geyimli sözü azərbaycan dilində

geyimli

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • geyimli • 99.2773%
  • GEYİMLİ • 0.3942%
  • Geyimli • 0.3285%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qızıl geyimli adam
"Qızıl geyimli adam" (qaz. Алтын Адам) — 1969-cu ildə olan arxeoloji tapıntının şərti adı. Alma-atanın 50 kilometrliyində, İssık çayının sahilində olan kurqanların birində tapılıb. Kurqanın hündürlüyü 6 metr, diametri 60 metrdir. Almatının 43 km şərqində yerləşən Esik ərazisində 800 hektarlıq bir sahədə 27 böyük və 55 kiçik kurqan mövcuddur. 1963-cü ildə İssıq-göl daşdığı üçün bir çox kurqan dağılaraq torpağa qarışır. 1970-ci ildə bu bölgədə yerləşən bir təpəlikdə tikinti üçün buldozerlər gətirilir və qazma işləri gedərkən işçilər yonulmuş qayaya rast gəlirlər. Bununla bağlı Almatı muzey rəhbəri Bekin Nur Muhamməd və Kamal Akşiyev bir heyətlə əraziyə gələrək ilkin bilgilər əldə edirlər. Beləliklə, ilk tədqiqatlar Orta Asiya tarixinin yenidən yazılacağını şərtləndirir. İttifaqa bu barədə məlumatı ilk olaraq "Komsomolskaya pravda" qəzeti verir.
Qara geyimli qadın (film, 2012)
Qara geyimli qadın (ing. The Woman in Black) — ingilis yazıçı Syuzen Hillın eyniadlı romanı əsasında çəkilmiş mistik film. Filmdə baş rolda Deniel Redkliff oynayır. Bu film 1989-cu ildə çəkilmiş eyniadlı filmin remeykidir. Əvvəlcə filmin 3D formatında çəkilməsi gözlənilirdi, lakin sonradan "Hammer Film Productions" kinostudiyası bu ideyadan vaz keçir. Filmdə hadisələr XIX əsrdə cərəyan edir. Filmin baş qəhrəmanı Artur Kipps (Deniel Redkliff) adlı hüquqşünasdır. Həyat yoldaşı doğuş zamanı öldüyündən doğulan uşağa o özü baxır. Günlərin bir günü Artur dünyasını dəyişmiş bir müştərisinin vəsiyyətnaməsini əldə etmək üçün uzaq əyalətə yollanır. Müştərinin evi kiçik bir adada yerləşir və sahillə onu yalnız bir yol birləşdirir.

geyimli sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Əynində geyimi, paltarı olan, paltarlı. [Zeynalın] qarşısına on biron iki yaşlı, sadə və təmiz geyimli, qara bir qız çıxdı. S.Hüseyn. Tirmə şal geyimli, qara saçlılar; Hər tərəfə zər nişanlar dolanır. Aşıq Ələsgər. Ağ geyimli, nurani bir dərviş yol kənarında görünür. H.Cavid. // Geyinmiş, əynində geyimi olan, paltarlı (çılpaq əksi). Geyimli halda bayıra çıxdı. Geyimli uşaq. 2 məc. Üzəri bir şeylə örtülmüş, örtülü. Yaşıl geyimli təpələr. – Al-əlvan geyimli dağlar gözəli, Sən kimdən öyrəndin vüqarı, lalə? N.Rəfibəyli.

    Azərbaycan dilinin izahlı lüğəti / geyimli

geyimli sözünün sinonimləri (yaxın mənalı sözlər)

geyimli sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 GEYİMLİ – ÇILPAQ Şıq geyimli bu azərbaycanlı əsgərin ayağında haradansa ələ keçirdiyi təzə uzunboğaz çəkmə vardı (S.Qədirzadə); Çılpaq bədənini ona göstərərək müxtəlif fiqurlar edir (S.Vəliyev). GEYİMLİ – ÜRYAN Başıaçıq, sakit duruşlu, bahar geyimli rus, sanki onun üzünə gülürdü (Mir Cəlal); Yaşarmış vəqfisevda, safü üryan (H.Cavid).

    Azərbaycan dilinin antonimlər lüğəti / geyimli

geyimli sözünün rus dilinə tərcüməsi

  • 2 прил. одетый в …, в … одеянии: 1. в платье, в одежде. İpək geyimli одетый в шелк, qara geyimli одетый в чёрное 2. покрытый. Yaşıl geyimli dağlar горы в зеленом одеянии

    Azərbaycanca-rusca lüğət / geyimli

geyimli sözünün inglis dilinə tərcüməsi

geyimli sözünün fransız dilinə tərcüməsi

geyimli sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. (тандал) ппек(ер) алай; алукӀнавай; 2. пер. винел пад са затӀуни кӀевнавай, кьунвай (мес. живеди, векьи).

    Azərbaycanca-ləzgicə lüğəti / geyimli

"geyimli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#geyimli nədir? #geyimli sözünün mənası #geyimli nə deməkdir? #geyimli sözünün izahı #geyimli sözünün yazılışı #geyimli necə yazılır? #geyimli sözünün düzgün yazılışı #geyimli leksik mənası #geyimli sözünün sinonimi #geyimli sözünün yaxın mənalı sözlər #geyimli sözünün əks mənası #geyimli sözünün etimologiyası #geyimli sözünün orfoqrafiyası #geyimli rusca #geyimli inglisça #geyimli fransızca #geyimli sözünün istifadəsi #sözlük