfər təşkil edir.
Rəhimli bələdiyyəsi
Rəhimli bələdiyyəsi (Ağsu) — Ağsu rayonunda bələdiyyə. Rəhimli bələdiyyəsi (Şabran) — Şabran rayonunda bələdiyyə. Rəhimli bələdiyyəsi (Goranboy) — Goranboy rayonunda bələdiyyə.
Səbuhi Rəhimli
Səbuhi Kamal oğlu Rəhimli (d. 22 mart 1970, Mirbəşir rayonu) — Qoroskop qəzetinin baş redaktoru, tədqiqatçı-jurnalist, avestaşünas, astroloq, Qarabağ müharibəsinin iştirakçısı. == Həyatı == Səbuhi Kamal oğlu Rəhimli 1970-ci il, martın 22-də Mirbəşir rayonunun (hazırkı Tərtər rayonu) Seydimli kəndində, müəllim ailəsində dünyaya gəlib. 1988–1990-cı illərdə Rusiyanın Xabarovsk diyarının Amur şəhərində hərbi xidməti keçib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib (1990–1995). Tələbəlik illərində könüllü olaraq Qarabağ müharibəsində iştirak edib, 1992-ci ildə aparılan döyüşlərdə ağır yaralanıb. 1990-cı illərdən ölkənin aparıcı qəzetlərində jurnalist kimi fəaliyyət göstərib, şöbə müdiri, redaktor vəzifələrində çalışıb. Elə həmin dövrdə özünü astrologiya sahəsində də sınayıb. 1999-cu ildən "Qoroskop" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərir. Qəzet 2018-ci ildə fəaliyyətini dayandırıb.
Səmra Rəhimli
Səmra Rəhimli və ya Səmra (20 oktyabr 1994, Bakı)— Azərbaycan müğənnisi. Səmra "O Səs Türkiyə" və "Səs Azərbaycan" layihələrinin iştirakçı olmuşdur. Azərbaycanı 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci Avroviziya Mahnı Müsabiqəsində "Miracle" mahnısı ilə təmsil etmişdir və final mərhələsində ölkəyə 17-ci yeri qazandırmışdır. == Həyatı == Səmra Rəhimli 20 oktyabr 1994-cü ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olan Səmra Rəhimli uşaq yaşlarından musiqi ilə məşğul olmağa başlamışdır. == "O Səs Türkiyə" == Səmra Rəhimli 2014-cü ildə Türkiyənin "TV 8" televiziyasında yayımlanan "O Səs Türkiyə" layihəsində iştirak etmişdir. O, ilk mərhələdə - "Kör Seçmeler" mərhələsində "Simply The Best" mahnısını ifa etmişdir və 2 münsif Səmra xanım tərəfə dönmüşdür. Səmra xanım isə Hadisənin komandasında yarışmağı seçmişdir. Daha sonra növbəti "Düellolar" mərhələsində Səmra Rəhimli Ayda Eravcı ilə birgə "I Who Have Nothing" mahnısını ifa etmişdir. Hadisə Səmra ilə Ayda arasında seçim etmiş və Səmra Rəhimlini komandasında saxlamışdır.
Tural Rəhimli
Xəyal Rəhimli
Ömər Rəhimli
İlham Rəhimli
İlham Əziz oğlu Rəhimli (8 sentyabr 1949, Malbinəsi, Yevlax rayonu) — Azərbaycan teatrşünas-tənqidçisi, jurnalist, Azərbaycanın əməkdar incəsənət xadimi (1989), sənətşünaslıq doktoru, professor, Prezident təqaüdçüsü (2019). == Həyatı == İlham Rəhimli 1949-cu il sentyabrın 8-də Yevlax rayonunun Malbinəsi kəndində doğulub. Yevlaxdakı 1 saylı orta məktəbin on birinci sinfini 1966-cı ildə bitirib. Bir il Yevlaxdakı 4 saylı avtobazada çilingər işləyib. 1967-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olub. Bu ali məktəbi fərqlənmə diplomu ilə bitirib (1972). Hələ institutun son kursunda oxuyanda "Kommunist" (indiki "Xalq qəzeti") qəzeti redaksiyasına təcrübə keçməyə göndərilib. Təcrübə zamanı bir neçə məqaləsi çap olunub. Redaksiyanın yazılı məktub-tələbnaməsinə əsasən təyinatla "Kommunist" (indiki "Xalq qəzeti") qəzetinə işə göndərilib. Hərbi xidmətdən sonra (may 1973 — may 1974) yenə redaksiyaya qayıdıb.
Ədalət Rəhimli
Ədalət Vilayət oğlu Rəhimli — Kimya elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının əməkdar ekoloqu. == Həyatı == Ədalət Vilayət oğlu Rəhimli 1937-ci ildə (3 aprel) Azərbaycan Respublikasının Naxçıvan ş. anadan olmuşdur. 1945-55-ci illərdə orta məktəbdə, 1955-1960-cı illərdə Azərbaycan dövlət Universitetinin kimya fakültəsində oxumuş, hər iki təhsil müəssisələrini əla qiymətlərlə bitirmiş və qızıl medal və fərqlənmə diplomu ilə təltif olunmuşdur. == Elmi fəaliyyəti == Universitetin 5-ci kursunda oxuyarkən o, ən görkəmli neft-kimya alimi, akademik Y.U.Məmmədəliyevin laboratoriyasına Azərbaycanın EA neft-kimya prosesləri İnstitutuna kiçik elmi əməkdaş vəzifəsinə qəbul edilmişdir. 1960-cı ildə Universitetdə təhsili başa vurmaq üzrə olarkən Rəhimli A.V. SSSR-nin EA kimyəvi fizika İnstitutunun aspiranturasına daxil olmuş və görkəmli kimyaçı-polimerçi alimin, professor A.A.Berlinin rəhbərliyi altında kimya sahəsində tədqiqata başlamışdır. Onun tərəfindən ilk dəfə p-benzoxinonun bisdiazotlaşmış diaromatik birləşmələrlə qarşılıqlı təsir reaksiyası üzrə poliarilenxinonların sintezi metodu işlənib hazırlanmış, bir sıra poliarilenxinonların struktur və xüsusiyyətləri alınıb və müəyyən edilmişdir. Onların əsasında stabil mikrosemixinon radikallar alınıb. Güclü turşulu qruplarla poliarilenxinonlar ilk dəfə son həddə çatmayan oliqoefirakrilatların sintez reaksiyasında hetereqon katalizator – ingibitor kimi tətbiq olunmuşdur. Ə.V. Rəhimli Kimyəvi fizika Elmi Şurasının və D.İ.Mendeleyev adına Kimyacı Cəmiyyətinin diplomu ilə mükafatlandırılmışdır.
Rəcəb Rəhimli
Rəcəb Zakir oğlu Rəhimli (12 avqust 1973, Dırnıs, Ordubad rayonu) — Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Rəcəb Zakir oğlu Rəhimli 12 avqust 1973-cü il tarixində Naxçıvan MR, Ordubad rayonunun, Dırnıs kəndində anadan olmuşdur. 1990-cı ildə Naxçıvan şəhəri 39 nömrəli orta məktəbini bitirmişdir. 1999-cu ildə Türkiyə Respublikası Ankara şəhəri Qazi Universiteti, İqtisadiyyat və İdarəetmə Elmləri (İİBF) fakültəsini dövlət idarəçiliyi ixtisası üzrə bakalavr pilləsini (dövlət xətti ilə) bitirmişdir. 2000–2002-ci illər arasında Türkiyə Respublikasının Qazi Universitetinin Sosial Elmlər İnstitutunda dövlət idarəçiliyi ixtisası üzrə magistraturada təhsil almışdır (dövlət xətti ilə). 2003-cü ildə Türkiyə Respublikasının Ankara Universiteti Siyasət Elmlər fakültəsinə (SBF) dövlət idarəçiliyi ixtisası üzrə doktoranturaya qəbul olunmuş və 2008-ci ildə "Azerbaycanda memurlar: haklar, yükümlülüklər, denetim" mövzusunda dissertasiya işini müdafiə edərək doktorluq elmi dərəcəsi almışdır. Eyni zamanda, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası İnsan hüquqları üzrə Elmi-tədqiqat İnstitutunda 23.00.02 — "Siyasi institutlar, etnosiyasi konfliktologiya, milli və siyasi proseslər" ixtisası — üzrə "Azərbaycanda yerli özünüidarənin yaranması və inkişafı (siyasi aspekt)" mövzusunda dissertasiya işini müdafiə edərək siyasi elmlər namizədi alimlik dərəcəsini, 2011-ci ildə isə siyasi institutlar və sistemlər ixtisası üzrə dosent elmi adını almışdır. Evlidir, iki övladı var. == Əmək fəaliyyəti == 05.02.2004–03.05.2004-cü il tarixində — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi "Beynəlxalq əlaqələr" şöbəsində baş mütəxəssis; 03.05.2004–08.09.2010-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Rəyasət Heyətinin Elmi katibi; 08.09. 2010–02.05.2011-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun "Milli təhlükəsizlik və erməni araşdırmaları" şöbəsinin müdiri; 03.05.2011–03.09.2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində İqtisadi araşdırmalar İnstitutunun "Sosioloji tədqiqatlar və konsaltinq" şöbəsində böyük elmi işçi vəzifəsində çalışmışdır.
Elçin Rəhimli
Elçin Rəhimli (17 iyun 1996, Azərbaycan) — Azərbaycan Premyer Liqasında "Şamaxı"nın yarımmüdafiəçisi kimi çıxış edən azərbaycanlı futbolçu. == Klub karyeryası == Rəhimli 10 noyabr 2018-ci ildə Azərbaycan Premyer Liqasında "Səbail"lə "Sabah" oyununda debüt edib.
Hüseyn Rəhimli (cüdoçu)
Miracle (Səmra Rəhimli mahnısı)
Miracle (azərb. Möcüzə‎) — Azərbaycanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Səmra Rəhimli "Miracle" mahnısı ilə Azərbaycanı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı İsveçli bəstəkarlar Amir Ali, Yakob "Jakke" Eriksson və Henrik Vikström tərəfindən bəstələnmişdir.
Orxan Rəhimli (əsgər, 1992)
Orxan Rəhimli (əsgər, 1994)
Rəhimli-i Muran (Germi)
Rəhimli-i Muran (fars. رحيملوي موران‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 149 nəfər yaşayır (36 ailə).
Rəhimli bələdiyyəsi (Ağsu)
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Rəhimli bələdiyyəsi (Goranboy)
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Rəhimli bələdiyyəsi (Şabran)
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

"rəhimli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rəhimli nədir? #rəhimli sözünün mənası #rəhimli nə deməkdir? #rəhimli sözünün izahı #rəhimli sözünün yazılışı #rəhimli necə yazılır? #rəhimli sözünün düzgün yazılışı #rəhimli leksik mənası #rəhimli sözünün sinonimi #rəhimli sözünün yaxın mənalı sözlər #rəhimli sözünün əks mənası #rəhimli sözünün etimologiyası #rəhimli sözünün orfoqrafiyası #rəhimli rusca #rəhimli inglisça #rəhimli fransızca #rəhimli sözünün istifadəsi #sözlük